Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-600/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Xəlilov İsmayıl Kamil oğlu, Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 iyul tarixli 2-2(103)- 746/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdı r. İ. İŞİN HALLARİ
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 28 mart tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən ödənilməmiş 182.201,77 manat məbləğində əsas borcun, bank uçot dərəcəsi kimi hesablanmış 11.387,61 manat pulun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 8.381,28 manat cərimə məbləğinin, illik 5 % hesablanmış 9.110,08 manat məbləğində pulun, 400 manat ilkin mediasiya haqqnın və 101,08 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
2. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 iyun tarixli e-2-2(113)-1789/2022 saylı qətnaməsi ilə iddia qi smən təmin edilmiş, cavabdehdən 182.201,77 manat gecikdirilmiş əsas borc, 8.381,28 manat cərimə, ümumilikdə 190.583,05 manat və 102 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – Ü.Həsənova).
3. Cavabdeh 2022-ci il 1 iyul tarixində apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv olunmasını, cavabdeh tərəfindən ödənilmiş 23.000 manat məbləğ nəzərə alınaraq, məhkəmə-mühasibatlıq ekspertizası keçirilməklə, əsas və cərimə borcunun dəqiq məbləğini müəyyən edərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 14 iyul tarixli 2-2(103)746/2022 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şi kayəti qeyri-mümkün hesab edilmişdir (sədrlik edən hakim – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).
5. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayətində mülki prosessual qanunvericiliyin imperativ göstərişinə əməl olunmamış, şikayətdə “əsas və cərimə borcunun dəqiq məbləğinin müəyyən edilməsi” məhkəmədən tələb olunmuş, cavabdehin özünün həmin hissədə mübahisənin həlli (iddianın hansı hissədə hansı məbləğdə tam, yaxud qismən təmin və ya rədd edilməsi) ilə bağlı nə barədə qərarın qəbul olunmasına dair tələbləri dəqiq ifadə edilməmişdir.
6. Həmçinin, cavabdeh şikayətində “maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi” ilə bağlı (şikayətin 6 və 7-ci hissələri) birinci instansiya məhkəməsi tərəfindən qanunv ericiliyin düzgün tətbiq edilməməsinə dair bir sıra normalara istinad etsə də, hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeyini aydın şəkildə ifadə etməmiş, buna dair heç bir izah verməmiş, normaların mətnlərini formal sadalamaqla kifayətlənmişdir.
7. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 361.1, 363.1, 366-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad 2022-ci il 18 iyul tarixində tərəflərin elektron kabinetlərinə yerləşdirilmişdir.
9. Cavabdeh 2022-ci il 28 iyul tarixində kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
10. MPM-in 4-cü maddəsinin tələbi pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mümkünsüz hesab edərək geri qaytarmaqla cavabdehin məhkəmə müdafiəsindən istifadə etmək hüququnu məhdudlaşdırmışdır.
11. MPM-in 361.1-ci maddəsinin tələbi pozulmuşdur. Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə cavab verməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq apellyasiya şikayətini qeyri-mümkün hesab etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində hansı maddi və prosessual hüquq normalarının pozulması, müvafiq dəlillər və tələblər qeyd edilmişdir. Belə ki, birinci instansiya məhkə məsində cavabdeh tərəfindən iddiaçıya 23.000 manat məbləğində pulun nəğd olaraq ödənildiyi bildirilmiş, eyni zamanda, iddiaçı tərəfindən hesablanmış faiz borcunun şişirdilmiş məbləğ olması qeyd edilərək müvafiq qaydada xüsusi bilik tələb edən ekspert tərəfindən konkret borcun hesablanmasının zəruri olması diqqətə çatdırılmışdır. Lakin birinci instansiya məhkəməsi cavabdehin vəsatətini təmin etməyərək, hüquqlarına toxunan qətnamə qəbul etmişdir. Daha sonra qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsində verilən vəsatətin əsassız olaraq təmin edilmədiyini və nəticədə əsassız qətnamə çıxarıldığı vurğulanmışdır. Lakin buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi qeyd olunan halları nəzərə almadan apellyasiya şikayətini mümkünsüz hesab etmişdir. b) Kas sasiya şikayətlərinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
15. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməs inin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında “Maddə
361. Apellyasiya şikayətinin məzmunu 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı....” “Maddə
363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiy a məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdə n sonra verilmişdirsə; 363.1.4. apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa; 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə....” “Maddə
366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsasla r yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə birgə araşdıraraq belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız, apellyasiya instansiyası məhkəməsinin mövqeyi isə qanunauyğundur.
18. Belə ki, cavabdehin apellyasiya şikayəti MPM-in imperativ xarakterli “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsi ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilmədən məhkəməyə təqdim olunmuş, bununla da MPM-in 361.1-ci maddəsinin tələbi pozulmuşdur.
19. MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin məhz bu Məcəllə ilə müəyyən edilmiş formada tərtib olunmaqla verilməsi nəzərdə tutulmuş, həmin forma isə MPM-ə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 iyul 2021-ci il tarixli, № 363-VİQD saylı Qanunu ilə əlavə edilmiş “Əlavə 2”də göstərilmişdir.
20. MPM-in “Apellyasiya şikayətinin forması” adlı həmin 2 saylı Əlavəsində müəyyən edilmişdir ki, apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayəti verən şəxsin tələbi hissəsində isə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.
21. Göründüyü kimi apellyasiya şikayəti verilərkən şikayət yalnız form anın özünə deyil, həmçinin onun məzmununa uyğun olmalı və vəhdətlik təşkil etməlidir.
22. Hazırkı halda apellyasiya şikayətində “əsas və cərimə borcunun dəqiq məbləğinin müəyyən edilməsi” məhkəmədən tələb olunmuş, cavabdehin özünün həmin hissədə mübahisənin həlli (iddianın hansı hissədə hansı məbləğdə tam, yaxud qismən təmin və ya rədd edilməsi) ilə bağlı hansı qərarın qəbul olunmasına dair tələbləri dəqiq ifadə edilməmişdir.
23. Həmçinin, cavabdeh şikayətində “maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi” ilə bağlı (şikayətin 6 və 7-ci hissələri) birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin düzgün tətbiq edilməməsinə dair bir sıra normalara istinad etsə də, hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqe yini aydın şəkildə ifadə etməmiş, buna dair heç bir izah verməmiş, normaların mətnlərini formal sadalamaqla kifayətlənmişdir.
24. Lakin birinci instansiya məhkəməsi qanunun sözügedən tələbini nəzərə almamış, MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayətini qaytarmalı olduğu halda, şikayəti iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
25. Apellyasiya instansiya məhkəməsi isə MPM-in 366.1 və 366.2-ci maddələrinə uyğun olaraq apellyasiya şikayətinin mümkünlüyünü yoxlayarakən düzgün nəticəyə gəlmiş, qərardad qəbul edərkən hər hansı prosessual pozuntuya yol verməmişdir.
26. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün hüquqi əsas(lar) yoxdur. 2
7. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 iyul tarixli 2-2(103)746/2022 saylı qərardadı həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.