Məhkəmə qərarları › İş №2-2(102)-601/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-601/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-601/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMM-nə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, 15.12.2021 hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Nəbizadə Rahib Sahib oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, cavabdehin vəkilinin iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMM-ə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Cavabdeh MMM tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 29 iyun 2021-ci tarixli qətnaməsindən verilmiş kassasiya şikayə tinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən çıxarışa və Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnaməyə görə, İddiaçı 13 aprel 2006cı il tarixdə dövlət qeydiyyatına alınmışdır.

2. Kommersiya qurumlarının dövlət reyestri məlumatına görə, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti 19 noyabr 1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 3. 31 may 2019-cu il tarixli AF0531/19 saylı Yükdaşınma xidmətlərinə dair müqaviləyə görə iddiaçı cavabdehin sifarişi və göstərişi üzrə müvafiq yükləri təyinat ünvanına çatdırmağı və təhvil verməyi, cavabdeh isə öz növbəsində göstərilmiş xidmət müqabilində tərəflər arasında razılaşdırılmış ödənişi etməyi öhdələrinə götürmüşlər. 4. 2020-0028 saylı İnvoysa görə iddiaçı tərəfində n cavabdeh üçün göstərdiyi yüşdaşıma xidmətinin dəyəri 3.220 Avro təşkil etmişdir. 5. 2020-0029 saylı İnvoysa görə iddiaçı tərəfindən cavabdeh üçün göstərdiyi yüşdaşıma xidmətinin dəyəri 1.258 ABŞ dolları təşkil etmişdir. 6. 12 ədəd gömrük bəyannaməsinə görə cavabdehin adına 2019-cu ilin dekabr ayında müxtəlif adda mallar idxal edilmişdir.

7. İddiaçının işçiləri ilə cavabdehin işçiləri arasında olan “e-mail” və “whatsapp” yazışmalarına görə, iddiaçı ilə cavabdeh bir tam maşınla və bütün xərclər daxil olmaqla malların yükdaşınması üçün 3.500 avro məbləğində razılaşmışlar. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 31 may 2019-cu il tarixli, AF0531/19 saylı Yükdaşıma müqaviləsi üzrə iddiaçıya borclu olduğu 5.940 (beş min doqquz yüz qırx) ABŞ dolları və 3.520 (üç min beş yüz iyirmi) AVRO həcmində əsas borc məbləğinin, 1.258 (bir min iki yüz əlli səkkiz) ABŞ dollar və 3.220 (üç min iki yüz iyirmi) AVRO məbləğində olan cərimə məbləğlərinin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 31 may 2019-cu il tarixli, AF0531/19 saylı müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməsinə baxmayaraq, cavabdeh tərəfindən göstərilmiş xidmətin dəyərini təşkil edən 5940 ABŞ dolları və 3520 avro həcmində əsas borcu yaranmış cərimə məbləğini ödəməmişdir.

10. Müqavilənin 3.1-ci bəndinə əsasən Sifarişçi Ekspeditor xidmətlərinin qarşılığı ol an ödənişi əvvəlcədən təqdim olunmuş elektron qaimə və hesab faktura əsasında yüklərin Sifarişçiyə təhvil verilməsindən sonra 45 bank günü ərzində köçürmə yolu ilə ödəməlidir. İddiaçı tərəfindən 02 avqust 2019-cu il tarixində (3 yük); 27 avqust 2019-cu il tarixində; 10 sentyabr 2019-cu il tarixində; 02 oktyabr 2019-cu il tarixində (2 yük); 09 oktyabr 2019-cu il tarixində; 16 oktyabr 2019-cu il tarixində (2 yük); 28 oktyabr 2019-cu il tarixində olan yüklər üzrə çatdırılma həyata keçirilməsinə baxmayaraq, cavabdeh tərəfindən ödəmə həmin tarixlərdən maksimum 45 bank günü ərzində həyata keçirməli idi. Lakin, öhdəliklərin icra tarixi yəni ödənişlərin tarixi müqavilə ilə nəzərdə tutulmuş vaxtda həyata keçirilməmiş və ödənişlər gecikdirilmişdir.

11. Müqavilənin tərkib hissəsini təşkil edən spesif ikasiyalar iddiaçı tərəfindən dəfələrlə cavabdehə müvafiq imzanın atılması üçün göndərilsə də və iddiaçının nümayəndəsi qarşı tərəfin ofisində həmin spesifikasiyaların imza və möhürlənərək iddiaçıya qaytarılmasını gözləsə də, cavabdeh həmin sənədlərin sonra veriləcəyini vəd edərək iddiaçıya aid olan nüsxələrin qaytarılmasından yayınmışdır. Müqavilənin 5.19-cu bəndində qeyd edilmişdir ki, Sifarişçinin birbaşa günahı ucbatından Daşıyıcı İcraçının təqdim etdiyi hesab faktura vaxtında ödənilmədikdə, ödənişin gecikdirildiyi hər gün üçün Sifarişçi hesab faktura məbləğinin 3%-i həcmində dəbbə pulu ödəməlidir, lakin, bu dəbbə pulu məbləği hesab-faktura dəyərinin 20%-dən artıq olmamalıdır. Bu bəndi və cavabdehin iddiaçı qarşısında müqavilə üzrə götürmüş olduğu öhdəliklərin icra edilməsi vəziyyətini qiymətləndirərək, həm vaxtından gec ödənilmiş, həm də ümumiyyətlə ödənilməmiş ABŞ dollar valyutasında olan məbləğin vaxtında ödənilmədiyi üçün 20% həcmində dəbbə pulunu təşkil edən 1.258 ABŞ dolları, o cümlədən, həm vaxtından gec ödənilmiş həmdə ümumiyyətlə ödənilməmiş AVRO valyutasında olan məbləğin vaxtında ödənilmədiyi üçün 20% həcmində dəbbə pulunu təşkil edən 3.220 avro məbləğində olan cərimə məbləğlərini tələb edirlər. Müqavilənin 5.1-ci bəndinə görə, tərəflər Müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımı qaydada yerinə yetirmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Müqavilənin 5.2-ci bəndində isə qeyd edilmişdir ki, müqavilə üzrə öz öhdəliklərini pozmuş tərəf qısa müddətdə öhdəliklərinin yerinə yetirilməsini təmin etm ək üçün tədbirlər görməlidir.

12. Daşıyıcı-İcraçı tərəfindən 24 yanvar 2020-ci il tarixində cavabdehə 2020/001 saylı pretenziya məktubu göndərilmiş və müqavilə üzrə borclu olduğu məbləğin ödənilməsi tələb edilmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 26 yanvar tarixli, e-2-2(113)106/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 31 may 2019-cu il tarixli AF0531/19 saylı Yükdaşıma müqaviləsi üzrə 3500 Avro həcmində əsas borc məbləği, 200 Avro məbləğində cərimə məbləği, hüquqi xidmətə görə 300 manata tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir (hakim –Z. Pirverdiyev).

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçıya 31 may 2019-cu il tarixli, AF0531/19 saylı Yükdaşınma xidmətlərində dair Müqavilə üzrə yükdaşınmasının dəyərinin 3.500 Avro məbləğində olması iş materiallarında olan e-mail və whatsapp yazışmaları, habelə cavabdehin nümayəndəsinin izahatı ilə təsdiq olunduğundan, həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

15. İddiaçı tərəfindən həmin borcu təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyinə görə iddia tələbi 5.940 ABŞ dolları və 20 Avro hissələrində təmin oluna bilməz.

16. Eyni zamanda 5.940 ABŞ dolları məbləğində borc məhkəmə tədqiqatı zamanı təsdiq olunmadığından, həmin borca görə tələb olunan cərimə məbləği də cavabdehdən tutula bilməz.

17. Həmçinin müqavilənin 5.19-cu bəndinə əsasən cavabdeh dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin, tələb olunan 3.220 Avro dəbbə pulu məbləği yaranmış 3.500 Avro borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azal daraq 300 Avro həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir.

18. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 385.1, 386.1, 442, 448.1, 850.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin qismən, yəni 200 Avro məbləğində cərimə məbləğinin və hüquqi xidmətə görə 300 manatın tutularaq "xxxx" MMC-yə ödənilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

21. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 iyun tarixli, 2-2(103)-487/2021 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən), V.M.Məmmədov və V.Ə.Baxışova) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 26 yanvar tarixli, e-2-2(113)-106/2021 saylı qətnaməsi qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilərək, cavabdehdən 2.500 ABŞ dolları əsas borc və 200 ABŞ dolları cərimə, cəmi 2.700 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, qətnamənin qalan mübahisələndirilən hissələri dəyişdirilmədən saxlanılması qət edilmişdir.

22. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsində iddiaçının işçiləri ilə cavabdehin işçiləri arasında olan “e-mail” və “whatsapp” yazışmaları təqdim edilmişdir. Həmin yazışmaların həqiqiliyi və mötəbərliyi, o cümlədən həmin yazıları yazan şəxslərin müvafiq olaraq iddiaçının və cavabdehin adından səlahiyyətli şəxs olmaları mübahisəsizdir.

23. Tərəflər qeyd olunan yazışmaları mübahisələndirmədiklərinə görə onların qeyrimötəbər sübut kimi qiymətləndirilməsi üçün heç bir əsas mövcud deyildir.

24. Cavabdeh tərəfindən iddiaçıya iki ədəd sifariş verilmiş, birinci sifariş üzrə daşınma xərci 3500 avro razılaşdırılmış, ikinci sifariş üzrə daşınma xərcinə görə isə cavabdehin işçisi 2500 ABŞ dolları təklif etmiş və sonradan iddiaçının işçisi bu təkliflə razılaşmışdır.

25. İddiaçı həmin daşıma xər cinin 5.940 ABŞ dolları olduğunu bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

26. İkinci sifariş üzrə daşıma xərci 2.500 ABŞ dolları təşkil etdiyindən, iddiaçı həmin məbləğin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

27. Həmçinin məhkəmə işin hallarını, yəni yükdaşıma xidmətlərinə dair müqavilənin dəyərini, malların daşınma tarixini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq hesab etmişdir ki, 3.220 avro və 1.258 ABŞ dolları dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, 200 avro və 200 ABŞ dolları məbləğində müəyyənləşdirilməlidir.

28. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 462.1, 467, 850.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

29. Ca vabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 iyun tarixli, 2-2(103)-487/2021 saylı qətnaməsinin “cavabdehdən 2.500 ABS dolları əsas borc və 200 ABŞ dolları cərimə, cəmi 2.700 ABŞ dolları, 200 Avro məbləğində cərimə məbləğinin və hüquqi xidmətə görə 300 manat, cəmi 500 Avro tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 30. 31.05.2019-cu il tarixli “Yükdaşınma xidmətlərinə dair” müqavilənin 2.2-ci bəndinə uyğun olaraq hər yükləmə üçün tərəflər müqavilənin ayrılmaz hissəsi olan Spesifikasiya tərtib edirlər. Spesifikasiyada yükün adı, çəkisi marşrut, nəqliyyat vasitəsi, daşınma qiyməti, çatdırılma tarixi və tarixi və digər zəruri məlumatlar göstərilməlidir. Məhkəmənin qeyd etdiyi məbləğlə bağlı isə heç bir razılaşma yoxdur. Həmin məbləğ isə “ABA Logistics" MMC-nin direktoru Nümayəndə ilə Cavabdeh MMM-nin satınalma üzrə baş mütəxəssisi arasında razılaşdırılmış 3.500 AVRO-ya aiddir.

31. Tərəflər arasında razılaşma olmuşdur ki, cavabdehin Avropada və Türkiyədə olan yükləri bir ədəd yük maşını ilə Avropadan Azərbaycana gətiriləcəkdir. Bu daşımanın dəyəri də xərclər daxil tərəflər arasında 3.500 Avroya razılaşdırılmışdır. Qeyd olunan mallarla bağlı 2-ci bir maşının Azərbaycana daxil olması və ya əlavə malın sifariş olunması heç bir sübutla öz təsdiqini tapmır.

32. Məhkəmə isə bu yazışmadan əvvəl gedən danışıqları və yazışmal arda öz əksini tapan 3.500 AVRO məbləği sübut kimi qəbul etməsə də, sonradan iddiaçı tərəfindən yazılan, təsdiqini tapmayan yazışmaları əsas və sübut kimi götürərək, 2.500 ABŞ dolları və 200 ABŞ dolları cərimə hissəsini təmin etmişdir. Halbuki, həmin yazışmalar cavabdehin nümayəndəsi tərəfindən təsdiqini tapmamış və qəbul edilməmişdir. Qeyd olunan yazışmalarda 3.500 AVRO məbləğin içində bütün Türkiyə daxili daşınmaların xərci öz əksini tapmışdır. Bu cür yazışma ilə iddiaçının məqsədi artıq gəlir əldə etmək olmuşdur. Cavabdehə gətirilən malları digər sifarişçilərə çatdırılmalı idi və onlarla da gətirilən malın dəyəri əvvəlcədən razılaşdırılmışdır.

33. İş materiallarındakı e-mail və whatsapp yazışmalarından göründüyü kimi 3.500 AVRO pulun köçürülməsi ilə bağlı dəfələrlə İddiaçı MMC-ə müraciə t olunsa da, onlar göstərilən məbləğlə razlaşmadığından, elektron qaimənin verilməsindən imtina etmişlər. Yəni, müqavilənin 5.19-cü maddəsinin şərtləri Cavabdeh MMM tərəfindən yox, İddiaçı MMC tərəfindən pozulmuşdur. Buna görə də, göstərilən dəbbə pulu Cavabdeh MMM-dən tutulmalı deyildir.

34. Hazırki mübahisə iddiaçının təqsiri üzündən yarandığından, hazırki xərclər də onun tərəfindən ödənilməlidir.

35. Kassasiya şikayəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydalarının 1.1, 3.4, 9.1, 9.2, 39.1, 39.2-ci bəndlərinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1, 448.1-ci maddəsinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı et irazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı

37. Cavabdehin vəkili kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

38. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.

39. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

40. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassas iya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

41. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

42. İş üzrə cavabdeh qətnamənin “cavabdehdən 2.500 ABS dolları əsas borc və 200 ABŞ dolları cərimə, cəmi 2.700 ABŞ dolları, 200 Avro məbləğində cərimə məbləğinin və hüquqi xidmətə görə 300 manat, cəmi 500 Avro tutularaq iddiaçıya ödənilməsi” hissəsində iddia tələbinin ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilmə sini xahiş etdiyindən, apelyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. II. TƏTBİQ EDİLƏN HÜQUQ

44. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir”. “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Təna süb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. “Maddə

850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

46. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsi nin Kommersiya Kollegiyasının 29 iyun 2021-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

47. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırmaqla bu nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsində təqdim edilmiş, iddiaçının işçiləri ilə cavabdehin işçiləri arasında olan “e-mail” və “whatsapp” yazışmaların həqiqiliyi və mötəbərliyi, o cümlədən həmin yazıları yazan şəxslərin müvafiq olaraq iddiaçının və cavabdehin adından səlahiyyətli şəxs olmaları mübahisəsizdir, tərəflər qeyd olunan yazışmaları mübahisələndirmədiklərinə görə onların qeyri-mötəbər sübut kimi qiymətləndirilməsi üçün heç bir əsas mövcud deyildir, cavabdeh tərəfindən iddiaçıya iki ədəd sifariş verilmiş, birinci sifariş üzrə daşınma xərci 3.500 avro razılaşdırılmış, ikinci sifariş üzrə daşınma xərcinə görə isə cavabdehin işçisi 2.500 ABŞ dolları təklif etmiş və sonradan iddiaçının işçisi bu təkliflə razılaşmışdır, ikinci sifariş üzrə daşıma xərci 2.500 ABŞ dolları təşkil etdiyindən, iddiaçı həmin məbləğin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

48. Apelyasiya məhkəməsi həmçinin işin hallarını, yükdaşıma xidmətlərinə dair müqavilənin dəyərini, malların daşınma tarixini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq hesab etmişdir ki, 3.220 avro və 1.258 ABŞ dolları dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, 200 avro və 200 ABŞ dolları məbləğində müəyyənləşdirilməlidir. Bu dəyərləndirmə mülki qanunvericiliyin yuxarıda istinad edilən nor malarına uyğun olduğundan, hətta azaldılmış həddə belə dəbbə pulunun Cavabdeh MMM-dən tutulmalı olmadığı cavabdehin kassasiya şikayətinin dəlili əsaslı hesab edilə bilməz.

49. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 29 iyun 2021-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

51. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 29 iyun 2021-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar