Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-550/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "pulun tutulması" tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 avqust tarixli 2-2(103)-797/2023 saylı qərardadından iddiaçı tərəfindən v erilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 19 iyul tarixində Cavabdeh1 və Cavabdeh2 (bundan sonra - “cavabdehlər”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edədrək, 2021-ci il 4 may tarixli 223 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 821 manat pulun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 110.17 manat dəbbə pulunun, ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 40 manat məbləğində pulun müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 19 iyul tarixli e-2-2(113)-4061/2023 saylı qərardadı ilə iddiaçının cavabdehlərə qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır (hakim – A.Əliyeva)
3. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyinin normalarına riayət etməmişdir. Belə ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarının pozulması ilə verildiyindən geri qaytarılmalıdır.
4. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 35.1, 151.1, 152.1.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
5. İddiaçı qərardaddan şikayət verərək onun ləğv edilməsini, iddia ərizəsinin Bakı Kommersiya Məhkəməsində icraata qəbul olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 2 avqust tar ixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim – A.Əliyeva). b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 avqust tarixli 2-2(103)-797/2023 saylı qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməsi, iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – F.Qasımov və X.Sarıyev).
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, şikayəti qanunla müəyyən edilmiş formaya uyğun tərtib etməmişdir.
9. Gəldiyi nə ticəni apellyasiya instansiyası məhkəməsi MPM-in 361.1, 363.1, 363.1.11-ci maddələrinə, MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə istinad etməklə əsaslandırmışdır.
10. Qərardad 2023-cü il 8 avqust tarixində iş üzrə tərəflərin şəxsi elektron kabinetlərinə yerləşdirilmiş, iddiaçı 2023-cü il 18 avqust tarixində kassasiya şikayəti verərək onun ləğv olunması və apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. MPM-in 361, 363.1, 363.1.1-1ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin tələbləri pozulmuşdur. Elektron qaydada verilmiş apellyasiya şikayətindən aydın olur ki, apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər konkret olaraq qeyd olunmuşdur. Şikayət olunan birinci instansiya məhkəməsinin qərardadında düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması göstərilmişdir iklüM) Məcəllənin 439.5-ci maddəsi). Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilmişdir ıçaiddi) ilə cavabdeh arasında bağlanan müqavilədə iddiaçının olduğu yer Bakı şəhəri olduğu üçün Mülki Məcəllənin 439.5-ci maddəsi üzrə öhdəliyin icrası yeri də Bakı şəhərində həyata keçirilməlidir.)
12. Əlavə olaraq, apellyasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər qeyd olunmuşdur. Şikayə t edilən qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması göstərilmişdir (MPM-in 35 və 36.11-ci maddələri əlaqəli şəkildə). Göstərilmiş hər bir normanın düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilmişdir ıçaiddi) ilə cavabdeh arasında müqavilə Bakı şəhərində imzalanmışdır. Belə olduğu halda müqavilənin icra yeri Bakı şəhəri hesab edilir.)
13. Həmçinin apellyasiya şikayəti verən şəxsin tələbi aydın şəkildə göstərilmişdir.
14. Belə ki, MPM-in 361-ci maddəsində qeyd olunan bütün tələblərə apellyasiya şikayətində riayət olunmuşdur.
15. Apellyasiya məhkəməsinin 361-ci maddəyə istinadən apellyasiya şikayətini geri qaytarması tamamilə anlaşılmaz haldır.
16. Məhkəmə qeyd etmişdir ki, apellyasiya şikayət i MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində müəyyən edilmiş formada deyildir və buna görə geri qaytarılmalıdır. Həmin formada qeyd olunmuş bütün tələblərə apellyasiya şikayətində riayət edilmiş və hazırlanmışdır.
17. Şikayət əsaslandırılmış və tələblərə riayət olunmuşdursa, şikayətin həmin cədvəlin daxilində verilib-verilməməsinin məhkəmənin mübahisəni həll edib-etməməsinə nə kimi maneəsi vardır?
18. Məhkəmənin ıçaiddi“ prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, şikayəti həmin formaya uyğun tərtib etməmişdir” əsaslandırması, bu cür formal yanaşması hər kəsin məhkəməyə müraciət etmək hüququna dair Azərbaycan Respublikası Konstitusiyasında (maddə 60.), eləcə də Avropa Konvensiyasında (maddə 6.1.) müəyyən olunmuş təminatlarla uzlaşmır, başqa sözlə des ək, şəxsin məhkəməyə “çatımlılıq” hüququnu əngəlləmiş olur.
19. X11 Məhkəməsi “Fəhmin Hacıyev Azərbaycana qarşı” işdə (2015-ci il 16 iyun tarixli qərar) bildirmişdir ki, məhkəməyə müraciət etmək hüququ Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən edilmiş hüququn ayrıca hissəsidir. 20. “Beles və digərləri Çexiya Respublikasına qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir: “Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi baxımından şərh olunmalıdır, bu tərəflərə öz hüquqlarını müdafiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalarını tələb edir.
21. Məhkəməyə çatım hüququ “praktiki və effektiv” olmalıdır (Bellet Fransaya qarşı iş). Çatım hüququnun effektiv olmaslı üçün fərd “hüquqlarına müdaxilə təşkil edən bir hərək ətə etiraz etmək üçün aydın və praktiki imkana“ malik olmalıdır (Bellet Fransaya qarşı, X6rşı işlər). 22. “X2rşı”, “Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı” işlərdə Avropa Məhkəməsi vurğulamışdır ki, “apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün milli qanunvericiliklə müəyyən edilmiş qaydalar və bu qaydaların tətbiq olunması mübahisə tərəflərini mövcud hüquqi müdafiə vasitələrindən istifadəsinə mane olmamalıdır”.
23. Yuxarıda sadalanan məhkəmə presedentlərindən görünür ki, Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən əgər milli qanunvericilikdə mövcud olan boşluq, yaxud nəzərdə tutulmuş qayda Konvensiyaya ziddirsə, belə olan halda Konvensiyanın müddəaları rəhbər götürülməlidir. 24. “X2rşı”, “Beles və digərləri Çexiya Respublikasına qarşı”, “RTBF Belçikaya qar şı” işlərdə Avropa Məhkəməsi bildirmişdir ki, “prosessual qaydanın daxili məhkəmələr tərəfindən xüsusilə ciddi şəkildə şərh edilməsi məhkəməyə çatım hüququndan məhrum edə bilər”. 25. “X1rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: “müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil edən prosessual qaydalar “məhkəmə hüquqnu və məhkəməyə çatım hüququ”nun pozulmasına gətirib çıxara bilər. Bundan əlavə, Avropa Məhkəməsinin qəti bərqərar olmuş mövqeyinə görə məhkəməyə hüquq yalnız məhkəmə icraatı başlatmaq hüququnu deyil, həmçinin mübahisənin məhkəmə tərəfindən həll edilməsinə nail olmaq hüququnu da ehtiva edir (Beneficio X4rşı iş). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün q iymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında aşağıdakılar müəyyən olunmuşdur: Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul tarixli, Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli qərarlarda prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalı olması, prosessual normaların ciddi tətbiqinin bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilməsi müəyyən edilmişdir. P uaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli qərarda məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığı göstərilmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğu müəyyən edilmişdir. X7rşı iş üzrə 1975-ci il 21 fevral tarixli qərarda ədalət mühakiməsinə əlçatanlığın Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri etdiyi müəyyən edilmişdir.
31. Azərbaycan Respublikası Konstitusiyanın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “ M a d d ə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzib ati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır....”
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş proses sual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. İddiaçı tərəfindən birinci instansiyası məhkəməsinin qərardadından verilmiş şikayət apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyri-mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı prosessual qanunvericiliyin tələbinə zidd olaraq, şikayəti qanunla müəyyən edilmiş formaya uyğun tərtib etməmişdir.
35. Məhkəmə kollegiyası məhkəmənin həmin mövqeyi ilə aşağıdakı səbəblərdən razılaşmır.
36. Mübahisəli şikayətdən görünür ki, şikayətdə iddiaçı həm məhkəmə tərəfindən pozulduğunu güman etdiyi hüquq normalarını ayrı-ayrılıqda göstərmiş, həm də onların hər bir i ilə əlaqədar öz mövqeyini və istinad etdiyi dəlilləri göstərmişdir.
37. Sadəcə olaraq şikayətdə həmin normalar və mövqelər, dəlillər MPM-ə əlavə edilmiş formada müəyyən edilən cədvəl şəklində deyil, cədvəldənkənar göstərilmişdir.
38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında (bax yuxarıda § 30) prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalı olması, prosessual normaların ciddi tətbiqinin bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilməsi xüsusi vurğulanmışdır.
39. Həmin hüquqi mövqelərə istinad edərək məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə iddiaçının şikayətinin məzmununun sadəcə olaraq cədvəl şəklində əks etdirilməməsi səbəbindən apellyasiya instan siyasında baxılmaq üçün qeyri-mümkün hesab edilməsi ədalətli qərar hesab oluna bilməz.
40. Belə ki, MPM-də yeni şikayət formalarının tətbiqində əsas məqsəd yuxarı instansiya məhkəmələri üçün şikayətçilərin dəlillərinin düzgün müəyyən edilməsinə və onların hər birinin cavablandırılmasına etibarlı imkan yaradılması olmuşdur. Bu mənada şikayətlərin məzmununun cədvəl formasında ifadə edilməsinə dair tələb də məhz həmin məqsədə qulluq edir.
41. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, əgər şikayətçi məhkəmə tərəfindən yol verilən pozuntuları dəqiq göstərməyə və hər bir pozuntu ilə əlaqədar öz dəlillərini dəqiq əsaslandırmağa nail olmuşdursa, yalnız şikayətin məzmununun cədvəldə əks etdirilməməsi həmin şikayətin qeyri-mümkün hesab edilməsi üçün əsas vermir.
42. Həddən artıq sərt formal tələblərə əsaslanan əks yanaşma şəxsin konstitusion məhkəməyə müraciət etmək hüququnun (bax yuxarıda § 31) pozulması ilə nətəcələnə bilər.
43. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 avqust tarixli 22(103)-797/2023 saylı qərardadı ədalətli hesab oluna bilməz. Buna görə də kassasiya şikayəti təmin olunmalı, həmin qərardad ləğv edilməli, iş növbəti prosessual hərəkətlərin həyata keçirilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır.
44. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 avqust tarixli 22(103)-797/2023 saylı qərardadı ləğv edilsin. İş növbəti prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.