Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-568/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı “xxxx” ASC-nin cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRAR (Açar sözlər: görülmüş işlərə görə pul tələbi) Giriş hissə: 27.12.2019 Hakimlər: Zakir Quliyev (sədrlik edən və məruzəçi hakim), Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Elxan Cəfərovun iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdeh “xxxx” MMC-yə qarşı əmlakın geri qaytarılması və pul tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 30 iyul 2019-cu il tarixli, 2-2(103)-326/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasas iya şikayətinə əsasən işə 27 dekabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ASC cavabdeh “xxxx” MMC-yə qarşı AZ 10 A 294 nömrəli AZ 10 F879 nömrəli və AZ 10 E 358 nömrəli nəqliyyat vasitələrinin cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması, müqavilə üzrə iddiaçının ödədiyi 66.435,72 manat vəsaitdən qalıq 57.435,72 manatın, həmin vəsaiti qanunsuz saxlamaqla faydalanmağa görə 9.397,77 manatın, manatın ən azı 100 faiz həcmində dəyərsizləşməsi nəzərə alınaraq 57.435,72 manatın, dövlət rüsumu kimi 30 manatın, nəqliyyat vasitələrindən çıxarılmış ehtiyat hissələrinin real dəyəri olan, cəmi 124.299,21 manatın və nəqliyyat vasitələrindən çıxarılmış ehtiyat hissələrinin real dəyərinin cavabdehdən tutularaq idd iaçıya ödənilməsibarədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi qismində İddiaçı ilə icraçı qismində “xxxx” MMC arasında 09.06.2012-ci il tarixdə AX 596/0612 saylı Xidmət müqaviləsi imzalanmış, müqaviləyə əsasən, İcraçı Sifarişçinin təqdim etdiyi avtomobillərə tələb olunan təmir həcmlərini müəyyən edərək, avtomobilləri təmir etməyi, sifarişçi isə bunun müqabilində icraçıya haqq ödəməyi öhdəsinə götürmüşdür. 06.02.2012-ci il, 11.06.2012-ci il və 18.06.2012-ci il tarixli avtomobil və mexanizmlərin təhvil - təslim aktlarına əsasən, “xxx markalı AZ 10 F-879 dövlət nömrə nişanlı avtoqreyder, “xxx markalı AZ 10 A-294 dövlət nömrə nişanlı torpaq basan kat ok və “Volvo” markalı 10 E 358 dövlət nömrə nişanlı avtoqreyder təmir olunması üçün cavabdehə təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdehə təmir işləri ilə əlaqədar 2013-cü il tarixli 001, 002, 003, 004 saylı təkliflər üzrə 50 faiz avans məbləği olaraq 66.435,72 AZN ödəniş həyata keçirilmişdir. Cavabdeh iddiaçıya 07.04.2014-cü il tarixli 675 nömrəli hesab təqdim edərək, 001 nömrəli təklif üzrə 24.265,52 manat, 663 nömrəli hesaba əsasən 002 nömrəli təklif üzrə 85.967,13 manat, 07.04.2014-cü il tarixli 665 nömrəli hesaba əsasən 003 nömrəli təklif üzrə 41.514,76 manat və 07.04.2014-cü il tarixli 664 nömrəli hesaba əsasən 004 nömrəli təklif üzrə 41.955,79 manat ödənilməsini xahiş etmişdir. İddiaçı pretenziya qaydasında cavabdehə 30.08.2016-cı il tarixli 09-01/1577 saylı məktub ünvanlayaraq sonuncuya təhvil verilmiş texnikaların geri qaytarılmasını xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, iddiaçıya məxsus nəqliyyat vasitələrinin təmiri ilə əlaqədar olaraq ödənilməmiş 110.050,28 manat pulun iddiaçıdan tutularaq ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 12.03.2018-ci il tarixli, 2-2(81)-31/2018 saylı (sədrlik edən hakim A.Hüseyn) qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək, AZ 10 A 294 nömrəli, AZ 10 F 879 nömrəli və AZ 10 E 358 nömrəli nəqliyyat vasitələrinin “xxxx” MMCdən alınaraq İddiaçı ASC-yə qaytarılması, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia təmin edilərək, iddiaçıya məxsus nəqliyyat vasitələrinin təmir inin ümumi dəyərindən qalıq qalan ödənilməyən 110.050,28 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manatın İddiaçı ASC-dən tutularaq “xxxx” MMC-yə ödənilməsi qət edilmiş, qətnamənin icra qaydası müəyyən edilərək, qarşılıqlı iddia tələbi üzrə pul məbləği ödənildikdən sonra ilkin iddia tələbi üzrə qaytarılması nəzərdə tutulan nəqliyyat vasitələrinin geri qaytarılması qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 12.03.2018-ci il tarixli qətnaməsinin qismən, ilkin iddianın təmin edilməmiş hissəsində, qarşılıqlı iddianın isə təmin edilmiş hissəsində ləğv edilməsini, ilkin iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmə kollegiyasından xahi ş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 31.08.2018-ci il tarixli, 2-2(103)-380/2018saylı (hakimlər E.Nağıyeva - sədrlik edən və məruzəçi, H.Həmidov vəX.Sarıyev) qətnaməsi iləiddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 12.03.2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə - 43614,56 manatın iddiaçıdan tutularaq cavabdehə ödənilməsinin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin 31.08.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddianın qismən 43.614,56 manat hissəsində rədd edilməsi b arədə yeni qərarın qəbul edilməsini Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 20.02.2019-cu il tarixli, 2-2(102)54/2019 (hakimlər K.Bədəlov - sədrlik edən və məruzəçi, İ.Dadaşov və S.Hüseynova) qərarı ilə İddiaçı ASC tərəfindən verilmiş kasasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 31 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, birinci instansiya məhkəməsinin 12 mart 2018-ci il tarixli qətnaməsinin “iddiaçıdan 43.614,56 manatın tutularaq cavabdehə ödənilməsi” hissəsinə yenidən baxılması üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 30.07.2019-cu il tarixli, 2-2(103)326/2019saylı (hakimlər K.Abiyeva - s ədrlik edən və məruzəçi, M.Tağızadə və Ü.Mayılov) qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 12 mart 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə – 43614,56 manat məbləğində qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmasıqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,ilkin iddia üzrə iddiaçı tərəfındən iş materiallarına xidmət müqaviləsinin şərtlərinə görə 50 faiz avans ödənişi barədə ödəniş tapşırığı əlavə edilmişdir. Ödəniş tapşırığına əsasən texnikaların təmir xərci üçün 66435,72 manat məbləğində 50 faiz qabaqcadan avans şəkilində «xxxx» MMC-nin hesabına ödənilmiş dir. Ödəniş tapşırığının məzmunundan aydın olur ki, ödənilmiş məbləğ ümumi məbləğin yarısıdır. Beləliklə də, buradan aydın olur ki, qarşı tərəfə ödəniləcək cəmi məbləğ» 132871, 44 manat olmalıdır. Qeyd edilən avans ödənildikdən sonra cavabdeh bununla razılaşmış və təmirə başlamışdır. Lakin, məhkəmə iclasında qarşı tərəf işçilik haqqını da tələb etmişdir. İş materiallarına əlavə edilmiş təkliflərin Korporasiya tərəfindən kimin imzalanması göstərilməmişdir. Halbuki, tərəflər arasında bağlanılmış müqavilənin 1 saylı Əlavəsinin 2-ci bəndində qeyd edilmişdir ki, qiymətlərin razılaşdırılması protokolları və təhvil-təslim aktları sifarişçi tərəfindən Cahangir Qasımov tərəfindən imzalandığı təqdirdə etibarlı sayılır. Lakin, məhkəmə müqavilənin həmin bəndinə də hüquqi qiymət verməmişdir. Həmçinin cavabdeh tərəfindən təqdim edilmiş təkliflərin əsilləri olmamış, məhkəmə isə kserosurəti sübut kimi qiymətləndirərək qeyd edilən təkliflərə istinad etmişdir. Apelyasiya məhkəməsi işi araşdırarkən Ali Məhkəmənin göstərişlərinə əməl etməmiş, iş materiallarına əlavə edilmiş kserosurətlər əsasında qətnamə qəbul etmişdir ki, bununla da razılaşmaq olmaz. Məhkəmə qətnamə üzrə mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və mübahisənin prosessual normaları üzrə istiqamətinə hüquqa aid olan bütün elementlərin və faktların tədqiqini təmin etməmiş, iş üçün bütün zəruri sübutları əlaqəli şəkildə, heç bir səbəb göstərmədən işin hərtərəfli həlli məqsədi ilə sübutların qəbul edilibedilməməsi səbəblərini obyektiv yanaşmaqla izah etməmişdir ki, bu nəticə etibarı ilə işin tam, hərtərəfli və qanu ni normalar əsasında araşdırılması və çəkişmə prinsiplərinin pozulmasına gətirib çıxarmışdır. Bu zaman işə baxan məhkəmə işin tam, hərtərəfli və obyektiv araşdırılmadan lazımi şərait yaratmamış, çəkişmə prinsipini kobud şəkildə pozmuş, sübutların qiymətləndirilməsində, hüququn tətbiqində səhvə yol vermiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsi səbəblərini əlaqəli olaraq düzgün və qanununun tələbinə uyğun izah verməmişdir. Halbuki, “Məhkəmə Qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 6.3-cü bəndində göstərilir ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada izah edilməlidir. Bütün yuxarıda göstərilənlər ə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 iyul 2019-cu il tarixli, 2-2(103)-326/2019 saylı qətnaməsinin əsassız olduğundan ləğv edilməsini və qarşılıqlı iddianın qismən 43614,56 manat hissəsində rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili E.Cəfərov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 30 iyul 2019-cu il tarixli qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 30 iyul 2019-cu il tarixli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası ndan xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 30 iyul 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 30 iyul 2019-cu il tarixli, 2-2(103)-326/2019 saylı qətnamə ilə, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin t əmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 mart 2018-ci il tarixli, 2-2(81)-31/18 saylı qətnaməsinin mübahisələndirilən hissədə – 43614, 56 manat məbləğində qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372.6, 376.2, 420-ci maddələrinə, Mülki Məcəllənin 752.1, 753.1, 754.1, 754.2-ci maddələrinə əsaslanmaqla, hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2017-ci il tarixli, 9563 saylı ekspert rəyində avtomobillərin həqiqətən təmir edilməsini və təmir xərclərinin ümumi məbləğinin həmin dövr üçün ölkə daxili qiymətlərə əsasən 176486 manat təşkil etməsinin müəyyən edilməsini, həmin rəyin mötəbərliyini şübhə altına alan sübutların olmamasını nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnamənin yoxlanılan hissəsində ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının qəbul etdiyi 30 iyul 2019-cu il tarixli qətnamə ilə və həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti əsasında artıq bir dəfə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının məhkəmə baxışında olmuş və bunun nəticəsində 20 fevral 2019-cu il tarixli, 2-2(102)-54/2019 saylı qərar qəbul edilmişdir. Belə ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 20 fevral 2019-cu il tarixli, 22(102)-54/2019 saylı qərarı ilə İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 avqust 2018-ci il tarixli, 2-2(103)-380/2018 saylı qətnaməsinin ləğv edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 mart 2018-ci il tarixli, 2-2(81)-31/2018 saylı qətnaməsinin «iddiaçıdan 43614,56 manatın tutularaq cavabdehə ödənilməsi» hissəsinə yenidən baxılması üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 20 fevral 2019-cu il tarixli, 2-2(102)54/2019 saylı qərarının «Əsaslandırıcı hissə»sində yazılmışdır ki, «İnvoyslardakı təkliflərin tarixini və ümumi ödənilməli məbləğləri nəzərdən keçirdikdə göstərilir ki, həmin invoyslardakı məluma tlarla iş materiallarına əlavə edilmiş təkliflərdəki məlumatlar arasında ciddi uyğunsuzluq var. Belə ki, invoysda 002 saylı təklifin tarixi 26.02.2013-cü il, tələb edilən ümumi məbləğ 85.967,13 manat qeyd edilsə də (iş vərəqə 85), işdəki 002 saylı təklif tamam başqa tarixli 05.04.2013-cü il tarixli olmaqla, ödənilməli cəmi məbləğ 79643,05 manat qeyd edilmişdir (iş vərəqi 170–176). Eyni ziddiyyət 003 saylı təklifdə də müşahidə olunur. Belə ki, invoysda 003 saylı təklifin tarixi 26 fevral 2013-cü il, tələb edilən ümumi məbləğ 41514,76 manat qeyd edilsə də (iş vərəqi 83), işdəki 003 saylı təklif tamam başqa tarixli – 05 aprel 2013-cü il tarixli olmaqla, ödənilməli cəmi məbləğ 38093,07 manat qeyd edilmişdir (iş vərəqi 183–185). Eyni ziddiyyət 004 saylı təklifdə də müşahidə olunur. İnvoysa əsas ən, 004 saylı təklifin tarixi 26 fevral 2013-cü il, tələb edilən ümumi məbləğ 41955,79 manat qeyd edilsə də (iş vərəqi 84), işdəki 004 saylı təklif tamam başqa tarixli – 05 aprel 2013-cü il tarixli olmaqla, ödənilməli cəmi məbləğ 35631,60 manat qeyd edilmişdir (iş vərəqi 186–188). Lakin işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edilən invoysları təkliflərlə qarşılıqlı şəkildə araşdırmamış, göstərilən ziddiyyətləri aşkara çıxarmamış, onların aradan qaldırılması üçün işin hallarını tam və hərtərəfli araşdırmamışdır. 001 saylı təklif isə ümumiyyətlə işə əlavə edilməmişdir». Daha sonra Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 20 fevral 2019-cu il tarixli qərarının «Əsaslandırıcı hissə»sində vurğulanmışdır ki, istər birinci instansiya, istərsə də apelyasiya instansiya məhk əməsi mülki prosessual qanunvericiliyin tələblərini pozaraq təkliflərin və invoysların əslini deyil, adi kserosurətini sübut qismində qəbul etmiş, bununla da mülki mühakimə icraatını həyata keçirərkən Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydalara riayət etməmişlər. Belə ki, Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə müvafiq olaraq yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, apelyasiya instansiya məhkəməsi müqavilədə sifarişçi tərəfindən təkliflərin kim tərəfindən imza edilməsi ilə bağlı xüsusatı da araşdırmamışlar. Belə ki, müqaviləyə 1 saylı əlavəyə əsasən, qiymətlərin razılaşdırılmas ı protokolları və təhvil-təslim aktları sifarişçi tərəfindən Cahangir Qasımovun, icraçı tərəfindən Dilavər Əliyevin imzaladığı təqdirdə etibarlı sayılır. İlkin iddia ərizəsindən görünür ki, iddiaçı ilk vaxtdan ərizəsində bildirmişdir ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda verilmiş təkliflərdə ehtiyat hissələrinin siyahıda bir neçə dəfə təkrarən göstərilməsi, qiymətlərin şişirdilməsi hallarına yol verilməsi, bəzi ehtiyat hissələrinin isə əsassız dəyişdirilməsi barədə təkliflə çıxış edilməsi səbəbindən aralarında razılıq əldə edilməmiş və qiymət razılaşma protokolları imzalanmamışdır. Hazırda da, iddiaçı kassasiya şikayətində bildirir ki, cavabdehin istinad etdiyi və məhkəmələrin sübut kimi qiymətləndirdiyi qiymətlərin razılaşdırılması barədə təkliflər iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır. Lakin işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edilən xüsusatı araşdırmamışdır. Odur ki, təkrar apellyasiya baxışı zamanı qeyd edilən təkliflərin və invoysların əsilləri məhkəmə tərəfindən tələb olunmalı, qiymətlərin razılaşdırılmasına dair təkliflərin iddiaçı və cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən imzalanıb-imzalanmadığı müəyyən edilməlidir”. Məhkəmə kollegiyası qeyd edir ki, məlum olduğu kimi, Mülki Prosessual Məcəllənın 420-ci maddəsinə görə kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Beləliklə, kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə təkrar baxarkən Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasının sözügedən 20 fevral 2019-cu il tarixli qərarında Ali Məhkəmənin qeyd etdiyi və məcburi xarakter daşıyan göstərişləri yerinə yetirmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 09 iyun 2012-ci il tarixli AX 596/0612 saylı xidmət müqaviləsinə əsasən cavabdeh iddiaçının təqdim etdiyi avtomobillərə tələb olunan təmir həcmlərini müəyyən edir, avtomobilləri təmir edir və bunun müqabilində iddiaçı cavabdehə haqq ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən avtomobillərin təmiri üçün qiymətlər təmir işlərinin görülməsindən qabaq tərəflərin imzaladıqları qiymətlərin razılaşdırılması protokollarında müəy yən edilir. 2.5-ci bəndə əsasən qiymətlərin razılaşdırılması protokollarını və təhvil-təslim aktlarını imzalamaq hüququna malik olan tərəflərin səlahiyyətli nümayəndələrinin adları bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilir. 6.4-cü bəndə əsasən cavabdeh təqdim olunmuş avtomobillərin təmirə ehtiyacı olan həcmlərin müəyyən edilməsinə görə məsuliyyət daşıyır. Cavabdeh təqdim olunmuş avtomobillərin təmirə ehtiyacı olan həcmləri düzgün müəyyən etmədikdə, bunun nəticəsində iddiaçıya dəymiş zərəri ödəməlidir; Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 09 iyun 2012-ci il tarixli, AX 596/0612 nömrəli xidmət müqaviləsinə əlavəyə əsasən qiymətlərin razılaşdırılması protokolları və təhvil-təslim aktları aşağıda adları qeyd olunan şəxslər tə rəfindən imzalandığı təqdirdə etibarlı sayılırlar: İddiaçı tərəfindən: Cahangir Qasımov. Cavabdeh tərəfindən: Dilavər Əliyev; 06 iyun 2012-ci il, 11 iyun 2012-ci il və 18 iyun 2012-ci il tarixli avtomobil və mexanızmlərin təhvil-təslim aktlarına görə «Volvo-930» markalı, 10 F-879 dövlət nömrə nişanlı avtoqreyder, «Volvo SD-122D» markalı, AZ 10 A-294 dövlət nömrə nişanlı torpaq basan katok və «Volvo» markalı, 10 E-358 dövlət nömrə nişanlı qreyder təmir olunması üçün cavabdehə təhvil verilmişdir; 1690 saylı ödəniş tapşırığına müvafiq olaraq iddiaçı tərəfindən cavabdehə təmir işləri ilə əlaqədar 2013-cü il tarixli 001, 002, 003, 004 saylı təkliflər üzrə 50% avans məbləği üzrə 66435,72 AZN ödəniş həyata keçirilmişdir; Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişd ir ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 07 aprel 2017-ci il tarixli, 675 nömrəli hesaba əsasən 001 nömrəli təklif üzrə 24265,52 manat, 07 aprel 2014-cü il tarixli, 663 nömrəli hesaba əsasən 002 nömrəli təklif üzrə 85967,13 manat, 07 aprel 2014-cü il tarixli, 665 nömrəli hesaba əsasən 003 nömrəli təklif üzrə 41514,76 manat və 07 aprel 2014-cü il tarixli, 664 nömrəli hesaba əsasən 004 nömrəli təklif üzrə 41955,79 manat ödənilməsi xahiş olunmuşdur. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi 30 iyul 2019-cu il tarixli qətnaməsində göstərmişdir ki, «İşə yenidən apelyasiya qaydasında baxılarkən, tərəflər lazımi qaydada xəbərdar olmalarına baxmayaraq, keçirilən məhkəmə iclaslarında nümayəndələrinin iştiraklarını təmin etməmiş, kasasiya instansiyası məhkəməsinin iş üzrə qərarında mü əyyən edilmiş göstərişlərin araşdırılması üçün məhkəməyə hər hansı sübut təqdim etməmişlər». Bu arada məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi sözügedən məsələ ilə bağlı haqlı olaraq Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə istinad etmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məlum olduğu kimi mülki-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq öz tələblərinin və etirazlarının kimi istinad etdiyi halların mövcud olub-olmamasını sübut etmələri prosessual yükü hər bir tərəfin üzəri nə düşür. Məhkəmə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda əlavə sübutları təqdim etməyi tərəflərə yalnız təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3cü maddəsi). Bu baxımdan apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 30 iyul 2019-cu tarixli qətnaməsində düzgün olaraq qeyd etmişdir ki, «məhkəmə kollegiyası işin yenidən apelyasiya baxışı zamanı işdə olan sübutlarla kifayətlənmiş». Belə ki, apelyasiya instansiyası məhkəməsinin sözügedən hüquqi mövqeyi Mülki Prosessual Məcəllənin «Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi» adlanan 9-cu maddəsinin müddəalarına uyğundur. Həmin Məcəllənin 9.1-ci maddəsinə müvafiq olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2017-ci il tarixli, 9563 saylı ekspert rəyində avtomobillərin həqiqətən təmin edilməsini və təmir xərclərinin ümumi məbləğinin həmin dövr üçün ölkə daxili qiymətlərə əsasən 176486 manat təşkil etməsinin müəyyən edilməsini, həmin rəyin mötəbərliyini şübhə altına alan sübutların olmamasını nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnamənin yoxlanılan hissəsində ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının «məhkəmə qətnamə üzrə mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və mübahisənin prosessual normaları üzrə istiqamətinə hüquqa aid olan bütün elementlərin və faktların tədqiqini təmin etməmiş»dir dəlini əsaslı saymır, belə ki, əvvəla iddiaçının bu dəlili konkret faktlarla əsaslandırılmamış, deklarativ və fərziyyə xarakteri daşımaqla formaldır, digər tərəfdən apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən Mülki Prosessual Məcəllənin 9.1, 14.2, 77.1, 420-ci maddələrinə riayət edilməklə düzgün və qanuni qətnamə qəbul edilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 30 iyul 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikay əti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 30 iyul 2019-cu il tarixli, 2-2(103)-326/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-568/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-568/2019
27.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver