Məhkəmə qərarları › İş №2-2(102)-598/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-598/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-598/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: nəqliyyat-ekspedisiya xidməti müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 19 may tarixli 2-2(104)-73/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icra at qaydasında baxılmışdır. İşin halları

1. Ekspeditor "xxxx" MMC ilə sifarişçi "xxxx" MMC arasında 2023-cü il 6 iyul tarixli 2023/M-059 nömrəli nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən ekspeditor yalnız müqaviləyə əlavə edilmiş sifariş forması, kommersiya təklifi və ya qiymət razılaşma protokolu əsasında sifarişçi üçün və onun hesabına ölkədaxili və beynəlxalq nəqliyyat-ekspedisiya xidmətləri (bu zaman həyata keçirilən nəqliyyat marşrutunun keçdiyi ölkələrin qanunvericiliyi, beynəlxalq konvensiyalar, məcəllələr və digər qaydalar əsas götürülür) göstərməyi, sifarişçi isə həmin xidmətlərin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı "xxxx" MMC (bundan sonra – “iddiaçı”) "xxxx" MM C-yə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 40.466,80 manat (23.804 ABŞ dolları) məbləğində əsas borcun, 9575,52 manat (5.632,66 ABŞ dolları) məbləğində dəbbə pulunun, 1520 manat məbləğində vəkil xərcləri, 244,69 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 51.807,01 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə 2023-cü ilin yanvar-dekabr aylarında müvafiq xidmətlər göstərilmişdir. Göstərilmiş xidmətlərin bir hissəsi cavabdeh tərəfindən aşağıdakı qaydada ödənilmişdir. 2023/M-059 №-li müqavilə üzrə kəsilmiş İNV 2307-2781 saylı 2023-cü il 10 iyul tarixli invoysuna əsasən, ekspeditor tərəfindən sifarişçiyə Poti-Abşeron-Poti marş rutu üzrə 13 ədəd 20 Ft-luq konteynerə 19.955 ABŞ dolları həcmində daşıma xidmətləri göstərilmişdir. Həmin invoysuna əsasən sifarişçiyə 33.923,50 manat məbləğində elektron qaimə təqdim edilmiş və sifarişçi tərəfindən 2023-cü il 11 iyul tarixində ödənilmişdir. Lakin cavabdeh 13 ədəd konteynərlərdə yükün təhlükəli yük olduğunu qeyd etmədiyi üçün, xidmətlərin göstərilməsinə cəlb edilmiş Bartrans Lojistic Ticarət Limited şirkəti tərəfindən onlara saxlama və demuraj cərimələri tətbiq edilmişdir. Həmin demuraj və saxlama xərcləri 23804 ABŞ dolları təşkil edir. Bununla əlaqədar, cavabdeh iddiaçıya 2023-cü il 20 sentyabr tarixli məktubu göndərərək, Meduas 717.711 nömrəli SWB ilə gələn 13 ədəd konteynerlərin daşıması zamanı yaranmış demuraj xərclərinin ödənilməsini öhdəliyinə götürmüşdür. Bunun əsa sında tərəflərindən cavabdehə 40.466,80 manat məbləğində elektron qaimə və invoyslar verilmişdir. Lakin cavabdeh bu günə kimi yaranmış borcunu ödəməmişdir. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən, cavabdehə üzləşmə aktı təqdim edilmişdir. Həmin üzləşmə aktı cavabdeh tərəfindən 5 gün ərzində təsdiq edilməli və ya əsaslandırılmış etiraz göndərilməlidir. Əks halda akt təsdiq edilmiş kimi hesab olunur. Cavabdehin borcuna 2024-cü il 1 iyul tarixinə hesablanmış dəbbə pulu 5.632,66 ABŞ dolları təşkil edir.

4. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması şəklində yenidən təşkil edilmiş və onun hüquqi varisidir.

5. Cavabdeh iddiaya etiraz edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iyul və sentyabr aylarındakı sifarişləri qarışdıraraq əs assız olaraq demuraj xərcləri tələb edir. Belə ki, 2023-cü il 18 sentyabr tarixli MEDUAS717711 nömrəli SWB ilə gətirilən 13 konteyner üzrə sifariş 21 gün ərzində təhvil verilməli ikən, iddiaçı malı 41 günə çatdırmışdır. Bu gecikmə səbəbindən yaranmış xərclərin cavabdehdən tələb edilməsi əsassızdır. İddiaçının istinad etdiyi “Bartrans Logistic Ticarət Limited” şirkəti ilə müqavilə yalnız 2023-cü il 15 sentyabr tarixində bağlanmışdır. Həmin tarixədək THC əməliyyatlarını digər şirkətlər (GR Logistics, Captain Shipping və s.) həyata keçirmişdir. Belə olan halda sonuncu şirkətin tətbiq etdiyi iddia edilən cərimələr hüquqi əsasa malik deyil. İddiaçının iddiasının əksinə olaraq, cavabdeh yükün təhlükəli olması barədə əvvəlcədən məlumat vermişdir. 2023-cü il 3 iyul tarixli elektron məktubda bu b arədə açıq şəkildə bildirilmiş, yükün kodları (UN 1486, Class 5.1) təqdim edilmiş, hətta MSDS sənədləri də göndərilmişdir. İddiaçının təhlükəli yükdən xəbərsiz olması arqumenti əsassızdır. Müqavilənin 3.4-cü bəndinə əsasən üzləşmə aktı hər rübün sonunda təqdim edilməli olduğu halda iddiaçı xidmətdən 6 ay sonra – yalnız 2024-cü il 17 may tarixində aktı təqdim etmişdir. Aktda 19.955 və 23.400 ABŞ dolları ödənişlər göstərilsə də, əlavə 23.804 ABŞ dolları xərcin səbəbləri açıqlanmamışdır. Bu səbəbdən cavabdeh aktı imzalamamışdır. Gecikmələr və əlavə xərclər iddiaçının özünün logistika prosesini düzgün idarə etməməsindən, terminalda sıxlıq və qatarların olmaması səbəbindən yaranmışdır. Bu hallar cavabdehin deyil, iddiaçının məsuliyyətindədir. Tərəflər arasında aparılan yazışmalar (Esmira Cəfəro va, Cavid Həbibov, Günel Duman) göstərir ki, iddiaçı yükün təhlükəli olmasından xəbərdar olmuş, əlavə xərclər barədə əvvəlcədən qiymət təklifləri vermişdir. Buna baxmayaraq, mallar gecikmə ilə (13 konteynerdən yalnız 9-u vaxtında, qalan 4-ü isə əlavə 10 gün sonra) təhvil verilmişdir.

