Məhkəmə qərarları › İş №2-2(102)-58/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-58/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Liz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-58/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "X" ASC-nin cavabdeh "Y" -ə qarşı iş üzrə QƏRARI Açar sözlər: lizinq müqaviləsi, borc pul, maddi ziyan tələbi 16.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı İddiaçı "X" ASC-nin vəkili Cavabdeh "Y" və onun vəkilinin iştirakı ilə, İddiaçı "X" ASC cavabdeh "Y"-ə qarşı “borc pul, maddi ziyan və dövlət rüsumu” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Şəki Apellyasiya M əhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 26 avqust tarixli 2-2(107)-ŞAM/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı "X" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "Y" (bundan sonra – “Y”) arasında bağlanmış 2016-cı il 25 fevral tarixli 01-LA/16 nömrəli lizinq müqaviləsinə (bundan sonra – “Müqavilə”) əsasən, lizinqə götürülmüş, ümumi dəyəri 107.680 manat olan kənd təsərrüfatı texnikaları (məhsuldarlığı 10.000 kq/saat olan qarışıq yem istehsal edən texnoloji avadanlıq) üçün (bundan sonra – “avadanlıq”) "Y" tərəfindən ASC-nin hesabına 10.768 manat ilkin ödəniş etmiş, qalan 96.912 manat məbləğə ödəniş qrafiki tərtib olunmuşdur.

2. Ödəniş qrafiki üzrə "Y" cəmi 11.752 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Prezide ntinin “X“ ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanına müvafiq olaraq "X" ASC-nin (bundan sonra – “ASC”) adı dəyişdirilərək “Z” ASC adlandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. ASC 2019-cu il 24 dekabr tarixində "Y"-ə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi məhkəməsinə müraciət edərək, “27.688 manat əsas, 9.912 manat cərimə, 1.430 manat maddi ziyan və 30 manat dövlət rüsumunun, cəmi 39.060 manat pul vəsaitinin Y-dən tutularaq ASC-yə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan avadanlıqların saz vəziyyətdə geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi yuxarıda §§ 1-2-də göstərilən hallarla əsaslandırılm ış və bildirilmişdir ki, "Y" ödəniş qrafiki üzrə 39.440 manat ödəməli olduğu halda, 11.752 manat ödəniş etmişdir. Müqavilə üzrə 2019-cu il 13 fevral tarixinədək 27.688 manat və Müqavilənin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 9.912 manat borcu qalmışdır. Borcluya öhdəliyin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənişlər yerinə yetirilməmişdir. 5. "Y" məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, lizinq obyekti olan avadanlıq Şəki rayonu ərazisində əvvəlki lizinq götürənə məxsus təsərrüfatda quraşdırılmışdır. ASC tərəfindən Avadanlığın ona təhvil veriləcəyi bildirildiyindən təhvil-təslim aktına imza etmişdir. Buna baxmayaraq avadanlıq hazıradək ona təhvil verilməmişdir. O, əvvəlki lizinq götürən şəxsi tanıdığından Avadanlığı lizinqə götürmüş və həmin Avadanlığa görə 24.000 manat ödəniş etmişdir. Nə Avadanlığın yerləşdiyi binanın dəyərinin ödənilməsi ilə bağlı bina sahibi ilə razılığa gələ bildiyindən, nə də bina sökülmədən Avadanlığın oradan çıxarılması mümkün olduğundan avadanlıqdan istifadə edə bilməmiş və nəticədə ASC-yə ödənişləri dayandırmışdır. Bu səbəbdən ASC-dən Avadanlığın əvvəlki lizinqgötürəndən alınaraq ona təhvil verilməsi və ya avadanlıqdan imtina edərək ödədiyi məbləğin ona geri qaytarılmasını, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.

6. Şəki Kommersiya Məhkəməsinin 2020-ci il 12 iyun tarixli e-2-2(117)-ŞAM/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "Y"-dən 27.688 manat əsas borc, 300 manat cərimə borcu və 21,51 manat dövlət rüsumunun tutularaq ASC-yə ödənilməsi, Müqavilənin ləğv edilməsi, Ava danlığın saz vəziyyətdə "Y"-dən alınaraq ASC-yə qaytarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmiş, ödənilmiş 8,49 manat dövlət rüsumu ASC-yə aid edilmişdir (hakim – R.M).

7. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ASC Müqavilə üzrə razılaşdırılmış qaydada Avadanlığı "Y"-ə lizinqə vermiş, lizinq alan həmin məbləği ödəniş qrafiki əsasında ödəməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq "Y" Müqavilə üzrə cəmi 10.768 manat ilkin ödəniş etmiş, sonra müxtəlif vaxtlarda 11.752 manat ödəmiş və ASC-yə 27.688 manat borcu yaranmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, tərəflərin razılaşmasında qanuvericiliyin tələbindən kənar hər hansı razılaşma baş tutmamış və lizinq predmeti ASC-nin müstəsna mülkiyyətindədir. Müqavilə ləğv olunduğundan ASC haqlı olaraq əmlakını başqasının sahibliyind ən geri tələb edir.

9. Məhkəmə hesab etmişdir ki, "Y" istifadə haqqını ödəməsə də ASC vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksəkdir. Həmçinin 1.430 manat maddi zərər vurulması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir.

10. Məhkəmə "Y"-in Avadanlığın ona təhvil verilməməsi ilə bağlı dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, avadanlıq 2016-ci il 27 fevral tarixli akta əsasən "Y"-ə təhvil verilmiş və o, ilkin ödəməli olduğu 10.768 manat pulu və müxtəlif vaxtlarda ödəniş qrafikinə uyğun 11.752 manat ödəmişdir ki, lizinq predmeti ona faktiki təhvil verilməmiş olsaydı sonuncu ödənişlər olunmazdı. Eyni zamanda, Avadanlığın harada quraşdırılması da mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. Belə ki, lizinq predmeti lizinq götürənin istəyi əsasında istənilən ərazidə quraşdırıla bilər və Müqavilədə buna dair əks göstəriş mövcud deyildir. "Y" etdiyi ödənişlər onun etiraz dəlillərini istisna edir. Əksini sübut edəcək "Y"-in ASC-yə ünvanlanmış rəsmi etirazı və sair buna bənzər müraciətləri məhkəməyə təqdim olunmamışdır.

11. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 427.3, 442, 462.1, 462.3, 467, 747.1, 748-1.12, 748-2.1, 748-2.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 12. "Y" 2020-ci il 10 iyul tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissədə ləğv edilm əsini və iddia tələbinin həmin hissədə də rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Şəki Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 26 avqust tarixli 22(107)-ŞAM/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 2020-ci il 12 iyun tarixli, e-2-2(117)-ŞKM/2020 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.E, hakimlər – R.Ə və İ.Ş).

14. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarından başqa MPM-nin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 384.0.1, 385.2-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Pl enumunun (bundan sonra – “AMP”) “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 04 nömrəli qərarının 17ci bəndinə istinad etməklə əsaslandırmış, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmışdır (bax yuxarıda §§ 7-11).

15. Qətnamə tərəflərə 2020-ci il 10 sentyabr tarixində göndərilmişdir. 16. "Y" həmin qətnamədən 2020-ci il 12 noyabr tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayəti "Y" birinci instansiysa məhkəməsində izahat verərkən gətirdiyi dəlillərlə (bax yuxarıda § 5) əsaslandırılmış və qeyd edilmişdir ki, "Y" iddiaya etirazının əsası kimi istinad etd iyi xüsusatlar məhkəmə iclasında ASC-nin nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinin məzmunundan görünür ki, ASC-nin nümayəndəsi məhkəmədə verdiyi izahatında göstərmişdir ki, “lizinq obyekti olan avadanlıq hazırda əvvəlki lizinq götürənin təsərrüfatındadır”. Həmçinin ASC hazırda lizinq obyektinin "Y"-ə təhvil verilməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. ASC faktiki təhvil verilməyən Avadanlığa görə lizinq ödənişləri tələb edir. ASC hazıradək Müqavilənin və maddi hüquq normalarının tələblərindən irəli gələn öhdəliyini yerinə yetirməmiş, Avadanlğı "Y"-ə təhvil verməmiş, bununla da "Y" tərəfindən ödənilmiş 22.520 manat həcmində sonuncuya zərər vurmuşdur. Hazırda "Y" tərəfindən ASC-yə və Ə.İ-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə iddia ərisəzi ilə müraciət edilərək ASC ilə bağladığı 2016-cı il 25 fevral tarixli 01-LA/16 saylı müqavilə üzrə öhdəliyinin icra edilməsi, “Məhsuldarlığı saatda 10 ton olan qarışıq yem istehsal edən texnoloji avadanlığı”ın Ə.İ-nin sahibliyindən alınaraq əməli istifadəsinə və sahibliyinə təhvil verilməsi, tərəfindən ödənilmiş 11.752 manat məbləğində vəsaitin lizinq obyektinin faktiki olaraq təhvil verilməsi anından sonrakı dövrə hesablanacaq lizinq ödənişlərinə aid edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sözügedən iddia tələbi Bakı Kommersiya Məhkəməsi tərəfindən icraata götürülmüş və işə mahiyyəti üzrə baxılmağa təyin edilmişdir.

18. Kassasiya şikayəti MM-in 747.1, 747.2, 748-1, 748-1.2, MPM-nin 386, 417.1, 417.1.4, 418.1, 418.2, 418.3-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “İHAM”) “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli qərarına, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarına, AMP-nin “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 saylı qərarının 2.4-cü bəndinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – “KMP”) “Müşfiq Bayramovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki kollegiyasının 2009-cu il 12 fevral tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 9 iyun tarixli qərarına istinad etməklə əsaslandırılmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarını n izahatları

20. Məhkəmə iclasında iştirak edən "Y"-in vəkili kassasiya şikayətini müdafiə etdiyini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsassız olduğunu, işə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığını bildirdi. Ona görə də kassasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və yeni qərar qəbul edilərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

21. Məhkəmə iclasında iştirak edən "Y" vəkilinin dedikləri ilə razı olduğunu bildirdi.

22. Məhkəmə iclasında iştirak edən ASC-nin vəkili kassasiya şikayətini qəbul etmədiyini, şikayətin tam əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kas sasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. İş üzrə "Y" apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə a lınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

26. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verir sə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vu rulduğunu sübuta yetirməyə borclu deyildir.... 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq a lan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.... 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak key fiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə....” “Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir.... 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.” “Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq mü qaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir....”

27. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.... 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.” “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə i clasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir....” Maddə

384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;...” “Maddə

385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasları... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan v ə mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları... 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin....”

28. AMP-nin “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar göstərilir: “2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun....

17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.”

29. KMP-nin “N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2011-ci il 25 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 28 dekabr tarixli qərarında qeyd edilir: “Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 13 iyun tarixli Qərarı)”

30. AİHM-in “Van de Huk Niderlanda qarşı iş üzrə” 1994-cü il 19 aprel tari xli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

31. AİHM-in “Kraska İsveçrəyə qarşı iş üzrə” 1993-cü il 19 aprel tarixli qərarında məhkəmə araşdırmasının ədalətli aparılıb-aparılmamasının müəyyənləşdirilməsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öhdəlik yaradır ki, o, öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tə rəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırsın (§ 30).

32. AİHM-in Hiro Balani İspaniyaya qarşı iş üzrə 1994-cü il 9 dekabr tarixli və Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 2007-ci il 21 yanvar tarixli Qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

33. İşin materialları nı, kassasiya şikayətlərinin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 26 avqust tarixli 2-2(107)ŞAM/2020 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

34. Məhkəmə kollegiyası kassatorun dəlili (bax yuxarıda § 17) ilə razılaşaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsassızdır.

35. Birinci instansiya məhkəməsinin qətnaməsinin təsviri hissəsində ASC-nin nümayəndəsinin məhkəmə iclasında lizinq obyekti olan Avadanlığın hazırda əvvəlki lizinq götürənin təsərrüfatında olması qeyd edilmişdir.

36. Bu o anlama gəlir ki, ASC "Y"-in öz mövqeyini əsaslandırmaq üçün is tinad etdiyi halı faktiki olaraq etiraf etmişdir.

37. Bu məsələ ilə bağlı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə tamamilə razılaşaraq, lizinq predmetinin 2016-ci il 27 fevral tarixli akta əsasən "Y"-ə verilməsinin müəyyən edilməsini və onun ilkin olaraq 10.768 manat, sonradan müxtəlif vaxtlarda ödəniş qrafikinə uyğun 11.752 manat ödəməsini nəzərə alaraq, eyni zamanda, lizinq predmetinin lizinq götürənin istəyi əsasında istənilən ərazidə quraşdırıla bilməsi və buna dair tərəflər arasında bağlanmış müqavilədə əks göstərişin mövcud olmaması qənaətinə gələrək lizinq predmetinin "Y"ə təhvil verilməməsi ilə bağlı dəlilləri əsassız hesab etmişdir.

38. Məhkəmə kollegiyası bununla bağlı bildirməyi zəruri hesab edir ki, əvvəla, Avadanlığın 2016-ci il 27 fevral tarixli akta əsasən "Y" faktiki təhvil verilməsi işin materialları ilə nəinki təsdiq olunmur, əksinə, ASC-nin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatla bilavasitə təkzib olunur. Belə ki, yuxarıda qeyd olunduğu kimi, ASC-nin nümayəndəsi məhkəmə iclasında Avadanlığın hazırda əvvəlki lizinq götürənin təsərrüfatında olmasını söyləmişdir. Məhkəmə isə faktı araşdırmamış, məhkəmə iclasının protokolundan göründüyü kimi, "Y"-in nümayəndəsi və vəkilinin ASC-nin nümayəndəsinin şahid kimi dindirilməsinə dair şifahi vəsatətini rədd etmişdir.

39. Məhkəmənin lizinq predmetinin lizinq götürənin istəyi əsasında istənilən ərazidə quraşdırıla bilməsi və buna dair tərəflər arasında bağlanmış müqavilədə əks göstərişin mövcud olmamasına dair qənaəti də əsaslı hesab oluna bilməz. Belə ki, "Y" lizinq oby ektinin əvvəlki lizinq götürənin təsərrüfatında quraşdırılmasına və ya saxlanılmasına razılıq verməsi işin materialları ilə təsdiq olunmur.

40. Digər tərəfdən, əvvəlki lizinq götürənin hazırda öz təsərrüfatında qalmış mübahisə predmeti olan avadanlıqdan şəxsi məqsədləri üçün istifadəyə davam etməsi istisna deyildir. Belə vəziyyətdə "Y" yeni lizinq götürən kimi, eyni avadanlıqdan öz məqsədləri üçün istifadə etməsi praktiki olaraq mümkün deyildir.

41. Halbuki MM-in 748-10.1-ci maddəsində (bax yuxarıda § 26) müəyyən edilmişdir ki, lizinq ödənişləri lizinq alan tərəfindən lizinq obyektindən istifadəyə görə lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

42. Bununla əlaqədar ötən müddət ərzində avadanlıqdan faktiki istifadə imkanına malik olmayan "Y" lizinq ödənişlərinin tələb edilməsi tamamilə ədalətsiz və əsassızdır.

43. Bundan başqa, MM-in 747.1 və 748-1.1-ci maddələrinin (bax yuxarıda § 26) tələblərinə görə, lizinq verən lizinq predmetini həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) lizinq müqaviləsi ilə şərtləşdirilmiş haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə (təqdim etməyə) borcludur.

44. Deməli, lizinq obyekti hazıradək əvvəlki lizinq götürənin təsərrüfatında qalmaqda davam edirsə, ASC müqavilə üzrə "Y" qarşısında öz öhdəliklərini yerinə yetirməmiş, ona görə də faktiki istifadə olunmayan avadanlığa görə "Y" lizinq ödənişlərinin həyata keçirilməsini tələb etmək hüququna malik deyildir.

45. Beləliklə, məhkəmə prosessual tələbləri pozaraq iş üzrə tam, hərtəfəli, obyektiv araşdırma aparmamış, toplanmış sübutlara düzgün qiymət v erməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, iş üzrə düzgün nəticəyə gəlməmişdir.

46. MPM-nin 418.3-cü maddəsinə (bax yuxarıda § 27) uyğun olaraq, mübahisənin düzgün həllinə təsir edən və ya edə bilən kobud prosessual pozuntular apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır.

47. AMP-nin mövqeyinə görə, qətnamədə iş üçün əhəmiyyətli olan, işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmədikdə, məhkəmənin qəti nəticəsi şərh edilmədikdə, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmadıqda, qətnamə əsaslı hesab edilə bilməz; kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər (bax yuxarıda § 28).

48. KMP-nin bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunun aliliyinin əsas elementlərindən biri kimi, hüquqi müəyyənlik prinsipi ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmə qərarlarında həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalı, işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (bax yuxarıda § 29).

49. İHAM-ın da mövqeyi ondan ibarətdir ki, məhkəmənin vəzifəsi öz qərarına aid olubolmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, mülahizələri, dəlill əri və sübutları hərtərəfli araşdırmaqdır. Məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir, ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (bax yuxarıda §§ 30-32).

50. Bu tələblərdən irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, məhkəmənin həmin halları əsaslandırdığı sübutlar, bu və ya digər sübutları, işdə iştirak edən şəxslərin istinad etdiyi hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətn amə çıxararkən rəhbər tutduğu hüquq normaları göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir.

51. Qətnamə mövcud situasiyaya hüquqi qiymət verməklə bərabər ədalətin bərpa edilməsinə yönəlməlidir. Ədalətli məhkəmə araşdırması hüququ əsas insan hüquq və azadlıqları arasında olmaqla bərabər, digər hüquqların qarantı rolunda çıxış edir. Ədalətli məhkəmə araşdırması hüququ işin məhkəmədə baxılması və qərar əldə edilməsi hüququnu deyil, məhz işin ədalətli baxılması və ədalətli məhkəmə qərarlarının əldə edilməsi hüququnu ehtiva edir. Əks halda, bu hüququn xəyali və nəzəri hala gəlməsi, digər h üquqları da qeyri-praktiki və illuziya halına gətirər.

52. Qeyd olunanlara əsasən, hazırkı iş üzrə qətnamə qanuni və əsaslı olmadığından, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından MPM-nin 217.1 və 217.3-cü maddələrinin (bax yuxarıda § 27) tələblərinə uyğun deyildir.

53. Belə vəziyyətdə qətnamənin qüvvədə saxlanılması mümkün deyildir. Təkrar apellyasiya baxışı zamanı qeyd olunan pozuntular aradan qaldırılmalı, tərəflərin bütün dəlillərinə qiymət verilməli, iş üzrə düzgün araşdırma aparılmalıdır.

54. Apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, toplanmış sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq pozuntularına yol vermiş, iş üzrə ədalətli və ə saslandırılmış qətnamə qəbul etməmişdir.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyas QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin olunsun. Şəki Apellyasiya məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 26 avqust tarixli 22(107)-ŞAM/2020 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar