Məhkəmə qərarları › İş №2-2(102)-579/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-579/2024

13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-579/2024 13.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının İddiaçının cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç və İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 15 avqust tarixli 2-2(121)-1789/2024 nömrəli qərardadına əsasən, Saatlı Rayon Məhkəməsi ilə Şirvan Kommersiya Məhkəməsi arasında f ikir ayrılığının həll edilməsi ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı a) Saatlı Rayon Məhkəməsindəki icraat

1. İddiaçı 2024-cü il 21 fevral tarixində Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.250 manat pulun və ödənilmiş 44 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü il 5 iyul tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinə əsasən cavabdeh “Toyota Prius” markalı 77 KJ 3 316 dövlət qeydiyyat nişanlı avtomaşını satış qiyməti 30.660 manata almasına öhdəlik götürmüşdür. Müqavilənin şərtlərinə əsasən ikin ol araq cavabdeh iddiaçıya 1.500 manat pul ödəyir. Sonra isə o, iddiaçıya bu müqavilə qüvvəyə mindiyi andan borclu olduğu 29.190 manat məbləği hər ay 810 manat olmaqla 36 ay ərzində tam ödədikdən sonra onu mülkiyyətinə keçirməsinə öhdəliklər götürmüşdür. Eyni zamanda, müqavilədə alıcı avtomobili idarə edilməsi ilə bağlı yol hərəkəti qaydalarının pozulmasına və avtomobilə dəymiş ziyanla bağlı tam məsuliyyət daşıyır. Alıcı tərəfdən ödəmələr dayandırılarsa, nəqliyyat vasitəsini geri qaytarır və ödənilmiş məbləğ mülkiyyətçidə qalır. İddiaçı cavabdehə iyul ayında “Toyota Prius” markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomaşını təhvil vermişdir və müqavilənin şərtlərinə görə ondan hər ay 810 manat məbləğində pulun ödənilməsini gözləmişdir. Lakin cavabdeh avtomaşını 4 ay ərzində sürərkən iddiaçı ya ödənilməli olan pulu ödəməmiş, avtomobillə qəza törətmiş və avtomobilə ziyan dəymişdir. Hətta cavabdeh avtomobili idarə edərkən dəfələrlə yol hərəkəti qaydaları pozaraq 380 manat məbləğində cərimə olunmuşdur. Cavabdeh hər ay öhdəsinə götürdüyü pulu vermədiyi üçün iddiaçı məcbur olub avtomobili geri götürmüşdür. Hazırda avtomobilin təmiri üçün 270 manat pul vəsaiti tələb olunur. Cavabdeh 380 manat məbləğində cərimələri ödəmədiyi üçün iddiaçı avtomaşını sata bilmir. Avtomobili idarə etdiyi üçün də cavabdehin iddiaçıya 1.600 manat borcu yaranmışdır.

3. Məhkəmə hazırlıq iclası zamanı iddiaçı izahatında əlavə olaraq göstərmişdir ki, özünün və cavabdehin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər olmasına, məqsədlərinin cavabdehlə birlikdə gəlir əldə etmək ol malarına baxmayaraq, öz fəaliyyətini müvəqqəti dayandırması, yəni VÖEN-nin aktiv olmamasına görə hesab etmişdi ki, hazırkı mübahisəyə Saatlı Rayon Məhkəməsində baxılmalıdır.

4. Saatlı Rayon Məhkəməsinin 2024-cü il 17 aprel tarixli 2(055)-402/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – M.Sadıqov).

5. Saatlı Rayon Məhkəməsi qeyd etmişdir ki, Vahid Məhkəmə Portalı vasitəsilə elektron sistemin vergi ödəyicilərinin məlumatları ilə müəyyən edilmişdir ki, həm iddiaçı (VÖEN: **********, fəaliyyət istiqaməti: qoyun və keçilərin yetişdirilməsi), həm də cavabdeh (VÖEN:**********, fəaliyyət istiqaməti: şəxsi maşınların sürücü ilə icarəsi) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. İş materiallar ından göründüyü kimi, tərəflər sahibkardır və mübahisə onların birgə həyata keçirilən sahibkarlıq fəaliyyətlərindən yaranmışdır. Başqa sözlə, mübahisə həm işdə iştirak edən şəxslərin subyektiv tərkibi, həm mübahisənin predmeti, həm də hüquq münasibətlərinin xarakteri baxımından kommersiya mübahisəsidir. b) Şirvan Kommersiya Məhkəməsindəki icraat

6. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 15 avqust tarixli 2-2(121)-1789/2024 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdır (hakim – Z.Abbasov).

7. Kommersiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, 2024-cü il 15 avqust tarixində keçirilmiş iclasda iştirak edən iddiaçı verdiyi izahatında ilkin alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl cavabdeh ilə tanışlıq larının olmadığını, onunla hər hansı bir birgə sahibkarlıq və ya digər fəaliyyətlə məşğul olmadıqlarını, özünü hazırda sahibkarlıq fəaliyyəti göstərmədiyini, cavabdehə satmağa qərar verdiyi avtomobili şəxsi və ailə ehtiyacları üçün istifadə etdiyini və avtomobilini adi satış məqsədi ilə cavabdehə verdiyini bildirdi. Məhkəmənin sualına cavab olaraq iddiaçı “məqsədlərinin cavabdehlə birlikdə gəlir əldə etmək olmaları” barədə izahat vermədiyini, belə ki, cavabdehlə belə bir ümumi məqsədlərinin olmadığını əlavə etmişdir.

8. Məhkəmə iş materiallarında olan müvafiq sənədlərə əsasən qeyd etmişdir ki, hazırkı mübahisənin tərəflərinin hər ikisi fərdi sahibkar statusuna malikdirlər. Lakin, işin hazırkı vaxta kimi müəyyən edilmiş hallarından görünür ki, mübahisənin predmetini iddiaçı ilə cavabdeh ara sında bağlanmış nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsinə əsasən cavabdehin öz öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi nəticəsində iddiaçının pozulmuş hüquqlarının müdafiəsi və bərpası ilə bağlı subyektiv hüququ təşkil edir. Belə ki, iddia ərizəsinin məzmununa, iddiaçının izahatına, tərəflər arasında notarial qaydada bağlanmış ilkin alqı-satqı müqaviləsinə və işdə olan digər sənədlərə əsasən müəyyən olunan işin faktiki hallarının təhlili bu nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında ilkin alqı-satqı müqaviləsindən və mülki hüquq pozuntusundan irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçının tələbi, cavabdehin həmin müqavilə üzrə öhdəliklərini pozmasından irəli gələn mülki-hüquqi tələbdir.

9. Tərəflərin mübahisə predmeti ilə əlaqədar hüquq münasibət lərinə daxil olarkən güddükləri niyyət və məqsədləri onların birgə sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsinə yönəlməmiş, adi alqı-satqı müqaviləsinin bağlanması xarakterində olmuşdur. Cavabdehin fəaliyyət sahəsi nəzərə alındıqda, onun hərəkətlərini sahibkarlıq fəaliyyəti ilə əlaqələndirmək mümkün olsa da, bunu iddiaçı haqqında söyləmək olmaz. Belə ki, məhkəmə iclasında verdiyi izahatında iddiaçı, ona məxsus olan avtomobili özgəninkiləşdirərkən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi güdmədiyini, adi məişət müqaviləsi bağladığını qəti şəkildə bildirmişdir.

10. Beləliklə, məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinin tərəflərin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığı qənaətinə g əlmişdir. İşin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi baxımından mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin həlledici meyar təşkil etdiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, hazırkı mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.”

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilmə si ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti il ə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....

28. Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.” Ali Məhkəmənin mövqeyi

13. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir.

14. Kommersiya məhkəmələrinin baxmalı olduğu işlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdi r. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 11) tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

15. Mübahisənin subyektiv tərkibinə gəldikdə, iş materiallarından görünür ki, həm iddiaçı, həm də cavabdeh fərdi sahibkar kimi uçota alınmışlar.

16. Xüsusi olaraq qeyd olunmalıdır ki, Plenum Qərarının 28-ci bəndində formalaşdırılmış hüquqi mövqelərə görə (bax § 12), mübahisə tərəfinin VÖEN-nin nə aktiv olmaması, nə də mübahisənin irəli gəldiyi fəaliyyət istiqamətindən fərqli fəaliyyət növü üçün alınması həmin VÖEN sahibini fərdi sahibkar statusu olmayan şə xs kimi qiymətləndirməyə və mübahisəni subyekt tərkibinə görə ümumi məhkəməyə aid etməyə əsas verir.

17. Odur ki, qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı mübahisənin subyektiv tərkibi baxımından ona kommersiya məhkəməsində baxılması mümkündür.

18. Mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə gəldikdə isə Plenum Qərarının 11 və 12-ci bəndində (bax § 12) formalaşdırılmış hüquqi mövqelərdən aydın olur ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. İşin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməli olması nəzərə alınmalıdır.

19. İş materiallarına əsasən, iddiaçı ümumi məhkəmənin iclasında izahat verərək bildirmişdir ki, özünün və cavabdehin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər olmasına, məqsədlərinin cavabdehlə birlikdə gəlir əldə etmək olmalarına baxmayaraq, öz fəaliyyətini müvəqqəti dayandırması, yəni VÖEN-nin aktiv olmamasına görə hesab etmişdir ki, hazırkı mübahisəyə Saatlı Rayon Məhkəməsində baxılmalıdır.

20. Bundan başqa, iddiaçı işin kommersiya məhkəməsinə göndərilməsinə dair Saatlı Rayon Məhkəməsinin 2024-cü il 17 aprel tarixli 2(055)-402/2024 nömrəli qərardadından xəbərdar olmasına baxmayaraq həmin qərardaddan şi kayət vermək hüququndan istifadə etməmiş, bununla da rayon məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

21. Belə olan halda, qarışıq məhkəmə tərkibi hesab edir ki, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin müəyyən edilməsi üçün iddiaçının ilkin olaraq məhz Saatlı Rayon Məhkəməsində verdiyi izahat əsas götürüməlidir, bu mənada onun Şirvan Kommersiya Məhkəməsində başqa istiqamətdə izahat verməsi isə əhəmiyyət kəsb etmir.

22. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7 və 4031.9.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçının cavabdehə pul tələbinə dair kommersiya işi məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar