Məhkəmə qərarları › İş №2-2(102)-585/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-585/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-585/2024 20.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı MMC-nin Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ İş № 2-2(102)-585/2024 Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızından və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 04 iyun tarixli, 22(103)-509/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxı lmışdır. İşin halları

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış 2022-ci il 11 yanvar tarixli 81B saylı alqı-satqı müqaviləsinə əsasən satıcı 3-cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. Həmin müqavilənin: - 3.1-ci bəndinə əsasən mal və qiymətlər malın qəbul məntəqəsi ünvanları qeyd olunmaqla müqaviləyə aid olan əlavələrdə göstərilir; - 3.1.2-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini 30 gün ərzində satıcının bank hesabına (X3 ƏDV depozit hesabına) ödəmə yolu ilə həyata keçirilir; - 4.4-cü bəndinə əsasən alıcı sifariş etdiyi malı iş saatları daxilində hər bir zaman qəbul edir, Yük Nəqliyyat qaiməsinə standart möhür vurur və imzası ilə təsdiq edir. X2 satıcının tər əzilərinin göstəriciləri əsas göstəricilər olaraq götürülür; - 4.7-ci bəndinə əsasən alınan mal satıcının zavodunun ərazisində təhvil verilirsə alıcı yük nəqliyyat qaimələrinin sürücü və ya alıcının müəyyən etmiş digər şəxs tərəfindən alıcının adından imzalanmasına (hüquqi şəxs olduğu təqdirdə imzalanmasına və möhürlənməsinə) razılıq verir. 2. 2022-ci il 11 yanvar tarixli 81B saylı müqaviləyə eyni tarixli Qiymət əlavəsi ilə tərəflər “X4-42.5 Ekspert” məhsulunun 1 tonunun qiymətini ƏDV xaric 133 manata, ƏDV daxil 156,94 manata razılaşmışlar.

3. İddiaçı MMC tərəfindən 2022-ci il 13 oktyabr tarixində Cavabdehnə pretenziya göndərilərək 67.466,83 manat pulun Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməsinin zəruri olduğu bildirilmiş, qeyd olunan təklifə 3 gün müddətində münasibət bildirilməs i xahiş olunmuş, əks təqdirdə iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 64.766 manat məbləğində əsas borcun və ödənilmiş 420 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2022-ci il 11 yanvar tarixli sement məhsullarının alqı-satqı müqaviləsinə əsasən iddiaçı sement məhsullarını razılaşdırılmış vaxtda cavabdehə satmağı, cavabdeh isə aldığı məhsulun dəyərini iddiaçıya vaxtında ödəmə yi öhdəsinə götürmüşlər. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh aldığı məhsulun dəyərini ödəməmişdir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərildikdən sonra cavabdeh borcundan 2.700 manat ödəniş etmiş, lakin iddiaçıya ödənilməmiş 64.766 manat məbləğində borcu qalmışdır.

6. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 30 mart tarixli, e-2-2(113)-889/2023 nömrəli qətnaməsi ilə (hakim Z.Pirverdiyev) iddia təmin edilmiş, cavabdehdən 64.766 manat məbləğində əsas borc və ödənilmiş 420 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında 81B saylı 11 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı sement məhsulunu cavabdehə satmağı, cavabdeh isə malı almağı və dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən ümumilikdə 96.633,34 manat dəyərində mal cavabdehə satılmış, cavabdeh isə malın dəyərindən 31.866,51 manat ödəniş etmiş, qalan 64.766,83 manat borcu ödəməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, işin materiallarında olan müqavilə, elektron qaiməfakturaların mövcud olması, cavabdeh tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə dair məlumatın mövcud olmaması, cavabdehin 31.866,51 manat məbləğində ödənişi olması iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət etsə də, bunun müqabilində cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

9. Elektron qaimə-fakturalar faktiki olaraq 2021-ci ilin mart ayından 2022-ci i lin avqust ayınadək cavabdehə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir. Qaydalara əsasən vergi ödəyiciləri arasında olan münasibətlər zamanı malların kağız daşıyıcıda tərtib edilmiş qaimə əsasında təqdim edilməsi qanun pozuntusu hesab edildiyindən elektron qaimələr məhkəmə tərəfindən işin hallarından asılı olaraq malların təqdim edildiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilər.

10. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, işə əlavə olunmuş 22 ədəd nəqliyyat qaiməsinə əsasən yük göndərən kimi “Holcim (Azərbaycan)” ASC tərəfindən müş təri kimi iddiaçının adından yükü təhvil alan kimi cavabdehə sement məhsullarının daşındığı məlum olmuşdur.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 442 və 567-ci, Mülki Prosessual Məcəllənin 14.2, 80, 217.3 və 217.4-cü maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.5, 3.6, 3.7, 3.7.3 və 3.9-cu bəndlərinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apelly asiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 28 iyul tarixli 2-2(103)-573/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iddia tələbi təmin edilməmişdir (sədrlik edən - A.Hüseyn, hakimlər - M.Tağızadə və E.Kazımov).

14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında iki alqı-satqı müqaviləsi olmuşdur. Birinci müqavilə 2021-ci il 11 mart tarixli, ikinci müqavilə isə hazırda mübahisə predmeti olan 2022-ci il 11 yanvar tarixli 81B saylı alqı-satqı müqaviləsidir.

15. İddiaçı tərəflər arasında imzalanmış 2022-ci il 11 yanvar tarixli 81B saylı müqavilə üzrə cavabdehdən 64.766 manat pulun tutulmasını xahiş edir və tələbini belə əsaslandırır ki, tərəflər arasında alqı -satqı müqaviləsi imzalanmış, nəqliyyat qaimələrinə əsasən mallar cavabdehə təhvil verilmiş və elektron qaimə-fakturalar göndərilmiş, cavabdeh tərəfindən həmin qaimə-fakturalar heç bir etiraz edilmədən qəbul edilmiş, ödənişlərin bir qismi həyata keçirilmişdir. Həmçinin cavabdeh iddiaçıya ünvanladığı 2022ci il 17 oktyabr tarixli məktubda 67.466 manat borcunun olduğunu etiraf etmişdir.

16. Cavabdehin mövqeyi isə ondan ibarətdir ki, tərəflər arasında həqiqətən 2021-ci il 11 mart tarixli və 2022-ci il 11 yanvar tarixli 81B saylı alqı-satqı müqavilələri imzalanmış, lakin cavabdehə yalnız 2021-ci il tarixli müqavilə üzrə mal təhvil verilmiş, 2022-ci il tarixli, yəni hazırkı mübahisə predmeti olan alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən onlara hər hansı mal təhvil verilməmişdir. Etirazın ı belə əsaslandırır ki, heç bir nəqliyyat qaiməsində onlar tərəfdən imza və möhür yoxdur, nəqliyyat qaimələrinin bir hissəsinin tərtib edilmə tarixi 2023-cü il olsa da, yüklərin çatdırılması tarixi 2021-ci il qeyd olunmuşdur. 2022-ci ilə aid olan nəqliyyat qaimələri isə borcun olmasını təsdiq etmir. Ödənişlər 2021-ci il tarixli müqavilə üzrə həyata keçirilmişdir. Borcun etiraf olunması barədə məktub isə texniki səhvdir.

17. Hazırda mübahisənin predmetini 2022-ci il 11 yanvar tarixli 81B saylı alqı-satqı müqaviləsi təşkil etdiyindən, məhkəmə həmin müqavilənin şərtlərinə nəzər yetirilməsini zəruri hesab etmişdir.

18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təqdim edilmiş 22 ədəd elektron qaimə fakturaya əsasən ümumi məbləğ ƏDV daxil 96.636,34 manat təşkil edir. Məhkəmə də məhz həmin m əbləğdən cavabdeh tərəfindən ümumi ödənilmiş məbləğ olan 31.866,51 manatı çıxmaqla yerdə qalan məbləğin cavabdeh tərəfindən iddiaçıya ödənilməli olması qənaətinə gəlmişdir.

19. Həmin ödəniş sənədinə nəzər yetirdikdə müəyyən edilir ki, əsas məbləğ olaraq iki dəfə, 2021-ci il 2 iyun tarixində 7.685 manat, 2021-ci il 30 dekabr tarixində isə 17.032,39 manat, ümumilikdə 24.717,39 manat ödəniş həyata keçirilmişdir. Həmin sənədin ödənişin təyinatı qrafasında ödənişlərin 2021-ci il 11 mart tarixli müqaviləyə əsasən sement alınması üçün həyata keçirildiyi qeyd edilir. Digər ödənilmiş məbləğlər isə ƏDV məbləğləridir. Belə ki, 2021-ci il 31 may tarixində - 1.383,3 manat, 11 noyabr tarixində - 1.565,82 manat, 3 dekabr tarixində - 1.500 manat, ümumilikdə 4.499,13 manat ƏDV məbləği ödənilmişdir ki, həmi n ƏDV məbləği yuxarıda qeyd etdiyimiz 24.717,39 manat ödənişin ƏDV məbləğidir (24.717,39 x 18% / 100 = 4.449,13).

20. Həmin ödəniş sənədindən görünür ki, 2022-ci ildə cavabdeh tərəfindən yalnız bir dəfə, 2022-ci il 16 noyabr tarixində 2.700 manat ƏDV məbləği ödənilmişdir ki, cavabdeh həmin ödənişin tərəflər arasında bağlanmış 2021-ci il tarixli müqavilə üzrə qalıq borc olan 15.000 manatın X3 olduğunu bildirmişdir (15000x18%/100=2700).

21. Təqdim edilmiş elektron qaimə-fakturalar nəzər yetirdikdə isə müəyyən edilmişdir ki, həmin qaimələrin səkkizi 2022-ci ilə aiddir və həmin qaimələr üzrə ümumi məbləğ 38.581,99 manat təşkil edir. Qalan 14 elektron qaimə-fakturalar 2021-ci ilə aiddir və ümumi ödənilməli məbləğ 58.054,35 manat təşkil edir.

22. İddiaçının əsas sübutlarından olan nəqliyyat qaim ələrinə nəzər yetirdikdə isə müəyyən olunmuşdur ki, həmin qaimələrin on dördündə məhsulun çatdırılma tarixi 2021-ci il, səkkizində isə 2022-ci il qeyd edilmişdir. Bundan başqa nəqliyyat qaimələrinin 13-də tərtib olunma tarixi 2023-cü il olsa da məhsulun çatdırılma tarixi kimi 2021-ci il qeyd edilmiş, həmin qaimələrdə müqavilənin 4.7-ci bəndinə uyğun olaraq cavabdehin imza və möhürü mövcud deyil.

23. Birinci instansiya məhkəməsi hazırkı mübahisənin predmetini təşkil edən müqavilənin imzalandığı ildən əvvəlki ilə aid olan elektron qaimə-fakturalarla müəyyən edilən məbləğdən, yenə 2021-ci ilə aid olan ödənişləri çıxmaqla, cavabdeh tərəfindən imzalanmamış və möhür vurulmamış nəqliyyat qaimələrinə istinad etməklə iddia tələbinin təmin edilməsi barədə yanlış nəticəyə gəlmişdir.

24. Elektron qaim ə-fakturaların malların təhvil verilməsini təsdiq edən sübut qismində istifadə edilməsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2022ci il 20 aprel tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyindən də göründüyü kimi elektron qaimə-fakturalar digər sübutlarla birlikdə qiymətləndirildiyi təqdirdə malların verilməsini, işlərin görülməsini təsdiq edə bilər.

26. Cavabdehin 2022-ci il 17 oktyabr tarixli məktubla 67.466,83 manat borcun olması barədə etirafına münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbinin əsaslı olması digər sübutlarla öz təsdiqini tapmadığından, həmin məktub özlüyündə iddia tələbinin təmin edilməsi üçün yetərli deyil. Hazırkı iş üzrə a pellyasiya icraatı zamanı təqdim olunmuş sənədlər mülki prosessual qanunvericiliyin 372.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinə təqdim edilmədiyindən məhkəmə tərəfindən sübut qismində qəbul edilməmişdir.

27. Belə ki, iddiaçı tərəfindən apellyasiya baxışı zamanı alıcı qrafasında imza olan yük nəqliyyat qaimələri təqdim edilmişdir. Həmin sənədlərə münasibətdə məhkəmə qeyd etmişdir ki, yuxarıda da göstərildiyi kimi həmin sənədlər apellyasiya baxışında verildiyi üçün sübut qisminə qəbul edilə bilməz. Sübut qismində qəbul edilsə belə yuxarıda 59-cu bənddə qeyd edilən qüsurlar yol nəqliyyat qaimələrində də mövcuddur. Həmçinin müştəri qrafasındakı imzaların qarşısında ad soyad qeyd edilməyib. Habelə həmin yük nəqliyyat qaimələrinə cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun olaraq möhür vurulmamışdır.

28. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 390.1 442, 567 və 598.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 78.1, 80, 88, 107, 119.1, 372.2-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3, 3.4, 3.9-cu bəndlərinə; istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

30. İddiaçı MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qə tnaməsini ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 9 fevral tarixli, 2-2(102)-16/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir (sədrlik edən – K.Abiyeva, hakimlər – İ.Dadaşov və V.Məmmədov).

32. Kassasiya kollegiyası göstərmişdir ki, cavabdeh iddiaçıya 2022-ci il 17 oktyabr tarixli məktub ünvanlayaraq 67.466,83 manat məbləğində borcunun ödənilməsi üçün möhlət verilməsini xahiş etmişdir. Sonradan cavabdeh mövqeyini dəyişdirərək göstərmişdir ki, müəssisənin rəhbəri tərəfindən yazılmış məktubda qeyd edilənlər texniki səhvin nəticəsidir, iddiaçıya göstərilən məbləğdə borc yoxdur.

33. Apellyasiya instansiyası məhkəməsi cavabdeh müəssisənin rəhbəri tərəfindən imzalanmış məktubla borcun etirafı olduğu halda, sonradan müvafiq əsaslandırma aparılmadan yalnız texniki səhvə istinad edilməklə təkzib edilməsini nəzərə almamış, borcun etirafı haqqında məktubu prosessual qanunvericiliyin tələblərinə əsasən işdəki digər sübutlarla birlikdə qiymətləndirməmiş, nəticədə işin hallarının hərtərəfli, tam araşdırılması prinsipi və sübutların qiymətləndirilməsinə dair MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur.

34. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin tələbləri baxımından mülki hüquq subyekti olan fiziki şəxslərlə müqayisədə hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfind ən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına malikdirlər. Bu baxımdan cavabdeh hüquqi şəxs tərəfindən 2022-ci il 17 oktyabr tarixli məktubla borcun etirafından sonra, bu halın təkzib olunması ağlabatan izahı verilməli və bu hal mötəbər sübutlarla təsdiq olunmalıdır.

35. İşin materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış həm mübahisəli, həm də mübahisələndirilməyən dövr üzrə (mübahisələndirilməyən 2021-ci il və mübahisəli 2022-ci il üzrə) malların təqdim edilməsinə dair elektron qaimə faktura tərtib edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 9 fev ral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Qərarındakı hüquqi mövqelərə istinad etsə də, həmin elektron qaimə fakturaların işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirməsinin nəticələrinin nədən ibarət olmasını qətnaməsində göstərməmiş, habelə tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlərin mövcud olub-olmamasına hüquqi qiymət verməmişdir.

37. İşin müəyyən edilmiş hallarına əsasən 2022-ci il 14 yanvar tarixindən başlayaraq sonuncusu 2022-ci ilin 15 avqust tarixində olmaqla dövri olaraq iddiaçı tərəfindən təqdim edilmiş 8 ədəd qaimə fakturaya cavabdeh tərəfindən hər hansı etiraz edilməmiş və ya düzəliş edilməsi ilə bağlı müraciət olmamışdır.

38. Bundan əlavə məhkəmə kollegi yası qeyd edilməsini zəruri hesab etmişdir ki, işə apellyasiya qaydasında baxılarkən, iddiaçı tərəfindən verilmiş ərizədə iddia olunan borcun məbləği dəqiqləşdirilərək, 2022-ci il 11 yanvar tarixli müqavilə üzrə cavabdehin 38.578,99 manat borcunun yarandığı, həmin borcdan 2.700 manatın 2022-ci il 16 noyabr tarixində cavabdeh tərəfindən ödənildiyi, və 35.878,99 manat borcun qaldığı göstərilmişdir.

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, işin yeni apellyasiya baxışı zamanı iddiaçının mübahisələndirdiyi borcun 64.766 manat deyil, 35.878,99 manat təşkil etdiyi nəzərə alınmalı, həmin iddia predmeti çərçivəsində 1. cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış borcun etirafı haqqında məktub işdəki digər sübutlarla birlikdə qiymətləndirilməli; 2. müqavilə şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika və işgüzar adətlər, cavabdeh tərəfindən təsdiq edildiyi mübahisələndirilməyən elektron qaimə fakturalar üzrə malların təhvil verilməsinin həyata keçirilmə qaydası birgə qiymətləndirilməklə, 2022-ci il 11 yanvar tarixli müqavilə üzrə malların təqdim edilməsinə dair elektron qaimə fakturaların sübut əhəmiyyətinə qiymət verilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin edilməli, araşdırılan sübutlara MPM-in 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

40. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 4 iyun tarixli, 2-2(103)-509/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, öhdəliyin icra edilməməsi səbəbindən yaranmış borcun ödənilməsi məqsədilə 35.878,99 manat, çəkilmiş xərcin əvəzinin ödənilməsi məqsədilə 231 manat olmaqla, cəmi 36.010,99 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur (sədrlik edən – M.Məmmədov, hakimlər – F.Talışınski və A.İmanov).

41. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarına əsasən 2022-ci il 14 yanvar tarixindən başlayaraq sonuncusu 2022-ci il 15 avqust tarixində olmaqla dövri olaraq iddiaçı tərəfindən təqdim edilmiş 8 ədəd qaimə fakturaya cavabdeh tərəfindən hər hansı etiraz edilməmiş və ya düzəliş edilməsi ilə bağlı müraciət olmamışdır.

42. Bundan başqa işə birinci dəfə apellyasiya qaydasında baxılarkən, iddiaçı tərəfindən verilmiş ərizədə iddia olunan borcun məbləği dəqiqləşdirilərək, 2022-ci il 11 yanvar tarixli müqavilə üzrə cavabdehin 38.578,99 manat borcunun yarandığı, həmin borcdan 2.700 manatın 2022-ci il 16 noyabr tarixində cavabdeh tərəfindən ödənildiyi və 35.878,99 manat borcun qaldığı göstərilmişdir.

43. Beləliklə, cavabdeh Şirkətin iddiaçı MMC tərəfindən sübuta yetirilən əsas borcunun məbləğinin 35.878,99 manat təşkil etdiyi müəyyən edilir. İş materiallarında olan müqavilə, elektron qaimə-fakturaların mövcud olması, müəyyən edilmiş borc məbləğinə aid hissədə cavabdeh tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə dair məluma tın mövcud olmaması, cavabdehin 31.866,51 manat məbləğində ödənişi olması iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət edir. Lakin cavabdeh 35.878,99 manat məbləğində pulun iddiaçıya ödənilməsini sübuta yetirə bilməmişdir.

44. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, əsas borcun ödənilməsi məqsədilə 35.878,99 manat məbləğində pul cavabdeh Şirkətdən tutularaq iddiaçı MMC-yə ödənilməlidir.

45. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 390.1 442, 567 və 598.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 385-ci maddələrinə; Qaydaların 1.2, 1.5, 3.3, 3.4, 3.6, 3.7.3, 3.9-cu bəndlərinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbayca n Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2022-ci il 20 aprel tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

46. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: 47.1. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin 2-ci bəndi, Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsi üzrə - məhkəmə belə bir qətnamə qəbul etməklə, qanuna zidd təcrübə formalaşdırmış olur. Cavabdeh almadığı, yəni ona təhvil verilməyən mala görə məhkəmə iddiaçının xeyrinə qərar qəbul edib. Apellyasiya məhkəməsinin qərarında qeyd edilir ki, iddiaçı əsas borc məbləğinin 35.878,99 manat təşkil etdiyi sübuta yetirilib. Məhkəmə sistem tərəfindən təsdiq edilmiş 8 ədəd e-qaimələr əsasında iddiaçının xeyrinə belə bir nəticəyə gəlir. Ancaq məhkəmələr e-qaimələri “Yük nəqliyyat qaimələri” ilə əlaqəli şəkildə qiymətləndirməyib, yük nəqliyyat qaimələri üzrə cəmi borc məbləği 33.678,57 manat, e-qaimələr üzrə 38.578,99 manat göstərilməsi faktını, habelə yüklərin tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci və 4.4-cü bəndlərin tələbləri pozulmaqla, cavabdehə təhvil verilməməsinə baxmayaraq, məhkəmə iddiaçının xeyrin ə qərar qəbul etmək məqsədilə qətnamədə yazır ki,... cavabdeh borc məbləğinə münasibətdə hər hansı etiraz edilməsinə dair məlumat mövcud olmamışdır. Məhkəmənin belə bir nəticəyə gəlməsi düzgün deyildir. Birinci instansiya məhkəməsinin gedişində 2022-ci il dövrü üçün hər hansı borcun mövcud olmamasına dair iddiaçıya vergi kargüzarlığı qaydasında 2023-cü il 7 mart tarixində rəsmi VÖEN vasitəsilə müraciət edilmiş və sənədlər əsasında qarşılıqlı üzləşmə aparılması iddiaçıya təklif edilmişdir. Bu sənəd iş materiallarına əlavə edilməsinə baxmayaraq, məhkəmə bu faktı nəzərə almamış və qətnamədə qeyd edilir ki, cavabdeh hər hansı formada borc məbləğini mübahisələndirməmişdir. Məhkəmə qətnamə qəbul edərkən nəzərə almamışdır ki, eqaimələr üzrə qeyd olunan və tələb olunan 38.578,99 manat borca görə iddiaçı cavabdehə sement məhsullarını təhvil verməyə borclu olmuşdur. Bu hərəkəti, öhdəliyi icra etmək vəzifəsini tərəflər arasında bağlanmış 81B saylı müqavilənin 2.2 və 4.4-cü bəndləri müəyyən etmiş və Konstitusiya Məhkəməsi Plenumunun qərarında e-qaimələri işdəki digər sübutlarla (yəni bu halda 7 ədəd yük nəqliyyat qaimələri ilə) əlaqəli şəkildə qiymətləndirməyə borclu olduğu halda, qanun düzgün tətbiq edilməmişdir. Nəticədə iddiaçının cavabdehə təhvil vermədiyi sement məhsullara görə iddiaçının xeyrinə qanunsuz qətnamə çıxarılmışdır. 47.2. Mülki Prosessual Məcəllənin 77.1, 78.1, 80, 81 və 88-ci maddələri üzrə iddiaçı tərəf müqavilə şərtlərinə uyğun olaraq Bakı şəhərində yerləşən istehsalçı sement müəssisəsindən malı özünün yük maşınları vasitəsilə qəbul etdikdən sonra, həmin yükləri tərəflər arasında bağlanmış 2022-ci il 11 yanvar tarixli müqavilənin şərtlərinə uyğun olaraq yükləri cavabdehə məxsus malın məntəqəsində yük nəqliyyat qaimələri əsasında (müqavilə bənd. 2.2) təhvil verir. Cavabdeh müqavilənin 4.4-cü bəndinə əsasən, yük nəqliyyat qaiməsinə standart möhür vurur və imza ilə təsdiq edib yükü qəbul edir. İddiaçı sistem tərəfindən 5-gün keçdiyi səbəbindən təsdiqlənmiş e-qaimələrdə qeyd olunan pul vəsaitlərin tələbini Məhkəmədə sübut etməyə borcludur. Sübutlar birinci instansiya məhkəməsində təqdim edilməli olduğu halda, iddiaçı “yük nəqliyyat qaiməsi” adlı sənədi apellyasiya baxışında təqdim etməklə, MPM-in 78.1-ci maddəsinin tələbi pozulmuşdur. Apellyasiya Məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərini pozaraq, sistem tərəfindən təsdiqlənmiş e-qaimələri “yük nəq liyyat qaiməsi” ilə müqayisəli, işi obyektiv araşdırmadan tətbiq edilməli olmayan normanı tətbiq edib. Tərəflər arasında bağlanmış müqavilənin 2.2 və 4.4-cü bəndlərinə əsasən alıcının (cavabdehin) sifariş etdiyi malları “yük nəqliyyat qaiməsi” əsasında təhvil vermək vəzifəsi iddiaçının vəzifəsi olduğu halda, malın cavabdehə təhvil verilməsinə dair sübut yoxdur. 47.3. Mülki Məcəllənin 385, 389, 390-cı maddələri üzrə - Apellyasiya Məhkəməsinin qətnaməsi müqavilədən irəli gələn öhdəlik ilə əlaqədar olmasına baxmayaraq, hazırkı qətnamə tərəflər arasında bağlanmış 81B saylı müqavilənin şərtlərinə ziddir. Məhkəmə müqavilə əsasında müəyyən edilmiş şərtləri iddiaçının xeyrinə qətnamə qəbul etmək məqsədilə müqaviləyə, həmçinin qanuna zidd qərar qəbul etmişdir. İddiaçı tərəfindən 2022-ci il 14 yanva r tarixdən 2022-ci il 15 avqust tarixə qədər 8 ədəd “eqaimə” göndərilmişdir. Bu qaimələrdə ümumi borc məbləği 38.578,99 manat qeyd olunur. Cavabdeh qaydalara uyğun olaraq, daxil olmuş e-qaimələrə nəzarət etməmiş və məlumatı olmamışdır. Bu səbəbdən də e-qaimə kargüzarlıq qaydasında daxil olduqdan 5 (beş) gün sonra sistem tərəfindən təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsinin gedişində iddiaçı tərəfdən məhkəməyə 8 ədəd “nəqliyyat qaimələri” təqdim olunmuşdur. Qeyd olunan “nəqliyyat qaimələrinin” heç birində müştəri olaraq yükü qəbul edən cavabdehin nümayəndəsinin imzası və tərəflər arasındakı 81B saylı müqavilənin 4.4-ccü bəndinə uyğun olaraq yükü qəbul edən tərəfin möhürü mövcud deyildir (müştəri qrafası boş saxlanılmışdır). İddiaçı tərəfindən apellyasiya baxışı zamanı (MPM-ə zidd ol araq) məhkəməyə təqdim olunmuş 7 ədəd “Yük nəqliyyat qaimələrində” yükün ümumi məbləği e-qaimələrdən fərqli olaraq 33.678,57 manat qeyd edilməklə, yükün cavabdehə müştəri olaraq təhvil verilməsinə dair təsdiq faktı mövcud deyildir. İddiaçı tərəfin yükün təhvil verilməsini 7 ədəd “Yük nəqliyyat qaimələri” ilə əlaqələndirməsinə baxmayaraq, bu qaimələr əsasında yüklərin müştəriyə təhvil verilməsi faktı mövcud deyildir. E-qaimələrdə göstərilən ümumi məbləğdən 4.900,42 manat fərq və ziddiyyətləri, habelə “Yük nəqliyyat qaimələrində” tərəflər arasında bağlanmış 81B saylı müqaviləyə deyil, tərəflərə aid olmayan ********** saylı müqaviləyə istinad olunması faktına və digər ziddiyyətli məqamlara sübutların qiymətləndirilməsi baxımından düzgün qiymət verilməmişdir. 47.4. Azərbaycan Respublikası Nazi rlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə - fakturaların forması, tətbiqi, uçotu və istifadəsi” Qaydaları üzrə - İşə kassasiya qaydasında baxan Ali Məhkəmə nəzərə almalıdır ki, iddiaçının 2022-ci il 14 yanvar tarixindən 2022-ci il 15 avqust tarixinə qədər elektron qaydada cavabdehə göndərdiyi e-qaimələrə cavabdehin mühasibatlığı tərəfindən nəzarət edilmədiyi səbəbindən, həmin qaimələr proqram təminatı qaydasında sistem tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə - fakturaların forması, tətbiqi, uçotu və istifadəsi” qaydalarına görə, mühasibatlıq kargüzarlığa nəzarət etmədiyi üçün, 5 gündən sonra qaiməni sistem təsdiq etdiyi üçün, həmin qaimələr i sonradan ləğv etmək iddiaçının səlahiyyətində olduğundan, cavabdeh həmin e-qaimələri ləğv edə bilməz. Məhkəmə bu faktı nəzərə almamışdır. 47.5. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarı üzrə - Məhkəmə iddiaçının xeyrinə qərar qəbul edərkən, yükün müqavilə şərtlərinə əsasən cavabdehə təhvil verilmədiyini nəzərə almadan, müqavilə şərtlərini və qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş 8 ədəd “e-qaimələrini”, 8 ədəd “Nəqliyyat qaimələrini” və 7 ədəd “Yük nəqliyyat qaimələrini” müqayisəli və əlaqəli təhlil etmədən iddiaçının xeyrinə pul tutulması əsassız olmuşdur. 47.6. MPM-in 372.2-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi iddiaçı tərəfindən apellyasiya baxışında təqdim edilmiş “Yük nəqliyyat qaimələrini” qəbu l etməsi və bu sübutları “e-qaimələr” ilə müqayisəli şəkildə qiymətləndirməməsi qanunsuz olmuşdur.

48. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

49. İddiaçı MMC kassasiya şikayətinə etiraz təqdim edərək, təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

50. Kassasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 81B saylı 2022-ci il 11 yanvar tarixli müqaviləyə əsasən təhvil verilmiş mallara görə cavabdehə elektron qaimə faktura göndərilmiş və həmin qaimələrə cavabdeh tərəfindən hər hansı etiraz edilməmişdir. Cavabdehə yaranmış borcuna görə iddiaçı tərəfindən 2022-ci il 13 oktyabr tarixində pretenziya məktubu göndərilmişdir. Cavabdeh həmin pretenziya məktubuna 2022-ci il 17 oktyabr tarixli cavabında bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehə olan borcu ilin sonunadək ödənildikdən sonra yaranmış borc MMC tam şəkildə ödəniləcək və bunun üçün möhlət verilməsini bildirmişdir. Bundan sonra cavabdeh həmin borcdan 2.700 manat məbləğini 2022-ci il 16 noyabr tarixində iddiaçıya ödəmiş, lakin cavabdeh tərəf həmin məbləği ödəyərkən malın təhvil verilməsi barədə yük nəqliyyat qaimələrini mübahisələndirməmiş, əksinə borcun ödənilməsi üçün möhlət istəmişdir. İddiaçı olaraq ilin sonuna qədər gözlədikdən sonra 2022-ci il 29 dekabr tarixində cavabdehə daha bir pretenziya məktubu göndərilmişdir. Cavabdeh həmin pretenziya məktubuna 2024-cü il 30 dekabr tarixli cavabında bildirmişdir k i, cavabdeh tərəfindən alınmış sement məhsullarının məbləğinə görə 2022-ci il 16 noyabr tarixində ƏDV daxil iddiaçının bank hesabına 17.700 manat köçürmə qaydasında pul ödənilmişdir. Göründüyü kimi cavabdeh yaranmış borcu barədə iddia tələbi məhkəməyə daxil olanadək həm elektron qaimələri, həm də malın təhvil verilməsi barədə yük nəqliyyat qaimələrini mübahisələndirməmişdir. Kassasiya baxışının hədləri:

51. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlam aq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

52. Apellyasiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin olunan hissədə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq

53. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

567. Alqı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir....”

54. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın: “1. Ümumi müddəalar... 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.... 1.5. Vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir....” “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndəril diyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-sı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir... 3.6. Vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaiməfakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaiməfakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır. 3.7. Elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir:... 3.7.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində;... 3.9. Elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaiməfakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır....” 55. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2022-ci il 20 aprel tarixli Azərbaycan Respub likası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir: “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir....”

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4 -cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;...” ya “Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları d üzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində işin hallarına və təqdim olunmuş sübutlara hüquqi qiymət verərək, yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. (bax bənd 4145)

59. Kassasiya şikayətinin dəlilləri işin hallarının sübut olunmaması və sübutları n məhkəmə tərəfindən düzgün qiymətləndirilməməsi ilə bağlıdır.

60. Bununla bağlı qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fa ktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

61. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyas ının 2024-cü il 04 iyun tarixli, 2-2(103)-509/2024 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar