Məhkəmə qərarları › İş №2-2(102)-589/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-589/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-589/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İlkin iddia üzrə iddiaçı "xxxx" MTK-nın Cavabdeh İB-yə, qarşılıqlı iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK-ya qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim İlqar Ağababaş oğlu Dadaşovun sədrliyi ilə, hakimlər Bəhram Məmməd oğlu Məmmədli və X2 ibarət tərkibdə, İlkin iddia üzrə iddiaçı "xxxx" MTK-nın ilkin iddia üzrə Cavabdeh İB-yə qarşı “borcun silinməsi və pulun hesaba qaytarılması” tələbinə, qarşılıqlı iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK-ya qarşı “borcun tutulması ” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli, 22(103)-420/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Cavabdeh İB ilə istehlakçı "xxxx" MTK arasında müəssisə və obyektlərin təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında 2010-cu il 17 dekabr tarixli, 2794-12-10 nömrəli müqavilə bağlanmışdır.

2. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2016-cı il 28 noyabr tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********0070 0) 2016-cı ilin noyabr ayı üçün aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 387.212 m3, qaz sərfinin məbləği – 38.721,20 manat hesablanmışdır.

3. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2016-cı il 20 dekabr tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) 2016-cı il 1 dekabr - 2016-cı il 31 dekabr tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı - 473.397 m3, qaz sərfinin məbləği - 154.679,40 manat hesablanmışdır.

4. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2017-ci il 3 1 mart tarixli, 000253 nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) 2017-ci ilin mart ayına sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 81.442 m3, qaz sərfinin məbləği – 16.288,4 manat hesablanmışdır.

5. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2019-cu il 31 avqust tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) 2019-cu ilin avqust ayı üçün sözügedən müəssisədə sayğacsı z, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4.119 m3, qaz sərfinin məbləği – 829,80 manat hesablanmışdır.

6. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2019-cu il 30 sentyabr tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) 2019-cu ilin sentyabr ayı üçün sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 1.511 m3, qaz sərfinin məbləği – 302,20 manat hesablanmışdır.

7. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2019-cu il 31 oktyabr tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” a ktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) 2019-cu ilin oktyabr ayı üçün sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 5.355 m3, qaz sərfinin məbləği – 1.071 manat hesablanmışdır.

8. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2019-cu il 29 noyabr tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) 2019-cu il 1 noyabr - 2019-cu il 30 noyabr tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 99.928 m3, qaz sərfinin məbləği – 19.985,60 manat hesablanmışdır.

9. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2019-cu il 30 dekabr tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) 2019-cu il 1 dekabr - 2019-cu il 31 dekabr tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 135.050 m3, qaz sərfinin məbləği – 27.010 manat hesablanmışdır.

10. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2020-ci il 31 yanvar tarixli, 000053 nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron ra yonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) 2020-ci il 1 yanvar - 2020ci il 31 yanvar tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 177.475 m3, qaz sərfinin məbləği – 35.495 manat hesablanmışdır.

11. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2020-ci il 28 fevral tarixli, 000343 nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) 2020-ci il 1 fevral - 2020-ci il 29 fevral tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 22 4.271 m3, qaz sərfinin məbləği – 44.854,20 manat hesablanmışdır.

12. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2020-ci il 31 mart tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) 2020-ci il 1 mart - 2020-ci il 31 mart tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 189.998 m3, qaz sərfinin məbləği – 37.999,60 manat hesablanmışdır.

13. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2020-ci il 30 aprel tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron ray onu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) 2020-ci il 1 aprel - 2020-ci il 30 aprel tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 156.010 m3, qaz sərfinin məbləği – 31.202 manat hesablanmışdır.

14. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2020-ci il 31 may tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) 2020-ci il 1 may - 2020-ci il 31 may tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 1.735 m3, qa z sərfinin məbləği – 347 manat hesablanmışdır.

15. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2020-ci il 16 iyun tarixli, 29/1640-00951-5 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktda qeyd edilmişdir ki, Cavabdeh İB-nin 2020-cı il 12 may tarixli, SOCAR**********31791640X00951 saylı telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Abşeron rayon Xidmət sahəsinin "xxxx" MTK-nın qaz xətti üzərində quraşdırılmış G1000 markalı, 83045291 nömrəli turbin tipli “Elster” qaz sayğacı 2020-ci il 13 may tarixində xətdən çıxarılmış (Forma 2 № 9018995), 2020-ci il 31 may tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, 1) ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. İmpuls ötürücüsünün qulaqcığ ı qırıqdır. Korrektor sönüb; 2) sayğac yuyuldu, təmizləndi, hava vuruldu. Pər ağır fırlanır. Sayğac abonentin iştirakı ilə söküldü daxilinə baxış zamanı məlum oldu ki, sayğacın pəri deformasiyaya uğrayıb və ötürücü mexanizm ağır fırlanır; 3) ehtiyyat batareya quraşdırıldı, korrektor 2019-cu il 6 avqust tarixində sönüb. Pbaza = 1.01325, Pbaza = 20 C Göstəricilər Vot = 18402137, Vt = 11702959 m3 əks olundu. Batareya yoxlandı, gərginliyi 0V. Korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 1.925.059 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Korrektorun dövrəsində cərəyan şiddəti yoxlanıldı gözləmə rejimində cərəyan şiddəti 77 mkA qeydə alındı. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır.

16. Cavabdeh İB tərəfindən tər tib olunmuş 2020-ci il 30 iyun tarixli, ******* saylı “X3 X1” aktda qeyd edilmişdir ki, Cavabdeh İB-nin 29/1640-00951-5 nömrəli akta əsasən dəymiş ziyan hesablansın.

17. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2021-ci il 29 yanvar tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) 2021-ci ilin yanvar ayı üçün sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 743.017 m3, qaz sərfinin məbləği – 148.603,40 manat hesablanmışdır.

18. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2021-ci il 31 may tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddə tdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) 2021-ci il 1 may - 2021-ci il 31 may tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4.352 m3, qaz sərfinin məbləği – 870,40 manat hesablanmışdır.

19. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2021-ci il 30 iyun tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) 2021-ci il 1 iyun - 2021-ci il 30 iyun tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacın ın işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4.212 m3, qaz sərfinin məbləği – 842,40 manat hesablanmışdır.

20. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2021-ci il 30 iyul tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) 2021-ci il 1 iyul - 2021-ci il 31 iyul tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4.352 m3, qaz sərfinin məbləği – 565,76 manat hesablanmışdır.

21. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2021-ci il 31 avqust tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) 2021-ci il 1 avqust - 2021-ci il 31 avqust tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4.352 m3, qaz sərfinin məbləği – 565,76 manat hesablanmışdır.

22. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2021-ci il 30 sentyabr tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) 2021-ci il 1 sentyabr 2021-ci il 30 sentyabr tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işl əmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4.212 m3, qaz sərfinin məbləği – 547,56 manat hesablanmışdır.

23. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2021-ci il 29 oktyabr tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) 2021-ci il 1 oktyabr - 2021-ci il 31 oktyabr tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4.352 m3, qaz sərfinin məbləği – 565,76 manat hesablanmışdır.

24. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2021-ci il 30 noyabr tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesabla nması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) 2021-ci il 1 noyabr - 2021-ci il 30 noyabr tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4.212 m3, qaz sərfinin məbləği – 694,98 manat hesablanmışdır.

25. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2021-ci il 30 noyabr tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) 2021-ci il 1 noyabr - 2021-ci il 30 noyabr tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının iş ləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 180.858 m3, qaz sərfinin məbləği – 29.841,57 manat hesablanmışdır.

26. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2022-ci il 11 yanvar tarixli, 29/164003082-6 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktda qeyd edilmişdir ki, Cavabdeh İB-nin 2021-ci il 13 dekabr tarixli, SOCAR**********31791640X03082 saylı telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Abşeron rayon Xidmət sahəsinin Rahat Həyat MTK-ya məxsus qaz xətti üzərində quraşdırılmış G1000 markalı 83047151 nömrəli turbin tipli “Elster" qaz sayğacı 2021-ci il 10 dekabr tarixində xətdən çıxarılmış (Forma-2 № 9027110), 2021-ci il 17 dekabr tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmiş və müəyyə n edilmişdir ki, 1) ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. Korrektor sönüb. İmpuls ötürücüsü qırıqdır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Korrektor açıldı, yapışqan plomb (********) normaldır. Korrektorun daxili naqillərinin izolyasiyası normaldır. Pər işləkdir; 2) sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir; 3) ehtiyyat batareya quraşdırıldı, korrektor 2021-ci il 6 oktyabr tarixində sönüb. Pbaza = 1,01325, Pbaza = 20 C. Göstəricilər Vot = 8000506, Vt = ******* m3 əks olundu. Korrektorun dövrəsində cərəyan şiddəti yoxlanıldı, gözləmə rejimində cərəyan şiddəti 77 mkA qeydə alındı. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çevriciləri normaldır. İmpuls ötürücünün nasazlığı səbəbindən elektron göstərici Vt mex aniki göstəricidən 227661 m3 azdır. Şteyker yenisi ilə əvəz edilməlidir.

27. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2022-ci il 31 yanvar tarixli, ******* saylı “X3 X1” aktda qeyd edilmişdir ki, Cavabdeh İB-nin 29/1640-03082-6 nömrəli akta əsasən dəymiş ziyan hesablansın.

28. Cavabdeh İB tərəfindən 2022-ci il 28 fevral tarixində qəbul olunmuş uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamədə qeyd edilmişdir ki, sayğacların müayinəsi laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 2022-ci il 11 yanvar tarixli, 29/1640-03082-6 nömrəli aktına əsasən G-1000 markalı 83047151 nömrəli sayğacda impuls ötürücünün nasazlığı səbəbindən elektron göstərici Vt mexaniki göstəricidən 227.561 m3 azdır. Respublikada qüvvədə olan ГОСТ 2939-63 “Газы. Условия для определения объема” sta ndartının tələblərinə əsasən istehlakçılara təhvil verilən qazın həcmi standart şəraitdə təzyiq 1,01325 bar və temperatur 293.15 (20 °C) olmaqla hesablanmalıdır. ПР 50.2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına uyğun olaraq mexaniki hissədən keçən qaz həcminin 227.561 m3, əmsal 2.52 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır: 227.561 x 2.52=573.454 – 19.676 (göstərici fərqi) = 553.778 m3; 553.778-217.240 (mexaniki göstərici) – 180.858 (əmsal/fərq) = 155.680 m3.

29. Abonentin saldosundan müəyyən olunmuşdur ki, "xxxx" MTK-nın qeyd edilən tarixə ümumilikdə borcu 851.651,31 manat (sayğac oxunması: 5.007.043,81 manat + aktlar: 870.948,86 manat – ödəmələr: 5.026.341,35 manat = son borc: 851.651,31 manat) təşkil edir.

30. Ca vabdeh İB tərəfindən tərtib olunmuş 2022-ci il 30 iyun tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) 2022-ci il 1 may - 2022-ci il 30 iyun tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 8.424 m3, qaz sərfinin məbləği – 1.389,96 manat hesablanmışdır.

31. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2022-ci il 29 iyul tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonen t kodu: **********00700) 2022-ci il 1 iyul - 2022-ci il 31 iyul tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 1.841 m3, qaz sərfinin məbləği – 303,76 manat hesablanmışdır.

32. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2022-ci il 31 avqust tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) 2022-ci il 1 avqust - 2022-ci il 31 avqust tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4.352 m3 hesablanmışdır.

33. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2022-ci il 30 se ntyabr tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) 2022-ci il 1 sentyabr 2022-ci il 30 sentyabr tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4.212 m3 hesablanmışdır 34. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 2022-ci il 5 oktyabr tarixli arayışdan görünür ki, "xxxx" MTK sessiyanın tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. 35. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 2022-ci il 10 oktyabr tarixli arayışdan görünür ki, Cavabdeh İB se ssiyanın tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. 36. "xxxx" MTK tərəfindən Cavabdeh İB-yə 2022-ci il 21 oktyabr tarixində pretenziya məktubu göndərilərək, hesablanmış borcun 3 gün müddətində silinməsi və əsassız hesablanmış borcun ümumi məbləğindən ödənilmiş 27.142,86 manat hissəsinin "xxxx" MTK-nın hesabına geri qaytarılması xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

37. Cavabdeh İB tərəfindən "xxxx" MTK-ya 2022-ci il 10 noyabr tarixində pretenziya məktubu göndərilərək, borcun 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

38. İlk iddia üzrə iddiaçı "xxxx" MTK (bundan sonra – "xxxx" MTK”) ilk iddia üzrə Cavabdeh İB-yə (bundan sonra – Cavabdeh İB”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən "xxxx" MTK-ya aktlar əsasında hesablanmış 759.783,78 manat məbləğində ümumi borcun 732.640,92 manat hissəsinin **********00700 nömrəli abonent hesabından silinməsi, həmin borcdan ödənilmiş 27.142,86 manat hissəsinin isə **********00700 nömrəli abonent hesabına geri qaytarılması və dövlət rüsumuna görə ödənilmiş 1.049,78 manat pulun Cavabdeh İB-dən tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

39. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır-Novxanı şossesinin sol tərəfi ünvanda yerləşən "xxxx" MTK-ya məxsus qeyri yaşayış sahəsi (qazanx ana) 2010-cu il 17 dekabr tarixli, 2794-12-10 nömrəli müqavilə əsasında **********00700 saylı abonent hesabı verilərək təbii qazla təchiz edilmişdir. "xxxx" MTK-ya 2016-cı ilin noyabr ayından 2022-ci ilin oktyabr ayınadək ayrı-ayrı tarixlərdə ümumi məbləği 759.783,78 manat olan sayğac göstəricilərindən əlavə borclar hesablanmışdır. Ümumi mübahisə məbləğinin 347.499,40 manat hissəsi Azərbaycan Respublikası Ali Məhkəməsi və Bakı Apellyasiya Məhkəmələrinin qərarlarından irəli gəlmişdir. Belə ki, 2016-cı il 31 oktyabr tarixində Cavabdeh İB tərəfindən "xxxx" MTK-nın istifadəsində olan ELSTER G-100 tipli, 83045291 nömrəli qaz sayğacı çıxarılaraq götürülmüşdür. Qaz sayğacı olmadığı müddət ərzində, yəni 2016-cı il 1 noyabr tarixindən 2017-ci il 6 fevral tarixinədək Cavabdeh İB qanunvericiliyin təl əblərinə zidd olaraq "xxxx" MTK-ya artıq borc hesablamışdır.

40. Bununla bağlı "xxxx" MTK tərəfindən 2018-ci ildə ümumi məbləğdə 459.986 manat olan əsassız hesablanmış borcun silinməsi və dəymiş zərərin əvəzi olaraq 100.000 manat pulun "xxxx" MTK-nın xeyrinə tutulması tələbi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmişdir. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 18 may tarixli, 2-2(102)-89/2021 saylı qərarı ilə qətnamə ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilərkən kassasiya şikayətinin təmin edilməsinə əsas iş üzrə "xxxx" MTK qismində çıxış edən "xxxx" MTK-nın **********00700 abonent hesabı olan "xxxx" MTK-ya hesablanmış borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququnun olmamas ı olmuşdur. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 29 oktyabr tarixli, 22(103)-895/2021 saylı qətnaməsi ilə "xxxx" MTK-nın iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilmişdir.

41. Abonent saldosundan görünür ki, 2016-cı ilin oktyabr ayı ərzində 9.838,50 manat dəyərində qaz sərf edilmişdir. Belə olan halda gündəlik sərfiyyat 317 manat təşkil edir. Sayğacsız istifadə dövrü nəzərə alındıqda, 2016-cı il 1 noyabr - 2017-ci il 6 fevral, bu 98 gün və 31.066 manat edir. Göründüyü kimi, sayğacsız dövr üzrə Cavabdeh İB tərəfindən hesablanmış 378.565,4 manat borcun 347.499,40 manat hissəsi qanunvericiliyin tələblərinə riayət edilmədiyindən artıq hesablanmışdır.

42. Mübahisələndirilən məbləğin 386.597,18 manat hissəsi isə 2019-cu ilin avqust ayından 2022-ci ilin oktyabr ay ınadək olan müddət ərzində guya qaz sayğacı işləmədiyinə görə “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 23 ədəd akt əsasında hesablanmışdır. Həmin tarixlərdə qaz sayğacının göstəricilərinə əsasən hər ay borc, həmçinin qanuna, hüquqi akta əsaslanmadan sayğac göstəricilərindən əlavə borclar hesablanmışdır. Mübahisələndirilən məbləğin 25.687,20 manat hissəsi isə “X3 X1” 2022-ci il 31 yanvar tarixli, ******* saylı akta əsasən hesablanmışdır. Cavabdeh İB növbəti dəfə qanunsuz yoxlama aktına əsasən "xxxx" MTKya əlavə borc hesablamışdır.

43. Tərtib edilmiş saxta aktlardan göründüyü kimi, Cavabdeh İB 2016-cı ildən "xxxx" MTK-ya əlavə 669.689,96 manat məbləğində borc hesablamışdır. Belə bir hesablama düsturu və hüququnun hansı qanunla müəyyən olunduğu məlum dey ildir. Cavabdeh İB külli miqdarda əsassız borclar hesablamışdır. Aktlar "xxxx" MTK-nın və ya onun nümayəndəsinin iştirakı olmadan tərtib olunmuşdur. Halbuki, bu cür aktlar tərtib olunarkən "xxxx" MTK-nın iştirakı təmin edilməli idi. Təqdim edilən hesab fakturalarda borcun aktlar əsasında hesablandığı qeyd edilməmişdir. Qaz paylayıcının nümayəndəsi sayğacda qüsur barədə "xxxx" MTK-ya məlumat verməmişdir.

44. Cavabdeh İB tərəfindən tərtib edilmiş və hazırda mübahisələndirilən aktlardan isə görünür ki, yoxlama aparılarkən qanunvericiliyin tələblərinə əməl edilməmiş, yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Abonent saldosundan göründüyü kimi, mübahisələndirilən ümumi məbləğin 732.640,92 manat hissəsi ödənilməmiş borc kimi qalmışdır. "xxxx" MTK tərəfindən sayğac göst əricilərinə əsasən müəyyən edilmiş qazın dəyərinin ödənişi üçün edilmiş cavabdehin hesabına köçürülmüş pul məbləğləri "xxxx" MTK-nın məlumatı olmadan mübahisələndirilən ümumi məbləğin 27.142,86 manat hissəsinin ödənişinə çıxılmışdır. Cavabdeh İB tərəfindən "xxxx" MTK-ya təqdim edilən hesab fakturalarda hansı məbləğin aktlar əsasında hesablandığı əks olunmamışdır.

45. İlkin iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2013-cü il 2 iyul tarixli Azərbaycan Respublikasının Qanununun 3.2 və 31.2.3-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın (bundan sonra - “Qazdan istifadə qaydaları”) 5.2 və 5.4-cü bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin (bundan sonra – “Əsasnamə”) 1.4 və 5.2-ci bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.2-ci maddəsinə istinad olunmuşdur.

46. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-dan X3yə görə yaranmış 730.472,97 manat borcun və 1.020,47 manat ödənilmiş rüsum x ərcinin məcburi qaydada tutularaq Cavabdeh İB-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

47. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB müqavilə əsasında "xxxx" MTK-ya məxsus Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış sahəsini təbii qazla təchiz etmişdir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün "xxxx" MTK-ya bildirişlər göndərilmişdir. "xxxx" MTK istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmiş, nəticədə 2022-ci il 1 oktyabr tarixinə 730.472,97 manat borcu yaranmışdır. Qazın alqı-satqı müqaviləsinin 3.4cü bəndinin tələbi "xxxx" MTK tərəfindən pozulmuşdur. Həmin bəndə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).

48. Qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442 və 443.1-ci maddələrinə, “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə istinad olunmuşdur.

49. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 19 yanvar tarixli, e -2-2(113)298/2023 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh İB tərəfindən "xxxx" MTK-ya aktlar əsasında hesablanmış 759.783,78 manat məbləğində ümumi borcun 730.472,97 manat hissəsinin **********00700 nömrəli abonent hesabından silinməsi, həmin borcdan ödənilmiş 27.142,86 manat hissəsinin isə **********00700 nömrəli abonent hesabına geri qaytarılması, ödənilmiş dövlət rüsumuna görə 650 manat məbləğində pulun Cavabdeh İB-dən "xxxx" MTK-nın xeyrinə tutulması qət edilmiş, ilkin iddia qalan hissədə təmin olunmamış, qarşılıqlı iddia təmin edilməmişdir (hakim – Z.Axundova).

50. Məhkəmə qeyd etmişdir ki, müəyyən dövrlərdə "xxxx" MTK təbii qazdan qaz sayğacı olmadan istifadə etmiş, bununla bağlı, eləcə də qaz sayğacının olduğu müddətlər ərzində "xxxx" MTK barəsində aktlar tərt ib olunmuş və tərtib olunan aktlara əsasən borc hesablanmışdır.

51. Abonent saldosundan müəyyən olunmuşdur ki, "xxxx" MTK tərəfindən 2016-cı ilin oktyabr ayı ərzində 9.838,50 manat dəyərində qaz sərf edilmiş, həmin ay üçün gündəlik sərfiyyat 317 manat təşkil etmişdir. Sayğacsız istifadə dövrü 98 gün (2016-cı il 1 noyabr - 2017-ci il 6 fevral) olmuşdur və “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə uyğun hesablama aparıldıqda bu 31.066 manat etmişdir. Həmçinin həmin dövr üzrə Cavabdeh İB tərəfindən "xxxx" MTK-ya 362.277 manat məbləğində borc hesablanmışdır. Məhkəmənin qənaətinə əsasən, həmin məbləğdən 31.066 manat çıxılmalı və 331.211 manat məbləğində hesablanmış məbləğ "xxxx" MTK-nın hesabından silinməlidir.

52. Həmçinin, "xxxx" MTK 16.288,40 manat məbləği 2016-cı il 1 noyabr tarixində n 2017-ci il 6 fevral tarixinədək olan müddətdə hesablanan borc məbləğinə daxil edərək silinməsini xahiş etmişdir. 53. 16.288,40 manat məbləğində borc "xxxx" MTK-ya 2017-ci ilin mart ayında tərtib edilmiş akt əsasında hesablanmışdır. 2017-ci il 31 mart tarixli aktda mart ayı üçün qazdan sayğacsız istifadə yazılsa da, aktda sayğacsız istifadənin hansı müddəti əhatə etdiyi göstərilməmişdir. Eyni zamanda 2017-ci ilin mart ayına sayğac göstəricisinə əsasən, "xxxx" MTK-ya 211.828,80 manat borc hesablanmışdır. Ona görə, 2017-ci il 31 mart tarixli akt əsasında hesablanan 16.288,40 manat məbləğində borc da "xxxx" MTK-nın hesabından silinməlidir. 54. "xxxx" MTK-nın nümayəndəsi sayğac olmadığı müddətdə qeyd olunan qaydada və məbləğdə hesablamanın aparılmasının hüquqi əsasını göstərə bilməmişdir. Elə cə də, sözügedən abonentin saldosunun aktlar bölməsindən görünür ki, 2019-cu ilin avqust ayından 2022-ci ilin oktyabr ayınadək abonentə aktlar üzrə (qeyd: iddia tələbində qeyd edilən 23 akt üzrə hesablanan məbləğlər öz əksini tapmışdır) 386.597,18 manat borc məbləğləri hesablanmışdır. Aktlarda aktın tərtib olunma səbəbi kimi müəssisədə sayğacın işləmədiyi dövr qeyd olunmuş, halbuki həmin qeyd olunan dövrlərdə "xxxx" MTK-nın istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən, hər ay üzrə sərfiyyat məbləğləri hesablanmışdır, məsələn 2020-ci il üzrə 585.848,60 manat, 2021-ci il üzrə 662.469 manat və s.

55. Mübahisələndirilən məbləğin 25.687,20 manat hissəsi isə “X3 X1” 2022-ci il 31 yanvar tarixli, ******* saylı akta əsasən hesablanmışdır. Akta əsasən, müvəqqəti istifadədə olan ELSTER G -1000 tipli, 83047151 nömrəli qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, yoxlama rəyinə əsasən Cavabdeh İB tərəfindən "xxxx" MTK-ya akt əsasında 25.687,20 manat borc hesablanmışdır.

56. Cavabdeh İB tərəfindən "xxxx" MTK-nın barəsində tərtib edilmiş və hazırda nəticələri mübahisələndirilən aktlardan müəyyən olunur ki, Cavabdeh İB "xxxx" MTK-nın barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Yoxlamalar qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

57. Ödənilmiş dövlət rüsumunun məbləği isə 650 manat təşkil etdiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq həmin məbləğdə pul Cavabdeh İB-dən tutularaq "xxxx" MTK-ya ödənilməlidir.

58. Qarşılıq lı iddia isə 730.472,97 manat məbləğində borcun "xxxx" MTK-dan tutulmasından ibarət olmuşdur. Məhkəmə ilkin iddia tələbi ilə aktlar üzrə borc məbləğinin silindiyini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddia rədd olunmalıdır.

59. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5, 3.5-1 və 3.5-2-ci maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2013-cü il 2 iyul tarixli Azərbaycan Respublikası Qanununun 2.1, 2.3 və 3.2-ci maddələrinə, “Qazdan istifadə qaydaları”nın 5.4-cü bəndinə, Əsasnamənin 1.4 və 1.5-ci bəndlərinə, MPM-in 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

60. Cavabdeh İB həmin qətnamədən apellyasiya şikayəti verərək onun ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilmiş hissəsində ləğv edilməsi, ilkin iddia üzrə tələbinin tam rədd olunması, qarşılıqlı iddia üzrə isə tələbin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

61. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli, 2-2(103)-420/2023 saylı qətnaməsi ilə “Azəriqaz İB” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – ilkin iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – A.Hüseyn, hakimlər – V.Baxışova və R.Qurbanov).

62. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müəyyən dövrlər üzrə tə rəflər arasında müqavilə üzrə mübahisələr yaranmış, nəticədə "xxxx" MTK Cavabdeh İByə qarşı iddialarla məhkəməyə müraciət etmişdir. Belə ki, müəyyən dövrlərdə "xxxx" MTK təbii qazdan qaz sayğacı olmadan istifadə etmiş, bununla bağlı, eləcə də qaz sayğacının olduğu müddətlər ərzində "xxxx" MTK barəsində aktlar tərtib olunmuş və tərtib olunan aktlara əsasən "xxxx" MTK-ya borc hesablanmışdır.

63. Abonent saldosundan müəyyən olunmuşdur ki, "xxxx" MTK tərəfindən 2016-cı ilin oktyabr ayı ərzində 9.838,50 manat dəyərində qaz sərf edilmiş, həmin ay üçün gündəlik sərfiyyat 317 manat təşkil etmişdir. Sayğacsız istifadə dövrü 98 gün (2016-cı il 1 noyabr - 2017-ci il 6 fevral) olmuş və “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə uyğun hesablama aparıldıqda bu 31.066 manat etmişdir. Həmin dövr üzrə C avabdeh İB tərəfindən "xxxx" MTK-ya 362.277 manat məbləğində borc hesablanmışdır. Məhkəmənin qənaətinə əsasən, həmin məbləğdən 31.066 manat çıxılmalı və 331.211 manat məbləğində hesablanmış borc "xxxx" MTK-nın hesabından silinməlidir. 64. "xxxx" MTK 16.288,40 manat məbləği 2016-cı il 1 noyabr tarixindən 2017-ci il 6 fevral tarixinədək olan müddətdə hesablanan borc məbləğinə daxil edərək silinməsini xahiş etmişdir. 65. 16.288,40 manat məbləğində borc "xxxx" MTK-ya 2017-ci ilin mart ayında tərtib edilmiş akt əsasında hesablanmışdır. 2017-ci il 31 mart tarixli aktda mart ayı üçün qazdan sayğacsız istifadə yazılsa da, aktda sayğacsız istifadənin hansı müddəti əhatə etdiyi göstərilməmişdir. Eyni zamanda, 2017-ci ilin mart ayına sayğac göstəricisinə əsasən, "xxxx" MTK-ya 211.828,80 manat borc he sablanmışdır. Ona görə, 2017-ci il 31 mart tarixli akt əsasında "xxxx" MTK-ya hesablanan 16.288,40 manat məbləğində borc da "xxxx" MTK-nın hesabından silinməlidir.

66. Eləcə də, sözügedən abonentin saldosunun aktlar bölməsindən görünür ki, 2019cu ilin avqust ayından 2022-ci ilin oktyabr ayınadək abonentə aktlar üzrə (qeyd: iddia tələbində qeyd edilən 23 akt üzrə hesablanan məbləğlər öz əksini tapmışdır) 386.597,18 manat borc məbləğləri hesablanmışdır. Aktlarda aktın tərtib olunma səbəbi kimi müəssisədə sayğacın işləmədiyi dövr qeyd olunmuş, halbuki həmin qeyd olunan dövrlərdə "xxxx" MTK-nın istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən, hər ay üzrə "xxxx" MTK-ya sərfiyyat məbləğləri hesablanmışdır. Məsələn: 2020-ci il üzrə 585.848,60 manat, 2021-ci il üzrə 662.469 manat və s. Bu səbəbdən həmin borc da "xxxx" MTK-nın abonent hesabından silinməlidir.

67. Mübahisələndirilən məbləğin 25.687,20 manat hissəsi isə “X3 X1” 2022-ci il 31 yanvar tarixli, ******* saylı akta əsasən hesablanmışdır. Akta əsasən, müvəqqəti istifadədə olan ELSTER G-1000 tipli, 83047151 nömrəli qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, yoxlama rəyinə əsasən, Cavabdeh İB tərəfindən "xxxx" MTK-ya akt əsasında 25.687,20 manat borc hesablanmışdır. Belə olan halda, Cavabdeh İB "xxxx" MTK-nin barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, Cavabdeh İB tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Cavabdeh İB tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

68. Məhk əmə kollegiyası iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

69. Birinci instansiya məhkəməsi ilkin iddia tələbi üzrə borc məbləğinin silindiyini nəzərə alaraq, qarşılıqlı iddia tələbinin rədd olunması və 650 manat dövlət rüsumunun əvəzinin Cavabdeh İB-dən tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə də düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayəti təmin edilmədiyindən Cavabdeh İB tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

70. Məhkəmə kollegiyası Cavabdeh İB-nin apellyasiya şikayətində qeyd etdiyi, 2016cı il 31 oktyabr tarixində qaz sayğacı çıxarıldıqdan sonra 2017-ci il 6 fevral tarixinədək təbii qazın verilməsi dayandırılmamış və istif adə edilən təbii qazın dəyəri ötən ilin müvafiq dövrünə uyğun hesablanmışdır dəlilinə münasibətdə qeyd etmişdir ki, qaz sayğacı olmadığı müddətdə istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmaların sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılması “Qazdan istifadə qaydaları”nın 5.4-cü bəndində imperativ qaydada müəyyən edilmişdir.

71. Cavabdeh İB-nin "xxxx" MTK-nın “qış mövsümündə 3 ay ərzində 31.066 manat məbləğində X3 etməsi heç bir məntiqə sığmır” şəklində dedikləri isə apellyatorun mülahizəsi olmuşdur.

72. Apellyasiya şikayətinin digər “mübahisələndirilən məbləğin 382.973,57 manat hissəsi istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır” dəlilinə isə məhkəmə kollegiyası tərəfindən münasibət bildirilərək qeyd edilmişdir ki, 386.597,18 manat borc məbləği 2019-cu ilin avqust ayından 2022-ci ilin avqust ayına qədər olan dövrdə “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktlara əsasən hesablanmışdır. Həmin dövrdə "xxxx" MTK-nın qaz sayğacı olmuş və sayğaca əsasən sərfiyyat hesablanmışdır. 73. 25.687,18 manat borcun hesablanmasına əsas olmuş 2022-ci il 31 yanvar tarixli, ******* saylı akt “X3 qaydalarının pozulması” adlanır. Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 2.1, 2.3 və 3.2-ci maddələrinə əsasən yoxlamaların vahid məlumat reyestrində qeydiyyatı aparılmalı idi.

74. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 448.1, maddələrinə, “Qaz təchizatı haqqında” Azərbayca n Respublikasının Qanununun 3.5, 3.5.1 və 3.5-2-ci maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 2.3 və 3.2-ci maddələrinə, “Qazdan istifadə qaydaları”nın 5.4-cü bəndinə, Əsasnamənin 1.4 və 1.5-ci bəndlərinə, MPM-in 14.2, 77.1, 107 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

75. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 5 iyul tarixində Cavabdeh İB-nin nümayəndəsinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.

76. Cavabdeh İB həmin qətnamədən 2023-cü il 11 avqust tarixində kassasiya şikayəti verərək onun ləğv olunması, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA Ş İKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 77. “Qazdan istifadə Qaydaları”nın 1.3-cü, 3.3-cü, 4.1-ci, 4.8-ci, 5.2-ci və 5.4-cü bəndlərinin tələbləri pozulmuşdur. Cavabdeh İB istehlakçını təbii qazla təmin etmiş və abonentin qaz təminatı hətta sayğac işləməyən dövrdə belə dayandırılmamış, sayğac quraşdırıldıqdan sonra sayğac əvəzlənənə qədər, hətta sayğac əvəzlənən dövrdə belə qazdan istifadə olunmuşdur. Qeyd olunan sayğacın texniki cəhətdən saz vəziyyətdə saxlanılmasına istehlakçılar özləri məsuliyyət daşıyırlar, qazın alqı-satqısı müqaviləsinin 2.1.6-cı yarımbəndinə uyğun olaraq istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotu aparılır. Qaz sayğacı balans mənsubiyyəti sərhədində quraşdırılmış qurğudur və sahibkarlıq subyekti ərazisinə daxil deyil. Bundan əlavə, Cavabdeh İB öz təşəbbüsü ilə "xxxx" MTK-ya məxsus sayğacın əvəzlənməsini həyata keçirməmiş və yoxlama aparmaq kimi niyyəti olmamışdır. Apellyasiya instansiya məhkəməsi qaz sayğacının olmadığı dövrdə qazın dəyəri üzrə hesablaşmaların aparılmasının mümkün olması müddəasını nəzərə alsa da özü xüsusi hesablama apararaq orta gündəlik və aylıq sərfiyyat müəyyən etmişdir. Belə olan halda, məhkəmə bu iş üzrə qaz cihazlarınının saatlıq qaz sərfiyyatına (fəsillərə görə) uyğun ekspertiza təyin etməli faktiki sərfiyyata görə hesablanmalı olan borc məbləğini müəyyən etməli olduğu halda bunu etməmiş, əvəzində isə iddia tələbinə uyğun hesablanmış bütün borc məbləğini silməklə konkret dövr üzrə istehlak olunmuş və dəyəri ödənilməmiş b orc məbləğini silmişdir. Əgər məhkəmə sərfiyyata görə hesablanmış borc məbləğini artıq hesab etmişdirsə belə bunu qətnamədə qanuni əsaslarla göstərməli idi.

78. Apellyasiya instansiya məhkəməsi sayğac olmadığı dövr üçün gündəlik qaz sərfiyyatının məbləğini hesablayarkən sayğac çıxarıldığı dövrdən öncəki ayın, yəni oktyabr ayının (9.838,50 manat) sərfiyyatını əsas götürmüşdür. Məhkəmə həm də abonent saldosunda mövcud olan eyni ilin müvafiq dövrlərində xüsusilə soyuq qış və yaz aylarında qazdan istifadəyə görə yaranmış qaz sərfiyyatını da nəzərə almalı olduğu halda bunu etməmişdir. 79. 2016-cı il 1 noyabr - 2017-ci il 6 fevral tarixinə qədər sayğacsız dövr üçün abonentə aktlar əsasında qaz sərfiyyatına görə hesablanmış aylar üzrə borc məbləğinə nəzər saldıqda görürük ki, cari aylar üzrə borc məbləği əvvəlki ilin eyni ayları ilə demək olar eyniyyət təşkil edir. Lakin məhkəmə bu hala da diqqət yetirməmişdir.

80. İddiaçı tərəfindən mübahisələndirilən dövr üçün aktlar əsasında hesablanmış borcun məbləğindən xəbərinin olmamasına məhkəmələr tərəfindən istinad olunması da əsaslı hesab edilə bilməz. Çünki abonent saldosuna nəzər yetirdikdə görürük ki, mübahisələndirilən dövr üçün "xxxx" MTK aktlar əsasında hesablanmış borcu tam şəkildə qəbul etmiş və sayğacsız dövr üçün hesablanmış borcu özündə əks etdirən aktlar əsasında hesablanmış borc məbləğinin ödənişini həyata keçirmişdir.

81. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur. İddiaçı qaz hesabatının sadəcə qanunsuz aparılması bildirilsə də bununla bağlı heç bir sənədləşmə təqdim etməmişdir.

82. MPM-in 77, 217 və 220.4-cü maddələrinin tələbləri pozulmuşdur. Borc məbləği istismarda olan qaz sayğacının işləmədiyi dövr üçün istehlak olunan qaz sərfiyyatının hesablanması nəticəsində yaranmışdır. Sayğacda hesablana bilməyən bu fərq isə fiziki korreksiya olunaraq abonent hesabına daxil edilmişdir. Beləliklə, sayğacın yerinə yetirə bilmədiyi funksiya fiziki olaraq icra edilmişdir.

83. Sayğac quraşdırıldıqdan sonra sayğac əvəzlənənə qədər qazdan istifadə olunmuşdur. Qeyd olunan sayğacın texniki cəhətdən saz vəziyyətdə saxlanılmasına istehlakçılar özləri məsuliyyət daşıyırlar. Yəni iddiaçı qanunvericiliyin bu tələbini bildiyi üçün və qaz təminatının yaxşılaşdırılması üçün müraciət etmişsə, aşağı instansiya məhkəmələrinin sonradan Cavabdeh İB-nin həyata keçirdiyi tədbirlərin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlən məsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması ilə bağlı olmasına əsaslanması anlaşılan olmamışdır.

84. Bundan əlavə abonent saldosuna nəzər saldıqda görünür ki, "xxxx" MTK mübahisələndirdiyi dövrlər üçün aktlar üzrə yazılmış borc məbləğlərini ödəmiş və ötən 7 il ərzində bu borc məbləğlərini mübahisələndirməmişdir. Bu hal borcun etirafı kimi qəbul olunmalı olan hal olsa da apellyasiya instansiya məhkəməsi bu məqama diqqət yetirməmişdir.

85. Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MTK-nın illər üzrə hesbatına baxılmışdır. Belə ki, istehlakçının hesabına 2016-cı il 30 noyabr tarixli, ******* nömrəli akta əsasən, 387.212 m3 (38.721,2 manat); 2016-cı il 20 dekabr tarixli, ******* nömrəli akta əsasən, 773.397 m3 (15 4.679,4 manat); 2017-ci il 31 yanvar tarixli, ******* nömrəli akta əsasən, 727094 m3 (145.418,8 manat) və 2017-ci il 6 fevral tarixli, ******* nömrəli akta əsasən, 117.288 m3 (23.457,6 manat) sərfiyyat daxil edilməklə hesabat aparılmışdır. Məhkəmə tərəfindən qəbul olunmuş qətnaməyə nəzər yetirdikdə məlum olur ki, hesablanmış məbləğlərin mövsüm nəzərə alınmaqla müvafiq dövrə uyğun olaraq hesablanmasını əsas götürməyərək əvvəlki ayın sərfiyyatına uyğun hesablanmalı olduğu qeyd edilmişdir. Kassator qeyd edir ki, abonentin hesabatına səfiyyat kub ifadəsində daxil edilməklə dəyər formalaşdırır. 2016-cı ilin oktyabr ayında abonentin hesabında(istilik mövsümü başlamadan) 98.385 m3 qaz sərfiyyatı olmuşdur. Göstərilən həcm qeyd olunan tarixə mövcud olan tarif qiymətlərinə əsasən bazada öz əksini tapmaqdadır.

86. Lakin 2016-cı ilin noyabr ayında Respublika üzrə təbii qazın satış qiymətləri üzrə Tarif Şurasının yeni qərarı qüvvəyə minmişdir. Buna görə də 98 gün üzrə aparılmış qaz sayğacının işləmədiyi dövr üçün hesabat 2016-cı ilin oktyabr üzrə mövcud olan tarif qiymətinə uyğun nəzərə alınması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, iddia ərizəsində və çıxarılmış qətnamə üzrə gündəlik olaraq götürülmüş sərf məbləği 317 manat yox, ən azından 634,7 manat götürülməli idi.

87. Bundan əlavə olaraq məhkəmə iddiasında qeyd edilmiş 2019-cu ilin avqust ayından 2022-ci ilin oktyabr ayına qədər olan hesabatlara da baxılmışdır. Belə ki, istehlakçının qaz xəttinin üzərində olan Elster G-1000 TRZ EK-220 markalı, 83045291 zavod nömrəli qaz sayğacının elektron hissəsi 2019-cu ilin avqust ayın dan 2020-ci ilin may ayınadək işləməmişdir. Bu müddətdə Respublikada qüvvədə olan ГОСТ 2939-63 Тазы. Условия для определения объема” standartının tələblərinə uyğun olaraq mexaniki hissədən keçən qaz həcminə uyğun olaraq əmsal tətbiq edilməklə qaz sərfiyyatı standart vəziyyətə gətirilmiş və hesabatlar aparılmışdır.

88. Belə ki, sayğacın elektron hissəsinin işləmədiyi dövrlər üzrə 2019-cu il 30 avqust tarixli, ******* saylı akta əsasən 829,8 manat, 2019-cu il 30 sentyabr tarixli, ******* saylı akta əsasən 302,20 manat, 2019-cu il 31 oktyabr tarixli, ******* saylı akta əsasən 1.071 manat, 2019-cu il 29 noyabr tarixli, ******* saylı akta əsasən 19.985,60 manat, 2019cu il 30 dekabr tarixli, ******* saylı akta əsasən 27.010 manat, 2020-ci il 31 yanvar tarixli, 000053 saylı akta əsasən 35.495 man at, 2020-ci il 28 fevral tarixli, 000343 saylı akta əsasən 44.854,2 manat, 2020-ci il 30 mart tarixli, ******* saylı akta əsasən 37.999,6 manat, 2020-ci il 30 aprel tarixli, ******* saylı akta əsasən 31.202 manat və 2020-ci il 31 may tarixli, ******* saylı akta əsasən 347 manat və 2021-ci il 29 noyabr tarixli, ******* saylı akta əsasən 25.697,20 manat hesabat aparılmışdır. Tərtib edilmiş bütün aktlar istehlakçının nümayəndəsinə təqdim edilmiş və imzalarla təsdiq edilmişdir. 89. 2021-ci ilin yanvar ayında qaz sayğacının göstəricilərinə baxış zamanı sayğacın keçən qaz sərfini qeyd etmədiyi aşkarlanmış və sayğacın elektron arxiv yaddaşı oxunmuşdur. Məlum olmuşdur ki, sayğac 2021-ci il 6 yanvar tarixindən 2021-ci il 25 yanvar tarixinədək keçən qaz sərfini qeyd etməmişdir. Arxiv məlumatlarına ə sasən hesabat aparılmış və müəssisə nümayəndəsinin imzası ilə təsdiq edildikdən sonra 743.017 m3 (148.603,4 manat) məbləğ bazaya əlavə olunmuşdur. 2021-ci il may tarixindən 2022-ci il noyabr tarixinədək aparılmış 0016786, 0017299, 0017810, 0018088, 0018446, 0018682, 0019408, 0023609, 0026144, 0023135, 0023771,0024234 saylı aktlar üzrə aparılmış hesabatlara münasibətdə kassator bildirir ki, qeyd olunan istehlakçının qaz xəttinin üzərindən olan G-1000 markalı qaz sayğacı istilik mövsümü bitdikdən sonra məişət qaz cihazlarından istifadə edilən qaz sərfini ölçmədiyi üçün (məişət qaz cihazlarının ümumi sərfiyyatı sayğacın minimal sərf ölçmə qabiliyyətindən aşağı olduğu üçün) hesabatlar aparılmış, istehlakçının nümayəndəsinin imzası ilə təsdiq edildikdən sonra bazaya əlavə olunmuşdur. 90. 2020-c i il 30 iyun tarixli və 2022-ci il 28 fevral tarixli müvafiq olaraq ******* saylı və ******* saylı X3 X1 aktlar tərtib edilmişdir. Belə ki, istehlakçının qaz sayğacı elektron hissədən olan nasazlığa görə çıxarılaraq Dövlət yoxlamasına göndərilmiş və Dövlət yoxlamasının rəyinə əsasən ******* saylı akta 6.482 m3 (1.296,4 manat) və ******* saylı akta əsasən isə 155680 m3 (25.687,20 manat) hesabat aparılmışdır. Hər iki akt istehlakçının nümayəndəsinə təqdim edilmiş, ******* saylı akt imzalarla təsdiq edildikdən sonra bazaya əlavə olunmuş, ******* saylı akt isə istehlakçının nümayəndəsi tərəfindən imzalanmaqdan imtina edilmişdir. Qaz sayğacının göstəricilərinin götürülməsi yoxlama predmeti deyil və sahibkarlıq sahəsində yoxlamaların keçirilməsi barədə reyestrdən çıxarışın alınmasına ehtiyac y oxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

91. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

92. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də şikayət mümkün hesab edilmişdir.

93. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

94. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin mad di və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

95. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” 96. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

3. Ümumi tələblər... 3.5. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. (2022-ci il 25 fevral tarixli 486-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 3cü maddənin 5-ci hissədə “sənaye qaz qurğularına” sözləri “qaz qurğularının müayinəsi və ona nəzarət” sözləri ilə, “texniki bахış” sözləri “həyata” sözü ilə əvəz edilmişdir.) 3.5-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu nun tələbləri nəzərə alınmaqla həyata keçirilir. (2021-ci il 2 aprel tarixli 288-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 3-cü maddəsinə yeni məzmunda 5-1-ci və 5-2-ci hissələr əlavə еdilmişdir.) 3.5-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. (2022-ci il 25 fevral tarixli 486-VİQD nömrəli Azərbaycan Respu blikasının Qanunu ilə 3-cü maddənin 5-2-ci hissəsində “sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma)” sözləri “qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma” sözləri ilə əvəz edilmişdir.)...” 97. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.... 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. (2021-ci il 2 aprel tarixli 288-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 2.3-cü maddəsinə “fəaliyyətinə” sözündən sonra “(elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla)” sözləri əlavə edilmişdir. 2022-ci il 17 iyun tarixli 547VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 2.3-cü maddəsinə “su” sözündən sonra “, istilik” sözü əlavə edilmişdir.” “Maddə

3. Yoxlamaların qanuniliyi... 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.”

98. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın müvafiq müddəalarınd a aşağıdakılar nəzərdə tutulmuşdur:

4. Qaz sayğaclarının quraşdırılması və istismarı 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidi “5. Qazın dəyərinin ödəmə şərtləri... 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır....”

99. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müvafiq müddəalar ında aşağıdakılar nəzərdə tutulmuşdur: “İ. Ümumi müddəalar... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. (2023-cü il 7 iyul tarixli 2201 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Sahibkarlıq sahəsində aparıl an yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bənddə “sahibkarlıq fəaliyyəti subyektlərində” sözləri “yoxlama obyektlərində” sözləri ilə əvəz edilmişdir.) 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur....”

100. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.........” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

101. Məh kəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, Cavabdeh İB-nin kassasiya şikayəti təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli, 2-2(103)-420/2023 nömrəli qətnaməsi tam ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.

102. Apellyasiya məhkəməsi hesab etmişdir ki, abonent saldosundan müəyyən olunanlara əsasən, "xxxx" MTK tərəfindən 2016-cı ilin oktyabr ayı ərzində 9.838,50 manat dəyərində qaz sərf edilmiş, həmin ay üçün gündəlik sərfiyyat 317 manat təşkil etmiş, sayğacsız istifadə dövrü 98 gün (20 16-cı il 1 noyabr - 2017-ci il 6 fevral) olmuş və “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə uyğun hesablama aparıldıqda bu 31.066 manat etmişdir.

103. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin yuxarıda qeyd olunan mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə uyğun olaraq hesablamanı qısa bir müddət üçün, yəni 2016-cı ilin noyabr ayı üçün apara bildiyi halda, məhkəmə sayğac olmadığı digər dövrlər (2016-cı il 1 dekabr - 2017-ci il 6 fevral) üzrə də gündəlik qaz sərfiyyatının məbləğini hesablayarkən sayğacsız dövrdən öncəki ayın, yəni 2016-cı ilin oktyabr ayının sərfiyyatını əsas götürmüş və beləliklə, yuxarıda qeyd olunan normanı mübahisəyə düzgün tətbiq etməmişdir. Kassasiya şikayətində bununla əlaqədar həmçinin qeyd edilmişdir ki, 2016-cı ilin noyabr ayında Respublika üzrə təbii qazın satış qiymətləri üzrə Tarif Şurasının yeni qərarı qüvvəyə minmişdir. Buna görə də 98 gün üzrə aparılmış qaz sayğacının işləmədiyi dövr üçün hesabat 2016-cı ilin oktyabr ayı üzrə mövcud olan tarif qiymətinə uyğun nəzərə alınması qanunvericiliyin tələblərinə ziddir.

104. Digər tərəfdən, iş materiallarında olan abonent saldosundan da görünür ki, 2016-cı ilin oktyabr ayı üzrə qaz sərfiyyatı analoji olaraq 2014-cü il noyabr-dekabr və 2015-ci ilin yanvar, fevral və mart ayları ilə müqayisədə kəskin şəkildə fərqlənir. Belə ki, tərəflər arasında işin mübahisələndirilməyən hallarına və sayğacın göstəricilərinə əsasən iddiaçının 2014-cü ilin yanvar ayında 686.004 kub.m., fevral ayında 466.036 kub.m., mart ayında 414.310 kub.m., noyabr ayında 150.440 kub.m., dekabr ayında isə 220.000 kub.m qaz sərfiyyatı olmuşdur. 2015-ci ilin yanvar ayında isə bu sərfiyyat 385.640 kub.m., fevral ayında 589.660 kub m. mart ayında 253.320 kub.m, noyabr ayında 298.448, dekabr ayında isə 353.147 kub.m. olmuşdur. Bu baxımdan, sayğacsız istifadə dövrünü əhatə edən bütün müddətlər üzrə qaz sərfiyyatının yalnız 2016-cı ilin oktyabr ayındakı gündəlik sərfiyyata uyğun hesablanması qeyd edilənlər nəzərə alınmaqla və həmçinin məhkəmə kollegiyasının qənaətinə görə qanuni və ədalətli hesab edilə bilməz.

105. İş materiallarından da göründüyü kimi qaz sayğacının olmadığı bütün müddət ərzində qazdan istifadə etmiş, məhkəmələrin gəldiyi qənaət isə onun faktiki istifadə etdiyi qazın dəyərinin ödənilməməsinə, başqa sözlə istifadə etdiyi qazın dəyərinin silinməsi və beləliklə, iddiaçının əsassız varlanması ilə nəticələnə bilər ki, bu da heç bir halda qanuni hesab edilə bilməz. Bütün il boyu qaz sərfiyyatının həcminin yalnız ilin bir ayının göstəricilərinə uyğun olaraq müəyyən edilməsi ilkin olaraq elə iddiaçının özünün də mənafeyinə uyğun olmaya bilər. Belə ki, oktyabr ayının sərfiyyat göstəricilərinin ilin ümumiyyətlə istiliyə-qaza ehtiac olmayan may, iyun, iyul, avqust və sentyabr ayları üzrə sərfiyyat müəyyən edilərkən əsas götürülməsi isə heç bir halda doğru olmazdı. Məhkəmə isə digər illərin analoji dövrlərini də müqayisə edərək faktiki qaz sərfiyyatının həcmini müəyyən etmək üçün təşəbbüs belə göstərməmiş, bununla da MPM-in 14.1-ci maddəsinin müddəalarına riayət etməmişdir.

106. Qeyd olunanlarla bağlı dəlillər həmçinin apellyasiya şikayətində vu rğulansa da, apellyasiya məhkəməsi həmin dəlillərə müfəssəl və qanunauyğun hüquqi qiymət verməməklə işin hallarını lazımi qaydada araşdırmamış və cavabdehin ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşdur. 107. “Qazdan istifadə qaydaları”nın 4.9 və 5.4-cü bəndlərinin müqayisəli təhlili ona dəlalət edir ki, həmin bəndlərdə göstərilən hallarda zədələnmiş qaz sayğacı mümkün qədər qısa müddətdə dəyişdirilməli, yaxud nasazlıq tez bir müddətdə aradan qaldırılaraq sayğac yenidən öz yerinə quraşdırılmalı və bu qısa müddət üçün yarana biləcək sərfiyyat da istisna hal olaraq məhz əvvəlki ayın göstəricisinə uyğun olaraq hesablanmalıdır. Qazın sərfiyyatının yalnız sayğacın göstəricilərinə uyğun olaraq hesablanmalı olduğu barədə qanunvericinin güddüyü məqsəd nəzərə alındıqda da bu tədbirlərin ağlabat an vaxt ərzində, mümkün qədər qısa zaman kəsiyində həyata keçirilməli olduğu aydın olur və sayğac olmadan qazdan istifadə halının aylarla, illərlə davam etdiyi hallarda bütün sərfiyyatın bir ayın göstəricilərinə uyğun (bu ay yay aylarına da təsadüf edə bilər) hesablanması məhkəmə kollegiyasının qənaətinə görə qanuni hesab edilə bilməz.

108. Avropa İnsan Hüquqları Məhkəməsinin “Bidjiyeva Rusiyaya qarşı” 2017-ci il 5 dekabr tarixli qərarında qeyd edilənlərə əsasən, tərəflərdən birinin gətirdiyi arqument öz növbəsində spesifik və aydın cavab tələb edir.

109. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarının 17-ci bəndində qeyd olunur ki, apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə b axdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

110. Digər tərəfdən, apellyasiya məhkəməsi, sayğacsız istifadə dövrü üzrə hesablama apararkən, işin obyektiv həlli məqsədi ilə qazanxanada olan avadanlıqların istehsal gücü müəyyən olunmaqla, onların texniki normaları əsasında faktiki sərfiyyatı müəyyən edə bildiyi halda, bu imkanlardan da istifadə etməmiş, iş üzrə hərtərəfli araşdırma aparılmasını, həmçinin işdəki sübutların düzgün qiymətləndirilməsini təmin etməmiş, əvvəlki illərin analoji dövrlərinə nisbətdə qaz sərfiyyatında əhəmiyyətli və kəskin fərqlərin olmasını nəzərə almamış, bu isə öz növbəsində qanunsuz məhkəmə aktının qəbulu ilə nəticələnmişdir.

111. Bundan başqa, apellyasiya məhkəməsi 2019-cu ilin avqust ayından 2022-ci ili n oktyabr ayınadək olan dövr üzrə hesablanan borc məbləğləri ilə bağlı qeyd etmişdir ki, abonentə 386.597,18 manat borc məbləğlərinin hesablandığı aktlarda onların tərtib olunma səbəbi kimi müəssisədə sayğacın işləmədiyi dövr qeyd olunmuşdur, halbuki həmin dövrlərdə "xxxx" MTK-nın istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən, hər ay üzrə sərfiyyat məbləğləri hesablandığından həmin borc da "xxxx" MTK-nın abonent hesabından silinməlidir.

112. İşə baxan məhkəmə tərkibi apellyasiya məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı isə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh İB tərəfindən tərtib olunmuş və tərəflərin nümayəndələrinin imzaları ilə təsdiq olunan aktlardan müəyyən olunanlara əsasən, sayğacın işləmədiyi dövr üzrə abonentə sərfiyyatla bağlı anoloji müqayisə meto du ilə borc hesablanmışdır. Həmin aktlardan da göründüyü kimi, analogiya metodunun tətbiqi ilə sərfiyyatın hesablanması ilə tərəflər razılaşmış və aktları imzaları ilə təsdiq etmişlər. Lakin apellyasiya məhkəməsi aktda sayğacın işləməməsi qeydinə istinad edərək sərfiyyatın hesablanmasının əsassız olduğu qənaətinə gəlmiş və bu barədə mövqeyini hər hansı digər dəlillərlə əsaslandırmamış, uzun müddət qazdan sayğac olmadan istifadənin səbəblərini müəyyən edib, müvafiq hüquqi qiymət vermədən, həmin dövr üzrə istifadə olunmuş qazın dəyərini müəyyən etmədən borcun olmaması qənaətinə gələrək 386.597,18 manat borcu da silmişdir.

113. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş materiallarının səthi araşdırılması və işin hallarının düzgün qiymətləndirilməməsi ilə g əldiyi nəticə ilə razılaşmır.

114. Bundan başqa, apellyasiya məhkəməsi mübahisələndirilən məbləğin 25.687,20 manat hissəsi ilə bağlı olan borcu yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl edilmədiyi və yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaması səbəbindən silsə də, qətnamə bu hissədə də tam əsaslandırılmamış, işdə digər yoxlama və hesablama aktları da olduğu halda məhz hansı səbəbdən bu akta aid hissədə yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə riayət edilməməsi əsası ilə iddianın təmin edildiyi tam məlum olmur. Cavabdehin mövqeyi isə bu hissədə ondan ibarətdir ki, qaz sayğacı balans mənsubiyyəti sərhədində quraşdırılmış qurğudur və sahibkarlıq subyekti ərazisinə daxil deyil, Cavabdeh İB öz təşəbbüsü ilə "xxxx" MTK-ya məxsus sayğacın əvəzlənməsin i həyata keçirməmiş və yoxlama aparmaq kimi niyyəti olmamışdır.

115. Məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Babayevin şikayəti üzrə” 2011-ci il 28 dekabr və “H.Cəfərovun şikayəti üzrə” 2019-cu il 14 fevral tarixli Qərarları). 116. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

117. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara MPM-in 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, yeni apellyasiya baxışında kassasiya məhkəməsinin qərarında maddi və prosessual hüquq normalarının tətbiqinə dair MPM-in 420-ci maddəsinə uyğun olaraq şərh edilən göstərişlər nəzərə alınmaqla, işin qanuni həlli təmin olunmalıdır.

118. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən, Cavabdeh İB-nin kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli, 2-2(103)420/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.

119. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İB-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli, 2-2(103)-420/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar