Məhkəmə qərarları › İş №2-2(102)-560/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-560/2022

02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-560/2022 ALİ MƏHKƏMƏ Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçının cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə Açar sözlər: məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ 02.08.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən) İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızından ibarət qarışıq tərkibdə, İddiaçı cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 8 iyul tarixli 2-2(119)-1126/2022 saylı qərardadına əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında aşağıdakı qərarı qəbul etdi. İ. İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra - “İddiaçı”) 2022-ci il 24 may tarixində cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra - “ASC”) qarşı "borcun silinməsi" tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 33 nömrəli evin tinində yerləşən ticarət obyektində istifadə olunan elektrik enerjisinə görə quraşdırılmış sayğaca müdaxilə olunması ilə bağlı tərtib edilmiş 2017-ci il 5 may tarixli aktların ləğv edilməsi və əsassız hesablanmış 366,27 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 2022-ci il 14 iyun tarixli qərard adı ilə həmin iddia ərizəsi üzrə olan 2(060)-4077/2022 nömrəli mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – E.Hüseynov).

3. Sumqayıt Şəhər Məhkəməsi belə qənaətə gəlmişdir ki, iş üzrə iddiaçının göstərdiyi ünvan 33 nömrəli evin yaxınlığında yerləşən ticarət obyektidir. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə görə yazılmış borcu mübahisələndirmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) 26.1, 32.3, 35.1, 44.2.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

5. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 8 iyul tarixli 2-2(119)-1126/2022 saylı qərardadı ilə işin məhkəmə aidiyyəti məsələsinə dair fikir ayrılığının həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Z.Sadiqov).

6. Sumqayıt Kommersiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olması (VÖEN-i olması) müəyyən edilmir.

7. ASC ilə bağlanmış hər hansı bir müqavilə müvafiq qaydada (qanuni əsaslarla) fərdi sahibkar kimi qeydə alınmamış şəxsin fəaliyyətinin - qanunla müəyyən edilmiş sahibkarlıq fəaliyyəti kimi qəbul edilməsi üçün əsas ola bilməz.

8. Sumqayıt Kommersiya Məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü, Azərbaycan Respublikası Vergi məcəlləsinin 16, 33.3-cü, “Sahibkarlıq fəaliyyəti haqqında” qanunun 10-cu, Mülki Prosessual Məcəllənin 1, 24.2, 25.1, 26.1, 32.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: “Maddə

13. Sahibkarlıq fəaliyyəti Mülki Məcəlləsinin müvafiq müddəalarında Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

10. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Vergi Məcəlləsinin müvafiq müddəalarında “Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:... 16.1.2. vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ni (VÖEN) almaq;...” “Maddə

33. Vergi ödəyicilərinin uçotu... 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri bu maddəyə uyğun olaraq vergi orqanında uçota alına bilərlər. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vəsiqə əsasında vergi orqanlarında vergi ödəyicisi ki mi uçota alınırlar...”

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1.Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələr inə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması... 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər." 12. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10.Sahibkarlıq fəaliyyətinin döv lət qeydiyyatı 1.Hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 2.Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

27. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin i ştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilatihüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunverici liyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fizi ki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

14. Qarışıq məhkəmə tərkibi işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş mahiyyəti üzrə baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməlidir.

15. İlkin olaraq qeyd edilməlidir ki, hazırki iş tərəflərin subyektiv tərkibinə görə mahiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır. Belə ki, iş materiallarından İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olması (VÖEN-i olması) müəyyən edilmir.

16. MPM-nin 24.2-ci (bax yuxarıda § 11) maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun da məsələ ilə bağlı mövqeyi (bax yuxarıda § 13) ondan ibarətdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsində tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri meyarlarının hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm predmetinin, hə m də hüquq münasibətlərinin xarakterinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir.

18. Göründüyü kimi, “sahibkarlıq fəaliyyəti” qanunvericiliyin müəyyən etdiyi qaydada qeydə alınaraq həyata keçirilən fəaliyyətdir və həmin fəaliyyətdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri tərəfindən baxılır. İş materiallarına əsasən isə İddiaçı qanuni əsaslarla sahibkarlıq fəaliyyəti ilə məşğul olması və eyni zamanda, mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranması müəyyən olunmur.

19. ASC ilə bağlanmış hər hansı bir müqavilə isə müvafiq qaydada (qanuni əsaslarla) fərdi sahibkar kimi qeydə alınmamış şəxsin fəaliyyətinin qanunla müəyyən edilmiş sahibkarlıq fəaliyyəti kimi qəbul edilməsi üçün əsas ol a bilməz.

20. Buna görə də, hazırkı mülki iş üzrə mübahisələndirilən borc məbləği ilə əlaqədar iddiaçının fəaliyyətinin sahibkarlıq fəaliyyəti, həmin fəaliyyət əsasında yaranmış mübahisənin isə kommersiya mübahisəsi kimi qəbul edilməsi istisna edilir.

21. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 24.2, 26.1, 26.2, 32.7, 403-1.6, 403-1.7 və 403-1.9.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçının cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar