Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-573/2019 27.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı "İddiaçı" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR (Açar sözlər: sığorta ödənişinin gecikdirilməsi nəticəsində vurulmuş zərərin, dəbbə pulunun ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev (sədrlik edən və məruzəçi hakim), Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın iştirakı ilə, İddiaçı "İddiaçı" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş zərərin, dəbbə pulunun cavabdehdən tutulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 30 iyul 2019-cu il tarixli, 2-2(103)-493/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 27 dekabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "İddiaçı" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı 25 iyun 2014-cü il tarixli sığorta şəhadətnaməsinə əsasən ödənilməli olan sığorta ödənişinin gecikdirilməsi nəticəsində vurulmuş ziyan qismində cavabdehdən iddiaçının xeyrinə 5275,96 manat faiz və 17506,61 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla cəmi 22812,57 manat məbləğində pulun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 28.02.2019-cu il tarixli, 2-2(82)-252/2019 saylı (sədrlik edən hakim R.Kərimli) qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 28.02.2019-cu il tarixliqətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 30.07.2019-cu il tarixli, 2-2(103)-493/2019saylı (hakimlər V.Ağayev - sədrlik edən və məruzəçi, A.Nuriyeva və C.Yusifov) qətnaməsi iləİddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2-2(82)-252/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbi nin təmin edilməsi, cavabdehdən iddiaçının xeyrinə 5275,96 manat faiz və 17506,61 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla cəmi 22812,57 manat məbləğində pulun tutulması qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,apelyasiya instansiyası məhkəməsi iş materiallarındakı, cavabdehin hüquqi mövqeyini təmin edən sübutları qiymətləndirməmişdir. Belə ki, İddiaçı MMC ilə «xxxx» ASC arasında 23 iyun 2014-cü il tarixdə sığorta müqaviləsi bağlanaraq, «Nissan Navara» markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmışdır. 16 iyun 2015-ci il tarixdə sözügedən avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş və tərəfindən qeydə alınmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar tərəfindən sığortalı avtomobilə dəymiş ziyan qiymətləndirilmiş və 18500 manat məbləğində müəyyən edilmişdir. Lakin, iddiaçı sığorta ödənişinin məbləği ilə razı olmadığından Cəmiyyətə qarşı iddia ilə məhkəməyə müraciət etmiş və 2 saylı İnzibati-İqtisad Məhkəməsinin 2-2(82)-258/2016 saylı, 05 iyul 2016-cı il tarixli qətnaməsi ilə «xxxx» ASC-dən İddiaçı MMC-nin xeyrinə 17850 manat məbləğdə sığorta ödənişi, 500 manat hüquqi xidmət göstərilməsi ilə əlaqədar xərcin əvəzi, 20 manat dövlət rüsumunun tutulması qət edilmiş, 18 noyabr 2016-cı il tarixli 2-2(103)-612/2016 saylı Bakı Apelyasiya Məhkəməsinin və 04 aprel 2017-ci il tarixli 2-2(102)-145/17 saylı Ali Məhkəmənin qərarı ilə qətnamə qüvvədə qalmışdır. Qətnamə 12 may 2017-ci il tarixdə qanuni qüvvəyə minmiş və 22 may 2017-ci il tarixdə icra vərəqəsi verilmişdir. 04 aprel 2017-ci il tarixli 2-2(102)-145/17 saylı Ali Məhkəmənin qərarın mətnində avtomobilin qalıqlarının sığortaçıda qalmalı olduğu göstərilsə də, qərarın nəticəvi hissəsində bu barədə qeyd olmamışdır. Qeyd olunan qətnamədə Sığortalı avtomobilin qalıqlarının kimdə qalmasına münasibət bildirilmədiyi və İddiaçı MMC tərəfindən avtomobilin qalıqları «xxxx» ASC-yə verilmədiyi üçün tərəfindən qətnamənin izah olunmasına dair 2 saylı İnzibati-İqtisadi Məhkəməsinə ərizə verilmiş və bu səbəbdən Nərimanov rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 avqust 2017-ci il tarixli 8-2(82)-238/2017 saylı qərardadı ilə təqdimat təmin edilmiş və icra sənədi üzrə icraatın dayandırılması qərara alınmışdır. Qərardaddan iddiaçı apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli qərardadı ilə şikayət təmin edilmişdir. Həmin qərardaddan tərəfindən kasasiya şikayəti verilmiş və 27 fevral 2018-ci il tarixdə Ali Məhkəmənin 2-2(102)-87/2018 saylı qərarı ilə şikayət təmin edilməmişdir. Ali məhkəmənin 27 fevral 2018-ci il tarixli qərarı qəbul edildiyi vaxtda sözügedən sığorta ödənişi artıq 19 gün idi ki, İddiaçı MMC-nin hesabına köçürülmüşdü (08 fevral 2018-ci il tarixli 60 nömrəli ödəniş tapşırığına əsasən). Belə olan halda iddiaçının 01 iyul 2015-ci il tarixdən ödəniş gününədək hesabladığı absurd «gecikmə məbləği»ni tələb etməsi üçün heç bir əsası yoxdur və bu yalnız iddiaçının əsassız varlanma istəyidir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh avtomobilin real bazar dəyərini ödəm əkdən imtina etdiyinə görə sığorta ödənişi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin, 06 yanvar 2016-cı il tarixli iddia ərizəsinin 2-ci səhifəsində qeyd etmişdir ki, iddiaçı, «xxxx» ASC tərəfindən təklif edilmiş qiymətdən narazı qaldığı üçün məhkəməyə müraciət etmişdir. Yəni, tərəfindən, baş vermiş hadisə üzrə sığorta ödənişindən imtina edilməmiş, iddiaçı özü məbləği mübahisələndirdiyi üçün məhkəməyə müraciət etmiş və ödəniləcək sığorta məbləği məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir. «xxxx» ASC tərəfindən sığorta ödənişindən imtina edilməmiş, boyun qaçırılmamış və qanunsuz saxlanılmamışdır. Sığorta ödənişinin köçürülməsi tarixi birbaşa olaraq iddiaçının sığorta ödənişinin məbləği ilə razı olmadığı, iddia ilə məhkəməyə müraciət etdiyi və məhkəmə çəkişməsin də köçürülməli olan məbləğin müəyyən edilməsi ilə bağlıdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 iyul 2019-cu il tarixli 2-2(103)493/2019 saylı qətnaməsini ləğv edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında, eləcə də məhkəmə iclasında vəkillə iştirak etdikdə izahatlar vermək barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi Günay Musayeva məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, iddiaçının nümayəndəsiisə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxı lmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 30 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbayca n Respublikası MPM-nin 416cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 30 iyul 2019-cu il tarixli, 2-2(103)-493/2019 saylı qətnamə ilə, İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2-2(82)-252/2019 saylı qətnaməsinin ləğv edilmə si, iddia tələbinin təmin edilməsi, cavabdehdən iddiaçının xeyrinə 5275,96 manat faiz və 17506,61 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla cəmi 22812,57 manat məbləğində pulun tutulması qənaətinə gələrkən Mülki Məcəllənin 390, 399.1, 442, 445.4, 449.1, 934-cü maddələrinə, «Sığorta haqqında» Qanunun 35-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 384, 385-ci maddələrinə əsaslanmışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə yuxarıda göstərilmiş nəticəyə gələrkən 30 iyul 2019-cu il tarixli qətnaməsində qeyd etmişdir ki, «İddiaçı MMC cavabdeh «xxxx» ASC-yə qarşı «sığorta haqqı məbləğinin müəyyən edilməsi və ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı İnzibati-İqtisad Məhkəməsi 2-2(82)-258/2016 saylı iş ü zrə 05 iyul 2016-cı il tarixli qətnaməsi ilə «xxxx» ASC-dən cəmi 18370 manat tutularaq İddiaçı MMC-yə ödənilməsini qət etmişdir. Həmin qətnaməyə əsasən Nərimanov rayon İcra Şöbəsində icraata başlamaq haqqında 22 may 2017-ci il tarixli qərar qəbul edilmiş və cavabdehə qətnaməni könüllü icrası üçün 10 gün müddət verilmiş, lakin cavabdeh icra etməmişdir. 06 fevral 2018-ci il tarixində Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 17/69164727/17-1827/11 saylı qərarı ilə cavabdeh «xxxx» ASC-nin bank hesablarına inkasso sərəncamları qoyulmuş, bundan sonra «xxxx» ASC 08 fevral 2018-ci il tarixində ödənişi həyata keçirmişdir. Qeyd olunan məsələ ilə bağlı cavabdeh sığorta ödənişini gecikdirərək 3 il sonra həyata keçirmiş, bununla da, özünün tərtib etdiyi və tərəf olduğu müqavilənin, həmçinin qanunver iciliyin tələblərini pozmuşdur. İddiaçının sığorta hadisəsinin baş verməsi ilə bağlı sənədlərin sığortaçıya təqdim edilmə gününün 16 iyun 2015-ci il olduğu nəzərə almazsa, sığorta ödənişinin köçürülməsi üçün son iş günü 01 iyul 2015-ci il tarixidir. Bu tarixə qədər cavabdeh öz müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə öhdəliyin icrasını gecikdirmiş hesab edilir. Azərbaycan Respublikası Mərkəzi Bankı 10 aprel 2018-ci il tarixində 11% illik uçot faiz dərəcəsi müəyyən etmişdir. 01 iyul 2015-ci il tarixindən 08 fevral 2018-ci il tarixinə qədər uçot faiz dərəcəsi hesablandıqda, illik 18370,00 manat x 11% = 2020,70 manat, 2 il 7 ay 7 günə görə 5275,96 manat faiz ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934-cü maddəsinə əsasən, sığortaçı sığorta ödənişini sığort a qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Bu səbəbdən də, cavabdeh müqavilə üzrə sığorta ödənişi üçün sonuncu gündən, yəni 01 iyul 2015-ci il tarixindən etibarən 08 fevral 2018-ci il tarixinə qədər ödənişi gecikdirdiyi hər gün üçün 18370,00 manatın 0,1 faizini, yəni, 18,37 manat olmaqla 953 gün x 18,37 manat = 17506,61 manat dəbbə pulunu iddiaçıya ödəməlidir. Beləliklə, cavabdeh iddiaçıya 5275,96 manat faiz və 17506,61 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla cəmi 22812,57 manat məbləğində pul ödəməlidir». Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi 30 iyul 2019-cu il tarixli qətnamə ilə və həmin qətnamədən cavab deh tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə yanlış olduğundan onunla razı deyildir. Bununla əlaqədar olaraq cavabdehin kasasiya şikayətində «iddiaçının 01 iyul 2015-ci il tarixdən ödəniş gününədək hesabladığı absurd «gecikmə məbləği»ni tələb etməsi üçün heç bir əsası yoxdur» göstərdiyi dəlili məhkəmə kollegiyası əsaslı sayır. Belə ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının iddiasının ödənişin gecikdirilməsi ilə («faiz məbləği») bağlı hissəsini təmin edərkən Mərkəzi Bankın 10 aprel 2018-ci il tarixində 11% illik uçot faiz dərəcəsini götürərək, 01 iyul 2015-ci il tarixindən 08 fevral 2018-ci il tarixinə qədər uçot faiz dərəcəsi ni hesablamaqla 2 il 7 ay 7 günə görə cavabdehdən iddiaçının xeyrinə 5275,96 manat tutulmasını qət etmişdir. Halbuki Azərbaycan Respublikasının Mərkəzi Bankının «İnternet» saytından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsinin «faiz məbləğinin» hesabladığı müddət, yəni, 01 iyul 2015-ci il tarixindən 08 fevral 2018-ci il tarixinədək olan dövr üçün müxtəlif faiz uçot dərəcələri mövcud olmuşdur. Lakin apelyasiya instansiyası məhkəməsi sözügedən məsələni araşdırmadan, yəni, Mərkəzi Banka bu barədə sorğu göndərib cavab almadan, yanlış rəqəmləri hesablamışdır. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 449.1, 934-cü maddələrinə istinad etməklə cavabdehdən iddiaçının xeyrinə 17506,61 manat dəbbə pulunun da tutulmasını qət etmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarına müraciət etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda deyilir ki, «həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, ödənilməsini digər şəkildə gecikdirmə, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama». Sözügedən qərarda daha sonra göstərilmişdir ki, «Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məs uliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni, təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər». Lakin məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə məhkəmə aktı qəbul edərkən işin hallarını Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında şərh edilən həmin müddəaları baxımından araşdırmamış və bunun nəticəsində düzgün olmayan qətnamə çıxarmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 30 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418–420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 30 iyul 2019-cu il tarixli, 2-2(103)-493/2019 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-2(102)-573/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-573/2019
27.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver