Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-554/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdeh “X1” MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi ilə və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 aprel tarixli, 2-2(105)-25/2022 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh “X1” MMC tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ:
1. İddiaçı MMC (bundan sonra-“iddi açı”) ilə “X1” MMC (bundan sonra – “cavabdeh”) arasında 2019-cu il 21 fevral tarixində bağlanmış DGA001 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı”ya müxtəlif çeşiddə metal (bundan sonra-“Mal”) satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir; «Satıcı» müqaviləyə uyğun olaraq «Alıcı» tərəfindən ödəniş həyata keçirildikdən sonra 3 təqvim günü ərzində malı «Alıcı»ya təhvil verməyi öhdəsinə götürür (4.1-ci bənd); satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən ödəniş həyata keçirildikdən sonra 3 təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürür; satıcı malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir (4.2-ci bənd); «Alıcı» tərəfindən ma lın təhvil alınması təhtəl hesab şəxs tərəfindən həyata keçirilən təqdirdə «Alıcı» təhtəlhesab şəxsə vəkalətnamə (etibarnamə) verməlidir (4.3-cü bənd); malın daşınması və yüklənməsi ilə bağlı xərclər alıcı tərəfindən ödənilir (4.4-cü bənd); alıcı sifariş olunan malın dəyərinin 100 % həcmində ödənişi sifariş təsdiq edildikdən və Satıcının təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 5 (beş) iş günü ərzində köçürmə yolu ilə həyata keçirir (5.1-ci bənd); malın alıcıya təhvil verilməsi ilə bağlı öhdəlik satıcı tərəfindən lazımınca yerinə yetirilmədikdə alıcı həmin öhdəlik lazımınca icra olunanədək ödənişin həyata keçirilməsini təxirə salmaq hüququna malikdir (5.3-cü bənd). 2. 2020-ci il 16 aprel tarixli, EBAİ 852789 nömrəli, 2020-ci il 24 aprel tarixli EBAİ 949927 nömrəli və 2020-ci il 14 may tarixli EBAJ 898533 nömrəli Elektron Qaimələrdən görünür ki, 2019-cu il 21 fevral tarixli, DGA001 nömrəli alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ƏDV daxil cəmi 143.501,95 manat dəyərində (12.545,05 manat + 108.890,90 manat + 22.066 manat) armatur və katanka məhsulları göndərilmişdir; - 2020-ci il 16 aprel tarixli, EBAİ 852789 nömrəli elektron qaimədən görünür ki, DGA001 nömrəli alğı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ƏDV daxil cəmi 12.545,05 manat dəyərində olmaqla (10.631,40 manat malın dəyəri + 1.913,65 manat ƏDV) 10 ton miqdarında “Katanka 8” məhsulu göndərilmişdir. - 2020-ci il 24 aprel tarixli EBAİ 949927 nömrəli elektron qaimədən görünür ki, DGA001 nömrəli alğı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ƏDV daxil cəmi 108.890,90 manat dəyərind ə olmaqla (92.280,43 manat malın dəyəri + 16.610,48 manat ƏDV) 47,208 ton miqdarında “Armatur U12”, 4,008 ton miqdarında “Armatur U14”, 6,017 ton miqdarında “Armatur U20”, 2,003 ton miqdarında “Armatur U22”, 37,439 ton miqdarında “Armatur U25” və 10 ton miqdarında “Katanka-8” məhsulları göndərilmişdir. - 2020-ci il 14 may tarixli EBAJ 898533 nömrəli elektron qaimədən görünür ki, DGA001 nömrəli alğı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ƏDV daxil cəmi 22.066 manat dəyərində olmaqla (18.700 manat malın dəyəri + 3.366 manat ƏDV) 22 ton miqdarında “Armatur U14” məhsulu satılmışdır.
3. İddiaçı tərəfindən cavabdehə 2021-ci il 31 may tarixli pretenziya məktubu ünvanlanaraq, tərəflər arasında 2019-cu il 21 fevral tarixində imzalanan alqı-satqı müqaviləsi üzrə təhvil verilmiş mallara g örə 2021-ci il 31 may tarixinə iddiaçıya 143.501,95 manat məbləğində borcun yarandığı bildirilmiş, qeyd olunan borcun 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə hüquqların müdafiəsi üçün hüquqi vasitələrdən istifadə etməyə məcbur olacaqları barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 143.501,95 manat məbləğində əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tikinti mallarının istehsalı və alqı-satqısı ilə məşğul olan tərəflər arasında tikinti mallarının alqı-satqısına dair 2019-cu il 21 fevral tarix li, DGA001 saylı müqavilə bağlanmış və həmin müqavilə üzrə cavabdehə satılmış mallara görə sonuncunun 2021-ci il 31 may tarixinə iddiaçıya 143.501,95 manat məbləğində borcu yaranmışdır. Bu barədə cavabdehə pretenziya məktubu təqdim edilmiş olsa da, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və iddiaçıya olan həmin borcu ödəməmişdir.
6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 21.1, 21.2, 385.1, 442, 448.1, 567, 569.1, maddələrinə istinad edilmişdir.
7. Daha sonra cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək (qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə 2021-ci il 1 oktyabr tarixli və 2021-ci il 11 noyabr tarixli ərizələrlə), iddiaçıdan (95.211+17.137,98 ƏDV) cəmi 112.348,98 manat pul vəsaitinin tutularaq cavabdehin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2019-cu il 21 fevral tarixli, DGA001 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh tərəfindən ödənilən pul məbləğinin əvəzi olaraq verilmiş sifariş əsasında iddiaçı müvafiq malları cavabdehə təhvil verməsinə öhdəlik götürmüşdür. Lakin iddiaçı tərəfindən müqavilədə göstərilən öhdəlik lazımınca yerinə yetirilməmişdir.
9. Belə ki, cavabdeh tərəfindən iddiaçının hesabına malın ümumi dəyəri ƏDV daxil olmaqla cəmi 112.348,98 manat (95.211 + 17.137,98 (ƏDV)) ödəniş edilmiş və bu günə qədər mallar cavabdehə təhvil verilməmişdir.
10. Həmin mallar bunlardır: 1) 60 ton (tonu 851 manat) – 14-lük armatur – 51.0 60 manat; 2) 12 ton (tonu 851 manat) – 12-lik armatur-10.212 manat; 3) 8 ton (tonu 851 manat) – 25lik armatur – 6.808 manat; 4) 5 ton (tonu 1.001 manat) – 8-lik katanka – 5.005 manat; 5) 4 ton (tonu 851 manat) – 16-lıq armatur 3.404 manat; 6) 14 ton (tonu 851 manat) – 18-lik armatur – 11.914 manat; 7) 4 ton (tonu 851 manat) – 20-lik armatur – 3.404 manat; 8) 4 ton (tonu 851 manat) – 22-lik armatur 3.404 manat. Beləliklə, iddiaçının cavabdehə 112.348,98 manat borcu yaranmışdır. Tərəflər arasında bağlanılmış 2019-cu il 21 fevral tarixli DGA001 saylı alqı-satqı müqaviləsinin 4.1-ci bəndinə əsasən satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən ödəniş həyata keçirildikdən sonra 3 təqvim gün ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürür.
11. Lakin iddiaçı tərəfindən bu günə qədər mallar cavabdehə təhvil verilməmiş və tərəflər arasında bu barədə təhvil-təslim aktı tərtib olunmamışdır.
12. Cavabdeh tərəfindən həmçinin, ilkin iddia tələbinə dair etiraz təqdim edilərək, iddiaçının cavabdehə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə qarşı qaldırılan iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, cavabdehin səlahiyyətli şəxsləri tərəfindən iddia tələbində qeyd olunan tikinti materialları qəbul edilməmiş, tərəflər arasında malların təhvil verilməsi və təhvil alınması barədə akt belə olmamışdır. Həmçinin, iddiaçının iddia tələbi üzrə göstərdiyi mallara dair cavabdeh tərəfindən iddiaçının hesabına heç bir ödəniş olunmamışdır. Yalnız qarşı lıqlı iddia ərizəsində göstərilən ƏDV daxil cəmi 112.348,98 manat dəyərində tikinti materiallarına görə cavabdeh tərəfindən iddiaçının hesabına ödəniş olunmuşdur. İddiaçının cavabdehə qarşı 143.501,95 manat pul tələbinə dair iddiası əsassızdır və rədd olunmalıdır.
13. Qarşılıqlı iddia tələbinə dair etiraz təqdim edilməmişdir.
14. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 18 noyabr tarixli, e-2-2(119) 858/2021 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmiş, qarşılıqlı iddia ərizəsi üzrə məhkəmə xərclərin cavabdehə aid edilməsi qət edilmişdir (hakim Z.Sadiqov).
15. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarına istinad etmiş (bax yuxarıda §1-3) və gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında bağlanmış 2019cu il 21 f evral tarixli DGA001 nömrəli alqı-satqı müqaviləsi (məhkəmə araşdırması zamanı tərəflərin nümayəndələri izahatlarında 21 fevral 2019-cu il tarixli DGA001 nömrəli müqavilənin əslində 21 fevral 2020-ci ildə bağlandığını, lakin müqavilənin tərtibi zamanı texniki səhvə yol verilərək müqavilənin tarixinin “21 fevral 2019-cu il” kimi qeyd olunduğunu bildirmişlər) üzrə cavabdehin hesabından EBAG 681799 saylı elektron qaiməyə əsasən mal material üçün 2020-ci il 24 fevral tarixində iddiaçının hesabına 95.211 manat məbləğində pul vəsaiti və həmçinin, cavabdehin “ƏDV sub-uçot” hesabından EBAG 681799 saylı elektron qaimə üzrə 17.137,98 manat məbləğində pul vəsaiti iddiaçının “ƏDV sub-uçot” hesabına, yəni hər iki hesab üzrə cəmi 112.348,98 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
16. Lakin həmin pul ödənişinin əvəzində EBAG 681799 saylı elektron qaimədə qeyd olunan məhsulların satıcı tərəfindən alıcıya verilməməsi, yəni satılmaması öz təsdiqini tapmamış və bu xüsusat məhkəmə araşdırması zamanı prosessual hüquq normasının tələblərinə uyğun sübut edilməmişdir. Eyni zamanda, məlum alqı-satqı müqaviləsi üzrə 2020-ci il 16 aprel tarixli EBAİ 852789 nömrəli, 2020-ci il 24 aprel tarixli EBAİ 949927 nömrəli və 2020-ci il 14 may tarixli EBAJ 898533 nömrəli elektron qaimələrlə satıcı tərəfindən alıcıya ƏDV daxil cəmi 143.501,95 manat dəyərində armatur və katanka məhsullarının satılması və həmin alqı-satqı üzrə yaranmış cəmi 143.501,95 manat məbləğində borcun satıcıya ödənilməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.
17. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş faktiki ha llarına MM-in 385.1, 404, 425.1, 427.3, 442, 443.1, 445.1, 448, 567, 600.1, 600.4, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 71-1.1.1, 71-1.5.1, 71-1.5.4, 71-1.5.5, 71-1.5.7, 711.5.8, “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi” Azərbaycan Respublikası Qaydalarının 3, 3.1-3.4-cü bəndlərinin tələbləri baxımından qiymət verərək, belə qənaətə gəlmişdir ki, iddiaçının 143.501,95 manat məbləğində əsas borcun cavabdehdən tutulması barədə ilkin iddia tələbi əsaslıdır. Lakin cavabdeh tərəfindən iddiaçıya qarşı verilmiş “pul tələbi” barədə qarşılıqlı iddia tələbinin, yəni iddiaçıdan cəmi 112.348,98 manat (95.211 manat+17.137,98 manat ƏDV) məbləğində pul vəsaitinin tutularaq cavabdehə ödənilməsi barədə qarşılıqlı iddia tələbinin əsaslılığı məhkəmə araşd ırması zamanı sübuta yetməmişdir.
18. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair 2019-cu il 18 mart tarixli Qərarına, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 76, 77.1, 78.1, 88, 106.1, 106.3, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir.
19. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, ilkin iddia tələbi hissəsindən təmin olunmaması və qarşılıqlı hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Sumqayıt Apellyas iya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 aprel tarixli, 2-2(105)-25/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), Z.Məmmədov və F.Məmmədov).
21. Apellyasiya instansiya məhkəməsi işin birinci instansiya məhəməsində müəyyən edilmiş faktiki hallarına istinad etmiş (bax yuxarıda §1-3) və həmin məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır.
22. Həmin məhkəmə cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab etmişdir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
23. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi ilə əlaqədar apellyasiya şikayətinin əsas dəlili kimi aşağıdakılar qeyd olunmuşdur: “... Birinci instansiya məhkəməsi ilkin iddia tələbini 2020-ci il 16 aprel tarixli, EBAİ 852789 nömrəli, 2020-ci il 24 aprel tarixli EBAİ 949927 nömrəli Elektron Qaimə ilə istinad edərək təmin etmişdir. Məhkəmə prosesində izahat verən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi bildirmişdir ki, elektron qaimələrdə qeyd olunan mallar, yəni armatur və katanka alıcı olan cavabdehin göstərdiyi yerə çatdırılmışdır. Göründüyü kimi mal məhz cavabdehin direktoru Nümayəndə2 tərəfindən şəxsən qəbul edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndinə əsasən mal şəxsən alıcı tərəfindən qəbuİ edilmədikdə malın təhvil alınması təhtəlhesab şəxs tərəfindən həyata keçirilərkən alıcı tərəfindən həmin şəxsə vəkalətnamə verilməlidir. İddiaçının özünün də etiraf etdiyi mal məhz alıcıya şəxsən verilmədiyindən malın alıcının hansı nümayəndəsi tərəfindən alınması məhkəmə tərəfindən araşdırılmamış və həqiqətən də malın təhvil alınıb-alınmasına hüquqi qiymət verilməmişdir.
24. Həmin dəlillə bağlı məhkəmənin tərəflər arasında bağlamış alqı-satqı müqaviləsinin 4.1, 4.2, 4.3 və 4.4-cü bəndlərinə (bax yuxarıda §1) istinadla qiymətləndirməsi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, iddiaçının nümayəndəsinin təqdim etdiyi 4 ədəd elektron daşıyıcıda “Whatsapp” yazışmaları məhkəmə iclasında quraşdırılmış kompüter vasitəsi ilə nümayiş etdirilmişdir. Bununla əlaqədar cavabdehin nümayəndəsi Nümayəndə3 həmin səs yazılarının Nümayəndə2 aidliyinin məlum ol madığını bildirərək səs yazılarının sübut kimi qəbul etmədiyini bildirmişdir.
25. Həmin ziddiyyətin aradan qaldırılması ilə bağlı məhkəmə kollegiyasının iclasında qeyd olunan səs yazıları cavabdeh direktoru Nümayəndə2 şəxsən özünün iştirakı ilə dinlənilmiş, o isə həmin səs yazılarının onun iradəsinə uyğun olmaqla onun özü tərəfindən ifadə edildiyini bildirmişdir. Bundan əlavə, onun özü məhkəmə kollegiyasının iclasında dindirildiyindən həmin səs yazılarının ona məxsus olmasını inkar etmək mümkün deyildir. Qeyd olunan səs yazıları ilə də həmçinin iddiaçının müqavilə öhdəliklərini lazımı qaydada icra etməsi öz təsdiqini tapmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində, birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən əsaslandığı maddi hüquq normalarına, eləcə də, MPM-in 384.0.1, 385.1, 385.2-ci maddələrinə istinad etmişdir.
27. Cavabdeh həmin qətnamədən kasasiya şikayəti verməklə, qətnamənin ləğv edilməsini və işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASASİYA ŞİKAYƏTİNİN, ƏLAVƏ KASASİYA ŞİKAYƏTİ VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ. a) Kasasiya şikayətinin dəlilləri:
28. MM-in 425.1, 427.3, 442, 448, 567, 600.4-cü maddələrinin tələbləri pozulmuşdurapellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Apellyasiya şikayəti verilərkən qeyd olunmuşdur ki, iddiaçı tərəfindən malın məhz kimə təqdim olunmasını araşdırılmamış, elektron qaimələrə istinad etməklə məhkəmə tərəfindən əsassız qətnamə qəbul edilmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi malın kim tərəfindən alınmasını ar aşdırmamışdır. Həmçinin, apellyasiya instansiya məhkəməsi qeyd olunan məsələ ilə bağlı heç bir araşdırma aparmamış, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla əsassız və qanunsuz qətnamə qəbul etmişdir.
29. Bundan başqa, cavabdeh «Kassasiya şikayətinə» əlavə təqdim edərək göstərmişdir ki, işin materiallarına əlavə edilmiş səsyazmalara əsasən iddiaçı tərəfindən onlara mal və məhsullar göndəriməzdən öncə elektron qaimə təqdim edilmiş, həmin elektron qaimə tərəflərindən yoxlanılaraq, doğruluğu təsdiq edilmiş, “Whatsapp” sosial şəbəkəsi üzərindən aralarında baş tutmuş yazışmalarla cavabdeh bildirmişdir ki, “bəli, ödənişi göndərəcəyəm”. Yəni onlar məhsullurı göndərdikdən sonra, məhsullar tərəflərindən təhvil alınaraq, ödəniş onlara göndəriləcəkdir.
30. İddiaçı ilə bağlanmı ş müqaviləyə əsasən malların qəbulu və təhvil-təslim aktı yoxdur.
31. Həmçinin müqavilənin 4.1-ci bəndində qeyd edilir ki, sifarişçi icraçıya malların dəyərinin ödənişini göndərdikdən sonra icraçı sifarişçiyə mal və məhsulları çatdırır. Göründüyü kimi həm aramızda olan danışıqlardan, həm aktın olmamasından həm də müqavilənin bəndinə əsasən malı göndərdikdən sonra pulun alınması nəzərdə tutulmadığından cavabdeh tərəfindən həmin malların təhvil alınmasına dair iddialar əsassız və qanunsuzdur.
32. Həmçinin elektron qaimənin təsdiq edilməsi malların təhvil alınmasını deyil, elektron qaimənin təhvil alınmasını təsdiq edir. Əgər belə olmasaydı, o zaman vahid alqısatqı praktikasından nə müqavilə üzrə təhvil-təslim aktı, nə də digər növ təhvil-təslim proseduru həyata keçirilməzdi.
33. Bundan əlavə olaraq qeyd edilməsi zəruridir ki, iddiaçı özü də birinci instansiya məhkəməsi zamanı ona verilən suallardan “hansı səbəbdən əvvəlki alqı-satqılarda ödəniş qəbul edilərək mal verildiyi halda bu alqı-satqı prosedurunda ödənişi almayaraq malın göndərilməsi” sualına cavab istənildikdə sualın cavabından yayınmışdır.
34. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrяli Fərmanı ilə təsdiq edilmiş «Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası»na və Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeydiyyata alınan və alınmayan vergi ödəyicilərindən aldıqda, bu malları n alışına dair Azяrbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaiməfaktura tələb edilir. Belə malların anbara təhvil verilməsi isə «Malların təhvil-qəbul aktı» ilə sənədləşdirilir. Malların alqı-satqısı zamanı malı satan şəxs alan şəxsə elektron qaiməfaktura verməlidir ki, burada malın adı, ölçüsü vahidi, qiyməti, yekun qiyməti və əgər ƏDVyə cəlb olunan maldırsa, ona tətbiq edilən ƏDV kimi müvafiq sətirlər nəzərdə tutulub.
35. Tərəflər arasında e-qaimədən başqa, digər ilkin uçot sənədlərinin də tərtib olunmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmur. E-qaimə-fakturanı verməklə yanaşı, malların təhvil-qəbul aktı da bağlanılır. Bununla, eyni zamanda digər hər hansı ilkin uçot sənədi də tərtib edilə bilər. b) Kasasiya şikayətinə qarşı etirazı n dəlilləri:
36. Nəzərə almaq lazımdır ki, «Whatsapp» yazışmalarında cavabdehin qeyd etdiyi kimi «ödənişi göndərəcəyəm» sözləri bir dəfə deyil, onunla olan səs və digər yazışmalarda ən azı otuz dəfə qeyd olunmuşdur. Əgər cavabdeh iddiaçıdan malları almamışdırsa, bəs nəyə görə bir dəfə də olsa öz etirazını bildirməyib ki, «əl çəkin məndən, əvvəlcə siz malları verin, sonra mən pulu ödəyim». Və yaxud cavabdeh bir dəfə də olsa deməyib ki, «axı mənə malı vermədiyiniz halda niyə məndən hər gün israrla pul istəyirsiniz…?.
37. İşin 154-cü vərəqində olan birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, iddiaçının nümayəndəsinin təqdim etdiyi 4 ədəd elektron daşıyıcıda «Whatsapp» yazışmaları məhkəmə iclasında quraşdırılmış kompyuter vasitəsilə nümayiş etdirilmişdir. Bununla əlaqədar cavabdehin nümayəndəsi Nümayəndə3 həmin yazıların Nümayəndə2 aidliyinin məlum olmadığını bildirərək, səs yazılarını sübut kimi qəbul etmədiyini bildirmişdir. Həmin ziddiyyətin aradan qaldırılması ilə bağlı məhkəmə kollegiyasının iclasında qeyd olunan səs yazıları cavabdehin direktoru Nümayəndə2 şəxsən özünün iştirakı ilə dinlənilmiş və o isə səs yazılarının onun iradəsinə uyğun olmaqla onun özü tərəfindən ifadə edildiyini bildirmişdir. Qeyd olunan səs yazıları ilə də həmçinin iddiaçının müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsi öz təsdiqini tapır.
38. Belə ki, 2020-ci il 4 may tarixli, 12.29.08 nömrəli səs yazısında, 2020-ci il 6 may tarixli səs yazısında, 2020-ci il 18 may tarixli 11.06.16 nömrəli səs yazısında, 2020-ci il 5 iyun tarixli 15.22.34 nömrəli səs yazısında, 2020-ci il 5 iyun tarixli 15.30.12 nömrəli səs yazısında, 2020-ci il 16 iyun tarixli 11.48.17 nömrəli səs yazısında, 2020-ci il 24 fevral tarixli səs yazısında və bu kimi digər çoxsaylı səs yazılarında malların təqdim edildiyi, aldığı malların sertifikatının göndərilməsi, ödənişin gecikdirilməsinə görə üzrxahlıq istəməsi və göndərilmiş malların ödənişini ödəyəcəyini dəfələrlə bildirməsi açıq aşkar qeydə alınmışdır. 2020-ci il 9 sentyabr tarixli yazışmada iddiaçının əməkdaşı işin artıq hüquqşünasa veriləcəyəni bildirdikdə Nümayəndə2 “hüquqşünasa ehtiyac yoxdur. Narahat olma həll edəcəm” bildirmişdir.
39. Bundan başqa, cavabdeh ilə olan “Whatsapp” yazışmalarında o borcu ödənilməsi ilə bağlı özünə məxsus olan avtomobilini də qiymətləndirərək iddiaçıya verməyi təklif etmişdir. Bununla bağlı o qeyd olunan avtomobilin şəkillərini göndərməklə, avtomobilin qiymətini və hansı qiymətə iddiaçıya təqdim etməsini həmin yazışmalarda bildirmişdir.
40. Cavabdeh kasasiya şikayətində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası»na istinad edərək qeyd etmişdir ki, malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Adından da göründüyü kimi həmin Qaydalara əsasən pərakəndə ticarət fəaliyyəti sahəsində malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Lakin cavabdeh malları iddiaçıdan özü götürmüşdür, cavabdehin anbarına iddiaçı tərəfindən təhvil verilm əmişdir.
41. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası»nda yalnız qaimə faktura, elektron qaimə-faktura və hesab fakturasının verilməsi imperativ norma kimi nəzərdə tutulmuşdur. «Malların təhvil-qəbul aktı» isə belə malların anbara təhvil verilməsi zamanı tərtib olunur. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı malı cavabdehin anbarına verməmiş, əksinə cavabdeh özü malları iddiaçıdan götürmüşdür. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ.
42. Kasasiya şikayəti vaxtında verilmiş, kasasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edil mişdir.
43. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.
44. Kasasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ.TƏTBİQ EDİLƏN HÜQUQ.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayış ı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə a lınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şək ildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilmə məsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsiz lik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”
46. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 71-1. Elektron qaimə-fakturaları... 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt;... 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə;... 71-1.5.4. malların (işlərin, xidmətlərin) vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə; 71-1.5.5. agent (komisyonçu) tərəfindən malların (işlərin, xidmətlərin) alıcısına (suba gentə) təqdim edilən;... 71-1.5.7. malların emala, yaxud saxlamaya verilməsi barədə; 71-1.5.8. emal prosesi keçmiş, yaxud saxlamaya verilmiş malların qaytarılması barədə; …”
47. Azərbaycan Respublikası “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “…
3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfaktu ra istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-sı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir....”
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair 2019-cu il 18 mart tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əs asən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir....”
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məl umatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əm ələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etira f etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kas sasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.” “Maddə
411. Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə kassasiya instansiyası məhkəməsinin hakimi qərardad çıxardır.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4 -cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
50. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 51. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə t ərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
52. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin § 28-də göstərilən, maddi hüquq normalarının pozulmasına dair dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər apellyasi ya şikayətinin dəlilləri ilə eynidir. Kollegiya cavabdehin kassasiya şikayətinin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır ( bax yuxarıda §23-25).
53. Həmin dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edilməsini zəruri hesab edir ki, ilkin uçot sənədi olan elektron qaimə fakturaların kommersiya mübahisələrinin həlli zamanı sübuti əhəmiyyəti ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli «HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitu siyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Qərarında ifadə olunan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
54. Baxılan iş üzrə cavabdeh müqaviləyə əsasən müvafiq malların təqdim edilməməsini mübahisələndirdiyindən, işə mahiyyəti üzrə baxılarkən, iddiaçı müqavil əyə əsasən malların təqdim edilməsi öhdəliyinin icrasının rəsmiləşdirilməsi üsulu kimi, cavabdeh hüquqi şəxsin direktoru Nümayəndə2lə aparılan “Whatsapp” yazışmalarını təqdim etmişdir. Həmin yazılar sonuncunun iştirakı ilə apellyasiya instansiyası məhkəməsində tədqiq edilərək, müqaviləyə əsasən malların iddiaçı tərəfindən cavabdehə təqdim edilməməsinə dair apellyasiya şikayətinin dəlillərinin əsassız olması müəyyən edilmişdir.
55. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə malların cavabdehə təqdim olunmasına dair elektron qaimələri, tərəflərin işgüzar münasibətlərində istifadə etdikləri “Whatsapp” yazışmaları ilə birgə qiymətləndirərək, iş üzrə nəticəyə gəlməsi qətnaməsində istinad etdiyi maddi hüquq normaları ilə yanaşı, Konstitusiya Məhkəməsi Plenumunun 2022-c i il 20 aprel tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə də uyğun olmuşdur.
56. Cavabdehin «Kassasiya şikayətinə əlavə» şəklində təqdim etdiyi § 29-35-də göstərilənlərə gəldikdə, həmin əlavə «Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli Qanunu ilə təsdiq edilmiş və MPM-yə daxil edilmiş, məhkəmə aktlarından verilən kassasiya şikayətinin formasını müəyyən edən «3 saylı Əlavə» ilə müəyyən edilmiş qaydada tərtib edilməmiş, işin faktiki hallarına istinad olunmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi göstərilməmişdir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və pros essual hüquq normalarının tətbiqi ilə məhdudlaşır. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (MPM-nin 407.2-ci maddəsi).
57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
58. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 aprel tarixli 2-2(105)-25/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov