Məhkəmə qərarları › İş №2-2(102)-578/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-578/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-578/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması və borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “zərərin tutulması” barədə ilk və “müqavilə üzrə borcun tutulması” barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 iyun tarixli 2-2(103)-493/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Satıcı Cavabdeh MMC (hazırda QSC) ilə alıcı İddiaçı MMC arasında 2020-ci il 2 mart tarixində bağlanmış 07 nömrəli alqı-satqı müqaviləsi üzrə satıcı hissə-hissə olmaqla alıcıya 2022-ci ilədək müxtəlif çeşiddə mallar təhvil vermişdir.

2. Cavabdeh QSC və İddiaçı MMC-nin direktoru tərəfindən imzalanmış və hüquqi şəxslərin möhürləri ilə təsdiq edilmiş üzləşmə aktından görünür ki, İddiaçı MMC-nin 2022ci il 16 avqust tarixinə Cavabdeh QSC-yə olan qalıq borcu 1.145.341,99 manat təşkil edir.

3. İddiaçı MMC-nin direktoru X9 tərəfindən 2022-ci il 26 avqust tarixində imzalanmış iltizamdan görünür ki, X9 2022-ci il 26 avqust tarixinə Cavabdeh QSC-yə 1.145.341 manat borcun qaldığını qeyd etmiş, borcu hissə-hissə olmaqla 2023-cü il 28 fevral tarixinədək ödəməyi öhdəsinə götürmüş, eyni zamanda, elektron qaimələrin tamamının vurulacağı qeyd olunmuşdur. 4. 2020-ci il 2 mart tarixli 07 nömrəli müqaviləyə 02 saylı əlavə ilə təsdiq edilmiş 2022ci il 30 avqust tarixli ödəniş qrafikinə əsasən başlanğıc və sonuncu ödəniş tarixləri müvafiq olaraq 2022-ci il 5 sentyabr və 2023-cü il 28 fevral tarixləri olmaqla 1.145.341,99 manat pulun hissə-hissə ödənilməsi razılaşdırılmışdır (Cavabdeh QSC və İddiaçı MMC-nin direktoru tərəfindən imzalanmış və hüquqi şəxslərin möhürləri ilə təsdiq edilmişdir).

5. Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə 2020 və 2021-ci illərdə müxtəlif tarixlərdə elektron qaimələr təqdim olunmuşdur. Eyni zamanda, 2022-ci il 6 sentyabr tarixində bir elektron qaimə təqdim olunmuşdur. İş üzrə məhkəmə icraa tı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh QSC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 27 sentyabr tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, kommersiya və biznes nüfuzuna vurulmuş ziyana görə 1.000.000 manat, mediasiya prosesinə çəkilmiş xərcinin əvəzi olaraq 400 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1.632 manat olmaqla, ümumilikdə 1.002.032 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması və iddiaçının cavabdehə olan 678.023 manat borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2020-ci il 2 mart tarixində 07 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə, cavabdeh müxtəlif adda gübrəl əri iddiaçıya satmağı öz öhdəsinə götürmüşdür. Daha sonra məlum olmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya verilmiş MAP FARGO, Fargo 18-18-18, fargo 16-8-24, Humiks 40(25), fargo NPK-20-20-20+ME, Fully humix 40, Fargo MAP, NPK 15-30-15, fargo 20-20-20 adlı mallar keyfiyyətsiz (tam yararsız) olmuşdur. Ümumilikdə, cavabdeh tərəfindən iddiaçıya 678.023 manat məbləğində keyfiyyətsiz mal verilmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət edilsə də, yaranmış problem həll edilməmişdir. İddiaçı ilə əməkdaşlıq edən Cəmil Mirzəyevin sifarişi əsasında qeyd edilən gübrələrin bir qisminin "xxxx" MMC tərəfindən müvafiq laborator analizləri aparılmış və müəyyən edilmişdir ki, həqiqətən də qeyd edilən gübrələrin tərkibində əksiklik (uyğunsuzluq/çatışmazlıq) vardır. Cavabdeh qeyd edilən gübrələrin idxalçısı və ölkə ərazisində tək rəsmi satıcısıdır. Buna görə də, hesab edirlər ki, baş vermiş hadisə şüurlu olaraq törədilib, yəni iddiaçı aldadılaraq, onun külli miqdarda vəsaitinin mənimsənilməsi üçün keyfiyyətsiz mal satılmışdır. Lakin iddiaçı buna baxmayaraq xoş niyyət göstərərək, xeyli müddətdir ki, problemi danışıqlar yolu ilə həll etməyə cəhd etmişdir. Cavabdeh şirkətə təklif edilmişdir ki, onlara qeyd edilən gübrələri satmış olan şirkətə qarşı birlikdə hərəkət olunsun. Cavabdeh bu təklifdən qəti imtina etmiş və buna görə də iddiaçıda, cavabdeh və ona qeyd edilən gübrələri tədarük edən firmanın (Bioland adlı şirkətin) əlbirliyi ilə hərəkət etdiyi fikri formalaşmışdır. Cavabdehin qeyd edilən hərəkəti, yəni bilərək keyfiyyətsiz gübrələri iddiaçıya satması nəticəsində, iddiaçının ko mmersiya nüfuzuna zərbə dəymiş, müştərilər tərəfindən həmin malların keyfiyyəti barədə iddiaçıya iradlar bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən 1.000.000 manat məbləğində kompensasiya ödənilməsi iddiaçının kommersiya nüfuzuna vurulmuş ziyanın əvəzi ola bilər.

8. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etməmişdir.

9. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il 2 mart tarixli 07 nömrəli alqı-satqı müqaviləsi üzrə 1.045.341,99 manat borc məbləğinin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1.312,67 manat pulun iddiaçıdan alınıb cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin öhdəlikl ərini vaxtında icra edərək iddiaçını mallarla təchiz etmiş, iddiaçı isə əvəzində müqavilə öhdəliklərini pozmuş, aralarında yaranmış etibardan sui-istifadə etmiş, təhvil-təslim aktlarını imzalamamış, malın təqdim edilməsindən xeyli vaxt keçməsinə baxmayaraq, həmin malların dəyərini cavabdehə tam olaraq ödəməmiş və cavabdehə ziyan vurmuşdur. İddiaçının 2022-ci il 16 avqust tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən təqdim edilmiş mallara görə 1.145.341,99 manat məbləğində borcu qalmışdır. İddiaçı tərəfindən borc etiraf edilsə də, indiyə qədər 100.000 manat ödənilmişdir. Qalan 1.045.341,99 manat borc isə hazıradək ödənilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya borcun tam ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi müraciətlər edilmiş, pretenziya göndərilmişdir. Pretenziya mə ktubundan uzun müddət keçməsinə baxmayaraq, bu günədək iddiaçı cavabdehə heç bir ödəmə etməmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 24 fevral tarixli e-2-2(113)-247/2023 saylı qətnaməsi ilə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən 1.035.341,99 manat məbləğində pul, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 907,67 manat məbləğində pulun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – N.Əhmədova).

12. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə üzləşmə aktının tərtib edildiyi 2022-ci il 16 avqust tarixinə iddiaç ının cavabdehə 1.145.341,99 manat qalıq borcu olmuş, tərəflər borcun hissə-hissə olmaqla 2022-ci il 5 sentyabr tarixindən 2023-cü il 28 fevral tarixinədək ödənilməsini razılaşdırmışlar.

13. İddiaçı cavabdehin alqı-satqı müqaviləsi üzrə keyfiyyətsiz mal verdiyini qeyd etsə də, həmin halları sübut etmək vəzifəsini yerinə yetirə bilməmişdir.

14. Belə ki, iddiaçının öz tələbinin əsası kimi təqdim etdiyi sənədlərin bir çoxu (Cəmil Mirzəyev adlı şəxsin sifarişi əsasında alınmış 2022-ci il 12 aprel tarixli gübrə nümunəsinin analiz nəticəsi, X4 (bundan sonra – “S.Qədimov”) tərəfindən 2022-ci il 28 aprel tarixində ünvanlanmış bildiriş, S.Qədimova verilmiş 411.000 manat dəyərində malların dəyişdirilməsi barədə 2022-ci il 30 aprel tarixli akt, S.Qədimov tərəfindən ünvanlanmış 2022-ci il 29 iyul tarix li yazılı xəbərdarlıq, S.Qədimovla bağlanmış 2022-ci il 16 avqust tarixli barışıq razılaşması, Mahir Hacıyevin (bundan sonra – “M.Hacıyev”) ünvanladığı 2022-ci il 16 iyul tarixli pretenziya və onunla bağlanmış 2022-ci il 20 avqust tarixli barışıq razılaşması) 2022-ci il 16 avqust tarixli üzləşmə aktının və 2022-ci il 30 avqust tarixli ödəniş qrafikinin tərtib olunduğu tarixdən əvvəlki dövrə aid sənədlərdir və iddiaçı üzləşmə aktında mövcud borcunu təsdiqləməklə, ödəniş qrafikində isə həmin borcun ödənilməsi müddətlərini razılaşdırmaqla öz iradə ifadəsini bildirmişdir.

15. İddiaçının nümayəndəsi və vəkili qeyd olunan sənədin hədə-qorxu ilə imzalandığını bildirsə də, həmin halları sübut edəcək mötəbər sübut təqdim edə bilməmiş, izahatında bununla bağlı hüquq mühafizə orqanlarına müraciət e tmədiklərini bildirmişdir. Məhkəmə qeyd olunan halları, eyni zamanda 2022-ci il 16 avqust, 2022-ci il 26 avqust və 2022-ci il 30 avqust tarixləri olmaqla 3 dəfəyə üzləşmə aktının, iltizamın, ödəniş qrafikinin iddiaçı tərəfindən təsdiqləndiyini nəzərə aldıqda hesab etmişdir ki, iddiaçının bu arqumenti əsassızdır.

16. İddiaçı alınan ümumi malların dəyərini, keyfiyyətsiz olduğunu qeyd etdiyi malların nə vaxt alındığını məhkəməyə dəqiq bildirməmiş, bununla bağlı məhkəmənin suallarına cavab verə bilməmişdir. Gübrələrin 2020-ci ildən başlayaraq hissə-hissə alındığını, sonuncu dəfə alındığı vaxtdan 1 ildən çox müddət keçdiyini və iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət olunanadək malların keyfiyyəti ilə bağlı cavabdehə müraciət edildiyini təsdiqləyən hər hansı sənəd təqdim etmədiyini, əks inə malların təhvil verildiyi sonuncu tarixdən 1 ilə yaxın müddət keçdikdən sonra borcunu təsdiqlədiyini nəzərə aldıqda məhkəmə qeyd etmişdir ki, ilkin iddia tələbinin əsası kimi istinad etdiyi hallar əsassızdır.

17. Bundan başqa, iddiaçı təqdim etdiyi sənədlərdə adları qeyd olunan şəxslərə mallar satmasını, həmin malların məhz cavabdeh tərəfindən iddiaçıya satılan mallar olmasını, malların keyfiyyətsiz olmasını, həmin mallardan istifadə olunması nəticəsində həmin şəxslərə ziyan dəyməsini və s. halları təsdiqləyəcək mötəbər sübut təqdim etməmiş, təqdim olunan sənədlərdə isə ziddiyyətlər olmuşdur (S.Qədimovla tərtib olunmuş 2022-ci il 30 aprel tarixli aktda 411.000 manat dəyərində keyfiyyətsiz gübrənin həmin dəyərdə gübrə ilə dəyişdirildiyi qeyd olunsa da, həmin şəxslə 2022-ci il 16 avqust tarixdə imzalanmış barışıq razılaşmasında şirkətin 411.000 manat dəyərində gübrə verməli olduğu qeyd olunmuşdur və s.).

18. İddiaçının sübut qismində cavabdeh tərəfindən “X6” Şirkətinə ünvanlanmış pretenziya məktubu və ona əlavə olunmuş sənədləri təqdim etmişdir. Həmin pretenziya məktubunda cavabdeh 173.323,43 ABŞ dolları dəyərində keyfiyyətsiz malların təqdim olunduğunu qeyd etmiş, bununla bağlı sənəd əlavə etmişdir. İş üzrə tərəflərin təsdiqlədiyi üzləşmə aktına əsasən 318.147,01 manat dəyərində gübrə iddiaçı tərəfindən cavabdehə qaytarılmışdır ki, həmin məbləğ yuxarıda qeyd olunan pretenziya məktubunda göstərilən məbləğə yaxın məbləğ təşkil edir.

19. Borcun silinməsinə dair ilkin iddia tələbinin hüquqi əsası kimi çıxış edən normaların dispozisiya şərtləri mövcud deyildir. Belə ki, iddia çı tələbinin əsası kimi istinad etdiyi halları, yəni ona təqdim olunmuş gübrələrin keyfiyyətsiz olduğunu, bunun alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirə bilməmişdir.

20. Hazırkı iş üzrə cavabdeh iddiaçıdan keyfiyyətsiz olduğunu iddia etdiyi gübrələrin qaytarılmasını tələb etsə də, iddiaçı bu tələbi yerinə yetirməmişdir.

21. Prosessual qənaət prinsipini rəhbər tutaraq və sübutetmə vəzifəsi ilə bağlı yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kommersiya və biznes nüfuzuna vurulmuş ziyana görə 1.000.000 manat tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı qeyd olunan tələbi ona cavabdeh tərəfindən keyfiyyətsiz malların verilməsi ilə əlaqələndirmişdir ki, həmin tələbin əsasında duran hal, yəni keyfiyyətsiz malın verilməsi təqdim olunmuş sübutlarla öz təsdiqini tapmamış, iddiaçı kommersiya və biznes nüfuzuna vurulmuş ziyanın ödənilməsi tələbini formal mülahizələrlə əsaslandırmışdır. Buna görə də, ilkin iddia kommersiya və biznes nüfuzuna vurulmuş ziyana görə pulun tutulması tələbi hissəsində əsassız olduğundan təmin edilməməlidir.

22. Qarşılıqlı iddia üzrə tələbin hüquqi əsası kimi MM-in 600.4-cü maddəsi çıxış edir, qeyd olunan normanın dispozisiya şərtləri mövcuddur.

23. Cavabdehin hissə-hissə olmaqla iddiaçıya malları təhvil verdiyini, tərəflərin 2022-ci il 16 avqust tarixinə 1.145.341,99 manat borcun olduğunu üzləşmə aktı ilə təsdiqlədiyini, həmin məbləğdən 110.000 manat ödənildiyini, iddiaçının öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 1.035.341,99 manat pulu ödəmədiyini, cavabdehi n əşyanın ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi qismən əsaslıdır və ödənilməmiş 1.035.341,99 manat pul iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.

24. Birinci instansiya məhkəməsi bu qənaətini MM-in 425, 442, 448.1, 448.2, 567, 587.1, 587.2, 587.5, 588.1, 597.1, 600.1, 600.4-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.6, 77.1, 77.2, 81-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunması və ilk iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 iyun tarixli 2-2(103 )-493/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər –R.Qurbanov və A.Hüseyn).

27. İşin məhkəmə tərəfindən sübutlar əsasında müəyyən edilmiş hallarından müəyyən olunmuşdur ki, satıcı cavabdeh ilə alıcı iddiaçı arasında 2020-ci il 2 mart tarixində bağlanmış 07 nömrəli alqı-satqı müqaviləsi əsasında alıcıya 2022-ci ilədək mallar (gübrə) satılmış, tərəflər arasında təsdiq edilmiş üzləşmə aktı ilə iddiaçının 2022-ci il 16 avqust tarixinə cavabdehə 1.145.341,99 manat borcu olduğunu qəbul etdiyindən birinci instansiya məhkəməsi həmin borcun tutulması hissəsində qarşılıqlı iddianı təmin etmişdir. Üzləşmə aktından müəyyən olunmuşdur ki, borcun 1.0 01.535 manat və 467.754 manat hissəsi 2021-ci il 1 dekabr tarixinədək yaranmışdır.

28. İddiaçı apellyasiya şikayətində üzləşmə aktının qanuni təmsilçi Ömər Faruk tərəfindən hədə təsiri altında imzalandığını qeyd etsə də, bu hal sübutlarla (hədə təsiri altında aktı imzalamağa məcbur edilməsi ilə bağlı qanuni təmsilçi hüquq mühafizə orqanlarına müraciət etməmişdir) təsdiq edilməməklə yanaşı işdə olan digər sübutlarla bu mülahizənin həqiqətə uyğun olmadığı müəyyən olunmuşdur. Belə ki, iş materiallarının 87ci vərəqinə əlavə edilmiş 2022-ci il 30 avqust tarixli qrafikdən və iş materiallarının 167-ci vərəqinə əlavə edilmiş iltizamdan görünür ki, iddiaçının direktoru 1.145.341 manat borcu 2022-ci il 5 sentyabr tarixdən 2023-cü il 28 fevral tarixinədək hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Bun dan əlavə, üzləşmə aktında 318.147 manat dəyərində malın geri qaytarıldığı qeyd edilərək həmin malın dəyəri ödənilməli olan borcdan çıxılmışdır. Əgər iddiaçı qeyd etdiyi kimi, qarşı tərəf hədə-qorxu gəlməklə hüquqi şəxsin qanuni təmsilçisi Ö.Faruka real borcdan artıq borc sənədinə qol çəkdirmək niyyətində olsaydı geri qaytarılan malların dəyərini borcdan çıxmaz, Ö.Faruk isə üç fərqli tarixdə tərtib edilmiş sənədləri (üzləşmə aktı, iltizam, ödəniş qrafiki) imzalamazdı.

29. Məhkəmə satın alınmış gübrənin bir hissəsinin keyfiyyətsiz olması barədə iddiaçının təqdim etdiyi analiz nəticələri və digər sənədlərlə (Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin 2022-ci il 14 dekabr tarixli baxış aktı və s.) bağlı qeyd etmişdir ki, satılmış gübrənin keyfiyyətsiz olduğu iddia edilən 318.147 mana t dəyərində hissəsi alıcı tərəfindən geri qaytarılmış, bu fakt hər iki tərəfin təsdiq etdiyi 2022-ci il 16 avqust tarixli üzləşmə aktında öz əksini tapmışdır. Üzləşmə aktı tərtib edildikdən sonra iddiaçıya gübrə satılmadığı, gübrənin keyfiyyəti ilə bağlı analiz nəticəsinin və iddiaçının öz tələbinin əsası kimi təqdim etdiyi digər sənədlərin (S.Qədimov tərəfindən 2022-ci il 28 aprel tarixdə ünvanlanmış bildiriş, S.Qədimova verilmiş 411.000 manat dəyərində malların dəyişdirilməsi barədə 2022-ci il 30 aprel tarixli akt, S.Qədimov tərəfindən ünvanlanmış 2022-ci il 29 iyul tarixli yazılı xəbərdarlıq, S.Qədimovla bağlanmış 2022-ci il 16 avqust tarixli barışıq razılaşması, M.Hacıyevin ünvanladığı 2022-ci il 16 iyul tarixli pretenziya və onunla bağlanmış 2022-ci il 20 avqust tarixli barışıq razıla şması) 2022-ci il 31 mart tarixinədək (üzləşmə aktı tərtib edilənədək) tərtib edildiyi nəzərə alınarsa keyfiyyətsiz malın dəyərinin 678.023 manat olduğuna dair iddiaçının mülahizəsinin əsassız olduğu müəyyən olunur.

30. Cavabdeh tərəfindən iddiaçıya maddi zərər və işgüzar nüfuzuna zərər vurulduğu mötəbər sübutlarla təsdiq edilməmişdir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi S.Qədimovla tərtib edilmiş 2022-ci il 30 aprel tarixli aktda həmin şəxsə təqdim edilmiş 411.000 manat dəyərində keyfiyyətsiz gübrənin iddiaçı tərəfindən dəyişdirildiyi qeyd edildiyi halda, iddiaçının özü tərəfindən apellyasiya instansiyası mərhələsində təqdim edilmiş 2022-ci il 16 mart tarixli Xaçmaz rayon Polis şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarından müəyyən olunmuşdur ki, S.Qədimov iddiaçıdan aldığı 411.000 manat dəyərində gübrəni suda həll edərək ağacların dibinə verdiyini, gübrənin keyfiyyətindən narazı olduğunu və bu barədə məlumat verdiyini, hazırda iddiaçıya 411.000 manat borcu olduğunu bildirmiş, verilən məhsulun dəyişdirildiyini göstərməmişdir. Dəyişdirmə qüsurlu məhsul fiziki cəhətdən mövcud olduğu halda baş verə bilər. Şahidin cinayət təqibi orqanına verdiyi ifadədən göründüyü kimi, satın aldığı gübrə istifadə edildiyi üçün onun dəyişdirilməsi faktiki cəhətdən mümkün ola bilməzdi. S.Qədomov və iddiaçıdan gübrə aldığını qeyd edən M.Hacıyev adlı şəxs ifadələrində iddiaçı ilə aralarında barışıq sazişi bağlandığına istinad etməmişlər.

31. Apellyasiya instansiyası mərhələsində təqdim edilmiş Türkiyə Respublikasında baxılan cavabdeh ilə “X 6” şirkəti arasındakı məhkəmə mübahisəsi üzrə mediasiya təşkilatına ünvanlanmış 2022-ci il 9 noyabr tarixli məktubun iddiaçıya birinci instansiya məhkəməsində hazırlıq mərhələsi bitdikdən sonra təqdim edildiyi barədə sübut olmadığından həmin məktub MPM-in 372.2-ci maddəsinə əsasən apellyasiya instansiyası mərhələsində təqdim edilmiş yeni sübut kimi qəbul edilməmiş, yeni sübutların toplanması ilə bağlı verdiyi vəsatət təmin edilməmişdir.

32. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 442, 448.1, 448.2, 567, 587.1, 587.2, 587.5, 597.1, 600.1, 600.4-cü, MPM-in 77.1, 77.2, 78.1, 80, 372.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

33. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2023-cü il 24 iyun tarixdə tərəflərin şəxsi elektron kabinetinə yerləşdirilmişdir.

34. İddiaçı 2023-cü il 21 avqust tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini və qarşılıqlı iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. MM-in 587.1-ci maddəsi üzrə - İş materiallarında olan laborator analizləri gübrələrin keyfiyyətsiz olduğunu, həmçinin şahid ifadələri və s. ilkin iddia tələbinin qanuni və əsaslı olduğunu sübut edir. Cavabdeh müqavilənin predmeti olan gübrələrin lazımi keyfiyyətdə verildiyi barədə sübutlar təqdim etməmişdir. Cavabdehin təqdim etdiyi sübutlar, o cümlədən üzləşmə aktları aldatma, hədələmə və s. qanunsuz yollarla əldə edilmiş sübutlar olub, həmin sübutların mötəbərliyi yoxdur. Bununla əlaqədar məhkəmə tərəfindən ətraflı araşdı rma aparılmamış, vəsatət verərək dindirilməsini xahiş etdiyimiz şahidlər dindirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinə Xaçmaz Rayon Polis Şöbəsinin 2023-cü il 16 mart tarixli “material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar sübut kimi təqdim edilmişdir. Həmin qərarda Salamov ilham Vaqif oğlunun ifadəsi də yer almışdır. Həmin ifadədə İlham Salamov bildirmişdir ki, “Şirvan və yanında olan şəxslərin onları hədələmələrinə baxmayaraq o, üzləşmə aktını imzalamamış, X9 isə qorxaraq üzləşmə aktına imza edib, möhür vurmuşdur”.

36. MM-in 588.1-ci maddəsi üzrə - Cavabdeh müqavilənin predmeti olan gübrələrin əvvəldən qüsurlu olduğunu etiraf etmişdir. Bunu təsdiq edən cavabdehin “X7 Şirkəti”nə ünvanladığı pretenziya məktubu və həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikas ı Prezidentinin İşlər İdarəsinin Aqrokompleksinin Laboratoriya sektorunun 2022-ci il 2 iyun tarixli 1136 saylı sınaq protokolu iddiaçı tərəfindən apellyasiya məhkəməsinə təqdim edilmişdir. Həmin pretenziya və protokol cavabdehin gübrələrin qüsurunun (keyfiyyətsizliyinin) onların iddiaçıya verilməmişdən əvvəl mövcud olduğunu etiraf etdiyini göstərir.

37. MM-in 589.2-ci maddəsi üzrə - Cavabdeh vermiş olduğu keyfiyyətsiz gübrələrə görə həmin gübrələri verdiyi tarixdən etibarən 2 il müddətində məsuliyyət daşıyır. Nə apellyasiya məhkəməsi, nə də 1-ci instansiya məhkəməsi bunu nəzərə almışdır. Yəni, qüsurlar (keyfiyyətsizlik) qanunla müəyyən edilmiş müddət ərzində aşkar edilmişdir.

38. MM-in 339.2-ci maddəsi üzrə - Cavabdeh keyfiyyətsiz gübrələri aldatma yolu ilə iddiaçıya satıb, təhvil vermiş dir. Belə ki, qeyd edilən gübrələr verilərkən, onların AQTA tərəfindən verilmiş sertifikatları da təqdim edilmiş, iddiaçı həmin sertifikatlara inanıb, gübrələri qəbul etmişdir. Cavabdeh AQTA-nın sertifikatının keyfiyyətsiz gübrələrə necə alındığını məhkəmə iclaslarında izah edə bilməmişdir. Daha sonra isə cavabdehin rəhbərliyi, xüsusilə Qanuni nümayəndə hədə-qorxu gəlməklə və müxtəlif vədlər verməklə (gübrələrin satış qiymətinin azaldılacağı, keçmiş rəhbərliyin şirkətdə sənədləşmə işlərini bərbad vəziyyətə qoyduğu üçün hansı şirkətə hansı mal verildiyini bilmək mümkün olmadığını, buna görə də üzləşmə aktları imzalanmalı olduğunu, əgər aktlar imzalanmasa, o, keçmiş rəhbərliklə birlikdə X9 barəsində də hüquq mühafizə orqanlarına böhtan xarakterli məlumatlar verərək, onu şərlədəcəyini, xalq a rasında Bandotdel adlanan BMCMİ-nə apardacağını, ona işgəncə verdirəcəyini və əgər X9 üzləşmə aktlarının imzalarsa, gübrələrin qiymətindən keyfiyyətsiz gübrələrin qiymətinin silinəcəyini, həmin məbləğin isə cavabdehin keçmiş rəhbərliyindən tutulacağını və s.) iddiaçının rəhbəri X8 bir daha aldatmışdır. Məhkəmə bu xüsusatları araşdırmaqdan imtina edərək, qətnamə qəbul etmişdir.

39. MPM-in 217.1-ci maddəsi üzrə - İstər Bakı Kommersiya Məhkəməsi, istərsə də Bakı Apellyasiya Məhkəməsi iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişlər. İş materialları ilə sübut edilir ki, cavabdeh bilərək və istəyərək, qərəzli olaraq keyfiyyətsiz mal verməklə, iddiaçıya zərər vurmuş, əmlaka dair hüquqlar əldə etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Cavabdeh kassasiya şikayətinə qarşı eti raz təqdim edərək bildirmişdir ki, cavabdeh müqavilə öhdəliklərini vaxtında icra edərək iddiaçını mallarla təchiz etmiş, iddiaçı isə əvəzində müqavilə öhdəliklərini pozmuş, təhvil-təslim aktlarını imzalamamış və malın təqdim edilməsindən xeyli vaxt keçdiyinə baxmayaraq malların dəyəri bu günədək cavabdehə tam olaraq ödəməmişdir. Kassator cavabdehin alqı-satqı müqaviləsi üzrə keyfiyyətsiz mal verdiyini qeyd etsə də, həmin halları sübut etmək vəzifəsini yerinə yetirə bilməmiş, keyfiyyətsiz olduğunu qeyd etdiyi malların nə vaxt alındığını məhkəməyə dəqiq bildirməmiş, bununla bağlı məhkəmənin suallarına cavab verə bilməmişdir. Gübrələrin 2020-ci ildən başlayaraq hissə-hissə alındığını, sonuncu dəfə alındığı vaxtdan 1 ildən çox müddət keçdiyini və iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət olunanadək malların keyfiyyəti ilə bağlı cavabdehə müraciət edildiyini təsdiqləyən hər hansı sənəd təqdim etmədiyini, əksinə, malların təhvil verildiyi sonuncu tarixdən 1 ilə yaxın müddət keçdikdən sonra borcunu təsdiqlədiyi görünür. İddiaçının öz tələbinin əsası kimi təqdim etdiyi sənədlərin bir çoxu 2022-ci il 16 avqust tarixli üzləşmə aktının və 2022-ci il 30 avqust ödəniş qrafikinin tərtib olunduğu tarixdən əvvəlki dövrə aid sənədlərdir və iddiaçı üzləşmə aktında mövcud borcunu təsdiqləməklə, ödəniş qrafikində isə həmin borcun ödənilməsi müddətlərini razılaşdırmaqla öz iradə ifadəsini bildirmişdir. Kassatorun nümayəndəsi və vəkili qeyd olunan sənədin hədə-qorxu ilə imzalandığını bildirsə də, həmin halları sübut edəcək mötəbər sübut təqdim edə bilməmiş, izahatında bununla bağlı hüquq m ühafizə orqanlarına müraciət etmədiklərini bildirmişdir.

41. İddiaçı öz öhdəliklərini yerinə yetirməmək üçün malların keyfiyyətsiz olması bəhanəsini gətirir. Bu ancaq öhdəliyi yerinə yetirməmək üçün atılmış addımlardır. Belə ki, iddiaçı 411.000 manat dəyərində keyfiyyətsiz gübrəni keyfiyyətlisi ilə dəyişir (S.Qədimov ilə tərtib olunmuş 2022-ci il 30 aprel tarixli aktda 411.000 manat dəyərində keyfiyyətsiz gübrənin həmin dəyərdə gübrə ilə dəyişdirildiyi qeyd olunsa da, həmin şəxslə 2022-ci il 16 avqust tarixdə imzalanmış barışıq razılaşmasında şirkətin 411.000 manat dəyərində gübrə verməli olduğu qeyd olunmuşdur və s.), barışıq razılaşmaları bağlayır amma cavabdehə heç bir pretenziya etmir, əvəzində 2023-cü ilin avqust ayının müxtəlif günlərində 3 dəfə borcunu etiraf edir. 2022-ci il 16 a vqust tarixində üzləşmə aktı ilə borcun 1.145.341,99 manat olduğu təsdiqlənmiş və həmin üzləşmə aktında 318.147,01 manat məbləğində malın geri qaytarıldığı qeyd olunmuşdur. 2022-ci il 26 avqust tarixində Ömər Faruk iltizam imzalamış, 2022-ci il 30 avqust tarixində isə borcun hissə-hissə ödənilməsi ilə bağlı ödəniş qrafiki tərtib olunaraq təsdiqlənmişdir. Məhkəməyə təqdim edilmiş üzləşmə aktı iddiaçı tərəfindən möhür və imza ilə təsdiq edilmişdir. Ömər Faruk borcu ödəmədiyi üçün hüquq mühafizə orqanlarına şikayət edilmiş, bundan sonra 100.000 manat ödəniş edilmişdir. Üzləşmə aktı tərtib olunduqdan sonra ümumilikdə 110.000 manat ödəniş edilmişdir.

42. Kassator ilə cavabdeh arasındakı müqavilənin predmeti olan gübrələrin əvvəldən qüsurlu olduğunu etiraf etdiyini qeyd etmişdir. Kassatorun bu d əlili əsassızdır. Hazırkı məhkəmə prosesində iddiaçı ilkin iddia üzrə cavabdehdə olan 678.023 manat borcunun silinməli olması barədə heç bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı borcun silinməsini aldığı malların keyfiyyətsiz olması ilə əlaqələndirsə də, bunu sübut edə bilməmişdir. İddiaçı məhkəməyə bir sıra sənədlər təqdim edərək guya cavabdehdən aldığı malların keyfiyyətsiz olmasını iddia edir. Belə ki, iş materiallarında iddiaçıdan keyfiyyətsiz mallar almasını iddia edən iki vətəndaşın pretenziyası və onlarla əldə edilən razılaşmalar vardır. S.Qədimov iddia edir ki, iddiaçı tərəfindən ona verilmiş gübrələrin bir hissəsi yəni, 411.000 manat dəyərində gübrələr yararsızdır (2022-ci il 28 aprel tarixli bildiriş). S.Qədimovla iddiaçı arasında hər hansı alqı-satqı müqaviləsi, təhvil-təsli m aktı, qaimə faktura və onlar arasında münasibətləri təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Tərəflər arasında tərtib olunmuş keyfiyyətsiz gübrələrin dəyişdirilməsi barədə 2023-cü il 30 aprel tarixli aktda göstərilməmişdir ki, 411.000 məbləğində keyfiyyətsiz gübrə eyni məbləğdə keyfiyyətli gübrə ilə iddiaçı tərəfindən dəyişdirilmişdir. 2022-ci il 16 avqust tarixli S.Qədimovla iddiaçı tərəfindən imzalanmış barışıq sazişinin “A” bəndində isə Şirkət keyfiyyətsiz gübrələrin əvəzinə müştəriyə 411.000 manat məbləğində keyfiyyətli gübrə verməyi öhdəsinə götürməsi və bunun üçün müştəri şirkətə hər hansı ödəniş etməyəcəyi qeyd edilmişdir. Qeyd edilən ziddiyyətli məqam bir daha təsdiq edir ki, bu sənədlər sonradan tərtib edilmiş və həqiqəti əks etdirmir. Bundan əlavə, Xaçmaz rayon X3 Bö lməsinin icraatında olan işlə əlaqədar S.Qədimovdan izahat alınmışdır. Həmin izahatında iddiaçıya 411.000 manat borcu olduğunu bildirmişdir. Verilən bu izahatın 2022ci il 16 avqust tarixli iddiaçı ilə S.Qədimov arasında bağlanmış “Barışıq Razılaşması”-na uyğun olmadığı görünür. Bu izahat 2023-cü il 16 mart tarixində alınmışdır. X2 iddiaçının keyfiyyətsiz gübrələrin əvəzinə müştəriyə 411.000 manat məbləğində keyfiyyətli gübrə verməyi öhdəsinə götürməsi və bunun üçün müştəri şirkətə hər hansı ödəniş etməyəcəyi qeyd edilmişdir. Ancaq izahatda bunun tam əksi, müştəri özü şirkətə 411.000 manat borcu olduğunu bildirir. M.Hacıyev iddia edir ki, iddiaçı tərəfindən ona verilmiş gübrələrin bir hissəsi yəni 98.774 manat dəyərində gübrələr yararsızdır (2022-ci il 16 iyul tarixli pretenziya). M.Hacıyev və iddiaçı arasında hər hansı alqı-satqı müqaviləsi, təhvil-təslim aktı, qaimə faktura və onlar arasında münasibətləri təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Xaçmaz rayon X3 Bölməsinin icraatında olan işlə əlaqədar M.Hacıyev də izahatını almışdır. Həmin izahatda iddiaçı ilə M.Hacıyev arasında bağlanmış 2022-ci il 20 avqust tarixli Barışıq Razılaşması barədə heç nə qeyd edilmir. Belə nəticəyə gəlmək olar ki, M.Hacıyev bu razılaşmadan heç xəbərdar deyil.

43. Satın alınmış gübrənin bir hissəsinin keyfiyyətsiz olması barədə iddiaçının təqdim etdiyi analiz nəticələri və digər sənədlərlə (Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin 2022-ci il 14 dekabr tarixli baxış aktı və s.) bağlı qeyd etmişdir ki, satılmış gübrənin keyfiyyətsiz olduğu iddia edilən 318.147 manat dəyərind ə hissəsi alıcı tərəfindən geri qaytarılmış, bu fakt hər iki tərəfin təsdiq etdiyi 2022-ci il 16 avqust tarixli üzləşmə aktında öz əksini tapmışdır. Üzləşmə aktı tərtib edildikdən sonra iddiaçıya gübrə satılmadığı, gübrənin keyfiyyəti ilə bağlı analiz nəticəsinin və ilkin iddia üzrə iddiaçının öz tələbinin əsası kimi təqdim etdiyi digər sənədlərin (S.Qədimov tərəfindən 2022-ci il 28 aprel tarixdə ünvanlanmış bildiriş, S.Qədimova verilmiş 411.000 manat dəyərində malların dəyişdirilməsi barədə 2022-ci il 30 aprel tarixli akt, S.Qədimov tərəfindən ünvanlanmış 2022-ci il 29 iyul tarixli yazılı xəbərdarlıq, S.Qədimov ilə bağlanmış 2022-ci il 16 avqust tarixli barışıq razılaşması, M.Hacıyevin ünvanladığı 2022-ci il 16 iyul tarixli pretenziya və onunla bağlanmış 2022-ci il 20 avqust tarixli bar ışıq razılaşması) 2022-ci il 31 mart tarixədək (üzləşmə aktı tərtib edilənədək) tərtib edildiyi nəzərə alınarsa keyfiyyətsiz malın dəyərinin 678.023 manat olduğuna dair iddiaçının mülahizəsinin əsassız olduğu müəyyən olunur. Lakin iddiaçı cavabdehin alqı-satqı müqaviləsi üzrə keyfiyyətsiz mal verdiyini qeyd etsə də, həmin halları sübut etmək vəzifəsini yerinə yetirə bilməmişdir. Kassasiya baxışının hədləri

44. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməm əsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşya nın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya ü çün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.... 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.” “Maddə

597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənlə şdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur....” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”

47. Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa haz ırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.

2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. İddiaçı mübahisənin mahiyyəti üzrə cavabdehdən kommersiya və biznes nüfuzuna vurulmuş ziyana görə 1.000.000 manat pulun tutulmasını və iddiaçının cavabdehə olan 678.023 manat borcunun silinməsini xahiş etmiş, cavabdeh isə qarşılıqlı iddia qaldıraraq alqı-satqı müqaviləsi üzrə 1.045.341,99 manat borc məbləğinin iddiaçıdan tutulmasını xahiş etmişdir.

49. İlkin iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək alqı-satqı müqaviləsinə əsasən iddiaçıdan 1.035.341,99 manat pulun tutularaq cavabdehə ödənilməsi qət edilmiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır.

50. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən iddiaçının kassasiya şikayətinin dəlillərin i əsassız hesab edərək apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.

51. Kassasiya şikayətinin dəlillərinin əsas hissəsi satılmış malların keyfiyyətsiz olması ilə bağlıdır. Kassator hesab edir ki, iş materiallarında olan laborator analizləri gübrələrin keyfiyyətsiz olduğunu, həmçinin şahid ifadələri və s. ilkin iddia tələbinin qanuni və əsaslı olduğunu sübut edir. Cavabdeh isə malların keyfiyyətli olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin “X7 Şirkəti”nə ünvanladığı pretenziya məktubu və həmin məktuba əlavə edilmiş sınaq protokolu cavabdehin gübrələrin qüsurunun (keyfiyyətsizliyinin) onların iddiaçıya verilməmişdən əvvəl mövcud olduğunu etiraf etdiyini göstərir.

52. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, borcun 1.00 1.535 manat və 467.754 manat hissəsi 2021-ci il 1 dekabr tarixinədək yaranmışdır. Həmçinin satılmış gübrənin keyfiyyətsiz olduğu iddia edilən 318.147 manat dəyərində hissəsi alıcı tərəfindən geri qaytarılmış, bu fakt hər iki tərəfin təsdiq etdiyi 2022-ci il 16 avqust tarixli üzləşmə aktında öz əksini tapmışdır. Üzləşmə aktı tərtib edildikdən sonra isə iddiaçıya gübrə satılmamış, gübrənin keyfiyyəti ilə bağlı analiz nəticəsi və iddiaçının öz tələbinin əsası kimi təqdim etdiyi digər sənədlər üzləşmə aktı tərtib edilənədək hazırlanmışdır.

53. Göründüyü kimi, tərəflər arasında iddiaçının cavabdehə borcunu əks etdirən üzləşdirmə aktı tərtib edildikdən sonra cavabdeh iddiaçıya mal satmamışdır. Əvvəlki dövrdə satılmış keyfiyyətsiz malları isə (318.147 manat dəyərində) iddiaçı geri qaytarmış və hə min malların dəyəri sözügedən üzləşdirmə aktı tərtib olunarkən mövcud borcun tərkibinə daxil edilməmişdir.

54. Cavabdehin “X7 Şirkəti”nə ünvanladığı pretenziya məktubuna gəldikdə isə, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, cavabdeh həmin məktubda 173.323,43 dollar dəyərində keyfiyyətsiz malların təqdim olunduğunu qeyd etmişdir. Yuxarıda istinad olunan üzləşmə aktına əsasən 318.147,01 manat dəyərində gübrə iddiaçı tərəfindən cavabdehə qaytarılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində də vurğulandığı kimi, həmin məbləğ sözügedən pretenziya məktubunda göstərilən məbləğə yaxın məbləğ təşkil edir. Odur ki, apellyasiya instansiyası məhkəməsi həmin pretenziyanın qiymətləndirilməsi ilə əlaqədar hər hansı pozuntuya yol verməmişdir.

55. Belə olan halda mə hkəmə kollegiyası MPM-in 88-ci maddəsinə (bax bu qərarın 47-ci bəndinə) istinadən, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını vurğulayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi baxılan işdəki bütün sübutları, o cümlədən tərəflərin təqdim etdikləri sənədləri qarşılıqlı təhlil edərək iş üzrə düzgün nəticəyə gəlmiş, bununla əlaqədar hər hansı hüquq pozuntusuna yol verməmişdir.

56. Kassatorun digər qrup dəlilləri ondan ibarətdir ki, cavabdehin istinad etdiyi üzləşmə aktları aldatma, hədələmə və s. qanunsuz yollarla əldə edilmişdir. Bununla əlaqədar məhkəmə tərəfindən ətraflı araşdırma aparılmamış, iddiaçının vəsatət verərək dindirilməsini xahiş etdiyi şahidlər dindirilməmişdir.

57. Eyniməzmunlu dəlillərlə əlaqədar apellyasiya instansiyası məhkəməs inin qətnaməsində göstərilmişdir ki, bu hal sübutlarla (hədə təsiri altında aktı imzalamağa məcbur edilməsi ilə bağlı qanuni təmsilçi hüquq mühafizə orqanlarına müraciət etməmişdir) təsdiq edilməməklə yanaşı, işdə olan digər sübutlarla bu mülahizənin həqiqətə uyğun olmadığı müəyyən olunur. Belə ki, 2022-ci il 30 avqust tarixli qrafikdən və iltizamdan görünür ki, iddiaçının direktoru 1.145.341 manat borcu 2022-ci il 5 sentyabr tarixindən 2023-cü il 28 fevral tarixinədək hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə, üzləşmə aktında 318.147 manat dəyərində malın geri qaytarıldığı qeyd edilərək həmin malın dəyəri ödənilməli olan borcdan çıxılmışdır. Əgər qarşı tərəf hədəqorxu gəlməklə iddiaçının qanuni təmsilçisi Ö.Faruka real borcdan artıq borc sənədinə qol çəkdirmək niyyətində olsa ydı, geri qaytarılan malların dəyərini borcdan çıxmaz, Ö.Faruk isə üç fərqli tarixdə tərtib edilmiş sənədləri (üzləşmə aktı, iltizam, ödəniş qrafiki) imzalamazdı.

58. Kassator apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsini tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

59. Məhkəmə kollegiyası məhkəmənin sözügedən mövqeyi ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.

60. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax bu qərarın 47-ci bəndinə) uyğun olaraq qanuni v ə əsaslı qətnamə qəbul etmişdir.

61. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 iyun tarixli 2-2(103)-493/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 iyun tarixli 22(103)-493/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar