Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-554/2023 30.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X1 ibarət tərkibdə, iddiaçının cavabdehə qarşı "borcun tutulması" tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 iyun tarixli 2-2(103)-562/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. "xxxx" ASC ilə Cavabdeh ara sında bağlanmış 2016-cı il 27 dekabr tarixli 326-LD/16 nömrəli və 2017-ci il 10 iyul tarixli 223-LD/17 nömrəli dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilələrdən görünür ki, "xxxx" ASC müqavilələrdə göstərilən damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Cavabdeh mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə verir. Müqavilələrin 4.2-ci bəndinə əsasən lizing alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləğinə gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1%-i həcmində cərimə tələb edir. 2. ***** tərəfindən təqdim edilmiş müqavilə üzrə cəriməni n hesablanması qrafikindən və təqdim edilmiş maliyyə arayışlarından görünür ki, Cavabdeh 2022-ci il 22 avqust tarixinə: - 2016-cı il 27 dekabr tarixli 326-LD/16 nömrəli müqavilə üzrə 2.691,65 manat əsas borcu və hesablanmış 3.288,21 manat cərimə borcu vardır. - 2017-ci il 10 iyul tarixli 223-LD/17 nömrəli müqavilə üzrə 8.583,60 manat əsas borcu və hesablanmış 9.717,50 manat cərimə borcu vardır. 3. 2022-ci il 27 oktyabr tarixli MŞB/11-01031 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ***** 200 manat məbləğində mediasiya xərcini ödəmişdir. 4. 2022-ci il 4 noyabr tarixli ödəniş tapşırığından görünür ki, ***** hüquqi yardım üçün 5 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul köçürmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instan siya məhkəməsind əki icraat 5. ****(bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 14 noyabr tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, maliyyə arayışlarının tərtib edildiyi 2022-ci il 22 avqust tarixinə hesablanmış 2016-cı il 27 dekabr tarixli 326-LD/16 nömrəli müqavilə üzrə 2.691,65 manat gecikdirilmiş borcun və hesablanmış 3.288,21 manat cərimə borcunun, 2017-ci il 10 iyul tarixli 223-LD/17 nömrəli müqavilə üzrə 8.583,60 manat gecikdirilmiş borcun və hesablanmış 9.717,50 manat cərimə borcunun, hüquqi yardımla bağlı 300 manat, 200 manat mediasiyaya dair xərcin, cəmi 24.780,96 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır k i, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanmış 2016-cı il 27 dekabr tarixli 326-LD/16 nömrəli və 2017-ci il 10 iyul tarixli 223-LD/17 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) damazlıq heyvanları lizinqə götürülmüş, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehin borcu yaranmışdır (bax yuxarıda § 5). Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.
7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 427.3, 445.2.1, 465.2, 747.1-ci, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-ci maddələrinə istinad etmişdir.
8. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 7 mart tarixli e-2-2(113)-351/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, maliyyə arayışlarının tərtib edildiyi 2022-ci il 22 avqust tarixinə 2016-cı il 27 dekabr tarixli 326-LD/16 nömrəli müqavilə üzrə hesablanmış 2.691,65 manat əsas borc, 108,35 manat cərimə olmaqla, cəmi 2.800 manat, 2017-ci il 10 iyul tarixli 223-LD/17 nömrəli müqavilə üzrə 8.583,60 manat əsas borc, 416,40 manat cərimə borcu olmaqla, cəmi 9.000 manat, ümumilikdə 11.800 manat, həmçinin 200 manat mediasiya xərci və hüqu qi yardım üçün ödənilmiş 300 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – E.Əliyev).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilələr bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh lizinqə götürülən damazlıq heyvanlara görə ödənişləri vaxtında etmədiyinə görə borcu yaranmışdır. İddia 2016-cı il 27 dekabr tarixli 326-LD/16 nömrəli müqavilə üzrə 2.691,65 manat əsas borc, 2017-ci il 10 iyul tarixli 223LD/17 nömrəli lizinq müqaviləsi üzrə isə 8.583,60 manat əsas borc, həmçinin 200 manat məbləğində mediasiya xərci və 300 manat məbləğində hüquqi yardımla bağlı xərc hissəsində əsaslı olduğundan təmin edilməlidir.
11. Məhkəmə iddiaçının 2016 -cı il 27 dekabr tarixli 326-LD/16 nömrəli müqavilə üzrə 3.288,21 manat, 2017-ci il 10 iyul tarixli 223-LD/17 nömrəli müqavilə üzrə 9.717,50 manat məbləğində cərimə tələbləri ilə bağlı qeyd etmişdir ki, cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınaraq tənasübsüz surətdə yüksək olan cərimə azaldılaraq, 2016-cı il 27 dekabr tarixli 326-LD/16 nömrəli müqavilə üzrə 108,35 manat, 2017-ci il 10 iyul tarixli 223-LD/17 nömrəli müqavilə üzrə isə 416,40 manat məbləğində müəyyən edilməlidir.
12. İddiaçının nümayəndəsi, vəkilin tələf olan heyvanlara görə sığorta ödənişinin ödənilməsi tələbi ilə bağlı izahatında qeyd etdikləri ilə əlaqədar məhkəmə bildirmişdir ki, hazırki iş üzrə iddiaçının lizinq müqavilələrinə görə yaranmış borcun tələbinə baxılır və Cavabdeh hazırki iş üzrə cavabdeh qismində çıxış edir
13. Birinci instansiya məhkəməsi bu qənaətini MM-in 467, 747.1-ci, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Cavabdeh 2023-cü il 17 aprel tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 iyun tarixli 2-2(103)-562/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdeh 2016-cı il 27 dekabr tarixli 326-LD/16 nömrəli müqavilə üzrə iddiaçı tərəfindən tələb edilən 2.691,65 manat əsas borcun və 2017-ci il 10 iyul tarixli 223-LD/17 nömrəli müqavilə üzrə 8.583,60 manat əsas borcun ödənilməsi barədə məhkəməyə sübut təqdim edə bilmədiyindən həmin borcun, o cümlədən lizinq müqavilələrinin 4.2-ci bəndinə əsasən ödənişlərin həyata keçirilməməsinə görə cərimənin tutulması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır.
17. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma aparılaraq müəyyən edilmişdir ki, cavabdehin ərizəsinə əsasən ölmüş heyvanlara görə ödənilmiş 2.038,66 manat sığorta məbləğinin 954 manatı 2017-ci il 10 iyul tarixli 223-LD/17 nömrəli lizinq mü qaviləsi üzrə borc üzrə, qalan hissəsi isə cavabdehin 2016-cı il 28 oktyabr tariinxdə bağladığı digər müqavilə üzrə borclar üzrə silinmişdir. Cavabdeh tərəfindən bu məbləğdən daha artıq sığorta ödənişi ödənildiyi sübut edilməmişdir.
18. Lizinqə verilmiş heyvanlarda təhvil verilərkən hər hansı xəstəlik olması barədə işdə sübutlar olmadığından, o cümlədən lizinqə verilmiş heyvanların ölüm hallarına, həmçinin bu halların sığorta şirkəti tərəfindən sığorta hadisəsi hesab edilməməsinə görə lizinq verənin məsuliyyət daşımadığı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019cu il 18 noyabr tarixli 2(103)-12687 saylı qətnaməsi ilə müəyyən edildiyindən məhkəmə hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
19. Apellya siya instansiyası məhkəməsi bu qənaətini MM-in 385.1, 386.1, 467, 747.1-ci maddələrinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Fərmanının 1-ci, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli Fərmanının 4-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.
20. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2023-cü il 23 iyun tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.
21. Cavabdeh 2023-ci il 14 avqust tarixdə kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və şikayətində qeyd edilənlərin araşdırılması üçün təkrar apel lyasiya baxışına göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
22. MM-in 385.1-ci maddəsi üzrə - Cavabdehin 2016-2017-ci illərdə lizinqlə aldığı heyvanların pulu tam ödənilmişdir. Belə ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl bir dəfə də olsun borcludan öz vəzifələrinin icrasını tələb etməmişdir. Apellyasiya şikayətində və iddiaya etirazda da qeyd edildiyi kimi, cavabdeh lizinq yolu ilə aldığı heyvanların dəyərinin yarısını nağd şəkildə lizinq verənə ödəmiş, lakin lizinq verən sığorta şirkəti ilə sığorta müqavilələrini heyvanların tam dəyərinə görə bağlamamış, yalnız öz borcunun hissəsini sığorta etdirmiş, onu da tam dəyərdə etməmişdir. Belə olan halda, yenə də lizinq verən öz vəzifələrini tam yerinə yetirməmi ş və sığorta risklərindən yalnız öz pul vəsaitini qorumuşdur. Halbuki sığorta predmeti pul deyil, heyvanlar olmuşdur.
23. MM-in 386.1-ci maddəsi üzrə - Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış müqavilələr üzrə verilmiş lizinq predmeti olan heyvanların qiyməti 50% güzəştlə qeyd edilmişdir. Məsələn bir heyvanın müqavilə dəyəri 5.600 manat olsa da, müqaviləyə görə cavabdehə onun 50%-i güzəşt olunmuş və 2.800 manatdan da 50%-i, yəni 1.400 manatı əvvəlcədən, qalan 1400 manatı isə 3 ilə bərabər hissələrlə cavabdeh tərəfindən ödənilməli idi. Deməli, faktiki olaraq heyvanların dəyərinin 75%-i əvvəlcədən lizinq verənə qaytarılmış olsa da, qalan 25%-nin əksər hissəsi ödənilsə də, lizinq verən sığorta müqaviləsini lizinq alan üçün əlverişsiz şərtlərlə bağlamış və nəticədə lizinq alana zərər vurmuşd ur.
24. MM-in 747.1-ci maddəsi üzrə - Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış müqavilələrin təbiətindən görünür ki, bu müqavilələr üzrə lizinq verən lizinq alana heyvanların dəyərinin yarısını güzəşt edir, qalan hissəsinin də yarısını əvvəlcədən alır. Burada hər hansı muzddan söhbət getmir. Faktiki olaraq "xxxx" ASC bu heyvanları cavabdehə satır. Satış qiyməti də müəyyən olunur. Heyvanların tələf olma halında əldə ediləcək sığorta ödənişindən 50%-i cavabdehə ödənilməli olduğu halda, ödəniş ya edilmir, ya da qismən edilir. 25. “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli Fərmanının 4-cü bəndi üzrə - Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış müqavilələrin həqiqə tən də satış məqsədi daşıdığı müəyyən edilir. Satış isə yalnız tam pul ödənildikdən sonra bitmiş sayılır. Satışı həyata keçirilən heyvanların müxtəlif səbəblərdən məhv olması nəticəsində alqı-satqı obyektinin alanın təqsirindən məhv olması faktı müəyyən edilmədiyi halda, həmin əmlakların dəyərinin ondan tələb edilməsi ədalətsizlikdir.
26. Lizinq predmeti olan heyvanlar xaricdən gətirildiyi və yerli şəraitə uyğunlaşmadığı üçün onların çoxu müxtəlif səbəblərdən tələf olmuşdur. Həmin heyvanlar lizinq predmeti olduğundan lizinq verən iddiaçı tərəfindən sığorta edilmişdir. Lakin sığorta şirkəti həmin tələf olan heyvanların ödənişini tam etməmişdir. Yəni ölmüş heyvanlara görə onların tam dəyəri ödənilməli olduğu halda, yalnız qalan borc hissəsi ödənilmişdir ki, bu da lizinq verənin səhvindən, yə ni lizinq obyektlərinin tam dəyərində sığorta etdirilməməsindən qaynaqlanmışdır. Həmçinin bəzi tələf olmuş heyvanlara görə sığorta şirkəti sığorta ödənişini etməkdən imtina edərək məktublarda qeyd etmişdir ki, həmin hadisələr sığorta hadisəsi deyildir və lizinq alanın özünün məsuliyyətidir. Halbuki sığorta şirkətinin bu imtina məktublarında qeyd etdikləri onun öz mülahizəsidir və lizinq verən tərəfindən mübahisələndirilə bilərdi. Bunu etmək əvəzinə lizinq verən daha asan yol seçərək lizinq alanın məsuliyyətini müəyyən edən müqavilə şərtlərinə istinad edərək, heyvanlarının tələf olması səbəbindən lizinq alan qədər, bəlkə də ondan daha çox zərər çəkmiş cavabdehi məhkəməyə vermiş və ölmüş heyvanların qalan pulunu ondan tələb etmişdir. Bu isə ən azından ədalətsizlikdir. Belə ki, 2016-2017-ci i llərdə bağlanmış müqavilələr üzrə lizinq verən tərəfindən indiyə qədər hər hansı bir pretenziya və iddia tələbi ilə məhkəməyə müraciət edilməməsi, bir daha onu göstərir ki, cavabdehin bildirdiyi kimi, lizinq verənlə aralarında razılaşma olmuşdur ki, ölmüş heyvanların lizinq alana çatan sığorta haqqı ödənilmədiyindən onların dəyəri lizinq alandan tələb edilməyəcəkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı cavabdehin kassasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, 2017-ci il tarixli 10 iyul tarixli lizinq müqaviləsi üzrə 50 faiz güzəştdən sonrakı qiymət 20.938,28 manat müəyyən edilmiş, həmin məbləğin 10.491,68 manatı avans olaraq əvvəlcədən ödənilmişdir. Qalan 10.491,60 manatı cavabdeh 2021-ci ilədək ödəməli olduğu halda, maliyyə arayışına əsasən 8.583,60 manat əsas borcu qalmış, bu məbləğə 9.717,50 manat cərimə borcu hesablanmış, ümumi ödəniş 12.399,68 manat olmuşdur. Lizinqə verilmiş heyvanlarda təhvil verilərkən hər hansı xəstəlik olmaması, o cümlədən lizinqə verilmiş heyvanların ölüm halları, həmçinin bu halların sığorta şirkəti tərəfindən sığorta hadisəsi hesab edilməməsi və buna görə də lizinq verənin məsuliyyət daşımadığı sübuta yetirilmişdir. Lizinqə verilmiş heyvanlarda təhvil verilərkən hər hansı xəstəlik olmaması sübuta yetirildiyindən, heyvanların tələf olmasında məsuliyyət lizinq alana düşür və bu halda həmin heyvanların dəyərinin ondan tələb edilməsi ədalətlidir. Bundan başqa, tərəflər arasında alqı-satqı deyil, lizinq müqaviləsi bağlanmışdır və cavabdeh müqaviləni azad surətdə bağlamışdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜN LÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallar ının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəz ərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşd irilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 748-7. Lizinq müqaviləsinin tərəfləri arasında risklərin bölüşdürülməsi 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır....” 32. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Fərmanının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “1. Azərbayca n Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) adlandırılsın.” 33. “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli Fərmanının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “4. Mövcud kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən 2019-cu ilə Cəmiyyətin satın alması nəzərdə tutulan texnikanın və damazlıq heyvanların lizinq yolu ilə satışı zamanı tətbiq edilən güzəşt və yaranmış faiz öhdəlikləri Cəmiyyətin zərəri hesabına ödənilsin, mövcud qalıq portfeldən yığılan vəsait (Cəmiyyətin saxlanması və fəaliyyətinin təmin olunması üçün tələb olu nan vəsait həcmi istisna olmaqla) bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq müəyyənləşdirilən güzəştlərin ödənilməsində istifadə məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) müvafiq hesabına köçürülsün.”
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Ma ddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır...” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. İddiaçı lizinq müqavilələri üzrə yaranmış mübahisə ilə əlaqədar cəmi 24.780,96 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmiş, iddia qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmdən saxlamışdır.
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız və formal xarakterli hesab edir.
37. Cavabdeh özünün kassasiya şikayətində hesab edir ki, lizinqlə aldığı heyvanların pulunu tam ödəmişdir. Belə ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl bir dəfə də olsun, borcludan öz vəzifələrinin icrasını tələb etməmişdir. Lizinq verən sığorta şirkəti ilə sığorta müqavilələrini heyvanların tam dəyərinə görə bağlamamış, yalnız öz borcunun hissəsini sığorta etdirmiş, onu da tam dəyərdə etməmişdir. Belə olan halda, yenə də lizinq verən öz vəzifələrini tam yerinə yetirməmiş və sığorta risklərindən yalnız öz pul vəsaitini qorumuşdur. Halbuki sığorta predmeti pul deyil, heyvanlar olmuşdur. Lizinq verən sığorta müqaviləsini lizinq alan üçün əlverişsiz şərtlərlə bağlamış və nəticədə lizinq alana zərər vurmuşdur.
38. Cavabdehin lizinq lə aldığı heyvanların pulunu tam ödəməsinə dair dəlilinə gəldikdə qeyd olunmalıdır ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, cavabdeh 2016-cı il 27 dekabr tarixli 326-LD/16 nömrəli müqavilə üzrə iddiaçının tələb etdiyi 2.691,65 manat əsas borcun və 2017-ci il 10 iyul tarixli 223-LD/17 nömrəli müqavilə üzrə 8.583,60 manat əsas borcun ödənilməsi barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Bundan başqa, cavabdehin ərizəsinə əsasən, ölmüş heyvanlara görə ödənilmiş 2.038,66 manat sığorta məbləği həmin müqavilələr üzrə borclara silinmişdir. Cavabdeh tərəfindən bu məbləğdən daha artıq sığorta ödənişi ödənildiyi sübut edilməmişdir.
39. Lizinq verən ilə sığorta şirkəti arasında bağlanmış sığorta müqavilələrinin düzgün olub-olmaması, lizinq predmeti olan heyvanları n dəyərinin tam hissəsində və ya qismən sığorta etdirilib-etdirilməməsi, sığorta müqaviləsinin lizinq alan üçün əlverişsiz şərtlərlə bağlanıb-bağlanmamsı, nəticədə lizinq alana zərər vurulub-vurulmaması isə ümumiyyətlə hazırkı mübahisənin predmeti deyildir, bu səbəbdən də istənilən halda hazırkı mübahisənin həllinə hüquqi baxımdan heç bir təsiri yoxdur.
40. O da qeyd olunmalıdır ki, mübahisələndirilən qətnamədə qeyd olunduğu kimi, lizinqə verilmiş heyvanlarda təhvil verilərkən hər hansı xəstəlik olması barədə işdə sübutlar olmadığından, o cümlədən lizinqə verilmiş heyvanların ölüm hallarına, həmçinin bu halların sığorta şirkəti tərəfindən sığorta hadisəsi hesab edilməməsinə görə lizinq verənin məsuliyyət daşımadığı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 18 noyabr tar ixli 2(103)-12687 saylı qətnaməsi ilə müəyyən edilmişdir.
41. Kassasiya şikayətinin növbəti dəlilləri ondan ibarətdir ki, lizinq müqavilələri satış məqsədi daşıyır. Satış isə yalnız tam pul ödənildikdən sonra bitmiş sayılır. Satışı həyata keçirilən heyvanların müxtəlif səbəblərdən məhv olması nəticəsində alqı-satqı obyektinin alanın təqsirindən məhv olması faktı müəyyən edilmədiyi halda, həmin əmlakların dəyərinin ondan tələb edilməsi ədalətsizlikdir.
42. Halbuki mübahisəli lizinq müqavilələrinin 3.3-cü bəndinə görə, lizinq alan damazlıq heyvanları qəbul etdikdən sonra təhvil-təslim aktını imzalayır. Lizinq alan təhvil-təslim aktını imzaladıqdan sonra damazlıq heyvanları zərərin bütün növlərindən qorunması, həmçinin onun tələf olunması, itirilməsi məsuliyyəti onun üzərinə düşür və bu müqav ilə üzrə öhdəlikərdən azad etmir.
43. Göründüyü kimi, tərəflər təhvil-təslim aktı ilə faktiki lizinqə verilən heyvanların sonradan təsadüfən məhv olma risqinin lizinq alana keçməsini öz aralarında müqavilə ilə razılaşdırmışlar.
44. Üstəlik, oxşar məzmunlu müddəa elə MM-in 748-7.1-ci maddəsində (bax yuxarıda § 31) də nəzərdə tutulmuşdur.
45. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.
46. Kassatorun ölmüş heyvanların lizinq alana çatan sığorta haqqı ödənilmədiyindən onların dəyərinin lizinq alandan tələb edilməyəcəyi barədə cavabdehin lizinq verənlə aralarında razılaşma olmasına dair dəlilinə gəldikdə isə, qeyd olunmalıdır ki, həmin xüsusat işə baxan məhkəmələr tərəfindən ümumiy yətlə müəyyən edilməmişdir.
47. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 34) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 34) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
48. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 iyun tarixli 2-2(103)-562/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 iyun tarixli 2-2(103)-562/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.