Məhkəmə qərarları › İş №2-2(102)-553/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-553/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-553/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və X1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə üzrə yaranmış borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və X1 qarşı “müqavilə üzrə yaranmış borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 aprel tarixli 2-2(107)-39/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətin ə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) ilə Cavabdeh (bundan sonra“Cavabdeh”) arasında bağlanmış 2018-ci il 2 noyabr tarixli, 211.19.36.006 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən, istehsalçı Cavabdeh istifadəsində olan Qəbələ rayonu ərazisində yerləşən 20 ha torpaq sahəsində iddiaçının aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə hər hektardan 35 tondan az olmamaqla 700 ton şəkər çuğunduru bitkisini intensiv yolla becərməyi və əldə edilmiş məhsulun hamısını bu Müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada 2 019-cu ilin dekabr ayının sonunadək təhvil verməyi, iddiaçı isə istehsalçının təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini (hər hektar üçün 1.234 manat vəsait xərclənmişdir) çıxdıqdan sonra qalan məbləği əgər istehsalçı/əkinçinin digər müqavilə üzrə zaminliyinə xitam verilibsə, cari hesab kitabçasını təhvil verdikdən sonra 20 gün ərzində istehsalçı/əkinçinin bank hesabına köçürmə ilə ödəməyi öhdəsinə götürmüşdür.

2. Həmin müqavilənin şərtlərinə görə, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 12 ay müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsi tərəfləri öz öhdəliklərini yerinə yetirməkdən azad etmir (6.1-ci bənd). Bu müqavilə üzrə tərəflərin öz üzərinə götürdüyü öhdəliklər vaxtında və ya vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə müqaviləyə xit am verilir (6.1-ci bənd).

3. İddiaçı ilə Zamin (bundan sonra-“Zamin”) arasında 2018-ci il 2 noyabr tarixli, 211.19.36.006 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə borcalan tərəfindən öhdəliklərin icra edilməməsi halında həmin müqavilədən irəli gələn öhdəliklərin tamamilə yerinə yetirilməsi barədə 211.19.36.006 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.

4. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1.2-ci bəndində göstərilən şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə istehsalçı iddiaçı qarşısında öz öhdəliyini tamamilə icra edənədək qüvvədədir. 5. 2021-ci il 25 yanvar tarixli, REF 41/2021 saylı pretenziya məktubundan görünür ki, id diaçı cavabdehlərə 14.431,17 manat məbləğində pul vəsaitini 15 gün ərzində cəmiyyətin hesabına ödənilməsini tələb etmiş, əks halda əssassız olaraq əldə edilmiş pul vəsaitinin, faiz borcunun, dövlət rüsumlarının, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi barədə məhkəməyə müraciət olunacağı bildirimişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 2021-ci il 12 aprel tarixində Cavabdeh və x1 (bundan sonra birlikdə cavabdehlər) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 14.431,17 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və Cavabdeh arasında bağlanmış 211.19.36.006 saylı müqaviləyə əsasən Cavabdeh 20 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 700 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən, Cavabdeh müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc (aqrotexniki xidmət, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesabfaktura təqdim edildikdən sonra 20 gün ərzində Cavabdeh bank hesabına köçürüləcəkdir.

8. Eyni zamanda, bu müqavilədən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq x1 ilə aralarında bağlanmış zaminlik müqavil əsinə əsasən “zamin” Cavabdeh öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilə şərtlərinə görə, təhvil verilmiş məhsulun dəyəri Cavabdeh borcunu tam ödəmirsə, yaranmış borc cari ilin sonunadək pretenziya qaydasında iddiaçıya tam ödənilməlidir. Əks halda, yaranmış borc məhkəmə qaydasında Cavabdeh və zamindən müştərək olaraq tutulacaqdır. Cavabdeh ümumilikdə 14.431,17 manat məbləğində borclanmış, lakin iddiaçıya məhsul təhvil verilməmişdir. Cavabdeh borclu olması ödəniş tapşırıqlarında, elektron hesab-fakturalarda və maliyyə arayışlarında təsdiq edilir.

9. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1, 442-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır.

10. Şəki Kommersiya Məhkəməsinin 2021-ci i l 14 iyun tarixli, e-2-2(117)252/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim M.Hüseynov).

11. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır. Müqavilənin 2 saylı Əlavəsinin 19-cu bəndində şəkər çuğundurunun torpaqdan qazılıb çıxarılmasının qiyməti (1 hektar üçün 150 manat) dəqiq müəyyən edilmiş və tərəflərin öhdəlikləri olaraq qeyd edilən müqavilənin tərkib hissəsi kimi müəyyən edilmişdir. Şəkər çuğunduru məhsulunun torpaq sahəsindən qazılıb çıxarılmasının texniki təminatı iddiaçı tərəfindən təmin edilməli olması, həmin məhsulun iddiaçının müəyyən etdiyi məntəqəyə daşınması və sonda bütün xərclər çıxıldıqdan sonra Cavabdeh, çıxarılmış məh sulun dəyərinin ödənilməsi iddiaçının vəzifəsi olaraq müəyyən edilir. Lakin iddiaçı üzərinə düşən öhdəlikləri tam icra etməyərək özünün təqdim etdiyi 2019-cu il 29 noyabr tarixli qaimə əsasında 20 hektar torpaq sahəsindən yalnız təxminən 2 hektar hissəsindən şəkər çuğunduru məhsulunun yığımını həyata keçirmiş, iddiaçının yerli nümayəndəsi olan aqronom X2 iştirakı ilə tərtib edilmiş 2019-cu il 8 dekabr tarixində müvafiq imzlarla təsdiq edilmiş aktla müəyyən edilir ki, 3 hektar sahədən şəkər çuğunduru yığıldıqdan sonra Samux rayonunda 80 hektar torpaq sahəsindən şəkər çuğundurunu yığmaq üçün müvafiq texnika getmiş, lakin Cavabdeh məxsus torpaq sahəsindən həmin məhsulu yığmamışdır. Həmin aktın tərtib edilməsində imzası ilə iştirak edən E.Baxışovun iddiaçının bölgə arqonomu olması işin mübahis ələndirilməyən halıdır. Bu fakt sənədlərlə və tərəflərin izahatları ilə təsdiq edilir.

12. Cavabdeh tərəfindən təqdim edilmiş 2019-cu il 8 dekabr tarixli akt şübhə altına alına bilməz, çünki həmin fakt iddiaçının nümayəndəsinin ifadəsi və təqdim etdiyi qaimə və digər sənədlərlə, həmçinin 211.19.36.006 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinə 1 və 2 saylı Əlavələrlə də təsdiqlənir. İddia tələbi Cavabdeh münasibətdə əsassız olduğundan, digər cavabdeh olan zamin X1 münasibətdə də əsassızdır. Çünki, təmin edilmiş əsas öhdəlik üzrə tələbin əsassızlığı sübuta yetirilir.

13. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 211.19.36.006 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinin 2.1-ci bəndinin tələbinə əsasən, Cavabdeh öz öhdəliklərini 2019-cu ilin dekabr ayınadək icra etməyi öhdəsinə götürmüşdür ki, əsas öhdəliyin icra müddəti məhz 2019-cu ilin dekabr ayı olmuşdur. Zaminlik müqaviləsinin qeyri-müəyyən müddətdən asılı edilməsi tərəflərin müqavilə azadlığı və müqavilə tərəflərinin bərabərliyi prinsiplərinə ziddir. Bu səbəbdən zaminlik müqaviləsinin müddəti tərəflər arasında bağlanmış 2018-ci il 22 noyabr tarixli 211.19.36.020 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinin 2.1-ci bəndində müəyyən edilən müqavilənin qüvvədə olma müddətindən artıq ola bilməz. Belə ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda da xitam verili r. Hazırkı iş üzrə öhdəliyin icrası müddəti 2019-cu ilin dekabr ayı kimi müəyyən edilmiş və MM-in 477.0.4-cü maddəsinin ikinci cümləsinin tələbi baxımından zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət 2020-ci ilin dekabr ayında bitmiş, iddiaçı isə məhkəməyə 2021-ci il 12 aprel tarixində müraciət etmişdir. Qanunvericiliyin tələbi baxımından zaminə qarşı iddia irəli sürmək üçün qanunla müəyyən edilmiş kəsici müddət ötdüyündən və artıq qanunvericiliyin tələbi baxımından zaminliyə xitam verildiyindən iddiaçı zaminlik müqaviləsinə istinadən zaminlərdən pul tələb edə bilməz.

14. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 404.1, 404.2, 442, 445.2, 448.1, 448.2, 449.1, 470.1, 472.1, 477.0.4, 739.2-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – “KMP”) “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 31 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 12 mart tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

15. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli, 2-2(107)-82/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edil miş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 17.431,17 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (sədrlik edən-məruzəçi hakim R.Rəfiyev, hakimlər E.Hüseynov və V.Məlikov).

17. Həmin məhkəmə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında bağlanmış 211.19.36.006 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqavilə üzrə iddiaçı öhdəliyini yerinə yetirərək satılan mal və xidmət üzrə 13.809,50 manat, avans üzrə 7.040 manat olmaqla cəmi 20.849,5 manat məbləğində xərc çəkmiş, lakin Cavabdeh öhdəliklərini icra etməmiş, iddiaçıya 3.418,33 manat məb ləğində şəkər çuğunduru təhvil vermiş, 17.431,17 manat ödənilməmiş borcu qalmışdır.

18. Məhkəmə apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.3-ci yarımbəndinə əsasən əkinçi şəkər çuğunduru əkəcəyi sahənin suvarılan torpaq olmasını, hər bir hektardan 35 tondan az olmayaraq məhsul əldə etməyi və bu müqavilənin şərtlərinə uyğun olaraq əldə etdiyi məhsulu iddiaçıya verməyi öhdəsinə götürür. Müqavilənin bu şərtində aydın göstərilir ki, məhsulun çıxarılması və zavoda təhvil verilməsi Cavabdeh tərəfindən həyata keçirilməlidir. Məhsulun zavod tərəfindən kombaynla çıxarılması ilə bağlı heç bir yazılı razılaşma olmamışdır.

19. Bundan başqa, 2019-cu il 29 noyabr tarixli 204895 saylı elektron qaimədə də göstərildiyi kimi, 16 hektar ərazidən məhsul çıxarılması üçün Cavabdeh aqreqat verilmiş hər hektar üçün də 4 manat icarə haqqı hesablanaraq borclanmışdır. Bu elektron qaimə Cavabdeh özü tərəfindən asan imzası ilə təsdiq edilərək zavoda elekton qaydada təqdim edilmişdir. Bütün görülən işləri Cavabdeh özü etdirmiş və görülmüş xidmətin haqqını zavod traktoçuya ödənilməsi üçün avans pul şəklində 11 dəfəyə 7.040 manat olmaqla ayrı-ayrı vaxtlarda Cavabdeh bank hesabına köçürmüşdür. 20. 2019-cu il 31 oktyabr tarixli, 879881-saylı elektron qaimədə də öz təsdiqini tapır ki, Cavabdeh 20 hektar əkin sahəsinin yarpaq biçinini zavoda məxsus aqreqatla həyata keçirmiş, bununla bağlı elektron qaimə ünvanlamışdır. Bir daha sübut olunur ki, sahə tam olaraq biçilmişdir, lakin bitkinin çox hissəsi standartlara cavab vermədiyində n qəbul olunmamışdır. Müqavilənin 1 saylı Əlavəsinin 4-ci bəndinə əsasən, tərəflər arasında əvvəlcədən razılaşdırılmışdır ki, şəkər çuğundurunun 1 ədədinin təmizlənmiş halda çəkisi 250 qramdan az olduqda məhsul zavod tərəfindən geri qaytarılacaqdır. Bununla yanaşı, birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçının nümayəndəsi “cavabdeh şəkər çuğunduru əkilmiş torpaq sahəsinin təxminən 3 hektara yaxın hissəsində çuğundur məhsulu toplanmış, həmin hissənin dəyəri hesablanmış və elektron qaiməyə formasında elektron qaydada sənədləşdirilmişdir. Qeyd edilən 3 hektardan əlavə qalan torpaq sahəsində şəkər çuğunduru müvafiq keyfiyyət standartlarına və müqavilə şərtlərinə cavab vermədiyi üçün yığılmamış, lakin bununla bağlı təqdim edəcək sübutu yoxdur. Qeyd edilən şəkər çuğundurunun qalan tor paq sahəsindən yığılmamasının dəqiq səbəbləri ona məlum deyildir” kimi izahat vermiş və həmin izahata əsasən iddianı rədd etmişdir. Halbuki iddiaçının şəkər çuğundurunun yığılmasının təmin edilməsi kimi bir öhdəliyinin olmasını təsdiq edən hər hansı müqavilə mövcud deyildir. Hansı ki, mülki hüquq münasibətlərinin tərəfləri üzərinə öhdəlik yalnız müqavilə əsasında qoyula bilər.

21. İddianın, borcun Zamin əsas borclu ilə birlikdə tutularaq ödənilməsi hissəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 385.1, 386.1, 404.1, 404.2, 425.1, 442, 445.1, 445.2.2, 448.1, 448.2, 470.1, 472.1, 477.0.4, 739.1-ci, MPM-in 384.0.2-ci maddələrinə istinad etməklə əsasl andırmışdır.

23. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022ci il 22 fevral tarixli, 2-2(102)-133/2022 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli 2-2(107)-82/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə qisməniddianın təmin edildiyi hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir (sədrlik edən-məruzəçi hakim B.Məmmədli, hakimlər B.Q əribov və İ.Dadaşov).

25. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qətnamədə müəyyən ziddiyyətlərə yol verilmişdir. Belə ki, iddiaçının öhdəliyi olmadığı halda, hansı səbəb(lər)dən 16 hektar ərazidən məhsul çıxarılması üçün Cavabdeh aqreqat verməsi qətnamədən aydın olmur. İstər iddia ərizəsində, istərsə də işə baxan məhkəmələrə verdiyi izahatlarda iddiaçı tərəf israrla bildirmişdir ki, müqavilə şərtlərinə əsasən, Cavabdeh müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc (aqrotexniki xidmət, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab-faktura təqdim edildikdən sonra 20 gün ərzində Cava bdeh bank hesabına köçürüləcəkdir.

26. Eyni zamanda, sözügedən aqrotexniki xidmətlərin hansı işlərdən ibarət olması tərəflər arasında bağlanmış müqavilənin 2 saylı əlavəsində konkret sadalanmışdır. Müqavilənin 2 saylı əlavəsinin 19-cu bəndindən aydın olur ki, aqrotexniki işlərdən biri mexaniki üsulla məhsul yığımıdır (yarpaq biçimi, çıxarılma və yükləmə). Həmin aqrotexniki işlə bağlı iddiaçı tərəfindən müqavilə üzrə təmin olunan hissəni 1 hektara görə 150 manat təşkil etmişdir.

27. Həmçinin, müqavilənin 2 saylı əlavəsində qeyd olunmuşdur ki, aqrotexniki tədbirlərin aparılması üzrə qiymətlər müəyyən olunarkən istifadə olunan traktor və aqreqatların icarəyə götürülməsi şərti nəzərə alınmışdır. Dövlət tərəfindən yanacaq qiymətlərinin dəyişməsi nəticəsində texnoloji xəritədəki müvafiq aqrote xniki xidmətlərin qiymətləri də dəyişə bilər.

28. Qeyd olunanlardan aşkar şəkildə görünür ki, müqavilənin 2 saylı əlavəsində nəzərdə tutulmuş aqrotexniki xidmətlərlə, o cümlədən mexaniki üsulla məhsul yığımı (yarpaq biçimi, çıxarılma və yükləmə) ilə borclanmaq Cavabdeh öhdəliyi, həmin xidmətləri təqdim etmək isə iddiaçının öhdəliyi olmuşdur.

29. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin öz qətnaməsində istinad etdiyi 2019-cu il 29 noyabr tarixli, 204895 saylı elektron qaiməyə əsasən, 16 hektar ərazidən məhsul çıxarılması üçün, iddiaçı tərəfindən Cavabdeh aqreqat verilməsi bir tərəfdən Cavabdeh hər hektar üçün 4 manat icarə haqqı hesablanmaqla borclanaraq öz öhdəliyini yerinə yetirdiyini, digər tərəfdən isə iddiaçının həmin aqreqatı ərazidən məh sul çıxarılması üçün icarəyə verməklə öz öhdəliyini yerinə yetirdiyini göstərir. Lakin sözügedən qaimədən və iş materiallarından məlum olur ki, iddiaçı həmin öhdəliyi Cavabdeh sahəsinin yalnız bir hissəsinə münasibətdə yerinə yetirmişdir. Sahənin qalan hissəsindən məhsul çıxarılması üçün iddiaçı tərəfindən Cavabdeh icarəsinə aqreqat verilməsi müəyyən edilmir.

30. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənin preambulasından, 2.2, 3 və 4-cü bəndlərinin, həmçinin Müqavilənin 1 saylı Əlavəsinin 6 və 11-17-ci bəndlərinin tələblərindən aydın olur ki, iddiaçı Cavabdeh şəkər çuğunduru əkmək üçün təqdim etdiyi torpaq sahəsinə baxış keçirir, torpaq sahəsinin təsərrüfat imkanlarını (münbitlik, suvarılma, məhsul vermə və sair) nəzərdən keçirib rəy verir. İddiaçının müsbət rəyindən sonra iddia çının təqdim etdiyi toxum, texnika və xidmətlər əsasında torpaq sahəsinə şəkər çuğunduru əkilir, məhsul yetişdikdən sonra isə iddiaçının müvafiq texnikası ilə həmin məhsul yığılır. Yığılmış məhsula iddiaçı tərəfindən çəkilmiş bütün xərclər çıxıldıqdan sonra qalan məhsulun dəyəri Cavabdeh ödənilir. Şəkər çuğunduru yarpağının biçilməsi tam olaraq iddiaçının təlimatı əsasında həyata keçirilməlidir. Məhsulun toplanması ciddi texnoloji proses olaraq iddiaçının tam nəzarəti əsasında həyata keçirilir.

31. Apellyasiya instansiyası məhkəməsi isə iddianı müvafiq hissədə təmin edərkən qeyd olunan müqavilə tələblərini nəzərə almamış, onların mahiyyətini aydınlaşdırmamış, tərəflərin öhdəliklərini tam dəqiqləşdirməmiş, həmin öhdəliklərin icrası istiqamətində konkret olaraq hansı tədbirlərin görüldüyünü, hansılarının isə görülmədiyini ətraflı təhlil etməmiş, bu halların müqavilənin icrasına və mövcud vəziyyətin yaranmasına necə təsir etdiyini qiymətləndirməmişdir.

32. Bundan başqa, apellyasiya instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində MM-in bir sıra maddələrini sadalasa da, həmin normaları hazırkı mübahisənin müvafiq halları ilə əlaqəli şəkildə təhlil və tətbiq etməmişdir.

33. Həmçinin, qətnamənin əsaslandırıcı hissəsində apellyasiya instansiya məhkəməsi MM-in 739.1-ci maddəsini tətbiq etsə də, bunun səbəbləri barədə hər hansı izah verməmişdir.

34. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı mübahisəyə MM-in 739.1-ci maddəsinin tətbiqinə lüzum olmadığı halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin normanın tətbiq edilməsi maddi hüquq pozuntu su kimi qiymətləndirilməlidir.

35. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi işdə olan sübutları düzgün qiymətləndirməmiş, MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, habelə maddi hüquq pozuntusuna yol vermiş, nəticədə MPM-in 217.1-ci maddəsinə uyğun gəlməyən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

36. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 aprel tarixli, 2-2(107)-39/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə qəbul olunmuş Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 14 iyun tarixli e-2-2(117)-252/2021 saylı qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrl ik edən hakim – G.Cavadova, hakimlər – M.Əsədli və A.Mahmudov).

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iş üzrə tərəflərin təqdim etdiyi sənədlərdən, habelə iddiaçının nümayəndələri və Cavabdeh hazırkı iş üzrə verdikləri yazılı və şifahi izahatlardan müəyyən edilmişdir ki, Cavabdeh müqavilə şərtlərinə əsasən istifadəsində olan 20 hektar torpaq sahəsində iddiaçının təqdim etdiyi maddi-texniki vasitələrindən (toxum, gübrə və s.) istifadə etməklə şəkər çuğunduru bitkisi yetişdirmiş və yığıma hazır olmuşdur. İşin bu halı tərəflər arasında mübahisə doğurmur.Tərəflər arasında mübahisə doğuran hal, müqavilə üzrə məhsulun yığımının kim tərəfindən həyata keçirilməli olmasıdır.

38. Məhkəmə qeyd etmişdir ki, istər iddia ərizəsin də, istərsə də işə baxan məhkəmələrə verdiyi izahatlarda iddiaçı tərəf özü bildirmişdir ki, müqavilə şərtlərinə əsasən, Cavabdeh Müqavilənin 2 saylı Əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc (aqrotexniki xidmət, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab-faktura təqdim edildikdən sonra 20 gün ərzində Cavabdeh bank hesabına köçürüləcəkdir.

39. İddiaçı tərəfindən aparılmalı olan aqrotexniki xidmətlərin hansı işlərdən ibarət olması tərəflər arasında bağlanmış Müqavilənin 2 saylı Əlavəsində konkret sadalanmışdır.

40. Bundan başqa, Müqavilənin preambulasından, 2.2, 3 və 4-cü bəndlərinin, həmçinin Müqavilənin 1 saylı Əlavəsinin 6 və 11-17-ci bəndlərinin tələblərindən aydın olur ki, MMC Cavabdeh şəkər çuğunduru əkmək üçün təqdim etdiyi torpaq sahəsinə baxış keçirir, torpaq sahəsinin təsərrüfat imkanlarını (münbitlik, suvarılma, məhsul vermə və sair) nəzərdən keçirib rəy verir. MMC-nin müsbət rəyindən sonra MMC-nin təqdim etdiyi toxum, texnika və xidmətlər əsasında torpaq sahəsinə şəkər çuğunduru əkilir, məhsul yetişdikdən sonra isə MMC-nin müvafiq texnikası ilə həmin məhsul yığılır. Yığılmış məhsula MMC tərəfindən çəkilmiş bütün xərclər çıxıldıqdan sonra qalan məhsulun dəyəri Cavabdeh ödənilir. Şəkər çuğunduru yarpağının biçilməsi tam olaraq MMC-nin təlimatı əsasında həyata keçirilməlidir. Məhsulun toplanması ciddi texnoloji proses olaraq MMC-nin tam nəzarəti əsasında həyata keçirilir.

41. Qeyd olunanlardan görünür ki, Müqavilənin 2 saylı Əlavəsində nəzərdə tutulmuş aqrotexniki xidmətlərlə, o cümlədən mexaniki üsulla məhsul yığımı (yarpaq biçimi, çıxarılma və yükləmə) ilə borclanmaq Cavabdeh öhdəliyi, həmin xidmətləri təqdim etmək isə iddiaçının öhdəliyi olmuşdur.

42. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, 2019-cu il 29 noyabr tarixli 204895 saylı elektron qaiməyə əsasən, 16 hektar ərazidən məhsul çıxarılması məqsədilə aqreqat verildiyinə görə Cavabdeh borclandığı göstərilsə də, bu hal, işdə olan sübutlarla öz təsdiqini tapmır. Belə ki, 2019-cu il 8 dekabr tarixində tərtib olunmuş Aktda qeyd olunmuşdur ki, Qəbələ rayonu Zirik kəndində 20 hektar torpaq sahəsinə şəkər çuğunduru əkilmiş, həmin sahənin şum, mala, səpin, toxum və gübrə səpini işlərini İmişli şəkər zavodu, daş təmizləmə işlərini kənd camaatı görmüşdür. Şəkər zavodu ilə razılaşmaya əsasən sahədən çuğunduru zavodun xüsusi kombaynı toplamalı idi. Həmin kombayn sahəyə gəlmiş, 3 ha torpaq sahəsini topladıqdan sonra kombaynın sürücüsü və iddiaçının yerli aqronomu E.Baxışov iddiaçının işçisi olan X6 rayonunda 80 ha sahədə şəkər çuğundurunu topladıqdan sonra bir həftəyədək gəlib çuğunduru sahədən yığacaqlarını bildirmişdir. Cavabdeh xeyli müddət həmin sahəni qorumuş, lakin 15 gündən artıq vaxt keçməsinə baxmayaraq kombayn gəlməmiş, açıq sahədə mal-qaranın tapdağı altında qalan sahə İmişli şəkər zavodunun təqsirindən məhv olmuşdur.

43. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, həmin Akt saxtadır. Çünki, həmin aktda adı qeyd olunan iddiaçının aqronomu X4 iddiaçıya borclandığı üçün iddiaçı o na qarşı müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 7 may tarixli qətnaməsi (iş № e-2-2(117)-260/2021) ilə E.Baxışovdan iddiaçının xeyrinə cəmi 2.782,62 manat məbləğində pulun tutulması qət edilmişdir. Bu səbəbdən də E.Baxışov iddiaçıya qarşı qərəzli mövqedən çıxış edərək həmin aktı imzalamışdır.

44. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı bildirmişdir ki, E.Baxışovun iddiaçıya borclu olması və həmin borcun iddiaçının xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin mövcud olması, E.Baxışovun iddiaçıya qarşı münasibətinin qərəzli olmasını təsdiq etmir. E.Baxışov akt tərtib edildiyi zaman iddiaçı MMC-də aqronom vəzifəsində işləmişdir. Onun qərəzli olaraq geri tarixə saxta aktın tərtib edilməsində iştirak etməsi ilə bağlı MMC-də araşdırma aparılması, habelə bununla bağlı onun barəsində intizam tənbehi görülməsi işin materialları ilə öz təsdiqini tapmır. Bundan başqa, E.Baxışovdan başqa, aktı, onun tərtib edilməsində marağı olmayan daha 2 nəfər- N. Məmmədov və E.Behbudov imzalamışlar.

45. Həmçinin, Cavabdeh bank hesabına müxtəlif vaxtlarda 7.040 manat məbləğində avans pulun köçürülməsi məhsulun yığımı ilə bağlı işlərin görülməsi ilə əlaqəli olmamış, həmin vəsait torpaq sahəsinin şumlanması, şəkər çuğundurunun əkini, suvarılması və sair işlərin həyata keçirilməsi ilə bağlı olmuşdur. Belə ki, işin materiallarında olan ödəniş tapşırıqlarından müəyyən olunmuşdur ki, avans şəklində ödənilmiş məbləğlər, məhsul yığımından əvvəlki tarixlərə, yəni 2019-cu ilin fevral-iyul aylarına təsadüf edir. Bu da onu təsdiq edir ki, həmin məbləğl ər Cavabdeh hesabına məhsulun yığımı ilə əlaqədar köçürülməmişdir.

46. Beləliklə, ğəhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı məhsul çıxarılması üçün Cavabdeh aqreqat vermək öhdəliyini Cavabdeh sahəsinin yalnız bir hissəsinə (3 hektar sahə) münasibətdə yerinə yetirmişdir. Sahənin qalan hissəsindən məhsul çıxarılması üçün iddiaçı tərəfindən Cavabdeh icarəsinə aqreqat verilməsi müəyyən edilmir. Yəni, müqavilə şərtləri iddiaçı tərəfindən lazımınca icra olunmadığına görə, məhsulun müqavilədə nəzərdə tutulmuş həcmdə iddiaçıya təhvil verilməsi mümkün olmamışdır.

47. Bunlardan başqa, iş materiallarından göründüyü kimi, hazırkı mübahisənin predmetini iddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə nəzərdə tutulmuş məhsulun iddiaçıya təhvil verilməsindən ibarət öhd əliyin yerinə yetirməməsi nəticəsində yaranmış borc tələbi təşkil edir.

48. İşə birinci instansiyası məhkəməsində baxılan zaman iddiaçı MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Cavabdeh əkdiyi 3 hektardan əlavə qalan torpaq sahəsində şəkər çuğunduru müvafiq keyfiyyət standartlarına və müqavilə şərtlərinə cavab vermədiyi üçün yığılmamışdır. İşin hazırki apellyasiya baxışı zamanı MMC-ni təmsil edən nümayəndə X3 isə izahatında bildirmişdir ki, iddiaçı MMC tərəfindən Cavabdeh kotan təqdim edilmiş, məhsul kotan vasitəsilə yığılmış, lakin məhsul müqavilə şərtlərinə uyğun olmadığı üçün cavabdeh tərəfindən zavoda təhvil verilməmişdir.

49. Göründüyü kimi, məhsulun yığımı ilə bağlı iddiaçı MMC-nin nümayəndələri məhkəmələrə zidiyyətli izahatlar vermişlər. Lakin eyni zamanda hər iki n ümayəndə məhsulun MMC tərəfindən təhvil alınmasından imtinanın eyni səbəbini – məhsulun müvafiq keyfiyyət standartlarına və müqavilə şərtlərinə (şəkər çuğundurunun müvafiq şəkərlilik faizinin aşağı olması və bir ədədinin təmizlənmiş halda çəkisinin 250 qramdan az olması) cavab verməməsini göstərmişlər.

50. Bununla bağlı məhkəmə bildirmişdir ki, Cavabdeh yetişdirdiyi təxminən 3 hektar sahədən yığılan şəkər çuğunduru müvafiq keyfiyyət standartlarına və müqavilə şərtlərinə uyğun olmuşdur və iddiaçı həmin çuğundur məhsulunu qəbul etmişdir. Hazırda iddiaçı yalnız yerdən yığılmayan məhsulun keyfiyyətinin aşağı olmasını mübahisələndirsə də, bununla bağlı hər hansı sübut (məsələn labaratoriya analizinin nəticələri, akt və s.) məhkəmələrə təqdim etməmişdir. Belə olan halda, müzakirə olunan hissədə də iddiaçının dəlilləri əsassızıdr.

51. Bunlardan əlavə, iddiaçının apellyasiya şikayətində göstərilmişdir ki, müvafiq keyfiyyət standartlarına və müqavilə şərtlərinə cavab vermədiyinə görə, iddiaçı tərəfindən təhvil alınmamışdır. Yığılmayan sahədə qalan xırda məhsulu Cavabdeh özü yığdırıb heyvandarlıqla məşğul olan fermerlərə satmışdır. Bu barədə Cavabdeh zavodun ofis aqronomu Yolçu Vəliyevə bildirmişdir. Məhkəmə, apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab etmişdir. Çünki, iddiaçı sözügedən dəlilini təsdiq edən hər hansı sübutu, o cümlədən Yolçu Vəliyevin şahid qismində ifadəsini, məhkəmələrə təqdim etməmişdir.

52. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddələri ilə (bax yuxarıda §14), həmçinin MM-in 390.1, 425.1, 44 2, 443.1, 445.2.1, 445.5, 448.2-ci maddələri ilə əsaslandırmışdır.

53. Apellyasiya məhkəməsinin qətnaməsi iddiaçıya təqdim edilmişdir.

54. İddiaçı kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

55. MM-in 404.1-ci maddəsinin tələbləri pozulmuşdur-malların iddiaçı tərəfindən sahədən toplanaraq, onun tərəfindən zavoda gətirilməsi şərti nə müqavilədə, nə onun əlavəsində, nə də elektron-qaimələrdə nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən avans ödənişdən əlavə cavabdehə Cavabdeh təqdim edilmiş mal və xidmətlər üzrə cəmi 20 ədəd elektron-qaimə göndərilmişdir. Elektron qaimələrdə həmin mal və xidmətlərin adları, avans ödənişlərdə isə ödənişin isə təyinatı açıq-aşkar qeyd edilmişdir. Həmin ödəniş sənədlərində malların Cavabdeh təhvil alınması üçün xidmət haqqı müəyyən edilməməsi bir daha təsdiq edir ki, iddiaçının hazır məhsulu Cavabdeh sahəsindən götürərək iddiaçının zavoduna gətirmək kimi bir xidmət göstərmək öhdəliyi olmamışdır. Bu səbəbdən, birinci apellyasiya baxışında ödəniş sənədlərinə düzgün hüquqi qiymət verilmiş, MM-in 404-cü maddəsi düzgün tətbiq edilmişdir.

56. Müqavilənin 4.3-cü bəndində aydın göstərilmişdir ki, məhsulun çıxarılması və zavoda təhvil verilməsi cavabdeh tərəfindən həyata keçirilməlidir. Xüsusilə qeyd olunmalıdır ki, məhsulun zavod tərəfindən kombaynla çıxarılması ilə bağlı heç bir yazılı razılaşma olmamışdır. Lakin bu hal yeni apellyasiya baxışı zamanı məhkəmə tərəfindən nəzə rə alınmamışdır.

57. Mübahisə ilə bağlı digər mühüm məqamlardan biri də iddiaçının sabiq aqranomu E.Baxışov və digər şahidlər adından məhkəməyə təqdim edilmiş 2019-cu il 8 dekabr tarixli “Akt”la bağlıdır. Yeni apellyasiya baxışı nəticəsində isə məhkəmə belə bir əsassız nəticəyə gəlmişdir. Halbuki, məhkəmə aqranom E.Baxışovun bu məsələdə maraqlı tərəf olduğunu və buna görə də qərəzli mövqe tutduğuna dair iddiaçının nümayəndəsinin qeyd etdiklərini ümumiyyətlə nəzərə almamışdır.

58. Həmçinin, tərəflər arasında bağlanmış müqavilə xidmət, alqı-satqı, o cümlədən alqı-satqı müqaviləsinin xüsusi növü olan mal göndərmə müqaviləsinin elementlərini özündə ehtiva edən qarışıq müqavilədir. Sözügedən müqavilənin 4.3-cü maddəsindən və MM-in müvafiq normalarının məzmunundan göründüyü kimi, malları göndərm ək vəzifəsi mal göndərənə yəni indiki halda, cavabdehə aiddir.

59. MPM-in 77.1, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur-iddia tələbinə qarşı cavabdeh tərəfindən verilmiş etirazda istinad edilmiş hallara (yəni, iddiçıya borcunun olmamasını və s.) dair sübut təqdim edilməmişdir. Onlar tərəfindən apellyasiya instansiyasına təqdim edilən sübutlara obvektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamış və həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq lazımi hüquqi qiymət verilmədən qanunsuz qətnamə qəbul edilmişdir.

60. Apellyasiya məhkəməsinin qətnaməsi məhkəmə iclas vaxtı iddiaçı tərəfindən qeyd edilmiş hallara, həmçinin təqdim edilən sübutlara əsasən müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığı üçün qanunsuz və əsassızdır.

61. Kassasiya şikayətində həmçinin MM-nin 425.1, 627.1, 630.1, 631.2 və 739.1-ci maddələrinin mətənlərinə istinad olunmuş, həmin normaların pozulmasına dair hər hansı dəlil göstərilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

62. İİ. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

63. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

64. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanıla caqdır (MPM-in 403 və 416-cı maddələri).

65. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

66. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərk ən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya a dətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır....” “Maddə 44

8. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödən ilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar....” “Ma ddə

477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir:... 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.” “Maddə

739. Borc müqaviləsi... 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə mə şğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”

67. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında iş ə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi) 69. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasi ya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

70. Kassasiya şikayətinin §55-56-də dəlillərində qeyd olunan məsələlərə kassasiya i nstansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

71. Kassasiya şikayətinin §57-də göstərilən dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən sözügedən aktın mötəbərliyini şübhə altına alan sübutlar işə mahiyyəti üzrə baxan məhkəmələrə təqdim edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 2019-cu il 08 dekabr tarixli akta verdiyi hüquqi qiymətləndirməni MPMnin 14.2 və 77.1-ci maddələrinin tələblərinə uyğun hesab edir ( bax yuxarıda §43-44).

72. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə ( bax yuxarıda §59) qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 77.1, 88 və 217-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

73. Məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, işin təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər nəzərə alınaraq, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır ( bax yuxarıda §37-51).

74. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

75. MPM-in 416-419-cu maddələrin i rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 aprel tarixli 2-2(107)-39/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: Z.Ə.Əliyev E.Y.Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar