Məhkəmə qərarları › İş №2-2(102)-57/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-57/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-57/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR 2-2(102)-57/2024 Açar sözlər: müqavilə üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Qəribov Bəhman Fərhad oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “müqavilə üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 oktyabr tarixli 2-2(103)-820/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı MMC (İcraçı) ilə Cavabdeh MMC (Sifarişçi) arasında bağlanmış 2020-ci il 1 dekabr tarixli AT-YD 90/20 nömrəli müqaviləyə əsasən icraçı sifarişçinin sifarişi əsasında ona məxsus yükləri və avadanlıqları daşımaqla yükdaşıma xidmətləri, texnika və avtomobilləri daşımaqla evakuasiya xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya Müqavilənin 4-cü bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. Müqavilə hər iki tərəfin onu imzaladığı gündən qüvvəyə minir və bir il müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsinə ən azı on gün qalmış ona xitam vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda, müqavi lənin müddəti eyni müddətə/müddətlərə uzadılmış hesab olunur. İcraçı daşıdığı yükü sifarişçinin nümayəndəsinə və ya onun göstərdiyi şəxsə təhvil verir. Hər bir və ya bir neçə daşımadan sonra göstərilmiş xidmətin təhvil verilməsi haqqında akt tərtib olunur, Sifarişçinin və İcraçının nümayəndələri tərəfindən imzalanır və rəhbər şəxslər tərəfindən təsdiq olunur (Müqavilənin 1.1, 2.1, 2.3-cü bəndləri).

2. Müqaviləyə əsasən İcraçı göstərdiyi xidmətləri vicdanla və müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirir, onların lazımi səviyyədə və keyfiyyətdə olmasını təmin edir; Daşıma zamanı onun təqsiri və ya ehtiyatsızlığı, habelə üçüncü şəxslərin hərəkətləri nəticəsində daşıma obyektinə dəymiş zərərin əvəzini ödəyir; Xidmətlərin göstərilməsini və təhvil verilməsini aktla rəsmiləşdirir. İcraçın ın şərtləşdirilmiş keyfiyyətdə və vaxtında icra edilmiş xidmətə görə razılaşdırılmış xidmət haqqının ödənilməsini sifarişçidən tələb etmək hüququ vardır (Müqavilənin 3.1.1, 3.1.2, 3.1.3 və 3.1.5-ci bəndləri).

3. Müqaviləyə əsasən İcraçı tərəfindən göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi müqavilənin 4.2-ci bəndində göstərilmiş qaydada tənzimlənir. Daşımanın həcmi xidmətin təhvil verilməsi haqqında aktlara əsasən müəyyən edilir və buna müvafiq olaraq göstərilmiş xidmət üzrə xidmət haqqı hesablanır. Göstərilmiş xidmətlər tərəflərin imza və möhürləri ilə təsdiq edilən təhvil və üzləşmə aktları ilə təsdiq edilir. Təhvil və üzləşmə aktları ilə təsdiq edilmiş xidmət haqqı 15 bank günü ərzində sifarişçi tərəfindən icraçıya nəğd ödəmə və ya köçürmə yolu ilə ödənilir. Sifarişçi təhvil və üzləşm ə aktını aldığı tarixdən etibarən 3 iş günü müddətinə təsdiq etmədikdə və ya əsaslı imtina cavabı təqdim etmədikdə, göstərilmiş iş və xidmətlər sifarişçi tərəfindən təhvil alınmış, təhvil və üzləşmə aktı isə qəbul edilmiş hesab olunur (Müqavilənin 3.2.1, 4.2, 4.3, 4.5-ci bəndləri).

4. Xidmət haqqının ödənilməsi razılaşdırılmış vaxt ərzində həyata keçirilməzsə icraçı gecikdirilmiş hər günə görə sifarişçidən aylıq xidmət haqqının 0.2 faizi məbləğində peniya tələb etmək hüququna malikdir. Tərəflər müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiklərinə və ya lazımınca yerinə yetirmədiklərinə görə mülki-hüquq məsuliyyəti daşıyırlar və bunun nəticəsində digər tərəfə dəymiş zərərin əvəzini ödəməlidirlər (Müqavilənin 4.6, 5.1-ci bəndləri).

5. Yükdaşıma xidmətinin qiymətlər cədvəli ilə daş ıma, manipulyator xidməti və fəhlə xidmətinin dəyəri razılaşdırılmış və hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

6. İddiaçı MMC ilə Cavabdeh QSC arasında təsdiq edilmiş göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 0754/04/1 nömrəli 2021-ci il 27 aprel tarixli akta əsasən 4495 manat, 0754/04/3 nömrəli 2021- ci il 1 iyun tarixli akta əsasən 4600 manat, 0699/04/3 nömrəli 2021-ci il 2 iyun tarixli akta əsasən 1275 manat, 0754/04/3 nömrəli 2021-ci il 2 iyul tarixli akta əsasən 8815 manat, 0754/06/3 nömrəli 2021-ci il 26 iyul tarixli akta əsasən 5345 manat, 0754/07/3 nömrəli 2021-ci il 23 avqust tarixli akta əsasən 4220 manat, 0754/08/3 nömrəli 2021-ci il 27 sentyabr tarixli akta əsasən 2870 manat, 0754/09/3 nömrəli 2021-ci il 12 oktyabr tarixli akta əsasən 1250 manat, 0754/10/ 2 nömrəli 2021-ci il 10 noyabr tarixli akta əsasən 2290 manat, 0754/08/1 nömrəli 2022-ci il 29 avqust tarixli akta əsasən 1790 manat, 0754/04/3 nömrəli 2022-ci il 1 iyun tarixli akta əsasən 2940 manat, 0754/06/1 nömrəli 2022-ci il 1 iyun tarixli akta əsasən 12.475 manat, 0754/07/1 nömrəli 2022-ci il 1 avqust tarixli akta əsasən 1015 manat dəyərində xidmətlər göstərilmişdir. 7. "xxxx" MMC tərəfindən təqdim edilmiş 2022-ci il 18 iyul tarixli EBBX seriyalı 575673 saylı elektron qaiməyə (əsas hesab № H0754/04/3) əsasən 2505 manat dəyərində, 2022ci il 26 iyul tarixli EBBZ seriyalı 454532 saylı elektron qaiməyə (əsas hesab № H0754/106/1) əsasən 8878 manat dəyərində, 2022-ci il 15 avqust tarixli EBCB seriyalı 091266 saylı elektron qaiməyə (əsas hesab № H0754/07/1) əsasən 1015 manat dəyərində və 2022-ci il 23 sentyabr tarixli EBCE seriyalı 454585 saylı elektron qaiməyə (əsas hesab № H-0754/08/1) əsasən 1790 manat dəyərində Cavabdeh QSC-yə xidmət göstərilmişdir. 8. "xxxx" ASC-nin 2022-ci il 28 noyabr tarixli Ref №000İCZ122332055F saylı nömrəli tapşırığına əsasən 2000 manat (2022-ci il 18 iyul tarixli EBBX seriyalı 575673 saylı elektron qaiməyə əsasən hesablanmış) və 2022-ci il 16 dekabr tarixli Ref №000İCZ********** nömrəli ödəniş tapşırığına əsasən 2000 manat (2022-ci il 26 iyul tarixli EBBZ seriyalı 454532 saylı elektron qaiməyə əsasən hesablanmış) məbləğində Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə ödənişlər edilmişdir.

9. İddiaçı MMC-nin 2023-cü il 9 iyun tarixli 09/06-1 nömrəli maliyyə arayışına əsasən 2020-ci il 1 dekabr tarixli AT-YD90/20 nömrəli yükdaşıma müqaviləsinə əsasən 2022-ci ildə MMC tərəfindən Cavabdeh QSC-yə 2022-ci il 1 iyun tarixli 0754/04/3 nömrəli akt üzrə 2940 manat, 2022-ci il 1 iyul tarixli 0754/06/1 nömrəli akt üzrə 12.475 manat, 2022-ci il 1 avqust tarixli 0754/07/1 nömrəli akt üzrə 1015 manat, 2022-ci il 29 avqust tarixli 0754/08/1 nömrəli akt üzrə 1790 manat olmaqla, ümumilikdə 18.220 manat dəyərində xidmət göstərilmişdir. Həmin aktlar üzrə Cavabdeh QSC tərəfindən cəmi 4000 manat ödəniş edildiyi və hazırda 14.220 manat məbləğində borcun qaldığı qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh QSC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yükdaşıma xidmətlərinə görə yaranmış 14.220 manat məbləğində ə sas borcun, əsas borcu gecikdirdiyinə görə hesablanmış 1422 manat dəbbə pulunun və dövlət rüsumu kimi ödənilmiş 200 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında yükdaşıma xidmətlərinin göstərilməsinə dair 2020-ci il 1 dekabr tarixli AT-YD 90/20 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, cavabdehin verdiyi sifarişlər tərəflərindən tam icra olunaraq ona kompleks yükdaşıma və evakuasiya xidmətləri göstərilmişdir. Həmçinin, göstərilən xidmətlər cavabdeh tərəfindən tam qəbul edilmiş və vaxtaşırı olaraq yeni sifarişlər verilmişdir. Bununla bağlı, icra olunmuş xidmətlərin tam qəbul edilməsi barədə cavabdehlə aralarında üzləşmə aktları tərtib edilmiş və cavabdeh tərəfindən təsdiq edilmişdir. Lakin müqavilənin şərtlərinə uyğun olaraq göstərilən xidmətlərin haqqı cavabdeh tərəfindən müxtəlif bəhanələrlə yubadılaraq vaxtında odənilməmiş və buna görə də cavabdehin hazırda 14.220 manat dəyərində əsas borcu yaranmışdır. Tərəflərindən dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etməmişdir. Cavadeh həmin borc məbləğini ödəməkdən yayındığına görə müqavilənin şərtlərinə uyğun olaraq gecikdirilmiş əsas borc məbləğinin üzərinə hər gün üçün 1% olmaqla, 1422 manat dəbbə pulu (penya) hesablanmışdır.

12. Cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, tərəflər arasında bağlanmış “yükdaşıma xidmətlərinin göstərilməsinə dair” 2020-ci il 1 dekabr tarixli AT-YD 90/20 nömrəli müqaviləyə əsasən cavabdehin verdiyi sifarişlərin iddiaçı tərəfindən tam icra olunaraq kompleks yükdaşıma və evakuasiya xidmətləri göstərildiyi həqiqəti əks etdirmir. Cavabdehin iddiaçıya real olaraq borcu qaimə üzrə 10.623 manat təşkil edir. Lakin iddiaçı tərəfindən cavabdehə məxsus olan 2700 manat dəyərində armaturlar oğurlanmışdır. İddiaçının vurduğu zərər nəzərə alındıqda, yəni qaimə üzrə real borc məbləği olan 10.623 manat məbləğin 2700 manat məbləği dəymiş zərərə hesablansa, cavabdehin iddiaçıya olan borcu 7923 manat təşkil edir. Bundan başqa, sifariş olunan mal-materiallar iddiaçı tərəfindən düzgün və yararlı formada çatdırılmamışdır. Bununla bağlı, iddiaçının təqsiri səbəbindən cavabdeh müəssisənin işlərində bir sıra problemlər və gecikmələr yara nmışdır. Son olaraq, iddiaçı tərəfindən tərtib edilmiş üzləşmə aktının alt sənədləri mövcud deyil. Bu hal da təsdiq edir ki, iddia ərizəsində yanlış məlumatlar qeyd edilmişdir. Bu səbəbdən də iddia tələbində qeyd edilən borc məbləği əsassız hesab edilərək, cavabdehə dəymiş zərər nəzərə alınmaqla, borc məbləğinin 7923 manat kimi hesablanması barədə qətnamə qəbul edilməlidir.

13. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 23 iyun tarixli e-2-2(113)-2500/2023 nömrəli qətnaməsi ilə cavabdehdən 14.220 manat əsas borc, 711 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 14.931 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir (hakim – G.Namazova).

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında bağlanmış 2020-ci il 1 dekabr tarixli AT-YD 90/20 nömrəli müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə göstərilmiş 2022-ci il 1 iyun tarixli 0754/04/3 nömrəli akt üzrə 2940 manat, 2022-ci il 1 iyul tarixli 0754/06/1 nömrəli akt üzrə 12.475 manat, 2022-ci il 1 avqust tarixli 0754/07/1 nömrəli akt üzrə 1015 manat, 2022-ci il 29 avqust tarixli 0754/08/1 nömrəli akt üzrə 1790 manat olmaqla, ümumilikdə 18.220 manat dəyərində xidmətlərin dəyəri ödənilməmiş qalmışdır. Sonradan 2022-ci il 28 noyabr və 2022-ci il 16 dekabr tarixlərində cavabdeh tərəfindən hər dəfə 2000 manat olmaqla, 4000 manat ödəniş edilmiş və hazırda 14.220 manat məbləğində borcu qalmışdır.

15. Cavabdehin nümayəndəsi yazılı etirazında və şifahi izahatında gah borcun cəmi 10. 623 manat, gah 7923 manat olduğunu, daşınma zamanı onların mallarının oğurlandığını, daşınmanın düzgün həyata keçirilməməsi nəticəsində cavabdeh şirkətə ziyanın dəydiyini, iddiaçı tərəfindən cavabdehə borc məbləğindən müəyyən gədər qüzəşt edilməsini, tərəflər arasında borca dair müəyyən aktın mövcudluğunu bildirsə də, bu barədə sübutların təqdim edilməsi üçün məhkəmə hazırlıq iclasları təxirə salınsa da, cavabdeh tərəfindən qeyd edilənlərə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin etirazındakı iddiaçı tərəfindən ona 2700 manat dəyərində armaturların oğurlanmasına görə ziyan vurulması barədə dəlili formal mülahizələrə əsaslanır. Belə zərər mövcud olmuş olsa idi, müqavilənin 3.1.2-ci bəndinə əsasən cavabdeh iddiaçıdan daşıma obyektinə dəymiş zərərin əvəzini tələb edə bilərdi, l akin nə həmin fakta dair, nə də dəymiş zərərin tələb edilməsinə dair hər hansı sənəd-sübut təqdim edilməmişdir. Cavabdehin digər ziddiyətli dəlili isə iddiaçı tərəfindən yüklərin düzgün və yararlı formada çatdırılmaması ilə bağlı olmuşdur. Buna dair cavabdeh yenə tutarlı faktlar ortaya qoymamış, hansı daşıma xidməti üzrə və ziyanın məbləğinin nə qədər təşkil etməsi və müqavilənin 4.4-cü bəndində qeyd olunduğu kimi üzləşmə aktlarının qəbulundan imtina etmə hüququ olduğu halda, belə imtınanın edilməsi ilə bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə cavabdehin “üzləşmə aktının alt sənədlərinin olmaması” dəlilini də əsassız hesab edərək göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü, 4.2-ci və 4.3-cü bəndlərində üzləşmə aktına hər hansı alt sənəd əlavə edilməsi nəzərdə tutulmamışdır. Buna görə də, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – təhvil-təslim aktları, elektron qaimələrlə təsdiqini tapdığı üçün iddia tələbinin 14.220 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

16. Məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu müqavilə üzrə 711 manat məbləğində müəyyən edilməlidir.

17. Məhkəmə bu qənaətini MM-in 390.1, 427.3, 462.1, 467, 850.1, 850.2, 851, 852.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Cavabdeh apellyasiya şikayəti verməklə, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 oktyabr tarixli 2-2(103)-820/2023 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin ol unmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).

20. Apellyasiya instansiyası məhkəməsi hazırkı qərarın 1-9-cu bəndlərində göstərilmiş işin hallarına istnadən qeyd etmişdir ki, tərəflər arasında bağlanmış yük daşınması müqaviləsi üzrə iddiaçının cavabdehə ümumilikdə 18.220 manat dəyərində daşıma xidmətləri göstərməsi tərəflərin təsdiq etdikləri təhvil-təslim aktları (aktlarda göstərilən daşıma xidmətlərinin cəmi dəyəri 53.380 manat təşkil edir) və cavabdehin heç bir etiraz etmədiyi elektron qaimələrlə təsdiq olunur. Eyni zamanda, qeyd olunan ödəniş sənədlərindən görünür ki, cavabdeh tərəfindən elektron qaimələr üzrə iddiaçıya ümumilikdə 4000 manat ödəniş edilmişdir. Beləliklə, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra e dərək cavabdehin sifarişi əsasında sonuncuya daşıma xidmətləri həyata keçirmiş, lakin sonuncu həmin xidmətlərin ödənişini tam olaraq həyata keçirməmiş və 14.220 manat borcu yaranmışdır (18.220 – 4000 = 14.220).

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də iddiaçı cavabdehə yükdaşıma xidmətlərini qüsurlu həyata keçirsəydi, cavabdeh təhviltəslim aktlarını imzalamaz və iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırkı işdə bu hal mövcud deyil.

22. İddiaçı tərəfindən cavabdehə məxsus olan 2700 manat dəyərində armaturların oğurlanması ilə bağlı sonuncunun dəlillərinə dair kollegiya qeyd etmişdir ki, istinad edilən həmin hallar cinayət xarakterli hallardır və yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq oluna bilər. Lakin hazırda cavabdehin istinad etdiyi hallarla bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcud deyildir. Həmçinin cavabdeh iddiaçının ona 3000 manat məbləğində güzəşt etdiyini bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

23. Eyni zamanda, məhkəmə kollegiyası hesab etmişdir ki, cərimə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.

24. Apellyasiya məhkəməsi mövqeyini MM-in 462.1, 467, 850.1-ci və MPM-in 77.1, 81ci maddələrinə istinad etmələ əsaslandırmışdır.

25. C avabdeh kassasiya şikayəti verməklə, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

26. Apellyasiya instansiyası məhkəməsi tərəfindən İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, "İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsi, MPM-in 97.1, 380.1, 386cı maddələrinin tələbləri pozulmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikası Qanununun 74.1-ci maddəsinə dair" 2002-ci il 27 dekabr tarixli qərarı, "Əd alət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli qərarında müəyyən edilmiş hüquqi mövqe nəzərə alınmamışdır. Belə ki, müqaviləyə əsasən cəmi 69.826 manat məbləğdən 59.203 manat cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Malların daşınması zamanı iddiaçı şirkət tərəfindən cavabdehə zərər dəymişdir. Mallar Göygölə aparılarkən yolda oğurluq hadisəsi baş vermiş və cavabdehin armaturları oğurlanmışdır. Daha sonra baş vermiş hadisə ilə bağlı akt tərtib edilmişdir. Bundan əlavə, həmin hadisə ilə bağlı iddiaçı şirkət təqsirli olduğunu boynuna almışd ır. Bu məsələ ilə bağlı iddiaçı şirkətlə cavabdeh arasında endirim məsələsi də olmuşdur. Yəni hazırda ödənilməmiş borc iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğ yox, cəmi 7923 manat təşkil edir. Oğurlanmış mallara görə 3000 manat məbləğ güzəşt edilməsinə dair aralarında imzalanmış akt mövcuddur. Həmin 3000 manat məhkəmə tərəfindən nəzərə alınmamış, Bakı Kommersiya Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi iş üzrə məhkəmə ekspertizası təyin etmədən, yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və işin faktiki hallarına uyğun olmayan formal qətnamə qəbul etmişdir. Borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası keçirilməli, bunun əsasında qətnamə qəbul edilməli idi. Lakin cavabdeh tərəfindən məhkəməyə ekspe rtizanın təyin edilməsinə dair vəsatət təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən vəsatətə baxılmamışdır. Cavabdehin iddiaçıya qeyd olunan məbləğdə borcu yoxdur və hesab edir ki, tələb edilən cəmi borc məbləği düzgün hesablanmamışdır. İşə baxılarkən cavabdehin məhkəməyə təqdim etdiyi sübutlara heç bir qiymət verilməmişdir. Məhkəmə isə öz qərarında bu kimi hüquqi faktları qiymətləndirməmiş, yalnız formal mülahizələr əsasında birinci instansiya məhkəməsinin müəyyən etdiyi halları təkrarlayaraq, eyniməzmunlu qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məh kəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şə xsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 850.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.”

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər ü zrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 oktyabr tarixli 2-2(103)820/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

33. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, məhkəmə yalnız iddiaçının təqdim etdiyi sübut lar əsasında işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş cavabdehin iddiaçıya olan borc məbləğini düzgün hesablamamışdır.

34. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri sayır.

35. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarıdan göründüyü kimi tərəflər arasında bağlanmış yük daşınması müqaviləsi üzrə iddiaçının cavabdehə ümumilikdə 18.220 manat dəyərində daşıma xidmətləri göstərməsi hər iki tərəf tərəfindən təsdiq edilən təhvil-təslim aktları və cavabdehin heç bir etiraz etmədiyi elektron qaimələrlə təsdiq olunmuş, cavabdeh tərəfindən elektron qaimələr üzrə iddiaçıya ümumilikdə 4000 manat ödəniş edilm iş və 14.220 manat borcu qalmışdır.

36. MPM-in 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

37. Prosessual hüquq normasının məzmunundan aydın olduğu kimi, ekspertizanın təyin edilməsi məhkəmənin vəzifəsi deyil, səlahiyyətlərindən biridir və ekspertizanın keçirilməsi zərurəti xüsusi bilik tələb edən sualların mövcudluğundan asılıdır. Hazırkı işdən isə göründüyü kimi, məhkəmə işdə olan mötəbər sübutlar əsasında cavabdehin iddiaçıya borcunun olmasını və borcun miqdarını xüsusi bilik tələb edən araşdırmaya zərurət yaranmadan müəyyən edə bilmiş, cavabdeh isə bunu şübhə altına alan və ya iş materiallarında olan mötəbər süb utlara əsasən müəyyən olunmuş borcunun məbləğinə bu və ya digər formada təsir edəcək mötəbər sübutlarını həmin aşağı instansiya məhkəməsinə təqdim etməmişdir.

38. Bununla yanaşı cavabdehin kassasiya şikayətinin oğurluq hadisəsi ilə bağlı dəlilləri isə sadəcə formal mülahizədən ibarət olmuşdur.

39. MPM-in 76-cı maddəsinin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izah atları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).

40. Həmçinin, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

41. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə t əsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

42. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPMnin 416.1-ci maddəsi). 43. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəali yyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə mübahisəli hüquq münasibətlərinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə mübahisəli hüquq münasibətlərinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

46. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Mə hkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 oktyabr tarixli 2-2(103)-820/2023 nömrəli qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

47. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

48. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 oktyabr tarixli 2-2(103)-820/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar