Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-571/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci i l 6 may tarixli 2-2(103)-422/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ 1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 2018-ci il 12 iyun tarixli, 749-L/18 nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 95.580 manat olan və bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən kənd təsərrüfatı texnikalarının dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir.
2. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən 1 nömrəli əlavədə göstərilən 9.558 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qra fikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür.
3. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir.
4. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
5. Müqavilənin 4.3-cü bəndinə əsasən hər təqvim ilinin sonunda və müqavilənin müddəti başa çatdıqda tərəflər qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirirlər. 6. 2018-ci il 12 iyun tarixli 749-L/18 nömrəli lizinq müqaviləsinin 2 nömrəli əlavəsində əvvəlcədən ödənilmiş 9.558 manat nəzərə alınmaqla tərtib edilmiş ödəniş qrafiki nə əsasən lizinq alan tərəfindən ödənilməli olan məbləğlər qeyd edilmişdir. 7. "xxxx" ASC-nin 2018-ci il 13 iyun tarixli aktından görünür ki, bir ədəd ********* şassi nömrəli, 2014-cü il buraxılış sarı rəngdə “New Holland TC-5050” markalı kombayn cavabdehin istifadəsinə tam hazır işlək vəziyyətdə təhvil verilmişdir.
8. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, 749-L/18 nömrəli müqavilə üzrə yaranmış 13.234 manat gecikdirilmiş əsas borcun qısa zaman ərzində ödəməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı "xxxx" ASC 2020-ci il 14 may tarixində Cavabdeh qarşı (bundan sonra – “cavabdeh”) iddia ərizəsi ilə Sumqayıt Kommersiy a məhkəməsinə müraciət edərək 2018-ci il 12 iyun tarixli, 749-L/18 nömrəli müqavilə (bundan sonra – “749-L/18 nömrəli müqavilə”) üzrə yaranmış 13.234 manat gecikdirilmiş əsas borc və hesablanmış 1.786,59 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Aqrolizinq 2021-ci il 29 dekabr tarixində iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək 749-L/18 nömrəli müqavilə üzrə yaranmış 39.702 manat gecikdirilmiş əsas borc və hesablanmış 18.898,15 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 749-L/18 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə avadanlıqları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər olunmamışdır.
12. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “Mülki Məcəllə”) 427.3, 445.2.1, 748-1.12.4, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra - “Vergi Məcəlləsi”) 140.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “Mülki Prosessual Məcəllə”) 1, 26.1-ci maddələrinə i stinad edilmişdir.
13. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 2021-ci il 15 sentyabr tarixində məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçı "xxxx" ASC-nin əsl iddiaçı, yəni Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əvəz edilməsini xahiş etmişdir.
14. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 17 sentyabr tarixli, e-2-2(119)-18/2021 saylı qərardadı ilə iddiaçı Aqrolizinq əsl iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra - “iddiaçı”) ilə əvəz edilmişdir (hakim –Z.Sadiqov).
15. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 12 noyabr tarixli e-2-2(119)-18/2021 saylı qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün B akı Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim-Z.Sadiqov).
16. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 4 fevral tarixli, e-2-2(113)-486/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 39.702 manat əsas borc, 1.000 manat cərimə, hüquqi yardıma görə ödənilmiş 350 manat, cəmi 41.052 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – Ü.Həsənova).
17. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında 749-L/18 nömrəli lizinq müqaviləsi bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilə şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri ta m icra etməmiş, nəticədə həmin müqavilə üzrə iddiaçıya 39.702 manat gecikdirilmiş əsas borcu yaranmışdır.
18. İddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış 749-L/18 nömrəli lizinq müqaviləsindən irəli gəlir. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya lizinq müqaviləsi və Mülki Məcəllənin normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
19. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 18.898,15 manat məbləğində cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
20. Cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halla rı ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
21. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
22. Tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyi nəzərə alınaraq, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 1.000 manat məbləğində müəyyən edilməlidir.
23. Bu ndan başqa, iddia ərizəsində 350 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması da tələb edilir. İddia tələbi bu hissədə də təmin edilməlidir.
24. Belə ki, iş materiallarına əlavə olunmuş 2021-ci il 28 oktyabr tarixli 000İPX12130123BF nömrəli ödəniş qəbzindən görünür ki, 350 manat məbləğində hüquqi yardıma görə xidmət haqqı Xırdalan şəhər Vəkil Bürosunun bank hesabına köçürülmüşdür.
25. Məhkəmə öz qətnaməsini Mülki məcəllənin 386.1, 398.1, 399.1, 442, 462.1, 467, 747.1, 748-1.1, Mülki Prosessual Məcəllənin 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindək i icraat
27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 may tarixli 22(103)-422/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək, lizinq ödənişlərini tam ödəməmiş, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtlərinə görə iddia tələbinin həcminin artırılması barədə ərizənin verildiyi 2021-ci il 29 dekabr tarixi nə cavabdeh tərəfindən ödənilməli olan cəmi lizinq ödənişləri 55.086 manat təşkil edir.
29. İddiaçı 15.384 manat məbləğində pul vəsaitinin ödənildiyini etiraf edərək, ödənilməyən məbləğin 39.702 manat təşkil etdiyini bildirir (55.086 – 15.384 = 39.702).
30. Eyni zamanda, cavabdeh daha çox məbləğin, yəni iddiaçının etiraf etdiyi 15.384 manat pul vəsaitindən daha artıq məbləğin ödənildiyini təsdiq edən sübutları təqdim etməmiş və Mülki Məcəllənin 747.1-ci maddəsinin dispozisiya şərtinə, habelə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
31. Bu baxımdan iddiaçı lizinq ödənişləri üzrə yaranmış 39.702 manat borcun ödənilməsini, həmçinin, birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdə dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.
32. Apellyasiya şikayətinin dəlillərinə dair qeyd edilməlidir ki, məhkəmə bildirişləri cavabdehin ünvanına göndərilmiş və sonuncu tərəfindən rəsmi olaraq qəbul edilmişdir. Borcun düzgün olmaması ilə bağlı dəlillər isə heç bir dəlil və sübutla əsaslandırılmamışdır.
33. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz.
34. Məhkəmə öz qətnaməsini Mülki Məcəllənin 462.1, 467, 747.1-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
35. Qətnamə 2022-ci il 11 may tarixində tərəflərin elektron ka binetinə yerləşdirilmişdir.
36. Cavabdeh 2022-ci il 13 iyul tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
37. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasının 6.1-ci bəndinin tələbi pozulmuşdur. Qeyd edilən maddi hüquq normasına apellyasiya şikayətində istinad edilsə də, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin arqumentinə heç bir hüquqi qiymət verməmiş, ümumiy yətlə, bu arqumentlə bağlı öz münasibətini bildirməmişdir. Lakin birinci instansiya məhkəməsi qeyd edilən maddi hüquq normasına istinad etməmiş və normanın tələblərinin tətbiq edilməsi zamanı yaranmış fərqin cavabdehdən tələb edilməsi məsələsinə heç bir hüquqi qiymət verməmişdir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbi pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən prosessual hüquq normasının tələblərinə əməl etməmiş, bu isə cavabdehin hüquqlarını pozan qanunsuz qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi onun real borcunun müəyyənləşdirilməsi məqsədi ilə heç bir araşdırma aparmamış və yalnız iddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş sənədlərə istinad etməklə kifayətlənmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin arqumenti ilə bağlı da heç bir münasibət bildirməmiş və araşdırma aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də şikayət mümkün hesab edilmişdir.
41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya inst ansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir....” “Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənl əşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müq avilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir....”
44. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut et mə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəl i hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 may tarixli, 2-2(103)422/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
46. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək, lizinq ödənişlərini tam ödəməmiş, iddiaçı 15.384 manat məbləğində pul vəsaitinin ödənildiyini etiraf edərək, ödənilməyən məbləğin 39.702 manat təşkil etdiyini bildirir. Eyni zamanda cavabdeh daha çox məbləğin, yəni iddiaçının etiraf etdiyi 1 5.384 manat pul vəsaitindən daha artıq məbləğin ödənildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilmədiyindən, iddiaçı həm lizinq ödənişləri üzrə yaranmış 39.702 manat borcun, həm də dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
47. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallara, tətbiq edilmiş maddi və prosessual hüquq normalarına və iş üzrə gəlinmiş qanuni nəticəyə əsaslanaraq məhkəmə tərkibi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və həmçinin qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş halına əsasən cavabdeh tərəfindən lizinq obyektinin yalnız on faizi məbləğində ilkin ödəniş edildiyindən, kassasiya şikayətində istinad olunan Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 dekabr tarix li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın “kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışı, krediti və lizinqinin maliyyələşdirilməsi”ndən bəhs edən 6.1-ci bəndinin tələbləri hazırkı mübahisəyə tətbiq edilə bilməz.
48. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillərini də əsassız hesab edərək qeyd edir ki, işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
49. Beləliklə, işə kassasiya qaydasında baxan məhk əmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 may tarixli, 2-2(103)-422/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı:
51. Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 may tarixli, 2- 2(103)422/2022 saylı qətnaməsi dəy işdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.