Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-607/2022 12.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən), İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Əliyev Ələsgər Əliabbas oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı oğlunun cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr i Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı “ipoteka müqaviləsinin etibarsız heaba edilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 iyul tarixli 22(113)-3800/2022 saylı qərardadına əsasən, Nəsimi Rayon Məhkəməsi ilə Bakı Kommersiya Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1. 2014-cü il 3 iyun tarixli № 125861-1-11250 saylı “Baş kredit” razılaşmasından görünür ki, Cavabdeh1 (bundan sonra – “bank”) ilə Cavabdeh2 (bundan sonra – “borcalan”) arasında bağlanan müqaviləyə əsasən borcalana 2.000.000 manat və ya ABŞ dollarlıda olan ekvivalenti məbləğində 2014-cü il 3 iyun tarix dən 2024-cü il 3 iyun tarixədə kredit xətti açmışdır. 2. 2014-cü il 3 iyun tarixli № 125861-1-11250/1 saylı “Kommersiya kredit” müqaviləsindən görünür ki, bank tərəfindən borcalana (VÖEN: **********) birinci tranş üzrə 270.000, ikinci tranş üzrə 80.000, üçüncü tranş üzrə 80.000, dördüncü tranş üzrə 80.000 ABŞ dolları olmaqla, 48 ay müddətində 18 faiz hesablanmaqla cəmi 510.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 3. 2014-cü il 11 sentyabr tarixli ödəniş cədvəlindən görünür ki, faiz üzrə borc 30.618,59, əsas borc üzrə 80.000, ümumilikdə 110.618,59 ABŞ dolları məbləğində borc təşkil etmişdir. 4. 2014-cü il 6 noyabr tarixli № 125861-1-11250/2 saylı “Kommersiya kredit” müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 48 ay müddətində illik 18 faiz hesablanmaqla 127.000 ABŞ dolları mə bləğində kredit verilmişdir. 5. 2015-ci il 27 aprel tarixli № 125861-1-11250/3 saylı “Bərpa olunmayan kredit xətti” müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 60 ay müddətində illik 15 faiz hesablanmaqla birinci tranş üzrə 100.000, ikinci tranş üzrə 100.000, üçüncü tranş üzrə 100.000, 4-cü tranş üzrə 100.000 olmaqla cəmi 400.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 6. 2014-cü il 3 iyun tarixli № 125831-NEDVİJ-2763 saylı “Daşınmaz əmlak ipoteka” müqaviləsindən görünür ki, İddiaçı (bundan sonra – “İddiaçı”) mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, At yalı ərazisində istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 8 girişli, 14 otaqlı, 521.1 kv.m, 77.2 kv.m, əsas 443.9 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə iddiaçının a dına daşınmaz əmlakın dövlət reyestrində **********71-06301 saylı reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin müqaviləyə əsasən, qeyd olunan torpaq sahəsi bank tərəfindən yüklü edilmişdir.
7. İpotekanın predmetinin bazar dəyəri 1.300.000 manat məbləğində qiymətləndirlmişdir 8. 2014-cü il 3 iyun tarixli № 125831-NEDVİJ-2764 saylı “Daşınmaz əmlak ipotek” müqaviləsindən görünür ki, iddiaçıya məxsus **********73 reyestr nömrəli, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.5 ha torpaq sahəsi bank tərəfindən yüklü edilmişdir.
9. İpoteka predmetinin bazar dəyəri 350.000 manat məbləğində qiymətləndirilmişdir.
10. İddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər Cavabdeh2, İddiaçı, X2 və X4 qarşı “kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Binəqəd i Rayon Məhkəməsinin 2018-ci il 26 iyul tarixli, 2(001)-1626/2018 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, Bankla Cavabdeh2 arasında bağlanmış 2014cü il 3 iyun tarixli “Kommersiya krediti müqaviləsi” üzrə ödəniş gününə olan məzənnə üzrə cəmi 466.454,81 ABŞ dolları məbləğində pul vəsaitinin, 2014-cü il 6 noyabr tarixli “Kommersiya krediti müqaviləsi” üzrə ödəniş gününə olan məzənnə üzrə cəmi 130.487,98 ABŞ dolları məbləğində pul vəsaitinin, 2015-ci il 27 aprel tarixli “Bərpa olmayan krediti müqaviləsi” üzrə ödəniş gününə olan məzənnə üzrə cəmi 467. 957,34 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatı ilə Cavabdeh2, İddiaçı, X1 və X3 müştərək qaydada tutularaq banka ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişin qeydiyyat alınması üçün ödə nilmiş 60 manat dövlət rüsumunun 45 manatının iddiaçıya aid edilməsi, qalan 45 manatın cavabdehlərdən müştərək qaydada tutularaq banka verilməsi, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri, yəni 145 manat məbləğində pul vəsaitinin 72 manat 50 qəpiyinin iddiaçıdan, 72 manat 50 qəpiyinin isə cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 600 manat məbləğində pul vəsaitinin 300 manatının iddiaçının özünə aid edilməsi, 300 manatının isə cavabdehlərdən müştərək qaydada tutularaq banka verilməsi qət edilmişdir.
11. Qətnamə ilə həmçinin İddiaçı məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, At yalı ərazisində istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 8 girişli, 14 otaqlı, 521.1 kv.m ümumi, 77.2 kv.m. əsas, 443.9 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına tutma yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 552.800 manat məbləğində müəyyən edilməsi, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.5 ha torpaq sahəsinə tutma yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 175.300 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh2 Banka olan borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq qalmış pul vəsaitinin İddiaçı verilməsi, mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra ipoteka predmetlərinin İddiaçı tərə findən boşaldılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh2 verilməsi qət edilmişdir.
12. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10903/2018 saylı, 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1626/2018 saylı, 26 iyul 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10903/2018 saylı, 2018-ci il 17 oktyabr tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməs i Mülki Kollegiyasının 2(102)-6856/19 saylı, 30 oktyabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2018-ci il 17 oktyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 14. 2020-ci il 28 iyun tarixdə İddiaçı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2018-ci il 26 iyul tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-517/2021 saylı, 2021ci il 25 fevral tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1626/2018 saylı iş üzrə 2018-ci il 26 iyul tarixli qətnaməsi “ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq qalmış pul vəsaitinin Cavabdeh2 verilməsi” hissəsində dəyişdirilmiş, İddiaçı məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, At yalı ərazisində istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 8 girişli, 14 otaqlı, 521.1 kv.m ümumi, 77.2 kv.m. əsas, 443.9 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının və Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.5 ha torpaq sahəsinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq qalmış pul vəsaitinin İddiaçı verilməsi, qətnamənin İddiaçı mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev).
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 14 iyul tarixli, 2(102)-4183/2021 say lı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. İddiaçı Cavabdeh1 ASC-yə qarşı “ipoteka müqavilələsinin ləğv edilməsi və ipoteka predmetlərinin yüklülükdən azad edilməsi” tələbinə dair iş üzrə Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2019-cu 20 may tarixli qətnaməsi ilə iddia rədd edilmiş, qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il 6 sentyabr tarixli, 2(103)-10888/2019 saylı qətnaməsi ilə təmin olunmamış, Nəsimi rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bakı şəhəri Nəsimi rayon Məhkəməsində icraat
18. İddiaçı bank və borcalana qarşı qarşı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidm ətinin 4 saylı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, bankla iddiaçı arasında bağlanılmış 2014-cü il 3 iyun tarixli №125831-NEDVİJ2764 saylı “Daşınmaz əmlak ipoteka” müqavilələrinin etibarsız hesab edilməsi və əmlakının yüklülükdən azad edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ildə borcalan iddiaçıya müraciət etmiş, bildirmişdir ki, biznesin inkişafı və genişləndirilməsi üçün bankdan kredit götürmək istəyir, lakin çıxarışlı əmlakı olmadığına görə kredit ayrılmamışdır.
20. Borcalanın iddiaçının əmlaklarından xəbərdar olduğundan sonuncudan əmlakların ipotekaya qoymağı, bankdan kredit götürüb qısa müddətdə ödəyə cəyini xahiş etmişdir. 2014-cü il 3 iyun tarixdə iddiaçıya məxsus Abşeron rayonu, Aşağı güzdək qəsəbəsi, At yalı ərazisində istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 8 girişli, 14 otaqlı, 521.1 kv.m ümumi, 77.2 kv.m əsas,443.9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binanı 125831-NEDVİJ-2763 saylı “Daşınmaz əmlak ipoteka müqaviləsi” ilə və Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,5 ha torpaq sahəsini 125831-NEDVİJ2764 saylı “Daşınmaz əmlak ipoteka müqaviləsi” ilə bankın xeyrinə yüklü edilməsinə dair imzalanmışdır.
21. İddiaçı Cavabdeh1 ASC cavabdehlər Cavabdeh2, İddiaçı, X2 və X4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2018-ci il 7 iyul tarixli 2(001)-1626/2018 saylı qətnaməsi ilə iddia qismən təmin oluna raq cavabdehlərdən cəmi 1.044.900,13 ABŞ dolları məbləğinin, ödənilmiş dövlət rüsumu və ekspertiza xərclərinin müştərək qaydada tutularaq Cavabdeh1 ASC-nin xeyrinə verilməsi, tutmanın İddiaçı məxsus ilkin satış qiyməti 552.800 manat məbləğində müəyyən edilmiş Abşeron rayonu, Aşağı güzdək qəsəbəsi, At yalı ərazisində istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 8 girişli, 14 otaqlı, 521.1 kv.m ümumi, 77.2 kv.m əsas,443.9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına və ilkin satış qiyməti 175.300 manat məbləğində müəyyən edilmiş Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,5 ha torpaq sahəsinə yönəldilməsi qət olunmuşdur.
22. Nəsimi Rayon Məhkəməsinin 2022-ci il 5 aprel tarixli, 2(006)-771/2022 saylı qərardadı ilə işin aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – S. Cəfərov)
23. Qərardad onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və.s) nəzərə almalıdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm də mübahisənin subyekt tərkibinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir.
24. İddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən ya ranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
25. Beləliklə, hər iki tərəf sahibkarlıq subyektidir. Eyni zamanda iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Bu səbəbdən mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə g öndərilməlidir.
26. Məhkəmə öz qərardadında hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2, 25, 26, 31.1, 32.3-32.4-cü maddələrinə istinad edilmişdir. b) Bakı Kommersiya Məhkəməsindəki icraat
27. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 iyul tarixli, 2-2(113)-3800/2022 saylı qərardadı ilə işin məhkəmə aidiyyətının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – E. Əliyev).
28. Həmin məhkəmə bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi işi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərməklə düzgün nəticəyə gəlməmişdir.
29. Belə ki, tərəflərin subyektiv tərkibi mübahisə doğurmasa belə, mübahisənin predmeti ilə bağlı məhkəmə qeyd edir ki, tərəflərin arasında sahibkarlıq fəaliyyə ti ilə bağlı olmayan kredit müqaviləsinin təminatı olan ipoteka müqaviləsi imzalanmışdır. Baxmayaraq ki, kredit müqaviləsi digər şəxsə (Cavabdeh2) sahibkarlıq fəaliyyəti ilə bağlı verilsə də, hazırki tələb üzrə iddiaçı yalnız ipoteka müqaviləsini mübahisələndirmiş, yəni hazırki iddiada kredit müqaviləsi ilə bağlı heç bir tələb yoxdur.
30. Beləliklə, tərəflərin subyektiv tərkibi ilə bağlı mübahisə yoxdursa, ipoteka qoyanın bankla yalnız ipoteka müqaviləsinin mübahisələndirməsi tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlmir və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının müddəalarına uyğun olaraq mülki iş kimi mahiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır.
31. Məhkəmə öz qərardadında hüquqi əsas kimi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 2020-ci il 18 sentyab r tarixli, 10 saylı Qərarının 10, 11, 12-ci bəndinə, MPM-nin 24.2, 25.1, 30, 32.7-ci maddələrinə istinad edilmişdir. İİ.TƏTBİQ EDİLƏN HÜQUQ.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.” “25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olmasa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır (2020-ci il yanvarın 1-dək qüvvədə olan redaksiyada).” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlı q fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.” “Maddə
31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.” 33. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyə n edilməsi, məhkəmə aidiyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Ali Məhkəmənin 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında nəzərdə tutulmuşdur: “...
5. Məhkəmələr nəzərə almalıdır ki, MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. Eyni qayda, apelyasiya və kassasiya instansiyası məhkəmələrinə də aiddir....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
34. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq hesa b edir ki, iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhər Nəsimi rayon Məhkəməsinə göndərilməlidir.
35. Belə ki, 2020-ci il yanvarın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olmasa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır.
36. Həmçinin, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyə ti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarının 5-ci bəndində göstərilmişdir ki, MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir.
37. İş materiallarından göründüyü kimi, tərəflər arasında əvvəllər kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə mülki məhkəmə icraatı qaydasın da ümumi məhkəmədə baxılmış, qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətlərinə müvafiq olaraq yuxarı instansiya məhkəmələrinin mülki kollegiyalarında hüquqi qiymət verilmişdir (bax §§10-16).
38. Məhkəmə tərkibi vurğulayır ki, ipoteka müqaviləsi kredit müqaviləsindən irəli gəlməklə onun təminatı kimi çıxış etdiyindən, kredit müqaviləsindən irəli gəlmiş mübahisəyə ümumi məhkəmədə, onun təminatı olaraq bağlanmış ipoteka müqaviləsindən irəli gələn mübahisəyə isə kommersiya məhkəməsində baxılması ümumi məhkəmə tərəfindən həll olunmuş mübahisənin yenidən ixtisaslaşmış məhkəmə tərəfindən təftiş olunması anlamına gətirib çıxarmaqla yanaşı məhkəmə yekun məhkəmə qərarlarının yaratdığı hüquqi nəticələr baxımından etibarsızlığın və prosessual hüquqlardan sui-istifadə olunması hallarının meyda na çıxması ilə nəticələnə bilər.
39. Bundan başqa, İddiaçı Cavabdeh1 ASC-yə qarşı “ipoteka müqavilələsinin ləğv edilməsi və ipoteka predmetlərinin yüklülükdən azad edilməsi” tələbinə dair işə də ümumi məhkəmədə baxılmış və həmin məhkəmə icraatı çərçivəsində aidiyyat mübahisəsi yaranmamışdır (bax 17).
40. MPM-in 31.2-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.9.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən işi məhkəmə aidiyyəti üzrə göndərə bilər.
42. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.9.1-ci maddəsini rəhbər tutaraq məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iş MPM-nin 403-1.9.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə, yəni Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.