Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-607/2023 29.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı “X1 ve Ticaret Limited” şirkətinin cavabdeh "xxxx" QSC-yə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 may tarixli, 2-2(103)-367/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı “X1 ve Ticaret Limited” şirkəti (bundan sona mətnd ə “iddiaçı”) cavabdeh "xxxx" QSC-yə (bundan sonra mətndə “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 50339,79 ABŞ dollarının, 5033 ABŞ dolları faiz borcunun və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat haqqın, ümumilikdə 55.372,79 ABŞ (əlli beş min üç yüz yetmiş iki ABŞ dolları, yetmiş doqquz sent) vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 dekabr tarixli e-2-2(113)-5331/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim A.Əliyeva). Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 may tarixli, 2-2(103)-367/2023 saylı qətnaməsi ilə iddiaçı “X1 ve Ticaret Limited” şirkətinin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 dekabr tarixli e-2-2(113)-5331/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" QSC-dən 50001,54 ABŞ dolları əsas borc, 5000 ABŞ dolları faiz borcunun tutularaq iddiaçı “X1 ve Ticaret Limited” şirkətinə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (Sədrlik edən-məruzəçi hakim A.Hüseynova, hakimlər V.Baxışova və R.Qurbanov). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2023-cü il 23 iyun tarixində tərəflərin elektron kabinetində yerləşdirilmişdir. Cavabdeh tərəfindən həmin qətnamədən 2023-cü il 21 avqust tarixində verilmiş kassasiya şikayətində Bak ı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023cü il 25 may tarixli, 2- 2(103)-367/2023 saylı qətnaməsinin qismən, yəni “5000 ABŞ dolları faiz borcunun tutulması hissəsində” ləğv edilərək, həmin hissədə iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, kommersiya mübahisələrinə dair işlər üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğu təqdirdə, belə iddialarla bağlı apellyasiya məhkəməsinin qətnaməsi kassasiya məhkəməsinin baxış predmeti ola bilməz. Hazırki iş üzrə kassasiya şikayətinin məzmunundan göründüyü kimi, cavabdeh tərəfindən apellyasiya instansiya məhkəməsinin qətnaməsi 5000 ABŞ dolları (müvafiq olaraq manat ekvivalentində 5000x 1,7=8500 manat) faiz borcunun tutulması hissəsində mübahisələndirilmişdir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi iş ə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hazırki icraat çərçivəsində məhkəmə qətnaməsini mübahisələndirdiyi hissədə iddianın qiyməti 10.000 manatdan azdır, MPM-nin istinad olunan 402.1-ci maddəsinin tələbləri baxımından həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. MPM-in 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 402 və 408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 may tarixli, 2-2(103)-367/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Ape llyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov Ə.G.Nurməmmədov
Məhkəmə qərarları › İş №2-2(102)-607/2023
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-607/2023
29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver