Məhkəmə qərarları › İş №2-2(102)-553/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-553/2021

28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-553/2021 28.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsi üzrə ödənilmiş pulun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 avqust tarixli 2-2(105)96/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışd ır. I. İŞİN HALLARİ 1. 2018-ci il 6 avqust tarixli, 01/18AZD nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh MMC müqavilə ilə müəyyən edilmiş şərtlər çərçivəsində müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə öz əksini tapmış malları, o cümlədən meyvətərəvəzi alıcıya İddiaçı QSC-yə satmağı, alıcı isə həmin malları qəbul edib onların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndində bu müqavilə üzrə alınan malların dəyərinin alıcı tərəfindən 100% həcmində avans olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. 2. 106383847 №-li, 2019-cu il 30 may tarixli ödəmə tapşırığından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-nin bank hesabına 27.500 manat ödəniş olunmuşdur. 3. ********* №-li, 2019-cu il 30 may tarixli ödəmə tapşırığından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-nin bank hesabına 100.000 manat ödəniş olunmuşdur.

4. Pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh MMC-yə müraciət olunaraq, aralarında bağlanan müqaviləyə əsasən İddiaçı QSC tərəfindən ödənilmiş 127.500 manat məbləğində pulun qaytarılması tələb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı QSC (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra mətndə-cavabdeh) qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, 127.500 (yüz iyirmi yeddi min beş yüz) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının "xxxx" ASC-nin Gəncə filialındakı hesab nömrəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi o nunla əsaslandırılmışdır ki, tərəflər arasında 2018-ci il 6 avqust tarixdə 01\8AZD nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 3-cü bəndinin tələbinə uyğun olaraq satılacaq meyvə-tərəvəz məhsulunu almaq üçün 2019-cu il 30 may tarixli, 106383847№-li ödəmə tapşırığı ilə 27.500 manat və 2019-cu il 30 may tarixli, ********* nömrəli ödəmə tapşırığı əsasında 100.000 manat, cəmi 127.500 manat məbləğində pul avans olaraq cavabdehin “X Bank Azərbaycan ASC”-dəki bank hesabına ödənilmişdir. Həmin müqavilənin 7-ci bəndinə əsasən cavabdehin hesabına ödənilmiş 127.500 manat məbləğində pulun müqabilində cavabdeh tərəfindən “iddiaçıya göndərilməli olan meyvətərəvəz məhsulları heç bir fors-major hadisəsi baş verməməsinə baxmayaraq, bu günə qədər göndərilməmiş, nə də göndərilməməsinin səbəbi bar ədə iddiaçıya məlumat verilməmişdir. Müqavilənin şərtləri pozulduğuna görə cavabdehin bank hesabına ödənilmiş 127.500 manat məbləğində pulun iddiaçıya qaytarılması barədə cavabdehin əməkdaşlarına dəfələrlə şifahi olaraq, 2020-ci il 21 noyabr tarixdə isə yazılı şəkildə pretenziya qaydasında müraciət edilməsinə baxmayaraq, ödənilmiş pulun geri qaytarılması barədə bu günə qədər heç bir tədbir görülməmişdir.

7. İddiaçı iddia ərizəsində tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 425.1, 442-ci maddələrinə istinad etmişdir.

8. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz təqdim edilməmişdir.

9. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 16 aprel tarixli, e-2-2(119)456/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Xəqani Tağıyev).

10. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 2018-ci il 6 avqust tarixdə 01\8AZD nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq iddiaçı cavabdehdən alacağı meyvə-tərəvəz məhsullarının müqabilində cavabdehin bank hesabına 127.500 manat məbləğdə ödəniş etmiş, lakin cavabdeh nəzərdə tutulmuş malları iddiaçıya göndərməmiş, müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Bu hal iş materialları ilə öz təsdiqini tapır. Cavabdeh öz öhdəliyinin icrasını gecikdirməsi nəticəsində iddiaçıya onun ödədiyi pul məbləğində - 127.000 manat məbləğdə ziyan vurmuşdur.

11. Həmin məhkəmə iddianın əsaslı olmasına dair mövqeyini Azərbaycan Respublikası MM-in 385.1, 386.1, 427.2, 441.1, 441.2, 442, 445.1, 448.1, 448.2, 600.3-cü maddələrinə istinad et məklə əsaslandırmışdır.

12. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayətlərində qətnamənin ləğv, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 avqust tarixli 2-2(105)-96/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Zaur Məmmədov, hakimlər Fuad Məmmədov və Səyyad Qafari).

14. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad etmiş və göstərmişdir ki, qaimə fakturalarda malı təhvil verən kimi “D” göstərilmişdir. Təhvil a lan kimi isə iddiaçı, Hümmətov Qalib, Hümmətov Elnur (Qalib), Qalib (Şirin Aqro) qeyd olunmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, D firması və cavabdeh bir holdinqin tərkibinə daxildirlər. İddiaçı ilə cavabdeh arasında uzunmüddətli əməkdaşlıq olub. Cavabdehin vəkili həmçinin “D.X3” MMC ilə iddiaçı arasında bağlanmış 2009-cu il 4 iyul tarixli AZD009/19 saylı alqı-satqı müqaviləsinin surətini məhkəməyə təqdim etmişdir. Müqavilənin 3.1-ci bəndində bu müqavilə üzrə alınan malların dəyərinin alıcı tərəfindən 100% həcmində avans olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. 2019-cu il 2 fevral tarixli qaimə faktura isə bu səbəbdən hazırki müqaviləyə aid ola bilməz. Çünki, müqavilənin 3.1-ci bəndi və iddiaçı tərəfindən 125 min manatın avans olaraq 201 9-cu il 30 may tarixdə cavabdehə ödənilməsi nəzərə alınsa, 2019-cu il 2 fevral tarixdə avans ödənilmədən iddiaçıya mal verilməsi müqavilə şərtləri ilə ziddiyyət təşkil edir.

15. Bundan başqa, avansa uyğun olaraq 125.000 manat həcmində qaimə-faktura olmalı olduğu halda, qaimələrin ümumi məbləği 125.000 manatdan çox - 162.668 manat təşkil edir ki, bu da bir daha həmin qaimələrin hazırki iş üzrə mübahisələndirilən borcla bağlı olmasını istisna edir.

16. Cavabdehin vəkilinin istinad etdiyi 4 təhvil-təslim aktı ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, həmin aktların da hazırki mübahisə üzrə bilavasitə bağlılığı müəyyən olunmur. Aktlarda təhvil verən “D.X3” MMC ilə müxtəlif təhvil alanlar - X2, Hümmətov Elnur arasında alınmış mallarda qüsurların aşkar olunmaması qeyd olunmuşdur. Beləliklə, nə “D. X3” MMC ilə iddiaçı arasında bağlanmış 2009-cu il 4 iyul tarixli AZD009/19 saylı alqı-satqı müqaviləsinin, nə qaimə-fakturaların, nə də aktların tərəflər arasında bağlanmış 2018-ci il 6 avqust tarixdə 01\8AZD nömrəli alqı-satqı müqaviləsi ilə bağlılığı və hazırki müqavilə üzrə cavabdeh tərəfindən öhdəliyin icra olunması sübuta yetirilməmişdir.

17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MMin 385.1, 425.1, 427.3, 442, 445.2, 448.1, 568.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 77, 384.0.1, 385.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 18. 2021-ci il 11 avqust tarixində apellyasiya məhkəmənin qətnaməsi cavabdehə təqdim edilmişdir. 19. 2021-ci il 1 oktyabr tarixində cavabdeh tərəfindən kassasiya şikayət i verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri: 20. “D. X3” MMC və cavabdeh bir holdinqin tərkibinə daxil olan eyni təsisçili şirkətlərdir və ölkənin müxtəlif bölgələrində faktiki olaraq eyni fəaliyyəti həyata keçirdikləri üçün, işin operativ təşkili məqsədilə (şirkətlər meyvə məhsullarının satışı ilə məşğul olduqları üçün məhsulun qısa müddətə zay olması riskinin qarşısının alınmasının ən təminatlı yolu onun vaxtında alıcıya çatdırılmasıdır) şirkətlərin arasında 2018-ci il 30 aprel tarixli, öhdəlikləri n qarşılıqlı icrası haqqında müqavilə imzalanmışdır.

21. Şirkətlər üçüncü şəxslər qarşısında olan müxtəlif öhdəlikləri üçün həmin şəxslər qarşısında mütəmadi olaraq bir-birilərinin zamini qismində çıxış edib, öhdəliklərini qarşılıqlı şəkildə icra edirlər. İddiaçı ilə cavabdeh və “D.X3” MMC arasında uzunmüddətli əməkdaşlıq mövcud olub və cavabdehin vəkili tərəfindən, iddiaçı ilə “D.X3” MMC arasında bağlanmış 2019-cu il 4 iyul tarixli, AZD009/19 saylı alqı-satqı müqaviləsinin, o cümlədən apellyasiya şikayətinə 127.500 manatdan artıq məbləği əks etdirən qaimə-fakturaların məhkəməyə təqdim edilməsində əsas məqsəd də məhz bu əməkdaşlığın mövcudluğu faktını sübut etmək olmuşdur. Çünki, iddiaçı daim və bilavasitə məhkəmə prosesində onun vəkili “D.X3” MMC-ni tanımadıqlarını və 2019-cu il 4 iyul ta rixli, AZD009/19 saylı alqı-satqı müqaviləsindən xəbərdar olmadıqlarını bildirmişlər.

22. İddiaçının vəkili məhkəmə prosesində qaimə-fakturalardakı və təhvil-təslim aktlarındakı imzaların iddiaçının nümayəndələrinə aid olmadığını və bu məqsədlə müvafiq ekspertizanın təyin edilməsini məhkəmədən tələb etsə də, növbəti iclasda səbəb göstərilmədən, bu tələbindən imtina etmiş, məhkəmə isə əvvəlcə bu mövqeyi dəstəkləsə də, sonradan cavabdehin vəkilinin analoji vəsatətinə məhəl qoymamışdır.

23. Qaimə-fakturalarda malı təhvil verən kimi “D”-nin, təhvil alan kimi isə iddiaçı, Hümmətov Qalib, Hümmətov Elnur (Qalib) və Qalib (Şirin Aqro) qeydlərinin əks etdirilməsi isə bilavasitə tərəflər arasında formalaşmış çoxillik işgüzar münasibətlərin mövcudluğundan və bunun fonunda sadəcə, tərəfi eyniləşdirmək niyyətindən, habelə tərəflər arasında mümkün məhkəmə perspektivinin mümkünsüzlüyünə olan inamdan irəli gəlmişdir. Lakin məhkəmə öz qətnaməsində bu məqamlara ümumiyyətlə toxunmamışdır.

24. Eyni sahədə fəaliyyət göstərən və eyni təsisçiyə məxsus olan bir-biri ilə əlaqəli şirkətlər kimi cavabdeh ilə “D. X3” MMC-nin illərdir ki, qarşılıqlı sıx əməkdaşlığı mövcuddur və belə əməkdaşlıq çərçivəsində formalaşan qarşılıqlı öhdəliklərin icrasını qanunvericilik də istisna etmir.

25. Göründüyü kimi, cavabdehin iddiaçı qarşısında öhdəliyi üçüncü şəxs “D.X3” MMC tərəfindən icra edilmişdir. İddiaçı özü də “D.X3” MMC ilə hər hansı müqavilənin mövcudluğu və ona hansısa avansın ödənilməsini inkar etmişdir. Belə olan halda, iddiaçı “D. X3” MMC-dən, cavabdehin aldığı avans məbləğində malı necə və hansı əsasl a tədarük etməsi sualı yaranır. Bu səbəbdən “D. X3” MMC-ni prosesə cəlb edilməli idi. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında mövcud olan münasibətlərə MM-in 431.1-ci maddəsini şamil etməməklə, Azərbaycan Respublikası MPM-in 386-cı maddəsində təsbit edilmiş qaydada maddi hüquq normalarının pozuntusuna yol vermişdir.

26. Məhkəmə tərəfindən prosessual hüquq normaları da işin nəticələrinə təsir edəcək dərəcədə pozulmuş və bunun nəticəsində işdə iştirak etməyə cəlb olunmamış şəxsin hüququ pozulmuşdur. “D. X3” MMC də çıxış etmiş, bununla bağlı təkzibolunmaz dəlillər təqdim edilmişdir. Məhkəmə prosesi zamanı cavabdehin vəkilinin “D. X3” MMC-nin müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməsi barədə yazılı və onun direktorunun izahatının alınması üçün dəvət edilməsi barədə şifahi vəsatətlərini ümumiyyətlə qəbul etməyərək (bunu məhkəmə zalında aparılmış video və səs yazısından da aşkar müşahidə etmək mümkündür), buna məhəl qoymamış, mövqeyini heç bir hüquqi dəlillə əsaslandırmamış, qətnaməsində də bu məsələyə toxunmamışdır. Halbuki, həmin şəxsin prosesə cəlb edilməsi iş üzrə cavabdehin xeyrinə bir sıra məqamların üzə çıxmasına səbəb ola bilərdi. Həmçinin, məhkəmə həmin şəxsi prosesə cəlb etməməklə onun hüquqlarını də pozmuşdur.

27. Cavabdeh kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 26, 27, 46, Azərbaycan Respublikası MM-in 431.1, Azərbaycan Respublikası MPM-in 387.1, 387.2.4-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. İş üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüq uqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III.TƏTBİQ EDİLƏN HÜQUQ

32. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir e dərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairə sinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....”

33. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə tərəflər arasında meyvə-tərəvəz məhsullarının alqı-s atqısına dair 2018-ci il 06 avqust tarixli, 01/18AZD nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehin bank hesabına 127.500 manat məbləğində pul vəsaiti ödənilmişdir.

35. İddiaçı hazırki iddiasında cavabdehin hesabına ödənilmiş həmin vəsaitin müqabilində müqavilədə nəzərdə tutulmuş malların iddiaçıya göndərilməməsinə əsaslanaraq, 127.500 manatın qaytarılmasını xahiş etmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi iddianın əsaslı olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, cavabdehin müqavilə üzrə malların iddiaçıya təqdim olunmasına dair qaimə faktura və təhvil-təslim aktlarını mübahisəyə aid sübutlar kimi qiymətləndirməmişdir (bax yuxarıda § 13-16).

37. Cavabdeh məhkəmənin gəldiyi nəticəni mübahisələndirərək göstərmişdir k i, müqavilə üzrə malların cavabdehə təqdim olunmasına dair 4 ədəd təhvil-təslim aktında təhvil verən qismində göstərilmiş «D.X3» MMC və cavabheh Cəmiyyət bir holdinqin tərkibinə daxil olan eyni təsisçili şirkətlərdir. İşin operativ təşkili məqsədilə (hər iki şirkət meyvə məhsullarının satışı ilə məşğul olduqları üçün məhsulun qısa müddətə xarab olması riskinin qarşısının alınmasının ən təminatlı yolu onun vaxtında alıcıya çatdırılmasıdır) cavabdehin iddiaçı qarşısında öhdəliyini icra etmişdir. Lakin məhkəmə tərəfindən işin hərtərəfli araşdırılması məqsədilə «D.X3» MMC işdə iştiraka cəlb edilməmişdir.

38. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından məhkəmə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflər in tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olubolmaması və s.) baxımından qiymət verilməlidir.

39. Məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayə ti üzrə 2011-ci il 28 dekabr və H.Cəfərovun şikayəti üzrə 2019-cu il 14 fevral tarixli Qərarları).

40. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilərkən, MPM-nin sübutetməyə dair istinad olunan normalarının tələblərinə əməl edilməmişdir.

41. Belə ki, işin materiallarına əlavə edilmiş malların təhvil təsliminə dair 2019-cu il 29 iyul, 2019-cu il 04 avqust 2019-cu il 20 iyul və 2019-cu il 27 noyabr tarixli aktlarda malı təhvil alan qismində «Hümmətov Elnur», «Hümmətov Qalib» və «X2» göstərilmişdir.

42. Apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı etirazda (i.v 90) X1 iddiaçı Cəmiyyətin təsisçisi, Hümmətov Elnur adlı şəxsin isə onun qardaşı olduğu göstərilmişdir.

43. Kollegiya hesab edir ki, «D.X3» MMC işdə iştiraka cəlb edilmə klə, cavabdehin apellyasiya şikayətini əsaslandırmaq üçün istinad etdiyi sübutların MPM-nin 80-ci maddəsinin tələbləri qaydasında hazırki mübahisəyə aidliyi, sübuti əhəmiyyətinin olubolmaması, həmin sənədləri iddiaçının adından imzalayan şəxslərin buna səlahiyyətinin olub-olmaması, imzaların həmin şəxslərə məxsusluğu prosessual qanunvericiliyin müəyyən etdiyi sübutetmə vasitələri ilə müəyyən edilməlidir.

44. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, «….mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb..... Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir».

45. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edlməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

46. Məhkəmə kollegiyası MPM-in 415-1, 416-419-c u maddələrinə əsasən qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il avqust tarixli 2-2(105)-96/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov 2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar