Məhkəmə qərarları › İş №2-2(102)-593/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-593/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-593/2023 07.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi oğlunun Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 iyun tarixli, 2-2(103)-534/2023 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikay ətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 2020-ci il 13 oktyabr tarixli, 435 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı cavabdehə sifariş olunmuş malları satmağı, cavabdeh isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər.

2. Müqavilə üzrə Cavabdeh MMC-yə ümumi dəyəri ƏDV daxil 1.124.390,80 manat olan mallar satılmış, cavabdeh tərəfindən ƏDV daxil 727.500,95 manat ödəniş edilmiş, iddiaçı tərəfindən göndərilmiş 2021-ci il 14 sentyabr tarixli EBBJ 097421 saylı, 2021-ci il 7 oktyabr tarixli EBBK 357830 saylı, 2021-ci il 14 oktyabr tarixli EBBK 767492 saylı, 2021-ci il 18 oktyabr tarixli EBBK 943228 saylı, 2021-ci il 3 noyabr tarixli EBBL 783350 saylı və 2021-ci il 24 noyabr tarixli EBBM 880104 saylı elektron qaimələr üzrə ümumilikdə ƏDV daxil 396.889,89 manat ödəniş həyata keçirilməmişdir. İddiaçı tərəfindən tərtib edilərək imzalanması üçün cavabdehə göndərilmiş üzləşmə aktından görünür ki, Cavabdeh MMC tərəfindən 2021-ci ilin dekabr ayında həyata keçirilmiş ödənişlər hesabına 2021-ci il 14 sentyabr tarixli, EBBJ 097421 saylı elektron qaimə üzrə borc qismən ödənilmişdir.

3. Hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən müqaviləyə əsasən iddiaçının hesabına ümumilikdə ƏDV-siz 614.588,10 manat ödəniş həyata keçirilmişdir.

4. ƏDV depozit hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən ümumilikdə 112.913 manat iddiaçının ƏDV depozit hesabına ödəniş həyata keçirilmişdir. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Bir inci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2023-cü il 24 yanvar tarixdə məhkəməyə müraciət edərək cavabdehdən 396.889,89 manat məbləğində borc, 19.833,72 manat gecikdirilmiş icra üçün faiz olmaqla, cəmi 416.723,61 manat məbləğində pulun, mediasiya prosesi üçün ödənilmiş 400 manatın və iddia qaldırmaq üçün ödənilmiş 307 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2020-ci il 13 oktyabr tarixdə 435 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə görə “satıcı” “alıcıya” sifariş olunmuş malları satır, “alcı” isə həmin malı qə bul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “satıcı”ya ödəyir. Müqavilənin 1.2-ci bəndinə əsasən mallar elektron qaimə faktura, vergi hesab fakturası və s. əsasında “alıcı”ya təhvil verilir. Müqavilənin 5.4-cü bəndinə əsasən “alıcı”, hazırkı müqaviləninin 1-ci əlavəsində nəzərdə tutulmuş müqavilə qiymətini “satıcı”nın “malı” və ya “malları” alıcının ünvanına çatdırmasından, boşaldılmasından və malın təhvil-təslimindən sonra 30 təqvim gününə qədər satıcının hesabına tam həcmdə ödəmək öhdəliyi götürür. Həmçinin, müqavilənin 3.4.2-ci bəndinə əsasən malın qiymətini bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada “Satıcı”ya ödəmək “Alıcı”nın vəzifəsidir. Müqavilənin 6.3-cü və 7.1-ci bəndlərinə əsasən müqavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edildiyi andan hüquq i qüvvəyə minir və tərəflər öz üzərlərinə götürdükləri öhdəlikləri tam icra edənədək qüvvədədir. Müqavilənin 7.3-cü bəndində qeyd edilmişdir ki, bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. İddiaçı tərəfindən müqavilə imzalandığı tarixdən cavabdehə 1.124.390,80 manat (952.873.61 manat əsas məbləğ+171.517.19 manat ƏDV məbləği) dəyərində mallar satılmış, cavabdeh tərəfindən isə 614.588,10 manat əsas məbləğ, 112.912,85 manat ƏDV məbləği olmaqla cəmi 727.500,95 manat ödəniş edilmişdir. Belə ki, iddiaçı və cavabdeh arasında bank köçürmələrinə dair hesabdan çıxarışdan g örünür ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına cəmi 614.588,10 manat pul köçürülmüşdür. Həmçinin iddiaçı və cavabdeh arasında olan ƏDV depozit hesabından çıxarışdan görünür ki, cavabdehin ƏDV depozit hesabından cavabdehin ƏDV depozit hesabına cəmi 112.912,85 manat pul köçürülmüşdür. 2021-ci ilin sentyabr ayından dekabr ayınadək cavabdehə təqdim olunmuş və onun tərəfindən gücləndirilmiş elektron imza vasitəsi ilə təsdiq edilmiş 2021-ci il 14 sentyabr tarixli EBBJ 097421 saylı, 2021-ci il 7 oktyabr tarixli EBBK 357830 saylı, 2021-ci il 14 oktyabr tarixli EBBK 767492 saylı, 2021-ci il 18 oktyabr tarixli EBBK 943228 saylı, 2021-ci il 3 noyabr tarixli EBBL 783350 saylı və 2021-ci il 24 noyabr tarixli EBBM 880104 saylı elektron qaimələr üzrə 338.285,51 manat əsas borc və 58.604,38 ƏDV m əbləği iddia ərizəsi məhkəməyə verildiyi günədək ödənilməmiş, cavabdehin məhkəməyə müraciət edildiyi günə kimi gecikdirdiyi 396.889,89 manat məbləğində borcun, bir illik faiz dərəcəsi 19.833,72 manat təşkil etmişdir. Belə ki, ödənişi edilməyən sonuncu elektron qaimənin tarixi 2021-ci il 24 noyabr tarixli qaimə olmuşdur.

7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 324.1, 385.1, 389.1, 390.1, 425.1, 442, 445.2, 445.1, 448.1, 567-ci maddələrinə istinad olunmuşdur.

8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 mart tarixli, e-2-2(113)-1002/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – Z.Pirverdiyev).

9. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2020-ci il 13 oktyabr tarixdə 435 nömrəli alqı-satqı müqavi ləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehə sifariş olunmuş malları satmağı, cavabdeh isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən ümumilikdə 1.124.390,80 manat dəyərində mal cavabdehə satılmış, cavabdeh isə malın dəyərindən 727.500,95 manat ödəniş etmiş, qalan 396.889,89 manat borcu ödəməmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan müqavilə, elektron qaiməfakturaların mövcud olması, cavabdeh tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə dair məlumatın mövcud olmaması, cavabdehin 727.500,95 manat məbləğində ödəniş etməsi iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət etsə də, bunun müqabilində cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

11. Məhkəmə eyni zamanda pul öhdəliyinin icrasının gecikdirilməsinə görə 19.833,72 manat faiz tutulması hissəsində də iddianı əsaslı hesab etmişdir.

12. Gəldiyi nəticəni məhkəmə MM-in 385.1, 445.7, 448.1, 567-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 1.5, 3.6, 3.7, 3.7.3, 3.9-cu bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MP M”) 14.2, 80, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 iyun tarixli, 2-2(103)-534/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında bağlanmış 2020-ci il 13 oktyabr tarixli 435 nömrəli alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə satılmış ƏDV daxil 727.500,95 manat də yərində müxtəlif tikinti materiallarının dəyəri ödənilmişdir. Dəyəri ödənilmiş malların təhvil verildiyi cavabdeh tərəfindən mübahisələndirilməmiş, birinci instansiya məhkəməsinə iddia ilə bağlı hər hansı etiraz bildirilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, alqı-satqı müqaviləsində malların qiymətlərinin razılaşdırma protokolunun tərtib edilməsi nəzərdə tutulsa da, tərəflər arasında belə bir protokol tərtib edilməmiş, cavabdehlə malların qiyməti şifahi razılaşdırıldıqdan sonra elektron qaimə təqdim edilmiş, cavabdeh ödəniş edərkən həmin qaimədəki qiymətlərə etiraz bildirilməmişdir. Cavabdeh əksini sübut edə bilmədiyindən müəyyən olunur ki, tərəflər arasında formalaşmış işgüzar münasibətlərə görə satılan malın qiyməti şifahi razılaşdırılmış və yalnız alıcıya göndərilmi ş elektron qaimələrdə öz əksini tapmışdır.

16. Cavabdehin dəlilinə görə, 2021-ci il 14 sentyabr tarixli EBBJ 097421 saylı, 2021-ci il 7 oktyabr tarixli EBBK 357830 saylı, 2021-ci il 14 oktyabr tarixli EBBK 767492 saylı, 2021ci il 18 oktyabr tarixli EBBK 943228 saylı, 2021-ci il 3 noyabr tarixli EBBL 783350 saylı və 2021-ci il 24 noyabr tarixli EBBM 880104 saylı elektron qaimələr üzrə təhvil verilmiş malların dəyəri cəmi ƏDV daxil 451.881,26 manat olduğundan cavabdeh ƏDV daxil 727.500,95 manat ödəniş etməklə bütün borcu ödəmiş, hətta artıq ödəmə etmişdir.

17. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı ödəniş edilmiş elektron qaimələri də məhkəməyə təqdim etmiş, həmin qaimələr üzrə hesablama aparılaraq cavabdehə təqdim olunmuş malların dəyərinin ümümilikdə 1.124.390,80 manat olduğu müəyyə n edilmişdir.

18. Məhkəmə kollegiyası cavabdehin iddia ərizəsində istinad edilmiş elektron qaimələr üzrə ödənişlərin həyata keçirildiyinə dair hər hansı sübut təqdim edə bilməməsi səbəbindən apellyasiya şikayətini əsassız hesab etmişdir. Belə ki, əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir. İddiaçını n bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən ödənişlər konkret elektron qaimələrə istinad edilməklə həyata keçirilmiş, yəni borclu hansı qaimələr üzrə ödəniş etdiyini özü seçmişdir. Hesabdan çıxarışa əsasən yalnız 2021-ci ilin dekabr ayında həyata keçirilmiş ödənişlərdə təyinat göstərilmədiyindən həmin ödənişlər iddiaçı tərəfindən 2021ci il 14 sentyabr tarixli EBBJ 097421 saylı elektron qaimə üzrə borcdan silinmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi digər elektron qaimələr üzrə ödənişlər edildiyi hesabdan çıxarışda öz əksini tapmamışdır.

19. Məhkəmə göstərilənlərə əsasən hesab etmişdir ki, hazırkı halda cavabdeh iddia ərizəsinə əlavə edilmiş qaimələr üzrə borcun tam ödənildiyinə dair sübutlar təqdim etmədiyindən əsas borcla bağlı hissədə, o cümlədən pul öhdəliyinin icrasının təmin edilməməsinə görə sonuncu qaimənin göndərildiyi tarixdən sonrakı bir illik müddət üçün MM-nin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə faiz tutulması barədə iddiaçının tələbi əsaslı olmuşdur. Məhkəmə 396.889,89 manat əsas borcun bir il üçün 5 faizinin sadə riyazi hesablama ilə (396889,89/100x5) hesablanmasının mümkün olduğunu nəzərə alaraq faiz borcunun hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi barədə cavabdehin vəkili tərəfindən verilmiş vəsatəti əsassız hesab edərək təmin etməmişdir. 396.889,89 manat əsas borcun 5 faizi 19.844,4 manat təşkil etdiyindən, iddiaçı isə 19.833,72 manat faiz tələb etdiyindən faiz borcunun artıq hesablanması müəyyən olunmamışdır.

20. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 385.1, 398.1, 445.7, 448.1, 567, 597.1, 598.1, 598.2, 598.3, 600.1-ci, MPM-in 81, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Qətnamə 2023-cü il 6 iyul tarixdə iş üzrə tərəflərin şəxsi elektron kabinetlərinə yerləşdirilmiş, cavabdeh həmin qətnamədən 2023-cü il 1 sentyabr tarixdə kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. MM-in 449.1, 600.5-ci maddəsinin tələbləri üzrə - apellyasiya instansiya məhkəməsi nisyə alqı-satqı müqaviləsi ilə bağlı alınmış mallara görə ödənişlərin gecikdirilməsi hallarına hüquq normasını düzgün tətbiq etməmiş, MM-in 600.5 və 449-cu maddələrini tətbiq etməli olduğu halda, həmin Məcəllənin 445.7-ci maddəsini tətbiq etmişdir. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, apellyasiya instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

23. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 16.1.11-6-cı maddəsi üzrə - VM-in 16-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifəsidir. Apellyaisiya məhkəməsinin qətnaməsindən də görünür ki, vergi ödəyicisi olan iddiaçı cavabdehə, yəni digər vergi ödəyicisinə cəmi 451.881,26 manat dəyərində malın təqdim edilməsi ilə bağlı elektron qaimə təqdim etmişdi r. İddiaçının tələb etdiyi digər malların cavabdehə verilməsi ilə bağlı yalnız iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ciddi hesabat sənədi olmayan qəbzlərə cavabdehin işçisi kimi fəaliyyət göstərmiş şəxslərin imza etməsini, həmin imzaların saxta olub-olmamasını dəqiqləşdirmədən, qeyd olunan malların cavabdeh tərəfindən faktiki qəbul edilməsi barədə məhkəmənin qənaəti heç bir məntiqə sığmır. Əgər həqiqətən də, iddiaçının iddia ərizəsində göstərdiyi ümumilikdə 1.124.390.80 manat dəyərində mallar cavabdehə təhvil verilmişdirsə, həmin məbləğdə elektron qaimələr də cavabdehə göndərilməli və məhkəməyə sübut kimi təqdim edilməli idi. Apellyasiya məhkəməsi bütün bu halları tam araşdırmadan iddianın tam təmin edilməsi barədə əsassız qətnamə qəbul etmişdir.

24. MPM-in 88-ci maddəsi üzrə - məhkə mə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hər bir sübut mötəbərliyi və kifayətliliyi baxımından qiymətləndirilməlidir. Sübutların əldə olunduğu mənbələrin mötəbərliyi məhkəmə tərəfinfən qiymətləndirildikdən sonra, onun kifayətlilyi məsələsi aydınlaşdırılmalıdır.

25. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər - iş materiallarına əlavə edilmiş 2021-ci il 8 sentyabr tarixli 5404 saylı 1.639 manat dəyərində malı Fərəcov Orxan, 2021-ci il 13 sentyabr tarixli 5565 saylı 500 manat dəyərində malı Samir Əliyev, 2021-ci il 26 sentyabr tarixli 5985 saylı 87 ma nat dəyərində malı Ramazan, 2021-ci il 15 dekabr tarixli 8782 saylı 480 manat dəyərində malı Samir Əliyev, 2021-ci il 16 dekabr tarixli 8788 saylı 775 manat dəyərində malı Samir Əliyev, 2021-ci il 20 sekabr tarixli 8908 saylı 650 manat dəyərində malı Samir Əliyev, 2021-ci il 21 dekabr tarixli 8952 saylı 770 manat dəyərində malı Samir Əliyev, 2021-ci il 20 dekabr tarixli 9810 saylı 675 manat dəyərində malı Samir Əliyev, 2021-ci il 31 avqust tarixli 5069 saylı 54,4 manat dəyərində malı adı bəlli olmayan şəxs, 2021-ci il 11 noyabr tarixli 7667 saylı 2.950,4 manat dəyərində malı Samir Əliyev, 2021-ci il 3 noyabr tarixli 7435 saylı 4.606 manat dəyərində malı adı bəlli olmayan şəxs, 2021-ci il 8 noyabr tarixli 7565 saylı 505 manat dəyərində malı adı bəlli olmayan şəxs, 2021-ci il 25 noyabr tarix li 8111 saylı 758,2 manat dəyərində malı adı bəlli olmayan şəxs, 2021-ci il 4 noyabr tarixli 7472 saylı 831 manat dəyərində malı Rəhimov Rauf, 2021-ci il 20 noyabr tarixli 7924 saylı 358,5 manat dəyərində malı adı bəlli olmayan şəxs, 2021-ci il 22 sentyabr tarixli 5861 saylı 15.656,5 manat dəyərində malı adı bəlli olmayan şəxs, 2021-ci il 23 sentyabr tarixli 5883 saylı 844 manat dəyərində malı Abdulkadir Yıldız, 2021-ci il 25 sentyabr tarixli 5950 saylı 3.917,6 manat dəyərində malı Samir Əliyev, 2021-ci il 10 sentyabr tarixli 5456 saylı 8.400 manat dəyərində malı Samir Əliyev, 2021-ci il 10 sentyabr tarixli 5455 saylı 5.846,4 manat dəyərində malı Samir Əliyev, 2021-ci il 10 sentyabr tarixli 5457 saylı 8.400 manat dəyərində malı Samir Əliyev, 2021-ci il 28 sentyabr tarixli 6038 saylı 750 manat dəyərində malı Məmmədov Məhəmməd, 2021-ci il 25 sentyabr tarixli 5951 saylı 7.825,2 manat dəyərində malı Samir Əliyev, 2021-ci il 25 sentyabr tarixli 5962 saylı 2.769,6 manat dəyərində malı Samir Əliyev, 2021-ci il 8 sentyabr tarixli 8381 saylı 2.496 manat dəyərində malı Əliyev Çingiz, 2021-ci il 10 sentyabr tarixli 3955 saylı 3.104 manat dəyərində malı Əliyev Çingiz, 2021-ci il 17 dekabr tarixli 8847 saylı 770 manat dəyərində malı Samir Əliyev, 2021-ci il 15 dekabr tarixli 8783 saylı 1500 manat dəyərində malı Samir Əliyev, 2021-ci il 16 dekabr tarixli 8797 saylı 850 manat dəyərində malı Samir Əliyev, 2021-ci il 16 dekabr tarixli 8798 saylı 530 manat dəyərində malı Samir Əliyev, 2021-ci il 20 noyabr tarixində 7916 saylı 4.539,4 manat dəyərində malı adı bəlli olmayan şəxs təhvil almış dır. Göstərilən təhvil-təslim aktlarını təhvil alan şəxslərin müəssisə işçisi olmamasına baxmayaraq, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətlər təmin edilməmiş, məhkəmə işin hallarını tam araşdırmadan apellyasiya şikayətinin təmin olunmaması barədə əsassız qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. IV. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

27. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Hazırkı icraat çərçivəsində məhkəmə akt ının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (k reditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bi lər....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya a dətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur....” “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqav iləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir....”

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarında nəzərdə tutulmuşdur: “... müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin hə min müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqda n sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbayca n Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır....”

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “1. Ümumi müddəalar... 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.... 1.5. Vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir....” “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.6. Vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın son uncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır. 3.7. Elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir:... 3.7.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində;... 3.9. Elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır....”

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağ ıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayət in hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 iyun tarixli, 22(103)-534/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

35. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, apellyasiya instansiya məhkəməsi nisyə alqı-satqı müqaviləsi ilə bağlı alınmış mallara görə ödənişlərin gecikdirilməsi hallarına hüquq normasını düzgün tətbiq etməmiş, MM-in 600.5 və 449-cu maddələrini tətbiq etməli olduğu halda, həmin Məcəllənin 445.7-ci maddəsini tətbiq etmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi ümumilikdə 1.124.390.80 manat dəyərində mallar cavabdehə təhvil verilmişdirsə, həmin məbləğdə elektron qaimələr də cavabdehə göndərilməli və məhkəməyə sübut kimi təqdim edilməli idi. Apellyasiya məhkəməsi bütün bu halları tam araşdırmadan iddianın tam təmin edilməsi barədə əsassız qətnamə qəbul etmişdir.

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, MM-in 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələr ini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

37. Həmçinin, MM-in 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin apardığı hüquqi qiymətləndirmə ilə razılaşaraq qeyd edir ki, müqavilə azadılığı prinsipi baxımından satılan malın qiymətini təyin etmək hüququ satıcıya aid olduğundan alıcı malı təhvil aldıqdan sonra onun dəyərini satıcının təqdim etdiyi qaimədəki qiymətlə ödəməyə borcludur. (MM-nin 398.1, 597.1-ci maddələri).

39. Bununla yanaşı, cavabdeh şikayətində apellyasiya instansiy ası məhkəməsi tərəfindən MM-in 499 və 600-cü maddələrinin tətbiq edilməli olmasını göstərsə də, hazırkı mübahisəyə münasibətdə həmin maddələrin tətbiqi zəruriliyinin hansı əsasdan irəli gəlməsini göstərməmişdir.

40. Cavabdeh tərəfindən həmçinin iddiaçının istinad etdiyi elektron qaimələr üzrə ödənişlərin həyata keçirildiyinə dair aşağı instansiya məhkəmələrinə hər hansı sübutların təqdim olunması da iş materialları ilə müəyyən edilməmişdir.

41. Halbuki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

42. MPM-in 76-cı maddəsinin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti ola n başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).

43. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında müəyyən edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələb lərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

44. Məhkəmə kollegiyası kassasiya şikayətinin §23-də göstərilən dəlilinə münasibətdə bildirir ki, cavabdeh ona 451.881,26 manat dəyərində malın təqdim edilməsi ilə bağlı elektron qaimələrin göndərildiyi halda hansı səbəbdən iddiaçının hesabına 614.588,10 manat və ƏDV depozit hesabına 112.913 manat vəsaitin ödənilməsini əsaslandıra bilməmiş, iddiaçı tərəfindən isə iddia ərizəsi verilərkən yalnız ödənilməmiş elektron qaimələr təqdim olunmuş, 1.124.390,80 manat dəyərində malların təqdim edilməsinə dair bütün qaimələr isə sonradan, yəni işə apelly asiya instansiyası məhkəməsində baxılarkən zərurət yarandığından həmin icraat zamanı məhkəməyə təqdim olumuşdur. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin göstərilən dəlili də əsaslı hesab oluna bilməz.

45. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillərinə münasibətdə vurğulayır ki, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi ilə bağlı dəlillər üzrə MPM-nin 407-ci maddəsinin tələblərinə əsasən araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşı r. Belə ki, MPM-in 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında göstərilmişdir ki, “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-o lunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir.

47. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul olunmuş qərarın maddi və prosessual hüquq normalarının mübahisəyə düzgün tətbiq olunub-olunmamasının yoxlanılması ilə məhdudlaşmaqla kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının yenidən müəyyən olunması istisna olunmuşdur.

48. Kassasiya şikayətlərin in prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88, 217-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

49. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq no rmalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 iyun tarixli, 2-2(103)534/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 iyun tarixli, 2-2(103)-534/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar