Məhkəmə qərarları › İş №2-2(102)-581/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-581/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-581/2024 20.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə QƏRAR 2-2(102)-581/2024 Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızından və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 11 iyun tarixli, 22(103)-579/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Al i Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC (əvvəlki adı - “X1” MMC) arasında bağlanmış 2022-ci il 1 may tarixli, BAND001/22 nömrəli təchizat müqaviləsinin: - 1.1-ci bəndinə görə, bu müqaviləyə əsasən təchizatçı alıcı tərəfindən sifariş əsasında sifariş edilən malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. - 3.1-ci bəndinə görə, alıcı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən xüsusi şərtlərə (kommersiya şərtlərinə) uyğun olaraq malın təchizatı müqabilində ödəniş edəcək. - 3.2-ci bəndinə görə, bütün ödənişlər hesab-faktura əsasında alıcı tərəfindən təchizatçının hesabına bank köçürmə yolu ilə manatla həyata keçi lir. - 3.3-cü bəndinə görə, hesab-fakturada göstərilən ödəniş günləri təqvim günüdür. - 3.4-cü bəndinə görə, ödəniş elektron qaiməyə əsasən yerinə yetirilir. - 3.5-ci bəndinə görə, elektron qaimədə müqavilənin nömrəsi və mal sifarişinin nömrəsi göstərilməlidir. Əgər hesab faktura periodik olaraq göndərilibsə o zaman üzləşmə üçün müvafiq açıqlama məlumatlarında (e-mail vasitəsilə və elektron daşıyıcı ilə) qeyd edilməlidir, əks halda bununla bağlı ödənişlərdə baş verə biləcək gecikmələrə görə alıcı məsuliyyət daşımayacaq. - 3.6-cı bəndinə görə, hesab-fakturada mal sifarişinin nömrəsi, malın dəqiq təsviri, miqdarı, qiyməti və ştrix kodu, alıcının dəqiq adı və s. məlumatlar göstərilməlidir. Malın qiyməti ƏDV xaric olmaqla göstərilməlidir. - 3.7-ci bəndinə görə, mal sifarişi qiymətlər və qəbule tmə ilə bağlı aşağıdakı müddəaları əhatə etməlidir: hesab-fakturada qeyd olunan qiymətlərlə mal sifarişlərində qeyd olunan qiymətlər arasında hər hansı uyğunsuzluq olarsa, fərq alıcının mənafeyinə uyğun şəkildə (sifarişdə göstərilən qiymətlər əsas götürülməklə) həll ediləcəkdir. Mübahisə yarandığı halda mal alıcı tərəfindən qəbul edilməyəcəkdir; çatdırılmış malın miqdarı mal sifarişində razılaşdırılmış miqdardan az olduğu təqdirdə, dövriyyə və bütün endirimlər mal sifarişində göstərilən miqdar əsasında hesablanacaqdır. - 3.8-ci bəndinə görə, təchizatçı müqavilə ilə bağlı alıcı tərəfindən kəsilmiş istənilən hesab-fakturanı belə hesab-fakturanın təqdim edildiyi gündən etibarən 14 təqvim günü ərzində ödəməyi öhdəsinə götürür. Hesab-fakturanın təqdim edildiyi gündən etibarən 10-cu gün alıcı tə rəfindən mail (elektron poçt) vasitəsilə təchizatçıya xatırlatma göndərilir. Bundan sonra qeyd olunan müddətdə ödəniş olunmazsa alıcı tərəfindən təchizatçıya ödəniləcək məbləğ də həmin müddətə qədər gecikdirilir. 2. 2022-ci il 26 may tarixindən 2022-ci il 28 sentyabr tarixinədək İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə müqaviləyə əsasən cəmi dəyəri 17.455,31 manat (14.792,97 manat əsas, 2.662,34 manat ƏDV) olan 87 ədəd elektron qaimə təqdim edilmişdir.

3. İddiaçı MMC tərəfindən 99 ədəd malların təhvil-qəbul aktı təqdim olunmuş və həmin aktlar Cavabdeh MMC-yə məxsus “qəbul olundu” yazıları olan ştampla təsdiq edilmişdir.

4. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 2022-ci il 30 avqust tarixində müqavilə üzrə 2.586,43 manat və 465,56 manat vəsaitlər köçürülmüşdür. 5. 2022-ci il 16 noya br tarixində imzalanmış üzləşmə aktı ilə Cavabdeh MMC İddiaçı MMC-yə 12.698,24 manat borcu olduğunu təsdiq etmiş, həmin akt Cavabdeh MMC-yə məxsus (əvvəlki adına uyğun) “X1 Etibarlıdır” yazıları olan möhürlə təsdiq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12.698,24 manat ödənilməmiş borc, 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 12.898,24 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının müqavilə üzrə öz öhdəliklərini tam şəkildə yerinə yetirməsinə baxmayaraq, cavabdeh öz öhdəliklərinin icrasından boyun qaçırmış, həmçinin bu öhdəliklərin yerinə yetirilməsi üçün i ddiaçı tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymamışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 14.792,97 manat məbləğində müxtəlif ad və çeşiddə mal göndərilmişdir. Cavabdehin müqavilə üzrə iddiaçıya 12.698,24 manat ödənilməmiş borcu qalmışdır.

8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 5 mart tarixli, e-2-2(113)-793/2024 nömrəli qətnaməsi ilə (hakim – Z.Axundova) iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh tərəfindən öhdəliklər lazımınca icra olunmamış, ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

10. İddi açı tərəfindən cavabdehə müqavilə üzrə mallar göndərilmiş, lakin onların dəyərinin yalnız az bir hissəsi ödənilmiş, bir hissəsi də qaytarılmış, qalan borcla bağlı tərəflər arasında üzləşmə aktı tərtib edilmişdir. Üzləşmə aktından 2022-ci il 15 noyabr tarixinə qalıq borcun 12.698,24 manat təşkil etdiyi görünür. Üzləşmə aktı ilə yanaşı, sübut qismində iddiaçı tərəfindən məhkəməyə təqdim olunan müqavilə, malların təhvil-qəbul aktları, yol nəqliyyat qaimələri, giriş və çıxış qaimələri də iddia tələbinin əsaslı olmasını göstərmişdir. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdə n tələb etmək hüququna malik olmasını nəzərə alaraq, iddia təmin edilməsi qənaətinə gəlmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 427.3, 442, 448.1, 567 və 600.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

12. Cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 11 iyun tarixli, 2-2(103)-579/2024 nömrəli qətnaməsi ilə (hakim R.Qurbanovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Ba xışovadan və Z.Şirinovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 5 mart tarixli, e-22(113)-793/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya məhkəməsi işin hallarına istinad etmiş və qeyd etmişdir ki, cavabdeh hesabdan çıxarışlarda göstərilən ödənişlərdən əlavə ödəniş edilməsi ilə bağlı sübutları təqdim etməmişdir. İddiaçı tərəfindən 14.792,97 manat dəyərində mallar cavabdehə verilmiş, cavabdehin həmin malların dəyərindən 12.698,24 manat ödənilməmiş borcu qalmışdır. Bu baxımdan, kollegiya iddiaçının MM-in 598.3-cü maddəsinə əsasən ödənilməyən 12.698,24 manat pulun tutulmasını tələb etməkdə haqlı olması qənaətinə gəlmişdir.

15. Cavabdehin dəlillərinə qiymət verən apellyasiya məhkəməsi onları özüözl üyündə ziddiyyətli olmaqla əsassız hesab etmişdir. Belə ki, cavabdehin “müqavilənin səlahiyyətsiz şəxs tərəfindən imzalanmasına” dair dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, müqavilə cavabdehin möhürü ilə təsdiq olunmuş və cavabdeh həmin möhürü mübahisələndirməmişdir. Cavabdehin “elektron qaimələr ilə təhvil-təslim aktlarının tarixlərində və rəqəmlərdə ziddiyyətlərin olmasına” ilə bağlı dəlilinə gəldikdə kollegiya qeyd etmişdir ki, cavabdeh elektron qaimələr ilə təhvil-təslim aktları arasında ziddiyyətlərin olmasını bildirsə də, iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən olunmuş 5 gün müddətində imtina etməmiş, əksinə elektron qaimələrə əsasən qismən ödəniş etmişdir.

16. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 567 və 598.3-cü, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq olunmuş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları”nın 3.9-cu bəndinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmişdir: 18.1. Mülki Məcəllənin 329.1, 331.1 və 337-ci maddələri, Azərbaycan Res publikası Nazirlər Kabinetinin 2017-ciil 14 mart tarixli Qərarı ilə təsdiq olunmuş “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi qaydaları”nın 2.2.4-cü bəndi üzrə - məhkəmə apellyasiya şikayətində qeyd olunan halları yəni müqavilənin kim tərəfindən imzalanmasını və iddiaçı ilə cavabdehin hansı əsasla “alış-veriş” etməsini araşdırmadan qərar qəbul etmişdir. Müqavilədən də görünür ki, müqavilə Qanuni nümayəndə tərəfindən imzalanmamışdır. Məhkəmə müqaviləyə möhürün vurulmasını müqavilənin bağlanmış olması kimi qiymətləndirməli deyildi. Digər tərəfdən, iddiaçı tərəfindən təqdim edilən elektron qaimələr sübut kimi qəbul oluna bilməz. Belə ki, həmin qaimələrin təhvil-təslim aktları olmalıdır. Satılmış malın təhvil-təslimi barədə aktların da təqdim edilməməsi iddianın əsassız olduğuna də lalət edir. Cavabdeh elektron qaimələrin alt sənədlərinin əsillərinin və malların satışına dair aktların təqdim olunmasını xahiş etmişdir. Təqdim olunan elektron qaimə ilə təhvil-təslim aktı ziddiyyətlidir. Çünki aktda olan tarix və məbləğ iddia ilə eynidir. Halbuki, elektron qaimələr tam fərqli tarix və rəqəmlərlə verilmişdir. Təqdim edilən akt sonradan düzəldilmiş və cavabdeh tərəfindən təsdiqlənməmiş saxta sənəddir. Bu səbəbdən həmin sənəd və müqavilə araşdırılmalıdır. Qeyd olunan xüsusatların heç biri araşdırılmamışdır. 18.2. Mülki Prosessual Məcəllənin 1.3, 88, 97-ci maddələri üzrə - məhkəməyə xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət təqdim olunmasına və apellyasiya şikayətində qeyd edilməsinə baxmayaraq, müqavilədəki imza yoxlanılmamış, həmçinin elektron qaimələr ara şdırılmamışdır. Təhvil-təslim sənədləri və digər sənədlər tələb olunsa da, heç biri məhkəməyə təqdim edilməmiş və məhkəmə tərəfindən apellyasiya şikayəti natamam araşdırılmışdır.

19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

20. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

22. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış e dərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqav iləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halları n və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən ed ilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və maddi hüquq normalarını düzgün tətbiq edərək əsaslı olaraq hesab etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə ü zrə öhdəliyini tam icra etmədiyi üçün iddiaçıya qətnamə ilə müəyyən olunan məbləğdə pul ödəməlidir.

27. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlillərini təkrarlayır. Həmin dəlillərə isə apellyasiya məhkəməsi tərəfindən müfəssəl hüquqi qiymət verildiyindən (bənd 14-16), məhkəmə kollegiyası yenidən əsaslandırma aparılmasını prosessual qənaət prinsipinə əsasən zəruri bilmir.

28. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 11 iyun tarixli, 2-2(103)-579/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar