Məhkəmə qərarları › İş №2-2(102)-566/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-566/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-566/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: sığorta ödənişinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oglundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə cavabdeh "xxxx" ASC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli, 2-2(103)1174/2021 saylı qərardadından verilmiş kassa siya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən verilmiş 20.09.2020-ci il tarixli “Avtomobil nəqliyyat vasitələrinin kompleks sığorta şəhadətnaməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının “Mülki Məcəlləsinə”, “Avtomobil nəqliyyatı vasitələrinin kompleks sığorta Qaydaları”na uyğun hazırlanmışdır.

2. Müqavilənin 5-ci bəndinə əsasən bu müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən (sığorta hadisəsi baş verən anda avtomobilin bazar şərtləri ilə müəyyən edilən qiyməti) az olduğu halda (qismən sığorta halında) sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir.

3. Sığorta şəhadətnaməsinə görə, avtomobilin real dəyəri 88.570.000 manat, sığorta məbləğ i 1.000.000 manat, şərtsiz azadolma məbləği isə hər bir hadisə üzrə 10.000 manat, tam məhv olma halında sığorta məbləğinin 10 faizi həcmində müəyyən olunmuşdur. 4. "xxxx" MMC tərəfindən verilmiş 02.03.2021-ci il tarixli AZT/X/082 nömrəli “John Deere 9970” pambıqyığan kombayna dəymiş zərərin qüsur aktına görə, 04 dekabr 2020-ci il tarixdə "xxxx" MMC-nin “John Deere” servis mərkəzinə qəzalı vəziyyətdə olan “John Deere” 9970 pambıqyığan kombaynı gətirilmişdir. Kombayn mütəxəssisləri tərəfindən tam olaraq sökülərək inspeksiya edilmişdir. Kombaynın bir çox hissələri, o cümlədən kabina, ön yığım aparatların iki ədədi, elevator konstruksiyası, hava boruları, ön yığım aparatların quraşdırma dirsəkləri və kardanlar və bir çox köməkçi hissə və parçalar tam istifadəyə yararsız hala gəlmişdir. Kombayn ın istifadəyə yararsız olan hissələri tam olaraq inspeksiya edilmişdir və ehtiyar hissələrinin kodları “John Deer”-in “servise advisor” proqramına uyğun olaraq müəyyən edilmişdir. Kombaynın bərpası üçün tələb olunan ehtiyat hissələrinin ümumi məbləği 401.542,12 manat, əlavə xidmətlərin toplan dəyəri 1.985 manat, əlavə tələb olunan ehtiyat hissələrinin toplam dəyəri 2.478,68 manat, “JD” xidmətlərin toplam dəyəri 14.000 manat təşkil edir (ƏDV xaric).

5. İnzibati xəta haqqında AP ******* nömrəli protokola görə, 26.10.2020-ci il tarixində saat 19:45-də Sabirabad rayonunda 18AB023 dövlət qeydiyyat nişanlı Kombayn markalı nəqliyyat vasitəsini yol vərəqəsi əsasında idarə edən 30.09.1988-ci il təvəllüdlü Sabirabad rayonu, Şəhriyar kəndində yaşayan X4 pambıq sahəsindən yük yerini boşaltmadan çıxarm ış, yükün ağırlığı sürücünün idarəetməni itirməsinə səbəb olmuş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 6. 18.01.2021-ci il tarixli REF/0183/21 nömrəli, 19.04.2021-ci il tarixli, REF/1129/21 nömrəli məktublara görə, iddiaçı cavabdehdən 26.10.2020-ci il tarixdə iddiaçının istifadəsində olan 18AB023 dövlət qeydiyyat nişanlı “JOHN DEERE JD 9970” markalı pambıqyığan kombaynın sürücüsünün Hacıqabul-Horadiz avtomagistralının girişində yolun dalğalı olması səbəbindən idarəetməni itirməsi və kombaynın aşması bildirilmiş, sığorta hadisəsi nəticəsində pambıqyığan kombayna dəymiş zərərə görə sığorta məbləğinin ödənilməsi cavabdehdən xahiş olunmuşdur. 7. 16.05.2021-ci il tarixli, 0811 nömrəli cavabdeh tərəfində n iddiaçıya ünvanlanmış məktuba görə, iddiaçı ilə cavabdeh arasında bağlanmış AZ/MİH/20/0155 saylı “Vahid sığorta müqaviləsi”nin şərtlərinə əsasən sığorta məbləğinin 1.000.000 manat, sığorta predmetinin dəyərinin 88.570.000 manat, şərtsiz azaldılma məbləğinin 10.000 manat razılaşdırıldığı bildirilmişdir. 18AB023 dövlət qeydiyyat nişanlı “JOHN DEERE JD 9970” markalı pambıqyığan kombayna dəymiş zərərin müəyyən edilməsi məqsədi ilə xüsusi bilik və təcrübəyə malik olan ekspertlər cəlb olunmuş, nəticədə sözügedən texnikaya dəymiş zərərin aradan qaldırılması üçün 123.000 manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən olunmuşdur. Lakin hesablanılmış zərər məbləğinə qismən sığorta şərtləri tətbiq olunduğu və azadolma məbləği çıxıldığı halda, "xxxx" ASC-nin sığorta ödənişinin verilməsi öhdə liyinin yaranmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alınaraq sığorta ödənişinin verilməsinin mümkün olmadığı iddiaçıya bildirilmişdir.

8. İddiaçı ilə X5 arasında bağlanmış əmək müqaviləsinə görə, sonuncu 17.01.2020-ci il tarixində "xxxx" MMC-nin “MKT-X” filialına traktorçu vəzifəsinə işə qəbul edilmişdir. 9. 24.06.2021-ci il tarixli Məhkəmə X1 tərəfindən aparılmış “Yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasına dair ekspert rəyinə görə, X3 hadisədən qabaq bunkeri tam yüklü vəziyyətdə olan “JOHN DEERE JH 9970” markalı 18AB023 dövlət qeydiyyat nişanlı pambıqyığan kombayndan istifadəsi onun təyinatına uyğun olmamışdır. Ekspertizanın təyini haqqında müraciətdə təqdim olunmuş məlumatlara əsasən “JOHN DEERE JD 9970” markalı 18AB023 dövlət qeydiyyat nişanlı pambıqyığan kombaynın sü rücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 57-ci maddənin 3-cü hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.10.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində 18AB023 dövlət qeydiyyat nişanlı “JOHN DEERE JD 9970” markalı pambıqyığan kombayna dəymiş ziyanın əvəzi olaraq 420.005,80 manat sığorta ödənişinin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddi açıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən pambıqyığan kombayna dəymiş ziyan 123.000 manat qiymətləndirilmiş, lakin iddiaçı öz təşəbbüsü ilə dəymiş ziyanın qiymətləndirilməsini aparmış, bu sahədə mütəxəssis olan "xxxx" MMC tərəfindən verilmiş qüsur aktı ilə həmin ziyanın məbləği 420.005,80 manat təşkil edir. Bu səbəbdən, həmin məbləğdə sığorta ödənişinin ödənilməsini, yaxud pambıqyığan kombaynın təmir edilərək onlara təqdim edilməsini xahiş edir.

12. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 27 avqust tarixli, e-2-2(113)-3567/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır (hakim – Ü.Həsənova).

13. Birinci ins tansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə əhəmiyyət kəsb edən məsələlərin həlli üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilməli, ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmalıdır.

14. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) 97.1, 98.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Cavabdeh həmin qərardaddan şikayət verərək, məhkəmə qərardadını iş üzrə icraatın dayandırılması hissəsində ləğv edib, məhkəmə prosesinin təzələnərək ekspertizanın növü və ekspert qarşısında qoyulan sualların müzakirə edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli, 2-2(103)-1174/2021 say lı qərardadı ilə (hakimlər V.M.Məmmədov (sədrlik edən), R.Ə.Qurbanov və V.Ə.Baxışova) Bakı Kommersiya Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apelyasiya qeyri-mümkün hesab edilmiş, iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir.

17. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Bakı Kommersiya Məhkəməsinin qərardadı 31.08.2021-ci il tarixdə onun “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilməklə cavabdehin nümayəndəsi Vəkil çatdırılmış (iş vərəqi-104), sonuncu tərəfindən tərtib olunmuş şikayət isə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməmişdir.

18. Beləliklə, cavabdehin şikayəti MPM-in 10-1.3-cü maddəsinin tələbləri pozulmaqla ve rildiyindən, bu səbəbdən apelyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığından, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

19. Məhkəmə bu qənaətini Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.

20. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermiş, məhkəmə qərardadını iş üzrə icraatın dayandırılması hissəsində ləğv edib, məhkəmə prosesinin təzələnərək ekspertizanın növü və ekspert qarşısında qoyulan sualların müzakirə edilməsi barədə qərar qəbul ediməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. Mülki Prosessual Qanunvericiliyin tələblərinə əsasən hakim prosesi elə şəffaf qaydada aparmalıdır ki, tərəflər gözlənilməz qərarlarla üzləşməs inlər. Tərəflərin işlə əlaqədar önəmli hallarla bağlı tam fikir bildirməsinə və zərurət olduqda, onu tamamlamasına kömək etməlidir. Bu məqsədlə hakım prosesin hər bir mərhələsində tərəfləri dinləməlidir. Bu isə məcburi olaraq hakimin tərəflərə ilkin fikrini bildirməsini şərtləndirir. Yalnız bundan sonra tərəflər dinlənilmə hüquqlarını effektiv həyata keçirə bilərlər.

22. Bakı Kommersiya Məhkəməsi işə baxarkən (2021-ci il 27 avqust tarixli, e-2-2(113)3567/2021 saylı qərardadı) tərəflər ekspertizanın keçirilməsinə dair hər hansı münasibət bildirməmişlər (qərardadın məzmununda da bu haqda heç nə yoxdur), ekspertizaya sualların təqdim edilməsinə şərait yaradılmamışdır.

23. Sığorta predmetinin (kombaynın) təyinatına uyğun istifadə edilib-edilməməsi mübahisə predmeti olduğu halda, məhkəmə avto texniki sahə üzrə xüsusi bilik-təcrübəyə malik ekspert qarşısında bu sualın cavablandırılmasını qoymamışdır.

24. Avtotexniki ekspertizanın keçirilməsi zərurəti olduğu halda, məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı iddiaçı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərardadını bütövlükdə mübahisəl əndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

29. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və“kommersiya mübahisələri“üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.3.“Kommersiya mübahisələri“üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibə tini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli, 2-2(103)-1174/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

32. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, qanunvericilikdə kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən şikayətin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu, sözügedən norma kommersiya mübahisələri üzrə iddia ərizəsinin (ərizənin), şikayətin və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmasa da, cavabdeh prosessual qanunvericiliyin tələbinə zidd olaraq, qərardaddan verdiyi şikayəti Bakı Kommersiya Məhkəməsinə elektron kabinet vasitəsilə göndərməmişdir.

33. İş materiallarına əsasən cavabdeh tərəfindən kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməmiş, sonuncu tərəfindən şikayət Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun olaraq verilmədiyindən, apelyasiya məhkəməsi həmin şikayəti haqlı olaraq mümkün hesab etməmişdir.

34. Cavabdeh isə kassasiya şikayətinin dəlillərində apelyasiya instansiyası məhkəməsinin qərardadını, məhz şikayətin mümkün hesab edilməməsi hissəsində mübahisələndirmək əvəzinə, birinci instansiya məhkəməsinin qərardadından verdiyi şikayəti təkrarlamaqla kifayətlənmişdir ki, həmin şikayət qeyri-mümkün hesab edildiyindən, hazır kı iş üçün əhəmiyyət kəsb etməyən bu dəlillərin qiymətləndirilməsinə məhkəmə tərkibi zərurət görmür.

35. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli, 2-2(103)1174/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

37. Bakı A pelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli, 2-2(103)-1174/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar