Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-610/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “X1 LTD ŞTİ” firmasının cavabdeh “X2 ve Ticaret Anonim” şirkətinə qarşı iş üzrə QƏRAR İş № 2-2(102)-610/2023 27.10.2023 Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Bəhman Fərhad oğlu Qəribovun sədrliyi ilə, hakimlər İlqar Ağababaş oğlu Dadaşov və Əhməd Güləhməd oğlu Nurməmmədovdan ibarət tərkibdə, iddiaçı “X1 LTD ŞTİ” firması cavabdeh “X2 ve Ticaret Anonim” şirkətinə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 avqust tarixli, 2-2(103)-386/2022 say lı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı “X1 LTD ŞTİ” firması (bundan sonra – “iddiaçı”) cavabdeh “X2 ve Ticaret Anonim” şirkətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində ona dəymiş 1.600.000 manat məbləğdə zərərin ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 aprel tarixli, e-2-2(113)-1252/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – A.Əliyeva).
3. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia ərizəsinin təmin olunmasını xahiş etm işdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 may tarixli, 2-2(103)-386/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).
5. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci 23 may tarixində iddiaçıya məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir.
6. İddiaçı həmin qətnamədən 2023-cü il 26 may tarixində kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı həmçinin kassasiya şikayəti ilə birlikdə müddətin bərpasına dair ərizə də təqdim edərək kassasiya şikayətinin qəbul edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı qətnaməni 2023-cü il 18 may tarixində asan imza vasitəsi ilə şəxs kabinetə daxil olduqdan sonra əldə etmişdir. Uzun müddət Türkiyədə olduğu üçün asan imza və elektron poçt olan telefonların Bakı şəhərində qalması səbəbindən qeyd olunan qətnamədən məlumatları olmamışlar. Bu səbəbdən qətnaməni ancaq asan imza vasitəsi ilə şəxsi kabinetə daxil olduqdan sonra əldə etmişlər.
8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 avqust tarixli, 2-2(103)-386/2022 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şik ayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – M.Tağızadə və V.Baxışova).
9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin həmin maddənin tətbiq edilməsi üçün əsaslar mövcud olmamışdır. Belə ki, ərizədə prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi iddiaçının qanuni nümayəndəsinin uzun müddət Türkiyədə olduğu üçün asan imza və elektron poçt olan telefonların Bakı şəhərində qalması göstərilmişdir. Bu hal kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsə münasibətdə he ç bir halda kassasiya şikayətinin üzrlü səbəblərdən ötürülməsi kimi qəbul edilə bilməz. Çünki şikayəti hüquqi şəxsin vəkili və hüquqşünası və ya digər bir əməkdaşı da verə bilərdi. Eyni zamanda onun öz kommersiya fəaliyyətinin hüquqi məsələlərini tənzimləməsi və yarana biləcək məhkəmə mübahisələrində lazımi qaydada təmsil olunması ilə bağlı hüquqşünasının və ya məhkəmədə təmsil etmək üçün hər hansı əməkdaşının və yaxud vəkilinin olmaması riskini özü daşıyır.
10. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi həm iddiaçının, həm də onun qanuni nümayəndəsi Şükrü Yıldızın elektron kabinetlərinə 2022-ci il 23 may tarixində yerləşdirilmişdir. Bu baxımdan iddiaçının istinad etdiyi hallar əsassız olmaqla müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz.
11. Apellyasiya instansiy ası məhkəməsi gəldiyi nəticəni MPM-in 133.1, 405.0.1 və 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Apellyasiya məhkəməsinin qərardadı 2023-cü 29 avqust tarixində iddiaçıya göndərilmişdir.
13. İddiaçı həmin qərardaddan 2023-cü il 4 sentyabr tarixində kassasiya şikayəti verərək onun ləğv olunması, iş üzrə kassasiya şikayətinin qəbul edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin, MPM-in 134, 135 və 405-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçı MPM-in 135.5, 135.6 və 135.8-ci maddələrinə istinad edərək qeyd edir ki, məhkəmə qətnaməsinin rəsmi qaydada alınmadığını iddia etmir. İddiaçı həmin vaxt Türkiyədə olduq larını bildirərək, müəssisənin fəaliyyət göstərmədiyini, asan imza qeydiyyatı olan telefon kartı və telefonun Bakı şəhərində olduğunu, Azərbaycan Respublikasında olmadıqları üçün heç bir məlumata malik olmadıqlarını bildirir.
15. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini 2023-cü il 18 may tarixində asan imza vasitəsi ilə şəxsi kabinetə daxil olduqdan sonra əldə etmişdir. Bunu təsdiq edən şəxsi kabinetdən çıxarış təqdim edilmişdir. Şirkət isə 2020-ci ildən sonra fəaliyyət göstərmir. Uzun müddət Türkiyədə olduğu üçün asan imza və elektron poçt olan telefonların Bakı şəhərində qalması səbəbindən qeyd olunan qətnamədən məlumata malik olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİ NİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsi n ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir....” “Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində;...” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhk əməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
20. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
21. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin hallarına müvafiq olaraq tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddiaçı “X1 LTD Ş Tİ” firması tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 avqust tarixli 2-2(103)-386/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, Elektron məhkəmə informasiya sistemindən görünür ki, apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci 23 may tarixində iddiaçı və onun nümayəndəsinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir. İddiaçı üçün qətnamədən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin 2022-ci il 24 iyul tarixdə bitməsinə baxmayaraq, kassasiya şikayəti isə 2023-cü il 26 may tarixdə məhkəməyə göndərilməklə MPM-in 405.0.1-ci maddəsində göstərilən 2 aylıq prosessual müddət ötürülmüşdür.
23. İddiaçı prosessual müddətin ötürülməsinin üzrlü səbəbi kimi qanuni nümayəndəsi uzun müddət Türkiyədə olduğundan asan imza və elektron poçt olan telefonların Bakı şəhərində qalmasını göstərmişdir.
24. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi hallar əsassız olmaqla müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməzdi. Belə ki, iddiaçı kommersiya fəaliyyəti ilə bağlı hüquqi məsələlərin tənzimlənməsi, məhkəmə mübahisələrində prosessual qanunvericiliyin tələbləri baxımından lazımi qaydada təmsil olunması, o cümlədən məhkəmə aktlarından şikayət verilməsi üçün prosessual müddətlərə nəzarət etmək funksiyası daşıyan struktur bölməyə malik hüquqi şəxs kimi məhkəmə qətnaməsindən şikayətin verilməsi üçün belə müddətlərin ötürülməsi riskini özü daşımışdır. Halbuki, hüquqi şəxs olan iddiaçının adından məhkəmə aktından şikayəti onun onun vəkili və ya müvafiq s əlahiyyət verilmiş hüquqşünası və ya digər bir əməkdaşı da verə bilərdi. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən irəli sürülmüş halları üzrlü prosessual müddətin buraxılmasının üzrlü halı kimi qəbul etməməkdə haqlı olmuşdur.
25. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 avqust tarixli, 2-2(103)-386/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
26. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X1 LTD ŞTİ” firması tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 avqust tarixli, 2-2(103)-386/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir.