Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-588/2025 27.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdeh Firmasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh Firmasına qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 iyul tarixli 2-2(103)-402/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2024-ci il 27 avqust tarixində Cavabdeh Firması (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2021-ci il 1 noyabr tarixli və 2024-cü il 1 may tarixli alğı-satqı müqavilələri üzrə 50.572,98 manat əsas borc, 3.030 manat cərimə məbləği, 3.666,54 manat əldən çıxmış faydanın və ödənilmiş 266 manat dövlət rüsumunun, həmçinin 1.100 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 14 yanvar tarixli e-2-2(113)-433/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 15.959,12 əsas borc, 2.000 manat cərimə məbləği olmaqla, ümumilikdə 17.959,12 manat pulun tutularaq iddiaçıya ö dənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamış, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 197 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 1.100 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – N.Əhmədova).
3. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 aprel tarixli 2-2(103)-402/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid olunması qət edilmişdir (sədrlik edən – L.Əliyeva, hakimlər – Z.Şirinov və E.Həsənov).
5. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 iyul tarixli 2-2(103)-402/2025 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən – L.Əliyeva, hakimlər – Z.Şirinov və E.Həsənov).
7. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan “məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair” 2025-ci il 7 may tarixli çıxarışdan (elektron kabinet) müəyyən olunanlara görə, apellyasiya məhkəməsinin iş üzrə qətnaməsi cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə (bundan sonra – “nümayəndə”) elektron kabinetinə 2025-ci il 7 may tarixində yerləşdirilmişdir. Həmin çıxarı şa əsasən, nümayəndənin təsdiq edilmiş elektron ünvanı vardır (Elektron ünvan ). Bu o anlama gəlir ki, cavabdehin nümayəndəsinə münasibətdə MPM-in 135.8-ci maddəsinin yalnız birinci dispozisiya şərti (qətnamənin “elektron kabinet”də yerləşdirilməsi) deyil, həm də ikinci dispozisiya şərti (ona bu barədə həmin sistem üzərindən elektron poçt vasitəsilə məlumat çatdırılması) yerinə yetirilmişdir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin nümayəndəsinə 2025-ci il 7 may tarixində MPM-in 135.8-ci maddəsinin tələblərinə uyğun olaraq lazımi qaydada çatdırılmışdır. Odur ki, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq müddətin axımı 2025-ci 8 may il tarixində başlayaraq iş günü olan 7 iyul tarixində bitmişdir. Cavabdeh tərəfindən isə kassasiya şi kayəti 1 gün sonra (2025-ci il 8 iyul) verilmiş, bununla da apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün MPM-in 405-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq müddət ötürülmüş, müddətin bərpasına dair ərizə isə təqdim edilməmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 135.8, 405.0.1 və 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
9. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkün hesab olunaraq işə baxılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
10. MPM-in 4.1-ci maddəsi üzrə - mübahisələndirilən qə rardadın qəbul edilməsi ilə mülki-prosessual qanunvericiliyinin əsas prinsiplərindən olan şirkətin müdafiə üçün məhkəməyə müraciət etmək hüququnu şəkildə pozulmuşdur.
11. MPM-in 135.8 və 405.1-ci maddəsi üzrə - Apellyasiya məhkəməsinin iş üzrə qətnaməsi 2025-ci il 8 may tarixində cavabdehin elektron məhkəmə sistemindəki kabinetinə yerləşdirilmiş, cavabdeh isə qətnaməni 2025-ci il 12 may tarixində oxumuşdur. Bunu təsdiq edən elektron məhkəmə sistemindən çıxarış hazırkı şikayətə əlavə edilir. Həmçinin, qətnamə iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 8 may tarixli bildirişi ilə tərəflərə göndərilmişdir. Apellyasiya məhkəməsinin özü tərəfindən bildirişin 2025-ci il 8 may tarixində tərtib edildiyi nəzərə alındıqda, hansı səbəbdən 2025-ci il 7 may tarixində qətnamənin ça tdırılmasını qeyd etməsi qeyri-müəyyəndir. MPM-in 135.8ci maddəsində birmənalı təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir. Elektron kabinetə isə qətnamə 2025-ci il 8 may tarixində yerləşdirilmiş, cavabdeh də qətnamə ilə 2025-ci il 12 may tarixində tanış olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
13. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadın qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakıl ar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qa ydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hall ara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
16. Kassator öz dəlillərində apellyasiya məhkəməsinin iş üzrə qətnaməsinin cavabdehin elektron məhkəmə sistemindəki kabinetinə 2025-ci il 8 may tarixində yerləşdirildiyini bildirsə də, iş materiallarında olan “məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair” 2025-ci il 7 may tarixli “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan (elektron kabinet) görünür ki, qətnamə cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə elektron kabinetinə 2025-ci il 7 may tarixində yerləşdirilmişdir və nümayəndənin tə sdiq edilmiş elektron ünvanı vardır (Elektron ünvan ) (i/v 207).
17. MPM-in 135.5 və 138.8-ci maddələrinin (bax § 14) məzmunundan aydın olur ki, qətnamənin elektron kabinetdə yerləşdirilmə tarixi həmin qətnamənin işdə iştirak şəxsə rəsmi təqdim olunma tarixidir. Çünki elə qətnamə e-kabinetə yerləşdirilən gün bu barədə müvafiq şəxsin e-mailinə sistem üzərindən bildiriş də göndərilir. Bu baxımdan, qətnamədən şikayət müddətinin axımı məhz növbəti gündən başlayır ki, apellyasiya instansiyası məhkəməsi də bununla bağlı tamamilə düzgün nəticəyə gəlmişdir.
18. Kassatorun istinad etdiyi sənəd isə qətnamənin məlumat üçün göndərilməsi barədə müşayiət məktubudur. Həmin məktubun növbəti gün, yəni 8 may tarixində elektron kabinetə yerləşdirilməsi (kassator öz mövqeyini əsaslandırmaq üçün bu dəlilə isti nad edir) qətnamənin sistemə yerləşdirilməsi, yəni rəsmi qaydada təqdim edilməsi günü deyil, əlavə olaraq məlumat üçün göndərilməsi günü hesab olunur.
19. Odur ki, həmin günlərin praktiki baxımdan fərqli tarixlərə təsadüf etməsi də mümkündür (hazırkı işdə olduğu kimi). Lakin bu, qətnamənin MPM-in 135.5 və 138.8-ci maddələrinin uyğun olaraq şəxsə rəsmi təqdim olunma tarixini dəyişmir.
20. Belə olan halda, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfə sözügedən normaların tələblərinə əsasən, məhz 2025-ci il 7 may tarixində rəsmi qaydada çatdırılmış hesab edilməlidir.
21. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hü quq pozuntularına yol verməmiş, qanuni və əsaslı qərardad qəbul etmişdir.
22. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 iyul tarixli 2-2(103)-402/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh Firmasının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 iyul tarixli 2-2(103)-402/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.