Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-557/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin Cavabdeh firmasına qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun və cərimənin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 oğlunun, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh firmasına qarşı «borcun və cərimənin tutulması» tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 mart tarixli, 2-2(1 03)-36/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Tərəflər arasında 5 fevral 2013-cü il tarixdə lizinq müqaviləsi bağlanmazdan əvvəl “Qaz sistemli soyuducu kameranın avadanlıqlarının quraşdırılması ilə birlikdə lizinqə verilməsi barədə» 30İM12 saylı ilkin müqavilə bağlanmışdır.
2. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini lizinq alanın ərizəsinə əsasən lizinq verən 1000 tonluq soyuducu kamera üçün avadanlıqların 10 il müddətinə lizinqə verilməsini təmin edilməsi təşkil edir.
3. Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq verən avadanlığı istehsalçıdan aldıqdan sonra tərəflər əsas lizinq müqaviləsini bağlamağı öhdəsinə götürürlər. Lizinq müqaviləsi bağlanarkən avadanlığın satış qiyməti müəyyənləşdiriləcək.
4. Müq avilənin 5.2-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və əsas müqavilə bağlandıqdan sonra qüvvədən düşür.
5. İlkin müqavilənin 1.1-ci bəndinə müvafiq olaraq, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi, lizinq verən İddiaçı ASC, satıcı X5 Limited» şirkəti və lizinq alan Cavabdeh firması 27 dekabr 2012-ci il tarixdə üçtərəfli qaydada İddiaçı ASC-yə məxsus «Ağcabədi rayonu ərazisində tutumu 1000 ton olan atmosfer kontrollu soyuducu kamera avadanlığının lizinqə alana təhvil verilməsi barədə» Akt imzalanıb təsdiq olunmuşdur.
6. Akta görə, tutumu 1000 tonluq soyuducu anbar avadanlığı – Ağcabədi - Beyləqan yolunun sol tərəfində lizinq alan Cavabdeh firmasının ərazisində quraşdırılmış və cavabdeh firmanın direktoruna Nümayəndə istifadəyə tam hazır işlək vəziyyətdə təhvil verilmiş, sonuncu tərəfindən həmin aktda avadanlıqla bağlı hər hansı bir irad və ya qeydşərt bildirilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh firmasına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 601.600 manat əsas borcun, 542.711 manat cərimənin və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli 468 nömrəli sərəncamı ilə yaradılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları»na müvafiq olaraq ASC ilə cavabdeh arasında bağlanmış 5 fevral 2013-cü il tarixli, 06-LA/13 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 1.216.000 manat olan, avadanlıqları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə texnoloji avadanlıqların ümumi 100.000 manat məbləğdə ilkin ödəniş aparmış, qalan məbləği isə lizinq ödəniş qrafiklərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Onun qrafik üzrə 20 sentyabr 2018-ci il ta rixə 601.600 manat borcu qalmış, ona xəbərdarlıq olunmasına baxmayaraq, borc ödənilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinin tələblərinə uyğun ödənişin gecikdirilməsinə görə cavabdehdən məbləğin 0,1% həcmində cərimə tutulmalıdır və həmin cərimə 542.711 manat təşkil edir. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 25 fevral tarixli, 2-2(82)241/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 601.600 manat əsas borc, 30.800 manat cərimə və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun 15 manatının tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, dövlət rüsumunun 15 manatı iddiaçıya aid edilməsi qət edilmişdir (hakim – R.Kərimli).
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin lizinq müqavilələri üzrə öhdəliklərini yerinə yetirməməsi və hazırki öhdəlik hüquq münasibətlərinin məhz onun təqsiri üzündən pozulması, müqavilələr üzrə əsas borcun və ona hesablanmış cərimə pulunun ödənilməməsi, tərəflərin izahatları və işdə olan sənədlərlə (aktlarla) təsdiq olunur. Cavabdeh tərəf öz dəlilini heç bir tutarlı sübutla əsaslandırmamışdır.
11. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin müddəasına əsasən lizinq alan ödəniş qrafıkinə uyğun olaraq iki dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən iddiaçı lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Buna əsasən ödəniş qrafiki üzrə cavabdehin 20 sentyabr 2018-ci il tarixə borcu 601.600 manat təşkil edir. Məhkəmə hesablanıb tələb olunan c ərimənin (dəbbə pulunun) məbləğini əsas borca mütənasibdə mütənasib saymadığından, hesab etmişdir ki, cərimənin 30.080 manat (əsas məbləğin 50%) həcmində tutulması məqsədəuyğundur.
12. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 385.1 386.1, 389.1, 389.3, 430.1, 442, 443.1, 448, 462.1, 462.2, 747.1-ci 747-1.1, 747-1.2, 747-2, 748-1.1, 748-1.2, 748-1.12.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 mart tarixli, 2-2(103)-36/2021 saylı qətnaməsi ilə (hakimlə r C.A.Yusifov (sədrlik edən), R.Ə.Qurbanov və V.Ə.Baxışova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 25 fevral tarixli, 2-2(82)-241/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatında təhvil aktının tərəfindən imzalandığını təsdiq etmişdir. Bundan əlavə onun məhkəməyə təqdim etdiyi fotoşəkillərdən görünür ki, mübahisəli lizinq avadanlığı firmanın ərazisində quraşdırılmış və o, lizinq avadanlığının ona təhvil verilməsi barədə aktı imzaladığını etiraf etmiş, mübahisələndirməmişdir.
16. Təhvil aktına əsasən lizinq avadanlığı işlək vəziyyətdə cavabdehin istifadəsinə təhvil verildikdən sonra, 05 fevral 2013-cü il tarixində tərəflər arasında əsas müqavilə bağlanmış və həmin müqaviləyə əsasən də lizinq müqaviləsi üzrə avadanlığın ümumi dəyəri 1.216.000 manat məbləğində müəyyən edilməklə, tərəflər hüquq və vəzifələri, ödəniş qaydası, sair məsələlər barədə razılığa gəlmişlər.
17. Beləliklə, iddiaçı - lizinq verən tərəfindən lizinq avadanlığının ilkin və əsas müqavilə şərtlərinə uyğun olaraq lizinq alan cavabdehin ərazisində quraşdırıldığı və işlək vəziyyətdə istifadəsinə verildiyi sübuta yetirilmişdir.
18. Cavabdeh tərəfindən lizinq avadanlığının ümumi dəyərindən 100.000 manat məbləğində ilkin ödəniş aparılsa da, bundan sonra ödəniş qrafikinə uyğun olaraq 2013-cü ilin aprel ayından (2-ci rübündən) 20 sentyabr 2018-ci il tarixinə (üçüncü rübünə) kimi heç bi r ödəniş aparılmamış, 601.600 manat məbləğində borcu yaranmışdır.
19. Lizinq müqaviləsinin 4.2-ci bəndinin şərti nəzərdə tutur ki, lizinq alan ödəniş qrafıkinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. 2013-cü ilin ikinci rübündən 2018-ci ilin üçüncü rübünədək olan dövr üzrə ödənişi gecikdirməsinə görə cavabdehə 542.711 manat məbləğində cərimə hesablanmışdır.
20. Tərəflər arasında bağlanmış 5 fevral 2013-cü il lizinq müqaviləsinin 3.8-ci bəndinə əsasən lizinq alan avadanlıqdan təyinatı üzrə istifadə etməyə, onu saz vəziyyətdə saxlamağa, müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına, istehsalçının təminatlarına əməl etməyə borcludur.
21. Müqavilənin 3.9-cu bəndinə əsasən lizinq alan avadanlığa texniki qulluq və təmir xidmətlərini öz vəsaiti hesabına həyata keçirir. Müqavilənin 3.11-ci bəndinə əsasən lizinq verənin rəsmi razılığı əsasında lizinq alan avadanlığın üzərində hər hansı konstruktiv dəyişiklikləri öz vəsaiti hesabına həyata keçirir. Müqavilənin 3.13-cü bəndinə əsasən lizinq alan lizinqə verənin tələbi ilə istifadə etdiyi avadanlığın vəziyyəti barədə istənilən vaxtda məlumat verməlidir. Müqavilənin 3.14-cü bəndinə əsasən lizinq verən istənilən zaman istifadə edilən avadanlığın vəziyyətini yoxlamaq hüququna malikdir.
22. Mülki qanunvericiliyin və lizinq müqaviləsinin qeyd olunan tələblərindən göründüyü kimi, lizinq alan lizinq obyektinə texniki qulluğu öz hesabına həyata keç irməli, onun vəziyyəti barədə lizinq verənə məlumat verməli, lizinq verən isə öz növbəsində istifadə edilən avadanlığın vəziyyətini yoxlamaq hüququna malikdir.
23. Cavabdehin lizinq avadanlığını istifadəyə yararlı vəziyyətdə təhvil aldığı halda, sonradan həmin avadanlıqda yaranmış nasazlıqlar barədə, habelə əlavə qurğuların quraşdırılması ilə bağlı iddiaçıya məlumat verməsi və sonuncu tərəfindən onun iştirakı ilə invetarlaşma məlumatlarının tərtib olunması – bütün bu prosedurlar tərəflərin qanunla və müqavilə üzrə üzərinə düşən öhdəliklərini ehtiva edir. Belə olan halda, cavabdehin apellyasiya şikayətinin həmin inventarlaşma barədə məlumatlara istinad olunan dəlilləri lizinq verənin hazırkı iddia tələbinin əsassız olduğu nəticəsinə gəlmək üçün əsas vermir.
24. Cavabdeh ərazi aidiyyətinin p ozulduğunu və mübahisəyə cavabdehin olduğu yerin məhkəməsi tərəfindən baxılmalı olduğunu qeyd etsə də, lizinq müqaviləsinin 8-ci bəndindən tərəflər ilə belə razılığa gəlmişlər ki, onlar arasında mübahisə yarandıqda lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyəti məhkəməyə müraciət edirlər.
25. Lizinq verən iddiaçının yerləşdiyi yer isə Bakı şəhərinə, 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasının əhatə dairəsinə düşdüyündən, iddia da məhz həmin məhkəməyə verilmişdir.
26. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 402.1, 402.3, 402.4, 405.1, 467, 748-1.2, 748-1.4, 748-1.7, 747.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
27. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA Şİ KAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
28. Tərəflər arasında ilkin müqavilə 28 iyun 2012-ci ildə bağlanmış, sonradan 27 dekabr 2012-ci ildə avadanlığların təhvil verilməsi aktı və 05 fevral 2013-cü ildə isə lizinqə verilmə aktı bağlansa da, iddiaçı müqavilə öhdəliyini icra etməmiş, avadanlığları quraşdırmamış, bu səbəbdən də cavabdeh lizing avadanlıqlarından istifadə edə bilməmiş, bununla əlaqədar dəfələrlə iddiaçıya rəsmi olaraq müraciət edilsə də, iddiaçı müqavilə öhdəliklərini icra etməmişdir.
29. Bu faktı iddiaçının nümayəndəsi ilə cavabdehin nümayəndəsi arasında bağlanmış 01.11.2014, 01.11.2015, 01.11.2016, 01.11.2017, 01.11.2019-cu illərdə bağlanmış aktla da sübut edir.
30. Kreditor tərəfindən müqavilə şərtləri kobud surətdə pozulduğundan, lizinq obyekti onun tərəfindən quraşdırılıb təhvil verilmədiyindən, borclu öhdəliklərini icra edə bilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir.
31. Kassasiya şikayəti Mülki Məcəllənin 448.4, 458.1, 748-1.6-cı maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
33. İddiaçının nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi.
34. Cavabdeh firması məhkəmə iclasının vax tı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
35. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
36. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətind ə verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
38. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına is tinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
40. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
402. İlkin müqavilə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır”. “Maddə
405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır”. “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.2. Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir satışmazlı q aşkar edərsəz, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. 748-1.4. Lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır. 748-1.7. Lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqav iləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
42. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 mart tarixli, 2-2(103)-36/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
43. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, mülki qanunvericiliyin və yuxarıda qeyd olunan lizinq müqaviləsinin tələblərinə görə, lizinq alan lizinq obyektinə texniki qulluğu öz hesabına həyata keçirməli, onun vəziyyəti barədə lizinq verən və məlumat verməli, lizinq verən isə öz növbəsində istifadə edilən avadanlığın vəziyyətini yoxlamaq hüququna malikdir.
44. Cavabdehin lizinq avadanlığını istifadəyə yararlı vəziyyətdə təhvil aldığı halda, sonradan həmin avadanlıqda yaranmış nasazlıqlar barədə, habelə əlavə qurğuların quraşdırılması ilə bağlı iddiaçıya məlumat verməsi və sonuncu tərəfindən onun iştirakı ilə inventarlaşma məlumatları tərtib olunması təsdiq edilmir.
45. İş materiallarındakı sənədlərə əsasən mübahisəli lizinq avadanlığı firmanın ərazisində quraşdırılmış və o, lizinq avadanlığının ona təhvil verilməsi barədə aktı imzaladığını etiraf etmiş, mübahisələndirməmişdir.
46. Apelyasiya məhkəməsinin də qeyd etdiyi kimi, təhvil aktı ilə lizinq avadanlığı işlək vəziyyətdə cavabdehin is tifadəsinə təhvil verildikdən sonra, 05 fevral 2013-cü il tarixində tərəflər arasında bağlanmış əsas müqaviləyə əsasən də lizinq müqaviləsi üzrə avadanlığın ümumi dəyəri 1.216.000 manat məbləğində müəyyən edilmiş, tərəflər hüquq və vəzifələri, ödəniş qaydası və sair məsələlər razılaşdırılmış, cavabdeh tərəfindən lizinq avadanlığının ümumi dəyərindən 100.000 manat məbləğində ilkin ödəniş aparılsa da, sonradan ödəniş qrafikinə uyğun olaraq 2013-cü ilin aprel ayından (2-ci rübündən) 20 sentyabr 2018-ci il tarixinə (üçüncü rübünə) kimi heç bir ödəniş aparılmamış, nəticədə 601.600 manat məbləğində borcu yaranmışdır.
47. İş materiallarındakı sənədlərə əsasən iddiaçı-lizinq verən tərəfindən lizinq avadanlığının ilkin və əsas müqavilə şərtlərinə uyğun olaraq lizinq alan-cavabdehin ərazisində quraş dırıldığı və işlək vəziyyətdə istifadəsinə verildiyi sübuta yetirilir və bu hallar isə öz növbəsində iddiaçının müqavilə öhdəliyini icra etməməsi, avadanlıqları quraşdırmaması səbəbindən cavabdehin lizing avadanlıqlarından istifadə edə bilməməsi barədə şikayətin dəlillərinin əsassız olduğunu təsdiq edir.
48. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin lizinq müqavilələri üzrə öhdəliklərini yerinə yetirmədiyini, müqavilə öhdəliklərinin məhz onun təqsiri üzündən pozulduğunu, həmçinin cavabdehin öz mövqeyini heç bir mötəbər sübutla əsaslandırmadığını nəzərə alaraq kassasiya şikayətinin əsasən işin faktiki halları ilə bağlı dəlillərini əsassız he sab edir.
49. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 mart tarixli, 2-2(103)-36/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
51. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 mart tarixli, 2-2(103)-36/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul