Məhkəmə qərarları › İş №2-2(102)-61/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-61/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-61/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-61/2024 Açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “yaranmış borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 sentyabr tarixli 2-2(103)-415/2023 nömrəli qətnaməsind ən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" MMC ilə Cavabdeh MMC arasında süd və süd məhsullarının alğısatqısı üzrə 2016-cı il 15 avqust tarixində alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən məhsulların satıcıya geri qaytarılması tərəflərin səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş xüsusi “qaytarılma aktı” (anbar qəbzi əlavə edilməklə) əsasında həyata keçirilir. 2. "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 2016-cı il 15 avqust tarixli alğı-satqı müqaviləsinə X1 adlı 2019-cu il 10 may tarixli 11 nömrəli Əlavədən görünür ki, tərəflər 2016-cı il 15 avqust tarixli alğı-satqı müqaviləsi üzrə protokolda göstərilmiş məhsulların çeşidi və qiyməti barədə razılığa gəlmişlər. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

3. Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 2022-ci il 2 mart tarixli, 0186 nömrəli məktubda qeyd edilmişdir ki, aparılmış daxili araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə 2019-cu ilin may-iyun ayları ərzində ümumi dəyəri 195.392,87 manat olan məhsullar müqavilə şərtlərinə uyğun olaraq, "xxxx" MMCyə geri qaytarılmışdır (bunu təsdiq edən sənədlərin surəti məktuba əlavə olunur). Müqavilə şərtlərinə uyğun olaraq "xxxx" MMC-yə geri qaytarılmış malların dəyərini Cavabdeh MMC-dən tələb edilməyi başa düşülən olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Cavabdehnə ( bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 12 sentyabr tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 194.989,42 manat müqavilə üzrə borcun, 800 manat mediasiya xərcinin və 85 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2016-cı il 15 avqust tarixli müqaviləyə və həmin müqavilənin 2019-cu il 10 may tarixli 11 nömrəli əlavəsinə əsasən satıcı malları sifarişçiyə satmağı, bunun müqabilində isə alıcı alınan malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam icra olunsa da, cavabdeh tərəfindən öhdəliklər hələ də icra olunmamışdır. Müqavilə üzrə cavabdehə verilmiş malların dəyəri tam ödənilməmişdir. Belə ki, hal-hazırda müqavilə üzrə satılmış malların dəyəri olaraq 161.095,93 manat və ƏDV olaraq 33.802,49 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş və cavabdehin pretenziya məktubuna cavabından görünür ki, müxtəlif həcmdə və növdə olan 195.382,87 manat dəyərində süd məhsulları iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və cavabdeh bu faktı qəbul etmişdir. Cavabdehə alğı-satqı müqavilələri üzrə öhdəliyin icra edilməməsinə dair 2022-ci il 13 iyun tarixində pretenziya göndərilmiş və 194.989,42 manat məbləğində pul vəsaiti ödənilmədikdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin pretenziyada göstərilən müddətin keçməsinə baxmayaraq, həmin məbləğ hələ də ödənilməmişdir. Müqavilənin 8.2-ci bəndi rəhbər tutularaq həmin müqavilə üzrə ödənilməmiş pul vəsaitinin tələb edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

6. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.2, 442, 443.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 5.1, 26.1-ci maddələrinə istinad etmişdir. 7. 2022-ci il 11 oktyabr tarixində cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək, iddiaçının cavabdehə qarşı “borcun ödənilməsi tələbinə” dair iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 194.989,42 manat müqavilə üzrə borcun, 800 mana t mediasiya xərcinin və 85 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2016-cı il 15 avqust tarixli müqaviləyə və həmin müqavilənin 11 nömrəli 2019-cu il 10 may tarixli Əlavəsinə uyğun olaraq iddiaçı cavabdehə malları satmış, lakin cavabdeh qəbul etmiş olduğu malların dəyərinin ümumilikdə 194.989,42 manat hissəsini ödəməmişdir. Cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərini tam və vaxtında icra etmiş və iddiaçıya heç bir borcu qalmamışdır. İddiaçı tərəfindən müqavilə üzrə cavabdehə təhvil verilmiş malların ümumilikdə 195.392,87 manat dəyərində hissəsi 2019-cu ilin may-iyun ayları ərzində təhvil-təslim aktı əsasında iddiaçının özünə geri qaytar ılmışdır. Bu barədə iddiaçıya pretenziya məktubuna 2022-ci il 2 mart tarixli cavab məktubu ilə də xatırlatmış və müvafiq geri qaytarma sənədlərini məktuba əlavə edərək iddiaçıya göndərmişlər. Eyni zamanda, tərəflərin iştirakı ilə keçirilmiş mediasiya prosesində də bu barədə iddiaçının nümayəndəsinə məlumat verilmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, sonuncuya geri qaytarılmış malların dəyərini cavabdehdən tələb etmək olmuşdur. Tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi qalmamışdır.

9. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 dekabr tarixli e-2-2(113)5366/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır (hakim – Z.Axundova).

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəf 2019-cu ilin m ay-iyun ayları ərzində ümumi dəyəri 195.392,87 manat olan malların iddiaçıya geri qaytarıldığını bildirmiş olsa da, iddiaçı tərəf cavabdeh tərəfindən iddiaçıya malların qaytarıldığını təkzib etmişdir. Cavabdeh tərəf malların qaytarılması faktı ilə bağlı iddiaçı tərəfə pretenziyaya cavab məktubu ilə qoşma olaraq sübutlarını göndərmiş, eləcə də həmin sənədləri məhkəməyə təqdim etmişdir. İddiaçı tərəf həmin sənədləri qəbul etməyərək, həmin sənədlərin müqavilə şərtlərinə uyğun səlahiyyətli nümayəndələr tərəfindən imzalanmadığını bildirmişdir. Şahid ifadələri ilə digər sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında olan münasibətlərdə məhsulların geri qaytarılması zaman geri qaytarma fakturalarının əməkdaşlar, sürücülər tərəfindən imzalanaraq təhvil alınması praktikası mövcud olmuşdur. Əks ini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəfindən göndərilmiş pretenziya məktubunda borc məbləğinin iddiaçı MMC-də aparılan audit yoxlamaları zamanı aşkar edildiyi və həmin borcun (194.989,42 manat (161.095,93 manat əsas + 33.802,49 manat ƏDV)) 2016-2019-cu illər dövrünə aid olduğu qeyd edilmişdir. İddiaçı tərəf dəyərinin ödənilmədiyini iddia etdiyi məhsulların cavabdehə hansı dövrdə təhvil verildiyini, həmin məhsulların çeşidi və növünü təsdiqləyəcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

11. Məhkəmə öz mövqeyini MM-in 385.1, 386.1, 567, 598.1, 598.2-ci maddələrinə, MPM-in 14.2, 76.1, 77.1, 80. 81, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tə ləbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı 2023-cü il 14 aprel tarixində vəsatətlə məhkəməyə müraciət edərək, məhkəmə - mühasibatlıq ekspertizasının təyin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh 2023-cü il 24 may tarixində 0796 nömrəli ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının iddia tələbinə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir.

15. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə - mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 24 avqust tarixli, 9/4618 saylı ekspert rəyinə əsasən, 2017-2019-cu illər üzrə cavabdehin iddiaçıya olan borcunun 161.410,41 (ƏDV-siz) manat məbləğində olması müəyyən e dilmişdir. O cümlədən 4.676.349,98 (elektron vergi hesab-fakturalarına əsasən 2017-2019-cu illər üzrə təqdim edilən mallar) – 4.514.939,57 (2017-2019-cu illər üzrə aparılmış ödənişlər). Həmçinin 161.410,41 manat məbləğinin ƏDV-i 29.053.87 manat (161.410,41*18%) təşkil etmişdir.

16. Cavabdeh 2023-cü il 27 sentyabr tarixində vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə təkrar məhkəmə - mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 sentyabr tarixli 2-2(103)-415/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 190.464,28 manat məbləğində pul tutulmuş, iddia tələbi qalan h issədə təmin olunmamışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).

18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçıdan elektron qaimələr əsasında təhvil alınmış mallardan 195.392,97 manat malın dəyərinin ödənilmədiyi faktını qəbul etmişdir. Bu səbəbdən iddiaçı birinci instansiya məhkəməsinə qeyd edilən malların cavabdehə təhvil verildiyini təsdiq etmək üçün elektron qaimələri təqdim etməmişdir. Cavabdeh tərəfin iddiaya etirazı bundan ibarət olmuşdur ki, iddiaçıdan alınmış 195.392,97 manat dəyərində mal 2019-cu ilin may-iyun aylarında sənədlə qaytarılmışdır. Cavabdeh tərəfindən məhkəməyə 195.392,97 manat dəyərində malın qaytarılmasına sübut olaraq “Alış fakturası” adlı sənədlər təqdim etmişdir. Bu sənədlər iddiaçı tərəfindən qəbul olunmadı ğına, üzərində iddiaçıya aid möhür və səlahiyyətli şəxslərinin imzası olmadığı halda (bəzilərində ümumiyyətlə təhvil alan şəxsin imzası və adı olmadığı halda) məhkəmə həmin sənədləri cavabdehin etirazının əsasını təşkil edən mötəbər sübut kimi qəbul etmişdir. Hazırkı işdə malların ixtiyarlı şəxsə qaytarıldığını sübut etmək öhdəliyi (sübut etmə yükü) cavabdehin üzərində olmuş, cavabdeh malları iddiaçının adından qəbul etmiş işçilərin (X5, X2, X3 -sürücülər, X4-fəhlə) buna səlahiyyətləri olmaları (əvvəllər həmin şəxslərə malların qaytarıldığı və iddiaçı tərəfindən bu halın qəbul edildiyi) sübut edə bilməmişdir. İddiaçının işçiləri olmuş həmin şəxslər birinci instansiya məhkəməsində işə baxılarkən şahid qismində ifadə verərkən cavabdeh tərəfindən geri qaytarılan malların onlara təhvil verildi yi hallar olduğunu bildirsələr də, qaytarılmış malın dəyərinin ümumilikdə 195.392,97 manat olması və 2019-cu ilin may-iyun aylarında bu məbləğdə malın onlar vasitəsilə geri qaytarıldığına dair ifadə verməmişlər. Cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Tunar Məmmədli (Cavabdeh MMC-nin əməkdaşı) ifadəsində bildirmişdir ki, geri qaytarılan mallar onun tərəfindən təhvil verilmiş, həmin mallar müştərilər tərəfindən qaytarılan keyfiyyətsiz mallar olmuşdur. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 4.5-ci bəndində məhsulların satıcıya geri qaytarılmasının tərəflərin səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş xüsusi “qaytarılma aktı” (anbar qəbzi əlavə edilməklə) əsasında həyata keçirilməsi nəzərdə tutulduğu halda cavabdeh məhkəməyə belə bir akt təqdim et məmişdir.

19. Cavabdehin nümayəndəsi mal keyfiyyətsiz olduğuna görə qaytarıldığı və müqavilə şərtlərinə əsasən alıcının onun dəyərini ödəməkdən imtina etmək hüququ olduğu halda qaytarıldığı iddia edilən malların dəyərinin hansı səbəbdən ödənildiyinə məntiqli izah verə bilməmişdir. Belə ki, ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıdan 2017-ci aldığı məhsullara görə ödədiyi məbləğ arasında 190.604,58 manat fərq olmuşdur. 2019-cu ildə isə alınmış məhsulun dəyərindən artıq ödəniş edilmişdir. Belə olan halda tələb olunan borc 2017-ci il üzrə təhvil verilmiş məhsulların dəyəri tam ödənilmədiyi üçün yaranmışdır. Süd məhsullarının yararlılıq müddətinin qısa olduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, 2017-ci ildə təhvil verilmiş məhsulların yararlılıq müddəti bitməmiş k eyfiyyətsiz olması əsası ilə geri qaytarılması ya həmin il ərzində, ya da ən geci 2018-ci ildə baş verə bilərdi. Cavabdehin birinci instansiya məhkəməsinə təqdim etmiş olduğu “Alış fakturası” adlı sənədlər əsaslı şübhədən kənar mötəbər sübut standartına cavab verməmişdir. 2023-cü il 27 sentyabr tarixində cavabdeh məhkəməyə vəsatət təqdim edərək iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsini, malların geri qaytarılması barədə sübutlar nəzərə alınmaqla borcun yenidən hesablanmasını xahiş etmişdir. Məhkəmə kollegiyasi cavabdeh tərəfindən təqdim olunmuş malların ekspert tərəfindən müəyyən edilmiş dəyərinin və ödənişlərin məbləğinin mübahisələndirilmədiyini, geri qaytarma aktlarının mötəbər sübut kimi qəbul edilibedilməməsi məsələsinə hüquqi qiymət verilməsinin isə eksperti n deyil, məhkəmənin səlahiyyətinə aid olduğunu nəzərə alaraq iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilməsi barədə vəsatəti əsassız hesab etmişdir.

20. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsinin istinad etmiş olduğu hüquq normaları ilə eynilik təşkil etmiş və əlavə olaraq MM-in 433.1, 433.2, 589.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını, işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. MM-in 433, 589.6-cı maddələrinin tələbləri pozulmuşdur. Dindirilmiş iddiaçını n işçiləri təsdiqləmişlər ki, həqiqətən də cavabdeh tərəfindən iddiaçıya malların qaytarılmasında iştirak etmişlər və hər dəfəsində də eyni sənədlər– iş materiallarında olan “Alış Fakturası” adlı sənədlər tərtib edilərək imzalanmışdır. Məhkəmə kollegiyası öz mövqeyində göstərmişdir ki, iddiaçının işçiləri olmuş şahidlər qaytarılmış malın dəyərinin ümumilikdə 195.392,97 manat olması və 2019-cu ilin may-iyun aylarında bu məbləğdə malın iddiaçı vasitəsilə geri qaytarıldığına dair ifadə verməmişlər. Təhvil-təslim prosesində iştirak edən iddiaçının işçilərinin hamısının məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Bu mümkün olsa idi apellyasiya məhkəməsi üçün şübhəli hesab edilən fakt da öz təsdiqini tapardı. Lakin məhkəməyə təqdim edilmiş və geriqaytarma mallarının iddiaçıya ger i qaytarıldığını təsdiq edən “Alış fakturası” adlı sənədlərin tərəflər arasında oturuşmuş işgüzar təcrübəyə görə “malların geri qaytarılması aktı” kimi qəbuledildiyi iş materialları, xüsusilə də iddiaçının işçiləri olmuş şahidlərin ifadələri ilə də öz təsdiqini tapmışdır. Hansısa malın dəyərinin ödənilib-ödənilmədiyini tərəflərin məntiqli izahı ilə müəyyən etməyə çalışan məhkəmə kollegiyasının qanuni və əsaslı qətnamə qəbuletməsi də mümkün olmamışdır. Tərəflər arasında malların qüsurlu olması ilə bağlı mübahisə mövcud deyil və cavabdeh tərəfindən 2019-cu ilin may-iyun aylarında iddiaçıya geri qaytarılmış mallar sonuncunun səlahiyyətli işçiləri tərəfindən qəbul edilərək aparılmışdır. Malların qüsurlu olub-olmaması, eləcə də aşkarlanmış qüsurlarla bağlı satıcıya məlumatın vaxtında verilib- verilməməsi məsələsi həmin vaxt iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

23. MPM-in 81, 102.2, 217, 361.4, 373.2, 377.1-ci maddələrinin tələbləri pozulmuşdur. İşə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara və məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara heç bir hüquqi qiymət verməmiş, qətnaməni yalnız öz mülahizələrinə uyğun əsaslandırmağa çalışmaqla, cavabdehin hüquqlarını pozan qanunsuz qətnamə qəbul etmişdir. Ekspert tərəfindən verilmiş həmin rəy tamamilə əsassızdır və iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi zəruri olmuşdur. Ekspert tərəfindən cavabdehin iddiaçıya borclu olub-olmadığı üzrə düzgün və obyektiv nəticəyə gəlinməsi məqsədi ilə yalnız iş materiallarında olan elektron vergi hesab-fakturaları deyil, həmçinin digər s übutlar, xüsusilə də elektron qaimələrdə qeyd edilən malların cavabdehə təhvil verilməsi ilə bağlı təhvil-təslim aktları da nəzərə alınmalı idi. Lakin iş materialları ilə iddiaçının təqdim etmiş olduğu vergi hesab-fakturalarda göstərilən malların cavabdehə təhvil verildiyi təsdiqlənməmişdir. Təhvil verilməyən mallara görə cavabdehin borclandığı qənaətinə gəlinməsi isə tamamilə yanlış olmuşdur. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən, həm də apellyasiya instansiyası məhkəməsində cavabdehin nümayəndələri iddiaçının məhkəməyə malların cavabdehə təhvil verildiyini təsdiq edən sənədləri təqdim etməsini tələb etsələr də, iddiaçı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Yeni sübutlar toplanması şərti ilə təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməli olduğunu tə ləb etsək də, bununla bağlı verilmiş vəsatəti apellyasiya instansiyası məhkəməsi heç bir əsas olmadan təmin etməmişdir.

24. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçıdan iddiasının əsasını təşkil edən sənədlərin məhkəməyə təqdim edilməsi dəfələrlə təklif olunsa da, iddiaçı tərəf bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəf iddia tələbində göstərdiyi borc məbləğinin məhz 20172018-ci illər ərzində satdığı mallara görə yarandığını birinci instansiya məhkəməsində bildirmiş olsa idi, bu zaman cavabdeh iddia müddətinin ötürülməsi səbəbindən iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərdi. Lakin bu hal cavabdehə apellyasiya məhkəməsi icraatında məlum olduğuna görə, hazırki ərizə ilə məhkəməyə müraciət olundu. İddiaçı ilə cavabdeh a rasında bağlanmış müqavilə üzrə 2017-2019-cu illərə görə tələb üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə 2022-ci ildə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin qeyd etmiş ərizəsini nəzərə almamış və hüquqi qiymət verməmişdir. Ümumiyyətlə məhkəmə öz qətnaməsində cavabdehin belə bir ərizəsinin mövcud olmasını belə göstərməmişdir. Qanunsuz və əsassız olaraq apellyasiya icraatında iddiaçıdan yeni sübutları qəbul etmiş, həmin yeni sübutlar əsasında irəli sürülmüş tələbə iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə isə heç bir hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının elektron qaimələri sübut kimi qəbul edərək həmin qaimələr əsasında ekspertiza təyin etməsini və qaimələri əsas sübut növü kimi qəbul etməsini əsaslandırmaq üçün belə bir arqumentə istinad etsə də, cavabdeh tərəfimizdən apellyasiya şikayətinə verilmiş etiraz və mülahizələrdə göstərilənləri, eləcə də, həmin elektron qaimələrin mötəbər sübut növü kimi qəbul edilməsinin yolverilməzliyi ilə bağlı nümayəndənin məhkəmə iclasında bildirdiklərinin heç birini nəzərə almamışdır.

25. İddiaçı həmin elektron qaimələri hansı səbəblərə görə birinci instansiya məhkəməsində təqdim etmədiyini əsaslandıra bilməsə də, apellyasiya məhkəməsi cavabdehin əvəzindən bir arqument irəli sürməyə çalışmışdır ki, cavabdeh tərəf işə birinci instansiya məhkəməsində baxılarkən, iddiaçıdan elektron qaimələr əsasında təhvil alınmış malların 195.392,97 manat hissəsinin dəyərini ödəmədiyini etiraf etdiyinə görə iddiaçı elektron qaimələri birinci instansiya məhkəməsində təqdim edə bilməmişdir. Cavabdehin nümayəndəsi nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində iddiaçıdan elektron qaimələr əsasında malların təhvil alındığını etiraf etməmişdir. Əksinə, həm birinci instansiya məhkəməsində, həm apellyasiya şikayətinə etirazda, həm də apellyasiya məhkəməsinin iclaslarında verdiyi izahatında nümayəndələr bildirmişdirlər ki, iddiaçı dəyərini tələb etdiyi malların cavabdehə təhvil verildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Birinci instansiya məhkəməsinin hakimi Zeynəb Axundova iddiaçının nümayəndəsindən elektron qaimələri məhkəməyə təqdim etməsini dəfələrlə tələb etsə də, iddiaçının nümayəndəsi hər dəfəsində bir bəhanə gətirərək elektron qaimələri məhkəməyə təqdim etməmişdir. Məhkəmə y eni sübutları qəbul edərkən, yuxarıda göstərilənlərin düzgünlüyünü araşdırmamış, bu məqsədlə birinci instansiya məhkəməsində keçirilən məhkəmə proseslərinə dair iş materiallarında olan video və audio yazılara nəzər verməmişlər. Nəticədə isə cavabdehin hüquqlarını pozan qanunsuz və əsassız qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq cavabdeh tərəfindən təqdim olunan 2019-cu ilə aid aktlara istinad etməmişdir. Belə ki, məhkəmədə cavabdeh istinad etmiş olduğu aktlarda qeyd olunan malların dəyərini ödədiyini bildirmiş, bununla da həmin mötəbər olmayan sənədlərin ümumiyyətlə hazırki iş üçün əhəmiyyəti aradan qalxmışdır. Apell yasiya icraatı zamanı 2023-cü il 17 may tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, araşdırma aparılaraq 2019-cu ildə iddiaçıya geri qaytarıldığı iddia edilən malların dəyərinin tam ödənildiyi müəyyən olunmuşdur. Həmçinin, ekspert rəyindən də göründüyü kimi iddiaçı tərəfindən 2019-cu ildə cavabdehə verilmiş malların dəyəri tam ödənilmişdir. Cavabdehin yenidən həmin aktlara istinad səbəbi isə qeyri-müəyyən olmuşdur. Həmçinin cavabdeh məhkəmə iclaslarında istinad edilən aktlarda sadalanan malların istifadə müddəti bitənə qədər satılmadığı üçün geri qaytarıldığını bildirmiş olsa da, şahid qismində dindirilən Məmmədli Tunar onun tərəfindən imzalanmış aktlarda sadalanan malların keyfiyyət standartlarına cavab vermədiyi üçün mağazalardan geri qaytarıldığına dair ifadə vermi şdir. Sonradan cavabdeh bununla bağlı izahatında müvafiq malların keyfiyyətsiz olduğu üçün qaytarıldığına dair növbəti ziddiyyətli fikir bildirmiş, lakin bununla bağlı məhkəməyə hər hansı sübut – rəy təqdim edilməmişdir.

27. Cavabdeh hazırki iş üzrə çoxsaylı məhkəmə iclaslarında istinad etdiyi aktlarda qeyd olunan malların qaytarılma səbəbi ilə bağlı ziddiyyətli izahatlar vermişdir. Apellyasiya haqlı olaraq cavabdehin malların ekspert rəyi ilə müəyyən edilmiş dəyərini və ödənişlərin məbləğini mübahisələndirilmədiyini, geri qaytarma aktlarının mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməsinin isə ekspertin deyil, məhkəmənin səlahiyyətinə aid olduğunu qeyd etmişdir. Cavabdehə ünvanlanmış pretenziya məktubuna münasibətində, iddia ərizəsinə etirazında və çoxsaylı məhkəmə iclaslarında verdiyi izahatlarda müqavilə üzrə tələb olunan pulun əvəzində alınmış malların 2019-cu il tarixli aktlar əsasında geri qaytarıldığını iddia etmişdir. Yəni müvafiq malların cavabdeh tərəfindən iddiaçıdan təhvil alınması ilə bağlı mübahisə olmamış, cavabdeh həmin malları iddiaçıya geri qaytardığını iddia etmiş və bununla bağlı 2019-cu ilə aid aktlara və şahid ifadələrinə istinad etmişdir. Cavabdehə ünvanlanmış pretenziya məktubunda və birinci instansiya məhkəməsində icraat zamanı çoxsaylı məhkəmə iclaslarında iddiaçı tərəfindən tələb olunan borcun 2016-2019-cu illərə aid olduğu bildirilmiş və bu hal Bakı Kommersiya Məhkəməsinin hazırki iş üzrə qətnaməsində də öz əksini tapmışdır. Cavabdeh tərəfindən malların qəbul edildiyi etiraf edilmiş və əks dəlil olaraq yalnız 201 9-cu ilə aid aktlar irəli sürülmüşdür. Bununla da cavabdehin apellyasiya icraatı zamanı iddia müddətinin tətbiqi barədə ərizə verilməsi ilə bağlı dəlillərinin heç bir əsası olmamışdır. Birinci instansiya məhkəməsində tərəflər arasında mübahisə olmadığından, malların qəbul edilməsi cavabdeh tərəfindən etiraf olunduğundan EVHF-lar apellyasiya şikayəti verilən zaman təqdim edilmişdir. Digər tərəfdən, cavabdeh apellyasiya icraatı zamanı birinci instansiya məhkəməsindən fərqli mövqe nümayiş etdirmiş və müqavilə üzrə ödəniş sənədlərini apellyasiya icraatı zamanı təqdim etmişdir. Ümumilikdə kassasiya şikayətində işin hallarına aid olan və olmayan normalar sadəcə olaraq sadalanmış, lakin əlaqələndirilməmiş, əsaslandırılmamış, o cümlədən cavabdehin istinad etdiyi hallar hər hansı sübutla öz təsdiqi ni tapmamışdır. Kassasiya baxışının hədləri

28. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası aşa ğıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

433. Tələbin ixtiyarlı şəxsə icra edilməsi 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

589. Verilmiş əşyanın qüsurlarının aşkar edilməsi müddətləri... 589.6. Yararlıq müddəti müəyyənləşdirilmiş əşyanın qüsurları ilə bağlı tələbləri alıcı həmin qüsurları əşyanın yararlıq müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər....” “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərd ə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur....”

31. Azərbaycan Respublikası Mülki-Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara o byektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. MPM-in 4 16-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

33. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

34. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi iş üzrə toplanmış sübutlara və məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara heç bir hüquqi qiymət verməmiş, iddiaçının birinci instansiya məhkəməsində təqdim etmədiyi elektron qaimələrə istinad etmiş lakin cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəni isə nəzər ə almamışdır.

35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.

36. Belə ki, MM-in 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

37. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına görə tərəflər arasında bağlanmış 2016-cı il 15 avqust tarixli süd məhsullarının alqısatqısı barədə müqaviləyə əsasən, cavabdehə süd məhsulları satılmış, iddiaçı aparılmış daxili audit nəticəsində cavabdehin 2016-2019-cu illər ərzində aldığı mallardan 194.989,42 manat süd məhsulunun dəyərinin ödənilmədiyini iddia etmiş, cavabdeh işə birinci instansiya qaydasında baxılar kən iddiaçıdan elektron qaimələr əsasında təhvil alınmış mallardan 195.392,97 manat malın dəyərinin ödənilmədiyi faktını qəbul etmişdir. Bununla yanaşı iş materiallarında olan məhkəmə iclaslarının audio-video yazılarından görünür ki, cavabdehin nümayənləri məhkəmə iclaslarında bir-birinə zidd olan izahatlar vermişdirlər.

38. MPM-in 106.3-cü maddəsinə əsasən isə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bu səbəbdən iddiaçı birinci instansiya məhkəməsinə qeyd edilən malların cavabdehə təhvil verildiyini təsdiq etmək üçün elektron qaimələri təqdim etməmişdir.

39. MM-in 375.2-ci maddəsinə əsasən isə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Hazırkı halda cavabdehin kassasiya şikayətində də göstərdiyi kimi onun tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur. Halbuki, mülki qanunvericiliyin istinad olunan müddəasından da göründüyü kimi belə ərizənin məhkəmə qərarı çıxarıldıqdan sonra verilməsi istisna edilmişdir. Belə ki, iddia müddətinin tətbiqinə dair ərizənin apellyasiya instansiyası məhkəməsinə təqdim olunması və həmin məhkəmə tərəfindən hüquqi qiymət verilməsi faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin birinci instansiya məhkəməsi ilə eyniləşdirilməsinə gətirib çıxara bilər. Cavabdeh isə hüquqi şəxs olmaqla mübahisə onun digər hüquqi şəxslə bağladığı müqavilədən irəli gəldiyindən və onun tərəfindən id diaçıya pretenziyaya cavab olaraq göndərilmiş məktubun məzmunundan iddiaçı tərəfindən ondan hansı dövr üçün borcların tələb olunduğundan məlumatsız olmasına dair dəlili də anlaşılan sayıla bilməz.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmış, işdə olan sübutlar və əldə olunmuş ekspert rəyi əsasında qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən isə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatət malların geri qaytarılmış olmasına əsaslanmışdır ki, geri qaytarma aktlarının mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməsinin isə ekspertin deyil, məhkəmənin səlahiyyətinə aid olduğunu nəzərə alaraq iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməs i barədə vəsatət apellyasiya məhkəməsi tərəfindən haqlı olaraq təmin edilməmişdir.

41. MPM-in 47.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”

43. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, apellyasiya instansiyası məhkəmələrinin bir qayda olaraq əsas vəzifəsi bir inci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyini yoxlamaqdan ibarətdir.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işdə olan sübutlar əsasında hüquqi qiymətləndirməni mülki prosessual qanunvericiliyin tələblərinə əsasən düzgün aparmışdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri üzrə yuxarıda göstərilən qaydada hüquqi qiymətləndirmə aparıldığından, kassasiya şikayətinə qarşı etirazın dəlillərinə qiymət verilməsinə zərurət aradan qalxmışdır.

46. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 sentyabr tarixli 2- 2(103)-415/2023 nömrəli qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

47. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

48. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 sentyabr tarixli 2-2(103)-415/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar