Məhkəmə qərarları › İş №2-2(102)-60/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-60/2019

20.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-60/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-60/2019) Bakı şəhəri 20 fevral 2019-cu il 20.02.2019 GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı-nin Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi, avadanlığın geri qaytarılması və pul tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2(103)-210/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmi ş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 20 fevral 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı (bundan sonra - iddiaçı və ya lizinq verən) ilə Cavabdeh MMC (bundan sonra - cavabdeh və ya lızınq alan) arasında 2009-cu il 2 noyabr tarixdə lizinq müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən, lizinq verən ümumi dəyəri 500.000 manat olan bu müqavilənin tərkib hissəsi sayılan 1 saylı əlavədə göstərilən 500 tonluq soyuducu kameranı dəyəri lizinq ödəniş qrafikində (2 nömrəli əlavə) göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 9 il müddətinə lizinqə verir. Lizinq alan S oyuducu kameranın dəyərindən 64.800 manat məbləğində əvvəlcədən Lizinq verənə ödəyir, qalan 435.200 manat məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Cavabdeh müqaviləyə əsasən tərtib olunmuş ödəniş qrafiki üzrə öhdəliklərini yerinə yetirmədiyindən, iddiaçı cavabdehə 2015-ci il 11 noyabr tarixli pretenziya məktubu göndərərək 2009-cu il 2 noyabr tarixli lizinq müqaviləsi üzrə yaranmış 283.900 manat məbləğində borcun ödənilməsini tələb etmişdir. Lakin onun tələbi cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Bundan sonra, iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 283.900 manat əsas borcun, 280.872 manat cərimə borcunun, cəmi 564.802 manat məbləğində pulun tutulması, müqavilənin ləğv edilərək l izinq obyekti olan texnoloji avadanlığın və onun yerləşdiyi tikilinin kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, tərəflər arasında bağlanmış 2009-cu il 2 noyabr tarixli müqaviləyə əsasən, cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə qiyməti 500.000 manat, həcmi 500 ton olan 1 ədəd soyuducu kameranı lizinqə götürmüşdür. Cavabdeh texnoloji avadanlığın dəyərindən 64.800 manat məbləğdə ilkin ödəniş aparmış, qalan 435.200 manat məbləği isə ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, o, müqavilənin tərkib hissə si olan ödəniş qrafiki üzrə 2015-ci il 1 oktyabr tarixədək ödəməli olduğu 285.200 manat məbləğdən cəmi 1.300 manat məbləğində ödəniş aparmış və müqavilə üzrə 283.900 manat borcu qalmışdır. Cavabdehə qeyd olunan borc məbləğinin ödənilməsi barədə göndərilmiş 2015-ci il 9 noyabr tarixli, ASC/2-2751 nömrəli pretenziya cavabsız qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 427.3 və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən, borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 22 fevral tarixli 2-2(82)-49/2017 nömrəli qətnaməsi ilə (hakim: H.Ç.Babayeva) iddia qismən təmin edilmiş, cavabdehdən 283.900 manat əsas borcun, 30.000 manat cərimə borcunun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, cəmi 313.930 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış 2009-cu il 2 noyabr tarixli, 04-LA saylı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 500 tonluq soyuducu kameranın və onun yerləşdiyi tikilinin (bina) kommunikasiyas ı ilə birlikdə saz vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh 2009-cu il 2 noyabr tarixli lizinq müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir. Məhkəmənin həmin qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-317/2017 saylı, 10 avqust 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: K.N.Abiyeva, hakimlər: M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-49/2017 saylı, 22 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi nin həmin qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-23/2018 saylı, 17 yanvar 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: İ.K.Hüseynov, hakimlər: N.İ.Rəsulbəyova və R.S.Nəbizadə) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-317/2017 saylı, 10 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-210/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-49/2017 saylı, 22 fevral 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək iddiaçı ilə cavabdeh arasında bağlanmış 04-LA saylı, 02.11.2009-cu il tarixli lizinq müqaviləsi ləğv edilmiş, lizinq obyekti olan 500 tonluq soyuducu kameranın və onun yerləşdiyi tikilinin (bina) kommunikasiya ilə birlikdə Cavabdeh MMC-dən alınaraq İddiaçı-yə geri qaytarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh lizinqə aldığı əşyadan, daha konkret, soyuducu kameradan onun yararsızlığı üzündən istifadə edə bilmədiyi üçün lizinq müqaviləsi üzrə ödəniş qrafıkinə əsasən üzərinə düşən öhdəliyindən, o cümlədən aylıq haqqları ödəməkdən azad edilməlidir. Belə olan halda, onun tərəfindən istifadə etmədiyi lizinq obyektinə görə aylıq ödənişləri gecikdi rməsinə görə cərimə (peniya) məbləğlərini ödəməsi də istisna edilir. Apellyasiya instansiya məhkəməsini qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2-2(103)-210/2018 saylı qətnaməsinin ləğv edilməsini və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 fevral 2017-ci il tarixli 2-2(82)-49/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, Bakı Apellyasiya Məhkəməsi 20 sentyabr 2018-ci il tarixli, 2-2(103)-210/2018 saylı qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarıldığından ləğv olunmalıdır. Məlum olduğu kimi, işin hərtərəfli və tam araşdırılması əsaslı qətnamə çıxarmaq üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə baxılan işlə əlaqədar hər cür faktı deyil, yalnız prosesin nəticəsinə bu və ya digər dərəcədə təsir edə bilən halları araşdırmalıdır. Lakin məhkəmə qətnamə qəbul edərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış və onların işin mahiyyətinə təsirini nəzərə almamışdır. Belə ki, 08 avqust 2018-ci il tarixli 14406 N-li ekspert rəyi lizinq obyektinin yalnız mövcud vəziyyətinə baxış keçirməklə, eləcə də 22 noyabr 2013-cü il tarixində lizinq obyektinə baxış keçirilərək tərtib edilmiş akta əsaslanmaqla lizinq obyektinin komplektsizliyi, lizinq müqaviləsinin obyektinə uyğunsuzluğu qənaətinə gəlmişdir. Cavabdeh MMC ilə iddiaçı arasında müqavilə məhz 2 noyabr 2009-cu il tarixində bağlanmışdır. Müqavilə ilə aktın tərtib edil məsi aralığında lizinq obyektinin qeyri-işləkliyini, komplektsizliyini təsdiq edən heç bir sənəd yoxdur. Ekspert rəyi bu əmlakın uzun müddət istifadə edilmədiyini bildirir, lakin müqavilənin bağlanmasından sonra hansı müddət ərzində işlək olmadığını, həqiqətən 2010-cu ilin yanvar ayından lizinq obyektinin istifadəyə yararsız olduğunu təsdiq edən heç bir sübut yoxdur. Məhz göstərilənlərə əsaslanaraq demək olar ki, məsələ ilə bağlı verilmiş ekspert rəyi məhdud xarakter daşıyır, işin hallarını əks etdirməməklə faktiki, konkret dəlillərə əsaslanmır. Digər tərəfdən, məhkəmə soyuducunun lizinq müqaviləsinin obyektinə uyğunsuzluğu mövqeyindən çıxış edərək, lizinq ödənişlərinin ödənilməsi hissəsində iddianı təmin etməkdən imtina etmişdir. Müqavilədə yararlılıq müddəti 1 il müəyyən edilmişdir. Həmi n müddət ərzində iddiaçıya lizinq obyekti, onun qüsurları barədə hər hansı məlumat verilməmiş və bunu təsdiq edən heç bir sənəd sübut kimi işin materiallarına əlavə edilməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. (MPM-in 415.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsi nə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Belə ki, iş materiallarından görünür ki, 02.11.2009-cu il tarixli müqavilə əsasında soyuducu kamera quraşdırılıb iddiaçıya təhvil verildikdən sonra, çox keçmədən, yəni növbəti 2010-cu ilin ilin yanvar ayında (18.01.2010-cu il tarixli məktubla) cavabdeh iddiaçıya (lizinq verən ASC-yə) müraciət edərək soyuducu kameranın düzgün quraşdırılmadığını, orada yığdığı xurma məhsulunun zay olduğunu, müqaviləyə əsasən isə 1 il qarantiya veril diyini bildirərək, müvafiq tədbir görülməsini xahiş etmiş, həmin ilin noyabr ayında (07.09.2010-cu il tarixli məktubla) bir daha ona müraciət edərək soyuducu kameranı işlətmək mümkün olmadığını bildirmiş, bundan sonra 2013-cü ilin may və sentyabr aylarında müraciətlərindən sonra yalnız 22 noyabr 2013-cü il tarixdə iddiaçı öz mütəxəssisini göndərməklə, soyuducu kameraya baxış keçirilmiş, nəticələri barədə akt tərtib olunmuşdur. Həmin aktın işdə olan surətindən görünür ki, akt İddiaçı-nin Təmir-Tikinti və Texnoloji avadanlıqlar şöbəsinin baş mütəxəssisi İbrahim Xasayevin, Cavabdeh MMC-nin direktoru Cabbar Ağaəliyevin və gözətçisi Siracəddin Mahmudovun iştirakı ilə tərtib olunmuş və onda aşağıdakılar təsbit olunmuşdur: “...Cabbar Ağaliyevin, “xxxx” ASC-yə ünvanlanmış 02 saylı 22.10.2013-cü il tarixli məktubuna əsasən xxx -də quraşdırılmış, tutumu 500 ton olan soyuducu kameralara (5 kamera) baxış keçirilərkən müəyyən olundu ki, həqiqətən də kameralar quraşdırılarkən otaqlara nəmləndirmə sistemi quraşdırılmamışdır. Otaqların içərisində 2 fanlı soyutma sistemi qoyulub. Eyni zamanda soyutma sistemi normal soyutma vermir. Baxış zamanı kameraların boş olmasını müəyyən etdik» Göründüyü kimi, lizinq verən iddiaçının mütəxəssisi də soyuducu kameralara baxış zamanı nəinki orada nəmləndirici quraşdırılmadığını, hətta məhsul yığımı mövsümündə və meyvə-tərəvəz məhsullarının tədarük dövründə (yəni, 2013-cü ilin noyabr ayında), kameralarda soyutma sisteminin normal işləmədiyini və kameraların boş olduğunu müəyyən etmişlər. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eks pertizası Mərkəzinin məhkəmə mühəndislik - texniki ekspertizanın 08 avqust 2018-ci il tarixli, 14406 N-li rəyində də qeyd edilmişdir ki, soyuducu kamera nəmləndirici qurğularla təmin olunmamışdır. Lakin ekspert onu da qeyd etmişdir ki, lizinq müqaviləsinə 1 saylı Əlavədə texniki təsnifatda da nəmləndirici qurğu nəzərdə tutulmamışdır. Eyni zamanda, ekspert tədqiqatı ilə soyuducu kameraların işlək vəziyyətdə olmadığı, uzun müddət istifadəsiz qaldığı və orada meyvə tərəvəzin saxlanılmasının qeyri-mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası aktda təsbit olunan halların, tədqiq olunan ekspert tədqiqatı ilə müəyyən edilən hallarla üst-üstə düşməsi barədə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır. Qeyd olunanlar onu deməyə əsas verir ki, soyuducu kamera quraşdırıldıqdan sonra iddia çı ondan təyinatı üzrə, yəni meyvə-tərəvəz məhsullarının saxlanılması üçün istifadə edə bilməmiş, yararlanmamış və bu hal indi də davam etməkdədir. Bundan əlavə, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 2.1.1-ci bəndinə əsasən, bu müqavilədə göstərilən soyuducu kameranı satan şirkət tərəfindən tam komplektləşdirilmiş, quraşdırılmış və işlək vəziyyətdə bütün sənədlərlə (texniki) pasport, istismar təlimatı birlikdə lizinq alana verilməsini təmin edir. Müqavilənin qeyd olunan şərtindən göründüyü kimi, soyuducu kamera tam komplektləşdirilmiş və işlək vəziyyətdə lizinq alana təhvil verilməsini nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan təhvil- təslim aktında soyuducu kameranın avadanlıqlarının təzə və işlək vəziyyətdə lizinq alana təhvil verildiyi qeyd olunsa da, tam kompektləşdirilmiş vəziyyətdə lizinq alana təhvil verilməsi halı aktda öz təsdiqini tapmır. Həmçinin, iş materiallarında olan soyuducu kameranın texniki təsnifatına nəmləndirici qurğunun daxil edilməməsi, yəni həmin təsnifatda mövcud olmaması, kameranın tam komplektləşdirilmiş vəziyyəti anlamını verə bilməz. Ümumiyyətlə, işin yuxarıda qeyd olunan halları baxımından birmənalı olaraq göründüyü kimi, soyuducu kameranın soyutma sisteminin meyvə və tərəvəz saxlanılması üçün yararsız olduğu və onun qeyri-işlək vəziyyətdə olmasını əks etdirən əhəmiyyətli qüsurlar təhvil-təslim aktı ilə iddiaçıya təhvil verildikdən bilavasitə sonra növbəti ilin əvvəlindən meydana çıxmış və bu hal, sonradan iddiaçı tərəfin mütəxəssisinin iştirakı ilə lizinq obyektinə baxış zamanı da öz təsdiqini tapm ışdır. Beləliklə soyuducu kamera lizinq müqaviləsinə uyğunsuz olmuş, bunun nəticəsində onun qeyri-işlək vəziyyətdə olması səbəbindən cavabdeh ondan yararlanmaq imkanından məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.( 747.1-ci maddə). Kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır.( 749.1-ci maddə). Bütün kirayə müddəti ər zində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır; kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır; üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir; yaşayış otağı və ya adamların olması üçün nəzərdə tutulan digər otaq həmişə elə vəziyyətdə olmalıdır ki, ondan istifadə istifadəçilərin həyatına və sağlamlığına vicdanlı kirayəyə verən üçün aşkar təhlükələr törənməsi ilə bağlı olmasın.(676.0-cı maddə). Əmlak kirayəsi müqaviləsinin predmeti olan əşyanın bu Məcəllənin 676-cı maddəsinin tələblərinə uyğun gəlməməsi kirayəçiyə aşağıdakı h üquqi müdafiə vasitələrini tətbiq etmək hüququ verir: əgər müqavilə uyğunsuzluğu nəticəsində əşya məhv olarsa və ya onun müqavilə üzrə müəyyənləşdirilmiş istifadəyə yararlığı azalarsa, əşyanın yararlığının itdiyi müddət üçün kirayəçi kirayə haqqını ödəməkdən azad edilir, onun yararlığının azaldığı müddət üçün isə yalnız kirayə haqqının bir hissəsini ödəməyə borclu olur. Yararlığın əhəmiyyətsiz dərəcədə azalması hesaba alınmır. Yaşayış otağının kirayəsi müqaviləsində kirayəçinin ziyanına olaraq bundan kənaraçıxmaların qüvvəsi yoxdur; ( 677.1-ci maddəsi).... Apellyasiya instansiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, cavabdeh lizinqə aldığı əşyadan, daha konkret, soyuducu kameradan onun yararsızlığı üzündən istifadə edə bilmədiyi üçün lizinq müqaviləsi üzrə ödəniş qrafikinə əsasən üzə rinə düşən öhdəliyindən, o cümlədən aylıq haqqları ödəməkdən azad edilməlidir. Belə olan halda, onun tərəfindən istifadə etmədiyi lizinq obyektinə görə aylıq ödənişləri gecikdirməsinə görə cərimə (peniya) məbləğlərini ödəməsi də istisna edilir. Yəni, iddiaçı cavabdehdən 01.10.2015-ci il tarixə 283.900 manat məbləğində əsas borc və ödənişlərin gecikdirdiyinə görə cərimə ödənilməsini tələb etməkdə haqlı hesab edilə bilməz. Bağlanmış lizinq müqaviləsi hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğun olmadığı, əhəmiyyətli dərəcədə onların məqsədlərini doğrultmadığı üçün və Mülki Məcəllənin 423.2-ci maddəsi baxımından, iddia həmin müqavilənin ləğv olunması hissəsində, habelə lizinq obyektinin onun mülkiyyətçisi kimi, həmin Məcəllənin 152.1-ci maddəsi baxımından, lizinq verənə qaytarılması tələbləri hissəsində əsaslıdır. Bu sonuncu halda, baxmayaraq ki, iddiaçı lizinq obyektinin saz vəziyyətdə qaytarılmasını tələb edir, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, lizinq obyektinin (soyuducu kameranın) mövcud vəziyyəti belədir ki, quraşdırıldıqdan sonra cavabdeh ondan nə istifadə edə bilmiş, nə də ki bəhrələnmişdir. Belə olan halda, lizinq obyektinin (soyuducu kameranın) onun yerləşdiyi tikili (bina) kommunikasiya ilə birlikdə, sadəcə, qaytarılması mümkün ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə m üəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 14, 76, 77) Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuş, qanuni və əsaslı qə tnamə qəbul edilmişdir. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-210/2018 saylı 20 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar