Məhkəmə qərarları › İş №2-2(102)-585/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-585/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-585/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: kassasiya şikayətinin qeyri mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 avqust tarixli e-2-2(103)-159/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundna sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 52.708,06 manat sığorta haqqı üzrə borcun, 44.889,9 manat dəbbə pulunun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 97.628,05 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 20 may tarixli, 2-2(113)-59/2020 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 52708,06 (əlli iki min yeddi yüz səkkiz manat altı qəpik) manat sığorta haqqı üzrə borc, 3000 (üç min) manat dəbbə pu lu, cəmi 55708,06 (əlli beş min yeddi yüz səkkiz manat altı qəpik) manat pulun tutulması və qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim Zaur Pirverdiyev).

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 20 may tarixli, 2-2(113)-59/2020 saylı qətnaməsinin ilk iddianın təmin edildiyi və qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilərək ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 14 mart tarixli 2-2(103)-159/2023 saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsini n 2020-ci il 20 may tarixli, 2-2(113)59/2020 saylı qətnaməsi ilk iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).

5. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 21 avqust tarixli 2-2(103)-159/2023 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2-2(103)-159/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Oruczadə)

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “AZEMİS” elektron məh kəmə informasiya sistemində olan məlumatlardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 mart tarixli, 2-2(103)-159/2023 nömrəli qətnaməsi 2023-cü il 31 mart tarixdə ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə yerləşdirilmiş, ilk iddia üzrə cavabdehin həmin qətnamədən kassasiya şikayəti verməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin axımı 2023-cü il 1 iyun tarixdə bitmiş, cavabdeh buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verməmişdir.

8. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin (bundan sonra – “MPM) 405.0.1, 10-1.1, 10-1.2, 10-1.3, 10-1.5, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qərardadı 2023-cü il 21 avqu st tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.

10. Cavabdeh apellyasiya məhkəməsinin qərardadından 2023-ci il 29 avqust tarixində kassasiya şikayəti verərək, onun təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 avqust tarixli, 2-2(103)-159/2023 saylı qərardadının ləğv edilərək, verilmiş kassasiya şikayətinin iş materialları ilə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilməsi barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

11. MPM-in 227.3, 134.1, 135.1, 135.2-ci maddələrinin tələbləri pozulmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən sözü gedən qətnamənin qəbul edilməsi və qətnamənin nümayəndəyə təqdim edilməsi barədə nümayəndə tərəfindən cavabdehə heç bir məlumat verilməmişdir.

12. Cavabdeh Gürcüstan Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikasının Miqrasiya Xidməti tərəfindən Bakı şəhəri, Yeni Günəşli yaşayış sahəsi D.Massivi, Samir Cəfərov küçəsi 34 nömrəli evin 164 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda da yaşamışdır. Göründüyü kimi cavabdehin vətəndaşlığı olmayan şəxs kimi qeydiyyatda olduğu və yaşadığı ünvan məhkəməyə məlum olsa da məhkəmə qəbul edilmiş qətnaməni cavabdehin qeydiyyatda olduğu və yaşadığı ünvana göndərməmişdir.

13. Cavabdeh məhkəmədə iştirak etməmiş o, nümayəndə vasitəsi ilə təmsil olunmuşdur. Məhkəmədən sonra nümayəndəsi cavabdehə işin hələ yekunlaşmadığını, yekunlaşacağı təqdirdə ona məlumat veriləcəyini bildirsə də, lakin nümayənd ə qəbul edilmiş məhkəmə qətnaməsi barədə ona heç bir məlumat verməmişdir. 2023-cü il 30 iyul tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya İdarəsi tərəfindən cavabdehi icra şöbəsinə dəvət edib borcun tutulması barədə qətnamənin olduğunu cavabdehə bildirdikdə cavabdeh onu təmsil edən nümayəndəyə zəng etmiş və nümayəndə telefonu açmadıqda o, Bakı Apellyasiya Məhkəməsinə ərizə yazaraq qətnamənin ona rəsmi təqdim olunmasını istəmişdir. Qətnamə 2023-cü il 31 iyul tarixdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən rəsmi olaraq cavabdehə təqdim olunmuş və cavabdeh vəkil olaraq mənimlə ona hüquqi yardımın göstərilməsi üçün müqavilə bağlayaraq 2023-cü il 4 avqust tarixdə cavabdeh tərəfindən kassasiya şikayəti tərtib olunaraq elektron məhkəmə sistemi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə göndə rilmişdir. Buna görə də apellyasiya instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin başlanması qətnamənin rəsmi qaydada alındığı vaxtdan (2023-cü il 31 iyul) hesablanmalıdır.

14. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 14 mart tarixli, 2-2(103)-159/2023 saylı qərardadı ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi dəyərləndirilməlidir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadın təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin təl əblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından yoxlanılacaqdır.

18. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhk əmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.... 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz....” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində...” “Maddə

416. Kassasiya instansiyası nda işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” lV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

21. Belə ki, MPM-in 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları t ərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, elektron məhkəmə informasiya sistemi vasitəsilə verilmiş şikayətlərin onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən elektron imza ilə təsdiq edilməsi üçün sistemdə müvafiq dəyişikliklər edilmiş, müvafiq funksionallıq 2022-ci il 1 oktyabr tarixindən istifadəyə verilmişdir.

23. İş materiallarında olan “AZEMİS” elektron məhkəmə informasiya sistemində o lan məlumatlardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 mart tarixli, 2-2(103)-159/2023 nömrəli qətnaməsi 2023-cü il 31 mart tarixdə ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə yerləşdirilmiş (saqiahmadoğlu@gmailcom), ilk iddia üzrə cavabdehin həmin qətnamədən kassasiya şikayəti verməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin axımı 2023-cü il 1 iyun tarixdə bitmiş, cavabdeh həmçinin buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verməmişdir.

24. İşdəki 2 iyul 2022-ci il tarixli, Bakı şəhəri 21 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş, 5 il müddətinə verilmiş etibarnamədə Vəkil2 nümayəndə olaraq geniş səlahiyyətləri, o cümlədən məhkəmə aktlarından şikayət vermək səlahiyyəti xüsusi olaraq qeyd edilmişdir (İİ cild, i.v. 126).

25. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin 2023-cü il 14 mart tarixli qətnaməsinin cavabdehin səlahiyyətli nümayəndəsi və vəkilinin elektron kabinetinə vaxtında yerləşdirilməklə, rəsmi təqdim edildiyini, cavabdeh tərəfindən isə qanunvericiliklə müəyyən edilmiş iki aylıq prosessual müddətin ötürüldüyünü, həmçinin buraxılmış prosessual müddətin bərpası barədə müvafiq vəsatət verilmədiyini nəzərə alaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 avqust tarixli 2-2(103)-159/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

26. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kas sasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 avqust tarixli 2-2(103)-159/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar