Məhkəmə qərarları › İş №2-2(102)-554/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-554/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-554/2024 27.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARI Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçdən ibarət qarışıq tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə məhk əmə icraatı a) Şamaxı Rayon Məhkəməsindəki icraat

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 15.550,98 manat krеdit bоrcu, 2.507,84 manat faiz bоrcu və 732,03 manat cərimə borcu olmaqla, cəmi 18.790,85 manat bоrcun və ödənilmiş 146,37 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, o, iddiaçıya dövlət dəstəyi ilə biznes krediti götürmək üçün müraciət etmiş, bank əməkdaşı onunla əlaqə saxlayıb dövlət dəstəyi ilə biznes kreditinin verilməsi üçün vaxt lazım olduğunu, bunun rəsmiləşdirilməsinin çətin olduğunu və ona əmək haqqına uyğun istehlak k reditinin bir gün ərzində rəsmiləşdirilməsinə köməklik edəcəyini demişdir. O, iddiaçıdan götürdüyü 21.000 manat kreditlə dörd müxtəlif ərazidə ümumilikdə 3 ha 30 sot torpaq sahəsi almış və bundan sonra bir ərazidə badam bağı, digər ərazilərdə isə dənli bitkilərin becərilməsi sahəsində fəaliyyətə başlamışdır. Əsas iş yerində əmək haqqı yüksək olduğu üçün iddiaçıya olan kredit borcundan vaxtından əvvəl ödənişlər etmiş, işdən azad olunandan sonra bank əməkdaşı ilə əlaqə saxlayıb bu barədə məlumat vermişdir. Daha sonra dörd ay ödəniş etmiş, lakin beşinci ayın ödənişini etmək imkanı olmadığı üçün ödənişi edə bilməmişdir. Bank əməkdaşı onunla əlaqə saxlayıb biznes krediti veriləcəyini bildirmiş, həmin ayın da ödənişini etməyi xahiş etmiş, bundan sonra o, cərimə faizi ilə birlikdə beşinci ayın da ödənişini etmişdir. Sonrakı ayın ödənişini edə bilmədiyi üçün baş ofisdən onunla əlaqə saxlanılmış və o, banka dəvət olunmuşdur. Cavabdeh dövlət dəstəyi ilə olan biznes kreditinin verilməsinə köməklik etmələrini xahiş etmiş, lakin bank əməkdaşları tərəfindən ona bunun mümkün olmadığı, ödəniş etməli olduğu, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

3. Şamaxı Rayon Məhkəməsinin 2024-cü il 5 iyul tarixli e-2(074)-985/2024 nömrəli qərardadı ilə işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – F.Yaqubov).

4. Həmin məhkəmə qeyd etmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlardan müəyyən olunanlara görə, XYZ yerləşən 0,5520, 0,7799, 0,5132 və 1,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahə ləri cavabdehin xüsusi mülkiyyətindədir. Əsas fəaliyyət istiqaməti çovdarın becərilməsi olan cavabdeh fərdi sahibkar kimi 2016-cı il 20 aprel tarixində Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Həm mübahisənin predmeti, həm hüquq münasibətlərinin xarakteri və həm də subyekt tərkibinə görə iş üzrə mübahisə kommersiya məhkəməsinə aid olmuşdur. b) Sumqayıt Kommersiya Məhkəməsindəki icraat

5. Cavabdeh ümumi məhkəməyə təqdim etdiyi etirazla (bax § 2) eyni məzmunda olan etirazı kommersiya məhkəməsində də təqdim etmişdir.

6. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 14 avqust tarixli e-2-2(119)1438/2024 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – H.Alıyeva).

7. Kommersiya məhkəm əsi qeyd etmişdir ki, cavabdeh 2022-ci il 1 sentyabr tarixində imzaladığı ərizəyə əsasən iddiaçının internet səhifəsində yerləşdirilmiş “bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş, onları qəbul etmişdir. Həmin ərizəyə əsasən cavabdeh iddiaçıdan kreditin faiz dərəcəsi 20 % оlmaqla 48 ay müddətinə 21.000 manat istehlak krediti götürmüş, ərizədə kreditin növü, məqsədi və təyinatı istehlak krediti göstərilmişdir. Bundan başqa, cavabdeh etirazında biznes krediti götürmək istədiyini bildirsə də, ona bankın əməkdaşının bir gün müddətində istehlak kreditinin rəsmiləşdirilməsinə köməklik edəcəyini dediyini və müvafiq ərizəni imzaladıqdan sonra 21.000 manat istehlak kreditinin verildiyini qeyd etmişdir. 2022ci il 1 sentyabr t arixli ərizə və cavabdehin etirazından görünür ki, iddiaçının cavabdehə verdiyi kreditin növü, təyinatı istehlak krediti olmuş və sonuncu ona istehlak kreditinin verildiyini bilərək həmin ərizəni imzalamışdır. Göründüyü kimi, iddiaçı hüquqi şəxs, cavabdeh isə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmasına baxmayaraq, hazırkı mübahisə cavabdehin almış olduğu istehlak krediti ilə əlaqədar yaranmışdır. Buna görə də, iş üzrə mübahisəyə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalı olması mübahisəli olmuşdur. Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıq larına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə v erilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır”.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçiri lməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali Məhkəmənin mövqeyi

10. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilməlidir.

11. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 9) tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

12. Eyni zamanda, Plenum Qərarının 11-ci bəndində formalaşdırılmış hüquqi mövqelərə (bax § 8) görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fə rdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

13. İş materiallarından məlum olur ki, cavabdeh fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Bununla belə, cavabdehin 2022-ci il 1 sentyabr tarixli ərizəsindən və cavabdehin etirazından görünür ki, iddiaçının cavabdehə verdiyi kreditin təyinatı istehlak krediti olmuş və sonuncu ona istehlak kreditinin verildiyini bilərək həmin ərizəni imzalamışdır.

14. Beləliklə, cavabdehin fərdi sahibkar olmasına baxmayara q, hazırkı mübahisə onun aldığı bildirilən istehlak krediti ilə əlaqədar yaranmışdır.

15. Qarışıq məhkəmə tərkibinin mövqeyinə görə, yuxarıda qeyd edilənlər mübahisəli kreditin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı verilmədiyi qənaətinə gəlməyə əsas verir. Odur ki, iddiaçının hüquqi şəxs, cavabdehin isə fərdi sahibkar statusuna malik olması (vergi uçotuna alınması) hazırkı işin məhkəmə aidiyyətinin müəyyən olunması baxımından heç bir əhəmiyyət kəsb etmir.

16. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı mübahisə mülki mübahisə hesab olunmalı, bu səbəbdən də ona ümumi məhkəmədə baxılmalıdır.

17. Şərh olunanlara əsasən məhkəmə kollegiyası MPM-in 32.7, 403-1.6, 403-1.7, 4031.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq Qərara al dı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar