Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-601/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: lizinq haqqı və faiz borcu, artıq ödənişin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Xəlilov İsmayıl Kamil oğlu, Əliyev Ələsgər Əliabbas oğlu ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı lizinq müqavilələrinin etibarsız hesab edilməsi, müqavilələr üzrə ödənilmiş pulların qaytarılması və s. tələbinə dair ilk, Cavabdeh1-nin iddiaçılar İddia çı1 və İddiaçı2 qarşı lizinq haqqı və faiz borcunun ödənilməsi və lizinq obyektlərinin qaytarılması tələbi barədə qarşılıqlı iddiasına dair kommersiya işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 may tarixli, 2-2(103)57/2022 saylı qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Cavabdeh1 ilə İddiaçı1 arasında 2012-ci il 2 iyul tarixli DLM231 saylı, 2012-ci il 26 sentyabr tarixli DLM290 saylı, 2012-ci il 1 noyabr tarixli DLM302 saylı; Standart Lizinq” MMC ilə İddiaçı2 arasında 2012-ci il 9 iyul tarixli DLM237 saylı, 2013-ci il 4 fevral tarixli DLM326 saylı X1 müqavilələri bağlanmışdır.
2. Müqavilələrin şərtlərinə əsasən, lizinq alanlar lizinq obyektlərindən istifa də etdiklərinə görə başlanğıc balans məbləğini ödəniş qrafikinə uyğun olaraq 36 ay lizinq müddətinə 2012-ci il 2 iyul tarixli DLM231 saylı müqavilə üzrə 219.250 manat, 1 illik faiz dərəcəsi 21% olmaqla, 2012-ci il 9 iyul tarixli DLM237 saylı müqavilə üzrə 219.250 manat, 1 illik faiz dərəcəsi 20% olmaqla, 2012-ci il 26 sentyabr tarixli DLM290 saylı müqavilə üzrə 170.040 manat, 1 illik faiz dərəcəsi 20% olmaqla, 2012-ci il 1 noyabr tarixli DLM302 saylı müqavilə üzrə 42.510 manat, 1 illik faiz dərəcəsi 20% olmaqla, 2013-ci il 4 fevral tarixli DLM326 saylı müqavilə üzrə 209.200 manat, 1 illik faiz dərəcəsi 20% olmaqla, cəmi 860.250 manat pulu iddiaçıya ödəməyi öhdəliyinə götürmüşlər.
3. Həmin X1 müqavilələrinin surətinə əsasən, lizinq obyektinin qiyməti 2012-ci il 2 iyul tarixli müqaviləyə əsa sən 200.000 AZN, 2012-ci il 9 iyul tarixli müqaviləyə əsasən 200.000 AZN, 2012-ci il 26 sentyabr tarixli müqaviləyə əsasən 180.000 AZN, 2012-ci il 1 noyabr tarixli müqaviləyə əsasən 45.000 AZN, 2013-cü il 4 fevral tarixli müqaviləyə əsasən 260.000 AZN təşkil etmişdir.
4. Lizinq müqavilələri üzrə öhdəliklərin təminatı olaraq İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh1 arasında 2012-ci il 2 iyul tarixli DLM231 saylı, 2012-ci il 26 sentyabr tarixli DLM290 saylı, 2012-ci il 1 noyabr tarixli DLM302 saylı, 2012-ci il 9 iyul tarixli DLM237 saylı, 2013-ci il 4 fevral tarixli DLM326 saylı zaminlik müqavilələri bağlanmışdır.
5. Satıcı “Yuqa Holdinq“ MMC, Cavabdeh1 və İddiaçı1 arasında 2012-ci il 2 iyul tarixli AS231 saylı, 2012-ci il 26 sentyabr tarixli AS290 saylı, 2012-ci il 1 noyabr tarixli AS302 saylı, “ Yuqa Holdinq“ MMC, Cavabdeh1 və İddiaçı2 arasında 2012-ci il 9 iyul tarixli AS237 saylı, 2013-cü il 4 fevral tarixli AS326 saylı 3 tərəfli alqı-satqı müqavilələri bağlanmışdır. 6. “Yuqa Holdinq“ MMC-in möhürü ilə təsdiq edilmiş mədaxil qəbzlərinin surətlərinə əsasən, İddiaçı1 tərəfindən “Yuqa Holdinq“ MMC-yə lizinq obyektlərinin alqı-satqısı üzrə avans olaraq 2012-ci il 25 aprel tarixində 23.580 manat, 22 iyun tarixində 111.000 manat, 20 sentyabr tarixində 115.000 manat, 20 noyabr tarixində 10.000 manat, İddiaçı2 tərəfindən 2012-ci il 10 iyul tarixində 105.000 manat, 12 iyul tarixində 20.000 manat, 9 avqust tarixində 10.000 manat, 2013-cü il 2 fevral tarixində 100.000 manat, 5 fevral tarixində 10.000 manat, 2 mart tarixində 10.000 manat, 27 iyun tarixində 7.000 manat, 2014-cü il 4 iyun tar ixində 1.000 manat, 20 sentyabr tarixində 500 manat ödəniş edilmişdir.
7. Təhvil-təslim aktlarının surətlərinə görə İddiaçı1 və İddiaçı2 Cavabdeh1 tərəfindən “SHACMAN SX3315DT406” markalı 10-JU172, **-JU-***, **-JU-***, **-JU-***, **-JU-*** dövlət nömrə nişanlı, “HOWO 3317N3867W” markalı **-JV-***, **-JV-***, **-JV-***, **-JV-***, **-JV***, **-JU-***, **-JU-***, **-JV-***, **-JU-***, **-JU-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **JZ-*** dövlət nömrə nişanlı cəmi 20 ədəd yük avtomobil təhvil verilmişdir.
8. Lizinqə verilmiş bir ədəd HOWO ZZ3317N3867W markalı **-JZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi qəza nəticəsində məhv olduğuna görə sığorta şirkəti tərəfindən qalıq dəyəri iddiaçıya ödənilmiş və mübahisə predmeti olmamışdır. 9. 2014-cü il 11 sentyabr tarixli bildirişin su rətinə əsasən, Cavabdeh1 İddiaçı1 və İddiaçı2 333.540 manat məbləğində borcun 5 bank günü ərzində ödənilməsi tələb etmişdir. 10. 2014-cü il 28 noyabr tarixli xəbərdarlıq məktubunun surətinə görə, lizinq müqavilələri üzrə borclar ödənilmədiyindən 2014-cü il 28 noyabr tarixindən etibarən X2 müqavilələrinə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilmiş, İddiaçı1 422.154 manat borcun ödənilərək 10 ədəd, İddiaçı2 402.102 manat borcun ödənilərək 9 ədəd lizinq obyektinin təhvil verilməsi tələb edilmişdir.
11. İddiaçı1 və İddiaçı2 göndərilmiş 2015-ci il 3 iyun tarixli bildirişə əsasən, lizinq ödənişlərinin həyata keçirilməsi ardıcıllığı pozulduğu üçün müqavilələrə birtərəfli qaydada xitam verildiyindən İddiaçı1 və İddiaçı2 geri götürülmüş "HOWO ZZ3317N3867W” markalı 90JV521, **-JV-*** dövl ət nömrə nişanlı avtomobilləri satın almaq təklif edilmiş, əks halda avtomobillərin satılacağı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı1 və İddiaçı2 (bundan sonra birlikdə - “iddiaçılar”) 2015-ci il 10 mart tarixində Cavabdeh1 və “Yuqa Holdinq“ MMC-yə qarşı iddia ərizəsi ilə və 13 oktyabr tarixində iddianın həcminin artırılmasına dair ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək onlarla Cavabdeh1 arasında bağlanmış 2012-ci il 2 iyul tarixli, 2012-ci il 9 iyul tarixli, 2012-ci il 26 sentyabr tarixli, 2012-ci il 1 noyabr tarixli, 2013-cü il 4 fevral tarixli X1 müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi, həmin müqavilələr üzrə iddiaçılar tərəfindən Cavabdeh1-yə ödənilmiş pulların onlara q aytarılması, həmin müqavilələr üzrə iddiaçılara lizinqə verilmiş 20 ədəd avtomaşına görə Cavabdeh1-yə verilmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, həmin avtomaşınların 2/5 hissəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının tanınması, müqavilələrin 4.2-ci bəndlərinə dəyişiklik edilərək, həmin müqavilələr üzrə ödənilməmiş qalıq borcun hesablanaraq iddiaçılar tərəfindən Cavabdeh1-yə 36 ay müddətində qaytarılması şərtinin əlavə edilməsi ilə yeni müqavilənin imzalanması vəzifəsinin Cavabdeh1-yə həvalə edilməsi, iddiaçılar tərəfindən “Yuqa Holdinq“ MMC-yə ödənilmiş 528.080 manat məbləğində avans ödənişləri zamanı hesaba alınmamış 389.730 manat pulun və həmin pul vəsaitini əsassız olaraq özündə saxlaması nəticəsində bank uçot dərəcəsi olaraq hesablanmış 58.459,50 manat pulun “Yuqa Holdinq“ MMC-dən tutularaq iddiaçılara qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
13. İlk iddia ərizəsi və iddianın əsasının dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı1 arasında 2012-ci il 2 iyul tarixində DLM231 N-li, 2012-ci il 26 sentyabr tarixli DLM290 N-li, 2012-ci il 1 noyabr tarixli DLM302 N-li X1 müqavilələri bağlanmış və ümumi dəyəri 425.000 manat olan müqavilələrə 1 nömrəli əlavədə göstərilən əmlaklar mülkiyyət hüququ ilə əldə edilməsi üçün muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Qeyd olunan müqavilələr üzrə İddiaçı1 tərəfindən ilkin ödəniş kimi 259.580 manat, sonralar isə lizinq ödənişi kimi 2012-ci il 14 avqust tarixindən 2014-cü il 11 sentyabr tarixinədək mütəmadi olaraq c əmi 241.010 manat ödəniş aparılmışdır. Cavabdeh1 ilə İddiaçı2 arasında 2012-ci il 9 iyul tarixində DLM237 nömrəli, 2013-cü il 4 fevral tarixində DLM326 nömrəli X1 müqavilələri bağlanılmış, ümumi dəyəri 460.000 olan əmlak sonuncunun mülkiyyət hüququ ilə əldə edilməsi üçün muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Qeyd olunan müqavilələr üzrə İddiaçı2 tərəfindən ilkin ödəniş kimi 263.500 manat, sonralar isə lizinq ödənişi kimi 2012-ci il 14 avqust tarixindən 2014-cü il 11 sentyabr tarixinədək mütəmadi olaraq 208.400 manat ödəniş aparılmışdır. Sözügedən müqavilələr üzrə iddiaçılar Cavabdeh1-dən 20 ədəd yük avtomobilini lizinqə götürmüşlər. Həmin müqavilələrin şərtlərinə əsasən avtomaşınların lizinq ödənişləri tam bitdikdən sonra avtomaşınlar iddiaçıların mülkiyyə tinə keçməli idi. İddiaçılar birlikdə cəmi 972.490 manat lizinq ödənişi etmişlər və 321.400 manat borc qalmışdır. Sonradan İddiaçı1 tərəfindən əlavə olaraq 28.550 manat və İddiaçı2 tərəfindən 32.380 manat lizinq ödənişi edilmişdir. 2014-cü ilin əvvəllərində iddiaçıların yük daşıma müqavilələrinin müddəti başa çatdığından, yeni müqavilə bağlamaq və iş götürməklə bağlı problemlər olduğundan ödənişlərin aparılmasında gecikmələr olmuşdur. Mübahisəli nəqliyyat vasitələləri üzərində iddiaçıların 2/5 hissədə mülkiyyət hüquqları tanınmalıdır. Belə ki, ödəniş sənədlərindən və kassa mədaxil orderlərindən də iddiaçıların həmin nəqliyyat vasitələrinin dəyərinin 40% ilkin olaraq lizinq müqavilələri bağlanmamışdan əvvəl avtomaşının satıcısına, yəni "xxxx" MMC-yə ödədikləri müəyyən olunur. Tərəflər ara sında imzalanmış X1 müqavilələrinin 1-ci bəndində də göstərilmişdir ki, lizinqverən müqavilələrin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə göstərilən əmlakı mülkiyyət hüququ ilə əldə edilməsini və muzdla lizinqalanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Lakin göründüyü kimi lizinqverən həmin öhdəliyini tam yerinə yetirməmişdir. Belə ki, lizinqverən həmin lizinq obyektlərini özü alıb mülkiyyətinə keçirməli və mülkiyyətində olan əmlakı lizinqə verməli olduğu halda lizinq obyektlərinin 40%-dən də bir qədər artıq məbləği, yəni cəmisi 523.080 manatı lizinq obyektini satan "xxxx" MMC-yə ödəmişdir. Cavabdeh1 iddiaçıları aldadaraq onların öz pulları ilə şərikli aldığı avtomaşınları lizinq müqaviləsi adı altında ağır şərtlərlə onlara lizinqə vermişdir. Həmin müq avilələrin surətləri iddiaçılara yalnız 2014-cü ilin sentyabr ayında təqdim edilmişdir. Əslində isə sözügedən müqavilələr tam olaraq lizinq müqaviləsi hesab edilə bilməz. Avtomaşınların yalnız 60 faizinə münasibətdə lizinq müqaviləsindən söhbət gedə bilər. Belə olan təqdirdə həmin lizinqə verilmiş 20 ədəd avtomaşınların 2/5 hissəsi iddiaçıların mülkiyyətinə keçirilməli, qalan 60 % lizinq ödənişinin ödənilməmiş qalan hissəsi hesablanaraq həmin məbləğin ödənilməsi üçün iddiaçılara əlavə müddət verilməlidir. Cavabdeh1 tərəfindən sözügedən lizinq müqavilələri imzalanarkən faktiki olaraq iddiaçılar aldadılmışlar, onlar razılaşdıqları şərtlərlərlə razılığa gəldikləri müqaviləni deyil, tamamilə başqa şərtlərlə və tamamilə başqa lizinq müqaviləsi bağlamışlar. Belə ki, Cavabdeh1 hansı maliyyə vəsai ti hesabına avtomaşınları əldə edəcəyini, hansı bankdan hansı faizlərlə kredit götürdüyünü onlara bildirməmişdir. Avtomaşınların dəyərinin 40%-i lizinqverən Cavabdeh1-nin tapşırığına əsasən əvvəlcədən satıcı "xxxx" MMC-yə lizinq götürən şəxslər tərəfindən ödənildiyi halda tərəflər arasında bağlanmış müqavilə lizinq müqaviləsi deyil, üçtərəfli alqı-satqı müqaviləsi ola bilərdi. Qüvvədə olan mülki qanunvericiliyə əsasən lizinq müqaviləsi lizinq verənin maliyyə vəsaiti hesabına əldə etdiyi lizinq obyektinin müəyyən şərtlərlə lizinq alana verilməsindən ibarətdir. Hazırki müqavilələrdə isə lizinq verən lizinq alanın pul vəsaitləri və özünün yuxarı faizlə götürdüyü kreditlər hesabına əldə etdiyi avtomaşınları lizinqalanın vəziyyətini əvvəlcədən ağırlaşdıran şərtlərlə lizinqverənə verilməsindən i barət olmuşdur ki, bununla da lizinqverən lizinqalanları aldatmış, onların vəziyyətini ağırlaşdıran şərtlərlə müqavilə imzalamışdır. İddiaçılar vacib əhəmiyyətli yanılmanın təsiri altında lizinq müqavilələri bağlamışlar. Əslində onlar avtomaşınları əldə etmək üçün kifayət qədər pulları olmadığına görə Cavabdeh1-yə müraciət edərək öz pullarının hesabına alınan avtomaşınları onların adına almağı, qalan avtomaşınları isə ya kreditlə, ya da avtomaşınların yalnız bir hissəsinin lizinqlə alınmasını xahiş etmişlər. Cavabdehlər isə iddiaçılara bildirmişlər ki, verdikləri 528.080 manat məbləğində maşınlar alqı-satqı yolu ilə alınaraq iddiaçınının mülkiyyətinə keçiriləcək, qalan avtomobillər isə kredit müqaviləsi və ya lizinq müqaviləsi əsasında iddiaçılara təhvil veriləcəkdir. Lakin, sonradan Cavab deh1 onları aldadaraq iddiaçılar üçün əlverişsiz şərtlərlə lizinq müqavilələri bağlamış, əlavə olaraq onları xəbərdar etmədən zaminlik müqavilələrinə də imza etdirmiş, iddiaçıların pul vəsaiti hesabına əldə etdiyi avtomaşınları onlara lizinqə verməklə qanunun tələblərini pozmuşdur. Ona görə də müqavilələr etibarsızdır, onların hüquqi qüvvəsi və hüquqi nəticəsi ola bilməz. Eyni zamanda "xxxx" MMC-yə ödənilmiş 528.080 manat məbləğində avans ödənişləri zamanı hesaba alınmamış 389.730 manat pul və həmin pul vəsaitini əsassız olaraq özündə saxlaması nəticəsində "xxxx" MMC-dən əlavə olaraq MMin 439, 449-cu maddələrinə əsasən hesablanmış bank uçot dərəcəsi və 5 faiz məbləğ (389.730x5%x3il=19486,5x3il)-58459,50 manat pul tutularaq iddiaçılara qaytarılmalıdır.
14. İddia tələbi Azərbaycan Respublika sı Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 422.1, 425.1, 425.2, 747.1, 747.2, 747-1.1, 747-1.2, 747-1.3, 747-1.4, 747.3, 747-5.2.2, 748.3, 748.4, 748-1.1, 748-2.2, 748-2.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır.
15. Cavabdeh1 2015-ci il 28 sentyabr tarixində qarşılıqlı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməyə müraciət edərək, iddiaçılardan 359.571 manat məbləğində vaxtı keçmiş lizinq ödənişlərinin, lizinq ödənişləri gecikdirildiyi üçün hesablanmış 81.916 manat dəbbə pulunun, lizinq obyekti təhvil verilmədiyi üçün hesablanmış 308.758 manat dəbbə pulunun, 208.025 manat məbləğində əldən çıxmış faydanın, 30 manat dövlət rüsumunun Cavabdeh1-nin xeyrinə tutulması, “SHACMAN SX3315D T406” markalı **-JU-***; 90-JU171; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı 90- JU-522; **JV-***; 90-JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektlərinin Standart Lizinq” MMC-yə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, lizinq müqavilələrinə və təhvil-təslim aktlarına əsasən Cavabdeh1 20 ədəd lizinq obyektini iddiaçıların müvəqqəti sahibliyinə və istifadəsinə təhvil versə də, onlar üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmiş, nəticədə borc yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh1 tərəfindən yazılı bildiriş göndərilməklə dəfələrlə şifahi xəbərdarlı qlar edilsə də heç bir nəticəsi olmamışdır. Cavabdeh1 tərəfindən iddiaçılara göndərilən 2014-cü il 28 noyabr tarixli 474 saylı xəbərdarlıqla lizinq müqavilələrinə xitam verilmiş və Cavabdeh1-nin mülkiyyətində olan lizinq obyektlərinin geri qaytarılması tələb edilmişdir. Lakin iddiaçılar 2015-ci il 4 mart tarixli aktı imzalamaqla, lizinq obyektlərini qaytarmaqdan imtina etmişlər və lizinq obyektlərinə görə verilən müvafiq etibarnamələrin müddətinin bitməsinə baxmayaraq bu günə qədər 13 ədəd lizinq obyektinin qanunsuz olaraq məlum olmayan məqsədlərlə idarə edilməsini davam etdirirlər. Bu günə qədər 13 ədəd lizinq obyekti Cavabdeh1-yə qaytarılmadığına görə hər gecikdirilmiş gün üçün avtomaşının cari dəyərinin 0,5% məbləğini təşkil edən dəbbə pulu ödənilməlidir (müqavilənin 5.8, 10.3-cü bəndlə ri, MM-in 748-1.9-cu maddəsi). Bundan başqa, 13 avtomaşın qaytarılmadığına görə Cavabdeh1–yə hər ay zərər dəyir. Həmin avtomaşınlar digər müştərilərə lizinqə verilsəydi 2014-cü il dekabr – 2015-ci il sentyabr dövrü üçün orta hesabla 208.025 manat gəlir (əldən çıxmış fayda) əldə edilə bilərdi.
17. Qarşılıqlı iddia tələbi MM-in 21, 442, 443.1, 443.4, 445.1, 445.2, 470.1, 472.1, 472.2, 748-1.8, 748-1.9, 748-1.12.4, MPM-in 35.3, 155.1, 155.3-cü maddələrinə istinad etməklə əsaslandırılmışdır. 18. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 21 dekabr tarixli 2(81)-1087/2015 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: əgər ödənişlər qrafik üzrə əsas və faiz borcunun tutulmasına dair edilərsə iddiaçıların lizinq müqavilələri üzrə Cavabdeh1-yə ödənilməli olan qalıq əsas borcu və faiz borcu nə qədərdir?
19. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2016-cı il 26 may tarixli 2374 saylı ekspert rəyinin nəticə hissəsində, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iddiaçılar tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı və X1 müqaviləsinin şərtləri əsas götürülməklə göstərilmişdir ki, 2014-cü il 28 noyabr tarixinədək (qarşılıqlı iddia ərizəsində göstərilən tarixə): 2012-ci il 2 iyul tarixli DLM 231 saylı müqavilə (İddiaçı1) üzrə ümumi borc 87.932,52 manat (o cümlədən əsas borc 83.482,78 manat, faiz borcu 4.449,74 manat, dəbbə borcu 0,00 manat); 2012-ci il 9 iyul tarixli DLM237 saylı müqavilə (İddiaçı2) ü zrə ümumi borc 72.381,63 manat (o cümlədən əsas borc 71.358,58 manat, faiz borcu 1.023,05 manat, dəbbə borcu 0,00 manat); 2012-ci il 26 sentyabr tarixli DLM290 saylı müqavilə (İddiaçı1) üzrə ümumi borc 96.158,16 manat (o cümlədən əsas borc 70.478,05 manat, faiz borcu 25.680,11 manat, dəbbə borcu 0,00 manat); 2012-ci il 1 noyabr tarixli DLM302 saylı müqavilə (İddiaçı1) üzrə ümumi borc 16.783,50 manat (o cümlədən əsas borc 11.409,95 manat, faiz borcu 5.373,55 manat, dəbbə borcu 0,00 manat); 2013-cü il 4 fevral tarixli DLM326 saylı müqavilə (İddiaçı2) üzrə ümumi borc73.083,08 manat (o cümlədən əsas borc 69.093,59 manat, faiz borcu 3.989,49 manat, dəbbə borcu 0,00 manat) təşkil edir. 20. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 8 iyul tarixli 2-2(81)-76/2016 saylı qətnaməsi ilə i lk iddia tələbi qismən təmin edilmiş, iddiaçı tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri – “HOWO ZZ3317N3867W” markalı 90-JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı avtomaşınlara dair Cavabdeh1-nin adına olan 2012-ci 26 sentyabr, 2012-ci il 5 noyabr və 2013-cü il 6 fevral tarixlərində verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələri ləğv edilmiş, həmin avtomaşınlar üzərində iddiaçıların mülkiyyət hüququ tanınmış, ilk iddia qalan hissədə rədd edilmiş, Cavabdeh1-nin qarşılıqlı iddia tələbi qismən təmin edilərək iddiaçıların 298.250 manat vaxtı keçmiş borcunun, 304.736,85 manat qalıq borcunun və 10.000 manat dəbbə pulu borcunun, cəmi 612.986,85 manat borcun Cavabdeh1-yə ödənilməsinin təmin edilməsi üçün “SHACMAN SX3315DT406” mark alı **-JU-***; **-JU-***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **-JU-***; **-JV-*** dövlət nömrə nişanlı avtomaşınların iddiaçılardan alınaraq Cavabdeh1-yə qaytarılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə həyata keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat pulun 25 manatının müştərək qaydada iddiaçılardan, 25 manatının Cavabdeh1-dən dövlət büdcəsinə tutulması qət edilmişdir (hakim – V.Baxışova).
21. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçılar "xxxx" MMC-yə 389.730 manat ödəniş etdiklərini bildirsələr də, bunu təsdiq edən sübutları təqdim etməmişlər. "xxxx" MMC ilə bağlanmış alqı-satqı müqavilələri üzrə iddia müddəti ötdüyündən ilk iddia "xxxx" MMC-yə münasibətdə əsassız olmuşdur.
22. İddianın əsasının dəyi şdirilməsi barədə ərizədə qeyd olunan hallar lizinq müqavilələrini imzalayarkən iddiaçılara məlum olduğundan, ilk iddia tələbi həmin müqavilələrin etibarsız hesab edilməsi barədə 2015-ci il 21 dekabr tarixində iddia qaldırmaqla bir illik iddia müddəti ötürüldüyündən müqavilələrin etibarsız hesab edilməsi və müqavilələr üzrə ödənilmiş vəsaitin geri qaytarılması hissəsində də əsassız olmuşdur.
23. Müqavilələrin bağlanması azad olduğundan lizinq müqavilələrinin 4.2-ci bəndlərinə dəyişiklik edilərək müqavilələr üzrə ödənilməmiş qalıq borcunun hesablanaraq iddiaçılar tərəfindən Cavabdeh1-yə 36 ay müddətində qaytarılması şərtinin əlavə edilməsi ilə yeni müqavilənin imzalanması vəzifəsinin Cavabdeh1-yə həvalə edilməsi hissəsində də iddia əsassızdır.
24. İddiaçılar tərəfindən lizinq verənə 660.250 manat ödənilsə də, dəyəri tam ödənilmiş avtomaşınların onların mülkiyyətinə verilməsi təmin edilməmiş, Cavabdeh1 iddiaçılardan geri aldığı avtomaşınları müqavilənin şərtlərini pozaraq satışa çıxarmamışdır. Halbuki, Cavabdeh1 avtomaşınları sataraq əldə etdiyi gəlirləri iddiaçıların borcunun bağlanmasına yönəltməli idi. İddiaçılardan həm borcun, həm də avtomaşınların tələb edilməsi müqavilə şərtlərinə uyğun deyildir. Ona görə də qarşılıqlı iddia pul tələbi hissəsində təmin edilməməlidir. Dəbbə pulu isə tənasübsüz olduğundan cəmi 10.000 manat müəyyən edilmişdir.
25. Ekspert rəyinə uyğun olaraq, dəbbə pulu hesablanmazsa, müqavilələrə xitam verildiyi tarixə iddiaçıların Cavabdeh1-yə cəmi 346.338,89 manat vaxtı keçmiş borcu vardır. Ekspert rəyi isə qarşılıqlı iddiaya əlavə edilən hesabatdakı rə qəmlərə uyğun olmadığından məhkəmə həmin rəylə razılaşmamışdır. 26. 6 ədəd avtomaşının təhvil verildiyini nəzərə alaraq qarşılıqlı iddia müqavilələrə xitam verildiyi tarixə iddiaçıların Cavabdeh1-yə olan 298.250 manat vaxtı keçmiş borcunun, 304.736,85 manat qalıq borcun və 10.000 manat dəbbə pulunun (cəmi 612.986,86 manat) ödənilməsinin təmin edilməsi üçün 6 avtomaşının qaytarılması hissəsində təmin edilməli, dəyəri lizinq şirkətinə ödənilmiş 7 avtomaşının iddiaçılardan alınması hissəsində rədd edilməli, ilk iddia həmin avtomaşınlara dair qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və onların üzərində iddiaçıların mülkiyyət hüquqlarının tanınması hissəsində təmin edilməlidir. 27. 208.025 manat əldən çıxmış fayda ilə bağlı sübutlar təqdim edilmədiyindən qarşılıqlı iddia həmin hissədə də təmi n olunmamışdır.
28. Məhkəmə gəldiyi nəticəni MM-in 354.2, 390.1, 390.3, 443.4, 467-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
29. Cavabdeh1 2016-cı il 5 avqust tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv, ilk iddianın tamamilə rədd, qarşılıqlı iddianın isə tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
30. İddiaçılar 2016-cı il 19 avqust tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, ilk iddia tələbinin "xxxx" MMC-yə qarşı olan hissədə də təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdirlər. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
31. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 19 oktyabr tarixli 2-2(103)-601/2016 saylı qərardadı ilə iş üzrə ə lavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: iddiaçıların X1 müqavilələri üzrə Cavabdeh1-yə ödənilməli olan qalıq əsas borcu və faiz borcu hansı məbləğləri təşkil edir?
32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2017-ci il 11 oktyabr tarixli 25436 saylı ekspert rəyinin nəticə hissəsində, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iddiaçılar tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı və X1 müqaviləsinin şərtləri əsas götürülməklə göstərilmişdir ki, 2014-cü il 28 noyabr tarixinədək (qarşılıqlı iddia ərizəsində göstərilən tarixə): 2012-ci il 2 iyul tarixli DLM 231 saylı müqavilə (İddiaçı1) üzrə ümumi borc 120.213,92 manat (o cümlədən əsas borc 111.957,38 mana t, faiz borcu 8.256,54 manat, dəbbə borcu 0,00 manat); 2012-ci il 9 iyul tarixli DLM237 saylı müqavilə (İddiaçı2) üzrə ümumi borc 109.553,24 manat (o cümlədən əsas borc 103.679,41 manat, faiz borcu 5.873,83 manat, dəbbə borcu 0,00 manat); 2012-ci il 26 sentyabr tarixli DLM290 saylı müqavilə (İddiaçı1) üzrə ümumi borc 137.278,10 manat (o cümlədən əsas borc 120.828,84 manat, faiz borcu 16.449,26 manat, dəbbə borcu 0,00 manat); 2012-ci il 1 noyabr tarixli DLM302 saylı müqavilə (İddiaçı1) üzrə ümumi borc 24.518,89 manat (o cümlədən əsas borc 23.355,67 manat, faiz borcu 1.163,22 manat, dəbbə borcu 0,00 manat); 2013-cü il 4 fevral tarixli DLM326 saylı müqavilə (İddiaçı2) üzrə ümumi borc 153.104,23 manat (o cümlədən əsas borc 142.350,63 manat, faiz borcu 10.753,60 manat, dəbbə borcu 0,00 manat) t əşkil edir. Tədqiqat zamanı beş ədəd X1 müqavilələri üzrə Cavabdeh1 tərəfindən 95.292 manat məbləğində dəbbə pulunun hesablanması müəyyən edilmişdir. Lakin həmin müqavilələr üzrə Cavabdeh1 tərəfindən cəriməyə silinmiş ödənişlər ekspert tərəfindən əsas və faiz borcuna silinmişdir.
33. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-cı il 5 dekabr tarixli 2-2(103)-13/2017 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: iddiaçılar X1 müqavilələri üzrə Cavabdeh1-yə ödənilməli olan qalıq əsas borcu və faiz borcu hansı məbləğləri təşkil edir?
34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2018-ci il 30 avqust tarixli 1846 saylı ekspert rəyinin nəticə hissəsində, rəyi n tədqiqat hissəsində göstərilənlərə əsasən iddiaçılar tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı və X1 müqaviləsinin şərtləri əsas götürülməklə göstərilmişdir ki: 2012-ci il 2 iyul tarixli DLM 231 saylı müqavilə (İddiaçı1) üzrə 2015-ci il 2 iyul tarixinə (müqavilə bitən müddətə) ümumi borc 120.213,92 manat (o cümlədən əsas borc111.957,38 manat, faiz borcu 8.256,54 manat, dəbbə borcu 0,00 manat); 2012-ci il 9 iyul tarixli DLM237 saylı müqavilə (İddiaçı2) üzrə 2015-ci il 9 iyul tarixinə (müqavilə bitən müddətə) ümumi borc 109.553,24 manat (o cümlədən əsas borc 103.679,41 manat, faiz borcu 5.873,83 manat, dəbbə borcu 0,00 manat); 2012-ci il 26 sentyabr tarixli DLM290 saylı müqavilə (İddiaçı1) üzrə 2015-ci il 26 sentyabr tarixinə (müqavilə bitən müddətə) ümumi borc 137.278,10 manat (o cümlədən əsas borc 120.828,84 manat, faiz borcu 16.449,26 manat, dəbbə borcu 0,00 manat); 2012-ci il 1 noyabr tarixli DLM302 saylı müqavilə (İddiaçı1) üzrə 2015-ci il 1 noyabr tarixinə (müqavilə bitən müddətə) ümumi borc 24.518,59 manat (o cümlədən əsas borc 23.355,67 manat, faiz borcu 1.163,22 manat, dəbbə borcu 0,00 manat); 2013-cü il 4 fevral tarixli DLM326 saylı müqavilə (İddiaçı2) üzrə 2016-cı il 4 noyabr tarixinə (müqavilə bitən müddətə) ümumi borc 153.104,23 manat (o cümlədən əsas borc 142.350,63 manat, faiz borcu 10.753,60 manat, dəbbə borcu 0,00 manat) təşkil edir. Tədqiqat zamanı beş ədəd X1 müqavilələri üzrə Cavabdeh1 tərəfindən 95.292 manat məbləğində dəbbə pulu hesablanması müəyyən edilmişdir. Cərimələrin hesablanması barədə mühasibat sənədləri təqdim edilməmiş və ödəniş qəbzlərində cəriməyə silinmə nəzərə alınmamışdır. Bu səbəbdən həmin X1 müqavilələri üzrə Cavabdeh1 tərəfindən cəriməyə silinmiş ödənişlər ekspert tərəfindən əsas və faiz borcuna silinmişdir.
35. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 23 noyabr tarixli 2-2(103)-07/2018 saylı qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1-nin apellyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-76/2016 saylı iş üzrə 2016-cı il 8 iyul tarixli qətnaməsi qismən – “iddiaçıların iddiasının qismən təmin edilməsi, onlar tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri – “HOWO ZZ3317N3867W” markalı 90-JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı avtomaşınlara dair Cavabdeh1-nin adına olan 2012-ci il 26 sentyabr, 2012-ci il 5 noyabr və 2013-cü il 6 fevral tarixlərində verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomaşınlar üzərində iddiaçıların mülkiyyət hüququnun tanınması” və Cavabdeh1-nin qarşılıqlı iddiası qismən təmin edilərək iddiaçıların 298.250 manat vaxtı keçmiş borcunun, 304.736,85 manat qalıq borcunun və 10.000 manat dəbbə pulu borcunun, cəmi 612.986,85 manat borcun Cavabdeh1-yə ödənilməsinin təmin edilməsi üçün “SHACMAN SX3315DT406” markalı **-JU-***; **-JU-***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **-JU-***; **-JV*** dövlət nömrə nişanlı avtomaşınların iddiaçılardan alınaraq Cavabdeh1-yə qaytarılması hissələrində ləğv edilmiş, həmin his sədə yeni qətnamə qəbul edilərək Cavabdeh1-nin qarşılıqlı iddiası qismən təmin edilmiş, iddiaçılardan cəmi 473.168,91 manat borc və 30 manat dövlət rüsumunun Cavabdeh1-nin xeyrinə tutulması və “SHACMAN SX3315DT406” markalı **-JU-***; **-JU-***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **-JU-***; **-JV-***; 90-JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ*** dövlət nömrə nişanlı lizinq obyektlərinin Cavabdeh1-yə qaytarılması qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Ü.Mayılov, hakimlər – M.Tağızadə və K.Abiyeva).
36. Məhkəmə kollegiyası ilk iddia tələbi üzrə "xxxx" MMC-yə qarşı tələb, müqavilələrin etibarsız hesab edilməsi və müqavilələr üzrə ödənilmiş vəsaitin geri qaytarılması tələbi, lizinq müqavilələrinin 4.2-ci bəndlərinə dəyişiklik edilərək müqavilələr üzrə ödənilməmiş qalıq borcunun hesablanaraq iddiaçılar tərəfindən Cavabdeh1-yə 36 ay müddətində qaytarılması şərtinin əlavə edilməsi ilə yeni müqavilənin imzalanması vəzifəsinin Cavabdeh1-yə həvalə edilməsi tələbi, habelə qarşılıqlı iddia üzrə 208.025 manat əldən çıxmış fayda tələbi hissəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığını bildirmişdir.
37. Lizinqə verilmiş 20 maşından 1-i qəza nəticəsində məhv olduğundan onun qalıq dəyəri sığorta şirkəti tərəfindən lizinq verənə ödənilmiş və mübahisə predmetinə aid olmamışdır.
38. Həm qanuna, həm də müqaviləyə (11.1-ci bənd) görə, yalnız müqavilə üzrə müəyyən edilmiş məbləğlər, o cümlədən dəbbə pulu və cərimələr ödənildi kdən sonra mülkiyyət hüququnun lizinq alana keçməsi mümkündür. Həmin şərtlərin lizinq alan tərəfindən icra edilməməsi onun avtomaşınlar üzrə iddialarını istisna edir.
39. Avtomaşınların dəyərinin 765.000 manatı lizinq verən, 119.400 manatı lizinq alanlar tərəfindən ödənilmişdir. Müqavilələr üzrə cəmi 95.250 manat lizinq verən tərəfindən ödənilmişdir (bu, ekspert rəyində nəzərə alınmamışdır). Beləliklə, lizinq müqavilələri üzrə lizinq verən tərəfindən ümumilikdə 860.250 (765.000+95.250) manat ödənilmişdir.
40. Həmçinin tərəflər müqavilələrin sonunadək lizinq verənə 297.818,91 manat faizlərin ödəniləcəyinə dair razılığa gəlmişlər. İddiaçılar müqavilələr üzrə 120.000 manat ilkin ödəniş, 18.350 manat bank mükafatı və xərcləri və 521.900 manat ödəniş etmişlər. Lizinq müqvilələri üzrə əsas borc və faizlər 1.158.068,91 manat təşkil etmiş, iddiaçılardan alınmış 6 avtomaşın lizinq verən tərəfindən üçüncü şəxslərə 163.600 manata özgəninkiləşdirilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən lizinq müqavilələrinin müddəti bitmiş, iddiaçıların müqavilələrin bitmə tarixinə borcu 473.168,91 manat (1.158.068,91 – 521.900 – 163.600) təşkil etmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini MM-in 354.2, 390.1, 390.3, 443.4, 748-1.8, 748-2.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
42. Cavabdeh1 2019-cu il 28 yanvar tarixində həmin qətnamədən kassasiya şikayəti vermiş, 2018-ci il 23 noyabr tarixli qətnaməyə qarşılıqlı iddianı tam təmin etməklə (dəbbə pulu və əldən çıxmış fayda nəzərə alınmaqla) dəyişiklik edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
43. İddiaçılar 2019-cu il 15 mart tarixində həmin qətnamədən kassasiya şikayəti vermiş, 2018-ci il 23 noyabr tarixli qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdirlər. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 28 iyun tarixli 2-2(102)-201/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2018-ci il 23 noyabr tarixli 2-2(103)-07/2018 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir (sədrlik edən – İ.Dadaşov, hakimlər – K.Bədəlov, S.Hüseynova).
45. Məhkəmə kollegiyası bildirmişdir ki, 528.080 mana tın iddiaçılar tərəfindən avans olaraq üçtərəfli müqavilələrə əsasən "xxxx" MMC-yə ödənilməsi işin mübahisələndirilməyən halıdır və bu halı tərəflər təkzib etmirlər. Ödəniş qəbzlərinin surətləri iş materiallarına əlavə edilmiş, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə həmin qəbzlərin əsllərinə baxış keçirərək iddiaçılara qaytarılmışdır, bu barədə məhkəmə iclas protokolunda da müvafiq qeydlər vardır (2-ci cild, i/v 330).
46. İddiaçılar 528.080 manatın "xxxx" MMC-yə ödənilməsini sübut etdiklərindən, bunun əksini pulların qaytarılmasını zəruri bank, yaxud məxaric sənədlərinə istinad etməklə və onları təqdim etməklə sübut etmək isə "xxxx" MMC-nin vəzifəsidir. İş materiallarında isə həmin məbləğdən 138.000 manatın aidiyyəti üzrə ödənilməsinə dair sənəddən və maraqlı tərəfin heç bi r konkret sübuta söykənməyən izahatından başqa heç bir mötəbər sübut yoxdur.
47. Həmin məbləğin tələb edilməsinə dair iddia müddəti ötürülməmişdir (lizinq müqavilələrinə birtərəfli qaydada 2014-cü il 28 noyabr tarixində xitam verildiyi və iddiaçıların 2015-ci ilin mart ayında məhkəməyə müraciət etməsi nəzərə alınarsa).
48. Müqavilələr üzrə bu müddətdə aparılmış ümumi ödənişlərin məbləği və avtomaşınların həmin məbləğlərə uyğun razılaşdırılmış dəyərləri nəzərə alınmaqla, dəyəri faktiki ödənilmiş avtomaşınların iddiaçıların mülkiyyətinə verilməsi məsələsi də apellyasiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir.
49. İddiaçılar tərəfindən dəyəri ödənilmiş 7 maşına dair lizinq verənin adına verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomaşınlar üzərində iddiaçıların mülkiyyət hüququnun tanınması hissəsində iddia tələbi faktiki həll edilməmiş qalmışdır.
50. İddiaçılardan həm borcun, həm avtomaşınların tələb edilməsi müqaviləyə uyğun deyil, qarşılıqlı iddianın pul tələbi ilə bağlı hissəsi məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. İddiaçılardan həm 473.168,91 manat borcun tutulması, həm də faktiki dəyəri ödənilmiş avtomaşınlarla birlikdə bütün avtomaşınların qaytarılması barədə nəticəyə gəlməklə məhkəmə səhv qərar vermişdir.
51. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, müqavilələrə xitam verilən tarixə iddiaçıların ödədiyi 521.900 manat məbləğin 61.321 manat hissəsi dəbbə pulu borcuna çıxılmasa iddiaçıların 2014-cü il 28 noyabr tarixinə vaxtı keçmiş borcu cəmi (820.150-521.900=298.250) 298.250 manat təşkil edir.
52. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 2016-cı il 26 may tarixli 2374 saylı rəyi ilə dəbbə pulu borcu nəzərə alınmadan iddiaçıların 2014-cü il 28 noyabr tarixinə vaxtı keçmiş borc məbləğinin cəmi 346.338,89 manat olduğu müəyyən edilmiş, məhkəmə isə iddiaçıların vaxtı keçmiş borcunun ekspert rəyi ilə müəyyən edilmiş məbləğinin qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş hesabatdakı rəqəmlərlə uyğun olmadığını nəzərə alaraq ekspert rəyi ilə razılaşmamışdır.
53. İşə apellyasiya qaydasında baxılarkən iki dəfə təyin edilmiş məhkəmə ekspertizaları nəticəsində də müxtəlif rəylər verilsə də, apellyasiya məhkəməsi tərəfindən bu rəylərin MPM-in 88-ci və 103-cü maddələri baxımından düzgün qiymətləndirilməsi təmin edilməmişdir.
54. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, iddiaçıların lizinq müqavilələri üzrə apardıqları bütün ödənişlər nəzərə alınmaqla onların faktiki borcları, bu borcların yaranması və gecikdirilməsi səbəbləri dəqiq müəyyən edilməli, yeddi il ərzində iddiaçıların sahibliyində və istifadəsində olan yük avtomobillərinin faktiki və real dəyərləri müəyyən edilməli, sübutların MPM-in 88-ci maddəsinə uyğun olaraq qiymətləndirilməsi aparılmaqla mübahisənin obyektiv, qanuni və ədalətli həlli təmin edilməlidir.
55. Məhkəmə kollegiyası öz mövqeyini MM-in 385.1, 404.1, 404.2, 418.1, 467, 747.1, 747.3, MPM-in 77.1, 88, 103, 220.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun (bundan sonra – “KMP”) “S.Əliyevanın şikayəti ilə əlaqədar AR Ali Məhkəməsinin MİÜMK-nın 2004-cü il 28 deka br tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli, “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 2006-cı il 9 fevral tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2006-cı il 22 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 13 iyun tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
56. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 dekabr tarixli 2-2(103)-840/2019 saylı qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, ”Standart Lizinq” MMC-n in apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2016-cı il 8 iyul tarixli 2-2(81)-76/2016 saylı qətnaməsi qismən – iddiaçıların iddiasının qismən təmin edilməsi, onlar tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri – “HOWO ZZ3317N3867W” markalı 90-JV- 522; **-JV-***; **-JV-***; **-JZ***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı avtomobillərə dair Cavabdeh1-nin adına olan 2012-ci il 26 sentyabr, 2012-ci il 5 noyabr və 2013-cü il 6 fevral tarixlərində verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomaşınlar üzərində iddiaçıların mülkiyyət hüququnun tanınması və Cavabdeh1-nin qarşılıqlı iddiası qismən təmin edilərək iddiaçıların 298.250 manat vaxtı keçmiş borcunun, 304.736,85 manat qalıq borcunun və 10.000 manat dəbbə pulu borcunun, cəmi 612.986,85 manat borcun Cavabdeh1-yə ödənilməsinin təmin edilməsi üçün “SHACMAN SX3315DT406” markalı **-JU-***; **-JU-***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **-JU-***; **-JV-*** dövlət nömrə nişanlı avtomaşınların iddiaçılardan alınaraq ”Standart Lizinq” MMC-yə qaytarılması hissələrində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddiaçıların ilk iddiası “onlar tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri – “HOWO ZZ3317N3867W” markalı 90-JV- 522; **-JV-***; **JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı avtomaşınlara dair Cavabdeh1-nin adına olan 2012-ci il 26 sentyabr, 2012-ci il 5 noyabr və 2013-cü il 6 fevral tarixlərində verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnam ələrinin ləğv edilməsi və həmin avtomaşınlar üzərində iddiaçıların mülkiyyət hüququnun tanınması” hissəsində rədd edilmiş, Cavabdeh1-nin qarşılıqlı iddiası qismən təmin edilmiş, iddiaçılardan cəmi 312.332 manat borc (241.342 əsas borc, 70.990 manat faiz), 1.000 manat dəbbə pulu və 30 manat dövlət rüsumunun Cavabdeh1-nin xeyrinə tutulması və “SHACMAN SX3315DT406” markalı **-JU-***; **-JU-***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **-JU-***; **-JV-***; 90-JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektlərinin ”Standart Lizinq” MMCyə qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – İ.Əhmədov, hakimlər – S.Seyidova və V.Məmmədov).
57. Apellyasiya inst ansiya məhkəməsi ilk iddia tələbinə münasibətdə bildirmişdir ki, lizinq müqavlələrinin etibarsızlığı üçün hər hansı əsasın mövcudluğu işin halları ilə müəyyən edilmir. Həm də iddiaçıların etibarsızlıq üçün istinad etdiyi normalardan birinin tətbiqi digərini istisna edir. Məhkəmə haqlı olaraq lizinq müqavilələrinin ləğv edilməsinə və pulun qaytarılmasına dair tələblərini rədd etmişdir. İddiaçılar əqdləri mübahisələndirmək əvəzinə, avtomaşınları istifadə edib onları qismən icra etmişlər. Həmçinin əqdlərin mübahisələndirilməsi üçün kəsici müddət ötmüşdür. Lizinq müqavilələri bağlandığı andan etibarlı olduğundan həmin müqavilələr üzrə edilmiş lizinq ödənişlərinin qaytarılması üçün əsas olmamışdır.
58. Lizinqə verilmiş 20 avtomaşına görə ”Standart Lizinq” MMC-yə verilmiş nəqliyyat vasitələrin in qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, həmin avtomaşınların 2/5 hissəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının tanınması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamışdır. Məhkəmə mücərrəd şəkildə qeyd etmişdir ki, iddiaçılar tərəfindən lizinq verənə 660.250 manat ödənilsə də, dəyəri tam ödənilmiş avtomaşınların onların mülkiyyətinə verilməsi təmin edilməmişdir. Məhkəmə bu hissədə tələbin hüquqi əsasını göstərməmiş, tələbin qeyri-müəyyən (avtomaşınların 2/5 hissəsi) olmasına baxmayaraq 7 avtomaşının qeydiyyat şəhadətnamələri ləğv edilərək həmin avtomaşınların üzərində iddiaçıların mülkiyyət hüquqları tanınmışdır. Maşınların lizinq alanın mülkiyyətinə keçməsinin əsas şərti bütün lizinq ödənişlərinin edilməsidir. İddiaçılar tərəfindən lizinq ödəni şlərinin tam həyata keçirilməsini təsdiqləyən sübut yoxdur. Məhkəmənin bəzi avtomaşınlar üzərində iddiaçıların mülkiyyət hüquqlarının tanınması barədə gəldiyi nəticə MM-in və lizinq müqavilələrinin müddəalarına zidd olmuşdur.
59. Müqavilələr üzrə ödənilməmiş qalıq borcunun hesablanaraq iddiaçılar tərəfindən cavabdehə 36 ay müddətində qaytarılması şərtinin əlavə edilməsi ilə yeni müqavilənin imzalanması vəzifəsinin ”Standart Lizinq” MMC-yə həvalə edilməsi tələbinin rədd olunması barədə məhkəmənin nəticəsi qanuni və əsaslı olmuşdur. 60. "xxxx" MMC-yə ödənilmiş 528.080 manat məbləğində avans ödənişləri zamanı nəzərə alınmamış 389.730 manatın və həmin vəsaitin əsassız özündə saxlanması nəticəsində hesablanmış 58.459,50 manatın "xxxx" MMC-dən tutularaq iddiaçılara qaytarılması tələbi əsaslı dey il. Cinayət işinin başlanmasının rədd edilməsi barədə Binəqədi rayon prokurorluğunun 2015-ci il 15 oktyabr tarixli qərarında pulun qaytarılması ilə bağlı sənədlərin saxta olmaması ekspert rəyi ilə öz təsdiqini tapdığından (həmin qərar ləğv edilməmişdir) ilk iddia tələbi bu hissədə təmin edilə bilməz.
61. İddia müddətinin ötürülməməsinə dair iddiaçıların dəlili də əsaslı deyil. Çünki "xxxx" MMC 389.730 manatın qaytarılması öhdəliyini lazımınca icra edib. Mövcud olmayan öhdəlik üzrə iddia müddətinin ötürülüb-ötürülməməsi müzakirə oluna bilməz. Digər tərəfdən, buradakı müddət müqavilədən irəli gələn 3 illik müddət deyildir. Çünki "xxxx" MMC ilə iddiaçılar arasındakı müqavilə münasibətlərinin (alqı-satqı) lizinq müqavilələri ilə hər hansı bağlılığı yoxdur. Eyni zamanda, hətta müqavilə üçtərəfl i alqı-satqı müqaviləsi olsaydı belə, pulun qaytarılmasının əsasını müqavilə deyil, əsassız varlanma təşkil edə bilərdi. Çünki həmin müqavilələr üzrə pulun ödənilməsi vəzifəsini iddiaçılar deyil, lizinq verən daşıyırdı (müqavilələrin 4.3.1-ci bəndi). İddiaçılar "xxxx" MMC-yə ümumilikdə 384.580 manat pulu 2012-ci il 20 sentyabr tarixinədək ödəmiş, "xxxx" MMC-yə qarşı iddianı isə 2015-ci il 13 oktyabr tarixində vermişlər. İddiaçıların tərəf olduqları alqı-satqı müqavilələri üzrə öhdəlikləri barədə məlumatlı olmadıqlarını irəli sürmələri qəbul edilə bilməz. Odur ki, tələbin mövcudolma ehtimalında belə, 2 illik müddət ötürülmüşdür. "xxxx" MMC isə iddia müddətinin tətbiqinə dair ərizə vermişdir.
62. Apellyasiya instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə mövqeyi isə belə olmuşdur ki, apellyas iya icraatı zamanı son məhkəmə iclasında Cavabdeh1-nin nümayəndəsi “359.571 manat vaxtı keçmiş lizinq ödənişlərinin lizinq verənin xeyrinə tutulması” tələbi ilə bağlı dəqiqləşmə verərək cəmi 312.332 manat borc (241.342 manat əsas borc, 70.990 manat faiz) tutulmasını xahiş etmişdir. Ona görə də iddiaçılardan bu məbləğ tutulmalıdır. Lizinq ödənişlərinin gecikdirilməsinə görə 81.916 manat tələb olunan dəbbə pulu isə 1.000 manat müəyyən olunmalıdır.
63. Avtomaşınlar təhvil verilmədiyi üçün və lizinq müqavilələrinə 2014-cü il 28 noyabr tarixində xitam verildiyi üçün 308.758 manat dəbbə pulunun ödənilməsi tələbi əsaslı olmamışdır. Belə ki, bundan sonrakı dövr üçün dəbbə pulunun ödənilməsi barədə başqa razılaşma yoxdur.
64. Əldən çıxmış fayda barədə sübutlar (geri alınmış maşınların digər müştəri lərə verilməsi, bundan gəlir əldə edilməsi) olmadığından qarşılıqlı iddia tələbi 208.025 manat əldən çıxmış faydanın tutulması hissəsində rədd edilməlidir.
65. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 337.5, 347, 354.2, 372.1, 390.1, 390.3, 424.2, 424.4, 463.1, 467, 528, 560.2, 560.3.4, 747.1, 748-1.8, 748-1.12.4, 748-2.1, 748-2.2, 748- 2.5, 748-10.1, 1095-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
66. İddiaçılar 2020-ci il 24 fevral tarixində həmin qətnamədən hər biri ayrı-ayrılıqda kassasiya şikayəti vermiş, qətnamənin ləğv, ilk iddia tələblərinin tam təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdirlər. d) Kassasiya instansiya məhkəməsində ikinci icraat
67. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 iyul tarixli 2-2(102)-5/ 2021 saylı qərarı ilə İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən, İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 dekabr tarixli 22(103)-840/2019 saylı qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə qismən iddiaçılar tərəfindən "xxxx" MMC-yə ödənilmiş 528.080 manat məbləğində avans ödənişləri zamanı hesaba alınmamış 389.730 manat pulun və həmin pul vəsaitini əsassız olaraq özündə saxlaması nəticəsində bank uçot dərəcəsi olaraq hesablanmış 58.459,50 manat pulun "xxxx" MMC-dən tutularaq iddiaçılara qaytarılması tələbi”nin təmin edilməməsi hissəsində və qarşılıqlı iddia üzrə cavabdehlərdən cəmi 312.332 manat borcun (241.342 manat əsas borc, 70.990 manat faiz borcu) qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1-nin xeyrinə tutulması hissəsində ləğv edilmiş, işin həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qət edilmişdir (sədrlik edən – B.Məmmədli, hakimlər – R.Nəbizadə, Z.Əliyev).
68. Kassasiya instansiya məhkəməsi iş üzrə mövqeyini belə əsaslandırmışdır ki, müqavilələri sərbəst şəkildə imzaladıqdan, onların şərtlərini qismən icra etdikdən, lizinqə götürülmüş avtomaşınlardan yararlandıqdan və nəhayət lizinq müqavilələri lizinq verən tərəfindən lizinq ödənişləri üzrə öhdəliklərin lizinq alanlar tərəfindən pozulması səbəbindən xitam olunduqdan sonra müqavilələrin ağır şərtlərlə bağlanmasına istinad edərək müqavilələrin etibarsız hesab edilməsinin tələb olunması hüquqi baxımdan əsaslı deyildir. Məhkəmə kollegiyası müqavilənin etibarsızlığ ı ilə bağlı tələb irəli sürülməsinin sonradan baş vermiş iqtisadi böhran, devalvasiya nəticəsində tamamilə yeni şəraitin yaranması ilə bağlı olmasına dair kassatorların dəlili ilə də razılaşamışdır.
69. Hazırkı işdə lizinq müqavilələri bağlanarkən iddiaçıların istinad etdiyi iqtisadi böhran və devalvasiya şəraiti ümumiyyətlə mövcud deyildi, bu şərait müqavilələr bağlandıqdan sonra (müqavilələrin icrası zamanı) yaranmışdır. Buna görə də lizinq müqavilələri bağlanarkən iqtisadi böhran və devalvasiya şəraitinin yaranması ilə bağlı MM-də müəyyənləşdirilmiş şərtlərin pozulması halı mümkün deyildir.
70. Digər tərəfdən, əqdlərin etibarslzlığına səbəb olan halların dairəsi MM-in 339-347, 349-cu maddələrində dəqiq müəyyən edilmişdir. İqtisadi böhran və devalvasiya şəraitinin yaranması MM-də əqdləri n etibarslzlığına səbəb olan hal kimi nəzərdə tutulmamışdır. Ümumiyyətlə, həmin hallar MM-də müəyyənləşdirilmiş şərtlərin pozulması ilə nəticələnmir.
71. Məhkəmə kollegiyası iddiaçılar tərəfindən ödənilmiş lizinq ödənişlərinin iddia müddətinin ötürülməməsi səbəbindən geri qaytarılmalı olmasına dair kassatorların dəlili ilə də razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi “yuxarıda göstərilmiş səbəblərdən lizinq müqavilələri bağlandıqları andan etibarlı olduqlarından həmin müqavilələr üzrə həyata keçirilmiş lizinq ödənişlərinin ilk iddiaçılara qaytarılması üçün hər hansı əsas da mövcud deyildir”, başqa sözlə, “MM-in 337.5-ci maddəsinin hazırki mübahisəyə tətbiqi istisna edilir” ənaətini iddia müddətinin ötürülməsi ilə əlaqələndirməmişdir.
72. Lizinq müqavilələrinin etibarsız hesab olunması üçün əsaslar hazırkı işdə ümumiyyətlə mövcud olmadığından bununla bağlı tələbin rədd edilməsi tamamilə əsaslı olmuşdur. Belə olan halda həmin tələb üzrə iddia müddətinin tətbiqinə ümumiyyətlə zərurət olmamışdır. Bundan başqa, kassatorların avtomaşınlar geri qaytarıldıqda, lizinq ödənişlərinin avtomaşınların satış qiymətini təşkil edən hissəsinin lizinq alana qaytarılmalı olmasına dair dəlili də əsaslı hesab edilə bilməz. Belə ki, əvvəla, iddia ərizəsində lizinq müqavilələri üzrə iddiaçılar tərəfindən lizinq verənə ödənilmiş pulların iddiaçılara qaytarılması tələbi lizinq müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi tələbindən sonra qoyulmuş və bu tələblə əlaqələndirilmişdir.
73. Lizinq müqavilələri etibarsız hesab edilmədən (hazırkı işdə də lizinq müqavilələrinin e tibarsız hesab edilməsi üçün əsaslar müəyyən olunmamışdır) və qarşılıqlı restitusiya qaydası tətbiq edilmədən həmin müqavilələr üzrə lizinq alanın həyata keçirdiyi lizinq ödənşlərinin qaytarılması tələbinin təmin olunmasının hüquqi əsasları mövcud deyildir.
74. İddiaçılar lizinq müqavilələri üzrə 2014-cü ildə lizinq ödənişlərinin həyata keçirilməməsini ölkədə baş verən iqtisadi-maliyyə çətinlikləri nəticəsində yükdaşımaların həyata keçirilməsi üçün onlarla müqavilələrlərin bağlanmaması ilə, bunun da MM-in 422.1ci maddəsində nəzərdə tutulmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə izah etsələr də, istinad etdikləri halların mövcudluğunu tutarlı dəlillərlə, mötəbər sənədlərlə (məsələn, müvafiq səbəblərdən sahibkarların təsərrüfat dövriyyəsinin azalmasının nəticələrini əks etdirən maliyyə -mühasibatlıq sənədləri, vergi orqanlarına təqdim olunmuş hesabat sənədləri, sifarişçi tərəfdaşlarla yazışmalar və s.) əsaslandıra bilməmişlər. Halbuki həmin halların mövcudluğunun sübut olunması vəzifəsi, MPM-nin 77.1-ci maddəsinə görə, məhz onlara istinad edən iddiaçıların üzərinə düşürdü.
75. Hazırkı işdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halının mövcudluğu işin halları ilə müəyyən olunmadığından MM-in 422-ci maddəsi tətbiq edilərək lizinq müqavilələri üzrə ödənilməmiş qalıq borcun İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh1-yə 36 ay müddətində qaytarılması şərtinin əlavə edilməsi ilə yeni müqavilənin imzalanması vəzifəsinin lizinq verənin üzərinə qoyulması üçün hüquqi əsaslar mövcud deyildir.
76. Məhkəmə kollegiyası maşınların 2/5 hissəsi üzərində iddiaçıların mülkiyyət hüququnun t anınmasının mümkün olmaması, lizinq müqavilələrinə xitam verildikdə lizinq obyektlərinin qaytarılmalı olması barədə apellyasiya instansiyası məhkəməsinin yanlış nəticəyə gəlməsinə dair kassatorların dəlillərini əsassız hesab edərək həmin məhkəmənin bu məsələdə hüquq pozuntusuna yol vermədiyini hesab etmişdir. Qeyd etmək lazımdır ki, hazırkı işə kassasiya instansiyasında ilk dəfə baxılarkən məhkəmə bu məsələdə kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmiş və belə nəticəyə gəlmişdir ki, müqavilələr üzrə ümumi ödənişlərin məbləği və lizinq obyektlərinin həmin məbləğlərə uyğun razılaşdırılmış dəyərləri nəzərə alınmaqla, dəyəri faktiki ödənilmiş avtomaşınların lizinq müqavilələrinin şərtlərinə müvafiq olaraq iddiaçıların mülkiyyətinə verilməsi məsələsi apellyasiya məhkəməsi tərəfindən dü zgün qiymətləndirilməmişdir və işə yenidən baxılarkən bu məsələ də hərtəfərli araşdırılaraq, işdəki sübutlar əsasında qanuni həllini tapmalıdır. Həmçinin böyük məbləğdə pul ödəmiş iddiaçılardan həm borcun lizinqverənin xeyrinə tutulması, həm də faktiki dəyəri ödənilmiş yük avtomobilləri ilə birlikdə bütün avtomaşınların lizinqverənə qaytarılması barədə nəticəyə gəlməklə apellyasiya məhkəməsi müvafiq maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməmiş, qanunsuz və ədalətlə tam səsləşməyən qətnamə qəbul etmişdir.
77. Lakin hazırkı işə baxan məhkəmə tərkibi MM-in tələblərini, lizinq müqavilələrinin müvafiq müddəalarını, habelə formalaşmış məhkəmə təcrübəsini bir daha təhlil edərək sözügedən məsələlərlə bağlı fərqli nəticəyə gəlmiş, bu səbəbdən də MPM-in 418-1.2-ci maddəsinə uyğu n olaraq, məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə müvafiq təqdimatla çıxış etmişdir.
78. İşin materiallarından görünür ki, lizinqə verilmiş avtomaşınlar lizinq alanlar tərəfindən təhvil alınaraq istifadə olunmuşdur. Faktiki həyata keçirilmiş lizinq ödənişləri məhz avtomaşınların lizinq alanlar tərəfindən istifadə olunması müqabilində həyata keçirilmişdir. Lizinq obyektlərinin üzərindəki mülkiyyət hüququnun lizinq verəndən lizinq alana keçməsinin əsas şərti istər qanun, istərsə də lizinq müqavilələrində nəzərdə tutulduğu kimi, bütün lizinq ödənişlərinin lizinq alan tərəfindən həyata keçirilməsidir.
79. Hazırkı iş üzrə həmin şərtin lizinq alan tərəfindən yerinə yetirilməsi, yəni müqavilədə nəzərdə tutulmuş bütün lizinq ödənişlərinin tam həcmdə həyata keçirilməsi işin mater ialları ilə müəyyən edilmir.
80. Onu da qeyd etmək lazımdır ki, lizinqə iki və ya daha artıq obyektin verilməsi də (hazırkı işdə olduğu kimi) bu nəticəni dəyişmir. Yəni yalnız bütün lizinq obyektləri üzrə lizinq müqaviləsində nəzərdə tutulmuş ödənişlər tam şəkildə həyata keçirildikdən sonra bu obyektlər üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilər.
81. Belə olan halda məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, avtomaşınların 2/5 hissəsi üzərində ilk iddiaçıların mülkiyyət hüququnun tanınması hüquqi əsaslar mövcud deyildir.
82. Eyni zamanda, qərardadın nəticəsinin 1-ci bəndinə görə, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında ödənilməməsi səbəbindən lizinq verən tərəfində n lizinq müqaviləsi vaxtından əvvəl ləğv olunduğu halda, lizinq obyekti lizinq verənə qaytarılmalıdır. Hazırkı işdə lizinq müqavilələrində belə şərt nəzərdə tutulmamışdır. Odur ki, lizinq müqavilələri xitam olunduqdan sonra lizinqə verilmiş avtomaşınların lizinq alanlarda saxlanılması və lizinq verənə geri qaytarılmaması üçün də hüquqi əsaslar yoxdur. Hazırkı halda da tərəflər lizinq müqaviləsində lizinq alanlar tərəfindən avansın ödənilməsi öhdəliyi nəzərdə tutulmuş, lizinq alanlar da müvafiq məbləğdə avans ödənişini həyata keçirərək öz üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirmişlər. Bir neçə lizinq müqaviləsi üzrə, lizinq alanlar tərəfindən lizinq obyektinin dəyəri üçün avans şəklində ödənilmiş ayrı-ayrı məbləğlərin cəmi nəzərə alınmaqla, lizinq obyektlərinin bir hissəsi üzərində l izinq alanların mülkiyyət hüquqları tanına bilməz. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, avtomaşınların 2/5 hissəsi üzərində iddiaçıların mülkiyyət hüququnun tanınmasının mümkün olmaması, lizinq müqavilələrinə xitam verildikdə lizinq obyektlərinin qaytarılmalı olması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanunvericiliyin və lizinq müqavilələrinin müddəalarına, həmçinin qərardadda əks olunmuş hüquqi mövqelərə uyğundur.
83. Apellyasiya instansiya məhkəməsi iddiaçılar tərəfindən "xxxx" MMC-yə ödənilmiş 528.080 manat məbləğində avans ödənişləri zamanı hesaba alınmamış 389.730 manat pulun və həmin pul vəsaitini əsassız olaraq özündə saxlaması nəticəsində bank uçot dərəcəsi olaraq hesablanmış 58.459,50 manat pulun "xxxx" MMC-dən tutularaq i ddiaçılara qaytarılması tələbini əsaslı hesab etməmiş, ona istinad etmişdir ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə Binəqədi Rayon Prokurorluğunun 2015ci il 15 oktyabr tarixli qərarına əsasən pulun iddiaçılara qaytarılması ilə bağlı sənədlərin saxta olmaması ekspert rəyi ilə öz təsdiqini tapmış və həmin qərar ləğv edilməmişdir.
84. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Birincisi, Binəqədi Rayon Prokurorluğunun 2015-ci il 15 oktyabr tarixli qərarından görünür ki, iddiaçılar prokurorluğa "xxxx" MMC-nin qanunsuz hərəkətləri və 13 ədəd kassa mədaxil orderləri (ümumilikdə 523.080 manat vəsaitə dair həmin orderlərin tarix və nömrələri qərarda sadalanmışdır) barədə ərizə ilə müraciət etmiş, bu orderlərin saxta ol masını onların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalarda və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2005-ci il 22 dekabr tarixli i-163 nömrəli əmri ilə təsdiq edilmiş əlavədə, habelə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş lisenziya verilməsi qaydalarında ciddi hesabat blankları üçün müəyyən edilmiş tələblərin pozulmaqla hazırlanması, sadəcə kompüterdə çap olunmuş kağız parçası olması, orderlərin bir qismi üzərində "xxxx" MMC-nin deyil, “Yuqa Motors” şirkətinin möhürünün vurulması ilə əsaslandırmışlar.
85. Prokurorluğun istinad olunan qərarının təsviri hissəsində qeyd edilmişdir ki, məhkəmə-xəttşünaslıq ekspertizasının 2015-ci il 7 oktyabr tarixli 18720 saylı rəyindən göründüyü kimi, İddiaçı1 adına olan 2013-cü il 8 fevral tarixli ********* saylı kassa mədaxil orderinin ksreosurətində “imza” qrafasında əks olunmuş imza İddiaçı1 tərəfindən, İddiaçı2 adına olan 2013-cü il 8 fevral tarixli ********* saylı kassa məxaric orderinin kserosurətində “imza” qrafasında əks olunmuş imza İddiaçı2 tərəfindən icra olunmuşdur. Halbuki iddiaçıların prokurorluğa ərizə ilə müraciəti həmin orderlərlə bağlı olmamış, müvafiq olaraq ərizəyə həmin orderlər əlavə edilməmişdir. Başqa sözlə, qərarın mətnindən aydın olur ki, ərizəçilərin göstərdikləri mədaxil orderlərinin sırasında ekspert rəyində göstərilmiş orderlər ümumiyyətlə yoxdur. Ərizəçinin müraciətinin predmeti olmadığı halda prokurorluğun qərarında 2013-cü il 8 fevral tarixli ********* say lı mədaxil və ********* saylı kassa məxaric orderlərinə dair hüquqi qiymətləndirmə aparılmışdır. Qərarın nəticə hissəsində də iddiaçıların ərizəsindəki xüsusatlar öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edildiyi göstərilmişdir.
86. Göründüyü kimi, iddiaçılar "xxxx" MMC tərəfindən onlara verilmiş 13 ədəd kassa mədaxil orderlərinin müvafiq qanunvericiliyin tələblərinin pozulmaqla hazırlanması səbəbindən bu orderlərin saxta olmaları ilə bağlı müraciət etmiş, pul vəsaitlərinin iddiaçılara qaytarılmasına dair məlumatları əks etdirən 2013-cü il 8 fevral tarixli ********* saylı mədaxil və ********* saylı kassa məxaric orderləri həmin ərizənin predmeti olmamışdır.
87. Prokurorluğun qərarının nəticə hissəsi ilə məhz ərizəyə qiymət verilmişdir. Belə olan halda ərizədə göstərilmə yən 2013-cü il 8 fevral tarixli ********* saylı mədaxil və ********* saylı kassa məxaric orderlərinə prokurorluğun müvafiq qərarı ilə hüquqi qiymət verilməsinə dair qənaət işin qeyd olunan halları ilə ziddiyyət təşkil edir.
88. İkincisi, ekspert rəyində 2013-cü il 8 fevral tarixli ********* saylı kassa mədaxil və ********* saylı kassa məxaric orderinin kserosurətində “imza” qrafasında əks olunmuş imzaların müvafiq olaraq iddiaçılar tərəfindən icra olunmasının göstərilməsi hələ reallıqda həmin sənədlərin əsilləri üzərində məhz bu şəxslər tərəfindən imza edilməsi demək deyildir. Belə ki, həmin imzaların surətlərinin texniki üsul və vasitələrdən istifadə etməklə də kserosurət üzərinə köçürülməsi mümkündür. Həmin sənədlərin əslləri MPM-in 89.3-cü maddəsinin tələblərinə uyğun şəkildə tədqiq olu nmadan həqiqətən də orderlər üzərinə bu şəxslərin imza etməsini tam əminliklə təsdiq etmək qeyri-mümkündür.
89. Yuxarıda göstərilənlərə əsasən, prokurorluğun qərarı 389.730 manat vəsaitin "xxxx" MMC tərəfindən iddiaçılara qaytarılmasını təsdiq edən mötəbər sübut hesab oluna bilməz.
90. Qeyd olunanlara baxmayaraq apellyasiya instansiyası məhkəməsi səhvən prokurorluğun məlum qərarının mövcudluğuna istinad etməklə MPM-in sübutetməyə dair tələblərini, o cümlədən 81 və 88-ci maddələrini pozmuş, nəticədə 389.730 manat pulun və həmin pul vəsaitini əsassız olaraq özündə saxlaması nəticəsində bank uçot dərəcəsi olaraq hesablanmış 58.459,50 manat pulun "xxxx" MMC-dən tutularaq iddiaçılara qaytarılması tələbi üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
91. Məhkəmə kollegiyası həmin vəsaitin qaytarılmasın ın əsasının alqı-satqı müqaviləsi deyil, əsassız varlanma təşkil etməsinə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Çünki iddiaçıların tərəflərdən biri olduğu alqı-satqı müqavilələri üzrə lizinq obyektlərinin dəyərini satıcıya ödəmək öhdəliyini bilavasitə iddiaçılar deyil, məhz lizinq təşkilatı daşıyırdı. Odur ki, iddiaçıların hazırda qaytarılmasını tələb etdikləri "xxxx" MMC-yə avans ödənişləri adı ilə 389.730 manat pul ödəmələrinə hər hansı hüquqi əsas olmamışdır. Buna görə də həmin vəsaitin qaytarılması tələbi üçün MM-in 1095-ci maddəsi ilə əsassız varlanma üzrə müəyyən edilmiş 2 illik iddia müddəti tətbiq edilə bilər. Lakin, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq məhkəmə kollegiyası hesab edir ki, bu tələb üzrə iki illik iddia müddəti ötürülməm işdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların "xxxx" MMC-yə ümumilikdə 384.580 manat pulun 2012-ci il 20 sentyabr tarixinədək ödəmələrini və iddiaçıların tərəf olduqları alqı-satqı müqavilələri üzrə öhdəlikləri barədə məlumatlı olduqlarını, iddiaçıların "xxxx" MMC-yə qarşı iddiasının isə 2015-ci il 13 oktyabr tarixində verildiyini əsas gətirərək onlar tərəfindən iddia müddətinin ötürülməsi nəticəsinə gəlmişdir. Halbuki işin materiallarından görünür ki, 389.730 manat vəsaitin "xxxx" MMC tərəfindən iddiaçılara 2013-cü il 8 fevral tarixdə qaytarıldığı bildirilsə də (bu tarix müvafiq orderlərin üzərində əks etdirilmişdir), bundan sonra iddiaçılar "xxxx" MMC-yə dörd dəfə ödəniş edərək ümumilikdə 18.500 manat (o cümlədən 2013-cü il 4 mart tarixində 10.000 manat, 27 iyun tarixin də 7.000 manat, 2014-cü il 4 iyun tarixində 1.000 manat və 20 sentyabr tarixində 500 manat) vəsait ödəmişlər. İddiaçılar alqı-satqı müqavilələrinin tərəflərindən biri olaraq öz öhdəlikləri barədə məlumatlı olsalar da, "xxxx" MMC-yə vəsaitlərin ödənilməsini 2014-cü il 20 sentyabr tarixinədək, yəni lizinq müqavilələrinə xitam verilməsinə təqribən iki ay müddətin qalmasınadək davam etdirmələri iddiaçıların "xxxx" MMC tərəfindən onların hüquqlarının pozulmasından xəbərsiz olduqlarına dəlalət edir. Əks halda, ödənişlər qeyd olunan tarixinədək davam etdirilməzdi.
92. Bu səbəbdən, iddia müddətinin axımının başlanma tarixi məhz iddiaçılar tərəfindən "xxxx" MMC-yə vəsaitlərin son ödəniş tarixi, yəni 2014-cü il 20 sentyabr tarixi hesab olunmalıdır. İddiaçıların "xxxx" MMC-yə qarşı iddiası 2015-ci il 13 oktyabr tarixində verildiyi nəzərə alındıqda məlum olur ki, həmin tələb üzrə 2 illik iddia müddətinin ötürülməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunun tələbinə uyğun olmamış, məhkəmə iş üzrə toplanmış sübutları düzgün qiymətləndirməmiş, nəticədə maddi hüquq pozuntusuna yol vermiş, tətbiq edilməli normanı tətbiq etməmişdir.
93. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı Ali Məhkəmənin iş üzrə ilk dəfə qəbul etdiyi 2019-cu il 28 iyun tarixli qərarında verilmiş müvafiq göstərişi yerinə yetirilməli, "xxxx" MMC tərəfindən 389.730 manat vəsaitin iddiaçılara qaytarılıb-qaytarılmaması məsələsinə mötəbər sübutlar əsasında aydınlılq gətirilməli (Ali Məhkəmənin qərarında qeyd olunduğu kimi, həmin məsələ üzrə sübutetmə vəzifəsi məhz "xxxx" MMC-nin üzərinə düşür), iddiaçıların bu vəsaitin və həmin pul vəsaitini əsassız olaraq özündə saxlaması nəticəsində bank uçot dərəcəsi olaraq hesablanmış 58.459,50 manat pulun "xxxx" MMC-dən tutularaq iddiaçılara qaytarılması tələbinə hüquqi qiymət verilməlidir.
94. Məhkəmə öz qətnaməsini MM-in 6.1, 6.1.2, 6.1.5, 6.2, 337.5, 337.1, 347, 354.2, 372.1, 385.1, 390.1, 390.3, 404.1, 404.2, 418.1, 422.1, 424.2, 424.4, 463.1, 467, 528, 560.2, 560.3, 560.3.4, 747.1, 747.3, 748-1.8, 748-1.12, 748-1.12.4, 748-2.1, 748-2.2, 7482.5, 748-10.1, 1095-ci, MPM-in 77.1, 88, 89.3, 103.1, 103.2, 217.1, 220.5, 418-1.2, 4181.3, maddələrinə, KMP-nin “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 2006-cı il 9 fevral tari xli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2006-cı il 22 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 13 iyun tarixli qərarına, KMP-nin “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 28 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 2020-ci il 28 dekabr tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum unun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 2021-ci il 4 iyun tarixli, 1/2021 saylı qərardadına istinad etməklə əsaslandırmışdır. e) Apellyasiya instansiya məhkəməsində üçüncü icraat
95. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 may tarixli, 2-2(103)57/2022 saylı qətnaməsi ilə iddiaçılar və cavabdeh "xxxx" MMC tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-76/2016 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2016-cı il 8 iyul tarixli qətnaməsi qismən, yəni iddiaçılar tərəfindən cavabdeh "xxxx" MMC-yə qarşı irəli sürülmüş pulun tutulması tələblərinə aid və "xxxx" MMC tərəfindən iddiaçılara qarşı irəli sürülmüş lizinq müqaviləsi üzrə borcun tutulması tələblərinə aid hissədə ləğv edilmiş, iddiaçıların cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 389.730 manat əsas məbləğ və 58.459,50 manat faiz məbləği, cəmi 448.189,5 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçılara ödənilməsi qət edilmiş, "xxxx" MMC-nin İddiaçı1 və İddiaçı2 qarşı lizinq müqaviləsi üzrə borcun tutulması barədə ilk iddia təmin olunmamışdır (sədrlik edən - R.Qurbanov, hakimlər A.Hüseyn, Ş.Məhərrəmova).
96. Apellyasiya instansiya məhkəməsi iş üzrə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıların cavabdeh "xxxx" MMC-yə qarşı 389.730 manat pul və onun 58.459,50 manat faiz dərəcəsinin tutulması barədə iddia tələbi əsaslıdır. Belə ki, iddiaçılar tərəfindən 528.000,0 (389.730 + 138.000) manatın avans olaraq üçtərəfli müqavilələrə əsasən "xxxx" MMC-yə ödənilməsi işin mübahisəsiz halıdır və bu halı tərəflər təkzib etmirlər, pulların ödənişi barədə qəbzlərin surətləri iş materiallarına əlavə edilmiş, birinci instansiya məhkəməsində işə baxılarkən həmin qəbzlərin əsillərinə baxış keçirilərək iddiaçılara qaytarılmış və bu barədə məhkəmə iclas protokolunda da müvafiq qeydlər vardır (2-ci cild, səhifə 330). Eyni zamanda "xxxx" MMC həmin vəsaitdən yalnız 138.000 manatı avans olaraq hesaba almış, qalan 389.730 məbləğ i isə hesaba almamışdır. Qalan 389.730 məbləğin iddiaçılara geri qaytarılması ilə bağlı "xxxx" MMC-nin dəlilləri isə əsassızdır.
97. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-5/2021 saylı iş üzrə qəbul etdiyi 2021-ci il 7 iyul tarixli qərarında göstərilmişdir ki, iddiaçılar "xxxx" MMC tərəfindən onlara verilmiş 13 ədəd kassa mədaxil orderlərinin müvafiq qanunvericiliyin tələblərinin pozulmaqla hazırlanması səbəbindən bu orderlərin saxta olmaları ilə bağlı müraciət etmiş, pul vəsaitlərinin iddiaçılara qaytarılmasına dair məlumatları əks etdirən 2013-cü il 8 fevral tarixli ********* saylı mədaxil və ********* saylı kassa məxaric orderləri həmin ərizənin predmeti olmamışdır. Prokurorluğun qərarının nəticə hissəsi ilə məhz ərizəyə qiymət verilmişdir. Belə olan halda əri zədə göstərilməyən 2013-cü il 8 fevral tarixli ********* saylı mədaxil və ********* saylı kassa məxaric orderlərinə prokurorluğun müvafiq qərarı ilə hüquqi qiymət verilməsinə dair qənaət işin qeyd olunan halları ilə ziddiyyət təşkil edir. İkincisi, ekspert rəyində 2013-cü il 8 fevral tarixli ********* saylı kassa mədaxil və ********* saylı kassa məxaric orderinin kserosurətində “imza” qrafasında əks olunmuş imzaların müvafiq olaraq iddiaçılar tərəfindən icra olunmasının göstərilməsi hələ reallıqda həmin sənədlərin əsilləri üzərində məhz bu şəxslər tərəfindən imza edilməsi demək deyildir. Belə ki, həmin imzaların surətlərinin texniki üsul və vasitələrdən istifadə etməklə də kserosurət üzərinə köçürülməsi mümkündür. Həmin sənədlərin əslləri MPM-in 89.3-cü maddəsinin tələblərinə uyğun şəkildə tədqiq olunmadan həqiqətən də orderlər üzərinə bu şəxslərin imza etməsini tam əminliklə təsdiq etmək qeyri-mümkündür. Yuxarıda göstərilənlərə əsasən, prokurorluğun qərarı 389.730 manat vəsaitin "xxxx" MMC tərəfindən iddiaçılara qaytarılmasını təsdiq edən mötəbər sübut hesab oluna bilməz.
98. Həmçinin həmin iddia tələbi ilə bağlı iddia müddətinin ötürülməsi ilə bağlı dəlillər də əsassızdır. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq məhkəmə kollegiyasının bu tələb üzrə iki illik iddia müddətinin ötürülmədiyi qənaətinə gəlməsi göstərilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların "xxxx" MMC-yə ümumilikdə 384.580 manat pulun 2012-ci il 20 sentyabr tarixinədək ödəmələrini və iddiaçıların tərəf oldu qları alqı-satqı müqavilələri üzrə öhdəlikləri barədə məlumatlı olduqlarını, iddiaçıların "xxxx" MMC-yə qarşı iddiasının isə 2015-ci il 13 oktyabr tarixində verildiyini əsas gətirərək onlar tərəfindən iddia müddətinin ötürülməsi nəticəsinə gəlmişdir. Halbuki işin materiallarından görünür ki, 389.730 manat vəsaitin "xxxx" MMC tərəfindən iddiaçılara 2013-cü il 8 fevral tarixdə qaytarıldığı bildirilsə də (bu tarix müvafiq orderlərin üzərində əks etdirilmişdir), bundan sonra iddiaçılar "xxxx" MM-yə dörd dəfə ödəniş edərək ümumilikdə 18.500 manat (o cümlədən 2013-cü il 4 mart tarixində 10.000 manat, 27 iyun tarixində 7.000 manat, 2014-cü il 4 iyun tarixində 1.000 manat və 20 sentyabr tarixində 500 manat) vəsait ödəmişlər. İddiaçılar alqı-satqı müqavilələrinin tərəflərindən biri olaraq öz öhdəli kləri barədə məlumatlı olsalar da, "xxxx" MMC-yə vəsaitlərin ödənilməsini 2014-cü il 20 sentyabr tarixinədək, yəni lizinq müqavilələrinə xitam verilməsinə təqribən iki ay müddətin qalmasınadək davam etdirmələri iddiaçıların "xxxx" MMC tərəfindən onların hüquqlarının pozulmasından xəbərsiz olduqlarına dəlalət edir. Əks halda, ödənişlər qeyd olunan tarixədək davam etdirilməzdi. Buna görə də iddia müddətinin axımının başlanma tarixi məhz iddiaçılar tərəfindən "xxxx" MMC-yə vəsaitlərin son ödəniş tarixi, yəni 2014-cü il 20 sentyabr tarixi hesab olunmalıdır. İddiaçıların "xxxx" MMC-yə qarşı iddiası 2015-ci il 13 oktyabr tarixində verildiyi nəzərə alındıqda məlum olur ki, həmin tələb üzrə 2 illik iddia müddətinin ötürülməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunun tələbinə uyğun olmamış, məhkəmə iş üzrə toplanmış sübutları düzgün qiymətləndirməmiş, nəticədə maddi hüquq pozuntusuna yol vermiş, tətbiq edilməli normanı tətbiq etməmişdir. İddiaçılara məxsus 389.730 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-də qalması üçün heç bir hüquqi əsas mövcud olmamış və sonuncu bununla əsassız varlanmışdır. Ona görə də, iddiaçılar həmin məbləğin geri qaytarılmasını tələb etməkdə haqlıdır.
99. Tərəflər arasında bağlanmış lizinq müqavilələrinə vaxtından əvvəl xitam verildiyi və lizinq obyekti olan yük avtomobilləri lizinq şirkətinə geri qaytarıldığı üçün onların əldə edilməsi ilə bağlı iddiaçıların çəkdiyi xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxil edilməlidir. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan müddəalarına ziddir, eyni zamanda lizinq şirkəti nin əsassız varlanmasına gətirib çıxarır. Çünki lizinq obyekti qaytarıldıqdan sonra lizinq şirkəti onları özgəninkiləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki onların lizinq şirkətinin mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini iddiaçılar çəkmişlər.
100. Hazırki işin də mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçılar müqavilələr üzrə ilkin ödəniş avans və digər xərclər kimi cəmi 138000 manat məbləğində pul ödənişi etmişlər, lakin nə lizinq şirkəti, nə də birinci instansiya məhkəməsi tərəfindən borc hesablanarkən həmin ödəniş nəzərə alınmamışdır.
101. Bundan başqa "xxxx" MMC tərəfindən təqdim edilmiş maliyyə arayışı (cild.6-səh 90,91) məlumatlarından göründüyü kimi yuxarıda göstərilən ödənişlərdən əlavə 26 sentyabr 2012-ci il tarixli, DLM2 90 saylı X1 Müqaviləsi üzrə lizinq avadanlığının satışından əldə olunmuş 25.000,00 manat məbləğində pul vəsaiti əsas borc qalığından ödənilmişdir. Hazırki tədqiqatla 26 sentyabr 2012-ci il tarixli, DLM290 saylı X2 Müqaviləsi üzrə avans məbləğləri çıxıldıqdan sonra 2014-cü il 28 noyabr tarixə (sualda göstərilən tarix) müəyyən edilmiş 52.949,86 manat məbləğində əsas borc qalığından lizinq avadanlığının satışından əldə olunmuş 25.000,00 manat çıxıldıqda İddiaçı1 "xxxx" MMC-yə 2014-cü il 28 noyabr tarixə (sualda göstərilən tarix) ödəniləcək ümumi borcu 27.949,86 manat məbləğində müəyyən edilir (52949,86-25000,00=27.949,86 əsas borc).
102. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 26 may tarixdə tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.
103. Cavabdeh "xxxx" MMC həmin qətnamədən kass asiya şikayəti vermiş, 2022-ci il 17 may tarixli 2-2(103)57/2022 saylı qətnaməsinin qismən, "xxxx" MMC-dən 448.189,5 manat vəsaitin tutulmasına dair hissədə ləğv edilərək, həmin hissədə yeni apelyasiya baxışına qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
104. Cavabdeh1 həmin qətnamədən 2022-ci il 21 iyul tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-57/2022 saylı iş üzrə 2022-ci il 17 may tarixli qətnaməsinin lizinq müqaviləsi üzrə borcun tutulması barədə qarşılıqlı iddia tələbinin təmin olunmadığı hissədə ləğv, Cavabdeh1-nin qarşılıqlı iddiasının tam təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) "xxxx" MMC-nin kassasiya şikayətinin dəlilləri
105. MPM-in 418.1-cu maddəsinin tələbləri pozulmuşdur. Bu iş üzrə 1-ci instansiya məhkəməsi istisna olmaqla, heç bir instansiya məhkəməsində "xxxx" iştirak etməmişdir. Bunun obyektiv və subyektiv səbəbləri olmuşdur. Subyektiv səbəbi ondan ibarət olmuşdur ki, 1-ci instansiya məhkəməsi "xxxx" MMC-yə münasibətdə iddia müddəti tətbiq etməklə ona qarşı iddia tələbini rədd etmişdir. Həm 1-ci, həm də 2-ci apellyasiya baxışı zamanı, "xxxx" MMC-yə qarşı iddia tələbinin rədd edilməsinə dair hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bu səbəb "xxxx" MMC-nin növbəti instansiyalarda iştirak etməsinə maneə yaratmışdır. Obyektiv səbəb ondan ibarət olmuşdur ki, "xxxx" MMC-nin ünvanı dəyişmiş, bu səbəbdən məhkəmə proseslərində iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə "xxxx" MMC-nin iştirakını təmin etməyə borclu idi və təmin etməli idi. Prosessual qanu nvericliyin tələbinə görə, bunu digər iştirakçılara həvalə edə bilərdilər. Apellyasiya instansiya məhkəməsi işə mahiyyəti üzrə baxır və yeni sübutları qəbul edir və araşdırır. Əgər iştirakları təmin edilsəydi, vəsaitin tam olaraq qaytarılmasını sübut edə bilərdilər. Bununla da, prosessual qanunvericliyin tələblərini kobud şəkildə pozmuşdur. b) Cavabdeh1-nin kassasiya şikayətinin dəlilləri
106. MM-in 747, 748-ci maddələrinin tələbləri pozulmuşdur. İlk növbədə məhkəmə kollegiyası Cavabdeh1-nin iddiasının təmin edilməməsini qeyd etsə də, həmin iddianın hüquqi əsasının olduğunu bildirir və həmin hüquqi əsas olaraq Mülki Məcəllənin 747-ci məddəsinə istinad edir. Odur ki, əgər iddianın əsası varsa məhkəmə onu təmin etmək əvəzinə əsassız olaraq rədd etmişdir. Hazırkı işin mübahisəsiz halı ondan i barətdir ki, iddiaçılar müqavilələr üzrə ilkin ödəniş avans və digər xərclər kimi cəmi 138.000 manat məbləğində pul ödənişi etmişlər. Lakin, qeyd etmək lazımdır ki, lizinq alan tərəfindən satıcıya edilmiş ödənişlər lizinq verənin cəlb etdiyi maliyyə vəsaitindən əlavə olaraq aparılmışdır. Yəni, lizinq alanın lizinq müqavilələri üzrə apardığı ödənişlər yalnız lizinq alan tərəfindən təqdim edilmiş maliyyə çərçivəsində aparılır və belə halda avans və digər xərclərin məbləğinin lizinqə verənə ödənilən məbləğdən çıxılması tam əsassızdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
107. İlk iddia tələbi üzrə İddiaçı1 vəkili Vəkil7 tərəfindən kassasiya şikayətinə etiraz təqdim olunaraq bildirilmişdir ki, maddi hüquq normalarının iddia olunan pozuntuları barədə kassasiya şikayətində hər han sı maddi hüquq normasının pozulması iddia edilməyib. Prosessual hüquq normalarının iddia olunan pozuntuları barədə Prosessual hüquq normalarının pozulması onunla əsaslandırılır ki: 1) Birinci instansiya məhkəməsində "xxxx" MMC-yə qarşı iddianın rədd edilməsi onun növbəti instansiyalarda iştirak etməsinə maneə yaratmışdır. Bu arqumentin heç bir hüquqi əsası yoxdur. Birinci, iddianın təmin və ya rədd edilməsinin Şikayətçinin işdə iştirakına hansı maneəni yaratması bəlli deyil və şikayətdə bu maneənin nədən ibarət olması da göstərilməyib. İkinci, iddianın rədd edilməsi barədə məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilmişdi və "xxxx" MMC-nin nümayəndəsi birinci instansiyada və apellyasiya baxışı zamanı nəhkəmənin ilk iclasında iştirak etmişdi. İclasın sonunda bütün tərəflər, o sıradan "x xxx" MMC-nin nümayəndəsi növbəti məhkəmə iclası barədə məlumatlandırılmışdı, lakin o, sonrakı məhkəmə iclaslarında heç bir üzürlü səbəb olmadan iştirak etməyib. 2) "xxxx" MMC-nin ünvanı dəyişdiyindən məhkəmə proseslərində iştirak etməmişdir, nəticədə MPM-in 379, 380.1, 376.1, 418.4.5-ci maddələrinin tələbləri pozulub. Bu maddələrin pozulması barədə arqument də əsassızdır. Birinci, MPM-in 146-cı maddəsinə əsasən, Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Qanunun mənasına görə ünvanın dəyişməsi barədə məhkəməni xəbərdar etmək vəzifəsinin pozulmasının riski prosessual vəzifəsini pozan tərəfin üzərinə düşür. İlk apellyasiya baxışında iştirak edib qətnamədən şikayət verildiyini bilən Şikayətçi ünvanın dəyişməsini məhkəmədən gizlətməklə əslində məhkəmə proseslərində iştirakdan qəsdən boyun qaçırıb. Bu halda yuxarıda göstərilən prosessual normaların tələblərini məhkəmənin pozması barədə iddia edilməsi əsassızdır. İkinci, hər bir məhkəmə iclasından sonra İddiaçı1 Şikayətçinin rəhbəri ilə onun ofisində görüşərək problemin həllinin mümkün Variantlarını müzakirə edib, onu məhkəmə prosesinin vaxtı barədə məlumatlandırıb. Ona görə də Şikayətçinin“məhkəmə bizi başqa iştirakçılar vasitəsilə məlumatlandıra bilərdi” arqumenti də həqiqətə uyğun deyil və sadəcə bilərəkdən məhkəmədə iştirakdan yayınma nı prosessual pozuntu kimi əsaslandırmaq cəhdidir. Üçüncü, bütün məhkəmə bildirişlərində "xxxx" MMC cavabdeh kimi göstərilib və bu bildirişlər hüquqi şəxsin ünvanına göndərilib. Məhkəmə bildirişləri aşağıdakı tarixlərdə, bütün ünvanlara, o cümlədən "xxxx" MMC-yə də göndərilmiş və heç bir bildiriş Məhkəməyə geri qayıtmamışdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
108. Kassasiya şikayətləri vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
109. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-nin 403 və 416-cı maddələrinin tələ bləri baxımından yoxlanılacaqdır.
110. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
111. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsı zdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.... 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.” “Maddə
347. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı. 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqd i bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. 347.4. Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. 347.5. Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. 347.6. Yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etmə yə hüquq vermir. 347.7. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. “ “Maddə
354. Etibarsız əqdlər üzrə müddətlər.... 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.” “Maddə
372. İddia müddəti anlayışı. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir....” “Maddə
385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
390. Müqavilə azadlığı. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.... 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir....” “Maddə
404. Müqavilənin təfsiri. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
418. Müqavilənin standart şərtlərinin müqavilənin tərkib hissəsinə çevrilməsi. 418.1. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun....” “Maddə
422. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi. 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur....” “Maddə
424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri.... 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.... 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər....” “Maddə
434. Alternativ öhd əlik.... 434.4. Bu Məcəllənin 434.1, 434.2 və 434.3-cü maddələrinin qaydaları seçim predmetinin icra edilməli ikidən çox öhdəlikdən ibarət olduğu hallarda da tətbiq edilir.” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
528. Öhdəliyə kreditorun xeyrinə icra nəticəsində xitam verilməsi Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.” “Maddə
560. Hüquqdan sui-istifadənin qadağan edilməsi.... 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;...” “Maddə
747. Lizinq müqaviləsi. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.... 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amo rtizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır.” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri.... 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.... 748.1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutula n ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə....” “Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri. 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.2. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir.... 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.” “Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir....” “Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.”
112. Azərbaycan Respublikasının Mülki Prosessual Məclləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
89. Yazılı sübutlar.... 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.” “Maddə
217. Qətnamənin qanu niliyi və əsaslılığı. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
220. Qətnamənin məzmunu.... 220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Ap ellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
113. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
114. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
115. Cavabdeh "xxxx" MMC-nin kassasiya şikayətinin mahiyyəti bundan ibarət olmuşdur ki, cavabdehin məhk əmə iclaslarında iştirakı təmin olunmayaraq çəkişmə prinsipi pozulmuşdur.
116. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.
117. Belə ki, MPM-in MPM-in 9.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.
118. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.
119. Göründüyü kimi prosessual qanunvericilik mübahisələrə çəkişmə prinsipi əsasında baxılmasının, tərəflərin digər tərəfin müdafiəsini təşkil edə bilməsi üçün öz tələblərini əsaslandırıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat vermələri və prosessual hüquqlardan vicdanla istifadə olunması zərurəti müəyyən olunmuşdur.
120. Həmçinin, “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır.
121. MPM-in 146-cı maddəsinə əsasən, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məl umat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.
122. Göründüyü kimi, hüquqi şəxslərlə bağlı dəyişikliklər həm hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmalıdır, həm də məhkəmə icraatında iş üzrə tərəf olan hüquqi şəxs öz ünvanını dəyişdirməsi barədə məhkəməyə məlumat verməlidir. Əks halda, məhkəmə bildirişi məhkəməyə məlum olan son ünvana göndərilməklə rəsmi qaydada verilmiş sayılır.
123. Hazırkı halda, iş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tərəfindən cavabdeh "xxxx" MMC-yə məhkəmə bildirişləri göndərilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etmiş, hətt a iddia müddətinin tətbiqinə dair ərizə də vermişdir. İşin son apellyasiya icraatı zamanı məhkəmə tərəfindən cavabdeh MMC-nin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında öz əksini tapmış ünvan 1 ünvanına və müvafiq məhkəmə bildirişləri və məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi barədə qərardadın surəti göndərilmiş, lakin cavabdeh "xxxx" MMC məhkəmə iclasında nümayəndə və vəkilinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
124. MPM-in 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
125. Göründüyü kimi prosessual qanunvericilik işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş şəxsin məhkəmə iclasına gəlməməsinin işə baxılmasına mane olmadığını nəzərdə tutmuşdur.
126. Cavabdeh1-nin kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, məhkəmə qarşılıqlı iddia tələbinin hüquqi əsasının olduğunu bildirmiş, lakin qarşılıqlı iddia tələbini təmin etməmişdir.
127. Məhkəmə kollegiyası göstərilən kassasiya şikayətinin bu dəlili ilə də razılaşmır.
128. Belə ki, yoxlanılan qətnamədən göründüyü kimi məhkəmə sadəcə qarşılıqlı iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 747.1-ci maddəsinin təşkil etdiyini göstərmişdir ki, bu iddia tələbinin əsaslı olmaqla təmin edilməli olması kimi qəbul oluna bilməz. Belə ki, məhkəmə daha sonra həmin tələb üzrə müvafiq qaydada qiymətləndirməsini apararaq tələbin təmin olunmaması nəticəsinə gəlmişdir. Bu səbəbdən, Cavabdeh1-nin kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsində qarşılıqlı iddia tələbinin əsaslı olmasına dair mövqenin mövcudluğu barədə dəlil anlaşılan və əsaslı deyildir.
129. Kassasiya şikayətində həmçinin göstərilmişdir ki, lizinq alan tərəfindən satıcıya ödənilmiş avans və digər ödənişlərin lizinq verəndən çıxılması da əsassız olmuşdur.
130. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında bağlanmış lizinq müqavilələri üzrə iddiaçılardan tutulmalı olan məbləğin müəyyən edilməsi zamanı onlar tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilən avans və çəkilmiş digər zəruri xərclərin nəzərə alınmalı olmasına dair gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə görə lizinq obyektinin əld ə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir (Mülki Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələri).
131. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işdə olan sübutlar əsasında hüquqi qiymətləndirməni mülki və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən düzgün aparmışdır.
132. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətlərində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 may tarixli, 2-2(103)-57/2022 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
133. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmə sinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
134. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 may tarixli, 2-2(103)-57/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.