Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-585/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: dəymiş maddi zərər, qazdan istifadə qaydaları, barışıq sazişi, müvəqqəti təminat tədbiri; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Elşad Şamayev və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, Cavabdeh nümayəndəsi və vəkili İlkin Behbudovun iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 sentyabr tarixli, 2-2(103)-978/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclası nda baxılmışdır. I. İŞİN HALLARİ 1. "Azəriqaz” İstehsalat Birliyi (bundan sonra – cavabdeh) ilə "istehlakçı” İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış "Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” barədə 2017-ci il 2 oktyabr tarixli, AKX 2947-10-17 nömrəli müqaviləyə əsasən iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində, Təzə sahə ünvanında yerləşən istilikxana kompleksi maye qazla təchiz edilmiş və həmin ünvana **********00000 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır.
2. İddiaçının adına olan **********00000 saylı abonent kodu üzrə tərtib edilmiş abonentin saldosundan görünür ki, abonentin 2020-ci ilin dekabr ayının sonuna olan borcu 260.838,80 manat təşkil etmişdir. İddiaçı 2020-ci ilin oktyabr ayı ər zində 27.518,80 manat məbləğində qaz sərf etmiş, ödəniş etməmiş, noyabr ayı ərzində 84.444 manat məbləğində qaz sərf etmiş, 50.000 manat ödəniş etmiş, dekabr ayı ərzində 45.688 manat məbləğində qaz sərf etmiş, 60.194,8 manat ödəniş etmişdir. 3 228 nömrəli hesab fakturaya əsasən, iddiaçının 2020-ci il 31 oktyabr tarixinə borcu 240.899,60 manat təşkil etmişdir. 4. 150 nömrəli hesab-fakturaya əsasən, iddiaçının təbii qazdan istifadəya görə noyabr ayına olan borcu 84.446 manat, ümumilikdə 2020-ci il 30 noyabr tarixə borcu 275.345 manat təşkil etmişdir.
5. Cavabdeh tərəfindən 2020-ci il 16 dekabr tarixdə EBAT seriyalı, 970091 saylı elektron qaimə tərtib edilərək iddiaçıdan 84.446 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. 6. 238 nömrəli hesab fakturaya əsasən, iddiaçının 2020- ci il 31 dekabr tarixinə borcu 260.838,80 manat təşkil etmişdir. 7. 2020-ci il 2 dekabr tarixli, 1020PXO203370399 nömrəli ödəniş tapşırığından görünür iddiaçı tərəfindən cavabdehin AZ17AİİB******************** nömrəli hesabına 23.321,02 manat məbləğində ödəniş edilmişdir. 8. 2020-ci il 2 dekabr tarixli, 102FTRQ203370857 nömrəli ödəniş tapşırığından görünür iddiaçı tərəfindən cavabdehin AZ48CTRE******************** nömrəli hesabına 4197,78 manat məbləğində ödəniş edilmişdir. 9. 2020-ci il 22 dekabr tarixli, 96 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin AZ17AİİB******************** nömrəli hesabına 2000 manat məbləğində ödəniş edilmişdir. 10. 2020-ci il 22 dekabr tarixli, 102OPXO203570476 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin AZ48C TRE******************** nömrəli hesabına 4984,47 manat məbləğində ödəniş edilmişdir. 11. 2020-ci il 22 dekabr tarixli, 102FTRQ203570870 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin AZ17AİİB********** ********** nömrəli hesabına 25691,53 manat məbləğində ödəniş edilmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 24 sentyabr tarixli, 2-2(113)1127/2020 saylı qərardadı ilə iddiaçının ərizəsi qismən təmin edilmiş, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Təzə sahə ünvanında yerləşən istixanaya (abonent kodu **********00000) 213.380,80 manat borcun ödənilməməsinə görə qaz təchizatının dayandırılması cavabdehə qadağan olunmuşdur.
13. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2021-ci il 6 yanvar tarixli məktubda qeyd olunmuşdur ki, Bakı Regional Qazın Satışı Departamenti ilə məhkəmə mübahisəsinin məhkəmədən kənar qaydada və qaşırlıqlı razılıq əsasında həll edilməsi məqsədilə 2020-ci il 18 noyabr tarixdə Barışıq sazişi imzalanmışdır. Sazişin şərtlərinə əsasən, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1127/2020 saylı iş üzrə iddia tələbindən tam olaraq imtina edir, eyni zamanda qarşılıqlı idda tələbini qəbul edərək Xəzər rayonu Zirə qəsəbəsində yerləşən istixanada təbii qazdan istifadəyə görə yaranmış 213.380,80 manat məbləğində borcunu etiraf edir. Həmin borcun 50.000 manat hissəsini saziş imzalanadək qalan 163.380,80 manat hissəsini isə 5 ay müddətində hər ayın 20-dək ayda 32.676,16 manat olmaqla ödəməyi öhdəsinə götürür. Sözügedən sazişin 3-cü bəndinin tələbi (cavabd eh sazişin şərtlərinə və qazın alğı-satqısı haqqında müqavilənin tələbinə uyğun üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam icra etmədikdə istixanaya qazın verilməsinin dayandırılmasını qəbul edir) pozulmuş, 32.676,16 manat ödəniş 2020-ci il 20 dekabr tarixədək ödənilməmişdir. Bununla əlaqədar istixananın təbii qaz təchizatı dayandırılmışdır.
14. Azərbaycan Respublikası Müstəqil Ekspertizası Mərkəzinin 2021-ci il 19 fevral tarixli, 78 saylı ekspert rəyində qeyd olunur ki, hazırki ekspertiza tədqiqatı ilə istixanalarda pomidor məhsulu yetişdirilməsinin mövcud aqrotexniki qaydalarına, eləcə də internet saytlarında qeyd edilən məlumatlara müvafiq aparılmış şərti və nəzəri hesablama yolu ilə 2020-ci il 25 dekabr tarixdə qaz nəqlinin dayandırlması nəticəsində Abşeron rayonu, Zirə tərəvəzçilik və südçlük sovxozu ərazisində yerləşən istixana kompleksinin 1,2, 3 və 4 nömrəli cəmi 71.793,6 kv.m faydalı sahələrində "Coco Peat” sistemi ilə əkilmiş 195.000 ədəd pomidor şitilindən alınması ehtimal edilən 309.195,85 kq məhsulun itirilməsindən, yəni əldən çıxmış faydadan dəymiş ziyanın məbləği təxminən 508.439,66 manat müəyyən edilir.
15. İddiaçı tərəfindən 2021-ci il 29 mart tarixdə, 1664 saylı pretenziya qaydasında xəbərdarlıqla cavabdehə müraciət edilərək dəymiş zərərin ödənilməsi xahiş olunmuş, zərər ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı cavabdehə qarşı 2021-ci il 21 aprel tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 508.439,66 manat maddi ziyanın, dövlət rüsumu kimi ödənilmiş 30,40 manat, vəkilə ödənilmiş 2085 manat xidmət haqqı, mənəvi ziyan kimi 10.000 manat və ekspertiza xərci üçün 5000 manat olmaqla ümumilikdə 525.555,06 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən artıq hesablanmış borcun silinməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 24 sentyabr tarixli e-2-2(113)-1127/2020 saylı qərardadı ilə iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən istilikxanaya 213.380,80 manat borcun ödənilməməsinə görə qaz təchizatnın dayandırılması cavabdehə qadağan edilmişdir. Cavabdeh həmi n qərardaddan şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 noyabr tarixli 2-2(103)-626/2020 saylı qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qeyd edilən məhkəmə çəkişməsi zamanı iddiaçı ilə cavabdehin Bakı Regional Qazın Satışı Departamenti arasında 2020-ci il 18 noyabr tarixdə barışıq sazişi imzalansa da, həmin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməmiş və iş üzrə icraat başa çatmamışdır. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmədiyi və iş üzrə icraata xitam verilmədiyi üçün hüquqi əhəmiyyət kəsb etməmişdir. Lakin, cavabdehin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən istilikxanaya təbii qazın verilməsi 2020-ci il 22 dekabr tarixdə səhər s aatlarında heç bir xəbərdarlıq edilmədən və hər hansı akt tərtib edilmədən dayandırılmışdır. İstilikxanaya təbii qazın verilməsi həmin gün 32.676,16 manat vəsaitin ödənilməsindən sonra bərpa edilmişdir. Halbuki, iş üzrə məhkəmə mübahisəsi davam etdiyi müddətdə istilikxanaya qazın verilməsinin dayandırılması məhkəmə qərardadı ilə cavabdehə qadağan edilmişdir. Daha sonra, 2020-ci ilin noyabr ayı üzrə 84.446 manat (səksən dörd min dörd yüz qırx altı manat) məbləğində qazdan istifadəyə görə cavabdeh tərəfindən 2020-ci il 16 dekabr tarixdə EBAT seriyalı 970091 nömrəli elektron qaimə təqdim edilmiş, 2020-ci il 25 dekabr tarixdə isə isilikxanaya qazın verilməsi heç bir xəbərdarlıq edilmədən və qazın verilməsinin dayandırılması ilə bağlı hər hansı akt tərtib edilmədən əsassız və qanunsuz olaraq da yandırılmışdır. İddiaçı 2020-ci il 25 dekabr tarixdə istilikxanaya qazın verilməsi dayandırıldığı üçün cavabdehə və onun Bakı Regional Qazın Satışı Departamentinə dəfələrlə zəng edilərək qazın verilməsinin dayandırılmasının səbəbini öyrənməyə çalışsa da, bir nəticə əldə edə bilmədiyindən 2020-ci il 28 dekabr tarixdə cavabdehə və onun Bakı Regional Qazın Satışı Departamentinə rəsmi ərizə ilə müraciət edərək istilikxanaya qazın verilməsinin dərhal bərpa edilməsini tələb etmiş, həmçinin qazın verilməsinin bərpa edilməyəcəyi təqdirdə dəyəcək zərərin əvəzinin tutulması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyini bildirmişdir. İddiaçı hesab etmişdir ki, məhkəmə qərardadı ilə iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək mübahisəli məbləğin iddiaçıdan tələb edilməsi və həmin b orca görə təbii qazın verilməsinin dayandırılması ümumiyyətlə cavabdehə qadağan edilmişdir. Tərəflər arasında bağlanmış maye qazın alğı-satqısına dair müqavilənin tələblərinə görə hesab-faktura istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən 1 (bir) ay sonra bank və ya poçt şöbələri tərəfindən qazın dəyəri tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları”na (bundan sonra – Qaydalar) əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində tam ödənilməlidir. Həmin qaydalarda paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıy a təqdim edildikdən sonra bir ay müddətinə tam ödənilmədiyi halda, qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməli olması qaz paylayıcısının vəzifəsi kimi qeyd edilmişdir. Həmçinin, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən sonra 1 (bir) ay müddətində tam ödənilmədikdə, qazın verilməsinin dayandırıla biləcəyi qeyd edilmiş, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Belə olan halda, istilikxana kompleksinə qazın verilməsinin 2021-ci il 11 yanvar tarixdən əvvəl dayandırılması qanunvericiliyin tələblərinə zidd olmuşdur. Qazın verilməsinin özbaşına qanunsuz və əsassız dayandırılması isə istilikxananın fəaliyyətini dayandırmasına səbəb olmuşdur. Belə ki, fəaliyyət göstərdiyi ərazidə yerləşən 1 saylı istilikxanadan 15 yanvara qədər 31.000 kq, 2 nömrəli istilikxanadan 37.000 kq, 3 nömrəli istilikxanadan 30.000 kq, 4 nömrəli istilikxandan isə iyul ayına qədər 500.000 kq pomidor məhsulu əldə edilməsi üçün xərc çəkilmiş, həmin pomidor məhsulunun yetişdirilməsi üçün istilikxanalarda işləmək üçün işçilər cəlb edilərək, əmək haqları ödənilmiş və digər zəruri xərclər çəkilmişdir. Qış fəslinin olması, hava şəraitinin soyuq olması istilikxanada pomidor məhsulunun qaz olmadan yetişdirilməsini mümkünsüz etmiş, iddiaçı digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəlikləri icra edə bilməmiş və nəticədə ona küll i miqdarda ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Müstəqil Məhkəmə Ekspertizasının 2021-ci il 19 mart tarixli, 78 saylı ekspert rəyi ilə sübut olunur ki, 2020-ci il 25 dekabr tarixdə qaz nəqlinin dayandırılması nəticəsində istixanada əkilmiş 195.500 ədəd pomidor ştilindən alınması ehtimal edilən 309.195,85 kq məhsulun itirilməsi nəticəsində cavabdeh tərəfindən vurulan maddi zərərin məbləği 508.439,66 manat həcmində müəyyən edilmişdir.
18. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 24 iyun tarixli, e-2-2(113)-2273/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Z.Axundova).
19. Məhkəmə bildirmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Müstəqil Ekspertizası Mərkəzinin 2021-ci il 19 fevral tarixli, 78 saylı ekspert rəyinə istinad etmişdir. Məhkəmə i sə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirməmişdir. Belə ki, həmin rəy, eləcə də məhkəməyə təqdim olunan baxış aktları birtərəfli qaydada, cavabdehin iştirakı təmin olunmadan tərtib edilmişdir. Bundan başqa, iddia olunan ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması və məhsulun itirilmə səbəbləri barədə məhkəməyə mötəbər sübutlar təqdim olunmamışdır. Məhkəmə hesab etmişdir ki, 2020-ci ilin oktyabr, noyabr və dekabr aylarında "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqavilələr, tərtib edilmiş təhvil-təslim aktları və "xxxx" MMC-yə göndərilən e-qaimələr isə iddia tələbinin əsaslılığını təsdiq edən sübutlar deyildir.
20. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin (bundan sonra MPM) 14.2, 76.1, 77-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 sentyabr tarixli, 2-2(103)-978/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsini qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən V.Məmmədov, hakimlər R.Qurbanov və A.Hüseyn).
23. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş əsaslar birinci instansiya məhkəməsinin mövqeyi ilə üst-üstə düşmüş və məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
24. Apellyasiya məhkə məsinin qətnaməsi 2021-ci il 17 sentyabr tarixdə iş üzrə tərəflərə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
25. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh istixanaya verilən qazın verilməsinin dayandırılmasını təkzib etməmiş, həm iddiaçıya göndərdiyi cavab məktubunda, həm də məhkəmədə bunu etiraf etmişdir. Qazın verilməsinin dayandırılmasının yaratdığı nəticələr isə "xxxx" MMC-nin 2020-ci il 29 dekabr tarixli və 2021-ci il 19 yanvar tarixli baxış aktlarında əks olunmuş, həmin baxış aktları əsasında 2021-ci il 19 fevral tarixli ekspe rt rəyi tərtib olunmuşdur. Həmin rəy iddiaçıya dəymiş zərərin miqdarını və səbəbini təsdiq edən mötəbər sübutdur. İddiaçı hesab edir ki, cavabdehin nümayəndəsinin ekspert tərəfindən baxış keçirilən zaman iştirak etməməsi həmin ekspert rəyinin mötəbərliyini aradan qaldıra bilməzdi. Lakin, məhkəmə həmin əsasla ekspert rəyini mötəbər sübut kimi qəbul etməsə də, zərərin cavabdehin hərəkətləri ilə səbəbli əlaqəsini və miqdarını müəyyən etmək üçün məhkəmə ekspertizası təyin etməmiş, iş üzrə həqiqətin müəyyən olunması üçün qanunvericiliyin verdiyi imkanlardan istifadə etməmişdir.
27. Bundan başqa, Qaydaların tələblərinə görə, istehlakçı qazın sayğacla müəyyənləşdirilən hesabı ona təqdim edildikdən sonra bir ay müddətində hesablanmış borcu tam ödəməlidir. Qaz paylayıcısı isə Qaydaların tələblərinə əməl etməklə istehlakçı tərəfindən ona qazın sayğacla müəyyənləşdirilən hesabı təqdim edildikdən sonra bir ay müddətində ödənilmədikdə qazın verilməsini dayandıra bilər. Hazırki halda isə, cavabdeh tərəfindən 2020-ci ilin noyabr ayı üzrə qaz sərfinə görə 84.446 manat məbləğin əks olunduğu elektron qaimə iddiaçıya 2020-ci il 16 dekabr tarixdə, 2020-ci il 11 dekabr tarixli 150 nömrəli hesab faktura isə təqdim olunmuş, cavabdeh isə bundan 8 gün sonra, qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddəti gözləmədən qazın verilməsini dayandırmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
28. Tərəflər arasında 2020-ci il 18 noyabr tarixdə barışıq sazişi imzalanmış, həmin sazişə əsasən, iddiaçı qazdan istifadəyə görə yaranmış borcun hissə-hissə ödənilməsi öhdəliyini öz üzərinə götürmü ş, borcun ödənilməyəcəyi təqdirdə qazın verilməsinin dayandırılması ilə razılaşmışdır. Barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunmaması isə onun etibarsız olması kimi qiymətləndirilə bilməz. Tərəflərin izahatları
29. Məhkəmə kollegiyası iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərinə etiraz etmiş, məhkəmə kollegiyasından apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
30. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasında nümayəndə və ya vəkilin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir.
31. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
32. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
33. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarını tam mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsa slılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini təl əb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 saylı qərarı ilə tə sdiq edilmiş “Qazdan İstifadə Qaydaları”
3. Qaz paylayıcısının qazdan istifadə edən istehlakçıların, mənzil mülkiyyətçilərinin və yaşayış binalarını idarə edən təşkilatların vəzifələri 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı; 3.1.4. qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməli; 3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli;
5. Qazın dəyərinin ödəmə şərtləri 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müə yyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.2. İstehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin daya ndırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını ə saslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə b ilər. Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə
161. Müvəqqəti təminat tədbirinin ləğv olunması 162.3. İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. 162.4. İddia təmin edildikdə müvəqqəti təm inat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ol unmasını yoxlayır.
37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
38. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
39. Apellyasiya məhkəməsinin mö vqeyinə görə iddia olunan ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması öz təsdiqini tapmamışdır.
40. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakı qaydada qiymətləndirməsini aparmışdır.
41. İş materiallarından göründüyü kimi tərəflər arasında qazın alğı-satqısı barədə 2017-ci il 2 oktyabr tarixli, AKX 2947-10-17 nömrəli müqavilə bağlanmış, iddiaçıya məxsus istilikxana kompleksinə sayğac quraşdırılaraq **********00000 nömrəli abonent kodu verilmiş və istilikxana qazla təchiz edilmişdir (bax §1).
42. Həmçinin, iş materiallarına əsasən, iddiaçının təbii qazdan istifadəyə görə noyabr ayına 84.446 manat borcu yaranmış, cavabdeh tərəfindən 2020-ci il 16 dekabr tarixdə EBAT seriyalı, 970091 saylı elektron qaimə tərtib edilərək iddiaçıdan 84.446 manat məbləğində pul vəsaitini n ödənilməsi tələb edilmişdir (bax §2).
43. Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
44. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər.
45. Qaydaların 3.1.4-cü bəndinə əsasən, qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin daya ndırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməlidir.
46. Qaydaların 3.1.5-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir.
47. Qaydaların tələblərindən göründüyü kimi, istehlakçı tərəfindən istifadə olunmuş qazın sayğacla müəyyənləşdirilmiş hesabı ona təqdim olunduğu tarixdən 1 ay ərzində ödənilməlidir, sayğac la müəyyənləşdirilmiş hesab 1 ay müddətində ödənilmədikdə isə qaz paylayıcısı yalnız bu barədə 5 gün əvvəl xəbərdarlıq etməklə qazın verilməsini dayandıra bilər. Bundan başqa, qaz paylayıcısı qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya həmçinin bununla bağlı bildirişi də göndərməlidir.
48. Göründüyü kimi Qaydalar qaz paylayıcısı tərəfindən qazın dayandırılmasının bir sıra hallarını nəzərdə tutmuşdur ki, istehlakçı tərəfindən istifadə olunmuş qazın dəyərinin qaz sayğacı ilə müəyyənləşdirilən hesabın ona təqdim olunduğu tarixdən bir ay ərzində ödəməməsi də bu hallara daxildir. Lakin, istehlakçı tərəfindən istifadə olunmuş qazın dəyəri müəyyən olunmuş müddət ərzində ödənilmədikdə belə, Qaydalar qazın verilməsinin dayandırılması ilə bağlı onun xəbərdar edilməsi və müvafiq bildiriş in göndərilməli olması şərtini müəyyən etmişdir. İş materiallarında isə xəbərdarlığın edilməsi və müvafiq bildirişin göndərilməsi müəyyən olunmur.
49. Belə ki, Qaydaların 6.2-ci bəndinə əsasən, qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır.
50. Belə olan halda, cavabdeh tərəfindən 84.446 manat borcun ödənilməsinə dair 2020-ci il 16 dekabr tarixdə EBAT seriyalı, 970091 saylı elektron qaimə və hesab faktura iddiaçıya 2020-ci il 17 dekabr tarixdə təqdim olunduğundan, cavabdeh iddiaçıya qazın verilməsini yalnız iddiaçı tərəfindən həmin faktura əsasında borcun 1 ay müddətində ödənilmədiyi təqdirdə, yəni 16 yanvar 2021-ci il tarixdə və Qaydaların tələblərinə uyğun olaraq müvafiq bildirişi təqdim etməklə və 5 gün əvvəlcədən xəbərdar etməklə dayandıra bilərdi. Cavabdeh tərəfindən isə Qaydaların göstərilən tələblərinə əməl olunmadan və göstərilən 1 aylıq müddət başa çatmadan iddiaçıya qazın verilməsi dayandırılmışdır.
51. Bundan başqa, Qaydalar qazın verilməsinin dayandırılması prosesi ilə bağlı da mühüm prosedur qaydasını müəyyən etmişdir. Belə ki, Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
52. Göründüyü kimi, qazın verilməsinin dayandırılması zamanı qaz paylayıcısı tərəfindən is tehlakçının iştirakı ilə akt tərtib olunmalı, qazın dayandırılması rəsmiləşdirilməli və həmin aktın bir nüsxəsi də istehlakçıya verilməlidir. Hazırki halda isə, iş materiallarından cavabdeh tərəfindən qazın verilməsinin dayandırılması zamanı Qaydaların göstərilən şərtinə əməl olunaraq aktın tərtib olunması və bir nüsxəsinin iddiaçıya təqdim olunması, habelə aşağı instansiya məhkəmələri tərəfindən cavabdehin Qaydaların tələblərinə riayət edib-etmədiyinin yoxlanılması müəyyən olunmur.
53. Həmçinin, tərəflər arasında bağlanmış qazın alğı-satqı müqaviləsində də tərəflər üçün Qaydaların tələblərindən irəli gələn hüquq və öhdəliklər müəyyən edilmişdir ki, müqavilə tərəfləri Qaydaların tələblərinə uyğun olaraq bağlanmış müqavilənin şərtlərinə əməl etməməyə görə məsuliyyət daşıyırlar.
54. Bundan b aşqa, cavabdeh kassasiya şikayətinə qarşı təqdim etdiyi etirazda tərəflər arasında 2020-ci il 18 noyabr tarixdə barışıq sazişinin imzalandığını və iddiaçıya qazın verilməsinin onun tərəfindən barışıq sazişinin şərtlərinə əməl olunmaması səbəbindən dayandırıldığını qeyd etmişdir. İş materiallarından həmçinin, cavabdehin iddiaçının müraciətinə cavab olaraq 2021-ci il 6 yanvar tarixli məktubunda da eyni mövqedən çıxış etdiyi görünür (bax §7).
55. İş materiallarının 96-cı vərəqində olan “Barışıq Sazişi”ndən tərəflərin borcla və onun ödənilməsi proseduru ilə bağlı razılığa gəldikləri görünür. Sazişin 7-ci bəndində isə MPM-in tələblərinə riayət olunması baxımından onun məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildiyi andan qüvvəsini alması şərti müəyyən olunmuşdur.
56. Belə ki, MPM-in 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.
57. İstinad olunan prosessual hüquq normasının məzmunu onu ifadə edir ki, tərəflər arasında barışıq sazişi olduqda, məhkəmə tərəfindən barışıq sazişi qərardadla təsdiq olunmalı və sazişin şərtləri həmin qərardadda öz əksini tapmalıdır. Barışıq sazişini təsdiq edən qərardadla məhkəmə eyni zamanda barışıqla bitən iş üzrə icraata da xitam verir. Hazırki halda isə tərəflər arasında bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiqləndiyi, onun şərtlərinin ək s olunduğu və həmin iş üzrə icraata xitam verildiyi məhkəmə qərardadının mövcudluğu müəyyən olunmamışdır.
58. Bundan başqa, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 24 sentyabr tarixli, 22(113)-1127/2020 saylı qərardadı ilə iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Təzə sahə ünvanında yerləşən istixanaya (abonent kodu **********00000) qaz təchizatının dayandırılması cavabdehə qadağan olunmuşdur (bax §4).
59. MPM-in 162.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. İddia rədd edildikdə, baxılmamış saxlanı ldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. İddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır (MPM-in 162.3 və 162.4-cü maddələri).
60. İstinad olunan prosessual hüquq normasının tələbindən göründüyü kimi müvəqqəti təminat tədbiri onu qəbul etmiş məhkəmənin özü tərəfindən ləğv edilə bilər, iddia rədd edildikdə belə qərardad məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək, iddia təmin edildikdə isə məhkəmə qətnaməsi icra olunanadək öz qüvvəsini saxlayır.
61. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, işin yenidən baxılması zamanı cavabdeh tərəfindən tərəflər arasında bağlanmış Müqavilənin, Qaydaların və qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının aydınlaşdırılması zərurəti yaranmışdır.
62. Digər tərəfdən apellyasiya məhkəməsi həmçinin, birinci instansiya məhkəməsi ilə razılaşaraq iş materiallarında olan Müstəqil Ekspertiza Mərkəzinin 2021-ci il 19 fevral tarixli ekspert rəyini iş üzrə mötəbər sübut kimi qəbul etməmişdir.
63. MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
64. Göründüyü kimi, məhkəmə iş materiallarında olan müstəqil ekspertiza rəyini iddiaçıyaçıya dəymiş zərərin həcminin müəyyənləşdirilməsi üçün mötəbər sübut kimi qəbul etmədiyi təqdirdə, iddiaçıya zərərin dəyməsinin cavabdehin hərəkətləri ilə səbəbli əlaqəsinin mövcudluğunu müəyyən etdikdən sonra həmin zərərin həcminin müəyyən olunması üçün öz təşəbbüsü ilə məhkəmə ekspertizası təyin edə bilər.
65. MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün i şin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
67. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işd ə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).
68. MPM-in 77.3-cü maddəsinə görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
69. MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
70. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarında göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
71. Buradan göründüyü kimi, məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, a) məhkəmənin iş üzrə gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılsın, b) məhkəmə tərəfindən müəyyən edilmiş və iş üçün əhəmiyyətli olan hallar sübut olunsun, c) qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
72. Məhkəmə kollegiyası hesab edir ki, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin ləğv olunması üçün əsasdır.
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sözügedən nöqsanları aradan qaldırmalı, şübhəli halları yenidən araşdırmalı və düzgün hüquqi nəticəyə gəlməlidir.
74. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhk əməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
75. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
76. Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 sentyabr tarixli, 22(103)-978/2021 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
77. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 sentyabr tarixli, 2-2(103)-978/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.