Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-56/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alınmış əşyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdehə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 sentyabr tarixli 22(106)-87/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 2021-ci il 28 sentyabr tarixli müqavilənin 1.1-ci bəndinə əsasən, “Satıcı” bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavə ilə müəyyən edilən malları “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə malları mülkiyyətinə qəbul etməyi və haqqını ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən, malların təsviri, çəkisi, dəyəri və digər vacib şərtləri Əlavə 1-də öz əksini tapmışdır; - 2.1-ci bəndinə əsasən, bu müqavilənin predmetinə uyğun olaraq alınan malların dəyəri və ödəniş qaydası bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavə ilə müəyyənləşdirilir. - 3.1.1-ci bəndinə əsasən, “Satıcı” tərəfindən təhvil verilmiş malı qəbul etmək və malın dəyərini 2.2-ci bənddə nəzərdə tutulmuş qaydada ödəmək “Alıcı”nın vəzifələrin ə aiddir; - 3.2.1 və 3.2.2-ci bəndlərinə əsasən, “Alıcı”ya müəyyən edilmiş vaxtda keyfiyyətli və üçüncü şəxslərin mülkiyyətində olmayan malları təhvil vermək; malları Tərəflərin razılaşdırdıqları ünvana öz hesabına və öz nəqliyyat vasitələri ilə çatdırmaq “Satıcı”nın vəzifələrinə aiddir. - 5.1-ci bəndinə əsasən, müqavilə imzalandığı tarixdə qüvvəyə minir və 2021-ci il 31 dekabr tarixinə qədər qüvvədədir, “Alıcı” tərəfindən ödəniş öhdəlikləri isə tam icra edildiyi tarixədək qüvvədə qalır; - 5.3-cü bəndinə əsasən, müqavilənin qüvvədə olma müddətinin bitməsi və ya ona qabaqcadan xitam verilməsi “Alıcı”nın müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olmur.
3. İddiaçı ilə Cavabdeh arasında imzalanmış 1 saylı Əlavəyə əsasən, 1 kq “sümük unu”nun qiyməti 0,30 manat, 2 saylı Əlavəyə əsasən isə, 1 k q “2-ci növ sümük unu”nun qiyməti 0,20 manat müəyyən edilmişdir. 4. 2022-ci il 31 yanvar tarixli 423613 nömrəli “malların təhvil-qəbul aktı”na əsasən, dəyəri 1.161 manat olan 7.740 kq, 2022-ci il 4 fevral tarixli 423616 nömrəli “malların təhvilqəbul aktı”na əsasən, dəyəri 1.841 manat olan 5.260 kq, 2022-ci il 4 fevral tarixli 423617 nömrəli “malların təhvil-qəbul aktı”na əsasən, dəyəri 1.038 manat olan 6.920 kq, 2022-ci il 9 fevral tarixli 423620 nömrəli “malların təhvil-qəbul aktı”na əsasən, dəyəri 1.386 manat olan 3.960 kq, 2022-ci il 9 fevral tarixli 423621 nömrəli “malların təhvil-qəbul aktı”na əsasən, dəyəri 1.284 manat olan 8.560 kq, 2022-ci il 14 fevral tarixli 423624 nömrəli “malların təhvil-qəbul aktı”na əsasən, dəyəri 3.871 manat olan 11.060 kq, 2022-ci il 18 fevral tarixli 42363 0 nömrəli “malların təhvil-qəbul aktı”na əsasən, 1.134 manat olan 3.240 kq, 2022-ci il 18 fevral tarixli 423631 nömrəli “malların təhvil-qəbul aktı”na əsasən, dəyəri 876 manat olan 5.840 kq, 2022-ci il 21 fevral tarixli 423635 nömrəli “malların təhvil-qəbul aktı”na əsasən, dəyəri 558 manat olan 3.720 kq, 2022-ci il 25 fevral tarixli 423449 nömrəli “malların təhvil-qəbul aktı”na əsasən, dəyəri 2.856 manat olan 8.160 kq “ət sümük unu” “Təhvil verən” (İddiaçı nümayəndəsi) tərəfindən “Təhvil alan”a (Cavabdeh nümayəndəsinə) təhvil verilmişdir. 5. 2022-ci il 1 fevral tarixli 531616 nömrəli elektron qaiməyə əsasən 1.161 manat; 2022-ci il 4 fevral tarixli 730709 nömrəli elektron qaiməyə əsasən 1.038 manat; 2022-ci il 4 fevral tarixli 730710 nömrəli elektron qaiməyə əsasən 1.841 manat; 2022-ci il 1 1 fevral tarixli 098346 nömrəli elektron qaiməyə əsasən 1.284 manat; 2022-ci il 11 fevral tarixli 098349 nömrəli elektron qaiməyə əsasən 1.386 manat; 2022-ci il 14 fevral tarixli 235427 nömrəli elektron qaiməyə əsasən 3.871 manat; 2022-ci il 18 fevral tarixli 537251 nömrəli elektron qaiməyə əsasən 1.134 manat; 2022-ci il 18 fevral tarixli 537249 nömrəli elektron qaiməyə əsasən 876 manat; 2022-ci il 21 tarixli 622708 nömrəli elektron qaiməyə əsasən 558 manat; 2022-ci il 25 fevral tarixli 926042 nömrəli elektron qaiməyə əsasən 2.856 manat məbləğində mal İddiaçı tərəfindən Cavabdeh təqdim edilmişdir. 6. 2022-ci il 5 sentyabr tarixli “Maliyyə arayışı”nın surətinə əsasən, Cavabdeh borcu 15.712,50 manat təşkil etmişdir.
7. İddiaçının cavabdehə ünvanladığı 2022-ci il 3 iyun tarixli pretenziya m əktubunun surətinə əsasən, 2021-ci il 28 sentyabr tarixli alqı-satqı müqaviləsinə görə yaranmış 20.712,50 manat məbləğində borcun 2022-ci il 10 iyun tarixinədək tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçınə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh) qarşı iddia ərizəsi ilə 2023-cü il 30 yanvar tarixində Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 2021-ci il 28 sentyabr tarixli müqavilə üzrə yaranmış 15.712,50 manat borcun və mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 200 man at haqqın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2021-ci il 28 sentyabr tarixində bağlanmış 124 saylı alqı-satqı müqavilə üzrə cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Maliyyə arayışına əsasən, cavabdehin iddiaçıya 15.712,50 manat borcu qalmışdır.
10. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 4 may tarixli 2-2(121)-419/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən tərəflər arasında bağlanmış 2021ci il 28 sentyabr tarixli müqavilə üzrə yaranmış 15.712,50 manat borcun və mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 200 manat məbləğində pulun tutularaq iddiaçıya ödəni lməsi, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 137,14 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilərək cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – Z.Abbasov).
11. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandrımışdır ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış alqı-satqı müqaviləsinin xüsusi növü olan malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.
12. Tərəflər arasında malların göndərilməsi müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçının müqavilənin obyekti olan malları bir neçə partiyalarla cavabdehə təhvil verməsi işin mübahisəsiz hallarını təşkil etmişdir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini lazımınca icra etməyərək aldığı malların qiymətini tam ödəməməsi haqqında tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqaviləyə, malların təhvil-qəbul aktlarına, cavabdehə göndərilmiş elektron qaimələrə, maliyyə arayışına, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər həm pretenziya qaydasında, həm də mediasiya prosesində tələblə çıxış etməsinə istinad etmişdir. Lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəfindən iddiaçının qeyd olunan tələbinə etiraz, tələbin tam və ya qismən əsassızlığına dair sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, təhvil-təslim aktlarını, elektron qaimələri və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab etmişdir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların q iymətini təşkil edən 15.712,50 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapmışdır.
13. Tələb olunan 15.712,50 manat məbləğində borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə əsas borc qalığı kimi tələb olunan 15.712,50 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlmişdir.
14. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarına əsasən, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alqı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddia haqlı və qanunidir.
15. Birinci instansiya məhkəməsi qətnaməsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 567, 597.1, 598.1, 598.2, 598.3, 627.1, 637.1-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 119.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Cavabdeh apellyasiya şikayəti verməklə, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
17. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 sentyabr tarixli 2-2(106)-87/2023 nömrəli qətnaməsi ilə ape llyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – P.Əhmədov, hakimlər – T.Kərimov və S.Həsənov).
18. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin heç bir mötəbər sübuta əsaslanmayan və qanunvericiliyin imperativ normalarına söykənməyən formal xarakter daşıyan dəlilləri hazırkı mübahisələndirilən qətnamənin ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsas deyildir.
20. Belə ki, apellyasiya şikayətində qətnamə qəbul edilərkən onun bu halı mübahisələndirmək və sübutlarını təqdim etmək üçün prosessual imkanının olmaması, satıcı nın verdiyi malın lazımi keyfiyyətdə olmaması və buna dair aktın da tərtib olunması barədə göstərilmiş dəlillərə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh öz apellyasiya şikayətində müqavilədə göstərilmiş malları qəbul etməsini inkar etmir və bu hal mübahisəsiz haldır. Bu baxımdan, hazırkı halda tərəfindən qəbul edilmiş iddiaçıya məxsus malların dəyərini ödəməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşmüşdür. Lakin cavabdeh hər iki məhkəmə instansiyasında sadəcə əsassız dəlillər gətirməklə kifayətlənmişdir.
21. Apellyasiya instansiya məhkəməsi mövqeyini MM-in 386.1, 404.1, 404.2, 425.1 445.2.1, 567 və 600.1; MPM-in 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. Cavabdeh kassasiya şikayəti verməklə, həmin qətnamənin ləğv edilərək işə yenidən baxılm ası üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. MM-nin 595-ci maddəsinin tələbi pozulmuşdur – Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etmək hüququ vardır. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən cavabdehin bu halı mübahisələndirmək və sübutlarını təqdim etmək üçün prosessual imkanı olmamışdır. Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə tərəflərin gə lməməyin səbəblərini üzrlü hesab etdikdə işə baxılmasını təxirə salır. Məhkəmə iclasını təxirə salaraq ona məhkəmə iclasının vaxtı barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının mənafeyinə uyğun şəkildə müqavilənin şərtlərinə cavabdeh tərəfindən riayət edilməməsini müəyyən etmişdir. Halbuki satıcının verdiyi mal lazımi keyfiyyətdə olmamışdır. Buna dair akt da tərtib olunmuşdur. Həmin məqamı tam araşdırmayan məhkəmə mövcud sübutlara münasibətdə yanlış hüquqi nəticəyə gəldiyindən məhkəmənin qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilməlidir.
26. MPM-in 77.1-ci maddəsinin tələbi pozulmuşdur – Cavabdehin qeyd edilən halları sübut etməsi üçün məhkəmə tərəfindən şərait yaradılmamışdır.
27. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
29. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətlən dirilməməlidir. Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır...” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;...” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur...” “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşy anın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.” “Maddə
627. Göndərmə müqaviləsi 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. “Maddə
637. Göndərilən mallar üçün hesablaşmalar 637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutul an hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir....”
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akif Həsənov Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi 2019-cu il 19 sentyabr tarixli Qərarının 31-ci bəndində göstərmişdir ki, hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünü müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron mə hkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.... 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz....” “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübut ların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblər dən formal xarakterli və əsassız hesab edir.
35. Həmin dəlillər mahiyyət etibarilə ondan ibarətdir ki, satıcının verdiyi mal lazımi keyfiyyətdə olmamışdır. Buna dair akt da tərtib olunmuşdur. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən bu halı mübahisələndirmək və sübutlarını təqdim etmək üçün cavabdehin prosessual imkanı olmamışdır. Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə tərəflərin gəlməməyinin səbəblərini üzrlü hesab etdikdə işə baxılmasını təxirə salır. Məhkəmə iclasını təxirə salaraq ona məhkəmə iclasının vaxtı barədə məlumat verməmişdir.
36. Cavabdeh eyni məzmunlu dəlilləri apellyasiya instansiyasında da bildirmiş, lakin mübahisələndirilən qətnamədən məlum olur ki, bununla əlaqədar hər hansı sübut təqdim etməmiş dir.
37. Halbuki həmin halların sübut edilməsi MPM-in 77.1-ci maddəsinə (bax § 33) uyğun olaraq, məhz onların mövcudluğuna istinad edən cavabdehin üzərinə düşürdü.
38. Sübutlarını təqdim etmək üçün cavabdehin prosessual imkanının olmamasına gəldikdə isə qeyd edilməlidir ki, həmin dəlil ümumiyyətlə həqiqətə uyğun deyildir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh istər birinci instansiyada, istərsə də apellyasiya icraatında məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmış, lakin o, heç bir instansiyada və məhkəmə iclasında iştirak etməmişdir.
39. Digər tərəfdən, apellyasiya şikayəti verən məhz cavabdeh olsa da, bu şikayəti verdikdən sonra öz mövqeyini əsaslandırmaq üçün apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməmişdir.
40. Halbuki İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akif Həsənov Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi 2019-cu il 19 sentyabr tarixli Qərarının 31-ci bəndində formalaşdırdığı hüquqi mövqelərdən (bax § 32) aydın olur ki, hətta məhkəmə ərizəçini məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünü müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.
41. Hərçənd ki, cavabdeh bilavasitə məhkəmə iclasına gəlmədən də, ona qarşı irəli sürülən iddia tələbinin əsassızlığını sübut edən sənədləri bilavasitə özü və ya nümayəndəsi vasitəsilə məhkəməyə apellyasiya şikayətinə əlavə etməklə və ya ayrıca məktubla təqdim edə bilərdi.
42. Ümumiyyətlə isə, onu da vurğulamaqda fayda vardır ki, MPM-in 10-1.1, 10-1.2, 101.3 və 10-1.5-ci maddələrinin (bax § 33) tələblərinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi həmin informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vas itəsilə həyata keçirilir. Həmin qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
43. Lakin cavabdeh öz mövqeyini müdafiə etmək üçün “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından da istifadə etməmişdir.
44. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 33) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 33) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
45. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommers iya Kollegiyasının 2023-cü il 26 sentyabr tarixli 2-2(106)-87/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Cavabdeh inkassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 sentyabr tarixli 2-2(106)-87/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.