6. İddiaçı iddia tələbinin əsasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 40.466,80 manat (23.804 ABŞ dolları) məbləğində əsas borcun, 9575,52 manat (5632,66 ABŞ dolları) məbləğində dəbbə pulunun, 1520 manat məbləğində vəkil xərcinin, 244,69 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 51.807,01 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, ərizədə göstərilən xərclər demuraj və saxlama xərcl əridir. Belə ki, iş materiallarında olan MSC şirkəti tərəfindən təqdim edilən 2023-cü il 18 sentyabr tarixli MEDUAS717711 nömrəli dəniz xətti qaiməsinə əsasən cavabdehə məxsus 13 ədəd 20ft-luq konteyner 2023-cü il 18 sentyabr tarixində Gürcüstanın Poti limanına çatdırılmasına baxmayaraq, sifarişçi sifarişi iddiaçıya 2023-cü il 20 sentyabr tarixində vermişdir. Dəmir yolu xətti ilə daşınması üçün "xxxx" MMC-yə məxsus quru terminalına çatdırılması məqsədilə iddiaçıya ADY 150923 nömrəli, 2023-cü il 15 sentyabr tarixli müqavilə əsasında xidmət göstərən “Bartrans Lojistic Ticaret Limited” şirkətinə tərəflərindən təlimat verilmişdir. Gürcüstan Respublikasının gömrük orqanlarının tələbinə əsasən, hər hansı bir yükə dair sənədləşmənin və digər prosedurların aparılması üçün yükün alıcısı qeyd edilən işləri aparan şirkətə etibarnamə verməlidir. Cavabdehin EMS-nə yüklədiyi etibarnamədən görünür ki, cavabdeh öz yükünü Poti limanından çıxarılması və sənədləşmənin aparılması üçün etibarnaməni “Bartrans Lojistic Ticaret Limited” şirkətinə yalnız 2023-cü il 28 sentyabr tarixində vermişdir. Göründüyü kimi, cavabdehə məxsus yük Poti dəniz limanına 2023-cü il 18 sentyabr tarixində çatsa da, həmin yükə dair müvafiq əməliyyatların aparılması yalnız 2023-cü il 28 sentyabr tarixindən mümkün olmuşdur. Bundan əlavə, Poti limanının həm dəniz terminalı, həm də dəmir yolu xətti terminalları həmin dövrdə dolu olduğundan və yüklərin göndərilməsi mümkünsüz olduğundan (lokomotivin xarab olması, həmçinin platforma çatışmazlığı) 13 ədəd 20ft-luq konteynerin terminaldan çıxarılması 2023-cü il 14 oktyabr tarix ində mümkün olmuşdur ki, (işə əlavə edilmiş Gürcüstan dəmir yolları tərəfindən tərtib edilmiş 13 ədəd yol qaimələri ilə təsdiq olunur), bu da öz növbəsində əlavə cərimələrin (demurajların) yaranmasına səbəb olmuşdur. Bu barədə sifarişçiyə dəfələrlə elektron poçt vasitəsilə məlumat verilmişdir.

1. Yükün terminalda saxlanılması və Thc üçün invoys: “Bartrans Lojistic Ticaret Limited” şirkətinin xx.xx.2023-cü il tarixli BAR**********034 nömrəli invosuna əsasən MEDUAS717711 nömrəli dəniz xətti qaiməsində qeyd olunan 13 ədəd 20Ft-luq konteynerlərdə olan təhlükəli yükə THC xərcləri 3640,00 dollar təşkil edir, həmin təhlükəli yüklərin 2023-cü il 23 sentyabr tarixindən 2023-cü il 3 oktyabr tarixinədək saxlanılması üçün gününə 4 ABŞ dolları tətbiq etməklə saxlama xərcləri 572 ABŞ dolları təşkil edir, ümumi 4212 ABŞ dolları məbləğində saxlama xərcləri çəkilmişdir. Qeyd: THC (X1 / Terminalda əməliyyətların aparılması xərcləri – terminalda yüklərin boşaldılması və yüklənməsi əməliyyatların aparılması üçün hesablanan xərclər. Saxlama xərcləri – yükün terminalda saxlanılması üçün terminalın hesabladığı ödənişlər.

2. Konteynerlərə hesablanmış demuraj üzrə invoys: “Bartrans Lojistic Ticaret Limited” şirkətinin 2023-cü il 3 noyabr tarixli BAR**********054 nömrəli invosuna əsasən, MEDUAS717711 nömrəli dəniz xətti qaiməsində qeyd olunan 13 ədəd 20Ft-luq konteynerlərdə olan yükün 2023-cü il 4 oktyabr - 2023-cü il 10 oktyabr müddətdə saxlanılması üçün xərclər 364 ABŞ dolları və 2023-cü il 19 sentyabr - 2023-cü il 29 oktyabr müddətə (cəmi 41 gün, həmin 41 gündən 21 gün free-time çıxmaqla 20 gün ə demuraj hesablanıb) olan 9 konteynerə demuraj xərcləri 10800 ABŞ dolları (60 dollar/günü x 9 konteyner x 20 gün), qalan 4 konteynerə 2023-cü il 19 sentyabr - 2023-cü il 30 oktyabr müddətə (cəmi 42 gün, həmin 42 gündən 21 gün freetime çıxmaqla 21 günə demuraj hesablanıb) 5040 ABŞ dolları demuraj xərcləri hesablanıb (60 dollar/günü x 4 konteyner x 21 günə). Cəmi demuraj xərcləri 16204,00ABŞ dolları təşkil etmişdir. Hazırkı halda cavabdehə təqdim edildiyi konteynerlər 21 gün ərzində boşaldılıb qaytarılmalı olduğu halda, 9 konteyner 9 gün gecikməklə, 4 konteyner isə 21 gün gecikməklə qaytarılmışdır. Free-Time - Boş vaxt, sifarişçinin konteynerdən pulsuz istifadə edə biləcəyi günlərin sayını müəyyənləşdirir - bu müddətdən sonra hər şey ödənişlidir. Yəni Sifarişçi verilən müddət ərzində (hazır kı halda 21 gün təşkil edir) konteynerləri dəniz xətti limanından götürüb təyinat nöqtəsinə çatdırmalı, boşaltmalı və yenidən dəniz xətti limanına çatdırmalıdır. Yuxarıda göstərilən problemlər yaranma ehtimalı barədə cavabdehə əvvəlcədən məlumat verilmiş, lakin cavabdeh buna baxmayaraq, 2023-cü il 20 sentyabr tarixli öhdəlik məktubu təqdim edərək, qeyd edilən risklə bağlı məsuliyyəti və bundan irəli gələn xərclərin qarşılanmasını öz üzərinə götürmüşdür. Lakin bugünkü günədək öz öhdəliklərini icra etməmişdir. Məhkəməyə təqdim edilmiş 2023-cü il 17 noyabr tarixli maliyyə aktına əsasən yuxarıda göstərilən bütün xərcləri “Bartrans Lojistic Ticaret Limited” şirkətinə ödənilməsi məcburiyyətində qalaraq, ödənişləri həyata keçirmişlər. Bundan əlavə, cavabdehin 2023-cü ilin iyul ayında verdiyi sifa rişdən də 208 ABŞ dolları məbləğində saxlama xərcləri və 3180 dolları məbləğində demuraj, ümumilikdə, 3388 ABŞ dolları məbləğində xərcləri qalmışdır. Bununla bağlı cavabdehə 2023-cü il 28 noyabr tarixli İNV-AZE 2311-0040 hesab-faktura kəsilmişdir. Həmin saxlama və demuraj xərcləri cavabdehin birinci sifarişi üzrə xidmətlərin göstərilməsinə tərəfindən cəlb edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmişdir. Müqavilənin 2.1.8-ci bəndinə əsasən bütün istiqamətlər üzrə ekspeditorun iradəsindən asılı olmayan (hava şəraiti, qatarın xarab olması (qatarın növündən asılı olmayaraq), terminalda texniki problemlər və/və ya onun yüklənməsi, platforma çatışmazlığı, cari təmir işləri) səbəblərlə bağlı yaranmış gecikmələrə görə məsuliyyətdən azaddır. Ümumilikdə isə, cavabdehin yüklərinə kəsilmiş saxlama və demuraj xərcləri 23804 ABŞ dolları təşkil edir. Həmçinin cavabdehin borcuna 2024-cü il 1 iyul tarixinə hesablanmış dəbbə pulu 5632,66 ABŞ dolları təşkil edir.

8. Cavabdeh ərizəyə etiraz edərək bildirmişdir ki, iddiaçı əvvəlcə yükün təhlükəli olması barədə məlumat verilmədiyinə görə “Bartrans Lojistic Ticaret Limited” şirkəti tərəfindən cərimələndiyini iddia etmiş, lakin daha sonra bu mövqeyini dəyişərək xərcləri demuraj və saxlama xərcləri kimi təqdim etmişdir. Bu hal iddiaçının mövqeyində ziddiyyət yaratmış, onun ilkin olaraq cavabdehdən təhlükəli yüklə bağlı cərimə tələb etməsi, lakin məhkəmədə sübut edə bilmədikdə iddianı demuraj xərcləri ilə əsaslandırmağa çalışması ilə izah olunmuşdur. İddiaçı “X2” şirkəti ilə müqavilə bağlanmadığını iddia etsə də, onun əməkdaşı Nigar Mütəllibova həmi n şirkətlə əməkdaşlıq olduğunu təsdiqləmişdir. Həmçinin iş materiallarındakı yazışmalardan göründüyü kimi, cavabdehə THC əməliyyatının aparılması üçün məhz bu şirkətə etibarnamə verilməsi tələb olunmuşdur. Lakin “X2” şirkəti təxminən 7-8 gün ərzində heç bir əməliyyat aparmamış, iddiaçı isə cavabdehi məlumatlandırmamışdır. Nəticədə malların terminalda saxlanılması uzanmış və əlavə xərclər yaranmışdır. Konteynerlərin Poti limanından çıxarılması yalnız 2023-cü il 14 oktyabr tarixində mümkün olmuş, 9 konteyner 19-20 oktyabrda, qalan 4 konteyner isə 23 oktyabrda ona təhvil verilmişdir. Bu müddətlərdən aydın olur ki, cavabdeh konteynerlərin boşaldılmasında hər hansı gecikməyə yol verməmişdir. Əksinə, gecikmələr iddiaçının xidməti düzgün təşkil etməməsi ilə bağlı olmuşdur. Zəmanət məktubu ilə ü zərinə götürdüyü öhdəlik yalnız daşınma zamanı yarana biləcək demuraj xərclərinə aid olmuş, malların süni saxlanmasına və sənədləşmə işlərinin bilərəkdən aparılmamasına şamil edilməmişdir. İddiaçı isə bu zəmanətdən sui-istifadə edərək öhdəliyini üçüncü şəxsə həvalə etmiş və nəticədə əlavə xərclər yaratmışdır. Bu səbəbdən, iddiaçının tələb etdiyi saxlama və demuraj xərcləri (ümumilikdə 4.212 ABŞ dolları saxlama və 16.204 ABŞ dolları demuraj) onun hərəkəti ilə deyil, iddiaçının özünün qeyri-qanuni və ya düzgün təşkil olunmamış fəaliyyətindən yaranmışdır.

9. Cavabdeh tərəfindən məhkəməyə 2024-cü il 28 oktyabr tarixində daxil olmuş etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, 2024-cü il 14 oktyabr tarixdə keçirilən məhkəmə prosesində iddiaçı tərəf THC işlərinin müqavilə üzrə onlara aid olmadığ ını və bu işlərin cavabdeh tərəfindən aparılmasını iddia etmişdir. Məhz müqavilənin maddələrindən tərəflər çıxış edərək, özlərinin nümayəndələri vasitəsi ilə şirkətə aid mail vasitəsi ilə sifarişlər verilmişdir. Mübahisələndirilən sifarişlərdən birə də cavadbehin 2023-cü il 18 sentyabr tarixdə MEDUAS717711 nömrəli dəniz xətti qaiməsində qeyd olunan 13 ədəd 20 Ft-luq konteynerlərdə olan təhlükəli yükə aid olan sifarişdir. Bu sifariş mail vasitəsi ilə 2023-cü il 18 sentyabr tarixdə rəsmi mail vasitəsi ilə edilmişdir. Sifariş edildikdən sonra iddiaçının nümayəndəsinin təklifi əsasında THC əməliyyatının aparılması məqsədilə “X2” şirkətinə etibarnamənin verilməsi təklifi olunmuşdur. Bu səbəbdən iddiaçı tərəfin 3-cü şəxs işə cəlb etməklə işə nəzarət etməmiş və 3-cü şəxsin hərəkətsizliyi nəticəsi ndə demuraj xərclər yaranmışdır. Bu səbəbdən xidmətin göstərilməsində yaranmış ilkin hərəkətsizlik nəticəsində iddiaçı tərəfindən süni xərclər yaradılmışdır. İddiaçı isə xidmətin həyata keçirilməsi ilə bağlı nəinki məlumat verməmiş, hətta sifarişçiyə yanlış məlumatlarda vermişdir. İddiaçı THC əməliyyatını apara bilmədiyini izah etmək əvəzinə və ya başqa şirkətlə dəyişdirməyi təklif etmək əvəzinə, cavabdehə konteynerlər çox olduğu üçün biraz gecikmə yarandığını və bir iki gün ərzində çalışacağıq konteynerləri çıxaracaqlarını bildirmişlər. Məhz gecikmənin yaranması səbəbi tərəfin THC əməliyyatının aparılmasında məlumatın gizlədilməsi olmuşdur. Bu baxımdan malların limanda saxlanması ilə bağlı demuraj xərclərini cavabdehin üzərinə qoymaq əsassızdır.

10. Cavabdeh 2024-cü il 2 dekabr tarixli et irazında göstərir ki, iddiaçı iddia əsasının dəyişdirilməsi barədə ərizəsində 2023-cü ilin iyul ayına aid 208 ABŞ dolları saxlama və 3.180 ABŞ dolları demuraj olmaqla ümumilikdə 3.388 ABŞ dolları borc göstərmiş, bu əsasda 2023-cü il 28 noyabr tarixli İNV-AZE 2311-040 hesab-fakturanı təqdim etmişdir. Lakin iddiaçı həmin “iyul borcu”nu konkret hansı mallar və konteynerlər üzrə, harada, nə vaxt və hansı səbəbdən yarandığını açıqlamadan, sadəcə formal hesab-faktura ilə irəli sürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən cavabdeh birinci sifariş (MEDUAS687153) üzrə 2023-cü il 11 iyul tarixində 19.955 ABŞ dolları 100% avans ödəmiş, 2023-cü il 1 iyul – 2023-cü il 31 iyul dövrünə dair təhvil-təslim (üzləşmə) aktı 2023-cü il 20 noyabr tarixində epoçtla təqdim edilərək tərəflər tərəfindən təsdiq olun muş, həmin aktda isə hər hansı saxlama/demuraj xərci yer almamışdır. 2023-cü il 28 noyabr tarixli hesab-faktura yalnız 2023-cü il 1 dekabr tarixində mailə düşmüş və müqavilə şərtlərinə zidd olaraq gec təqdim edildiyi, əsaslandırıcı izahlar olmadığı üçün cavabdeh tərəfindən təsdiqlənməyib geri qaytarılmışdır. Müqavilə 2023-cü il 6 iyul tarixində bağlanmış, THC əməliyyatları iyulda "xxxx" MMC, sentyabrda əvvəlcə “X2”, daha sonra 2023-cü il 28 sentyabr tarixindən “Bartrans Lojistic Ticaret Limited” vasitəsilə icra olunmuşdur. İddiaçı 2023-cü il 19 sentyabr tarixində “X2”a verilmiş təlimat və bu şirkətin təxminən 7 gün ərzində THC işi aparmaması faktına münasibət bildirməmiş, səbəblərini açmamışdır. Daha sonra 20 sentyabr – 28 sentyabr 2023-cü il tarixləri dövründə vasitəçi xidmətlərin görüldü yünü, cavabdehə “Bartrans” üçün etibarnamə alınmasını bildirsə də, bu izahatda öz öhdəliklərinə “vasitəçi” kimi yanaşmış, lakin ekspeditorun müqavilə üzrə birbaşa icra öhdəliyindən yayınmasının əsası göstərilməmişdir. Bundan əlavə “X2” ilə müqavilə məhkəməyə təqdim edilməmiş, halbuki belə müqavilələrdə gecikməyə görə cərimə şərtləri nəzərdə tutulur; iddiaçı bu hüquqi alətlərdən istifadə etməmişdir. Etirazda vurğulanır ki, iddiaçı gecikmələri 2023-cü il 18 sentyabr –2023-cü il 14 oktyabr aralığında baş verən hallar kimi qələmə versə də, konteynerlərin hərəkət sxemi və təhvil tarixləri əksini göstərir: qatar 2023-cü il 14 oktyabr tarixində Poti-Bakı (Biləcəri) marşrutu ilə çıxmış, 9 konteyner 19-20 oktyabr 2023-cü il tarixlərində cavabdehə təhvil verilmiş, həmin günlərdə boşaldılıb iddiaçı ya qaytarılmış və 2023cü il 21 oktyabr tarixində Poti-yə geri göndərilmişdir; qalan 4 konteyner 2023-cü il 23 oktyabr tarixində təhvil verilib eyni gündə geri qaytarılmış, 2023-cü il 24 oktyabr tarixində Poti-yə yönəldilmişdir. Bu ardıcıllıq cavabdehin boşaltmada gecikməyə yol vermədiyini, gecikmələrin iddiaçının xidmətin təşkilində yaratdığı fasilələrdən irəli gəldiyini göstərir. Cavabdeh bildirir ki, zəmanət məktubu yalnız “daşınma zamanı yarana biləcək demuraj xərcləri”nə münasibətdə verilmiş, malların süni saxlanması, sənədləşmənin gecikdirilməsi və ya üçüncü şəxslərin hərəkətsizliyi nəticəsində formalaşan xərcləri əhatə etmir. İddiaçının 2023-cü il 19 sentyabr tarixindən 2023-cü il 27 sentyabr tarixinədək “X2”, 2023cü il 28 sentyabr tarixindən 2023-cü il 14 oktyabr tarixinədək isə “Ba rtrans”ın fəaliyyətsizliyinə və təşkilati boşluqlara vaxtında reaksiya verməməsi gecikmələrin əsas səbəbidir; bu halda demuraj/saxlama xərclərinin cavabdehin üzərinə qoyulması əsassızdır. Cavabdeh əlavə etmişdir ki, iddiaçının təqdimatı ilə THC işlərini görən "xxxx" MMC-nin anbarda 4 günlük saxlamasından sonra “MS Georgia” tərəfindən 2023-cü il 12 iyul tarixində 208 ABŞ dolları, 2023-cü il 2 avqust tarixində isə 13 konteynerin geri qaytarılmasına görə 3.180 ABŞ dolları cərimə hesablanmış kimi təqdim edilsə də, bu tələblər vaxtında və müqavilə üzrə rüblük akt mexanizmi ilə irəli sürülməyib, aktda əksini tapmayıb və yalnız sonradan yekun hesab-faktura ilə irəli sürülmüşdür. Keçmiş müqavilələr üzrə 1–3 günlük cərimələrin daima vaxtında akt əsasında ödənildiyi halda, iddiaçı son dövrlərdə demu raj müddətlərini “etap-etap” artıraraq ödəniş tələbi formalaşdırmış, görülən işlərə məsuliyyətsiz yanaşmış, müqavilədən irəli gələn müddətlərə riayət etməmişdir. Cavabdeh hesab edir ki, istər iyul 2023, istərsə də sentyabr-oktyabr 2023 dövrləri üzrə göstərilən saxlama və demuraj xərcləri iddiaçının və onun cəlb etdiyi üçüncü şəxslərin hərəkət və ya hərəkətsizliyi, logistikanın qeyri-səmərəli təşkili və sənədləşmənin gecikdirilməsi səbəbindən yaranmışdır; cavabdeh konteynerlərin boşaldılması və geri qaytarılması müddətlərinə riayət etmiş, iddiaçının tələb etdiyi məbləğlər isə hüquqi və faktiki əsasdan məhrumdur. Buna görə də iddiaçının bu hissələr üzrə tələbləri rədd edilməlidir.

11. Cavabdeh 2024-cü il 11 dekabr tarixli etirazında bildirmişdir ki, 2024-cü il 13 may tarixli “Üzləşmə aktı” v ə “Əvəzləşdirmə aktı”nda nə cavabdehin, nə də mübahisə predmetinə aid malların adı keçir; üstəlik, iddiaçının göstərdiyi məbləğlərlə uyğun gəlməyən (milyonluq həcmdə) göstəricilər əks olunmuşdur. Müqavilə şərtlərinə görə iyulda daşınmış yüklərə dair belə xərclər növbəti rübün əvvəlində (2023-cü ilin oktyabrının birinci 5-günlüyündə) təqdim edilməli olduğu halda, istinad edilən sənədlərin 2024-cü il 13 may tarixli olması bu tələblərin vaxtında və lazımi qaydada irəli sürülmədiyini göstərir. Təqdim edilən materiallardan tələb olunan məbləğlərin cavabdehə aid deyil iddiaçı ilə "xxxx" MMC arasında əməkdaşlıq münasibətlərindən irəli gəldiyi anlaşılır. Tərəflər arasında 2023-cü il 6 iyul tarixli müqavilə və yazışmalar da bunu təsdiq edir: məsələn, 2023-cü il 10 iyul tarixli elektron məktubda idd iaçının əməkdaşı THC əməliyyatlarını tərəfdaş "xxxx" MMC-nin icra edəcəyini bildirir. Bu halda iddiaçı nəqliyyat xidmətindən əlavə olaraq THC üzrə ayrıca xidmət haqqı almış, cavabdeh isə yalnız həmin əlavə xidmət haqqını ödəməklə kifayətlənmişdir; demuraj/saxlama adı ilə tələb edilən iyul-epizodlu məbləğlər isə cavabdehin öhdəlik dairəsinə aid deyil və sübutlarla fərdiləşdirilməmişdir.

12. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 6 yanvar tarixli e-2-2(115)-51/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 20.416 ABŞ dolları əsas borc, 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 21.416 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 244,69 manat dövlət rüsumu, həmçinin 1520 manat vəkil xərci cavabdeh dən iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim R.Məmmədov).

13. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə müqaviləyə uyğun olaraq daşıma xidmətləri göstərmişdir. Cavabdeh 2023-cü il 20 sentyabr tarixində 13 ədəd konteynerin saxlama və demuraj xərclərini qarşılayacağı barədə zəmanət verdikdən sonra iddiaçı 20.416 ABŞ dolları məbləğində vəsaiti “Bartrans Lojistic Ticaret Limited” şirkətinə ödəniş edib həmin məbləği cavabdehdən tələb etsə də, cavabdeh müqavilə şərtlərinə əməl etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Belə ki, iş materialından olan hesab-fakturalardan göründüyü kimi 4.212 ABŞ dolları məbləğində saxlama xərci və 16.204 ABŞ dolları məbləğində demuraj xərci iddiaçı tərəfindən “Bartrans Lojistic Ticaret Limited” şirkətinə öd ənilmiş və iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla 20.416 ABŞ dolları hissədə əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. İddia tələbinin 3.388 ABŞ dolları məbləğində xərclərin təsdiq edilməsi ilə bağlı sübutlar isə məhkəmənin hazırlıq iclasında təqdim edilmədiyindən sübut kimi qiymətləndirilməmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385, 442, 445, 448, 885-ci maddələrinə və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 216-220, 227-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 19 may tarixli 2-2(104)-73/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən 1000 ABŞ dolları cərimə borcunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmişdir (sədrlik edən – Rüfət Məcidov, hakimlər – Şamil Rzaquliyev və İslam Həsənov).

17. Apellyasiya məhkəməsi bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilə nəqliyyat-ekspedisiya xidmətlərinə aiddir və ekspeditorun öhdəlikləri yalnız müqaviləyə əlavə edilən sifariş/kommersiya təklifi/qiymət razılaşması əsasında formalaşır. THC xidməti müqavilə pr edmeti deyil, cavabdehin THC ilə bağlı müraciəti sonradan verilmiş tapşırıq (vəkalət) çərçivəsində icra olunub. Tapşırıq münasibətlərində vəkalət alan konkret nəticəyə təminat vermir; zərər yalnız qəsd və ya (kobud) ehtiyatsızlıq sübuta yetirildikdə məsuliyyət doğurur.

18. Cavabdehin tapşırığı əsasında THC işləri görülüb və cavabdeh yaranacaq saxlama/demuraj xərclərinin ödənilməsinə şərtsiz zəmanət verib. İddiaçının qəsdən və ya ehtiyatsızlıqla tapşırığı kifayət qədər vicdanla icra etmədiyi isə sübuta yetirilməmişdir. Cavabdehin “THC-nin vaxtında aparılmaması” barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, sifarişin müqavilədə nəzərdə tutulan 7 gün əvvəl deyil, konteynerlər limana daxil olduqdan sonra verilməsi, eləcə də terminalda sıxlıq səbəbindən konteynerlərin baş qa terminala köçürülməsi zərurəti iddiaçının qəsdi və ya kobud ehtiyatsızlığını təsdiqləmir. İlkin seçilmiş podratçının işdən imtinası da ekspeditorun vicdansız davranmasının sübutu kimi çıxış edə bilməz.

19. Bu əsaslarla apellyasiya instansiyası THC xidmətləri nəticəsində yaranmış saxlama və demuraj xərclərinin cavabdehdən tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və hüquqi mövqeyini qanuni və əsaslı saymışdır.

20. Dəbbə puluna (cəriməyə) münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, dəbbə pulu tələbi yazılı əsas müqavilənin icrası ilə bağlı deyil, tapşırıq münasibətlərinin icrasından irəli gəlmişdir. Mülki qanunvericiliyin tələblərinə əsasən isə, dəbbə pulu barədə razılaşma yazılı formada olmalıdır. Tapşırıq üzrə belə yazılı razılaşma mövcud olmadığından cərim ənin tutulması hüquqi əsasdan məhrumdur.

21. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 6.2, 385.1, 386.1, 442, 448.1, 445.1, 445.5, 777.1, 777.2, 778.1, 779.1, 850.1, 852.1, 852.5-ci, MPM-in 14.1, 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. MM-in 780.2-ci maddəsi üzrə - işin mahiyyəti podrat xarakterlidir: podratçı (ekspeditor) müqavilədə nəzərdə tutulan işi sifarişçinin xeyrinə icra etməli, sifarişçi isə razılaşdırılmış haqqı ödəməlidir; podrat münasibətlərində hüquqi məqsəd və nəticə – görülmüş işin nəticəsinin təqdim edilməsidir. Qətnamədə isə “iddiaçının THC xidmətlərini göstərmək üzrə müqavilə öhdəliyinin olmadığı” qeyd edilərək bu hal mübahisəsiz qəbul edilmiş, lakin bu yanaşma müqavilənin preambulasının son cümləsi ilə (sifariş olduqda ekspeditorun terminal əməliyyatları, gömrük və digər rəsmiləşdirmələri də görə bilməsi) ziddiyyət təşkil edir. Qanunvericiliyə əsasən vəkalət alan ixtiyarı çatmadan icranı üçüncü şəxsə veribsə, üçüncü şəxsin hərəkətləri üçün öz hərəkətləri kimi məsuliyyət daşıyır. Müqavilənin 4.3.2-ci bəndi də eyni prinsipə uyğun olaraq, tərəfin özünün və/və ya cəlb etdiyi 3-cü şəxsin hərəkət/hərəkətsizliyindən doğan ziyana görə məsuliyyətini nəzərdə tutur. Buna baxmayaraq, məhkəmə iddiaçı ilə “Bartrans Lojistik Ticaret Limited” arasında 2023-cü il 15 sentyabr tarixli ADY150923#C sa ylı müqavilənin “Tərəflərin öhdəlikləri” (4-cü bənd) üzrə təsirini qiymətləndirməmiş, THC işlərinin üçüncü şəxsə verilməsi və ondan irəli gələn gecikmə/zərər mexanizmini hüquqi cəhətdən təhlil etməmişdir. Məhkəmə həm 2023/M-059 saylı əsas müqavilənin 4.3.2-ci bəndini, həm də podrat-vəkalət çalarları olan münasibətlərdə tərəflərin birgə hərəkət etmə, icranı təhlükəyə atan davranışlardan çəkinmə borcunu nəzərə almadan, iddiaçının yaradılmış şərait və vaxtdan istifadə etməməsi, öhdəliyin icrasını təmin etməməsi kimi iradları araşdırmamışdır. Nəticədə, üçüncü şəxslərin cəlbi və onların fəaliyyəti üzrə məsuliyyət bölgüsü, gecikmənin hüquqi nəticələri və ziyanın kimə yüklənməsi barədə lazımi qaydada əsaslandırma aparılmamışdır.

24. MM-in 445.1-ci maddəsi üzrə - müqavilənin 3.4-cü bəndi (rüblük “ Üzləşmə aktı”nın rüb bitdikdən sonra 5 iş günü içində imzalanması öhdəliyi) üzrə üzləşmə aktlarının vaxtında təqdim edilməməsi və səbəbləri apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Habelə müqavilənin 4.3.2-ci bəndi (tərəfin özünün və/və ya cəlb etdiyi üçüncü şəxslərin hərəkət/hərəkətsizliyi ucbatından dəymiş ziyana görə məsuliyyəti) tətbiq edilməmiş, iddiaçının cəlb etdiyi üçüncü şəxslərin davranışından doğan nəticələrə görə məsuliyyət məsələsinə hüquqi qiymət verilməmişdir. Halbuki, məhkəmə qərarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın göstərilməli, hər bir sübutun qəbul/rədd motivləri və bir sübuta digəri üzərində üstünlük verilməsinin əsasları izah olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəflərin müqavilə öhdəliklərini tam və hərtərəfli araş dırmamış, iddiaçının öhdəlik pozuntusu və ondan irəli gələn məsuliyyət barədə qənaətini kifayət qədər əsaslandırmamışdır.

25. MM-in 385.1 və 779.1-ci maddəsi üzrə - tərəflər 2023/M-059 saylı müqavilənin 1.5-ci maddəsinə əsasən e-poçt yazışmalarını rəsmi rabitə kimi qəbul etmiş, bu çərçivədə iddiaçı “əgər cərimələr yaransa zəmanət məktubu təqdim edilsə THC xidməti verə bilərik; gecikmələr yaranmasın deyə platforma təminatını ən yaxşı şəkildə edəcəyik” məzmunlu təklif irəli sürmüş, cavabdeh zəmanət məktubunu təqdim etməklə bu təklifi qəbul etmişdir. MM-in 405.1-ci maddəsinə uyğun olaraq əsas şərtlər üzrə razılaşma və iddiaçının “gecikmələrə yol verilməməsi üçün platforma təminatı” barədə öhdəliyin üzərinə götürülməsi kimi qiymətləndirilməlidir. Hazırkı halda vəkalət alan (iddiaçı) tapşırığı kifayət qədər vicdanla icra etməyib. Belə ki, əvvəlcə THC üçün “X2” şirkətinə etibarnamə verilməsini tələb etmiş, lakin həmin şirkətin hərəkətsizliyi səbəbindən 2023-cü il 20 sentyabr – 2023-cü il 28 sentyabr tarixləri üzrə müddəti ötürülmüş və liman cəriməsi yaranmışdır; bununla belə, iddiaçı bu şirkətlə müqavilənin mövcudluğunu da sübuta yetirə bilməmişdir. Daha sonra “Bartrans Lojistic Ticaret Limited” şirkəti ilə 2023-cü il 28 sentyabr – 2023-cü il 13 oktyabr tarixlərində THC işləri görülmüş, cavabdehin təklifinə əsasən yüklər terminaldan terminala TİR-larla daşınmış və 2023-cü il 14 oktyabr tarixdə qatarla Bakıya yola salınmışdır. İddiaçı zəmanət məktubunu aldıqdan sonra öhdəliyini – “gecikmələrə yol verməmək üçün platforma təminatını” – lazımi səviyyədə yerinə yetirməmiş, terminald akı vəziyyəti düzgün qiymətləndirməmiş və üçüncü şəxslərin fəaliyyətsizliyi risklərini idarə etməmişdir; məhkəmə isə bu hallara lazımi hüquqi qiymət verməmişdir.

26. MM-in 6-cı maddəsi üzrə - müqavilənin 1.3-cü bəndi “7 iş günü əvvəl sifariş” qaydasını nəzərdə tutsa da, həmin bəndin ikinci cümləsi (“sifarişin təqdim edilməsinin digər müddətləri əlavə olaraq razılaşdırıla bilər”) və 1.4-cü bəndi (ekspeditorun sifarişi 1 iş günündə təsdiq/rədd etməsi) ilə birlikdə tərəflərin 2023-cü il 10 iyul tarixli sifarişi faktiki və hüquqi olaraq qəbul etməsini göstərir. Müqavilənin 1.6-cı bəndi isə e-poçt yazışmalarını kağız daşıyıcı tələb etmədən rəsmi və bağlayıcı ünsiyyət forması kimi təsbit edir. Bu konfiqurasiya müqavilə azadlığı çərçivəsində sifarişin vaxtı və forması barədə etibarlı razılaşmanın mövcudluğunu sübut edir. Tərəflər şərtləşdirilmiş vaxt və yerdə, öhdəliyin şərtlərinə və işgüzar adətlərə uyğun hərəkət etməli, icranın təmin edilməsi üçün birgə hərəkət etməli, icranı təhlükəyə atan davranışlardan çəkinməlidirlər. Bu baxımdan, iddiaçının sifarişi qəbul etməsi, e-poçt ilə bağlayıcı razılaşmalar və tərəflərin əməkdaşlıq borcu nəzərə alınmaqla, məhkəmə müqavilə şərtlərini lazımi dərəcədə tətbiq və qiymətləndirməmiş, nəticədə öhdəliklərin icrasının hüquqi çərçivəsinə adekvat hüquqi qiymət verməmişdir.

27. MM-in 442-ci maddəsi üzrə - tərəflər arasında THC barədə formalaşmış münasibət podrat xarakterlidir və buna görə MM-in 39-cu fəsli tətbiq olunmalıdır. MM-in 755-ci maddəsinə əsasən, podratçı (ekspeditor) işlərin görülməsi üçün üçüncü şəxsləri cəlb edə bilər; bu halda əsas p odratçı–subpodratçı və sifarişçi–podratçı müqavilələri ayrı və müstəqil müqavilələrdir və müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, əsas sifarişçi ilə subpodratçı bir-birinə birbaşa tələb irəli sürə bilməz. Məhkəmə iddiaçının müqavilə və e-poçt yazışmaları ilə üzərinə götürdüyü öhdəliklərin icrasını kifayət qədər araşdırmamış, həmçinin iddiaçı ilə “X2” və “Bartrans Lojistic Ticaret Limited” arasında bağlanmış müqavilələrin mövcudluğu, şərtləri və bu müqavilələr üzrə icra vəziyyəti barədə məsələləri aydınlaşdırmamış və qiymətləndirməmişdir. Nəticədə, üçüncü şəxslərin cəlb edilməsi fonunda risk bölgüsü, məsuliyyətin ünvanlanması və icra edilməməsinin hüquqi nəticələri barəsində əsaslandırma yetərsiz qalmışdır.

28. MPM-in 88-ci maddəsi üzrə - tərəflərin münasibətləri yalnız müqavilə mətnində n ibarət olmayıb, müqavilənin 1.5-ci maddəsinə əsasən rəsmi e-poçt yazışmaları ilə də formalaşdığı nəzərə alınmalı idi. Müqavilənin 1.1-ci maddəsinin ikinci cümləsi ekspeditorun terminal əməliyyatları və digər rəsmiləşdirmələri görə bilməsini nəzərdə tutur, 1.4-cü maddə isə sifarişin 1 iş günü ərzində təsdiq/rədd olunması və elektron bildiriş göndərilməsini tələb edir. İddiaçı rəsmi e-poçt vasitəsilə THC xidmətlərinə dair təklif irəli sürmüş, sifarişi rədd etməmiş, əksinə icra üçün şərtlər təqdim etmiş və bu təklif cavabdeh tərəfindən qəbul olunmuşdur; qəbulun nəticəsi kimi THC işlərinin icrası məqsədilə “X2” şirkətinə Poti limanında əməliyyat aparılması üçün etibarnamə verilmişdir. Məhkəmə rəsmi e-poçt yazışmalarının hüquqi nəticələrini, sifarişin faktiki qəbul edilməsi və sonrakı icra ad dımlarını (etibarnamənin verilməsi daxil olmaqla) lazımi qaydada qiymətləndirməmiş və bunun əsasında əsaslandırma aparmamışdır.

29. MPM-in 9.1, 9.3, 14.1, 77.1, 88, 217.1, 217.4-cü maddələri üzrə - apellyasiya instansiyası qeyd olunan prosessual tələblərə riayət etməmiş, sübutların tam və şəffaf qiymətləndirilməsi, eləcə də qəbul/rədd motivlərinin əsaslandırılması öhdəliyini yetərincə yerinə yetirməmişdir.

30. MPM-in 9.3-cü maddəsi üzrə - qətnamədə cavabdehin sifarişi müqavilədə nəzərdə tutulan 7 gün əvvəl deyil, konteynerlər limana daxil olduqdan sonra verdiyi qeyd edilsə də, müqavilənin 1.3, 1.4 və 1.6-cı maddələri üzrə e-poçtla sifarişin qəbulu və müddətlərin tərəflər tərəfindən sonradan razılaşdırılması praktikası nəzərə alınmayıb. 2023-cü il 18 sentyabr tarixli sifariş rəsmi poçtla ve rilib, həmin gün THC-nin “X2” vasitəsilə aparılması üçün etibarnamə istənilib, 2023-cü il 19 sentyabr tarixində etibarnamə təqdim olunub. “X2” 9 gün ərzində əməliyyat aparmadığından etibarnamə 2023-cü il 28 sentyabr tarixində “Bartrans Lojistic Ticaret Limited”ə verilib. Məhkəmə isə iddiaçı ilə “X2” arasında müqavilənin təqdim edilməsini tələb etməyib və üçüncü şəxsin fəaliyyətsizliyinin hüquqi nəticələrini qiymətləndirməyib. Bu isə çəkişmə prinsipi və sübutların tam araşdırılması tələblərinə ziddir. Birinci instansiya məhkəməsi 4.212 ABŞ dolları saxlama və 16.204 ABŞ dolları demuraj xərclərinin ödənildiyini əsas götürərək 20.416 ABŞ dollarını əsaslı sayıb. Lakin iddiaçının 2023-cü il 17 noyabr tarixli “Maliyyə qanunvericiliyi” cədvəlində 2023-cü il 28 sentyabr tarixli Poti limanı sənəd və komissiya üzrə 7.500 ABŞ dollarının THC xərci kimi qabaqcadan ödənildiyi, 2023-cü il 29 sentyabr tarixli 4.212 ABŞ dollarının təhlükəli yükə görə əlavə xərc olub cavabdeh tərəfindən ödənildiyi və bu tələbin sonradan dəqiqləşdirmə ilə iddiadan çıxarıldığı, demuraj kimi təqdim edilən 16.204 ABŞ dollarının isə gözləmə/gecikmə ilə bağlı ayrıca xərc olduğu göstərilir. Məhkəmə bu bölgünü və müvafiq maliyyə sənədlərini kifayət qədər nəzərə almamış, niyə bəzilərinə üstünlük verdiyini əsaslandırmamışdır.

31. MPM-in 14.2-ci maddəsi üzrə - 2023-cü il 19 sentyabr tarixli rəsmi yazışmada iddiaçı THC əməliyyatını ən yüksək səviyyədə həyata keçirməyi üzərinə götürmüş, lakin Poti limanında müqavilə və həmin yazışmadan irəli gələn THC xidmətini yerinə yetirə bilmədiyindən yüklər 2023-cü il 20 sentyabr – 2023-cü il 28 sentyabr tarixlərində limanda qalmışdır. Bu hal iddiaçının öz məktublarında da təsdiq olunur. Buna görə də, limanda saxlanma ilə bağlı demuraj xərclərinin cavabdehin üzərinə qoyulması əsassızdır. Müqavilənin 4.3.2-ci bəndinə əsasən tərəf özünün və/və ya cəlb etdiyi üçüncü şəxslərin hərəkət və ya hərəkətsizliyi ucbatından dəymiş ziyana görə məsuliyyət daşıyır. Məhkəmə qətnamədə bu bəndi nəzərə almamış, onun tətbiq edilməməsinin səbəblərini qiymətləndirməmiş və əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya baxışının hədləri

33. Kassasiya şikayətində iddia tələblərinin təmin olunmuş hissəsi mübahisələndirildiyi üçün apellyasiya məhkəməsinin qətnaməsi yalnız həmin hissədə və MPM-in 416.1- ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır. Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.” “Maddə

777. Tapşırıq müqaviləsi 777.1. Tapş ırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.” “Maddə

778. Tapşırığın məzmunu 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.” “Maddə

779. Vəkalət alanın məsuliyyəti 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.”

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər ü zrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

38. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı he sab edilə bilməz.

39. Belə ki, tərəflər arasında bağlanmış nəqliyyat-ekspedisiya xidmətləri müqaviləsinin şərtlərini analiz edən apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, THC xidməti müqavilə predmeti olmamışdır. Cavabdehin THC ilə bağlı müraciəti sonradan verilmiş tapşırıq (vəkalət) çərçivəsində icra olunmuşdur.

40. Bu baxımdan kollegiya hesab edir ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq hazırkı işə tapşırıq müqaviləsi münasibətlərini tənzimləyən maddi hüquq normalarını tətbiq etmişdir. Ona görə də, kassasiya şikayətində tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və onların təfsirinə, habelə həmin şərtlərin məhkəmə tərəfindən tətbiq edilməməsinə istinad edilməsi əsassızdır.

41. Kassasiya şikayətində tərəflər arasında olan hüquq münasibətlərinə podrat müqavil əsindən irəli gələn münasibətlər kimi qiymət verilməsinə dair qeyd edilir ki, MM-in 752.1-ci maddəsində verilmiş anlayışa görə podrat müqaviləsi podratçının müqavilədə nəzərdə tutulan işi icra etmək, sifarişçinin isə bunun müqabilində razılaşdırılmış muzd ödəmək öhdəliyini nəzərdə tutan müqavilədir.

42. Podrat müqaviləsinin predmetini – podratçı tərəfindən müəyyən bir işin görülməsi və həmin işin nəticəsini sifarişçiyə təhvil verilməsi təşkil edir.

43. Mülki-hüquqi müqavilələr kimi işlərin görülməsi barədə müqavilələr və xidmətlərin göstərilməsi barədə müqavilələr fərqli olmaqla eyni hərəkətlərin edilməsini nəzərdə tutmur. Bununla yanaşı, MM-də “işlərin görülməsi” və “xidmətlərin göstərilməsi” anlayışlarının məzmununu (fərqləndirici əlamətlərini) aşkar surətdə aydınlaşdıran hər hansı kon kret norma mövcud deyildir. Belə vəziyyət isə bir sıra hallarda həmin anlayışların eyni hüquqi məzmuna malik olması kimi yanlış təəssüratın yaranmasına səbəb olur.

44. Bununla bağlı qeyd edilir ki, işlərin görülməsi – müəyyən nəticə əldə edilməsi məqsədi ilə görülən fəaliyyətdir. Onun məqsədi fəaliyyətin özü yox, ortaya çıxan nəticədir. Həmin nəticə gözlə görünən və ya maddiləşdirilə bilən yekun bir formada olur. İcraçının məsuliyyəti də həmin nəticənin keyfiyyəti ilə bağlı olur. Xidmətlərin göstərilməsi isə müəyyən nəticə yaratmadan, sifarişçiyə fayda və ya kömək göstərən fəaliyyətdir. Xidmətlər göstərilən zaman onun nəticəsinə ümumiyyətlə nail olunmur, yaxud da nəticə maddiləşdirilə bilən bir formaya çevrilmir. Onun məqsədini faydalı fəaliyyətin özü təşkil edir. İcraçının məsuliyyəti isə həmin fəaliyyətin düzgün icrası ilə bağlı olur.

45. MM-in podrat münasibətlərini tənzimləyən 752-775-ci maddələrindən müəyyən edilir ki, podrat münasibətləri zamanı müəyyən işlər görülməli, belə işlərin həcmi müqavilə ilə razılaşdırılmalı, onun nəticəsi maddiləşdirilə bilən bir formada olmalı və podratın nəticələri qüsursuz olmalıdır.

46. Hazırkı iş üzrə tərəflər arasında olan hüquq münasibətləri isə qeyd olunan xarakterdə olmamışdır. Ona görə də, kassasiya şikayətində podrat münasibətlərinə istinadən qeyd edilən dəlillər əsassızdır.

47. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsinə dair qeyd edilir ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə gö rə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

48. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qan unun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həm in Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

49. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilmə si ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

50. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.

51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

52. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 19 may tarixli 2-2(104)-73/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi gündən qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar