Məhkəmə qərarları › İş №2-2(102)-578/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-578/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-578/2025 05.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsi üzrə pulun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə pulun ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 20 may tarixli, 2-2(103)-583/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılm ışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqavilələri üzrə yaranmış 50.051,6 manat borc, 9.009,28 manat ƏDV olmaqla, ümumilikdə 59.060,88 manat pul məbləği və 267,18 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında kommersiya münasibətləri (alqı-satqı müqavilələri) mövcud olmuşdur. Müqavilələrə əsasən satıcı malları alıcının təqdim etdiyi sifarişə əsasən müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə alıcıya təhvil verməyi öz ö hdəsinə götürür və alıcı malları satıcıdan təqdim etdiyi sifariş əsasında tələb etdiyi keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə qəbul etməyi, onun müqabilində bu müqaviləyə əlavə olunmuş qiymətlərin razılaşma protokolunda göstərilən qaydada, müddətdə və ünvanlarda ödəniş etməyi üzərinə götürür. Müqavilənin predmeti üzrə iddiaçı tərəfindən cavabdehə 2022-ci il 28 iyun tarixli 064834 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 141,04 manat olmaqla, cəmi 924,64 manat, 2022-ci il 28 iyun tarixli 064876 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 1.519,2 manat olmaqla, cəmi 9.959,2 manat, 2022-ci il 10 may tarixli 997220 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 745,2 manat olmaqla, cəmi 4.885,2 manat, 2022-ci il 18 iyul tarixli 193575 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 1.252,62 manat o lmaqla, cəmi 8.211,62 manat, 2022-ci il 27 iyul tarixli 774116 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 67,68 manat olmaqla, cəmi 443,68 manat, 2022-ci il 28 iyun tarixli 064900 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 432 manat olmaqla, cəmi 2.832 manat, 2022-ci il 1 dekabr tarixli 286423 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 505,26 manat olmaqla, cəmi 3.312,26 manat, 2022-ci il 18 iyul tarixli 193646 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 2.387,88 manat olmaqla, cəmi 15.653,88 manat, 2022-ci il 26 iyul tarixli 714521 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 535,5 manat olmaqla, cəmi 3.510,5 manat, 2022-ci il 10 dekabr tarixli 921794 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 1.422,9 manat olmaqla, cəmi 9.327,9 manat məbləğində vəsait ödənilməli olmuşdur. Lakin göndərilən m allar üzrə ödənişlər və bu ödənişlərin 18 % ƏDV məbləği bu günə qədər cavabdeh tərəfindən həyata keçirilməmişdir. Belə ki, cavabdeh tərəfindən alqı-satqı müqavilələrinin şərtləri pozulmuş və müqavilə üzrə ödənişlər icra olunmamışdır. Hazırkı iş üzrə elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilmiş və ləğv edilməmişdir.

3. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqavilələri üzrə yaranmış 22.556,6 manat borc və 4.060,19 manat ƏDV olmaqla, ümumilikdə 26.616,79 manat pul vəsaiti və 267,18 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müq avilələrinin predmeti üzrə iddiaçı tərəfindən cavabdehə 2022-ci il 28 iyun tarixli 064834 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV-141,04 manat, cəmi 924,64 manat, 2022-ci il 28 iyun tarixli 064900 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 432 manat olmaqla, cəmi 2.832 manat, 2022-ci il 18 iyul tarixli 193646 nömrəli üzrə ödənilməli ƏDV 2.387,88 manat olmaqla, cəmi 15.653,88 manat, 2022-cı il 17 noyabr tarixli 331824 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 594 manat olmaqla, cəmi 3.300 manat, 2022ci il 1 dekabr tarixli 286423 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 505,26 manat olmaqla, cəmi 3.312,26 manat məbləğində, ümumilikdə isə 26.616,79 manat məbləğində vəsait ödənilməli olmuşdur. Qeyd edilən qaimələr uzrə təhvil-təslim aktları, o cümlədən qiymət razılaşdırma protokolları mövcuddur və tərəfimizdən məhkəməyə təqdim edilmişdir. Lakin göndərilən mallar üzrə ödənişlər və bu ödənişlərin 18 % ƏDV məbləği bu günə qədər cavabdeh tərəfindən həyata keçirilməmişdir. Cavabdeh tərəfindən alqı-satqı müqaviləsinin şərtləri pozulmuş və müqavilə üzrə ödənişlər icra olunmamışdır.

5. Cavabdehin nümayəndəsi iddiaya etiraz etmiş və bildirmişdir ki, tərəflər arasında müqavilə bağlanılmayıb və mallar təhvil alınmayıb. Onların müqavilənin saxtalaşdırılması və ya digər məsələlər barədə məlumatı yoxdur. Cavabdehin qanuni təmsilçisi ilə iddiaçı şirkətin rəhbəri arasında qohumluq münasibətləri olub və işçi vasitəsi ilə münasibətlər qurulub. Bütün bunların nəticəsi olaraq hazırkı hallar meydana çıxıbdır. 2020-ci ildə müqavilə imzalanıbdır, lakin hər hansı əməliyyatlar həyata keçirilməy ibdir. Qəti şəkildə məbləğlərlə razı deyillər. Mühasibin elektron qaimələri qəbul edib-etməməsini bilmir. Hazırda şirkətdə işçilər tərəfindən hər hansı nöqsanlara yol verilib-verilməməsi aydınlaşdırılır.

6. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 14 fevral tarixli, e-2-2(113)-790/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – Z.Axundova).

7. Birinci instansiya məhkəməsi tədqiq olunan sübutlar kimi aşağıdakılara istinad etmişdir: - Məhkəməyə cavabdeh tərəfindən yalnız iddiaçı tərəfindən imzalanmış alqı-satqı müqaviləsi təqdim olunmuşdur. - 2022-ci il 3 fevral tarixli GCP/060 nömrəli müqaviləyə 1 nömrəli Əlavədə 2022-ci il 28 iyun tarixli 21 nömrəli X1 məzmunundan müəyyən olunur ki, ümumi dəyəri 2.832 manat (ƏDV – 432 manat) olan və protokolda adıçəkilən malların iddiaçı tərəfind ən cavabdehə verilməsi barədə razılığa gəlinmişdir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmçinin həmin protokolda göstərilmiş malların təhviltəslimi barədə hər iki tərəfin təsdiq etdiyi akt təqdim olunmuşdur. - 2022-ci il 3 fevral tarixli GCP/060 nömrəli müqaviləyə 1 nömrəli Əlavədə 2022-ci il 28 iyun tarixli 20 nömrəli X1 məzmunundan müəyyən olunur ki, ümumi dəyəri 924,65 manat (ƏDV – 141,05 manat) olan və protokolda adıçəkilən malların iddiaçı tərəfindən cavabdehə verilməsi barədə razılığa gəlinmişdir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmçinin həmin protokolda göstərilmiş malların təhvil-təslimi barədə hər iki tərəfin təsdiq etdiyi akt təqdim olunmuşdur. - 2022-ci il 3 fevral tarixli GCP/060 nömrəli müqaviləyə 1 nömrəli Əlavədə 2022-ci i l 1 dekabr tarixli 30 nömrəli X1 məzmunundan müəyyən olunur ki, ümumi dəyəri 3.312,26 manat (ƏDV – 505,26 manat) olan və protokolda adıçəkilən malların iddiaçı tərəfindən cavabdehə verilməsi barədə razılığa gəlinmişdir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmçinin həmin protokolda göstərilmiş malların təhvil-təslimi barədə hər iki tərəfin təsdiq etdiyi akt təqdim olunmuşdur. - 2022-ci il 18 iyul tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, ümumi dəyəri 15.653,88 manat olan (ƏDV – 2.387,88 manat) və aktda adıçəkilən mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - 2022-ci il 17 noyabr tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, ümumi dəyəri 3.894 manat olan (ƏDV – 594 man at) və aktda adıçəkilən mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - 2022-ci il 1 dekabr tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, ümumi dəyəri 3.312,26 manat olan (ƏDV – 505,26 manat) və aktda adıçəkilən mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - 2022-ci il 28 iyun tarixli EBBZ seriyalı 064834 nömrəli elektron qaimədə iddiaçı tərəfindən cavabdehə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 924,64 manat (ƏDV – 141,04 manat) təşkil etdiyi qeyd olunur. - 2022-ci il 18 iyul tarixli EBCA seriyalı 193646 nömrəli elektron qaimədə iddiaçı tərəfindən cavabdehə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 15.653,88 manat (ƏDV – 2.387,88 manat) təşkil etdiyi qeyd olunur. - 2022-ci il 1 dekabr tarixli EBCK seriyalı 286423 nömrəli elektron qaimədə iddiaçı tərəfindən cavabdehə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3.312,26 manat (ƏDV – 505,27 manat) təşkil etdiyi qeyd olunur. - 2022-ci il 28 iyun tarixli EBBZ seriyalı 064900 nömrəli elektron qaimədə iddiaçı tərəfindən cavabdehə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2.832 manat (ƏDV – 432 manat) təşkil etdiyi qeyd olunur.

8. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən (məhkəməyə hər iki tərəfin təsdiq etdiyi yazılı müqavilə təqdim olunmamışdır) irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin hal işdə olan sübutlarla: hər iki tərəfin təsdiqlədiyi təhvil-təslim sənədləri, qiymət-razılaşdırma protokolları, elektron qaimələrlə öz təsdiqini tapmışdır. Təhvil-təslim sənədləri, qiymət razılaşdırma protokollarında 2022-ci il 3 fevral tarixli GCP/060 nömrəli müqaviləyə istinad olunsa da, həmin müqavilə məhkəməyə təqdim olunmamışdır. Həmin halla bağlı iddiaçı tərəf bildirmişdir ki, müqavilə onlarda yoxdur, ola bilsin ki, itibdir və tərəflər arasında şifahi müqavilə də bağlanıla bilər. Cavabdeh tərəflər arasında müqavilə bağlanılmadığını, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin mövcudluğunu qəbul etməmişdir. Lakin belə münasibətlərin olması iş materialları ilə öz təsdiqini tapmışdır. Tərəflər arasında mövcud olmuş raz ılaşmaya əsasən satıcı olan iddiaçı əşyanı alıcının mülkiyyətinə versə də, alıcı olan cavabdeh qəbul etdiyi əşyanın əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürsə də, ödəməmişdir. Həmin hal iş materiallarında olan təhvil-təslim aktları ilə öz təsdiqini tapmışdır.

9. Belə ki, iddiaçı 5 elektron qaimə üzrə əsas borc və ƏDV məbləğlərini hesablayaraq ümumilikdə 26.616,79 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçının qeyd etdiyi bir qaimə 2022-ci il 17 noyabr tarixli 331824 nömrəli elektron qaimə məhkəməyə təqdim edilməsə də, 2022-ci il 17 noyabr tarixli təhvil-təslim aktı məhkəməyə təqdim edilmişdir ki, həmin aktdan müəyyən olunmuşdur ki, ƏDV məbləği 594 manat, əsas məbləğ 3.300 manat olmaqla, ümumilikdə 3.894 manat məbləğində mallar cav abdehə təhvil verilmişdir. Ona görə də məhkəmənin qənaətinə əsasən həmin elektron qaimənin təqdim edilməməsi əsası ilə həmin hissədə iddia təmin olunmaya bilməz.

10. Məhkəməyə təqdim edilmiş 4 elektron qaimə və 2022-ci il 17 noyabr tarixli təhviltəslim aktı üzrə əsas borc məbləği cəmi 22.556,6 manat (3.300 + 13.266 + 2.807 + 783,6 + 2.400 = 22.556,6), ƏDV məbləği 4.060,19 manat (594 + 2.387,88 + 505,27 + 141,04 + 432 = 4.060,19) təşkil edir.

11. Beləliklə, məhkəmə qanunvericilik normalarını, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməlidir.

12. Eyni zamand a cavabdeh izahatında qeyd etdiyi hallarla bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyi üçün məhkəmə onun iddiaya etirazını əsassız saymışdır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 448.1, 567, 598.1, 598.2, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77, 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 20 may tarixli, 2-2(103)-583/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – E.Həsənov, hakimlər T.Mahmudova, L.Əliyeva).

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçının sözügedən iki müqavilənin əslini (2020-ci il 15 dekabr və 2022-ci il 3 fevral tarixli) təqdim etməməsi və yalnız ikinci müqavilə üzrə tərəflər arasında tərtib edilmiş əlavəyə istinad etməsi onların arasında müqavilə münasibətlərinin olmadığı mənasına gəlmir. Hazırkı iş üzrə iddiaçının istinad etdiyi alqı-satqı müqavilələrinin bağlanmış hesab edilməsi üçün yazılı qaydada rəsmiləşdirilmiş sənədə ehtiyac yoxdur – müqavilənin bağlanmış hesab edilməsi üçün etibarlı oferta və aksept lazımdır. Hazırkı mübahisə üzrə müqavilənin əsli olmasa da, tərəflər arasında bağlanmış təhvil-təslim aktından və cavabdehin mübahisələndirmədiyi elektron qaimələrdən müəyyən olunmuşdur ki, cavabdeh malları qəbul etmişdir. Odur ki, iddiaçının ofertasını da qəbul etmiş və bununla da tərəflər arasında müqavilə bağlanmışdır.

17. Məhkəmə onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi cavabdehin qanuni təmsilçisi ilə iddiaçının rəhbərliyi arasında qohumluluq əlaqəsinin olmasını, bununla da sənədlərin saxtalaşdırılması ehtimalının mövcudluğunu irəli sürsə də, qeyd edilən məsələ ilə bağlı əsaslı və mötəbər sübut təqdim etməmişdir. Həmçinin cavabdehin nümayəndəsi izahatlarında audit yoxlamasının olduğunu və hüquq-mühafizə orqanlarına müraciət etdiklərini qeyd etsə də, nə həmin yoxlamanın, nə də müraciətin nəticəsi barədə məlumat verməmişdir.

18. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 399.1, 407.1, 409.4, 425.1, 567, 598.1, 600.1, 600.4-cü və MPM-in 14.2, 77.1, 88, 119.1, 217.3, 372.2, 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və işin yenidən apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. MM-in 1091-ci maddəsi üzrə - iddiaçı ilə 2022-ci il 3 fevral tarixli GCP/060 nömrəli müqavilə ümumiyyətlə bağlanmamış və belə bir müqavilə tərtib edilməmişdir. Həmçinin iddiaçı həmin formalı müqaviləni məhkəməyə təqdim etməmiş, lakin təqdim olunan bütün sənədlər yuxarıda qeyd edilən müqaviləyə əlavə olduğu göstərilmiş və təqdim edilmişdir. Habelə cavabdeh tərəfindən mallar təhvil alınmamışdır. Məhkəmə tərəfindən sənədlər in saxtalaşdırılması ehtimalının olub-olmamasına eləcə də digər məsələlərə dair ətraflı araşdırma aparmamış və həmin hala hüquqi qiymət verməmişdir. Bundan əlavə, məhkəməyə 086/2020 saylı 2020-ci il 15 dekabr tarixli tərəflər arasında bağlanmış müqavilənin mövcud olmasına dair müqavilə təqdim edilmiş, həmin müqavilə əsasında tərəflər arasında hər hansı alqı-satqı işləri görülməmiş, malların qiyməti isə ümumilikdə razılaşdırılmamışdır. Həmçinin məhkəməyə sübut qismində təqdim edilmiş elektron qaimələrin mühasib tərəfindən qəbul edib-etməməsi ilə bağlı cavabdehin məlumatı yoxdur. Həmçinin hazırda cavabdehdə işçilərinin hər hansısa nöqsanlara yol verib-verilməməsi məsələsi aydınlaşdırılmaqdadır. Apellyasiya instansiyası yalnız qanunvericiliyin normalarını bir neçə dəfə təkrar etməklə kifayətl ənmiş, şikayətin dəlillərinə düzgün hüquqi qiymət verməmiş, şikayətin hansı əsaslara görə təmin edilmədiyini tam əsaslandırmamış və işə səthi yanaşmış, təqdim edilmiş sübutlara və şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir.

21. MPM-in 76.1, 88, 218.1-ci maddələri üzrə - məhkəmələr tərəfindən yuxarıda sadalanan hallar nəzərə alınmamış nəticədə əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün tədbirlər görülməmiş, mövcud olan sübutlara düzgün hüquqi qiymət verməmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

23. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və ə saslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun işti rakçıları arasında müqavilə olmalıdır.” “Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.” “Maddə

407. Müqavilənin bağlanması anı 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.” “Maddə

409. Aksept 409.4. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləş dirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsin i icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.”

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

27. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

28. Kassasiya şikayətində qeyd edilən MM-in 1091-ci maddəsinin tələblərinin pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

29. Belə ki, kassasiya ş ikayətində həmin pozuntunun nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmişdir.

30. Həmin maddənin tələblərinin pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi, habelə eyni əsaslandırma ilə kassasiya şikayətində qeyd edilən prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsassızdır.

31. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

32. Azərbaycan Respublik asının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dai r maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi m əsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı).

33. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş süb utlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallar üzrə tətbiq etdiyi maddi hüquq normalarının pozuntusuna yol verməmişdir.

35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

36. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALD İ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 20 may tarixli, 22(103)-583/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar