Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-587/2025 09.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşıma müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, İddiaçının cavabdehə qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 13 may tarixli 2-2(105)- 58/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Daşıyıcı İddiaçı MMC və sifarişçi Cavabdeh MM C arasında bağlanmış 2024-cü il 31 iyul tarixli 2024 (00172) nömrəli nəqliyyat ekspedisiyası müqaviləsi ilə müqavilə və onun ayrılmaz hissəsini təşkil edən müvafiq əlavələrə əsasən, daşıyıcı yükü hər yükə görə tərtib olunmuş beynəlxalq əmtəə yük qaiməsində göstərilən şəhərdən (ölkədən) digər şəhərə (ölkəyə) daşımağı, sifarişçi isə daşıyıcıya yükləmədən sonra əlavədə göstərilən müddət ərzində daşıma haqqını tam ödəməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı MMC və Cavabdeh MMC-nin nümayəndələri tərəfindən 2024-cü ildə imzalanmış və möhürləri ilə təsdiqlənmiş 22 fevral tarixli ********** nömrəli, 22 avqust tarixli ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, 23 avqust tarixli ********** nömrəli, 27 avqust tarixli ********** nömrəli, ********** nömrəli və 28 avqust tarixli ********** nömrəli təhvil-təslim aktlarından İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş xidmətlərin ümumi dəyəri 118.116,68 manat təşkil etdiyi görünür.
3. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2024-cü ildə ümumilikdə 118.116,68 manat məbləğində xidmətlərin göstərilməsi ilə əlaqədar 23 avqust tarixli MT2408 seriyalı 11472514 nömrəli, MT2408 seriyalı 11474389 nömrəli, MT2408 seriyalı 11477721 nömrəli, MT2408 seriyalı 11470196 nömrəli, MT2408 seriyalı 11468741 nömrəli, MT2408 seriyalı 11472265 nömrəli, MT2408 seriyalı 11469733 nömrəli, 7 noyabr tarixli MT2409 seriyalı 10758239 nömrəli, MT2409 seriyalı 10758636 nömrəli, MT2409 seriyalı 10758466 nömrəli və MT2409 seriyalı 10758815 nömrəli elektron qaimə-fakturalar təqdim edilmişdir.
4. İddiaçı MMC-nin "xxxx" ASC-də olan bank hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən 2024-cü il 23 avqust tarixində 17.000 manat, 3 sentyabr tarixində 34.000 manat və 18 sentyabr tarixində 34.000 manat olmaqla ümumilikdə 85.000 manat pul İddiaçı MMC-nin bank hesabına ödənilmişdir.
5. Maliyyə arayışından "LOGİSTİKA FRUİTS EXPORT” MMC-nin İddiaçı MMC-yə 2025-ci il 5 fevral tarixinə ödəməli olduğu borc məbləğinin 33.116,7 manat təşkil etdiyi görünür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC-nin (bundan sonra – “iddiaçı”) 2024-cü il 5 dekabr tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 33.116,7 manat borc, ödənilmiş 197,76 manat dövlət rüsumu və hüquqi xidmətin göstər ilməsi ilə bağlı 330 manat pulun əvəzinin iddiaçının xeyrinə tutulması, eyni zamanda 2024-cü il 23 avqust tarixindən ödənilməmiş 33.116,7 manat pula görə gecikdirilmiş vaxt üçün məhkəmə qətnaməsi tam icra olunduğu tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsinin 7.5% olmasını əsas götürməklə icra şöbəsi tərəfindən faiz məbləğinin hesablanaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2024-cü il 31 iyul tarixli 2024 (00172) nömrəli nəqliyyat ekspedisiyası üzrə yaranan bütün öhdəliklər iddiaçı tərəfindən tam şəkildə və vaxtlı-vaxtında icra edilməsinə baxmayaraq, cavabdeh tərəfindən müvafiq ödənişlər lazımınca yerinə yetirilməmişdir. Cavabdehə göstərilmiş xidmətlər in ümumi dəyəri 118.116,68 manat təşkil etmiş, cavabdeh həmin xidmətlər üzrə 85.000 manat ödəniş həyata keçirmişdir. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə edilən müraciətlərə baxmayaraq, daşıma haqqının ödənilməsi gecikdirilmiş və icra olunmamışdır.
8. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il 28 fevral tarixli e-2-2(119)191/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 33.116,7 manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 330 manat xidmət haqqı və 189,35 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 33.636,05 manat pulun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim – F.Həmidli).
9. Məhkəmə qeyd etmişdir ki, daşıyıcı (iddiaçı) ilə sifarişçi (cavabdeh) arasında 2024-cü il 31 iyul tarixli 2024 (00 172) nömrəli nəqliyyat ekspedisiyası müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdeh üçün müxtəlif vaxtlarda mallar daşınmaqla xidmətlər göstərilmişdir. Göstərilmiş xidmətlərin ümumi dəyəri 118.116,68 manat təşkil etmiş, bu xidmətlərə görə cavabdeh tərəfindən iddiaçıya, ümumilikdə 85.000 manat məbləğində ödəniş edilsə də, qalan 33.116,7 manat ödənilməmişdir. Göstərilənlərə əsasən məhkəmə iddianın cavabdehdən 33.116,7 manat borcun iddiaçının xeyrinə tutulması hissəsi əsaslı hesab etmişdir.
10. Məhkəmə “ödənilməmiş borca görə gecikdirilmiş vaxt üçün bank uçot dərəcəsinin 7.5% olmasını əsas götürməklə icra şöbəsi tərəfindən faiz məbləğinin hesablanaraq iddiaçının xeyrinə tutulması”na dair iddia tələbini əsaslı hesab etməmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 443.1, 448 və 850.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz təqdim edərək şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh təhvil-təslim aktlarında olan imza və möhürün saxta olduğunu iddia etmiş, səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığını bildirmişdir. Həmçinin iddiaçıya 85.000 manat məbləğində pul ödəmişdir. Həmin 85.000 manata dair qeyd edilən təhvil-təslim aktlarının hər birində olan imza eyni şəxs tərəfindən imzalanmış və eyni möhürlə təsdiq edilmişdir. Yəni, ödənilmiş 85.000 manat məbləğin aid olduğu təhvil-təslim aktlarını da eyni şəxs imzalamış və eyni möhürlə təsdiq edilmişdir. Lakin cavabdeh buna etiraz etməmişdir və əksinə, bunu təsdiq etmişdir. Həmçinin cavabdeh 33.116,7 manat məbləği əks etdirən elektron qaimələrin geri qaytarıldığını bildirmişdir, lakin, bu tamamilə əsassızdır, belə ki, iddia ərizəsinə əlavə edilmiş (təhvil-təslim aktları, elektron qaimələr və s.) sənədlər və etiraza əlavə edilmiş çıxarışlar (malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə fakturaların təsdiqlənmə qrafiki) sübut edir ki, cavabdeh sifarişlər vermiş id diaçı isə sifarişləri icra etmişdir. “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə fakturaların təsdiqlənmə qrafiki” onu sübut edir ki elektron qaimə-fakturalar cavabdeh tərəfindən təsdiqlənmişdir. Göründüyü kimi, cavabdehin şikayəti hüquqa zidd və əsassız olmaqla öhdəliklərin icrasından yayınmağa yönəlmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 13 may tarixli 2-2(105)-58/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Məmmədov, hakimlər – M.Hüseynov və İ.Dəmirov)
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdehin qanuni təmsilçisi 2 025-ci il 12 may tarixində məhkəməyə teleqram ünvanlayaraq məhkəmədə iştirak edə bilmədiyinə görə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı cavabdehin qanuni təmsilçisi ilə əlaqə saxlanılaraq iştirak etməməsinin səbəbi öyrənilmiş, A.Sultanov şəkər xəstəsi olduğunu, ev şəraitində müalicə aldığını, verilmiş suala cavab olaraq müəssisənin digər işçilərinin olduğunu bildirmişdir (bax: məhkəmə iclasının audiovideo yazısı - 9:38-11:10). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
16. Məhkəmə kollegiyası işin mahiyyəti ilə bağlı göstərmişdir ki, iddiaçı tərəfindən təqdim edilən müqavilədən, təhvil-təslim aktlarından, elektron qaimə-fakturalardan və h esabdan çıxarışdan müəyyən olunanlara görə, daşıyıcı (iddiaçı) ilə sifarişçi (cavabdeh) arasında 2024-cü il 31 iyul tarixli 2024 (00172) nömrəli nəqliyyat ekspedisiyası müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdeh üçün müxtəlif vaxtlarda mallar daşınmaqla xidmətlər göstərilmiş, göstərilmiş xidmətlərin ümumi dəyəri 118.116,68 manat təşkil etmiş, cavabdeh tərəfindən iddiaçıya, ümumilikdə 85.000 manat ödəniş edilmiş, 33.116,7 manat isə ödənilməmişdir.
17. Tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğunu mübahisələndirməyən cavabdeh müvafiq dəlillər irəli sürməklə yalnız ödənilməli olan daşıma haqqının bir hissəsinin mövcudluğunu sübut edən sənədlərin (elektron qaiməfakturaların) mötəbərliyini mübahisələndirmişdir. Bununla belə cavabdeh öz etirazının əsasını təşkil edən hər hans ı mötəbər sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim etməmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, birinci instansiya məhkəməsində iş üzrə keçirilmiş 3 hazırlıq və 1 məhkəmə baxış iclasının heç birində, habelə apellyasiya məhkəməsində keçirilmiş məhkəmə iclasında da iştirak etməmiş, məhkəmə iclaslarının təxirə salınması barədə müraciətlər etsə də, buna imkanı və vaxtı olduğu halda araşdırılması üçün hər-hansı dəlil və sübut təqdim etməmişdir. Həmçinin apellyasiya şikayətinə dair iddiaçının etirazının dəlilləri ilə (bax § 13) cavabdehin müvafiq dəlilləri təkzib olunmuşdur.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 425.1, 425.2, 442, 443.1, 448.1, 448.2 və 850.1-ci, MPM-in 14.2, 77.1, 88 və 89-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. MM-in 850.1-ci maddəsi üzrə - Müqaviləyə əsasən cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, iddiaçı tərəfindən yerinə yetirilmiş xidmətin dəyəri olaraq 85.000 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı tərəfindən yerinə yetirilməyən xidmətin dəyəri kimi cavabdehə ünvanlanmış 33.116,7 manat məbləğində elektron qaimələr isə cavabdeh tərəfindən geri qaytarılmışdır. Bu baxımdan, cavabdeh öz öhdəliyini lazımınca yerinə yetirmiş, öhdəlikdən kənar isə hər hansı bir məbləğdə pul ödəmək öhdəliyi olmamışdır.
21. MPM-in 9.1, 9.2 və 9.3-cü maddələri üzrə - Aşağı instansiya məhkəmələri məhkəmə iclasında cavabdehin nümayəndəsinin iştirakını təmin etməmiş, apellyasiya məhkəməsində məhkəmə iclasının təyin edildiyi gün cavabdehin nümayəndəsi (direktor) xəstəliyi ilə əlaqədar məhkəməyə gələ bilməmiş, bu barədə məhkəməyə rəsmi məlumat verərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan həmin gün apellyasiya şikayətinə baxaraq yekun qərar qəbul etmiş, ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçməmişdir. İddiaçı cavabdehin apellyasiya şikayətinə yazılı izahatını təqdim etmişdir. O, cavabdehin şikayətinin əsaslarını təkzib edəcək heç bir dəlil ortaya qoymasa da, məhkəmə cavabdeh üçün öz apellyasiya şikayətinin əsaslarını sübut etməyə şərait yaratmamış, bununla da ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipini pozmuşdur.
22. MPM-in 385.1.2-ci maddəsi üzrə - Qanunverici hakimin üzərinə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmaq vəzifəsi qoyur. Bu zaman məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutları aydınlaşdırmalıdır. Yəni məhkəmə təhvil-təslim aktına cavabdehin nümayəndəsi tərəfindən imzalanmasına istinad edirsə, bu halı, yəni təhvil-təslim aktının imzalayan şəxsin kimliyini araşdırmalı, möhürün cavabdehə məxsus olub-olmamasına aydınlıq gətirməli idi.
23. MPM-in 88-ci maddəsi üzrə - İddiaçı tərəfindən xidmətin göstərilməsinin sübutu kimi məhkəmənin istinad etdiyi təhvil-təslim aktlarının cavabdehin nümayəndəsi tərəfindən imzalanması barədə hər hansı mötəbər sübut olmadığı halda, məhkəmə həmin aktlara istinad etməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə qətnaməsindən də görünür ki, məhkəmə daşıyıcının cavabdehə 118.116,68 manat məbləğində xidmətlərin göstərilməsinin sübutu kimi təhvil-təslim aktlarına istinad edərkən həmin aktların cavabdehin nümayəndəsi tərəfindən imzalanmasını göstərmişdir. Əgər məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət versəydi, həmin təhvil-təslim aktlarını cavabdehin nümayəndəsi qismində imza edən şəxsin şəxsiyyətini, həmin şəxsin cavabdehin nümayəndəsi olub-olmamasını müəyyən edər, bundan sonra imzanın cavabdehə məxsus möhürlə təsdiq edilib-edilməməsini araşdırardı. Göründüyü kimi, məhkəmə sübutlara obyekt iv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, bununla da prosessual hüquq normalarını pozmuşdur
24. Kassator şikayətinin digər bölməsində bildirir ki, məhkəmə tərəfindən göstərilən təhvil-təslim aktları cavabdeh tərəfindən imzalanmamış, cavabdehin həmin aktlardan xəbəri olmamışdır. Bu səbəbdən həmin aktların hazırkı iş üçün heç bir sübut əhəmiyyəti olmamış, apellyasiya şikayətinin əsasını bu hal təşkil etsə də, apellyasiya məhkəməsi işin bu halına əhəmiyyət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin edilməməsi və apellyasiya məhkəməs inin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
26. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh şikayətini formal olaraq tərtib etmiş, onun apellyasiya şikayəti ilə eyni məzmunda olmaqla, yeni əsaslara istinad olunmadan tərtib olunmuşdur. Kassasiya şikayəti qanunsuz və əsassızdır. Belə ki, cavabdeh “təhvil-təslim aktlarında olan imza və möhürün saxta olduğunu iddia etmiş, səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığını” bildirmişdir. Həmçinin iddiaçıya 85.000 manat pul ödəmişdir. Həmin 85.000 manata dair qeyd olunan təhvil-təslim aktlarının hər birində olan imza eyni şəxs tərəfindən imzalanmış və eyni möhürlə təsdiq edilmişdir. Yəni ödənilmiş 85.000 manat məbləğin aid olduğu təhvil-təslim aktlarını da eyni şəxs imzalamış və eyni möhürlə təsdiq olunmuşdur. Lakin cavabde h buna etiraz etməmiş və əksinə bunu təsdiq etmişdir.
27. Həmçinin cavabdeh “33.116,7 manat məbləği əks etdirən elektron qaimələrin geri qaytarıldığını” bildirmişdir. Lakin bu fikir tam əsassızdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş (təhvil-təslim aktları, elektron qaimələr və s.) sənədlər və sistemdən çıxarışlar (malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə fakturaların təsdiqlənmə qrafiki) sübut edir ki, cavabdeh sifarişlər vermiş, iddiaçı isə sifarişləri icra etmişdir. 28. “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə fakturaların təsdiqlənmə qrafiki” həmçinin onu da sübut edir ki elektron qaimə-fakturalar cavabdeh tərəfindən təsdiqlənmişdir. Göründüyü kimi, cavabdehin şikayəti hüquqa zidd və əsassız olmaqla, öhdəliklərin icrasında n yayınmağa yönəlmişdir.
29. Şikayətçinin iddia etdiyi sənədlər (təhvil-təslim aktları, elektron qaimə-fakturalar və s.) tərəflərin əvvəlki qarşılıqlı münasibətlərində tətbiq edilmiş, eyni şəxslər imzalamış və eyni möhürlərlə təsdiqlənmiş, lakin cavabdeh həmin sənədləri mübahisələndirməmişdir. Kassasiya baxışının hədlər
30. Hazırkı icraat çərçivəsində də apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallar ının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə 385 Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəf lərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu il ə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilmə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” Maddə
850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür....”
33. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
376. İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələrinin nəticələri... 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü sə bəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
35. Apellyasiya məhkəməsini n iclasının təyin edildiyi gün cavabdehin nümayəndəsinin (direktorunun) xəstəliyi ilə əlaqədar məhkəməyə gələ bilmədiyinə, onun bu barədə məhkəməyə rəsmi məlumat verərək məhkəmə iclasının təxirə salınmasını xahiş etdiyinə baxmayaraq məhkəmənin, cavabdehin nümayəndəsinin iştirakı olmadan həmin gün yekun qərar qəbul etdiyinə, ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirmədiyinə dair dəlillərlə əlaqədar qeyd olunur ki, məhkəmənin cavabdeh tərəfin iclasa gəlmənin səbəbləri ilə bağlı gətirdiyi dəlilləri üzrlü hesab etmədiyi iş materiallarından görünür. Qanun işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin üzrlü səbəblər olmadan gəlmədiyi hallarda məhkəmənin üzərinə iclası təxirə salmaq vəzifəsini qoymamışdır (MPM-in 376.2- ci maddəsi – bax § 33).
36. Digər tərəfdən, iş materiallarından o da görünür ki, proses barədə məlumatlı olan cavabdeh tərəf heç birinci instansiya məhkəməsinin iclaslarında da iştirak etməmişdir.
37. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh tərəf işin mahiyyəti barədə öz mövqeyini birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində bildirmiş, habelə bütün texniki və prosessual imkanlara malik olmasına baxmayaraq məhkəməyə hər hansı əlavə yazılı izahat, mülahizə və vəsatət bildirməmiş, yaxud qanunla müəyyən edilmiş qaydada yeni sübutlar təqdim etməmişdir.
38. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən tərəflərin bərabərliyi və çəkişmə prinsiplərini pozmamışdır.
39. Kassasiya şikayətinin digər dəlill əri ilə eyni və ya oxşarməzmunlu dəlillər isə iş materiallarından görünür ki, apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.
40. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
41. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə (bax § 33) əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 33) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
42. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 13 may tarixli 2-2(105)-58/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 13 may tarixli 2-2(105)-58/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə