Məhkəmə qərarları › İş №2-2(102)-568/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-568/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Liz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-568/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Agentliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi, ödənişlərin təyinatı, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Agentliyinin cavabdeh "xxxx" MMC-yə (müstəqil tələb irəli sürməyən "xxxx" ASC) qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 3 iyul tarixli 2-2(103)-614/2024 n ömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2018-ci il 1 noyabr tarixli 352-LD/18 nömrəli "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqaviləyə əsasən, "xxxx" ASC 449 baş Holştin-Friz cinsli malı dəyəri lizinq ödəniş qrafikinə tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə verir. Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 482.675 manat ilkin ödənişi əvvəlcədən lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 482.675 manat məbləği isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.2-ci bəndinə əsasə n lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləğinə gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

2. Agentliyinin təqdim etdiyi "xxxx" MMC-nin apardığı ödənişləri əks etdirən maliyyə cədvəlinin 42-ci bəndinə görə, MMC 2019-cu il 10 oktyabr tarixində 43.880 manat məbləğində 2019-cu ilin 3-cü rüb üçün apardığı ödənişdən 15.170,55 manatı 352-LD/18 nömrəli müqavilə üzrə, 25.800 manatı 326-LD/18 nömrəli müqavilə üzrə və 2.909,45 manatı isə 320-LD/18 nömrəli müqavilə üzrə borca görə silinmişdir. 3. 2019-cu il 10 oktyabr tarixli ********** nömrəli ödəniş tapşırığına əsasən, "xxxx" MMC tərəfindən 43.880 manat məbləğində vəsait "xxxx" ASC-yə ödənilmişdir. Ödənişin təyinatı və əs ası olan bənddə qeyd edilmişdir ki, həmin vəsait 2019-cu il 1 noyabr tarixli 352-LD/18 nömrəli müqaviləyə əsasən 2019-cu ilin 3-cü rübü üçün köçürülmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. Agentlik (bundan sonra – “iddiaçı”) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-ci il 1 noyabr tarixli 352-LD/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 2023-cü il 31 iyul tarixinə hesablanmış 21.081,14 manat gecikdirilmiş borcun və hesablanmış 13.913,55 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat, mediasiyaya dair 200 manat xərcin, cəmi 35.694,69 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişd ir.

5. İddia tələbində işin hallarına istinad olunmuş və cavabdehin borc öhdəliyini icra etmədiyi bildirilmişdir.

6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi ödəniş cədvəlinə əsasən, cavabdeh müqavilə üzrə 896.092,16 manat məbləğində ödəniş etmiş, 48.176,70 manat məbləğində isə həmin müqavilə üzrə sığorta ödənişi qəbul edilmişdir. Lakin ödəniş cədvəlindən məlum olur ki, iddiaçı cavabdehin 2019-cu il 4 iyun tarixli və 2019-cu il 10 oktyabr tarixli ödəniş tapşırıqları üzrə ödənişlərini borcdan düzgün qaydada silməmişdir. Belə ki, həmin tapşırıqlar üzrə cavabdeh tərəfindən müqavilə üzrə 2019-cu ilin 2-ci və 3-cü rübünün ödənişlərini təşkil edən 43.880 manat ödənilsə də, iddiaçı tərəfindən həmin rüblər üzrə yalnız müvafiq olaraq 24.880,86 manat (2019-2-ci rüb) və 42.154,44 manat (2019-3-cü rüb) borca silinmişdir. Nəticə etibarilə 20.724,70 manat məbləğində ödənilmiş borc ödənişi müqavilə üzrə borcdan silinməmiş olaraq qalmışdır. İddiaçı cavabdehin ödədiyi məbləği onun seçdiyi və ödəniş tapşırığında qeyd etdiyi müqavilə üzrə təyinatına uyğun silməli olduğu halda bir qismini silməmiş, qanunsuz olaraq digər köhnə müqavilələr üzrə borclara silmişdir. Bunun nəticəsində də cavabdehin 20.724,70 manat məbləğində ödənişi nəzərə alınmamış və borc olaraq göstərilmişdir. Qeyd olunan ödəniş tapşırıqları etiraza əlavə edilmişdir. Cavabdehin təyinatı üzrə və müqavilə əsasında 2019cu ilin 3-cü rüblə bağlı 2019-cu il 10 oktyabr tarixində ödənilmiş 43.880 manat məbləğində vəsaitin 15.170,55 manatı müqavilə üzrə köçürülmüş, lakin hazırda tələb olunan vəsai tdən artıq olan 28.709,45 manat məbləğdə olan vəsait isə 320-LD/18 və 326-LD/18 nömrəli müqavilələrlə bağlı olan borclara görə silinmiş, bu hal həm də 2019-cu il 4 iyun tarixində aparılan ödənişlərdə də müşahidə edilmişdir. Bu isə o deməkdir ki, hazırda tələb olunan 21.081,14 manat gecikdirilmiş borc, digər müqavilələrlə bağlı yaranmış borca ödənilmiş 28.709,45 manatdan azdır. Göründüyü kimi, cavabdehin ödənişləri təyinatı üzrə müqavilə əsasında aparıldığına görə, onun müqavilə üzrə heç bir borcu yoxdur.

7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 12 mart tarixli e-2-2(113)-445/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – E.Əliyev).

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı mübahisə predmeti olan müqavilə ilə bağlı 21.081,14 manat məbləğində gecikdirilmiş borcu tələb etsə d ə, cavabdeh həmin borcu vaxtında ödəmiş, lakin hazırda tələb olunan vəsaitdən də çox olan 28.709,45 manat məbləğində pul əsassız olaraq digər müqavilələr üzrə yaranmış borclara görə silinmişdir. Əsas borc təmin edilmirsə, gecikmə ilə bağlı yaranmış cərimə də təmin edilə bilməz.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 440.1, 747.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 3 iyul tarixli 2-2(103)-614/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin ed ilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – Z.Şirinov və R.Qurbanov).

12. Apellyasiya instansiyası məhkəməsi məhkəmə araşdırması zamanı işdəki sübutlara və tərəflərin izahatlarına əsasən müəyyən edilənlərə istinadən bildirmişdir ki, 2018-ci il tarixli 1 noyabr tarixli 352-LD/18 nömrəli müqavilə üzrə 2019-cu ilin 3-cü rübü üçün cavabdeh tərəfindən 2019-cu il 10 oktyabr tarixli ödəniş tapşırığı ilə 43.875 manat ödəniş edilmiş, iddiaçı tərəfindən həmin ödənişin 28.300,11 manatı tərəflər arasında bağlanmış 320-LD/18 saylı digər lizinq müqaviləsi üzrə silinmişdir.

13. Məhkəmə kollegiyası MM-in 440.1-ci maddəsinin tələbini nəzərə alaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır ki, hazırkı halda borclu ö dəniş edərkən ödənişin hansı öhdəlik üzrə icra edildiyini seçdiyindən kreditorun həmin ödənişi digər öhdəlik üzrə silməsi qanunsuz və əsassız olmuşdur. Digər öhdəlik üzrə silinmiş məbləğ hazırda iddiaçının cavabdehdən tələb etdiyi borc məbləğindən çox olduğundan birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia rədd edilməlidir. İddiaçının apellyasiya şikayətində istinad etdiyi MM-in 440.2 və 440.3-cü maddələri ilə bağlı məhkəmə qeyd etmişdir ki, kreditor tərəfindən həmin normalar əsasında ödənişin silinməsi 440.1-ci maddədə nəzərdə tutulmuş qaydada borclu tərəfindən ödənişin təyinatı seçilmədiyi halda həyata keçirilə bilər.

14. İşə birinci instansiya qaydasında baxılarkən iddiaçı elektron kabinet vasitəsi ilə iddia ərizəsinin geri qaytarılmasına dair 2024-cü il 12 mart t arixində ərizə versə də, cavabdeh tərəf işə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, məhkəmə isə iddia ərizəsinin qaytarılması barədə ərizəni təmin etməmişdir. Eyni zamanda, cavabdeh iddiaya yazılı etirazında 356,94 manat hissədə iddianı etiraf etdiklərini göstərsə də, sonuncu 2024-cü il 12 mart tarixli məhkəmə iclasında bu mövqeyin təmsil etdiyi hüquqi şəxsin mövqeyi olmadığını, borcun özü tərəfindən hesablandığını, cavabdeh tərəfindən nümayəndə olaraq ona iddiaçıya hər hansı borcun qalmadığının bildirildiyini göstərərək iddianın tam rədd olunmasını xahiş etmişdir.

15. Məhkəmə birinci instansiya məhkəməsi qətnaməsinin əsaslandırıcı hissəsində cavabdehin 2019-cu il 10 oktyabr tarixində həyata keçirdiyi ödənişdən hazırda iddianın əsası kimi istinad edilmiş müqavilə və digər öhdəlik üzrə si linmiş məbləğləri yanlış qeyd etdiyini bildirmiş, lakin mübahisə mahiyyəti üzrə düzgün həll edildiyindən hesab etmişdir ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

16. Məhkəmə öz mövqeyini birinci instansiya məhkəməsi ilə eyni maddi və prosessual hüquq normalarına istinadla əsaslandırmışdır.

17. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. MM-in 747.1, 427.3, 445.2.1 və 465.2-ci maddələri üzrə - Məhkəmələr tərəfindən işə baxılarkən cavabdeh tərəfindən 2019-cu il 1 noyabr tarixli 352-LD/18 nömrəli müqaviləyə əsasən 2019-cu ilin 3-cü rübü üçün 43.880 manat məbləğində vəsaitin köçürülməsinə dair ödəniş tapşırığı sübut kimi təqdim edilməmiş, elektron məhkəmə sisteminə əlavə edilmiş sübutların arasında bu cür sübut mövcud olmamışdır. İddiaçı qeyd edir ki, məhkəmənin belə bir sənədi haradan əldə etməsi bəlli deyil, əldə etmiş olduğu halda belə, həmin sübutun mənbəyi məlum deyildir. Elektron məhkəmə sistemi vasitəsi ilə iş materiallarına yalnız 2 ödəniş tapşırığı əlavə edilmişdir ki, onlar da hazırda mübahisələndirilən 2018-ci il 1 noyabr tarixli müqavilə ilə deyil, digər müqavilələrlə bağlı olmuşdur. Bundan əlavə, cavabdeh 43.880 manat məbləği müqavilə üzrə ödəmək niyyətinin olduğunu bildirsə də, 7.000 manata yaxın məbləği artıq ödəməsi anlaşılan olmamışdır.

19. MPM-in 77.1, 78. 1-1-ci maddələri üzrə - iddiaçı tərəfindən müqavilə üzrə 21.081,14 manat gecikdirilmiş borc və hesablanmış 13.913,55 manat cərimə borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməli olması tam sübuta yetirilmiş, lakin cavabdeh tərəfindən 21.081,14 manat borcun ödənildiyi ilə bağlı kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmiş və sübuta yetirilməmişdir.

20. Məhkəmənin istinad etdiyi əsas sübut kimi ödəniş tapşırığı elektron məhkəmə sisteminə daxil edilməmişdir. Belə bir sübut mövcud olsa belə, məhkəmə bu sübuta istinad edə bilməzdi. Beləliklə, məhkəmə tərəfindən prosessual hüquq norması kobud şəkildə pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

22. Hazırkı icraat çərçivəsində apellyas iya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

46. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

440. Pul öhdəliklərinin ödənilməsi növbəliyi 440.1. Əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir....” “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....”

47. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya ins tansiya məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

49. Həmin dəlillərin əsas mahiyyəti ondan ibarətdir ki, məhkəmələr tərəfindən işə baxılarkən cavabdeh tərəfindən 2019-cu il 1 noyabr tarixli 352-LD/18 nömrəli müqaviləyə əsasən 2019-cu ilin 3-cü rübü üçün 43.880 manat məbləğində vəsaitin köçürülməsinə dair ödəniş tapşırığı sübut kimi təqdim edilməmiş, elektron məhkəmə sisteminə əlavə edilmiş sübutların arasında bu cür sübut mövcud olmamış, bu səbəbdən də məhkəmə həmin sübuta istinad etməklə prosessual hüquq normasını kobud surətdə şəkildə pozulmuşdur.

50. Halbuki iş materiallarında olan sözügedən ödəniş tapşırığı (i/v 36, 97) eyni zamanda “Elektron Məhkəmə” informasiya sistemində birinci instansiya məh kəməsindəki icraatda “Digər sənədlər” bölməsində cavabdehin vəkili tərəfindən yerləşdirilmiş iddiaya qarşı etiraza əlavə olunmuş sənədlərin tərkibində də mövcuddur (sıra nömrəsi 23, səhifə 18).

51. Kassator apellyasiya instansiyası məhkəməsinin mövqeyini başqa tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

52. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1, 88-ci maddələrinin (bax § 47) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 47) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

53. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 3 iyul tarixli 2-2(103)-614/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Agentliyinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 3 iyul tarixli 22(103)-614/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar