Məhkəmə qərarları › İş №2-2(102)-607/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-607/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-607/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı, İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 sentyabr tarixli 2-2(103)-1113/2021 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı MMC (bundan sonra – “ŞM”) 2021-ci il 9 mart tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC (bundan sonra – “QSZ”) ilə 2019-cu il 5 fevral tarixində bağlanmış alqı-satqı və xidmət müqavilələrinə əsasən görülən işin müqabilində yaranmış əsas borc 25.937,58 manat, əldən çıxmış fayda kimi 25.000 manat, dəbbə pulu kimi 1.621 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun QSZ-dən tutularaq ŞM-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 iyul tarixli 2-2(113)-1767/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, QSZ-dən əsas borc üzrə 25.937,58 manat, həmçinin borcun ödənilməsinin gecikdirilməsinə görə 1.621 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutularaq ŞM-ə ödənilməsi qət edilmişdir (hakim –A.Əliyeva).

3. Qətnamə 2021-ci il 31 iyul tarixində proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmiş, həmçinin 2021-ci il 15 iyul tarixli məktubla tərəflərə göndərilmişdir.

4. QSZ 2021-ci il 2 sentyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin qismən – iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 14 sentyabr tarixli 2-2(103)1113/2021 saylı qərardadı ilə apellyasiya şikayəti nin qeyri-mümkün hesab edilməsi qərara alınmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).

6. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 iyul tarixli qətnaməsi 2021-ci il 31 iyul tarixində QSZ-nin nümayəndəsi (etibarnamə əlavə edilib - i/v 32) elektron kabinetinə yerləşdirilməklə (i/v 239) çatdırılmışdır, lakin apellyasiya şikayəti “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 2021-ci il 2 sentyabr tarixdə göndərilmiş, bununla da qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulan müddət 1 gün ötürülmüşdür. İş üzrə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir.

7. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “ MPM”) 10-1.3, 130.3, 360, 363.1.3, 366.1, 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

8. Həmin qərardad 2021-ci il 17 sentyabr tarixində proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməklə tərəflərə çatdırılmışdır.

9. QSZ 2021-ci il 27 sentyabr tarixində qeyd olunan qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

10. Bakı Kommersiya Məhkəməsinin mübahisələndirilən 2021-ci il 15 iyul tarixli qətnaməsi 2021-ci il 2 avqust tarixində cavabdehin elektron kabinetinə yerləşdirilmiş və həmin gün cavabdeh tərəfindən qəbul edilmiş/oxunmuşdur. Bu baxımdan məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş müddət axımının başlanğıcı həmin tarixdən hesablanmalıdır (nümayəndəyə təqdim olunduğu tarixdən deyil). Yəni, təcrübədə mümkündür ki, qətnamənin cavabdehin nümayəndəsinə təqdim olunduğu vaxt nümayəndənin əmək müqaviləsinə artıq xitam verilmiş və o, işdən azad olunmuş və onun səlahiyyətinə xitam verilmiş olsun. Digər tərəfdən, məhkəmə qətnaməsinin 2021-ci il 31 iyul tarixində cavabdehin nümayəndəsinin, 2021-ci il 2 avqust tarixində isə məhz cavabdehin elektron kabinetinə yerləşdirilməsi təəccüb doğurur. Göründüyü kimi, cavabdeh tərəfindən apellyasiya şikayəti vaxtında (2021-ci il 2 sentyabr tarixində) verilmiş, lakin məhkəmə kollegiyası qeyd olunan halları nəzərə almayaraq, əslində prosess ual hüquq normalarının pozuntusuna yol verməklə, düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.

11. Kassasiya şikayətini MPM-in 360, 366.1, 366.1, 366.2, 416, 418.1, 418.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Tərəflərə məhkəmə baxışının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak edən olmadı. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 14.Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 15.QSZ apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). 16.Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQU Q

17. MPM-in 2021-ci il 1 oktyabr tarixinədək qüvvədə olan redaksiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir....” “Maddə

130. Prosessual müddətlərin buraxılmasının nəticələri... 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.” “Maddə

135. Mə hkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənə dləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yer ləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə

360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.” “Maddə

363. Apellyasiya şikayətinin qaytarılması... 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş verilmişdirsə;...” müddət keçdikdən sonra "Maddə

366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda § 10) iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, həmin də lillər aşağıdakı səbəblərdən əsassız, apellyasiya instansiyası məhkəməsinin mövqeyi isə qanunauyğun hesab edilməlidir.

19. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 iyul tarixli 2-2(113)-1767/2021 saylı qətnaməsi 2021-ci il 31 iyul tarixində saat 16:13-də QSZ-nin nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir (i/v 239).

20. Həmin çıxarışa əsasən, Nümayəndə2 təsdiq edilmiş elektron ünvanı (e-mail) vardır (mailto:nurlan.a.karimli@gmail.comElektron ünvan ).

21. İstənilən şəxs “Elektron Məhkəmə” informasiya sistemində elektron kabinet yaradarkən təsdiq edilmiş elektron ünvanını (e-mail) qeyd etdiyi halda, sözügedən informasiya sistemi məhkəmə sənədlərinin elektron kabinetdə yerləşdirilməsi barədə həmin şəxsə təsdiq edilmiş elektron poçt vasitəsilə məlumat çatdırmaq funksionallığına malikdir.

22. İş materiallarından (i/v 32) görünür ki, QSZ tərəfindən 2021-ci il 18 mart tarixində məhkəmə orqanlarında (instansiyalarında) təmsil etmək və bütün prosessual hərəkətləri həyata keçirmək məqsədilə 1 illik etibarnamə verilmişdir.

23. Həmin etibarnamənin ləğv olunması iş materialları ilə müəyyən edilmir.

24. Belə olan halda, məhkəmə kollegiyasının mövqeyinə görə, birinci instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfə MPM-in 135.5 və 135.8-ci maddələrinin (bax yuxarıda § 17) tələblərinə uyğun olaraq, 2021-ci il 31 iyul tarixində rəsmi qaydada çatdırılmış hesab edilməlidir.

25. Apellyasiya şikayəti isə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 2021-ci il 2 sentyabr tarixində göndərilmiş, bun unla da qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulan müddət 1 gün ötürülmüş, buna baxmayaraq iş üzrə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir.

26. Kassator Bakı Kommersiya Məhkəməsinin qətnaməsinin 2021-ci il 2 avqust tarixində QSZ-nin elektron kabinetinə yerləşdirildiyini və həmin gün oxunduğunu bildirsə də, qeyd olunanlar iş materialları ilə öz təsdiqini tapmır.

27. Bununla belə, hətta qətnamə QSZ-nin elektron kabinetinə 2021-ci il 2 avqust tarixində yerləşdirilmişdirsə belə, yuxarıda §§ 19-25-də qeyd olunanlar istənilən halda qətnamənin cavabdeh tərəfə prosessual qanunun tələblərinə uyğun olaraq vaxtında çatdırıldığını təsdiq edir.

28. Yuxarıda göstərilənləri ümumiləşdirərək, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi məsələ ilə bağlı düzgün nəticəyə gəlmiş, qərardad qəbul edərkən hər hansı prosessual pozuntuya yol verməmişdir.

29. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 sentyabr tarixli 2-2(103)1113/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar