Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-602/2021 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh ASC-yə qarşı iş üzrə Açar sözlər: borcun ödənilməsi 07.12.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızının iştirakı ilə, iddiaçı MMC-nin nümayəndəsi və onun vəkili cavabdeh ASC-nin nümayəndəsinin iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh ASC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 11 iyun tarixli 2-2(103)-90/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İş materiallarında olan iddiaçı MMC-nin (bundan sonra – “MMC”) tabe qurumu olan Telefon Stansiyası (bundan sonra – “BATS”) və Cavabdeh ASC (hazırkı adı – ASC, bundan sonra – “ASC”) arasında bağlanan 2016-cı il 11 may tarixli 13043 saylı rabitə xidmətlərindən istifadə barədə müqavilədən (bundan sonra – “13043 saylı müqavilə”) görünür ki, bu müqavilə müəssisə ilə istifadəçi arasında rabitə xidmətləri göstərilməsi və xidmət haqqının yığımı ilə bağlı münasibətləri tənzimləyir. 2. 13043 saylı müqavilənin şərtlərinə görə: 2.1.MMC (Müəssisə) ASC-yə (İstifadəçi) şəhərlərarası, beynəlxalq və digər rabitə xidmətləri göstərir (1-ci bənd). 2.2.Müəssisə tərəfindən hər ayın 1-dən 15-dək göstərilmiş xidmət haqları təqdim edilmiş hesab və ya hesab fakturalara uyğun olaraq hər ayın 20-dək ödəniş aparılmasını, eləcə də hər ayın 16-dan ayın sonunadək göstərilmiş ximdət haqlarının növbəti ayın 10-dək ödənilməsini təmin etmək İstifadəçinin vəzifəsidir (2.2.1-ci bənd). 2.3.Sertifikatı olmayan və nasaz cihazların (telefon aparatı, faks, kompyüter və s.) şəbəkəyə qoşulmasına yol verməmək, telefondan yalnız təyinatı üzrə istifadə etmək İstifadəçinin vəzifəsidir (2.3cü bənd). 2.4.Son rabitə qurğularını (faks, paralel telefon, kompyuter, mini ATS və s.) rabitə müəssisəsində qeydiyyatdan keçirərək, ona dair preyskuranta uyğun vaxtında ödəniş aparmaqla istifadə etmək İstifadəçinin vəzifəsidir (2.5-ci bənd).
3. İş materiallarında olan BATS İnzibati İşlər Şöbəsinin 2018-ci il 19 sentyabr tarixli arayışından görünür ki, 1 3043 saylı müqaviləyə əsasən ASC-nin BATS-a 2018-ci il 19 sentyabr tarixinə 67.838,93 manat borcu vardır.
4. İş materiallarında olan MMC-nin ASC-yə ünvanlandığı 2018-ci il 1 iyun tarixli 11-16/5996 saylı xəbərdarlıq məktubundan görünür ki, MMC yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. MMC 2018-ci il 21 sentyabr tarixində ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ASC-dən 67.838,93 manat məbləğində borcun və 30 manat dövlət rüsumu olmaqla, cəmi 67.868,93 manat məbləğində pulun tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırı lmışdır ki, ASC istifadəsində olan (012) ***-**-** saylı telefondan 2017-ci il 21-24 iyul tarixlərində xarici ölkələr istiqamətində edilmiş 104.358,78 dəqiqə zənglər nəticəsində yaranmış 67.838,85 manat danışıq haqqı üzrə borcu ödəməkdən imtina edir. Yaranmış borcun ödənilməsi ilə bağlı dəfələrlə ASC-yə yazılı və şifahi xəbərarlıq edilməsinə baxmayaraq borc tam ödənilməmiş, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün dəfələrlə hər iki tərəfin nümayəndə heyətinin iştirakı ilə görüşlər keçirilmiş, lakin bu görüşlərin də heç bir nəticəsi olmamışdır. ASC MMC-nin xidmətindən istifadə etmiş, müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməyərək xidmət haqqını ödəməmiş, lakin ASC-nin istifadəsində olan telefondan aparılan beynəlxalq zənglər beynəlxalq operatorlara məxsus kanallar üzə rindən ötürüldüyündən və danışıqlar beynəlxalq operatorların stansiyalarında qeydiyyata alındığından mübadilə edilən trafikin həcminə görə beynəlxalq operatorlarla hesablaşmalar aparılaraq ödənişlər olunmuşdur.
7. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "MM") 385.1, 386.1, 442, 443.1, 448.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
8. ASC 2019-cu il 26 fevral tarixində məhkəməyə vəsatət vermiş, xarici ölkələrdə aparılmış "FRAUD" xarakterli danışıqların ASC-nin şəbəkəyə nasaz və ya sertifikatı olmayan cihazların qoşulması nəticəsində aparılmasının müəyyən edilməsi üçün məhkəmə texniki ekspertizasının təyin olunmasını xahiş etmişdir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 26 fevral tarixli 2-2(81)-214/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 9.1. 2017-ci il 21-24 iyul tarixlərində (012)-******* nömrəli telefondan xarici ölkələrlə aparılmış danışıqlar ASC-nin şəbəkəyə nasaz və ya sertifikatı olmayan cihazlarının qoşulması nəticəsində yaranmışdırmı? 9.2.MMC-nin istifadə etdiyi cihazlar müvafiq sertifikatlara və lisenziyalara malikdirmi? 9.3.MMC-nin istifadə etdiyi cihazlar sonuncu dəfə nə vaxt testləşdirilmişdir? 9.4.MMC-nin istifadə etdiyi cihazlara və ya sistemə kənardan qoşulma və ya internətə çıxış imkanı mövcud olmuşdurmu? 9.5.Danışıqlar istifadəçiyə verilmiş analoq kanal vasitəsi ilə, yoxsa İP telefoniya sistemi üzər indən aparılmışdır?
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 15 oktyabr tarixli 7425 saylı ekspert rəyi ilə ekspertiza qarşısında qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir: 10.1. 2017-ci il 21-24 iyul tarixlərində (012)-440-86-41 nömrədən xarici ölkələrlə icra olunmuş zənglər aşkar edilmiş hallara əsasən ""FRAUD"" xarakterli zənglərdir. Bir anda çox sayda zənglərin icrası onların "İP" səs rabitəsi üzərindən icrasını bildirir və əməkdaşlar (ümumiyyətlə insan faktoru) tərəfindən edilməməsini bildirir. Əldə olunmuş “LOG” tipli məlumatlar əsasında kiberhücumların izləri aşkarlanmamışdır. Bu halda dəqiqliklə hücumun hansı mənbədən və İP ünvanlardan, kimlər tərəfindən icra olunmasını müəyyən etmək mümkün olmur. Belə qənaətə gəlmək olar ki, danışıq trafikin oğurlanması ilə əlaqədar ehtimal olunan hücumlar ortaq bir nöqtədən irəli gələn hücumdur və təşkilatın infrastrukturuna aidiyyəti yoxdur. 10.2. MMC-yə məxsus avadanlıqlara baxış keçirərkən müəyyən olunmuşdur ki, cihazlar mütamadi olaraq sertifikatlaşmadan keçir, avadanlıqlar işləyir və təyinatı üzrə yararlıdır. Qurumda quraşdırılan avadanlıqlar əsasən beynəlxalq trafikin yönəltməsi və hesablaşmaların aparılması üçün nəzərdə tutulmuşdur. “Alcatel” markalı “1000 S12” modelli ATS cihazlar mütəmadi olaraq testləşdirilir, həmin cihazlara və sistemə kənardan qoşulma, internetə çıxış və "İP" protokolun dəstəyi imkanları mövcud deyil. 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 dekabr tarixli 2-2(81)-214/2019 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmi ş, ərizənin verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu MMC-nin özünə aid edilmiş, MMC-dən ekspertiza xərcinin əvəzi olaraq 61,17 manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim – S.Nuriyeva).
12. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdaki kimi olmuşdur. 12.1. Tərəflər arasında 13043 saylı müqavilə üzrə münasibətlər yaranmışdır. Hər iki tərəfin həmin müqvailə üzrə öhdəlikləri vardır. Lakin ekspert rəyindən də göründüyü kimi, hazırkı halda qeydə alınan zənglər ASC-nin öz öhdəliyinin icra etməməsi səbəbindən yaranmamışdır. 12.2. Hazırkı iş üzrə iddia tələbi ilə bağlı MMC məhkəməyə öz tələbini əsaslandıran halları təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmişdir. 12.3. Halbuki MMC-nin tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. 12.4. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmad ıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. 12.5. Göstərilən danışıqların aparılmasında ASC-nin təqsirli hərəkəti sübuta yetmədiyindən MMC-nin borcun ödənilməsinə dair iddiası əsaslı deyil.
13. Məhkəmə bu qənaətini MM-in 6.2, 385.1, 386.1, 442, 448.1, 448.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 80, 81, 101.3, 107, 119.1, 217.4, 218.3-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bun dan sonra – “İHAM”) “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyu tarixli, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır.
14. MMC 2020-ci il 19 fevral tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 2 iyun tarixli 2-2(103)-255/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019- cu il 27 dekabr tarixli 2-2(81)-214/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır (sədrlik edən – C.Yusifov, hakimlər – R.Qurba nov və V.Baxışova).
16. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdaki kimi olmuşdur. 16.1. Məhkəmə kollegiyası ekspert rəyində gəlinən nəticələrə inandırıcı yanaşır və 2017-ci il 21-24 iyul tarixlərində (012)-440-86-41 №-li telefondan xarici ölkələr istiqamətində aparılmış danışıqların ""FRAUD"" (ingiliscə tərcümədən "DOLANDIRCI, HİYLƏ") xarakterli, yəni, insan (o cümlədən, ASC-nin əmkdaşlarının müdaxilə) faktoru olmadan həyata keçirilməsi, istifadə edilən avadanlıqda texniki qüsurün müəyyən olunmaması, beynəlxalq çıxışa imkan verən "İP" dəstəyinin mövcud olmaması və s. bu kimi ekspert tərəfindən müəyyən edilən hallar mübahisələndirən beynəlxalq zənglərin ASC-nin əməkdaşları tərəfindən və həmin qurumun təqsiri üzündən əmələ gəlmədiyini göstərir. 16.2. Eyni zamanda, birinc i instansiya məhkəməsində işə baxılarkən mütəxəssis qismində dəvət edilmiş, Azərbaycan Respublikası Daxili İişlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya idarəsinin əməkdaşı Elmar İbrahimov da məhkəmədə məsələ ilə bağlı bildirmişdir ki, kiber (konkret halda, "FRAUD" (dolandırıcı xarakterli) hücumlar XDMX-nın səlahiyyətindir və belə hallarda cinayət işi açılır. 16.3. Göründüyü kimi, bu kimi halların izlənilməsi və araşdırılması cavabdeh bankın səlahiyyətləri daxilində deyil. 16.4. İstifadə olunan avadanlıqların qeydiyyatdan keçirilib-keçirilməməsindən asılı olmayaraq ASCnin 2017-ci il 21-24 iyul tarixlərində (012) ***-**-** №-li telefondan xarici ölkələrə zəngələr edilməsində təqsiri müəyyən edilmir. Ona görə də MMC-nin şikayətinin müqavilənin ekspert rəyini əsassız hesab edən və müqavil ənin 2.5-ci bəndinə istinadən ASC tərəfindən istiadə edilən avdanlığın qeydiyyatdan keçirilmədiyini mübahisələndirən və onun vəsatətinə əsasən mütəxəsisin dəvət edilmədiyinə istinad olunan dəlilləri əsassızdır. 16.5. Şəxsin ziyan vurulmasında təqsir sübuta yetirilmədən, ondan mücərrəd bir ziyanın əvəzinin ödənilməsi tələb oluna bilməz. 16.6. İşin sübutlarla müəyyən edilən hallarından da göründüyü kimi, MMC-nin MM-in 443.1 və 448.2-ci maddələrinə istinadən ASC-dən 2017-ci il 21-24 iyul tarixlərində (012) ***-**-** №-li telefondan xarici ölkələr istiqamətində aparılmış danışıqlar apararaq ona ziyan vurduğu sübuta yetirilmir. Belə olan halda ASC-nin MMC qarşısında mülki məsuliyyəti istisna olunur.
17. Apellyasiya məhkəməsi iş üzrə mövqeyini MM-in 1096.1, 1096.2-ci, MPM-in 14.2, 77.1-ci maddəl ərinə, İHAM-ın “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
18. MMC həmin qətnamədən 2020-ci il 19 avqust tarixində kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 30 sentyabr tarixli 2-2(102)-307/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 2 iyun tarixli 2-2(103)-255/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən – B.Qəribov, hakimlər – A.Hüseynov və İ.Dadaşov).
20. Kassasiy a məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 20.1. ASC-in istifadəsində olan telekommunikasiya avadanlıqlarının, telefon aparatlarının (o cümlədən “CİSCO İP” telefon aparatlarının bütün modelləri, növləri daxil olmaqla) sertifikatlaşdırılması həm qanunvericiliyin, həm də tərəflər arasında mövcud olan müqavilənin 2.5-ci bəndinə əsasən məcburi xarakter daşıyır. 20.2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2019-cu il 15 oktyabr tarixli rəyində “tədqiqatlar zamanı bankda daxili telefon rabitəsinin təşkili məqsədi ilə istifadə edilən “CİSCO” proqram təminatının bütün şəbəkə bağlantıları və ona bağlı fiziki avadanlıqların (“CİSCO İP” telefon aparatları, “CİSCO switch” “CİSCO router”) internet magistralına çıxışlarının mümkünsüzlüyü və həmin VOİCE şəb əkəsinin (telefon rabitəsi şəbəkəsinin) DATA şəbəkəsi (server və istifadəçi kompüter şəbəkəsi) ilə heç bir əlaqəsinin olmaması faktına istinadən kənar qoşulmaların mümkünsüzlüyü qənaətinə gəlinmişdir. Eyni zamanda, qeyd olunan müddət ərzində icra olunan zənglərin tarixi və saatı iş saatlarına uyğun gəlmirdi”. Həmin rəydə daha sonra göstərilmişdir ki, aparılmış tədqiqatlar nəticəsində 2017-ci il 21-24 iyul tarixlərində (012)-440-86-41 nömrəli telefondan xarici ölkələrə aparılmış danışıqlar ASC-nin şəbəkəyə nasaz və ya sertifikatı olmayan cihazların qoşulması nəticəsində yaranmamışdır. 20.3. Bu baxımdan, hətta hesab edilsə ki, ASC-də sertifikatlaşdırılmamış rabitə qurğularından istifadə edilmişdir, aparılan ekspertizanın nəticəsindən belə qənaətə gəlinir ki, onların istifadəsi ilə iddia olun an məbləğin əmələ gəlməsi arasında səbəb-nəticə əlaqəsi görünmür. 20.4. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi doğru olmuşdur. 20.5. Bununla belə, məhkəmə kollegiyası MMC-nin kassasiya şikayətində XDMX-nın əməkdaşının mütəxəssis qismində cəlb edilməsinə dair verdikləri vəsatətin məhkəmə tərəfindən təmin olunmaması ilə bağlı dəlili ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin bu dəlili ilə bağlı yalnız Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsinin mütəxəssis qismində cəlb olunmuş əməkdaşının birinci instansiya məhkəməsində kiber (konkret halda "FRAUD" dolandırıcı xarakterli) hücumların XD MX-nın səlahiyyətində olması və belə hallarda cinayət işinin açılmasını bildirdiyi izahatına istinad etmişdir. 20.6. XDMX-nın əməkdaşının cəlb edilməsi ilə bağlı MMC-nin verdiyi vəsatətin təmin olunmamasının əsaslandırılmaması və yalnız yuxarıda göstərilən mütəxəssisin izahatına istinad olunması prosessual qanunvericiliyin əvvəldə göstərilən müddəalarının tələbi baxımından məqbul hesab edilə bilməz. 20.7. İşə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən XDMX-nın səlahiyyətli nümayəndəsi mütəxəssis qismində cəlb edilməli, həmçinin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də rəyinin alınması məsələsi müzakirə olunmalıdır.
21. Məhkəmə öz qərarını MPM-in 88, 217.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bunda n sonra – “KMP”) “S.Əliyevanın şikayəti ilə əlaqədar” 2006-cı il 31 may tarixli Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Telekommunikasiya vasitələrinin və qurğularının sertifikatlaşdırma Qaydaları”nın “Azərbaycan Respublikasında məcburi sertifikatlaşdırılması aparılacaq ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiya vasitələri və qurğularının Siyahısı”nın 7.2.1-ci bəndinə istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 11 iyun tarixli 2-2(103)-90/2021 saylı qətnaməsi ilə aşağıdakılar qət edilmişdir (sədrlik edən – E.Nağıyeva, hakimlər –İ.İ brahimli və H.Həmidov): 22.1. MMC-nin apellyasiya şikayəti təmin edilsin; 22.2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 dekabr tarixli 2-2(81)-214/2019 saylı qətnaməsi ləğv edilsin; 22.3. İş üzrə yeni qətnamə qəbul edilsin; 22.4. MMC-nin xeyrinə ASC-dən 67.838,93 manat borc və 30 manat dövlət rüsumu, cəmi 67.868,93 manat tutulsun. 22.5. ASC-dən ekspertiza xərcinin əvəzi olaraq 61,17 manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilsin.
23. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 23.1. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 15 oktyabr tarixli 7425 nömrəli ekspert rəyində (ekspert Məmməd Ramazanov) ASC-nin avadanlıqlarının testl əşdirildiyinə dair məlumatın olmaması, onların istifadə etdikləri avadanlıqların içərisində CİSCO İP telefon aparatlarının mövcud olduğu göstərilmişdir. 23.2. ASC-nin istifadəsində "İP" qurğuları olmuş və tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq həmin qurğuların qeydiyyatdan keçməsi iş materialları ilə təsdiqini tapmamışdır. 23.3. Həmçinin iş materiallarına əlavə edilmiş diskdən müəyyən edilir ki, ASC-nin istifadəsində olan rabitə vasitələri ilə müxtəlif vaxtlarda Somali, Kuba, Vunuatu, Yamayka, Tunis, Mavritaniya, Mali, Qvineya və s. xarici dövlətlərlə telefon əlaqəsi yaradılmışdır. 23.4. İş materiallarından müəyyən edildiyi kimi, ASC-nin istifadəsində olan müvafiq telefondan 2017ci il 21-24 iyul tarixlərində Albaniya, Benin, Bolqarıstan, Bosniya və Herseqovina, Burund i və s. xarici ölkələr istiqamətində edilmiş 104.358.78 dəqiqə zənglər nəticəsində 67.838,93 manat danışıq haqqı üzrə borcu yaranmışdır. 23.5. ASC tərəfindən qeyd edilən zənglərin ""FRAUD"" xarakterli olması və zənglərin onlar tərəfindən edilməməsi qeyd edilsə də, ASC tərəfindən bu hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmələri, həmçinin bankın daxili araşdırma aparılması barədə hər hansı sənəd-sübut iş materiallarında mövcud deyil. 23.6. İş materiallarında olan işin birinci instansiya icraatı zamanı 2019-cu il 27 dekabr tarixli məhkəmə iclas protokolunda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunukasiya İdarəsinin mütəxəssisi (ekspert) Elmar İbrahimovun iştirak etdiyi göstərilsə də, onun səlahiyyətlərini təsdiq edən etibarnaməsi, xidməti vəsiqəsin in surəti, mütəxəssis və ya ekspert olması barədə sənəd iş materiallarında mövcud deyil. 23.7. ASC-nin istifadəsində olmuş "İP" qurğularının tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq ASC tərəfindən qeydiyyatdan keçirilməsi müəyyən edilmədiyindən, həmçinin mütəxəssisin izahatına əsasən bu tipli zənglərin qarşısının alınmasının həmin müəssisənin əsas öhdəliklərindən biri olduğundan, bu halların baş verməsinin əsası kimi işçi-personalının şəbəkəni bilərəkdən və yaxud bilməyərəkdən virusa yoluxdurmasından irəli gəldiyindən və bank tərəfindən qeyd edilən məsələ vaxtında araşdırılma aparılmadığından, dolayısı ilə bankın hərəkəti və ya hərəkətsizliyi nəticəsində borc məbləği yarandığından hazırkı iddia tələbi təmin edilməlidir.
24. Məhkəmə bu qənaətini MM-in 385.1, 443.1, 448.1, 448.2, 1096-cı maddəsinə, MPM-nin 14.2, 77.1, 384, 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. Həmin qətnamədən 2021-ci il 26 avqust tarixində ASC kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
26. ASC-nin istifadəsində olan (012) ***-**-** telefon nömrəsindən aparılmış danışıqlar bank tərəfindən aparılmamışdır. Bu ekspert rəyində də öz əksini tapmışdır. Həmin rəylə müəyyən edilmişdir ki, bankın istifadəsində olan telefon nömrəsindən aparıldığı iddia edilən ölkələrə zənglər ""FRAUD"" (dolandırıcı xarakterli) zənglərdir. Həmçinin həmin danışıqların həyata keçirilməsində ümumiyyətlə insan fakt oru rol oynamamışdır. Bu səbəbdən ASC-nin müqavilə üzrə MMC qarşısında hər hansı öhdəliyi yoxdur.
27. Həmçinin hadisənin baş verdiyi tarix, yəni 2017-ci il 21-24 iyul tarixlərinin iki günü – 22 və 23 iyul tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən qeyri iş günləri olmuşdur. Göründüyü kimi, həmin müddət ərzində bankın əməkdaşları tərəfindən bankın istifadəsində olan telefon nömrəsindən aparıldığı iddia edilən ölkələrə zənglər oluna bilməzdi. İş materiallarından göründüyü kimi, bankın istifadəsində olan telefon nömrəsindən bir dəqiqə ərzində xarici ölkələrə yüzlərlə zənglər aparılmışdır. Bu zənglərin bankın əməkdaşları tərəfindən aparılması fiziki olaraq qeyri-mümükündür. Bankın ümumiyyətlə həmin ölkələrlə heç bir əlaqəsi yoxdur. Qeyd edilənlərdən göründüyü, kimi bankın istifadəsi ndə olan telefon nömrəsindən aparıldığı iddia edilən ölkələrə zənglər ""FRAUD"" (dolandıncı xarakterli) zənglər olmuşdur.
28. Bundan başqa, məhkəməyə dəvət edilmiş Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin nümayəndəsi X6 məhkəmədə izahat verərkən bildirmişdir ki, kənar müdaxilənin təkcə bankın daxilindən olan avadanlıqdan deyil, bankın istifadəsində olmayan qurğular vasitəsi ilə də müdaxilə olun bilər. Yəni bankın istifadəsində olan telefon nömrəsindən aparıldığı iddia edilən zənglər MMC-nin istifadəsində olan qurğular vasitəsi ilə də müdaxilə nəticəsində aparıla bilər.
29. Həmçinin ekspert rəyi ilə Bank tərəfindən istifadə edilən avadanlıqda texniki qüsur müəyyən olunmamışdır. Bu səbəbdən istifadə olan avadanlıqların qeydiyyatdan keçirilib- keçirilməməsindən asılı olmayara q bankın 2017-ci il 21-24 iyul tarixlərində (012) ***-**-** nömrəli telefondan xarici ölkələrə zənglər edilməsində təqsirli deyildir. Ona görə də müqavilənin 2.5-ci bəndinə istinadən iddiaçı tərəfin Bankın istifadə etdiyi avadanlığın qeydiyyatdan keçirilmədiyini mübahisələndirməsi əsassızdır.
30. Apellyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən, tətbiq etməli olduğu maddi hüquq normalarını tətbiq etməmişdir. Tətbiq etməli olmadığı maddi hüquq normalarını tətbiq etmişdir. Belə ki, MPM-in 14, 77 və 217-ci maddələrinin tələblərini pozaraq iddiaçı tərəfin heç bir sübutu olmadan ASCdən pulun tutulması barədə qətnamə qəbul etmişdir. Həmçinin bankın istifadəsində olan telefon nömrəsindən aparıldığı iddia edilən zənglərin "xxxx" (dolandırıcı xarakterli) olub-olmadığının araşdırılması üçün mü vafiq dövlət orqanlarına məhkəmə tərəfindən müraciət olunmamışdır.
31. Kassasiya şikayəti MM-in 1096.1, 1096.2-ci, MPM-in 14.2, 77.1, 88, 217, 386, 417.1.4, 418.1, 418.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
33. Məhkəmə iclasında iştirak edən MMC-nin vəkili kassasiya şikayəti ilə razı olmadığını, şikayətin tam əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.
34. MMC-nin nümayəndəsi vəkilinin dediklərini təsdiq etdi və qətnamənin qüvvədə saxlanılmasını xahiş etdi.
35. Cavabdehin nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün onun izahatı dinlənilmədi. 36. 3-cü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak edən olmadı. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
38. ASC apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPMnin 403 və 416-cı maddələri).
39. Kassasiya instansiyası məhkəməsi t ərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
40. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kred itorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzi ni ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxa ran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.”
41. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdu r.” “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” “Maddə
384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 384.0.3. qətnaməni dəyişdirə bilər;...” “Maddə
386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.” “Maddə
420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən bax an məhkəmə üçün məcburidir.”
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Telekommunikasiya vasitələrinin və qurğularının sertifikatlaşdırma Qaydaları”nın “Azərbaycan Respublikasında məcburi sertifikatlaşdırılması aparılacaq ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiya vasitələri və qurğularının Siyahısı”nın müvafiq bəndində aşağıdakəlar göstərilmişdir. “7. Ümumistifadəli telekommunikasiya şəbəkəsinin son kabel avadanlıqları, son telekommunikasiya avadanlıqları, telekommunikasiya kabelləri və naqilləri, elektrik qida avadanlıqları... 7.2.1. müxtəlif mürəkkəblik dərəcəli, o cümlədən mobil telefon aparatları...”
43. KMP-nin “S. Əliyevanın şikayəti ilə əl aqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2004-cü il 28 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli qərarında qeyd edilmişdir ki: “Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
44. Məhkəmə k ollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 26-30) işin materialları ilə birgə araşdıraraq, iddia tərəfinin izahatlarını dinləyərək aşağıdakı səbəblərdən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 11 iyun tarixli 2-2(103)-90/2021 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
45. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən əsaslandığı hallardan biri mütəxəssisin izahatı olmuşdur. Həmin izahata istinadən məhkəmə belə qənaətə gəlmişdir ki, bu tipli zənglərin qarşısının alınması həmin müəssisənin əsas öhdəliklərindən biridir, bu halların baş verməsinin əsası kimi işçi-personalının şəbəkəni bilərəkdən və yaxud bilməyərə kdən virusa yoluxdurmasından irəli gəlir və bank tərəfindən qeyd edilən məsələ vaxtında araşdırılma aparılmamışdır.
46. Halbuki qətnamədən görünür ki, məhkəmə iclasında həmin izahatı verən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin nümayəndəsi X6 həmçinin bildirmişdir ki, ATS ilə bank arasında bağlanmış müqavilə əsasında həm bank tərəf, həm Rabitə Nazirliyi arasında müvafiq müqavilə bağlanır, həmin müqavilədə hansı tərəflərin hansı məsuliyyətləri öz üzərinə götürmələrinin qeyd olunmasına nəzər salmaq məqsədəuyğundur.
47. Beləliklə, mütəxəssisin izahatı özü-özlüyündə ziddiyyətlidir. Belə ki, o, bir tərəfdən, bu tipli zənglərin qarşısının alınmasının həmin müəssisənin (ASC-nin) əsas öhdəliklərindən biri olduğunu göstərir, digər tərəfdən isə ATS ilə bank arasında bağlanmış müqa vilə əsasında həm bank tərəf, həm Rabitə Nazirliyi arasında bağlanan müvafiq müqavilədə hansı tərəflərin hansı məsuliyyətləri öz üzərinə götürmələrinin qeyd olunduğunu bildirir.
48. ASC ilə MMC ilə bağlanmış müqavilədə də ""FRAUD"" xarakterli zənglərin qarşısının alınmasının komkret olaraq hansı tərəfin öhdəliyi olması müəyyən edilməmişdir.
49. Eyni zamanda, bu öhdəliyin hansı tərəfin üzərinə düşdüyünün konkret normativ hüquqi aktlara istinad edilməklə əsaslandırılması da iş materiallarından görünmür.
50. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işin həlli üçün birbaşa əhəmiyyət kəsb edən həmin məsələ hələ də qeyri-müəyyən vəziyyətdədir. Bu qeyri-müəyyənlik isə iş üzrə birmənalı nəticəyə gəlməyə imkan vermir.
51. Lakin apellyasiya instansiyası məhkəməsi mütəxəssisin zidd iyyətli izahatına mötəbər məlumat kimi istinad etmiş, Rabitə Nazirliyi ilə sözügedən müqavilələrin bağlanıb-bağlanmadığını dəqiqləşdirməmiş, əgər bağlanmışdırsa həmin müqavilələrin təqdim olunmasını aidiyyəti tərəf(lər)ə təklif etməmiş, əgər bağlanmamışdırsa, buna görə məsuliyyətin kimi üzərinə düşdüyünü müəyyən etməmiş, ""FRAUD"" xarakterli zənglərin qarşısının alınmasına dair qanunvericilik aktlarına, eləcə də əgər vardırsa, normativ-texniki aktlara istinadlar etməmiş, bununla bağlı ümumiyyətlə hər hansı araşdırma və hüquqi dəyərləndirmə aparmamışdır.
52. Halbuki MM-in 1096-cı maddəsindən (bax yuxarıda § 40) də aydın olur ki, deliktdən irəli gələn mübahisələrdə cavabdehin təqsirinin olub-olmamasının müəyyən edilməsi iş üzrə son dərəcə mühüm əhəmiyyət kəsb edir.
53. Hazırkı işdə ASC iddia olunan zərərin vurulmasında o zaman təqsirli hesab edilə bilər ki, konkret öhdəlik (məsuliyyət) daşıdığı halda, ""FRAUD"" xarakterli zənglərin qarşısının alınması üçün özündən asılı olan bütün zəruri tədbirləri görməmiş olsun.
54. Bunun üçün isə tərəflərin məsuliyyət həddi (təhlükəsizlik təminatının konkret olaraq hansı subyekt tərəfindən verildiyi) dəqiqləşdirilməlidir.
55. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin iş materiallarında olan 2021-ci il 11 iyun tarixli iclasının protokolundan görünür ki, həmin mütəxəssisin dediyi bəzi mühüm fikirlər iş üçün mühüm əhəmiyyət kəsb etsə də, qətnaməyə daxil edilməmiş, məhkəmə qətnamədə həmin məsələlərə har hansı münasibət bildirməmişdir.
56. Mütəxəssis qeyd etmişdir ki, “Bu bağlantı bank ilə Aztelekom arasında birbaşa deyildir. Hər hans ı müdaxilənin olmasını ehtimal etmək olar. Bu proses 3 ATS-dən keçir.”, “ATS tərəfindən müdaxilə ola da bilər.”, “İşçi-personalın bu qədər dəqiqə zəngi həyata keçirməyi mümkün deyildir. 1 dəqiqə ərzində 512 dəfə zəng olur və hər biri 15 dəqiqə davam edir.”, “Bu, Aztelekomun təqdim etdiyi sənədlərdən görünür.”, “... eyni anda 30 danışıq baş tuta bilər.”, “Danışıqlar iş saatı olmayan vaxtlarda edilib, qeyri-iş günlərində edilib.”
57. Mütəxəssisin öz izahatında göstərdiyi həmin vacib məqamlar mübahisə predmeti olan zənglərin ASC-nin əməkdaşları tərəfindən həyata keçirildiyinə əsaslı şübhələr yaradır.
58. İstənilən halda, yuxarıda qeyd olunduğu kimi, MMC tərəfindən ASC-yə göstərilən xidmət çərçivəsində ""FRAUD"" xarakterli zənglərin qarşısının alınması üçün təhlükəsizlik təminatının konkret olaraq hansı subyekt tərəfindən verildiyi müəyyən edilmədən hazırkı mübahisəyə birmənalı şəkildə ədalətli və əsaslı qiymət verilməsi qeyri-mümkündür.
59. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2019-cu il tarixli 7425 nömrəli ekspert rəyində ASC-nin avadanlıqlarının testləşdirildiyinə dair məlumatın olmaması, onların istifadə etdikləri avadanlıqların içərisində CİSCO İP telefon aparatlarının mövcud olduğu göstərilmişdir. Göründüyü kimi, ASC-nin istifadəsində "xxxx" qurğuları olmuş və tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq həmin qurğuların qeydiyyatdan keçməsi iş materialları ilə təsdiqini tapmamışdır.
60. Həmin hal yekun nəticəyə gələ rkən apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi hallardan biri olmuşdur.
61. Halbuki sözügedən rəydə həmçinin göstərilmişdir ki, “tədqiqatlar zamanı bankda daxili telefon rabitəsinin təşkili məqsədi ilə istifadə edilən “CİSCO” proqram təminatının bütün şəbəkə bağlantıları və ona bağlı fiziki avadanlıqların (“CİSCO İP” telefon aparatları, “CİSCO switch” “CİSCO router”) internet magistralına çıxışlarının mümkünsüzlüyü və həmin VOİCE şəbəkəsinin (telefon rabitəsi şəbəkəsinin) DATA şəbəkəsi (server və istifadəçi kompüter şəbəkəsi) ilə heç bir əlaqəsinin olmaması faktına istinadən kənar qoşulmaların mümkünsüzlüyü qənaətinə gəlinmişdir. Eyni zamanda qeyd olunan müddət ərzində icra olunan zənglərin tarixi və saatı iş saatlarına uyğun gəlmirdi”. Həmin rəydə daha sonra qeyd olunmuşdur ki, aparılmış tədqiqatlar nəticəsində 2017-ci il 21-24 iyul tarixlərində (012)-440-86-41 nömrəli telefondan xarici ölkələrə aparılmış danışıqlar ASC-in şəbəkəyə nasaz və ya sertifikatı olmayan cihazlar qoşulması nəticəsində yaranmamışdır.”
62. Belə olan halda isə, iddia tələbinin təmin olunması üçün ASC-nin istifadəsində olmuş "İP" qurğularının, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq ASC tərəfindən qeydiyyatdan keçirilməməsinin, yaxud hətta sertifikarlaşdırılmamasının ""FRAUD"" xarakterli zənglərin edilməsinə səbəb ola bilməsinin mümkünlüyü öz təsdiqini tapmır.
63. Apellyasiya instansiyası məhkəməsi isə bu məsələyə də əsaslandırılmış şəkildə münasibət bildirmədən, o cümlədən ekspert rəyinə MPM-in 103-cü maddəsinə (bax yuxarıda § 41) uyğun olaraq işdə olan digər sübutlarl a əlaqəli şəkildə hüquqi qiymət vermədən məlum nəticəyə gəlmişdir.
64. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən MM-in 88-ci maddəsinin (bax yuxarıda § 41), habelə 103-cü maddəsinin tələblərini pozmuş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 41) tələblərinə cavab verməyən əsassız qətnamə qəbul etmişdir. Ona görə də həmin qətnamə ləğv edilməlidir.
65. Yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda göstərilənləri nəzərə almaqla, MMC tərəfindən ASC-yə göstərilən xidmət çərçivəsində ""FRAUD"" xarakterli zənglərin qarşısının alınması üçün təhlükəsizlik təminatının konkret olaraq hansı subyekt tərəfindən verildiyini müəyyən etməli, habelə iş materiallarında olan ekspert rəyinə, eləcə də ASC-nin istifadəsində olmuş "İP" qurğularının ASC tərəfindən tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq MMC-də qeydiyyatdan keçirilməməsinin ""FRAUD"" xarakterli zənglərin edilməsinə səbəb ola bilməsinin mümkünlüyünə işdə olan digər sübutlarla əlaqəli şəkildə düzgün hüquqi qiymət verməlidir.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 11 iyun tarixli 2-2(103)90/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.