Məhkəmə qərarları › İş №2-2(102)-576/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-576/2025

20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kir
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-576/2025 20.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 7 iyul tarixli 2-2(107)-110/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı

1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya qaytarılmayan 30 ədəd dondurucuların ümumi dəyərinin iki mislinin, yəni 31.000 manat pul və əlavə olaraq ödənilmiş məhkəmə rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il 20 may tarixli 2-2(117)-249/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – E.Hüseynova).

3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilərək, iddianın rədd olunmasını xahiş etmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 7 iyul tarixli 2-2(107)-110/2025 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyа qeyri-mümkün h esаb olunmuş, apellyasiya şikayətinin kommersiya mübahisəsinə dair işlə birlikdə Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 361-363-cü maddələrinin tələblərinə riayət edilməsi üçün Şəki Kommersiya Məhkəməsinə geri qaytarılması qərara alınmışdır (sədrlik edən hakim – E.Hüseynov, hakimlər – Z.Sadiqov və T.Həsənov).

5. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə 2025-ci il 20 may tarixli qətnаməsi cavabdehin Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə 2025-ci il 26 may tarixində yerləşdirilmişdir. Bununla da qətnamə 2025-ci il 26 may tarixində cavabdehə rəsmi qaydada verilmişdir.

6. Cavabdehin qətnаmədən apellyasiya şikаyəti verə biləcəyi sоn tаrix 2025-ci il 26 iyun tarixi olmuş, lаkin apellyasiya şikаyəti qanunla müəy yən edilmiş müddət 1 gün ötürüldükdən sоnrа, yəni 2025-ci il 27 iyun tarixində cavabdehin nümayəndəsi və vəkili tərəfindən elektron Kabinet vasitəsi ilə verilmişdir.

7. Bundan başqa verilmiş apellyasiya şikayətində cavabdehin nümayəndəsi və vəkili qeyd etmişdir ki, “...elektron məhkəmə sistemində 2 gündür texniki problem var. Fiziki şəxs və ya hüquqi şəxs qismində şikayət verən şəxsi daxil etmək mümkün olmadığı üçün şikayət verən şəxs olaraq "özüm" əmrini seçmiş, etibarnamədəki səlahiyyətləri, tərəfin adından şikayət vermək hüququnun mövcud olduğunu bildirmiş, müddətin ötməməsi üçün texniki problemin nə vaxt düzələcəyinə əmin olmadığı üçün bu metodla imzalamalı olmuşdur”.

8. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya mə hkəməsi tərəfindən qaytarılır. Birinci instansiya məhkəməsi qeyd olunan halları araşdırmadan, apellyasiya şikayətinin müəyyən edilmiş müddət ərzində verilib-verilməməsini, bir sözlə apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyə uyğunluğunu yoxlamadan оnu baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir.

9. Məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüququnun əlverişli şəraitdə həyata keçirilməsini təmin etməkdən ötrü qanunverici kifayət qədər böyük - 1 aylıq müddət müəyyən etmiş və bu müddət üzrlü səbəblərdən buraxıldıqda, onun məhkəmə qaydasında bərpa edilməsi imkanlarını da nəzərdə tutmuşdur. Buna baxmayaraq apellyasiya şikayəti verən şəxs buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə ilə müraciət etməmişdir.

10. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azər baycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 133, 360, 363.1.3, 364.1, 366.1 və 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin icraata qəbul olunaraq baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. Mülki Məcəllənin 368-ci və MPM-in 129-cu maddələrinin tələblərinə görə hadisənin baş vermə tarixindən, yəni qətnamənin kabinetə yerləşdirildiyi tarixdən sonrakı gündən hesablandıqda 2025-ci il 27 iyun tarixi şikayətin verilə bilməsi üçün son tarix idi. Mülki Məcəllənin 370-ci və MPM-in 129-cu maddələrinin tələbləri ilə qiymət verdikdə ölkə ərazisində 2025-ci il 26-29 iyun tarixləri qeyri-iş günləri kimi qeyd edilirdi. Beləliklə şikayət vermək üçün son gün əgər qeyri iş günləri olmasaydı, 2025-ci il 27 iyun tarixi qeyri-iş günləri olduğu üçün 2025-ci il 30 iyun tarixi olmalı idi və şikayətin verilməsi üçün qanunla müəyyən edilən prosessual müddət cavabdeh tərəfindən ötürülməmişdir.

13. MPM-in 74-cü maddəsi üzrə - cavabdehin nümayəndəsinə apellyasiya şikayətini imzalamaq səlahiyyətləri verilmiş və buna müvafiq olaraq şikayət ünvanlamışdır. Elektron məhkəmə sistemində problem olduğu üçün şikayət verən subyekt olaraq “cavabdeh” seçilərək vətəndaşa aid məlumatlar daxil olunsa da, sistem tərəf olaraq onu qəbul etməmişdir. Məcburiyyətdən nümayəndə “şikayət verən şəxs” kimi “özüm” seçməklə şikayəti imzalamışdır. Qanunvericilikdə bu səbəbə görə şikayət in geri qaytarılması nəzərdə tutulmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

15. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadın qanuniliyi və əsaslılığı MPM-in 416-cı maddəsinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.” “Maddə

129. Prosessual müddətlərin qurtarması 129.1. İllərlə hesablana n müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.” “Maddə

360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir.

18. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnаməsi 2025-ci il 26 may tarixində cavabdehə rəsmi qaydada verilmiş və həmin tarixdən hesablamaqla bir aylıq müddət 2025-ci il 26 iyun tarixdə bitmişdir.

19. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi həmin nəticə MPM-in 128.3 və 129.1-ci maddələrinin tələblərinə uyğundur.

20. Bununla yanaşı, kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi müddətinin son günü ilə bağlı məhkəmənin gəldiyi nəticə MPM-in 129.2-ci maddəsinin tələblərinə uyğun deyildir.

21. Belə ki, Əmək Məcəlləsinin 105-ci maddəsinə görə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı) iş günü hesab edilmir.

22. Bundan əlavə, Nazirlər Kabinetinin 2024-cü il tarixli 174 nömrəli qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 iyun iş günü 21 iyun istirahət gününün yerləri dəyişdirilmiş, beşgünlük iş rejimində çalışanlar ardıcıl 4 gün – 26, 27, 28 və 29 iyun 2025-ci il tarixləri qeyri-iş günü elan olunmuşdur.

23. MPM-in 129.2-ci maddəsində isə müəyyən edilmişdir ki, müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma gü nü hesab olunur.

24. Bu baxımdan qeyd edilir ki, cavabdehə münasibətdə apellyasiya şikayətinin verilməsi müddətinin son günü 2025-ci il 30 iyun tarixi olmuşdur.

25. Cavabdehin apellyasiya şikayəti isə 2025-ci il 27 iyun tarixində verilmişdir.

26. Göründüyü kimi cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 363.1.3-cü maddəsinə istinad etməsi əsassız olmuşdur.

27. Apellyasiya şikayətinin elektron qaydada imzalanması ilə bağlı apellyasiya şikayətində göstərilən hallar və məhkəmənin də həmin hallara istinad etməsi isə anlaşılan deyil və həmin halların apelyasiyanın mümkünlüyü məsələsində hansı əhəmiyyət daşıması əsaslandırılmamışdır.

28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəl ir ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

29. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunsun. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 7 iyul tarixli 22(107)-110/2025 nömrəli qərardadı ləğv edilsin və iş cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar