Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-587/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh1 MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: qeydiyyata alınmamış girov müqaviləsi, kassasiya şikayətinin mümkünlüyü, tələbin təmin olunmadığı halda verilə bilən şikayət; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin İddiaçı MMC-nin vəkili Nümayəndə2 iştirakları ilə, Cavabdeh1 MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 iyul tarixli, 2-2(103)-813/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Kommersiya Qurumunun Dövlət Reyestrindən Çıxarışa əsasən, İddiaçı MMC (bundan sonra – iddiaçı) 2006-cı il 31 mart tarixdə dövlət qeydiyyatına alınmışdır.
2. Kommersiya Qurumunun Dövlət Reyestrindən Çıxarışa əsasən, "xxxx" MMC (bundan sonra – cavabdeh) 2015-ci il 23 sentyabr tarixdə dövlət qeydiyyatına alınmışdır. 3. 2016-cı il tarixli 19 sentyabr tarixli 2016-SM/QQ-034 saylı alğı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə müxtəlif inşaat kimyəvi məhsulları satmağı, cavabdeh isə malları qəbul edib razılaşdırılmış pul məbləğini iddiaçıya ödəməyi öhdələrinə götürmüşdürlər. 4. 2020-ci il 21 sentyabr tarixli Girov müqaviləsinə əsasən, müqavilə cavabdeh, iddiaçı və Cavabdeh2 (bundan sonra – Cavabdeh2) 2016-cı il 19 s entyabr tarixli 2016SM/QQ-034 saylı alğı-satqı müqaviləsi üzrə borc öhdəliyinin icrasını təmin etmək məqsədilə bağlanmış və Cavabdeh2 məxsus ünvan ünvanda yerləşən, həyətyanı sahə və ev iddiaçı qarşısında girov ilə yüklü edilmiş, əmlakın dəyəri 125.000 manat müəyyən olunmuşdur. 5. 2020-ci il 5 noyabr tarixli qarşılıqlı üzləşmə aktına əsasən, cavabdeh iddiaçıya 89.312,68 manat məbləğində borcunun olmasını qəbul etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə və Cavabdeh2 qarşı 2021-ci il 11 fevral tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 89.312,68 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 89.342,68 manat pulun iddiaçının xeyrinə tutulması, borc tələbinin ünvan ünvanda yerləşən, RX s eriyalı ******* saylı, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 2018-ci il 1 avqust olan çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan əmlaka yönəldilməsi, Cavabdeh2 həmin əmlak üzərində mülkiyyət hüququna xitam verilməsi və iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması, iddiaçının qeyd edilən əmlakın yeni mülkiyyətçisi kimi qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2016-cı il 19 sentyabr tarixli SM/QQ-034 saylı alğı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan müxtəlif inşaat kimyəviləri məhsulları almışdır. Müqavilənin şərtlərinə əsasən təhvil verilmiş malların dəyərinin sifariş tarixindən etibarən, sabit limit olaraq 125.000 manat məbləğində 30 gün müddətində ödənilməsi razılaşdırılmışdır. Cavabdeh, iddiaçı və Cavabdeh2 arasında bağlanmış 2020-ci il 21 sentyabr tarixli girov müqaviləsinə əsasən Cavabdeh2 məxsus həyətyanı sahə və ev tərəflərin razılığı ilə 125.000 manat dəyərində qiymətləndirilərək ödənişə təminat kimi girov qoyulmuşdur. Müqavilə üzrə 89.312,68 manat borc yaranmış, həmin borcun ödənilməsinin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində cavabdeh tərəfindən onun iddiaçıya qaytarılmasının mümkün olmadığı aydın olmuşdur.
8. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 5 aprel tarixli, e-2-2(113)-1400/2021 saylı qətnaməsi ilə iddia qismən – cavabdehdən 89.312,68 manat əsas borcun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim Z.Pirverdiyev).
9. Məhkəmə bildirmişdir ki, iddiaçı tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bu isə, cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyətini yaratmışdır.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. Göstərilən qaydaya riayət edilməməsi isə girov müqaviləsinin etibarsızlığına səbəb olur. Hazırki halda, tərəflər arasında bağlanmış 2020-ci il 12 sentyabr tarixli girov müqavil əsi üzrə iddiaçının girov hüququ dövlət qeydiyyatına alınmamışdır. Bu halda, həmin girov müqaviləsi qanunvericiliyin tələblərinə əsasən əhəmiyyətsiz sayılır. İddianın mülkiyyət hüququna xitam verilməsi, mülkiyyət hüququnun tanınması, yeni mülkiyyətçi kimi qeydiyyata alınması hissələri tələbin girov predmetinə əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb əsaslı olmadığından iddia göstərilən hissələrdə də təmin oluna bilməz.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə) 385.1, 386.1, 442, 443.1, 443.5, 567, 600.1, 600.4, 280.3, 280.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 14.2, 217.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 iyul tarixli, 2-2(103)-813/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən R.Qurbanov, hakimlər V.Məmmədov və R.Həsənov).
14. Apellyasiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
15. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 269.4, 280.3, 280.4, 307.7, 329.1, 337.3, 337.4, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.2, 10.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Apellyasiya məhkəməsi nin qətnaməsi 2021-ci il 3 avqust tarixdə iddiaçı və cavabdehin nümayəndələrinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.
17. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verməklə onun qismən ləğv edilməsi və mübahisələndirilən hissədə təkrar olaraq araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
18. Məhkəmə girov predmetinin dövlət qeydiyyatına alınmaması əsası ilə iddia tələbinin girov əmlaka yönəldilməsi hissəsində rədd etməkdə haqlı olmamışdır. Belə ki, tərəflər arasında əsas öhdəliklər 2016-cı il 19 sentyabr tarixli alğı-satqı müqaviləsi üzrə yaranmış, 2021-ci il 21 sentyabr tarixli girov müqaviləsi əsas öhdəliyin təm inatı olaraq bağlanılmışdır. Cavabdeh hesab edir ki, girov müqaviləsinin əhəmiyyətsiz əqd kimi qiymətləndirilməsi əsassız olmuşdur. Belə ki, həmin müqaviləni bağlamış şəxslər onu təsdiq etməklə mübahisələndirmək hüququnu itirmişdirlər. İddiaçı 2016-cı il 19 sentyabr tarixli alğı-satqı müqaviləsi üzrə ödənilməyən 89.312,68 manat pulun 2021-ci il 21 sentyabr tarixli girov müqaviləsi üzrə girov predmetinə yönəldilərək tutulmasını xahiş etmiş, cavabdeh isə iddia tələbini hər iki müqaviləyə aid hissələrdə qəbul etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları
19. Məhkəmə kollegiyası iclasında iddiaçının vəkili kassasiya şikayətinə etiraz etmiş, şikayət əsassız olduğundan onun təmin olunmamasını xahiş etmişdir.
20. Cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndə və ya vəkilinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir.
21. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
22. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
23. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarını qismən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəmə sinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə
403. Kassasiya şikayəti ilə müraciət etmək hüququ 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. işə kassasiya qay dasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 404-1.3. kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə iştirak edən şəxslərə göndərilənə kimi şikayəti verən şəxsdən onun geri qaytarılması barədə ərizə daxil olduqda kassasiya instansiyası məhkəməsi şikayətin geri qaytarılması barədə qərardad qəbul edir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; 417.1.2. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər; 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qər ardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. 417.1.6. müvafiq apellyasiya instansiyası məhkəməsində işə təkrarən baxılmasının yolverilməzliyi müəyyən e dildikdə işin baxılmasını başqa apellyasiya instansiyası məhkəməsinə həvalə edə bilər; 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. 417.2.Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət on un mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir.
27. Belə ki, MPM-in 403.1-ci maddəsinə əsasən, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
28. İstinad edilmiş müddəanın hazırki halda tətbiqi zamanı belə nəticəyə gəlinir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iş üzrə tərəf yalnız onun tələbinin qətnamə ilə təmin olunmadığı halda şikayət verə bilər.
29. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi cavabdehdən 89.312,68 manat əsas borcun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilmiş, iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində tə min olunmamış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
30. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin qismən təmin olunmadığı qətnaməsindən tələbinin təmin olunmadığı tərəf kimi cavabdeh deyil, iddiaçı kassasiya şikayəti verə bilərdi.
31. Göstərilən səbəblərdən, hazırki iş üzrə kassasiya şikayəti mümkün hesab edilə bilməz.
32. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 403.1, 4041, 417.1.7-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İşin kassasiya icraatına qəbul edilməsi haqqında 2021-ci il 22 oktyabr tarixli, 22(102)-587/2021 saylı qərardad ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kolle giyasının 2021-ci il 27 iyul tarixli, 2-2(103)-813/2021 saylı qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən icraata qəbul edilmiş iş kassasiya baxışından çıxarılsın. Kassasiya şikayəti cavabdehə qaytarılmaq üçün işlə birlikdə Bakı Apellasiya Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.