Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-598/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı "borcun tutulması" tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 iyun tarixli 22(103)-518/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC (satıcı) ilə "xxxx" QSC (alıcı) arasında bağlanmış 2021-ci il 27 may tarixli 67171 saylı alqı-satqı müqaviləsinin şərtlərinə görə alıcının sifarişinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə №1-də qeyd edilən ölçü cihazlarını, sınaq avadanlıqlarını, o cümlədən avtomobili Alıcıya təqdim etməyi, alıcı isə öz növbəsində Müqaviləyə müvafiq qaydada təqdim edilən malları müəyyən edilmiş qaydada təhvil alıb Müqavilədə müəyyən olunan qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə üzrə təqdim ediləcək mallar müqabilində alıcı tərəfindən satıcıya ödəniləcək məbləğ tətbiq edilən qanunvericilikdə nəzərdə tutulan bütün vergi və digər xərclər daxil 1.204.433,81 manat təşkil edir.
3. Müqaviləyə 1 nömrəli Əlavə ilə tərəflər malların təsviri, mənşə ölkəsi, miqdarı, vahidin qiyməti və ümumi qiymət barədə razılığa gəlmişlər. Həmin Əlavədən görünür ki, malların qiyməti 1.020.706,62 manat, ƏDV məbləği 183.727,19 manat, ƏDV daxil məbləği isə 1.204.433,81 manat təşkil edir.
4. Müqavilə və müqaviləyə 1 nömrəli Əlavə hər iki tərəfin imzası və tərəflərin möhürü ilə təsdiq edilmişdir.
5. İddiaçı MMC tərəfindən dəyəri 153.564,62 manat olan 2021-ci il 18 avqust tarixli EBBG seriyalı 586850 nömrəli, dəyəri 141.396,33 manat olan 2021-ci il 31 avqust tarixli EBBH seriyalı 325114 nömrəli, dəyəri 19.323,13 manat olan 2021-ci il 14 sentyabr tarixli EBBJ seriyalı 100787 nömrəli, dəyəri 984,79 manat olan 2021-ci il 16 sentyabr tarixli EBBJ seriyalı 254348 nömrəli, dəyəri 272.114,14 manat olan 2021-ci il 12 oktyabr tarix li EBBK seriyalı 613548 nömrəli, dəyəri 58.386,64 manat olan 2021-ci il 25 oktyabr tarixli EBBL seriyalı 252156 nömrəli, dəyəri 88.913 manat olan 2021-ci il 2 noyabr tarixli EBBL seriyalı 762125 nömrəli, dəyəri 36.158,13 manat olan 2022-ci il 11 noyabr tarixli EBCJ seriyalı 031509 nömrəli, dəyəri 414.180,64 manat olan 2021-ci il 15 dekabr tarixli EBBO seriyalı 225046 nömrəli, dəyəri 17.085,35 manat olan 2021-ci il 16 dekabr tarixli EBBO seriyalı 277409 nömrəli, dəyəri 2.327,05 manat olan 2021-ci il 21 dekabr tarixli EBBO seriyalı 501121 nömrəli, dəyəri 36.158,13 manat olan 2022-ci il 25 yanvar tarixli EBBQ seriyalı 164791 nömrəli elektron qaimələr alıcı "xxxx" QSC-yə göndərilmişdir.
6. Dəyəri 36.158,13 manat olan 2022-ci il 25 yanvar tarixli EBBQ 164791 saylı elektron qaimə təkrar olduğund an ləğv edilmişdir.
7. İddiaçı MMC tərəfindən "xxxx" QSC-yə göndərilmiş olan elektron qaimələrdə göstərilmiş məbləğlərin cəmi 1.204.433,81 manat təşkil edir. 8. 2021-ci il 8 iyul tarixində dəyəri 21.077,16 manat, 18 avqust tarixində dəyəri 269.159,90 manat, 14 sentyabr tarixində 19.323,12 manat, 16 sentyabr tarixində dəyəri 5.708,69 manat, 11 oktyabr tarixində dəyəri 272.114,14 manat, 25 oktyabr tarixində dəyəri 58.386,64 manat, 21 dekabr tarixində dəyəri 433.593,04 manat, 25 dekabr tarixində 36.158 manat olan, yəni ümumilikdə 1.115.520,82 manat məbləğində olan malların İddiaçı MMC tərəfindən alıcı "xxxx" QSC-yə təhvil verilməsi barədə aktlar tərtib edilmiş və imzalanmışdır. 9. 2021-ci il 17 sentyabr tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, dəyəri 88.913 manat mə bləğində olan “Ford” markalı 20AE510 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC tərəfindən "xxxx" QSC-yə satılmışdır. 10. "xxxx" QSC tərəfindən İddiaçı MMC-yə 2021-ci il 16 iyul tarixli ödəniş tapşırığı ilə 169.491,53 manat, 2021-ci il 10 avqust tarixli 136.720,47 manat, 2021-ci il 30 dekabr tarixli ödəniş tapşırığı ilə 100.000 manat, 2022-ci il 1 mart tarixli ödəniş tapşırığı ilə 75.350 manat, 2022-ci il 11 aprel tarixli ödəniş tapşırığı ilə 141.050,4 manat, 2022-ci il 6 iyul tarixli ödəniş tapşırığı ilə 84.745,76 manat məbləğində, ümumilikdə 707.358,16 manat məbləğində pul ödənilmişdir. 11. "xxxx" QSC tərəfindən 2021-ci il 9 avqust tarixində 24.609,69 manat, 2021-ci il 16 iyul tarixində 30.508,48 manat, 2021-ci il 7 oktyabr tarixində 40.000 manat, 2021-ci il 6 iyul tarixində 15.254,24 manat, 2022-ci il 2 fevral tarixində 83.093,38 manat məbləğində, ümumilikdə 193.465,79 manat ƏDV ödənişi edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) "xxxx" QSC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 16 dekabr tarixində Bakı Kommersiya Məhkəməsinə iddia və sonradan iddianın dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehdən müqavilə üzrə əsas borc 313.348,40 manat, 36.133 manat qalıq borc üzrə əlavə hesablanmış cərimə məbləğinin, 603 manat məhkəmə dövlət rüsumunun, 400 manat mediasiya sessiyasına müraciət üçün ödənilmiş dövlət rüsumunun, ümumilikdə 350.484,40 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış 2021-ci il 27 may tarixli 67171 saylı alqı-satqı müqaviləsinə əsasən, ƏDV daxil 1.204.433,81 manat məbləğində mallar cavabdehə təhvil verilməli idi. Mallar tam olaraq elektron qaiməyə və təhvil-təslim aktlarına əsasən cavabdehin nümayəndələrinə təhvil verilmiş və müvafiq qaydada təsdiqlənmişdir. Müqavilənin 3.3.-cü bəndinə əsasən, mallar təhvil verilməsini təsdiq edən sənədlər təqdim olunduqdan sonra 15 bank günü müddətində alıcı tərəfindən ödənişlər həyata keçirilməli idi. Malların tam olaraq təhvil verilməsinə baxmayaraq bu günə kimi ƏDV daxil 313.348,40 manat həcmdə cavabdeh tərəfindən ödənişlər təmin edilməmişdir.
14. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.2, 425.1, 385.1, 442, 445.1, 445.2, 447.7, 459.1, 448.1, 448.2-ci maddələrinə istinad etmişdir.
15. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etməmişdir.
16. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 10 mart tarixli e-2-2(113)-567/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci il 27 may tarixli 67171 saylı müqaviləyə əsasən əsas borc üzrə 313.348,40 manat, cərimə borcu üzrə 14.000 manat, ümumilikdə 327.348,40 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, mediasiya xərcinin əvəzi olaraq olaraq 400 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 239 manat, ümumilikdə 639 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – K.Hüseynov).
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəf verilmiş mallara görə ƏDV məbləğinin tam olaraq ödənildiyini, ancaq əsas məbləğ hissəsindən 313.348,40 manat borcunun qaldğını bildirir. Cavabdeh tərəf müqavilənin və əlavələrin imzalanmış olduğunu, malların verildiyini ancaq müəyyən hesablamalar aparıldıqdan sonra tələb edilən pulun dəqiqləşdirilməli olduğunu qeyd edir.
18. İddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
19. İş materiallarına əlavə edilmiş dəyəri 36.158,13 manat olan 2022-ci il 25 yanvar tarixli EBBQ 164791 saylı elektron qaimə təkrar olduğundan ləğv edilmiş, qeyd edilən halı hər iki tərəf məhkəmə iclasında təsdiq etmişlər.
20. İddiaçı tərəfindən cavabdehə göndərilmiş olan elektron qaimələrdə göstərilmiş məbləğlərin cəmi 1.204.433,81 manat təşkil edir.
21. Məhkəmə iddiaçının elektron qaimələrdə qeyd edilmiş ümumi dəyəri 1.204.433,81 manat təşkil edən malların cavabdehə təhvil verilməsi barədə dəlilini əsaslı hesab edir. Belə ki, “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları” ilə müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə də lalət edir.
22. Bundan əlavə, iş materiallarından görünür ki, ümumilikdə 1.115.520,82 manat məbləğində olan malların iddiaçı tərəfindən alıcı cavabdehə təhvil verilməsi barədə aktlar tərtib edilmiş və imzalanmışdır. Qeyd edilən aktlar üzrə də, malların təhvil verilməsini cavabdeh tərəf mübahisələndirməmişdir.
23. Bundan əlavə, işə əlavə edilmiş 2021-ci il 17 sentyabr tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, dəyəri 88.913 manat məbləğində olan Ford markalı ** AE *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən cavabdehə satılmışdır.
24. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə satılmış malların ümumi dəyəri 1.204.433,82 (1.115.520,82+88.913) manat təşkil edir. Belə olan halda, iddiaçı tərəfindən cavabdehə 1.204.433,82 dəyərində malların verilməsi sübu t edilmişdir.
25. İş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 707.358,16 manat məbləğində pul ödənilmişdir.
26. Tərəflər arasında bağlanmış müqavilənin əlavəsindən müəyyən olunmuşdur ki, verilmiş mallara görə əsas məbləğ, yəni ƏDV məbləği nəzərə alınmadan 1.020.706,62 manat təşkil edir. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçıya ƏDV məbləği nəzərə alınmadan ödənilməli olan 313.348,40 (1.020.706,62-707.358,16) manat borcu qalmışdır.
27. Cavabdeh tərəfindən iddiaçıya müqavilə ilə nəzərdə tutulmuş ƏDV məbləği tam ödənilməklə yanaşı, həmçinin təqdim edilmiş qəbzlərə əsasən təxmini 10.000 manata yaxın artıq ƏDV məbləği ödənilməsi görünür. İddiaçının nümayəndəsi də ƏDV məbləğinin artıq ödənilməsini qəbul etmiş və qarşı tərəf tələb etdiyi zaman qaytarmağa razı olduqlarını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, artıq ödənilmiş təxmini 10.000 manata yaxın məbləğində pul cavabdehin ƏDV məbləği nəzərə alınmadan mövcud olan borcundan silinməsi doğru deyildir. Səhvən və ya artıq ödənilmiş ƏDV məbləğinin geri qaytarılması ilə bağlı ilk növbədə vəsaiti köçürən şəxs artıq və ya səhvən ödənilmiş ƏDV məbləğinin geri qaytarılmasını qarşı tərəfdən tələb etməlidir. Cavabdehə izah edilməlidir ki, artıq ödənilmiş ƏDV məbləğini iddiaçıdan tələb etmək hüququ mövcuddur.
28. Beləliklə, məhkəmə sübutlara kompleks halında qiymət verərək hesab etmişdir ki, iddia əsas borcun yəni 313.348,4 manat pulun tələb edilməsi hissəsində əsaslı olmaqla təmin edilməlidir.
29. Dəbbə pulu ilə bağlı məhkəmə hesab etmişdir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər a rasında bağlanmış müqavilələrin 10.2-ci maddəsində öz əksini tapmışdır. Belə ki, müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə alıcı ödənişin hər gecikdirilmiş günü üçün satıcıya müqavilə qiymətinin 0,1% məbləğində cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə qiymətinin 10%-dən çox olmamalıdır. Hazırkı işin hallarından müəyyən olunmuşdur ki, cavabdehin 313.348,4 manat məbləğində əsas borcuna münasibətdə 14.000 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
30. Birinci instansiya məhkəməsi bu qənaətini MM-in 5.3, 425, 462.1, 467, 567, 600.4cü, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifa dəsi Qaydaları”nın 3.9-cu, 2007-ci il 30 dekabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi barədə Qaydaları”nın 2.1, 4.10-cu bəndlərinə istinad etməklə əsaslandırmışdır.
31. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv olunmasını, 88.913 manat borcun və 14.000 manat cərimə borcunun tutulması hissəsində iddianın ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
32. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası nın 2023-cü il 22 iyun tarixli 2-2(103)-518/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – V.Baxışova və R.Qurbanov).
33. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi 88.913 manat borcun və 14.000 manat cərimə borcunun tutulması hissəsində əsaslıdır.
34. Cavabdehin 88.913 manat (avtomobilə görə) borcun tutulmasının əsassız hesab edilməsi barədə əsas arqumenti ondan ibarətdir ki, 88.913 manat borcun olmasını təsdiq edən 2021-ci il 17 sentyabr tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsi iddiaçı tərəfindən məhkəmənin hazırlıq iclası yekunlaşana qədər deyil, məhkəmə baxışında təqdim edilmişdir. 2021-ci il 17 sentyabr tarixli nəqliyyat vas itəsinin alqı-satqı müqaviləsini sübut qismində qiymətləndirməsi MPM-ə ziddir. 2021-ci il 17 sentyabr tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti deyil, sadəcə surəti təqdim edilmişdir.
35. Bununla bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab etmişdir.
36. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci il 27 may tarixli 67171 saylı alqı-satqı müqaviləsinin şərtlərinə görə, alıcının sifarişinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə №1-də qeyd edilən ölçü cihazlarını, sınaq avadanlıqlarını, o cümlədən avtomobili Alıcıya təqdim etməyi, alıcı isə öz növbəsində Müqaviləyə müvafiq qaydada təqdim edilən malları müəyyən edilmiş qaydada təhvil alıb Müqavilə də müəyyən olunan qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 1 nömrəli əlavədə iddiaçı tərəfindən cavabdehə təhvil verilməli olan və apellyasiya baxışının predmetini təşkil edən “Ford Transit” 350E LWB VAN. Ağ rəng, istehsal ili: 2021-ci il olan nəqliyyat vasitəsinə dair məlumatlar, həmçinin ƏDV xaric dəyəri (75.350 manat) göstərilmişdir.
37. İş materiallarına əlavə edilmiş və birinci instansiya məhkəməsinə məhkəmə hazırlıq icraatı dövründə təqdim edilmiş iddiaçı tərəfindən cavabdehə göndərilmiş 2021-ci il 2 noyabr tarixli EBBL seriyalı 762125 nömrəli qaiməyə əsasən 88.913 manat (75.350 manat+13.563 manat ƏDV məbləği) ödənişin həyata keçirilməsi xahiş edilmişdir. Qeyd edilən elektron qaimə-fakturada ödənişin Nəqliyat vasitəsi – “Ford Transit” 350E, LWB VAN, ağ rəng, istehs al ili: 2021-ci olan avtomobilə görə tələb edildiyi qeyd edilmişdir.
38. İddiaçı tərəfindən cavabdehə göndərilmiş olan elektron qaimələrdə göstərilmiş məbləğlərin cəmi 1.204.433,81 manat təşkil etmiş, ümumilikdə 1.115.520,82 manat məbləğində olan malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi barədə aktlar tərtib edilmiş və imzalanmışdır. Malların təhvil verilməsi cavabdeh tərəfindən mübahisələndirməmişdir.
39. Ümumilikdə cavabdehə təhvil verilməli olan malların dəyərindən aktlar əsasında təhvil verilən mallar çıxıldıqda (1.204.433,81-1.115.520,82) isə cavabdeh tərəfindən mübahisələndirilən 88.913 manat məbləğ, yəni 2021-ci il 27 may tarixli müqaviləyə 1 saylı əlavədə göstərilən avtomobilin dəyəri qalır. 40. 2021-ci il 15 sentyabr tarixli müqaviləyə 1 nömrəli Əlavədə göstərilmiş nə qliyyat vasitəsinə dair elektron qaimə-faktura təqdim edilmiş və cavabdeh tərəfindən həmin qaimə-fakturaya dair “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq hər hansı etiraz edilməmişdir.
41. Bundan əlavə, cavabdeh tərəfindən ümumilikdə iddiaçı tərəfindən cavabdehə təhvil verilməli olan malların dəyərini təşkil edən 1.020.706,62 manat məbləğin ƏDV-si, yəni 183.727,19 manat və əlavə olaraq 9.738,6 manat, ümumilikdə 193.465,79 ƏDV məbləği, cavabdeh tərəfindən ödənilmişdir.
42. Yəni, cavabdeh avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin məhkəmə hazırlıq icraatı bitdikdən sonra təqdim edilməsini bəhanə edərək həmin hissədə iddia tələbinin təmin edilməməsini xahiş etdiyi 88.913 manat məbləğin ƏDV məbləğini də cavabdehə ödəmişdir.
43. Məhkəmə iddiaçının elektron qaimələrdə qeyd edilmiş ümumi dəyəri 1.204.433,81 manat təşkil edən malların cavabdehə təhvil verilməsi barədə dəlilini əsaslı hesab etmişdir.
44. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə müqavilənin ksero surət olması ilə bağlı da iddiaçı tərəfindən qeydiyyat orqanına müqavilənin təsdiq olunmuş surətinin təqdim edilməsi barədə verilmiş sorğuya cavab olaraq göndərilmiş 2023-cü il 19 aprel tarixli 3-13-16/2-4828/2023 saylı məktubda müqavilənin təsdiq edilmiş surətinin verilməsindən imtina edilsə də, avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı göndərilmişdir.
45. Həmin çıxarışdan müəyyən olunmuşdur ki, **-AE-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” 350L Yük markalı (istehsal ili: 2021) avtomobil, alqı-satqı müqaviləsi əsas ında cavabdehə satılmışdır. Hazırda sonuncunun mülkiyyətindədir və dövlət qeydiyyat nömrəsi də dəyişdirilməmişdir.
46. Bundan əlavə, cavabdehin nümayəndəsi sübut qismində qəbul edilməsini mübahisələndirsə də, apellyasiya baxışı zamanı iddiaçı tərəfindən mübahisə predmeti olan nəqliyyat vasitəsinə dair 2021-ci il 16 sentyabr tarixli “Təhvil-təslim” aktı təqdim edilmişdir.
47. Cavabdehin apellyasiya şikayətinin digər dəlilinə (iddiaçı ilə cavabdeh arasında müqavilə 2021-ci il 27 may tarixində bağlansa və müqavilə üzrə öhdəliklər həmin tarixdə yerinə yetirilsə də, iddiaçı tərəfindən 1 il 6 aydan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bununla da iddiaçı təşkilat dəbbə pulunun bu qədər çox hesablanmasının səbəbkarı olmuşdur.) münasibətdə məhkəmə qeyd etmişdir ki, cərimənin tətbi q edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 10.2-ci bəndində öz əksini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qət edilmiş cavabdehdən əsas borc məbləğinə münasibətdə 14.000 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir.
48. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 404.1, 404.2, 425.1, 442, 462.1, 467, 567, 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3, 3.4, 3.9-cu bəndlərinə, MPM-in 150.2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
49. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2023-cü il 28 iyul ta rixində tərəflərin şəxsi elektron kabinetinə yerləşdirilmişdir.
50. Cavabdeh 2023-cü il 25 avqust tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını, 88.913 manat borcun və 14.000 manat cərimə borcunun tutulması hissəsində iddianın rədd edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
51. MM-in 462.1, 467-ci maddələri üzrə - Məhkəmə 14.000 manat məbləğində dəbbə pulunun hansı əsasla və nəyə münasibətdə ağlabatan və ədalətli olduğu, eyni zamanda hansı meyarlar əsasında hesablandığı barədə hər hansı izah vermir. Həmin dəbbə pulu hazırkı vəziyyətdə müəyyən edilmiş borca münasibətdə heç də ədalətli deyil və cavabdehin vəziyyətini daha da pisləşdirməyə yönəlmişdir.
52. MPM-in 78.1-c i maddəsi üzrə - 2021-ci il 27 may tarixli 67171 nömrəli müqavilə və 2021-ci il 2 noyabr tarixli EBBL seriyalı 762125 nömrəli qaimənin olması 2021-ci il 17 sentyabr tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin sübut qismində məhkəmənin hazırlıq iclası yekunlaşana qədər deyil, məhkəmə baxışında təqdim edilməsi faktını dəyişmir. Məhkəmənin qeyd etdiyi müqavilə və qaimələrin mövcudluğu 2021-ci il 17 sentyabr tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin mötəbər sübut qismində dəyərləndirilməsi üçün əsas deyildir. Odur ki, məhkəmə sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliy MPM-in yuxarıda qeyd edilən normalarını pozmuş, sübutları obyektiv qaydada dəyərləndirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. İddiaçı kassasiya şikayətinə etiraz verərək bildirmişdir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia tam əsaslıdır. Cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 10.2-ci maddəsində öz əksini tapmışdır. Belə ki, müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə alıcı ödənişin hər gecikdirilmiş günü üçün satıcıya müqavilə qiymətinin 0,1% məbləğində cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə qiymətinin 10%-dən çox olmamalıdır. Həmin müqaviləni imzalayan cavabdehin məsul işçisi müqaviləni imzalayarkan hansı şərtlər əsasında və nəyi imzaladığını dəqiq bilirdi. Hazırkı işin hallarından görünür ki, cavabdehin 313.348,4 manat məbləğində əsas borcuna münasibətdə 14.000 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
54. Daha sonra cavabdeh iddiaçıya ödəniləcək 88.913 m anat borc məbləği ilə bağlı xahiş edir ki, akt olmadığından bu tələb təmin oluna bilməz. İstər pretenziyada, istərsə də iddia ərizəsində 20AE510 dövlət nömrə nişanlı “Ford Tranzit” 35OL YÜK avtomaşının məbləği iddia tələbində olmuşdur və cavabdeh təşkilatla bağlanmış avtomaşının alqı-satqı müqaviləsi mövcuddur, hətta həmin avtomaşına iddiaçının aldığı dövlət nömrə nişanı ilə cavabdeh hazırda da edir və cavabdeh təşkilatın balansında olmaqla onlara məxsusdur. Kassasiya baxışının hədləri
55. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
56. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instans iyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
57. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin i crasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonr akı hərəkətləri nəzərə alınır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
462. Dəbbə pulu anlayı şı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”
58. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.3. Cari elektron qaimə-faktura göndərildiyi va xtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.... 3.9. Elektron qaimə-fakturanın ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-faktur anın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır....”
59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.” “Maddə
387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət h əddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə (iddianın təmin edilən - 88.913 manat borcun və 14.000 manat cərimə borcunun tutulması hissəsində) qüvvədə saxlsamışdır.
61. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin k assasiya şikayətinin dəlilləri ilə razılaşmır.
62. Kassatorun mövqeyinə görə, məhkəmə hansı əsasla, nəyə münasibətdə və hansı meyarlar əsasında cavabdehdən 14.000 manat məbləğində dəbbə pulunun tutulmasını izah etməmişdir; həmin dəbbə pulu ədalətli deyil və cavabdehin vəziyyətini daha da pisləşdirməyə yönəlmişdir.
63. Halbuki tərəflər arasındakı müqavilənin müvafiq şərtləri üzrə hesablanmış cərimənin məbləği məhkəmə tərəfindən MM-in 467-ci maddəsi (bax bu qərarın 57-ci bəndinə) tətbiq edilməklə azaldılaraq, təmin edilmiş əsas borcun cəmi 4,5 faizi həcmində müəyyən olmuşdur.
64. Məhkəmə kollegiyasının qənaətinə görə, həmin nisbət qanuna, ədalət prinsipinə və bu sadədə formalaşmış məhkəmə təcrübəsinə uyğundur.
65. Kassatorun növbəti dəlilləri isə ondan ibarətdir ki, məhkəmənin qeyd etdiyi 20 21-ci il 27 may tarixli müqavilə və 2021-ci il 2 noyabr tarixli elektron qaimənin olması 2021-ci il 17 sentyabr tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin sübut qismində məhkəmənin hazırlıq iclası yekunlaşana qədər deyil, məhkəmə baxışında təqdim edilməsi faktını dəyişmir.
66. MPM-in 385.2 və 387.1-ci maddələrinin (bax bu qərarın 59-cu bəndinə) tələbləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Prosessual hüquq normalarının pozulması qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 88 -ci maddəsinin (bax bu qərarın 59-cu bəndinə) tələblərinə uyğun olaraq işdə olan bütün sübutları, o cümlədən 2021-ci il 27 may və 17 sentyabr tarixli müqavilələri, 2 noyabr tarixli elektron qaiməni, eləcə də iddiaçının sorğusuna cavab olaraq qeydiyyat orqanının göndərdiyi 2023-cü il 19 aprel tarixli məktubda mübahisəli avtomobil barədə qeyd olunan məlumatları və digər sübutları əlaqəli şəkildə təhlil edərək, habelə cavabdehin mübahisəli avtomobilə dair 2 noyabr tarixli elektron qaiməyə qanunvericiliklə müəyyən edilmiş qaydada hər hansı etiraz bildirmədiyini, iddiaçının cavabdehə təhvil verilməsi nəzərdə tutulan bütün malların ƏDV-sinin cavabdeh tərəfindən tam ödənilməsini nəzərə alaraq, tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsini qüvvədə saxlamışdır.
68. Kassator isə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
69. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax bu qərarın 59-cu bəndinə) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
70. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 iyun tarixli 2-2(103)-518/2023 saylı qə tnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh "xxxx" QSC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 iyun tarixli 22(103)-518/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.