Məhkəmə qərarları › İş №2-2(102)-587/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-587/2023

01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-587/2023 01.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “dəymiş zərərin əvəzinin tutulması” tələbinə dair kommersiya işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 2-2(104)-89/2023 saylı qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MMC ilə Rusiya Federasiyasında yerləşən “Arviay” (X2) Səhmdar Cəmiyyəti arasında bağlanmış 2020-ci il 8 iyul tarixli RVİMAN-080720-N20 saylı tədarük müqaviləsinin surətindən görünür ki, tədarükçü müəyyən malları sifarişçinin sifarişinə uyğun olaraq partiyalarla tədarük edib alıcının (sifarişçinin) mülkiyyətinə verməyi, sifarişçi isə aldığı malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 1 il müddətinə bağlanıb. Əgər müqavilənin müddətinin bitməsinə 30 təqvim günü qalmış tərəflərin heç biri onu bitirmək niyyəti barədə bəyan etməzsə, müqavilə hər növbəti il üçün eyni şərtlərlə uzadılmış hesab edilir. 2. 2021-ci il 10 avqust tarixli **********4122 nömrəli gömrük bəyannaməsindən görünür ki, 6.000 kq şaftalı, 8.400 kq nektarin və 3.780 kq gavalı Qusar rayonunda yerləşən İddiaçı MMC tərəfindən Rusiya Federasiyasında yerləşən “Arviay” (X2) Səhmdar Cəmiyyətinə daşıyıcı Cavabdeh1 MMC vasitəsilə ** UT ***/** ZF *** nömrəli avtomaşınla göndərilmişdir. 3. АА № 366691 nömrəli malların mənşəyi haqqında sertifkatdan görünür ki, İddiaçı MMC ilə “Arviay” (X2) Səhmdar Cəmiyyəti arasında bağlanmış 2020-ci il 8 iyul tarixli RVİMAN-080720-N20 saylı müqavilə əsasında 6.000 kq (tara ilə bir yerdə 6.500 kq) şaftalının, 8.400 kq (tara ilə bir yerdə 9.100 kq) nektarinin və 3.780 kq (tara ilə bir yerdə 4.158 kq) gavalının İddiaçı MMC tərəfindən Rusiya Federasiyasında yerləşən “Arviay” (X2) Səhmdar Cəmiyyətinə göndərilməsi nəzərdə tutulmuşdur. 4. 2021-ci il 14 avqust tarixli **********2 1030 nömrəli karantin fitosanitar nəzarəti aktından görünür ki, İddiaçı MMC dən “Arviay” (X2) Səhmdar Cəmiyyətinə yük daşıyan ** UT *** dövlət qeydiyyat nişanlı və ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobillərin buraxılışına ekspertiza nəticəsində icazə verilmişdir. 5. 2021-ci il 17 avqust tarixli 995486 nömrəli idxal edilən malların kəmiyyət və keyfiyyətində olan fərqlilik haqqında aktdan görünür ki, 2020-ci il 8 iyul tarixli RVİMAN080720-N20 saylı müqavilə əsasında ** UT *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən şaftalı, nektarin və gavalı “Arviay” (X2) Səhmdar Cəmiyyətinə sənəd üzrə 6.000 kq şaftalı, 8.400 kq nektarin və 3.780 kq gavalı çatdırılmalı olduğu halda, faktiki çatdırılmamış, çatdırılmayan mal 6.000 kq şaftalı, 8.400 kq nektarin və 3.780 kq gavalıdan ibarətdir, akt a lıcı təşkilatın səlahiyyətli şəxsləri və sürücü “Yusifov” tərəfindən də imza edilmişdir. 6. “Perekrestok” Ticarət Mərkəzi Səhmdar Cəmiyyətinin möhürü ilə təsdiq edilmiş 2021-ci il 17 avqust tarixli 995486 nömrəli alıcının anbarında malların təhvil-təslim aktından görünür ki, “Arviay” (X2) Səhmdar Cəmiyyəti tərəfindən “Perekrestok” Ticarət Mərkəzi Səhmdar Cəmiyyətinə şaftalı, nektarin və gavalı kimi mallar təhvil verilməmişdir, həmin akt həm də sürücü “Yusifov” tərəfindən imzalanmışdır. 7. “Arviay” (X2) Səhmdar Cəmiyyətinin İddiaçı MMC-yə ünvanlandığı məktubdan görünür ki, 2021-ci il 10 avqust tarixdən 2021-ci il 20 avqust tarixədək dövr ərzində “Arviay” Səhmdar Cəmiyyətinə müqavilədə göstərilmiş mallar tədarük edilməmişdir. 8. “Arviay” (X2) Səhmdar Cəmiyyətinin 2021-ci il 20 avqust tarixli 06V invoysa 06V nömrəli pretenziyasında göstərilir ki, tədarükçü 06V invoysa əsasən 6.000 kq şaftalı, 8.400 kq nektarin və 3.780 kq gavalı məhsulunu tədarük etməyi öhdəsinə götürmüş olsa da, həmin mallar tədarük edilməmişdir. Pretenziyanın ümumi məbləği 38.865,68 dollar təşkil edir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh1 MMC-yə və Cavabdeh2 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “MMC” və “Cavabdeh2”) qarşı pul tələbinə dair iddia ərizəsi ilə 2022-ci il 5 sentyabr tarixində Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh MMC-dən və Cavabdeh2 34.332 ABŞ dolları məbləğində pulun və 400 manat ödənilmiş rüsumun müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qə bul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Rusiya Federasiyasında yerləşən “Arviay” (X2) Səhmdar Cəmiyyəti (bundan sonra – “RVİ”) arasında bağlanmış 2020-ci il 8 iyul tarixli RVİ-MAN-080720-N20 saylı müqaviləyə əsasən, iddiaçı müqavilə öhdəliyinə əsasən sonuncuya qida üçün yararlı meyvələr göndərməli idi. Tanışlar vasitəsi ilə Vüqar adlı şəxslə (mobil nömrəsi ***-***-**-**) əlaqə qurulmuş və sonuncu da öz növbəsində iddiaçını Gəncə şəhərində yerləşən MMC ilə əlaqələndirmiş, bundan sonra iddiaçı MMC ilə müqavilə bağlamışdır. MMC-nin rəhbəri X1 tərəfindən təqdim edilən yük maşınına 6.000 kq şaftalı, 8.400 kq nektarin və 3.780 kq gavalı yığılıb sürücü Cavabdeh2 təhvil verildikdən sonra o, yükü Rusiya Federasiyasına aparmışdır. Göndərilən meyvələr in ümumi invoys dəyəri 34.332 ABŞ dolları olmuşdur. Həmin meyvələrə dair АА № 366691 Sertifikat mövcuddur. Cavabdeh2 yolda olarkən onun istifadəsində olan mobil nömrə ******-**-** (WhatsApp proqramı) vasitəsi ilə onunla daima əlaqə saxlanılmış, ona yük maşınının soyuducusunun dərəcəsi və digər məsələlər barədə təlimatlar verilmişdi. Lakin sürücü meyvələri Rusiya Federasiyasına çatdırdıqdan sonra hər hansı əsas olmadan sifarişçi və eyni zamanda göndərici olan iddiaçının nümayəndəsinin vacib təlimatına əhəmiyyət verməmişdir. Belə ki, sürücü Cavabdeh2 iddiaçının nümayəndəsinə malın keyfiyyətinin aşağı olma səbəbindən çatdırılma məntəqəsində təhvil alınmadığını bildirmişdir. Belə olan halda iddiaçının nümayəndəsi WhatsApp proqramı vasitəsi ilə 2021ci il 19 avqust tarixində sürücüyə bu məsələ i lə bağlı öz müdiri ilə əlaqə saxlamalı olduğunu və əgər malın çatdırılma məntəqəsində malı qəbul etməmişlərsə, həmin malı bazarda təhvil verməsini bildirmişdir. Həmçinin iddiaçının Rusiya Federasiyasında olan nümayəndələri sürücüyə zəng edərək onlarla görüşüb göndərilən malı bazarda birgə boşaltmağı tələb etmişdir. Sürücüyə həmin nümayəndələrin iştirakı olmadan malı boşaltmaması tapşırılmışdır. İddiaçının malın keyfiyyətsiz olmasına dair şübhələri olmuş və bu səbəbdən həmin nümayəndələrin mala sürücü ilə birgə baxış keçirilməsi labüd sayılmışdır. Lakin sürücü heç bir əsas gətirmədən həmin təlimata uymamış, iddiaçının nümayəndələrinin iştirakı ilə mala baxış keçirməkdən boyun qaçırmış və malı zibilə atdığını bildirmişdir. Bu isə ağlabatan deyil. İddiaçı əmin olmuşdur ki, loqistika şirkəti v ə onun sürücüsünün səhlənkarlığı və ya hüquqazidd qərəzli əməlləri nəticəsində onlara ziyan dəymişdir. Göstərilənləri sübut edən gömrük bəyannaməsi və digər sənədlərin (sübutlar) iddia ərizəsinə əlavə edildiyi qeyd olunmuşdur. İddiaçı polisə şikayət etmiş, lakin Xaçmaz Rayon Polis Şöbəsinin 2021-ci il 2 oktyabr tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

11. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 19 dekabr tarixli e-2-2(115)-2069/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – R.Məmmədov).

12. Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddiaçı cavabdehlərin təqsiri nəticəsində ona 34.332 ABŞ dolları məbləğində ziyanın dəydiyini iddia etsə də, qanunvericiliyə uyğun olaraq bu halların cavabdehlərin hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verdiyini təsdiq edən sübutları, tərəflər arasında hüquq münasibətlərini formalaşdıran müqaviləni məhkəməyə təqdim etməmişdir. Halbuki iddiaçı uzun müddət ərzində vergi ödəyicisi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, bağladığı əqdləri rəsmiləşdirməyərək heç bir sənədləşmə aparmadan faktiki olaraq yazılı sübutlara istinad etmədən məhkəməyə müraciət etmişdir.

13. Hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim olunan sübutlardan göründüyü kimi, cavabdehlərin hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya dəyən zərər arasında səbəbli əlaqə mövcud olmamışdır.

14. İddiaçı tərəfindən göndərilən məhsul iş materiallarında olan təhvil-təslim aktından göründüyü kimi, RVİ-ın ünvanında təhvil verilmişdir. İddiaçı tərəfindən məhsulun xarab olması halının cavabdehlərin hərəkət və ya hərəkətsizliyi ilə əlaqəli olması mötəbər sübutlarla təsdiq olunmadığından və məhsullar göstərilən ünvana çatdırıldığından məhsulların xarab olduğu üçün alıcı tərəfindən təhvil alınmaması cavabdehlərin iddiaçıya maddi ziyan vurmuş olmasına dəlalət etmir.

15. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmiş, bununla da MMC və Cavabdeh2 tərəfindən iddiaçıya ziyan vurulması təsdiq edilmədiyindən iddia təmin oluna bilməz.

16. Gəldiyi nəticəni birinci instansiya məhkəməsi MM-in 6.2, 21, 385.1, 386.1, 850.1, 853, 859.1, 859.2, 1096.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 81, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. İddiaçı apellyasiya ş ikayəti verərək, həmin qətnamənin ləğv, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 2-2(104)-89/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və yeni qətnamə çıxarılmaqla iddia qismən – MMC-dən qətnamənin icra olunduğu gün üçün Azərbaycan manatına olan məzənnəsi ilə 34.332 ABŞ dolları məbləğində pul və ödənilmiş 400 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməmişdir (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – A.Hüseynzadə və L.Süleymanov).

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin faktiki halları və iş materialları ilə iddiaçının MMC ilə 6.000 kq şaftalı, 8.400 kq nektarin və 3.780 kq gavalıdan ibarət yükün Cavabdeh2 idarə etdiyi avtomaşınla Rusiya Federasiyasında yerləşən RVİ-yə çatdırması ilə bağlı razılığa gəldikləri, invoys dəyəri 34.332 ABŞ dolları təşkil edən həmin malların cavabdehə təhvil verilməsi, mallar təhvil verilən anda qüsursuz olması, lakin həmin malların sifarişçi RVİ-ya çatdırılmadığı müəyyən olunmuş, bu RV-dan alınmış məktubla da təsdiqini tapmışdır.

20. Məhkəmə cavabdehin izahatında göstərdiyi “Mal səhər 10:00-11:00 radələrində çatdırılıb və həmin günün axşamı onlara şifahi şəkildə malın xarab olduğunu bildiriblər. Bu barədə iddiaçını məlumatlandırıblar”- dəlili ilə bağlı həmin xüsusatın iş materialları ilə təsdiqini tapmadığını vurğulamışdır. M MC-nin nümayəndəsi məhkəmə iclasında da məhkəməyə həmin dəlili təsdiq edən sübut təqdim etməmişdir. Bu səbəbdən, məhkəmə MMC-dən iddiaçının xeyrinə 34.332 ABŞ dollarının tutulmalı olması nəticəsinə gəlmişdir.

21. Müqavilə iddiaçı ilə MMC arasında bağlandığından və Cavabdeh2, müqavilə tərəfi olmadığından ona münasibətdə iddia tələbi təmin edilməməlidir.

22. Gəldiyi nəticəni apellyasiya instansiyası məhkəməsi MM-in 6.2, 21, 385.1, 386.1, 850.1, 853, 859.1, 859.2, 1096.1-ci, MPM-in 81-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. MM-in 859.3.3-cü m addəsi üzrə - Cavabdehlərin hərəkət və hərəkətsizliyi ilə iddiaçıya dəyən zərər arasında səbəbli əlaqənin mövcud deyil. İş materialları ilə sübut olunur ki, göndərilən mal cavabdehlər tərəfindən tələb olunan ünvana çatdırılmış, həmin ünvanda təhvil verilmişdir. İddiaçı tərəfindən məhsulun xarab olması halının cavabdehlərin hərəkət və ya hərəkətsizliyi ilə əlaqəli olması mötəbər sübutlarla təsdiq olunmamışdır, məhsullar göstərilən ünvana çatdırıldığından məhsulun xarab olduğu üçün alıcı tərəfindən təhvil alınmaması ona dəlalət etmir ki, cavabdehlər iddiaçıya maddi ziyan vurmuşlar.

25. MPM-in 88-ci maddəsi üzrə - "xxxx" MMC tərəfindən 2021-ci il 30 avqust tarixində ** ZF *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun soyuducusunun S/N **********0149 işləməsi barədə 2021-ci il 10 avqust – 2021-ci il 16 avqust tarixlərində temperatur dərəcəsi çıxarılmışdır. Göstərilən çıxarışda dərəcə +1 və +4 aralıqda dəyişilməsi qeyd edilib – yəni aparılan malların xarab olmaması sübut olunmuşdur. MMC qeyd edir ki, ** UT *** qeydiyyat nişanlı DAF FTXF 105 markalı modelli yəhərli dartıcı ** ZF *** qeydiyyat nişanlı SCHMİTZ SKO 24 markalı modelli Furqon Refrejerator tipli avtomobil ilə 6.000 kq şaftalı, 8.400 kq nektarin və 3.780 kq gavalı sürücü Cavabdeh2 tərəfindən Rusiya Federasiyasının, Ramenski rayonu, s Sofyino kəndi, “Sofyino” loqistik texnoparkında fəaliyyət göstərən “X3” Səhmdar Cəmiyyətinin 122 nömrəli ambarına öz imzası ilə təhvil verilib boşaldılmışdır və malların boşaldılması ilə bağlı “X3” SC-nin möhürü ilə təsdiq edilərək və mühasibi iqtisadçı Veselkina P.İ. tərəfindən 2021-ci il 17 avqust tarixli 995486 nömrəli malların anbarda təhvil təslim aktına əsasən öz imzası ilə təhvil alınmışdır (2021-ci il 17 avqust tarixli 995486 nömrəli malların anbarda təhvil-təslim aktının rus dilindən azərbaycan dilinə tərcümə edilmiş surəti və malların “X3” Səhmdar Cəmiyyətinin 122 nömrəli anbarında olmasını təsdiq edən foto şəkilləri kassasiya şikayətinə əlavə edir). Sonradan, 2021-ci il 18 avqust tarixində həmin mallar yenidən həmin avtomobilə yüklənmiş, nəticədə 2021-ci il 19 avqust tarixində avtomobil ambardan çıxmışdır. “X3” Səhmdar Cəmiyyətinin 2021-ci il 17 avqust tarixli 995486 nömrəli malların ambarda təhviltəslim aktı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. 6.000 kq şaftalının, 8.400 kq nektarinin və 3.780 kq gavalının “X3” Səhmdar Cəmiyyətinə çatdırılması barədə idd iaçı tərəfindən gediş haqqının 50%-in yəni 1.150 dolları ilk olaraq və 50%-i yəni 1.150 dolları isə Azərbaycan Respublikasına qayıdıb maşının texnikləri tərəfindən temperatur dərəcəsi yoxlanıldıqdan sonra ödənilib. MMC tərəfindən məhkəməyə təqdim edilən 2022-ci il 17 avqust tarixli 003274 nömrəli Beynəlxalq qaimədə - 6.000 kq şaftalını, 8.400 kq nektarini və 3.780 kq gavalını göndərən iddiaçı, yükü alan “Arviay” (X2) Səhmdar Cəmiyyəti, yükün boşaldılması “X3” Səhmdar Cəmiyyəti və malın daşınması "xxxx" MMC (** UT *** qeydiyyat nişanlı DAF FTXF 105 markalı modelli yəhərli dartıcı **-ZF-*** qeydiyyat nişanlı SCHMİTZ SKO 24 markalı modelli FURQON REFREJERATOR tipli avtomobil) qeyd edilmişdir. Bir daha qeyd edilir ki, apellyasiya məhkəməsinin qətnaməsinin 3-cü vərəqinin 18-ci cümləsində - “Bun dan əlavə iddianın mahiyyəti malın xarab olub-olmaması yox, malın ümumən çatdırılma nöqtəsinə çatdırılmaması” qeyd edilmişdir. Yuxarıda qeyd edilən və məhkəməyə təqdim edilən sənədlərdən də görünür ki, iddiaçı ilə Rusiya Federasiyasında fəaliyyət göstərən RVİ arasında bağlanmış 2020-ci il 8 iyul tarixli RVİMAN-080720-N20 saylı müqaviləyə əsasən, cavabdehin istifadəsində olan ** UT *** qeydiyyat nişanlı DAF FTXF 105 markalı modelli yəhərli dartıcı, **-ZF-*** qeydiyyat nişanlı SCHMİTZ SKO 24 markalı modelli Furqon Refrejerator tipli avtomobil ilə 6.000 kq şaftalı, 8.400 kq nektarin və 3.780 kq gavalı Rusiya Federasiyasına aparılmış və alıcı “X3” SC-nin möhürü ilə təsdiq edilərək provayder RVİ tərəfindən təhvil alınması barədə 995486 nömrəli 2021-ci il 17 avqust tarixli malların anbarda təhvi l-təslim aktı və idxal olunan malların qəbulu zamanı miqdarında və keyfiyyətində uyğunsuzluq barədə 2021-ci il 17 avqust tarixli 995486 nömrəli akt ilə təsdiq edilmişdir. MMC-nin istifadəsində olan ** UT *** qeydiyyat nişanlı, DAF FTXF 105 markalı modelli yəhərli dartıcı **-ZF-*** qeydiyyat nişanlı SCHMİTZ SKO 24 markalımodelli Furqon Refrejerator tipli avtomobil ilə 6.000 kq şaftalı, 8.400 kq nektarin və 3.780 kq gavalı Rusiya Federasiyasına 2021-ci il 16 avqust tarixində çatdırılmışdır. 2021-ci il 17 avqust tarixində mallar çatdırıldıqdan sonra “X3” SC-nin ambarına boşaldılmış, 2021-ci il 18 avqust tarixində həmin mallar yenidən həmin avtomobilə yüklənmiş, nəticədə 2021-ci il 19 avqust tarixində avtomobil ambardan çıxmışdır. Malların çatdırılması və təhvil verilməsi öhdəliyi cavabdeh t ərəfindən yerinə yetirilmişdir. 26. “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 2.1.2-ci bəndinə əsasən, beynəlxalq yük daşımaları-avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisindən digər dövlətlərə və ya digər dövlətlərdən Azərbaycan Respublikasının ərazisinə, habelə Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməklə yerinə yetirilən yük daşımaları hesab olunur. Həmin Qaydaların 17.1-ci bəndinə əsasən, daşıyıcı tezkorlanan yükləri izotermik banlı xüsusi konstruksiyalı yük avtonəqliyyat vasitələrində (izotermik furqonlarda, refrijeratorlarda və ya çənlərdə) bu Qaydaların 11 nömrəli əlavəsində göstərilən temperatur rejiminə əməl olunmaqla daşımalıdır. Qaydaların 38.1-ci bəndinə əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxal q nümunəli əmtəə-nəqliyyat qaiməsi (bundan sonra — CMR) bu Qaydaların 22 nömrəli əlavəsində nəzərdə tutulmuş nümunəvi formaya uyğun üç nüsxədə tərtib edilir, yükgöndərən və daşıyıcı tərəfindən imzalanır. CMR üzrə yükgöndərən və daşıyıcının imzalarının rəsmiləşdirilməsi mətbəədə çap edilmə üsulu ilə və ya yükgöndərənin və daşıyıcının ştempelinin əvəz edilməsi yolu ilə aparıla bilər. CMR-in birinci nüsxəsi yükgöndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir və yükalana verilir, üçüncü nüsxəsi isə daşıyıcıda qalır. Qaydaların 40.1-ci bəndinə əsasən, daşıyıcıdan yükü qəbul edərkən yükalanın yükün açıq-aşkar korlanması, zədələnməsi və ya əskik çıxması barədə pretenziyası yaranarsa, o, bu barədə CMR-də müvafiq qeyd aparmalı, onu öz imzası və möhürü ilə təsdiq etməlidir. Qaydaların 40.2-ci bə ndinə əsasən, yükün əskik çıxması, korlanması və ya zədələnməsi zahirən görünmədikdə və bu hallar yükalan tərəfindən yükü daşıyıcıdan qəbul etdikdən sonra mümkün və yolverilən müddət ərzində aşkar edildikdə, yükalan yükü qəbul etdiyi gündən 10 iş günü müddətində daşıyıcıya pretenziya verə bilər. Əks halda, yük yükalan tərəfindən CMR-də qeyd olunmuş vəziyyətdə qəbul edilmiş hesab olunur.

27. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci bəndi, MPM-in 9.1 və 217.3-cü maddələri üzrə - Apellyasiya məhkəməsi tərəfindən məhkəmə araşdırması natamam aparılmış, hüquqi dəlillər aydınlaşdırılmamış, bununla da sözügedən normaların tələbləri kobud şəkildə pozulmuşdur. İşin qeyd olunan faktiki hallarını araşdırmayan apellyasiya instansiyası məhkəməsi iş üzrə bir sıra maddi və prosessu al hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Azərbaycan Respublikası Konstitusiyasıya Məhkəməsi Plenumunun 2004-cü il 28 aprel tarixli Qərarında şərh olunmuşdur ki, işə mahiyyəti üzrə baxılarkən maddi və prosessual qaydalara riayət edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. İddiaçı tərəfindən 2023-cü il 10 oktyabr tarixində kassasiya şikayətinə qarşı etiraz göndərilərək bildirilmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən CMR-dən sənəddə olan Dağıstan Gömrükçülərinin ştampının daxilində “vozvrat 100% ot xx.xx.2021” sözlərinin yazılması, sənədin 24-cü bəndinin daxilində RVİ sözləri yazılan möhür və güya həmin MMC-nin səlahiyyətli şəxsinin im zası və 2021-ci il 17 avqust sözlərinin mövcudluğu müəyyən olunur. Bu sənədə nəzər yetirdikdə bir sıra suallar yaranır: 1) “vozvrat 100% ot xx.xx.2021” sözlərini kim yazıb? Həmin şəxsin adı, soyadı və vəzifəsi nədir? Bu yazının məhz RVİ-ın işçisi tərəfindən yazıldığını nə təsdiq edir? Sürücü ilə iddiaçı arasında olan yazışmalardan müəyyən olunur ki, 2021-ci il 16, 17, 18 avqust tarixlərində mal hələ boşaldılmayıb. Hətta sürücü 2021-ci il 18 avqust tarixində səs yazısında bildirir ki, “gəldilər, iki nəfər idi, buraxmadılar məni içəri, şəkilləri çəkdilər, atdılar”. Bu sözlərin mənasından aydın olur ki, həmin iki nəfər sürücünün yanına, yəni maşının yanına gəlib həmin şəkilləri çəkiblər. Belə olan təqdirdə, 18-i gəlib şəkilləri çəkib atıblarsa, niyə cavabdeh tərəfindən təqdim edilən şəkillərd ə 2021-ci il 16 avqust tarixi qeyd edilib. Axı sürücünün deməsinə görə, onun maşınını həmin tarixdə boşaltmayıblar, heç onunla əlaqə də saxlamayıblar. O ki qaldı sənədin 24-cü bəndində olan möhür və imzaya, cavabdeh tərəfindən təqdim edilən 2021-ci il 17 avqust tarixli 995486 nömrəli alıcının anbarında malların təhvil-təslim aktında olan imza ilə “CMR” adlı sənəddə olan imzalar identikdir. Lakin ilk sənəddə olan möhür “Perekrestok” Səhmdar Cəmiyyətinin, ikinci sənəddə isə guya RVİ-ın möhürləridir. Bu isə özü-özlüyündə həmin adı bəlli olmayan şəxsin imzasının həqiqiliyində, hətta möhürlərin həqiqiliyində böyük şübhələr yaradır. Cavabdeh məhkəməyə telefon danışmasını təqdim edərkən bəzi yazışmaları da silmişdir. Cavabdehin Elbrus adlı şəxsin ona göndərdiyi səs yazıları ilə bağlı iddiaçı hə min Elbrus adlı şəxslə əlaqə yaradıb belə yazışmanın olubolmamasını soruşduqda, o, həmin yazışmanın surətini göndərmişdir. Cavabdeh yazışmada 2021-ci il 20 avqust tarixində Elbrus tərəfindən ona göndərilmiş “34.332 USD malın dəyəri, 706 nalın oformleniyası və sair” yazılar olan mesajı silmişdir. Həmin mesajda ona birbaşa olaraq bildirilir ki, bu cərimələr malın çatdırılmamasına görədir. Hətta Raminin 2021-ci il 19 avqust tarixli “axşamınız xeyir. Zəhmət olmasa malın obşi summasını çıxardıb mənə yazarsınız” cümləsi də ona dəlalət edir ki, o, sürücü tərəfindən malın çatdırılmamasına görə dəymiş zərərin dəyərini öyrənmək istəyib. Təqdim edilən səs yazıları RVİ-ın işçisi yox, başqa bir broker tərəfindən 2021-ci il 20 avqust tarixində göndərilən səs yazısıdır və həmin səs yazısında çatdırılmaya n mallara görə iddiaçı tərəfindən ödənilməli olan cərimələrdən söhbət gedir. İddiaçı şəxsən cavabdehdən Elbrusla aralarında olan yazışmanı təqdim etməsini xahiş etsə də, cavabdeh yalnız brokerin səs yazısını təqdim etmiş, digər yazışmanı təqdim etməmişdir.

29. Cavabdehin öz kassasiya şikayətində istinad etdiyi 2021-ci il 17 avqust tarixli 995486 nömrəli idxal edilən malların kəmiyyət və keyfiyyətində olan fərqlilik haqqında akt və 2021-ci il 17 avqust tarixli 995486 nömrəli alıcının anbarında malların təhvil-təslim aktı Rusiya Federasiyasında tərtib edilsə də, həmin ölkənin qanunlarına zidd tərtib edilmişdir. Belə ki, "Ticarət əməliyyatlarının uçotu üçün ilkin uçot sənədlərinin vahid formalarının albomu"na (Rusiya Federasiyası Dövlət Statistika Komitəsinin 1998-ci il 25 dekabr tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş formalar) əsasən idxal edilən malların kəmiyyət və keyfiyyətində olan fərqlilik haqqında akt komissiya üzvləri və ekspertizanın aparılması həvalə edilmiş təşkilatın eksperti tərəfindən qəbulun nəticələrinə əsasən, tədarükçünün və alıcının təşkilatlarının nümayəndələrinin və ya təşkilatın - alıcının nümayəndəsinin iştirakı ilə tərtib edilir. Burada həmçinin maraqsız təşkilatın səlahiyyətli nümayəndəsi də olmalıdır. Lakin aktın komissiya tərəfindən tərtib edildiyi yazılsa da, sənəd yalnız adı, vəzifəsi bəlli olmayan Kolosova soyadlı şəxs tərəfindən imzalanmışdır. Həmin Kolosova adlı şəxsin kim olması, imzanın məhz ona məxsus olması heç bəlli deyil. Qanunun tələb etdiyi digər şəxslərin nə iştirakı təmin edilmiş, nə də aktlarda onların imzası öz əksini tapmışd ır. İddiaçı sonradan verilmiş sorğuya əsasən müvafiq aktın özünü bütün vərəqləri ilə birlikdə əldə edib məhkəməyə təqdim etdikdə müəyyən olunmuşdur ki, cavabdehin dəlilləri tam əsassızdır və məhkəməyə onlar tərəfindən təqdim edilən 1 səhifəlik sənəd aktın tam versiyası deyil. İddiaçı tərəfindən təqdim edilən sənədlərdən isə müəyyən olunur ki, “Perekrestok” Ticarət Mərkəzi Səhmdar Cəmiyyətinin möhürü ilə təsdiq edilmiş 2021-ci il 17 avqust tarixli 995486 nömrəli alıcının anbarında malların təhvil-təslim aktından RVİ tərəfindən “Perekrestok” Ticarət Mərkəzi Səhmdar Cəmiyyətinə şaftalı, nektarin və gavalı kimi malların təhvil verilmədiyi görünür. Həmin akt həm də sürücü “Yusifov” tərəfindən imzalanmışdır. Bundan əlavə, kassasiya şikayətində qeyd edilənlərin hamısı apellyasiya instansiya məhkə məsində tam araşdırılmışdır. İş materiallarında olan RVİ-ın İddiaçı MMCyə ünvanlandığı məktubdan görünür ki, 2021-ci il 10 avqust tarixindən 2021-ci il 20 avqust tarixinədək dövr ərzində RVİ-ya müqavilədə göstərilmiş mallar tədarük edilməmişdir. RVİın 2021-ci il 20 avqust tarixli 06V invoysa 06V nömrəli pretenziyada göstərilir ki, tədarükçü 06V invoysa əsasən 6.000 kq şaftalı, 84.00 kq nektarin və 3.780 kq gavalı məhsulunu tədarük etməyi öhdəsinə götürmüş olsa da, həmin mallar tədarük edilməmişdir, pretenziyanın ümumi məbləği 38.865,68 dollar təşkil edir.

30. Kassasiya şikayətində qeyd edilən 10 gün ərzində pretenziyanın verilməsi, verilmədiyi halda isə yükün CMR-də qeyd edilən vəziyyətdə qəbul edilmiş hesab edilməsinə dair qeyd olunmuşdur ki, bu yükün qəbul edildiyi hallara aiddir. Yük isə qəbul edilməyib və bu, sürücü tərəfindən imzalanan akt ilə də təsdiqlənib (iş materiallarında olan akt). Dərhal da həm sürücüyə, həm də MMC-nin rəhbərliyinə irad bildirilərək dəymiş zərər tələb edilmiş, hətta prokurorluğa şikayətin ediləcəyi qeyd olunmuşdur. Kassasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edilsə də, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız iddianın təmin edildiyi hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki ha llarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulur: “Maddə

850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür....” “Maddə

851. Yük göndərən və yük alan. Daşıyıcı Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.” “Maddə

854. Qaimə 854.1. Yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: 854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə; 854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; 854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi; 854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeyd-şərtlər; 854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; 854.1.6. daşıyıcının yükə girov hüququ. 854.2. Qaimənin üç orijinalında yük göndərənin və daşıyıcının imzaları və ya ştempelləri olmalıdır. Qaimənin birinci nüsxəsi yük göndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir, üçüncü nüsxəsi isə daşıyıcıya verir....”

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 38.1. Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi (bundan sonra — CMR) b u Qaydaların 22 nömrəli əlavəsində nəzərdə tutulmuş nümunəvi formaya uyğun üç nüsxədə tərtib edilir, yükgöndərən və daşıyıcı tərəfindən imzalanır. CMR üzrə yükgöndərən və daşıyıcının imzalarının rəsmiləşdirilməsi mətbəədə çap edilmə üsulu ilə və ya yükgöndərənin və daşıyıcının ştempelinin əvəz edilməsi yolu ilə aparıla bilər. CMR-in birinci nüsxəsi yükgöndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir və yükalana verilir, üçüncü nüsxəsi isə daşıyıcıda qalır.... 39.1. Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarına görə ödənişin məbləği və hesablaşma qaydası sifarişçi və daşıyıcı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. 39.2. Yük daşımalarının yerinə yetirilməsinə görə sifarişçi və daşıyıcı arasında hesablaşmalar müqavilə ilə hesablaşmanın başqa qaydası müəyyən edilmədikdə, y ükgöndərən və yükalan tərəfindən müvafiq qeydin edildiyi CMR-in əlavə olunduğu daşıyıcının hesabatı əsasında həyata keçirilir....”

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. İddiaçı cavabdehlərdən 34.332 ABŞ dolları məbləğində pulun müştərək qaydada tutulmasını xahiş etmiş, iddia təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı qismən – MMC-yə münasibətdə təmin etmiş, Cavabdeh2 münasibətdə iddia rədd olunmuşdur.

37. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına və iş materiallarına ist inadən belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehlələ 6.000 kq şaftalı, 8.400 kq nektarin və 3.780 kq gavalıdan ibarət yükün Z.Yusifovun idarə etdiyi avtomaşınla Rusiya Federasiyasında yerləşən RVİ-ya çatdırması ilə bağlı razılığa gəlmiş, invoys dəyəri 34.332 ABŞ dolları təşkil edən həmin mallar cavabdehə təhvil verilmiş, mallar təhvil verilən anda qüsursuz olmuş, lakin həmin mallar sifarişçi RVİ-ya çatdırılmamışdır. Bunu RVİ-dan alınmış məktub da təsdiqləyir.

38. Məhkəmə kollegiyası aşğıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır.

39. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, tərəflərin münasibətlərinin hüquqi əsasını şifahi formada bağlanmış yük daşıma daşıma müqaviləsi təşkil edir.

40. MM-in 850 və 851-ci ma ddələrinə (bax bu qərarın 33-cü bəndinə) görə, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər MM-in bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün oldu ğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.

41. Göründüyü kimi, MM-də daşıma müqaviləsinin yazılı olması barədə imperativ müddəa mövcud deyildir.

42. Bununla belə, MM-in 854.1 və 854.2-ci maddələrinə (bax bu qərarın 33-cü bəndinə) görə, yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: - yük göndərən ilə daşıyıcı arasında müqavilə; - daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; - yük alan tərəfindən yükün qəbul edilməsi; - müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeyd-şərtlər; - yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; - daşıyıcının yükə girov hüququ.

43. Qaimənin üç orijinalında yük göndərənin və daşıyıcının imzaları və ya ştempelləri olmalıdır. Qaimənin birinci nüsxəsi yük göndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir, üçüncü nüsxəsi isə daşıyıcıya verir.

44. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 38.1-ci bəndinə (bax bu qərarın 34-cü bəndinə) görə, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi (CMR) nümunəvi formaya uyğun üç nüsxədə tərtib edilir, yükgöndərən və daşıyıcı tərəfindən imzalanır. CMR-in birinci nüsxəsi yükgöndərənə verilir, ikinci nüsxəsi yükü müş ayiət edir və yükalana verilir, üçüncü nüsxəsi isə daşıyıcıda qalır.

45. İş materiallarından məlum olur ki, sözügedən CMR baxılan işdə də mövcuddur və həmin sənədin əslindən görünür ki iddiaçı “göndərən”, RVİ “yükü alan”, cavabdeh “daşıyıcı”, DC Sofino, Sofino logistik texnoparkı “Yükün boşalma yeri” kimi göstərilmiş, sənədn 22-ci qrafasında göndərən (iddiaçı) adından imza çəkilmiş və iddiaçının möhürü vurulmuş, 23-cü qrafada daşıyıcının (cavabdeh) ştampı vurulmuş, sənədin “Yük qəbul olunub” qeydi olan 24-cü qrafasında isə Alıcının adından imza çəkilmiş, RVİ-ın möhürü vurulmuş və tarix “xx.xx.2021” yazılmışdır (İİ cild, i/v 33).

46. Apellyasiya instansiyası məhkəməsi isə CMR sənədinə ümumiyyətlə istinad belə etməmiş, bununla bağlı, xüsusilə də sənədin “Yük qəbul olunub” qeydi olan 24-cü qr afasında RVİ-ın adından imza çəkilməsi, möhürünün vurulması ilə əlaqədar hər hansı hüquqi dəyərləndirmə aparmamışdır.

47. Bundan başqa, yuxarıda istinad olunan MM-in 850-ci maddəsindən aydın olduğu kimi, daşıma müqaviləsinə görə, daşıyıcı yükü haqq müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

48. Eyni zamanda, Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 39.1 və 39.2-ci bəndlərinin tələblərinə (bax bu qərarın 34-cü bəndinə) görə, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarına görə ödənişin məbləği və hesablaşma qaydası sifarişçi və daşıyıcı arasında bağlanm ış müqavilə ilə müəyyən edilir. Yük daşımalarının yerinə yetirilməsinə görə sifarişçi və daşıyıcı arasında hesablaşmalar müqavilə ilə hesablaşmanın başqa qaydası müəyyən edilmədikdə, yükgöndərən və yükalan tərəfindən müvafiq qeydin edildiyi CMR-in əlavə olunduğu daşıyıcının hesabatı əsasında həyata keçirilir.

49. Birinci instansiya məhkəməsinin 2022-ci il 2 dekabr tarixli iclasının protokolundan görünür ki, həmin məhkəmədə iclasda iştirak edən cavabdehin nümayəndəsi öz izahatında cavabdehin ödənişi iddaçı tərəfindən çek vasitəsilə məhsullar çatdırıldıqdan 20 gün sonra ödənildiyini bildirmiş, qarşı tərəf isə bu məsələyə hər hansı aydınlıq gətirməmişdir (İ cild, i/v 121-123). Həmçinin apellyasiya instansiyası məhkəməsinin 2023cü il 1 mart tarixli iclasının protokolundan görünür ki, həmin məh kəmədə iclasda iştirak edən cavabdehin nümayəndəsi iddiaçının sonradan ona yük daşımanın həyata keçirilməsinə görə ödənilməli olan pulun 70-80 % qalığını ödədiyini bildirmiş, qarşı tərəf isə yenə də bu məsələyə hər hansı aydınlıq gətirməmişdir (İİ cild, i/v 231-234).

50. Lakin bu məsələlər də apellyasiya instansiyası məhkəməsinin diqqətindən kənarda qalmış, onlara hüquqi qiymət verilməmişdir. Halbuki həmin xüsusatlara aydınlıq gətirilməsi mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.

51. Belə ki, məhkəmə kollegiyasının mövqeyinə görə, yükdaşıma üçün müqavilə ilə müəyyənləşdirilən haqq daşıyıcının müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməsi üçün ona ödənilən pul məbləğidir. Əgər daşıyıcı öz öhdəliklərini yerinə yetirmirsə, deməli, yükgöndərəndən də sözügedən haqqın ödənilməsi ni tələb etmək əsassızdır. Əksinə, əgər yükgöndərən razılaşdırılmış daşıma haqqını tam və ya qismən daşıyıcıya əvvəlcədən ödəmişdirsə, daşıyıcının öz öhdəliklərini pozaraq yükü nəzərdə tutulan ünvana çatdırmaması həmin haqqın geri qaytarılmasını tələb etmək üçün əsasdır.

52. Baxılan işdə də iddiaçı yükün RVİ-a çatdırılmadığını, yəni cavabdehin öz öhdəliklərini icra etmədiyini iddia etsə də, cavabdehə avans olaraq ödədiyi pul vəsaitini (əgər belə ödəniş olmuşdursa) nədənsə geri tələb etmir. Üstəlik, cavabdeh tərəfin məhkəmə iclaslarında verdiyi izahatlara görə, daşıma haqqı iddaçı tərəfindən məhsullar çatdırıldıqdan 20 gün sonra ödənilmişdir və iddiaçı sonradan cavabdehə yük daşımanın həyata keçirilməsinə görə ödənilməli olan pulun 70-80 % qalığını ödəmişdir. İddiaçı isə bu məsələyə ümumiyy ətlə münasibət bildirməmişdir.

53. Lakin apellyasiya instansiyası məhkəməsi həmin qeyri-müəyyənliyə də aydınlıq gətirməmiş, bununla bağlı heç bir hüquqi qiymətləndirmə aparmamışdır.

54. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən xüsusatlar aydınlaşdırılmadan iş üzrə birmənalı nəticəyə gəlmək qeyri-mümkündür.

55. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax bu qərarın 35-ci bəndinə) tələblərini pozmuş, qanunu düzgün tətbiq etməmiş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax bu qərarın 35-ci bəndinə) zidd olaraq əsassız qətnamə qəbul etmişdir.

56. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2 023-cü il 31 may tarixli 2-2(104)-89/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.

57. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən iş materiallarında olan CMR sənədinə (xüsusilə də mübahisəli yükün RVİ tərəfindən qəbul edilib-edilməməsi baxımından) işdəki digər sübutlarla əlaqəli şəkildə hüquqi qiymət verməli, həmçinin iddiaçı tərəfindən cavabdehə daşıma haqının ödənilib-ödənilməməsinə dair xüsusatlara mübahisəli daşıma müaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilib-yetirilməməsi baxımından aydınlıq gətirməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.

58. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegi yası QƏRARA ALİR: Cavabdeh1 MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 2-2(104)-89/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. İş yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar