Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-601/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Qəribov Bəhman Fərh ad oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 27 iyun tarixli, 2-2(105)-74/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 2019-cu il 26 aprel tarixli kredit limitinin ayrılması haqqında Baş saziş və həmin saziş üzrə bağlanılmış 2020-ci il 31 yanvar tarixli kredit müqaviləsi ilə İddiaçı ASC tərəfindən fərdi sahibkar Cavabdeh1 dövriyyə vəsaitinin artırılması məqsədilə 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 100000 manat kredit verilmişdir.
2. Kredit öhdəliklərinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan ünvan 1 (ümumi sahə 66,6 m2) və Cavabdeh2 məxsus ünvan 2nvanında yerləşən 0,0211 ha torpaq sahəsini və üzərindəki fərdi yaşayış evi (ümumi sahə 153,6 m2) ipoteka ilə yüklü edilmişdir.
3. Cavabdeh1 2022-ci il 22 aprel tarixində banka müraciət edərək 2020-ci il 31 yanvar tarixli kredit müqaviləsi üzrə ümumi borcunun kapitallaşdırılması şərti ilə yeni kredit rəsmiləşdirilməsini xahiş etmiş, nəticədə tərəflər arasında bağlanmış 2022-ci il 22 aprel tarixli 200875-787908/3 nömrəli kredit müqaviləsi ilə İddiaçı ASC tərəfindən borcalana illik 18 faiz dərəcəsi ilə 48 ay müddətinə 82912 manat kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 2022-ci il 22 aprel tarixli 200875-787908/3 n ömrəli kredit müqaviləsinə əsasən 2023-cü il tarixinə 27 fevral hesablanmış 81720,14 manat əsas borc və 11495,76 manat faiz borcu olmaqla, cəmi 93215,9 manat borcun tutularaq iddiaçıya ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə və Cavabdeh2 mülkiyyətində olan ünvan 2nvanında yerləşən 0,0211 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetlərinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia belə əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yeti rməmiş, bununla əlaqədar dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh heç bir nəticə çıxarmamışdır. Belə ki, tərəflər arasında bağlanmış Baş sazişin 3.4-cü bəndinə əsasən müqavilə üzrə müəyyən olunmuş şərtlərlə və qaydada əsas borcu və faiz borcunu ödəmək borcalanın öhdəliyidir. Göründüyü kimi cavabdeh tərəfindən öz öhdəliyini yerinə yetirməməsi bağlanmış Baş sazişin 3.4-cü bəndi və Mülki Məcəllənin bir sıra müvafiq normalarının tələblərinin pozulmasına səbəb olmuşdur.
6. Birinci instansiya məhkəməsinin qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2023-cü il 10 iyul tarixli rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatı nəticəsində tərəflər arasında bağlanmış 2022-ci il 22 aprel tarixli 200875-787908/3 nömrəli kredit müqaviləsi üzrə cavabdehin 2023-cü il 27 fevral tarixinə iddiaçıya 81720,14 manat əsas kredit borcunun və 10726,25 manat faiz borcunun olduğu müəyyən olunmuşdur
7. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 2024-cü il 27 fevral tarixli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin likvid dəyəri 68000 manat, ünvan 2nvanında yerləşən 0,0211 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 119000 manat məbləğində müəyyən edilmişdir.
8. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 9 aprel tarixli, e-2-2(119)-15/2024 nömrəli qətnaməsi ilə (hakim Z.A.Sadıqov) iddia qismən təmin edilərək, cavabdehdən 81720,14 manat əsas borc, 10726,25 manat faiz borcu, mediasiya, dövlət rüsumu və digər xidmət haqları da daxil olmaqla cəmi 92736,39 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması, cavabdehdən tutulmalı olan 92736,39 manatın ipoteka predmetlərinə yönəldilməsi, həmin predmetlərin açıq hərracda satılaraq iddiaçıya olan 92736,39 manat borcun ödənilməsi, tutmanın yönəldiyi birinci ipoteka predmetinin ilkin satış qiymətinin 68000 manat, ikinci ipoteka predmetinin ilkin satış qiymətinin 119000 manat müəyyən edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış borc cavabdehdən tutulmalı və ekspert rəyi (6-cı bənddə qeyd edilən) iş üzrə mötəbər sübut olaraq nəzərə alınmalı və cavabdehdən tutulmalı olan borc məbləğləri və ipo teka predmetlərinin ilkin satış qiymətləri həmin rəyə uyğun olaraq müəyyən edilməlidir.
10. Məhkəmə, həmçinin qeyd etmişdir ki, ipoteka predmetləri kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmiş və bu yüklülük dövlət reyestrində müvafiq qaydada qeydiyyata alınmışdır. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddianın “cavabdehdən tutulmalı olan borcun ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi” hissəsi əsaslıdır.
11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 296.1, 317.1, 317.2, 319.1, 319.4, 385.1, 425.1, 425.2, 427.3, 430.1, 442, 443.1, 445.1, 448-ci, “İpoteka haqqında” Qanunun 34.1, 39.3.3, 41.1, 41.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1, 106.3, 217.4, 218.3-cü maddələrinə, Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 2020-ci il 20 iyul tarixli 01 nömrəli qərardadına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 27 iyun tarixli, 2-2(105)-74/2024 nömrəli qətnaməsi ilə (hakim M.M.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər Z.İ.Məmmədovdan və A.M.Süleymanovadan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş faiz borcunun və ümumi borcun məbləğləri hissəsində dəyişdirilərək iddiaçının xeyrinə cavabdehdən kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcu 6149,92 manat, ümumi borc isə (200 manat mediasiya xərcinin və 90 manat ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə bağlı xərclərin əvəzi də daxil olmaqla) 88160,06 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
14. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehlərdən 2023-cü il 5 may tarixinə hesablanmış 14706,3 4 manat faiz borcunun ödənilməsini tələb etmiş, birinci instansiya məhkəməsi isə faiz borcunu müvafiq ekspertiza rəyi ilə müəyyən olunmuş (2023-cü il 27 fevral tarixinədək hesablanmış) 10726,25 manat təmin etmişdir. Halbuki qanunvericiliyin müvafiq normalarının tələblərinə görə iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə (xəbərdarlıqda) göstərilən əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin ödənilməsini borcludan tələb edə bilər.
15. İşdə olan 2022-ci il 28 oktyabr tarixli xəbərdarlıq məktubundan görünür ki, ca vabdehlərə həmin tarixə 81720,14 manat əsas borc və 6130,75 manat faiz borcu olmaqla, cəmi 87850,89 manat kredit borcu hesablanmış, iddiaçı həmin borcun 2022-ci il 4 noyabr tarixinədək ödənilməsini tələb etmiş, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. Göründüyü kimi iddiaçı borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin təmin olunmaması səbəbindən müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etmiş və cavabdehlərə ödəniş üçün 2022-ci il 4 noyabr tarixinədək vaxt vermişdir ki, bu da iddiaçının kredit müqaviləsini birtərəfli qaydada ləğv etməklə bağlı iradə ifadəsini təsdiqləyir. Cavabdehlər də qeyd edilən tarixə qədər kredit öhdəliklərini icra etmədiklərinə görə tərəflər arasındakı müqavilə əlavə mü ddətin bitdiyi, yəni 2022-ci il 5 noyabr tarixindən ləğv olunmuş sayıldığına görə iddiaçı müqavilə faizləri üzrə yalnız həmin tarixədək hesablanan borcun cavabdehlərdən tutulmasını tələb edə bilər. Həmin tarixdən sonrakı dövr üçün isə iddiaçı cavabdehlərdən öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanan faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh sonuncu ödənişi 2022ci il 9 sentyabr tarixində ödədiyindən faiz borcu həmin tarixdən müqavilənin ləğv olunmuş sayıldığı tarixə qədər, yəni 2022-ci il 5 noyabr tarixinə qədər olan dövr üçün hesablanmalıdır. Belə ki, ekspert rəyinə əsasən 1 günə olan faiz borcu 40,86 manat olduğundan və sonuncu ödə niş tarixindən müqavilənin ləğv olunmuş hesab edildiyi tarixə qədər olan müddət 56 gün olduğu üçün faiz borcu 2288,16 manat müəyyən edilməlidir. Həmçinin cavabdehin 2022-ci il 9 sentyabr tarixinə qədər olan faiz borcu isə 3861,76 manat olduğundan ümumilikdə onun 6149,92 manat faiz borcu vardır.
17. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etmədiyindən müqavilə faizinin hesablanması müddətinin müəyyən olunmasında səhvə yol vermişdir ki, bu da cavabdehlərdən faiz borcunun artıq məbləğdə hesablanıb tutulmasına səbəb olmuşdur. Qeyd olunan səhv həm də ümumi borc məbləğinin artıq hesablanmasını şərtləndirmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 421.1, 421.2, 421.3, 447.1-ci, M ülki Prosessual Məcəllənin 77.1, 217-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
19. Cavabdeh1 kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 27 iyun tarixli, 2-2(105)-74/2024 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: 20.1. Mülki Məcəllənin 421, 422.1, 422.2, 442.3, 422.4, 448.4-c ü maddələri, Konstitusiya Məhkəməsinin Plenumunun 2015-ci il 14 may tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” və 2009-cu il 9 iyul tarixli “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” qərarları üzrə - cavabdeh biznes fəaliyyəti ilə məşğul olduğu üçün daha əvvəl banklardan götürdüyü kredit məbləğlərini vaxtında ödəsə də, 2015-ci ildə olan 2-ci devalvasiyaya qədər olan məbləğləri dollar ilə ödədiyi üçün maddi durumu ağırlaşdığından hazırkı krediti ödəməsində çətinlik yaranmışdır. Belə ki, cavabdehin başqa gəlir yeri yoxdur. Müqavilə üzrə ödəməli olduğu məbləğ bundan əvvəlkinin iki qat ını təşkil edir. Həmçinin belə artım onun maddi durumuna pis təsir göstərir. Lakin məhkəmə kredit qaytara bilməməsinin obyektiv və üzrlü səbəblərlə bağlı olmasını nəzərə almadan ədalətsiz qətnamə çıxarmışdır. Həmçinin ipoteka predmeti olan əmlakların dəyəri reallıqda qeyd olunandan artıq məbləğ təşkil edir. Yaşayış evinin dəyərindən aşağı qiymətləndirilməsi açıq-aşkar mülkiyyət hüquqlarının pozulması deməkdir. Lakin məhkəmə bu halları nəzərə almamış və işi obyektiv araşdırmamışdır. 20.2. Mülki Prosessual Məcəllənin 88-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi, nəinki birinci instansiya məhkəməsinin yol verdiyi səhvi aradan qaldırmamış, hətta daha kobud prosessual səhvə yol verərək işin həllində yalnız iddiaçının təqdim etdiyi rəyə əsaslanmışdır.
21. Kassasiya şikayətinə Azərbayc an Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki ha llarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirilmədiyindən, hazırkı kassasiya baxışının hədlərini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin iddianın kassatora münasibətdə təmin olunan hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş gör məli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425. 1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdə liyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını ə saslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə ü çün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4 -cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırkı şikayətin dəlillərinə uyğun olan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş, işin halları tam və hərtərəfli araşdırılmaqla, gəldiyi nəticə qanunvericiliyə uyğun əsaslandırılmışdır. (bax bənd 14-17)
29. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq kredit müqaviləsi üzrə borcu müvafiq ekspertizanın rəyinə əsasən müəyyən etmişdir. Cavabdeh iddianın rədd olunmasını məhkəmələrdən xahiş etsə də, kredit müqaviləsi üzrə borcun ödənilməsini və ya başqa əsasla öhdəliyin icrasından azad olunmasını əsaslandırmamışdır. Onun maddi imkanının aşağı olması isə borcunu ödəmək vəzifəsindən azad olunması üçün əsas kimi qanunla nəzərdə tutulmamışdır.
30. İpoteka predmetinin ilkin satış qiyməti hissəsində kassasiya şikayətinin dəlilləri üzrə qeyd olunmalıdır ki, iş materiallarına əsasən həmin qiymətin müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən ekspertiza rəyi alınmışdır. Cavabdeh tərəf həmin rəyi mübahisələndirməmiş, onun düzgün olmamasını təsdiq edən sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.
31. Odur ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini alınmış rəy əsasında müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.
32. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə il ə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 27 iyun tarixli, 2-2(105)-74/2024 nömrəli qətnaməsi iddianın təmin olunan hi ssəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.