Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-61/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar söz: kredit borcu, müqavilə tələbləri üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbin ə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 3 oktyabr tarixli 22(105)-99/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh3 arasında bağlanmış 2015-ci il 2 sentyabr tarixli 885 nömrəli kredit müqaviləsinə (bundan sonra “kredit müqaviləsi”) əsasən ətlik danaların alınması üçün borc alan Cavabdeh3 36 ay müddətinə illik 6% dərəcəsi ilə 8000 manat məbləğində kredit verilmişdir.
2. Borcalan Cavabdeh3 kredit təşkilatına olan borcunun son ödəniş tarixi 2018-ci ilin sentyabr ayı olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planını borcalan Cavabdeh3 imza sı ilə təsdiq etmişdir (1 nömrəli ödəniş cədvəli).
3. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə ipoteka qoyanlar Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3, ipoteka qoyan - borc alan Cavabdeh3 arasında 2015-ci il 4 sentyabr tarixli 885 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən kredit (faizlə) qaytarılana qədər kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyanlar ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özlərinə məxsus olan Qobustan rayonu, Ərəbşalbaş kəndində yerləşən fərdi yaşayış evini (0,12 ha torpaq sahəsi ilə birlikdə) ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etməyi öz öhdələrinə götürmüşlər.
4. Hesabdan çıxarış və 2018-ci il 27 sentyabr tarixli 2 nö mrəli qəbzə əsasən kredit müqaviləsi üzrə sonuncu dəfə 27 sentyabr 2018-ci il tarixində 100 (yüz) manat məbləğində kredit ödənişi həyata keçirilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (bundan sonra“iddiaçı”) cavabdehlər Cavabdeh3 (bundan sonra “Cavabdeh3”), Cavabdeh2 (bundan sonra-“Cavabdeh2”), Cavabdeh1 (bundan sonra-“Cavabdeh1”) və cacabdeh3 (bundan sonra-“Cavabdeh4”) qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh3 2015-ci il 2 sentyabr tarixli 885 nömrəli kredit müqaviləsinə əsasən 7057,92 manat məbləğində əsas, 6875,34 manat məbləğində faiz borcu olmaqla, cəmi 13.933,26 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması, Cavabdeh3 məxsus, habelə onun və onun ailə üzvləri olan digər cavabdehlərin paylı mülkiyyətində olan Qobustan rayonu, Ərəbşalbaş kəndində yerləşən fərdi yaşayış evinin 0,12 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 15000 manat dəyərində müəyyən edilməsi, borc tələbinin ipoteka qoyulmuş paylı mülkiyyətində olan həmin fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 13933,26 manat məbləğində borcun və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə ( bax § 1-3) onunla əsaslandırılmışdır ki, Cavabdeh3 tərəfindən kredit müqaviləsinə əsasən 8000 manat əsas borc və ona hesablanmış 7887,26 m anat faiz borcu qrafika uyğun ödənilməli olduğu halda, həmin şərtlərə əməl edilməmişdir. Cavabdeh3 kredit müqaviləsi üzrə 7057,92 manat əsas borc, 6875,34 manat faiz borcu olmaqla, cəmi borcu 13.933,26 manat təşkil etmişdir. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır.
7. Sonradan iddiaçı məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edərək Cavabdeh3 kredit müqaviləsinə əsasən 7057,92 manat məbləğində əsas, 900 manat məbləğində faiz borcu, müqavilənin icra müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış 2001,70 manat məbləğində faiz borcu olmaqla, cəmi 9.959,91 manat məbl əğində borcun iddiaçının xeyrinə tutulması, Cavabdeh3 məxsus, habelə onun və onun ailə üzvləri olan digər cavabdehlərin paylı mülkiyyətində olan Qobustan rayonu, Ərəbşalbaş kəndində yerləşən fərdi yaşayış evinin 0,12 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 15.000 manat dəyərində müəyyən edilməsi, borc tələbinin ipoteka qoyulmuş həmin paylı mülkiyyətdə olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 9959,91 manat məbləğində borcun və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Cavabdeh3 məhkəməyə ərizə təqdim edərək iddia müddətinin ötürüldüyünü bildirərək, iddia tələbinə qarşı iddia müddəti tətbiq olunmaqla iddia tələ binin təmin olunmamasını xahiş etmişdir.
9. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 29 may tarixli e-2-2(119)588/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, məhkəmə xərcləri iddiaçının özünə aid edilmişdir (hakim H.Alıyeva).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, mübahisə predmetini təşkil edən kredit müqaviləsi 2015-ci il 2 sentyabr tarixində bağlanmış, kredit müqaviləsinin müddəti 2018-ci ilin sentyabr ayında bitmişdir. Kredit müqaviləsi üzrə sonuncu dəfə 2018-ci il 27 sentyabr tarixdə kredit ödənişi həyata keçirilmiş, həmin vaxtdan sonra Cavabdeh3 tərəfindən bu kredit müqaviləsi üzrə ödəniş aparılması iş üzrə sənədlərlə və tərəflərin izahatları ilə öz təsdiqini tapmamışdır. İddiaçı isə kredit müqaviləsinin müddətinin bitdiyi vaxtdan müqavilə tələbləri üzrə qanunla müəyyənləşdirilmiş üç illik iddia müddəti keçdikdən sonra-2024-cü il 15 mart tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia müddətini ötürmüşdür.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 425.1, 427.3, 442, 743, 372.1, 373.2, 377.2, 375.2, 376-cı maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddi a tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 3 oktyabr tarixli 2-2(105)-99/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim İ.Dəmirov, hakimlər M.Hüseynov və Z.Məmmədov).
14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və apardığı hüquqi qiymətləndirmə ilə razılaşmışdır.
15. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında iddiaçının nümayəndəsi onlar tərəfindən iddia müddətinin ötürülməsini etiraf etsə də, məhkəmənin hazırlıq iclasında iddia müddətinin tətbiqi barədə ərizə verilməli o lmasını və birinci instansiya məhkəməsi tərəfindən cavabdehin borcunu etiraf etməsini nəzərə almadığını qeyd etmişdir. Bununla əlaqədar məhkəmə göstərmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə qərarı çıxarılana kimi verilə bilər. Göründüyü kimi qanunvericilik iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi mərhələsinə geniş yanaşmış və həmin ərizənin məhz hazırlıq iclasında verilməsini nəzərdə tutmamışdır. Bu səbəbdən apellyasiya şikayətinin həmin dəlilləri iddia tələbinin təmin edilməsi üçün əsas sayıla bilməz.
16. Apellyasiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normalarına istinad etməklə əsaslandırmışdır.
17. İddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, işin a pellyasiya icraatında müəyyən olunmuş sübutları əsasında iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri
18. MM-in 5.3, 16, 372.1, 372.2, 373.2, 375.1, 375.2, 373.2, 399.3, 399.4, 405.1, 425.1, 425.2, 445 və 449-cu maddələri üzrə-birinci instansiya məhkəməsində Cavabdeh3 məhkəmənin hazırlıq iclasında çıxış edib iddiaçıya olan kredit borcunu etiraf edərək həmin borcu tam bağlamaq niyyətində olduğunu, iddiaçıdan cari ilin avqust ayına kimi ona vaxt verilməsini, eyni zamanda faizlərlə bağlı onun faiz borcuna nisbətən güzəşt olunmasını xahiş etmişdir. Həmin əsaslarla iddiaçının nümayəndəsi tərəfindən məhkəmənin hazırlıq iclasında faizlərin azaldılması məsələsinə baxılması və bununla bağlı razılıq mövqeyi məhkəmənin və cavabdehin nəzərinə çatdırılmışdır. Həmin əsaslarla da məhkəmənin hazırlıq iclası təxirə salınaraq növbəti məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinə dəqiqləşmə verilərək iddianın həcmi bir neçə min azaldılmışdır. Borclunun iddianı elə məhkəmə iclasında etiraf etməsini məhkəmə nəzərə almamışdır.
19. Cavabdeh3la bağlanmış kredit müqaviləsində müqavilənin qüvvədə olma müddəti və xitamı öz əksini tapmış, müqavilədə göstərilmişdir ki, müqavilə üzrə borcalan öz üzərinə götürdüyü öhdəliklər onun və ya üçüncü şəxs tərəfindən vaxtında və tam həcmdə yerinə yetirildikdə müqaviləyə xitam verilir. Yəni, kredit müqaviləsi üzrə öhdəliyin xitamı cavabdeh tərəfindən borcun tam ödənilməsi ilə şərtləndirilmişdir. Cavabdeh3 tə rəfindən kredit müqaviləsi üzrə sahibkarlıq fəaliyyəti ilə bağlı güzəştli şərtlərlə illik 6 %-lə 36 ay müddətinə 8.000 manat məbləğində kreditin götürülməsinə baxmayaraq, həmin müqavilə üzrə əsas və faiz borcları tam şəkildə ödənilməmiş, kredit öhdəliyi yerinə yetirilməmişdir.
20. Bundan başqa məhkəmə qətnamə qəbul edərkən MM-in 430.1-ci maddəsinin tələblərini nəzərə almamışdır. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməklə öhdəliyin icrasından birtərəfli qaydada imtina etmişdir ki, işə baxmış məhkəmə də bunu qəbul etməklə, həmin maddənin tələblərinin cavabdeh tərəfindən pozulmasına rəvac vermişdir. Cavabdeh kredit borcunu qaytarmamaqla öhdəliyin icrasından birtərəfli qaydada imtina etmiş, onu icra etməmiş, müqavilənin yerinə yetirilməsi üçün heç bir təşəbbüs göstərməmişdir.
21. MPM-in 88, 372.1, 372.6, 372.7, 386-cı maddələri üzrə- apellyasiya instansiyası iş materiallarında olan sübutları tam və hərtərəfli araşdırmadan və həmin sübutlara obyektiv qiymət vermədən qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən həm maddi, həm də prosessual hüquq normaları pozulmuşdur. Prosessual hüquq normalarının pozulması onda əks olunmuşdur ki, məhkəmə tərəflərə eyni cür yanaşmamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamış, eləcə də, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Kassasiya baxışının hədləri
23. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 25.Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
372. İddia müddəti anlayışı 372.
1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir...” “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır....” “Maddə
376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddə ti keçir.” “Maddə
377. İddia müddətinin başlanması... 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şə rtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.... “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
26. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37 3.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında qeyd olunur: “... kredit münasibətlərindən yaranan mübahisələrə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.... kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müq avilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur....”
27. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məh kəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 29. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə gör ə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
30. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 2015-ci il 2 sentyabr tarixli kredit müqaviləsi üzrə, müqavilə müddəti 2018-ci il sentyabr ayında bitmiş, sonuncu dəfə 2018-ci il 27 sentyabr tarixdə 100 manat məbləğində kredit ödənişi həyata keçirilmiş həmin tarixdən sonra hər hansı bir ödəniş olmamışdır.
31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən MM-nin 373-cü maddəsi ilə müəyyən edilmiş müqavilə tələbləri üzrə üç illik iddia müddəti (mətni üçün bax bu qərarın 25-ci bəndi) ərzində iddia qaldırılmadığından və cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildiyindən, məhkəmələr tərəfindən iddia müddəti tətbiq olunmaqla iddianın təmin olunmaması MM-nin 373 və 375-ci maddələrinin tələblərinə uyğun olmuşdur.
32. İddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfi nin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır ( Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-ci il 15 fevral tarixli Qərarı).
33. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq mü nasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı).
34. Kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM, maddə 407).
35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
36. MPM-in 416, 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 3 oktyabr tarixli 2-2(105)-99/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.