Məhkəmə qərarları › İş №2-2(102)-611/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-611/2023

01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-611/2023 01.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı X1 Cavabdeh1 və qeyrinə qarşı müqavilələrin etibarsız hesab edilməsi və pulun tutulması tələbi barədə ilk, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 cavabdehlər X2 və "xxxx" MTK-ya qarşı müqavilələrin etibarsız hesab edilməsi və pulun tutulması tələbi barədə qarşılıqlı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: müqavilələrin etibarsız hesab edilməsi və pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, "xxxx" MTK, x ( xx və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilələrin etibarsız hesab edilməsi və pulun tutulması tələbi barədə ilk, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 X2 və "xxxx" MTK-ya müqavilələrin etibarsız hesab edilməsi və pulun tutulması tələbi barədə qarşılıqlı iddiasına dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023cü il 22 iyun tarixli 2-2(103)-499/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" MTK (kooperativ) ilə İddiaçı (payçı) arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli müqavilələrə əsasən MTK, ünvan 11 1 girişli 19 mərtəbəli yaşayış binasında, 6 ədəd, hər birinin sahəsi 118,19 kv.m., olan ***** və * saylı mənzilləri İddiaçı çatası 50 % payına uyğun gəlir olaraq payçıya verməyi, payçı isə həmin mənzili 50% payına uyğun gəlir məbləğində əvəzləşdirməyi və qəbul etməyi öhdəsinə götürür. 2. "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 10 saylı 23 oktyabr 2019-cu il tarixli protokolundan çıxarışına əsasən, vətəndaş İddiaçı müəssisənin üzvü olmaqla MTK-nın ünvan 11 1 girişli 19 mərtəbəli yaşayış binasında, 6 ədəd, hər birinin sahəsi 118,19 kv.m., olan ***** və * saylı mənzillərin payçısı təsdiq edilmiş, sənədlərin Abşeron rayonu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır. 3. "xxxx" MTK tə rəfindən verilmiş 23 fevral 2019-cu il tarixli maliyyə arayışlarına əsasən, MTK-nın ünvan 11 1 girişli 19 mərtəbəli yaşayış binasında, 6 ədəd, hər birinin sahəsi 118,19 kv.m., olan ***** və * saylı mənzillərin dəyəri İddiaçı çatası 50% payına uyğun gəlir məbləği ilə əvəzləşdirilmiş və "xxxx" MTK-ya borcu yoxdur.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışına görə, ünvan 1 ünvanında olan qeyri-yaşayış binası (yaşayış məntəqələrinin torpaqları) Cavabdeh4 adına 2019-cu il 15 iyul tarixində rəsmiləşdirilmişdir.

5. Abşeron Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 2014-cü il 25 iyul tarixli 345 saylı sərə ncama görə, "xxxx" MTK-ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı ******* saylı çıxarış Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 0,45004 ha torpaq sahəsində 1 girişli 19 mərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir.

6. Abşeron rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 2016-cı il 5 dekabr tarixli 145 saylı sərəncama əsasən, "xxxx" MTK-ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seiyalı ******* saylı çıxarış ilə Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən 0,45004 ha torpaq sahəsində 1 girişli 16 mərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilsin kimi oxunması qərara alınmışdır.

7. Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi tərəfindən verilmiş tikinti işlərinin ba şlanması üçün əsas olan 04 dekabr 2014-cü il tarixli 036 nömrəli xüsusi nişana əsasən, Xırdalan şəhəri, H.Əliyev prospektində 1 girişli 19 mərtəbəli binanın tikintisinə "xxxx" MTK-ya icazə verilmişdir.

8. AZ-İİ 2595*** nömrəli ölüm haqqında şəhadətnaməyə görə, X9 2022-ci il 4 fevral tarixində dəqiqləşdirilməmiş kəskin miokard infarktı səbəbindən vəfat etmişdir.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil X4 adına rəsmiləşdirilmişdir. 10. "xxxx" MTK tərəfindən verilmiş 24 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında yerləşən 1 girişli 16 mərtəbəli yaşayış binası " xxxx" MTK-ya məxsusdur. 1-ci giriş. 16-cı mərtəbə, ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı * saylı mənzilin dəyəri X9 tərəfindən tam ödənilmişdir və "xxxx" MTK-ya borcu yoxdur. 11. "xxxx" MTK-nın üzvülərinin ümumi iclasının 05 saylı 24 fevral 2020-ci il tarixli protokolundan çıxarışdan görünür ki, vətəndaş X4 müəssisənin üzvü qəbul olunmaqla MTKnın Abşeron rayonu Xırdalan şəhəri, B.Səfəroğlu 44 ünvanda yerləşən kooperativ binasının 1-ci giriş, 16-cı mərtəbədə yerləşən ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı * saylı mənzilin payçısı təsdiq edilmiş, sənədlər Abşeron rayonu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alı nmışdır.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil X4 adına rəsmiləşdirilmişdir. 13. "xxxx" MTK tərəfindən verilmiş 24 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında yerləşən 1 girişli 16 mərtəbəli yaşayış binası "xxxx" MTK-ya məxsusdur. 1-ci giriş. 13-cü mərtəbə, ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı ** saylı mənzilin dəyəri X9 tərəfindən tam ödənilmişdir və "xxxx" MTK-ya borcu yoxdur. 14. "xxxx" MTK-nın üzvülərinin ümumi iclasının 05 saylı 24 fevral 2020-ci il tarixli protokolundan çıxarışdan görünür ki, vətəndaş X4 müəssisənin üzvü qəb ul olunmaqla MTKnın Abşeron rayonu Xırdalan şəhəri, B.Səfəroğlu 44 ünvanda yerləşən kooperativ binasının 1-ci giriş, 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı ** saylı mənzilin payçısı təsdiq edilmiş, sənədlər Abşeron rayonu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır.

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil X4 adına rəsmiləşdirilmişdir. 16. "xxxx" MTK tərəfindən verilmiş 24 fevral 2020-ci il tarixli maliyy ə arayışından görünür ki, ünvan 3 ünvanında yerləşən 1 girişli 16 mərtəbəli yaşayış binası "xxxx" MTK-ya məxsusdur. 1-ci giriş. 12-ci mərtəbə, ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı *** saylı mənzilin dəyəri X9 tərəfindən tam ödənilmişdir və "xxxx" MTK-ya borcu yoxdur. 17. "xxxx" MTK-nın üzvülərinin ümumi iclasının 05 saylı 24 fevral 2020-ci il tarixli protokolundan çıxarışdan görünür ki, vətəndaş X4 müəssisənin üzvü qəbul olunmaqla MTKnın Abşeron rayonu Xırdalan şəhəri, B.Səfəroğlu 44 ünvanda yerləşən kooperativ binasının 1-ci giriş, 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı *** saylı mənzilin payçısı təsdiq edilmiş, sənədlər Abşeron rayonu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətini n 4 saylı Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır.

18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən mənzil X4 adına rəsmiləşdirilmişdir. 19. "xxxx" MTK tərəfindən verilmiş 24 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında yerləşən 1 girişli 16 mərtəbəli yaşayış binası "xxxx" MTK-ya məxsusdur. 1-ci giriş. 11-ci mərtəbə, ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı ** saylı mənzilin dəyəri X9 tərəfindən tam ödənilmişdir və "xxxx" MTK-ya borcu yoxdur. 20. "xxxx" MTK-nın üzvülərinin ümumi iclasının 05 saylı 24 f evral 2020-ci il tarixli protokolundan çıxarışdan görünür ki, vətəndaş X4 müəssisənin üzvü qəbul olunmaqla MTKnın Abşeron rayonu Xırdalan şəhəri, B.Səfəroğlu 44 ünvanda yerləşən kooperativ binasının 1-ci giriş, 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı ** saylı mənzilin payçısı təsdiq edilmiş, sənədlər Abşeron rayonu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır.

21. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 8 ünvanında yerləşən mənzil X4 a dına rəsmiləşdirilmişdir. 22. "xxxx" MTK tərəfindən verilmiş 24 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında yerləşən 1 girişli 16 mərtəbəli yaşayış binası "xxxx" MTK-ya məxsusdur. 1-ci giriş. 9-cu mərtəbə, ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı ** saylı mənzilin dəyəri X9 tərəfindən tam ödənilmişdir və "xxxx" MTK-ya borcu yoxdur. 23. "xxxx" MTK-nın üzvülərinin ümumi iclasının 05 saylı 24 fevral 2020-ci il tarixli protokolundan çıxarışdan görünür ki, vətəndaş X4 müəssisənin üzvü qəbul olunmaqla MTKnın Abşeron rayonu Xırdalan şəhəri, B.Səfəroğlu 44 ünvanda yerləşən kooperativ binasının 1-ci giriş, 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı ** saylı mənzilin payçısı təsdiq edilmiş, sənədlər Abşe ron rayonu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır.

24. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 9 ünvanında yerləşən mənzil X4 adına rəsmiləşdirilmişdir. 25. "xxxx" MTK tərəfindən verilmiş 24 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında yerləşən 1 girişli 16 mərtəbəli yaşayış binası "xxxx" MTK-ya məxsusdur. 1-ci giriş. 2-ci mərtəbə, ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,8 m2 olan 2 otaqlı 1 saylı mənzilin dəyəri X9 tərəfindən tam ödənilmişdir və "xxxx" MTK-ya borcu yoxdur. 26. "xxxx" MTK-nın üzvülərinin ümumi iclasının 04 saylı 15 fevral 2020-ci il tarixli protokolundan çıxarışdan görünür ki, vətəndaş X4 müəssisənin üzvü qəbul olunmaqla MTKnın Abşeron rayonu Xırdalan şəhəri, B.Səfəroğlu 44 ünvanda yerləşən kooperativ binasının 1-ci giriş, 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,8 m2 olan 2 otaqlı 1 saylı mənzilin payçısı təsdiq edilmiş, sənədlər Abşeron rayonu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır

27. Cavabdeh6 tərəfindən notariat ofisinə ünvanlanmış 2022- ci il 17 mart tarixli ərizəsinə əsasən o, 2022-ci il 4 fevral tarixində ölmüş atası xdən miras qalmış ə mlakın ona məxsus hissəsindən anası Cavabdeh1 xeyrinə imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

28. İddiaçı (bundan sonra mətndə-iddiaçı”) cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, "xxxx" Mənzil-Tikinti Kooperativi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra mətndə-ayrılıqda Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, MTK, Dövlət Xidməti, birlikdə-«cavabdehlər») (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron rayon 1 saylı Notariat Ofisi və X6 olmaqla) qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barə də ərizələrlə məhkəməyə müraciət edərək, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 44 saylı 1 girişli 19 mərtəbəli yaşayış binasında, 6 ədəd, hər birinin sahəsi 118,19 kv.m., ümumi sahəsi 709,14 kv.m. olan ***** və * saylı mənzillərlə bağlı cavabdeh MTK ilə X9 arasında bağlanmış alqı-satqı müqavilələrinin, maliyyə arayışlarının və MTK-nın üzvlərinin ümumi iclasının qərarlarının etibarsız hesab edilməsi, həmin mənzillərin, yəni 2020- ci il 11 mart tarixli, qeydiyyat nömrəsi ********** olan ** saylı, 2020-ci il 11 mart tarixli, qeydiyyat nömrəsi ********** olan *** saylı, 2020-ci il 11 mart tarixli, qeydiyyat nömrəsi ********** olan *** saylı, 2020-ci il 11 mart tarixli, qeydiyyat nömrəsi ********** olan ** saylı, 2020-ci il 11 mart tarixli, qeydiyyat nömrəsi ********** olan * saylı və 2020-ci il 21 fevral tarixli, qeydiyyat nömrəsi ********** olan 1 saylı mənzillərin dövlət reyestrində aparılmış qeydiyyat nömrələrinin və verilmiş çıxarışların ləğv olunması, MTK-nın həm təsisçisi, həm də qanuni təmsilçisi Qanuni nümayəndə və X9 tərəfindən qeyd olunan mənzillərin özgəninkiləşdirilməsi zamanı aparılan bütün hərəkətlərin və əməliyyatların, eləcə də tapşırıq müqaviləsi üzrə öhdəliyin tam yerinə yetirilməməsi hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və öhdəliklərin tam yerinə yetirilməsi vəzifəsinin MTK-nın həm təsisçisi, həm də qanuni təmsilçisi Qanuni nümayəndə və X4 vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh6 üzərinə qoyulması, ona dəymiş 90.000 manat maddi zərərin cavabdehlə X4 vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavab deh2 və Cavabdeh6 müştərək qaydada tutulmaqla ona ödənilməsi, gəlir faizi olaraq payına düşməli olan 41697 manat məbləğin tam olaraq MTK və X4 vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh6 müştərək qaydada tutulmaqla ona ödənilməsi, məhkəmə məsrəfləri olan 30 manat dövlət rüsumu, 400 manat mediasiya xidmətinə görə ödənilmiş məbləğin və 1000 manat hüquqi xidmət haqqının Qanuni nümayəndə və X4 vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh6 müştərək qaydada tutulmaqla ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, iddiaçı respublikadan kənarda yaşayır və işləyir. Dost münasibətində olduğu və iş adamı kimi tanıdığı Qanuni nümayəndə təxminən 2013-cü ilin axı rlarında və 2014-cü ilin əvvəllərində ona bildirmişdir ki, hazırda MTK-nın həm təsisçisi, həm də qanuni təmsilçisidir. Yaxın dostu olan X9, onunla birlikdə, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 44 ünvanında yerləşən oğlu- Cavabdeh4 istifadəsində olan 0,45004 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının inşa edilməsini təklif etmiş, X3nun pulu olmadığı üçün torpaq sahəsini özəlləşdirə bilmədiyinə görə, eyni zamanda, çoxmərtəbəli yaşayış binasının inşa edilməsi üçün ümumiyyətlə pulu olmadığından, bu işdə ona köməklik göstərilməsini xahiş etmişdir. Məhz, bu səbəbdən də, Qanuni nümayəndə onun da həmin işə qoşulmaqla, onlara maddi yardım etməyini və əldə olunacaq gəliri (mənfəəti) razılaşdırılıcaq bölgü əsasında müəyyən edilməsini təklif etmişdir. Onların təklifləri ilə əvv əlcə razılaşmasa da, həmin şəxslərlə apardığı bir neçə danışıqlarından sonra, onların təklifini qəbul etmişdir. Tərəflərin iradə ifadəsi belə olmuşdur ki, onunla Qanuni nümayəndə və X9 arasında tapşırıq müqaviləsi bağlanır. Həmin müqavilə şərtlərinə görə iddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 44 ünvanında yerləşən X5 oğlu- Cavabdeh4 istifadəsində olan 0,45004 ha torpaq sahəsinin özəlləşdirilməsinə, eləcə də həmin torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının inşa edilməsi üçün sənədləşdirilməsinə çəkiləcək bütün məsrəflərin qarşılanması və həmin torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının inşası üçün ümumilikdə 1 000 000 (bir milyon) ABŞ dolları məbləğində pul vəsaiti ödənilməklə, müqavilənin digər tərəfləri tapşırıq əsasında aşağıdakı vəzifələri və hü quqları əldə edirlər: MTK-nın həm təsisçisi, həm də qanuni təmsilçisi Qanuni nümayəndə, iddiaçı tərəfindən ödənilmiş 1 000 000 (bir milyon) ABŞ dolları məbləğində pul vəsaitini qəbul etməli, torpaq sahəsinin özəlləşdirilməsinə, eləcə də həmin torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının inşa edilməsi üçün sənədləşdirilməsinə çəkiləcək bütün məsrəflərin qarşılanmasını və həmin torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının inşa işlərini təşkil etməli, o cümlədən göstərilən işlərin həyata keçirilməsi zamanı bütün sənədləşmə işlərinə cavabdeh olmalıdır. X9, oğlu Cavabdeh4 istifadəsində olan 0,45004 ha torpaq sahəsinin özəlləşdirilməsi üçün bütün sənədləri MTKnın həm təsisçisi, həm də qanuni təmsilçisi Qanuni nümayəndə təqdim edir, eləcə də inşa olunacaq binanın istifadəsinə verilmiş torpa q sahəsini 250.000 manat dəyərləndirməklə, gələcəkdə ona ödənilməsi və həmin torpaq sahəsinin istifadə olunmayacaq hissəsinə çəkilən xərci (məsrəfi) iddiaçıya qaytarmaq şərti ilə, çoxmərtəbəli yaşayış binasının inşa edilməsinə şərait yaradır və bununla bağlı, istənilən üçüncü şəxslər qarşısında yarana biləcək məsuliyyət onun üzərində qalmaqla, çoxmərtəbəli yaşayış binasının inşası ilə bağlı maliyyətəsərrüfat fəaliyyətinə şəxsən rəhbərlik və nəzarət etməklə, kassanın məxaric və mədaxilini əks etdirən hesabatları özünün şəxsi imzası ilə təsdiq edərək, MTK-nın həm təsisçisi, həm də qanuni təmsilçisi Qanuni nümayəndə təqdim edir. Qeyd olunan çoxmərtəbəli yaşayış binasının inşası müqabilində əldə olunacaq gəlir (mənfəət) ilk növbədə tərəflərin çəkdikləri məsrəflərin ödənilməsinə yönəldilir və qalan gəlirin (mənfəətin) 50 %-i iddiaçıya; 30%-i X7 və 20%-i Qanuni nümayəndə ödənilir (göstərilən ödəmələrin natura şəklində də, yəni mənzillərlə əvəzləşdirilməsi istisna edilmir). İddiaçının üzərinə düşən öhdəliklər tam olaraq icra olunmuş, yəni tərəfindən ümumilikdə 1000 000 (bir milyon) ABŞ dolları məbləğində pul vəsaiti ödənilsə də, müqavilə tərəfləri olan X9 və Qanuni nümayəndə üzərinə düşən öhdəliklər tam olaraq icra olunmamışdır. Eləcə də, həmin şəxslər tərəfindən onun hüquqlarına qarşı delikt törədilmişdir. Belə ki, müqavilə tərəflərinin son olaraq, 2021-ci ilin oktyabr ayı daxil olmaqla, noyabr ayında tərtib və təqdim etdikləri hesabatlar və məlumatlar, həmçinin 2019-cu il 25 fevral tarixli «Səyyar vergi yoxlama aktı» əsasında aşağıdakılar müəyyən edilir: 1.Tərəfindən ödənilmiş 1 000 000 (bir milyon) ABŞ dolları Qanuni nümayəndə tərəfindən həmin dövrdə manatın məzənnəsi kimi 0,7494 əmsalı ilə hesablanmış və 749 441 manat olaraq qəbul edilmişdir;

2. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 44 ünvanında 0,45004 ha torpaq sahəsi X5 oğlu-Cavabdeh4 adına özəlləşdirilmiş və bu işə 180 000 manat pul vəsaiti xərclənmişdir;

3. Bundan sonra, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 2014-cü il 25 iyul tarixli, 345 saylı sərəncamı ilə "xxxx" MTK-ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı ******* saylı Çıxarış - Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 0,45004 ha torpaq sahəsində 1 girişli 19 mərtəbəli yaşayış binasının lahiyələndirilməsinə və tikintisinə icazə verilmiş; MTK-nın sifarişi əsasında, tikinti işlərinin başlanmasına əsas ol an 2014-cü il 4 dekabr tarixli, 036 saylı xüsusi nişan alınmış; Abşeron rayon İcra Hakimiyyəti Başçısının 2016-cı il 5 dekabr tarixli, 145 saylı sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısının 2014-cü il 25 iyul tarixli, 345 saylı sərəncamının 1-ci bəndinin aşağıdakı kimi oxunması qərara alınmışdır: MTK-ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı ******* saylı Çıxarış ilə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 0,45004 ha torpaq sahəsində 1 girişli 16 mərtəbəli yaşayış binasının lahiyələndirilməsinə və tikintisinə icazə verilsin; 2019-cu il 17 aprel tarixli ö\002757 nömrəli istismara hazırlıq aktına əsasən Abşeron rayon İcra Hakimiyyətinin 2019-cu il 24 aprel tarixli 081 nömrəli 1 girişli 16 mərtəbəli tikinti obyektinin istismara icazə aktı ilə qəbul e dilmişdir; 4. 2019-cu il 25 fevral tarixli «Səyyar vergi yoxlama aktı»na görə, 1 girişli 16 mərtəbəli yaşayış binasının satışa yararlı olan 6279,99 kv.m. (zirzəmi-497,36; q\yaşayış 426,84 kv.m. və 90 sayda olan mənzillərin ümumi sahəsi-5637,15 kv.m.) sahə müəyyən edilmiş və yoxlama ilə əhatə olunan dövrə tam olaraq satıldığı qeyd olunmuşdur; 5. 1 girişli 16 mərtəbəli binanın inşa olunmasına və bəzi mənzillərin makler vasitəsi ilə satışına ümumilikdə 4 460 104 manat pul vəsaiti xərclənmiş; 90 sayda mənzildən-75 ədədi və satış üçün yararlı olan qeyri-yaşayış, eləcə də qaraj sahələri satılmış və ümumilikdə ******* manat vəsait daxil olunmuşdur, qalan 15 ədəd mənzil isə natura şəklində əvəzləşdirilmiş, yəni 1 kv.m-nin qiyməti-650 manat hesablanmaqla, 2 ədəd mənzil, ümumi sahəsi 236,38 kv.m. ol an ümumi dəyəri 153 647 manat qəbul edilməklə Qanuni nümayəndə, 7 ədəd mənzil, ümumi sahəsi-517,04 kv.m. olan ümumi dəyəri 336 076 manat qəbul edilməklə X7 təhvil verilmiş; 6 ədəd mənzil, ümumi sahəsi 709,14 kv.m. olan ümumi dəyəri 460 941 manat qəbul edilməklə iddiaçıya təhvil verilməli idi; Deməli, açıqaşkardır ki, 1.334.101 (48**541- 60104+153647+336076+460941) manat gəlir (mənfəət) əldə edilmişdir, o cümlədən 383.**7 (48*****-*******) manat nağd qaydada kassaya daxil olmuşdur; X4 şəxsi imzaları ilə təsdiq olunmuş və Qanuni nümayəndə təqdim etdiyi və Qanuni nümayəndə da imzası ilə, eləcə də MTK-nın möhürü ilə təsdiq edilmiş maliyyə hesabatlarına əsasən X9 nağd pul şəklində ümumilikdə-378 807 manat vəsait götürmüş (250 000 manat-torpağın haqqı (həmin məbləğdən 90 000 manat ona qaytarmalı dır), 128.807 manat isə gəlir faizi olaraq); Qanuni nümayəndə nağd pul şəklində gəlir faizi olaraq 50 000 manat və iddiaçıya isə, tərəfindən ödənilmiş 1 000 000 (bir milyon) ABŞ dollarının həmin dövrdə manata olan məzənnəsi əsas tutulmaqla 749 441 manat pul qaytarılmış və gəlir faizi olaraq 164.412 manat verilmişdir. Deməli, inşa olunmuş 1 girişli 16 mərtəbəli binanın yararlı sahələrin satışından əldə olunmuş ******* (48*****-*******+153647+336076+460941) manat gəlirin (mənfəətin) 50%-i 6**050 manat iddiaçının, 30%-i 400231 manat X4 və 20%-i 266820 manat isə Qanuni nümayəndə payına aid olunmalıdır. Açıq-aşkardır ki, gəlir faizi olaraq iddiaçıya naturada və nağd şəkildə ümumilikdə 625.353 (460941 +164412) manat pay ayrılsa da, payına düşməli olan məbləğ əsassız olaraq 41.697 (6**050-625353) manat azaldılmışdır. Bundan başqa, X4 şəxsi imzaları ilə təsdiq olunmuş və Qanuni nümayəndə təqdim etdiyi və sonuncunun da imzası ilə, eləcə də MTK-nın möhürü ilə təsdiq edilmiş 2021ci ilin oktyabr ayı daxil olmaqla, noyabr ayında tərtib olunmuş maliyyə hesabatlarına aydınlıq gətirilən zaman müəyyən olunmuşdur ki, X9 və Qanuni nümayəndə əlbir olaraq, iddiaçıya naturada verməli olduqları, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 44 saylı 1 girişli 19 mərtəbəli yaşayış binasında, 6 ədəd, hər birinin sahəsi 118,19 kv.m. və qiyməti 76823 manat, ümumi sahəsi 709,14 kv.m. və ümumi dəyəri 460 941 manat qəbul edilmiş, ***** və * saylı mənzilləri onun xəbəri olmadan X4 adına sənədləşdirilmişdir. Uzun sürən danışıqlardan sonra razılaşdırılmışdır ki, yaxın vaxt ərzində həmin mənzillər onun adına ke çiriləcək, eləcə də torpağa görə ödənilmiş 180 000 manatdan 90 000 manatı X9 tərəfindən qaytarılacaq və gəlir faizi olaraq payına düşməli olan 41697 manat məbləğ tam olaraq ödəniləcəkdir. Lakin uzun müddət keçməsinə baxmayaraq heç bir əməli tədbir görülməmiş və bu gün sabah məsələnin həll olunacağına yalançı vədlər verilmişdir. Respublikadan kənarda yaşayıb, işlədiyinə görə Azərbaycanda qısa müddətlər ərzində olduğundan, X9 və Qanuni nümayəndə hüquqlarından sui-istifadə edərək onu aldatmış və müqavilə üzrə üzərlərinə düşən öhdəliklərinin icrasından yayınmışlar. Cari ilin fevral ayının 4-nə isə X9 qəflətən vəfat etmiş və Qanuni nümayəndə yas mərasimi ilə əlaqədar bir qədər gözləməyini və məsələni mərhumun vərəsələri ilə yaxın vaxt ərzində həll edəcəyini bildirmişdir. Hesab edir ki, onun pay ına düşən pul vəsaiti və mənzillər bilərəkdən ona təqdim olunmamış və hüquqlarına qarşı bilə-bilə qanunsuz hərəkətlərə yol verilmişdir. Bundan başqa, işin faktiki hallarından müəyyən edilir ki, bir qrup şəxslər əlbir olaraq, ona qarşı açıq-aşkar qərəzli mövqe nümayiş etdirməklə, ona verilməli olan pay haqqını ələ keçirməkdən ötrü, qanunla qorunan mənafelərinə mühüm ziyan vurma, əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi, öz qulluq mövqeyindən istifadə etməklə özgənin külli miqdarda əmlakını vahid qəsdlə mənimsəmə və israf etmə yolu ilə talamağa cəhd etmə hərəkətlərinin olması istisna olunmur. Odur ki, cavabdehlərin hərəkətlərində cinayət əlamətinin olmasına əsaslı şübhələr yarandığından onlar barəsində xüsusi qərardadın çıxarılması və prokurora xəbə r verilməsini xahiş etmişdir.

30. Eyni zamanda Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 iddiaçı və MTK-ya qarşı “müqavilələrin etibarsız sayılması və pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsələri olduqları X4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 44 saylı, 1 girişli, 19 mərtəbəli yaşayış binasında yerləşən 1, **, ***, ***, ** və * saylı mənzillərlə bağlı iddiaçı və MTK arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli müqavilələrin etibarsız sayılması, ünvan 11 ünvanda cavabdeh MTK tərəfindən inşa edilmiş bina tikintisi nəticəsində Cavabdeh4 məxsus torpaq sahəsinin 0,20 ha istifadə olunduğundan torpağın dəyəri olaraq 500000 manat pulun iddiaçı və MTK-dan Cavabdeh4 xeyrinə tutulmasına dair qətnamə qəb ul edilməsini xahiş etmişlər.

31. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 44 saylı, 1 girişli, 19 mərtəbəli yaşayış binasında 6 ədəd hər birinin sahəsi 118,19 kv.m olan 1, **, ***, ***, ** və * saylı mənzillər mülkiyyət hüququ əsasında X7 məxsusdur. X9 həmin mənzilləri 2020-ci ilin əvvəllərində MTK-dan almış, MTK-nın qanuni təmsilçisi Qanuni nümayəndə ilə X9 arasında alqı-satqı müqavilələri bağlanmış, mənzillərin dəyəri tam ödənilmiş, MTK tərəfindən bununla bağlı maliyyə arayışı vermiş, xin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X9 2022-ci il 4 fevral tarixində vəfat etmiş, sözügedən mənzillər xdən miras qalmışdır. Ona görə də Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 notariat ofisinə müraciət etmiş və o nun vərəsələri kimi qeydə alınmışlar. x vəfat edəndən sonra iddiaçı ilə ” MTK-nın qanuni təmsilçisi Qanuni nümayəndə birləşərək, mənzilləri ələ keçirmək məqsədilə aralarında keçmiş tarixə - 23 oktyabr 2019-cu il tarixə həqiqi olmayan saxta müqavilələr tərtib etmişlər. Göstərilən müqavilə saxtadır, qanunsuz tərtib olunub, qanunvericiliyə uyğun deyil, həqiqəti əks etdirmir, müqavilədə payçı kimi iddiaçı qeyd edilir, müqavilənin nömrəsi yoxdur, ancaq tarix qeyd edilib. Müqavilələrdən görünür ki, iddiaçı mənzillərə görə MTK-ya pul vəsaiti ödəməyib, guya hansısa payının 50 %na uyğun gəlir kimi ifadə işlədilir. Bundan başqa binanın ünvanı da düz göstərilməyib. Bina H.Əliyev adına prospektdə yerləşmir. X11 küçəsinə yerləşir. Müqavilədə həmçinin binanın nömrəsi göstərilmir. Bütün bunlar MTK tərə findən onlara aid mənzillərlə bağlı saxta sənədlərin tərtib olunmasına başlandığını göstərir. Bundan başqa ünvan 11 ünvanda olan 0,045004 ha torpaq sahəsi Cavabdeh4 mülkiyyətindədir. İddiaçı və MTK ilə olan razılığa görə həmin torpaq sahəsinin bir hissəsində 1 girişli, 19 mərtəbəli yaşayış binası inşa edilməli və MTK tərəfindən istifadə olunacaq torpaq sahəsinin dəyəri Cavabdeh4 ödənilməli idi. Cavabdeh4 məxsus torpaq sahəsində 1 girişli, 19 mərtəbəli yaşayış binası inşa edilmiş, mühafizəçi otağı, transformator otağı tikilmiş, gerenator yeri, həyətyanı sahə saxlanılmış, uşaqlar üçün oyun sahəsi və sair ərazi sakinlərin istifadəsinə verilmişdir. Həmin sahə ümumilikdə torpağın 0,20 ha hissəsini əhatə etmişdir. Lakin istifadə olunmuş qeyd olunan 0,20 ha torpaq sahəsinə görə Cavabdeh4 ödənilmə li olan məbləğ bu günədək ödənilməmişdir. İstifadə olunmuş torpaq sahəsinin 1 sotunun qiyməti 25.000 manat təşkil edir, belə olan halda iddiaçı və MTK tərəfindən Cavabdeh4 500000 manat məbləğində pul ödənilməlidir. Həmin məbləğ ödənilmədiyi üçün iddiaçı və MTK-ya mübahisənin məhkəmədənkənar həll edilməsi üçün pretenziya göndərilmiş, lakin 500.000 manat pulu ödəməkdən, həmçinin müqavilələri ləğv etməkdən imtina etmişlər.

32. Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 iddiaçının iddia tələbinə yazılı etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişlər.

33. Etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X12lə MTK arasında bağlanmış müqavilələri mübahisələndirmək üçün iddia müddətini ötürüb, onun tələbinə iddia müddəti tətbiq edilməlidir. Əqdlərin etibarsızlığına 1 illik iddia müddəti tətbiq edilir. xlə MTK arasında müqavilələr 2020-ci ilin fevral ayında bağlanmışdır. İddiaçı 1 il 3 aydan sonra 2022-ci ilin may ayında iddia qaldırmışdır. İddiaçının iddia etdiyi pul və əmlak xarakterli tələbləri isə mahiyyət etibarı ilə əsassız varlanma ilə bağlı tələblərdir ki, bu tələblərə də 2 illik iddia müddəti tətbiq edilir. İddiaçının iddia ərizəsində göstərdiyi pul vəsaitlərinə və digər əmlaka haqqı çatırdısa, bu ona həmin münasibətlərin baş verdiyi 2019cu ildən bəlli idi. Həmin vaxtdan 3 il müddət ötür. İddiaçı bina tikintisindən əldə ediləcək gəlirin 50 %- i, x 30%, "xxxx" MTK 20% alacağı barədə xlə razılaşmayıb. Belə bölgü uydurmadır, əgər MTK ilə razılaş ıbsa ondan gəlirini tələb edə bilər. Ancaq bu tələb X12in və onun vərəsələrinin hüquqları hesabına əldə edilə bilməz. X12 iddiaçı qarşısında heç bir öhdəlik götürməyib. İddiaçı bina tikintisinə qoyduğu vəsait əvəzində az gəlir əldə etdiyi, daha çox gəlir əldə etməli olduğunu bildirsə də, nə üçün daha çox gəlir əldə etməli olduğunu sübut edə bilmir.

34. İddiaçı tərəfindən təqdim edilmiş ilkin iddia ərizəsinə əlavədə göstərilmişdir ki, təqdim olunmuş, MTK ilə xarasında bağlanmış müqavilələrin araşdırılmasından müəyyən olunur ki, dəyəri ödənilmədən Elşənlə MTK arasında 18 ədəd mənzil alınmasına dair müqavilə imzalanmışdır. Hansı ki, qarşılıqlı iddia ərizəsi təqdim edən Elşənin vərəsələri həmin faktları qəbul etmir və açıq-aşkar, heç nədən çəkinmədən bəyan edirlər ki, Elşən MTKnın payçısı olar aq, MTK-nın kassasına nağd pul ödəməklə mübahisə edilən mənzilləri qanuni yolla əldə etmişdir və ilkin iddiaçı ilə bağlanmış müqavilələr sonradan bağlanmışdır. Əvvəla, qeyd edilməlidir ki, x, MTK tərəfindən Qanuni nümayəndə və iddiaçı bina tikintisinə başlamadan öncə hər bir tərəflərin bina tikintisində vəzifə və hüquqları müəyyən edilərkən, yəni iddiaçı tərəfindən 1 000 000 ABŞ dolları investisiya qoyması və qoyulan xərclər çıxıldıqdan sonra gəlirin 50 %-nin ona aid olması barədə, Elşən tərəfindən oğlu Cavabdeh4 sənədsiz istifadəsində olan 0,45 ha torpaq sahəsini təqdim etməsi və qoyulan xərclər çıxıldıqdan sonra gəlirin 30 %-nin ona aid olmasına, eyni zamanda MTK-nın kassasına daxil olan nağd pul dövriyyəsinə (mədaxil və məxaricinə) şəxsən nəzarət etməklə, uçotunu aparmaqla cavabdeh olma sına, həmçinin nağd aparılan maliyyə hesabatlarını şəxsən Qanuni nümayəndə təqdim edilməsinə dair Qanuni nümayəndə tərəfindən tikinti işləri ilə bağlı sənədləri və görüləcək işləri müvafiq icra qurumlarında razılaşdırmaqla, binanın tikintisi üçün işçi briqadalarını təşkil etməsi və Elşənin təqdim edəcəyi maliyyə hesabatlarını öz imzası ilə də təsdiq edərək iddiaçıya təqdim edəcəyi, o cümlədən qoyulan xərclər çıxıldıqdan sonra gəlirin 20 %-nin ona aid olması barədə öhdəliklər götürülən zaman, bir sözlə aralarında birgə razılaşma zamanı Elşənin hazırda vərəsələri olan cavabdehlərdən hər hansı biri iştirakçı olmamış və aparılan işlərdən xəbərsiz olmuşlar. Bununla yanaşı, Elşənlə MTK arasında dəyəri ödənilmədən bağlanmış 18 ədəd müqavilə üzrə, 7 ədədi, yəni 2020-ci il xx.xx tarixli müqavilə ilə 70 saylı mənzil; 2020-ci il xx.xx tarixli müqavilə ilə 75 saylı mənzil; 2020- ci il xx.xx tarixli müqavilə ilə 86 saylı mənzil; 2020-ci il xx.xx tarixli müqavilə ilə 88 saylı mənzil; 2020-ci il 15 fevral tarixli müqavilə ilə 35 saylı mənzil; 2020-ci il xx.xx tarixli müqavilə ilə 34 saylı mənzil və 2020-ci il xx.xx tarixli müqavilə ilə 19 saylı mənzil ona gəlir əvəzi olaraq verilsə də, qarşılıqlı iddia üzrə iddiaçılar həmin faktların üstündən sükutla keçməklə, sanki həmin mənzillər həmin tarixlərdə Elşənə təqdim olunmamışdır. Digər tərəfdən, Elşənlə MTK arasında dəyəri ödənilmədən bağlanmış müqavilələr göstərilənlərlə də bitməmişdir. Belə ki, 2019-cu il xx.xx tarixli müqavilə ilə 13 saylı mənzil; 2020-ci il xx.xx tarixli müqavilə ilə 89 saylı mənzil; 2020-ci il xx.xx tarixli müqavilə il ə 18 saylı mənzil; 2020-ci il xx.xx tarixli müqavilə ilə 7 saylı mənzil və 2011-ci il xx.xx tarixli 25 saylı mənzil yalan əqdlər bağlamaqla, mənzillər formal olaraq Elşənin adına dövlət reyestində qeydə alınmış, əslində isə həmin mənzillərdə təmir işləri apardıqdan sonra, qısa müddətdə müştəri tapmaqla həmin mənzilləri bir qədər artıq qiymətə, yəni 1.kv.m.-ni ***-**** manat aralığında ipotekaya qoymaqla satışının həyata keçirilməsi olmuşdur. Açıq-aşkardır ki, Elşənin iradə ifadəsi mənzil almaq deyil və MTK-nın iradə ifadəsi mənzili Elşənə satmaq olmamışdır. İddiaçıya gəlir əvəzi olaraq verilən 6 ədəd, ***** və * saylı mənzillərin ondan xəbərsiz olaraq, ümumiyyətlə dəyəri ödənilmədən Elşənin adına müqavilələr bağlamaqda məqsəd də həmin mənzilləri formal olaraq Elşənin adına dövlət reyestrin də qeydə alınması, təmir edildikdən sonra isə daha artıq qiymətə, yəni 1 kv.m.-nin qiyməti ***-**** manata satmaq və iddiaçıya hesablanmış mənzilin 1 kv.m.-nin 650 manat hesabı ilə ödəmək olmuşdur. Artıq şərhə ehtiyac qalmır ki, Elşənin adına müqavilələrin bağlanılmasında və onun adına dövlət reyestində çıxarışların alınmasında məqsəd, yalnız və yalnız həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaq olmuşdur. Bir faktı xüsusi olaraq qeyd edir ki, Elşənin imzası ilə təqdim olunmuş, Qanuni nümayəndə imzası ilə və MTK-nın möhürü ilə təsdiq olunmuş MTK-nın nağd pul dövriyyəsini, yəni mədaxilini və məxaricini müəyyən edən maliyyə hesabatlarında, iddiaçıya məxsus 6 ədəd mənzillərə görə 2020-ci il 24 fevral tarixində Elşənlə MTK arasında bağlanmış 6 ədəd müqavilə üzrə ödəniş aparılması müəyyən olunmur. Belə ki, xin imzası ilə təsdiqlənmiş hesabatlara əsasən 2020-ci ilin fevral ayı üzrə-MTK-nın kassasına mədaxil olan nağd pul vəsaitinin mədaxili 4-ü tarixindən başlayır və 29-u tarixində sona çatır. Bu dövr ərzində cəmi 136 2** manat; o cümlədən ən böyük məbləğ-20-də Sadıqov Sahil tərəfindən alınmış 89 saylı mənzilə görə ** 130 manat və 27-də Kazımlı Əzim tərəfindən alınmış 80 saylı mənzilə görə 66 205 manat mədaxil olunduğu; qeyd olunan 89 saylı mənzilin tam dəyərinin ödənilməsi və borcun olmaması barədə 2020-ci il 5 fevral tarixli Maliyyə Arayışının və həmin mənzilin payçısı olması barədə MTK-nın üzvlərinin ümumi iclasının 2020- ci il 5 fevral tarixli Protokolundan çıxarış məhz, xin ad ına verilsə də, MTK-nın kassasına Elşənin adından pul vəsaitinin mədaxil olunmaması; həmin 1 otaqlı, 64,** kv.m. olan, 89 saylı mənzil Elşən tərəfindən ***400 manata, 1 kv.m.-nin 949,4 (***400\64,**) manata ipotekaya qoymaqla satılması müəyyən olunur. Məlumat üçün qeyd edir ki, xMTK-nın kassasının mədaxil və məxarici üzrə hesabatları tərtib edən şəxs olaraq, adına sənədləşdirilmiş 6 ədəd, ***** və * saylı mənzillərə görə, əgər pul vəsaiti ödəmişdirsə, ən azından həmin mənzillərin ümumi dəyəri olan Arzuma gəlir əvəzi olaraq hesablanmış – 460.941 manat məbləğində pul vəsaitini kassaya mədaxil etməli idi. Açıq-aşkardır ki, Elşənlə MTK arasında bağlanmış 6 ədəd mənzilə görə pul ödənilməmiş və yalan əqdlər bağlanmışdır. Odur ki, qarşılıqlı iddia üzrə iddiaçıların bu hal üzrə göstərilən dəlillər inin bir daha əsassız olması tam sübut olunur. Bundan başqa, 2019-cu il 25 fevral tarixli «Səyyar vergi yoxlama aktı»nın 7-ci səhifəsinin 2-ci və 3-cü abzasları ilə tam sübut olunur ki, 1 girişli 16 mərtəbəli yaşayış binasının satışa yararlı olan 6.279,99 kv.m. (zirzəmi-497,36; q\yaşayış-426,84kv.m. və 90 sayda olan mənzillərin ümumi sahəsi5637,15 kv.m.) sahə müəyyən edilmiş; əvvəlki və hazırkı yoxlama ilə əhatə olunan dövrə tam olaraq satıldığı müəyyən edilmişdir. Bu halda da, yəni MTK tərəfindən artıq bir dəfə satılmış mənzillərin, yenidən Elşənə satılması və onun tərəfindən MTK-ya 460 941 manat məbləğində pul vəsaitinin ödənilməsi, ümumiyyətlə məntiqsiz olmaqla, yalnız onların formal mülahizəsinə və fərziyələrinə əsaslanmasını müəyyən edir.

35. MTK tərəfindən ilk iddia ərizəsinə dair yazılı mülahizə verilmiş, ilk iddianın təmin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılmışdır.

36. MTK qarşılıqlı iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək, qarşılıqlı iddianın təmin edilməməsi xahiş etmişdir.

37. Qarşılıqlı iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, o, həm iddiaçı ilə, həm də mərhum X9 ilə yaxın münasibətlərdə olmuşdur. Baxmayaraq ki, iddiaçının haqlı olduğunu bilir, lakin hazırda, ilkin iddia üzrə digər cavabdehlər əssasız və vicdansızcasına MTK-ya qarşı 500.000 manat iddia tələbi irəli sürdüklərinə görə onların iddia ərizəsinə etiraz edir və rədd edilməsini xahiş edir. Hazırkı iş üzrə mübahisə predmeti olan mənzillərə dair mərhum X4 adına çıxarışlar olsa da, daha əvvəlki izahatlarında da qeyd edildiyi kimi, həmin mənzillər ona satılmamış, al qı-satqı həyata keçirilməmiş, yalnız formal olaraq adına rəsmiləşdirilmişdir. Heç mənzillər ona təhvil də verilməmişdir. Bu formallığın səbəbini əvvəllər də məhkəməyə verdiyi izahatlarda qeyd etmişdir. Həmin mənzillər iddiaçıya gəlir əvəzi kimi verilmişdir. X3 ona təklif etmişdir ki, iddiaçıya təhvil verəcəyi mənzilləri təmir etdirib satsınlar. Belə ki, onda daha baha satmaq və bununla da daha çox gəlir götürmək olar. Satışdan əldə olunan gəlirdən iddiaçıya düşən payı verməsi, qalan qazanci isə öz aralarında bölməsi barədə razılaşmışlar. Beləcə onlar həmin mənzilləri, yəni ***** və * saylı mənzilləri iddiaçının xəbəri olmadan Elşənin adına rəsmiləşdirmişlər. Belə ki, guya həmin mənzillər MTK tərfindən E.B.Əliyevə satılmış, E.B.Əliyev isə mənzillərin dəyərini MTK-ya ödəmişdir. Həmin mənzill ərin dəyəri MTK-ya ödənilməmiş, həmin ödənişlərin MTK-nın kassasına və ya bank hesabına mədaxil edilməsi barədə də heç bir sənəd olmamışdır. Çıxarış almaqda məqsəd isə mənzilləri satmaqda çətinlik çəkməmək, həm ipoteka üçün hazır olması, həm də alıcılarda etibar hissi yaratmaq olmuşdur. İlkin iddia üzrə cavabdehlər iddiaçı, X9 və MTK arasında heç bir razılığın olmadığını qeyd etsələr də, mənzillərin hər hansınasa bir ödəniş sənədi olmadan, yəni MTK-nın kassasına mədaxil olmadan nəyə görə X4 adına rəsmiləşdirilməsini əsaslandırmamışdır. Bununla yanaşı, xin imzası ilə təsdiqlənmiş hesabatlara əsasən kassaya-2020-ci ilin fevral ayı üzrə 04 tarixində 1500 manat, 06 tarixində 1500 manat, 10-u tarixində 2500 manat, 15-i tarixində 4700 (1000+1000+1000+700) manat, 16-sı tarixində 4000 (2000+1000+1 000) manat, 17-si tarixində ***8 manat, 20-si tarixində Sadıqov Sahil tərəfindən alınmış 89 saylı mənzilə görə ** 130 manat, 21-i tarixində 2100 manat, 23- ü tarixində 3200 (2200+1000) manat, 24-ü tarixində 2040 manat, 25-i tarixində 1500 manat, 27-si tarixində Kazımlı Əzim tərəfindən alınmış 80 saylı mənzilə görə 66 205 manat, 28-si tarixində 800 manat və 29-u tarixində 2534 (2034+500) manat, toplam 136 2** manat mədaxil olunmuşdur. Eləcə də, xin imzası ilə təsdiqlənmiş hesabatlara əsasən kassadan - 2020-ci ilin fevral ayı üzrə 17-si tarixində 18, 89 və 80 saylı mənzillər üçün notarius xərci 107 manat, 20-i tarixində 89 saylı mənzilin satışından vergi 318 manat, 27-si tarixində 80 saylı mənzilin satışından vergi 734 manat, DƏDRX rüsumları 1, 7, 25, 21, 75, 86, 87 saylı mənzillərə görə 125 1 manat, notarius xərci 75, 70, 21 saylı mənzillərə görə 107 manat, toplam 2517 (107+318+734+1251+107) manat məxaric olunmuşdur. Odur ki, x payçı kimi pul ödəyib mənzil alımışdırsa və həmin mənzili də digər şəxslərə satmışdırsa, hansı səbəbdən həmin mənzillərin məsrəfləri olan vergiləri, notarius və DƏDRX xərclərini MTK-nın xərclərinə aid etmişdir. 2019-cu ildə MTK-da vergi yoxlaması keçirilmiş və mənzil satışının bitdiyi təsdiqlənmişdir. Bundan sonra onlar mənzilləri natura şəklində əldə etməli olduqları gəlirlərə münasibətdə bölmüşlər. Odur ki, satış olmayan MTK-dan mənzil alınması dəlilinin bir daha əsasız olması sübut olunur. Həmçinin, qarşılıqlı iddia ərizəsində cavadeh tərəfindən torpaq verilərkən kimlərlə, hansı şərtlərlə razılaşdığı, həmçinin indiyədək, yəni kifayət qədər uzun müdd ət keçməsinə baxmayaraq torpağın dəyərini nəyə görə və hansı səbəbdən istəmədiyini bidlirməmişdir. Həmçinin tərəflər arasında torpağın alqı-satqısı barədə iradə ifadələrinin olmasına dair hər hansı bir fikir və ya dəlil söylənilmir.

38. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 24 fevral tarixli e-2-2(113)-337/2023 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, ünvan 11 1 girişli 19 mərtəbəli yaşayış binasında 6 ədəd, hər birinin sahəsi 118,19 kv.m., ümumi sahəsi 709,14 kv.m. olan - ***** və * saylı mənzillərlə bağlı "xxxx" MTK ilə X9 arasında bağlanmış alqı-satqı müqavilələri, maliyyə arayışları və "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının qərarlarının etibarsız hesab edilməsi, ünvan 11 1 girişli 19 mərtəbəli yaşayış binasında 6 ədəd, hər birinin sahəsi 118,19 kv.m., ümumi sahəsi 709,14 kv.m. olan ***** və * saylı mənzillərin dövlət reyestrində X4 adına aparılmış qeydiyyat nömrələri və verilmiş çıxarışların ləğv edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, iddiaçılar Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 cavabdehlər İddiaçı və "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və pul” tələbi barədə qarşılıqlı iddialarının təmin edilməməsi, məhkəmə xərclərinin tərəflərin özlərinə aid edilməsi qət edilmişdir ( hakim Ü.Həsənova).

39. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinad etmiş (bax yuxarıda bu qərarın 1-27-ci bəndləri), gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ilk iddia tələbi birinci hissədə əsaslıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə **; ***; ***; ** və * saylı mənzillər lə bağlı MTK ilə X9 arasında bağlanmış alqı-satqı müqavilələri əlavə edilmiş, həmin müqavilələrin MTK-nın qanuni təmsilçisi tərəfindən imzalanıb möhürləndiyi, lakin həmin müqavilələrdə alıcı kimi adı qeyd edilmiş xin imzalarının olmadığı müəyyən edilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında həmin müqavilələrin ona MTK tərəfindən hazırkı mübahisə yarandıqdan sonra təqdim edildiyini bildirmişdir. Qeyd edilən müqavilələrin, habelə iddiaçı tərəfindən təqdim edilməmiş əlavə olaraq 1 saylı mənzilə dair müqavilənin, habelə həmin mənzillərin dəyərinin ödənilməsi ilə bağlı zəruri sübutların məhkəməyə təqdim edilməsi qarşılıqlı iddiaçılara bir neçə dəfə təklif edilmiş, Cavabdeh1 həmin müqavilələrin yalnız MTK tərəfindən təsdiq edilmiş surətlərini məhkəməyə təqdim edə biləcəyin i bildirmiş, müqavilələrin əsillərinin həmin mənzillərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim edildiyini bildirmişdir. 40. 1, **; ***; ***; ** və * saylı mənzillərlə bağlı MTK ilə X9 arasında bağlanmış alqı-satqı müqavilələri və digər sənədlərin (maliyyə arayışları və sairə) əsillərinin məhkəməyə təqdim edilməsi barədə məhkəmənin sorğusuna cavab olaraq Dövlət Xidməti tərəfindən təqdim edilmiş sənədlərin əsillərinin arasında həmin müqavilələr aşkar edilməmişdir.

41. Cavabdeh1 daha sonra ümumiyyətlə 1, **; ***; ***; ** və * saylı mənzillərlə bağlı MTK ilə X9 arasında yazılı alqı-satqı müqavilələri bağlanmadığını, çıxarışların məhz maliyyə arayışları və ümumi yığıncağın protokolundan çıxarışlar əsasında verildiyini bildirmiş, həmi n mənzillərin dəyərinin ödənilməsi ilə bağlı zəruri sübutların məhkəməyə təqdim edilməsinin mümkün olmadığını (belə bir sübutun ümumiyyətlə mövcud olmadığını), bu halı yalnız MTK tərəfindən verilmiş maliyyə arayışlarının təsdiq etdiyini göstərmişdir.

42. Cavabdeh MTK onunla X9 arasında mübahisəli mənzillərlə bağlı alğı-satqı müqavilələrinin bağlanmasını, X4 adına rəsmiləşdirilmiş mənzillərinin dəyərinin ödənilməsini, habelə mənzillərin X7 təhvil verilməsini qəbul etmədiyindən ilk növbədə tərəflər arasında alğısatqı müqavilələrinin bağlanıb-bağlanmamasının müəyyənləşdirilməsi zəruridir.

43. MM-nin 324.1 və 389.1-ci maddələrinin dispozisiyasından aydın olmuşdur ki, müqavilənin bağlana bilməsi, hüquqi nəticələr doğurması üçün bəzi ünsürlərin (elementlərin) mövcud olması tələb edilir. Bu ünsür lər əsasən, müqavilənin tərəfləri, bir-birinə uyğun və qarşılıqlı iradə ifadələridir. Bu baxımdan müqavilənin bağlanması üçün tərəflərin müqavilənin mühüm şərtləri barədə lazımı formada razılığa gəlmələri tələb edilir. Belə ki, alqı-satqı müqavilələri üzrə satılan əşyalar (alqı-satqı müqavilələrinin predmetləri) fərdi müəyyən əşyalardır. Bu mənada alqı-satqı müqavilələrinin obyektlərinin hər hansı digər əşyadan yalnız özlərinə xas əlamətlərə görə ayrılması və müəyyənləşdirilə bilən olması tələb edilir (MM, maddə 135.7). Müqavilənin bağlanması üçün tərəflərin forma şərtinə əməl etməsi ilə yanaşı həm də müqavilənin predmeti barəsində razılığa gəlmiş olması lazımdır Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilə nin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. (MM, maddə “405.1).

44. Beləliklə, şərh edilənlərə əsasən Məhkəmə bu qənaətə gəlmişdir ki, tərəflər (x və MTK alqı-satqı müqaviləsinin mühüm şərtlərindən biri (müqavilənin obyekti) barəsində razılığa gəlmədiklərindən alqı-satqı müqavilələri bağlanmamış hesab olunmalıdır. Başqa sözlə, alqı-satqı müqaviləsi tərəflərin hüquq və öhdəliklərinin yaranma mənbəyi kimi çıxış edə biləcək hüquqi fakt kimi mövcud deyildir.

45. Bu baxımdan qarşılıqlı iddiaçıların iddia və etirazlarının əsası kimi həmin alğı-satqı müqavilələrinin müvafiq bəndlərinə istinad etməsi yuxarıda sadalanan mad di hüquq normaları ilə yanaşı həm də MM-in 14.2.1 (“Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır”) və 386.1-ci (“Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.”) maddələrinin tələblərinə ziddir.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından MTK ilə X9 arasında alqı-satqı müqavilələrinin bağlanıldığının sübut etmək yükü qarşılıqlı iddiaçıların üzərinə düşür. Lakin qarşılıqlı iddiaçılar tərəfindən alqı-satqı müqavilələrinin bağlanması ilə bağlı hər hansı sübut (alqı-satqı müqavilələri, mübahisəli mənzillərin dəyərinin MTK-ya ödənilməsini təsdiq edən ödəniş sənədləri, mənzillərin onlara təhvil verildiyini təsdiq edən sübutlar və s.) məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, qarşılıqlı iddiaçılar “ MTK ilə X9 arasında alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasını, mübahisəli 6 mənzilin qanun üzrə vərəsələri olduğu X7 mülkiyyət hüququ ilə məxsus olmasının əsası kimi istinad etdiyi alqı-satqı müqavilələrinin bağlanmasını sübut edə bilməmişlər. Halbuki MM-in 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun i ştirakçıları arasında müqavilə olmalıdır.

47. Məhkəmə araşdırması zamanı Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 44 saylı, 1 girişli yaşayış binasında yerləşən 1, **; ***; ***; ** və * saylı mənzillərlə bağlı “ MTK ilə X9 arasında etibarlı alqı-satqı müqavilə(lər)inin olmadığı, həmin mənzillərin dəyərinin X9 tərəfindən MTK-ya ödənilmədiyi, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqdlər olduğu müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, ilk iddia həmin hissədə təmin edilməli, ünvan 11 1 girişli 19 mərtəbəli yaşayış binasında 6 ədəd, hər birinin sahəsi 118,19 kv.m., ümumi sahəsi 709,14 kv.m. olan - ***** və * saylı mənzillərlə bağlı "xxxx" MTK ilə X9 arasında bağlanmış alqı-satqı müqavilələri, maliyyə arayışları və MTK-nın üzvlərinin ümumi iclasının qərarları etibarsız hesab edilməli, ünvan 11 1 girişli 19 mərtəbəli yaşayış binasında 6 ədəd, hər birinin sahəsi 118,19 kv.m., ümumi sahəsi 709,14 kv.m. olan - ***** və * saylı mənzillərin dövlət reyestrində X4 adına aparılmış qeydiyyat nömrələri və verilmiş çıxarışlar ləğv edilməlidir.

48. Məhkəmə iddia tələblərinin ikinci hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələblərinin ikinci hissəsi MTK-nın həm təsisçisi, həm də qanuni təmsilçisi Qanuni nümayəndə və X9 tərəfindən qeyd olunan mənzillərin özgəninkiləşdirilməsi zamanı aparılan bütün hərəkətlərin və əməliyyatların, eləcə də tapşırıq müqaviləsi üzrə öhdəliyin tam yerinə yetirilməməsi hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və öhdəliklərin tam yerinə yetirilməsi vəzifəsinin cavabdehlər MTK-nın həm təs isçisi, həm də qanuni təmsilçisi Qanuni nümayəndə və X4 vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh6 üzərinə qoyulması xahiş edilmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəmənin sualına cavab olaraq həmin tələbin əslində 1, 3 və 4-cü tələblərlə eyni olduğunu bildirmişdir.

49. İddia tələblərinin üçüncü hissəsinə münasibətdə- iddiaçı ona dəymiş 90000 manat maddi zərərin cavabdehlər X4 vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh6 müştərək qaydada tutulmaqla ona ödənilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində inşa olunacaq binanın isifadəsinə verilmiş torpaq sahəsinin 250000 manat dəyərləndirildiyini, həmin torpaq sahəsinin istifadə olunmayacaq hissəsinə çəkilən xərcin (məsrəfin) iddiaçıya qaytarmaq şərti ilə xə verildiyini, A bşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 44 ünvanında 0,45004 ha torpaq sahəsinin X5 oğlu- Cavabdeh4 adına özəlləşdirildiyini, həmin işə 180000 manat pul vəsaiti xərcləndiyini, qalan 90000 manat pulun X9 tərəfindən ona qaytarılmadığını bildirir. Bununla yanaşı, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi halları (iddiaçı tərəfindən X12ə 250000 manat pulun verildiyini, torpaq sahəsinin sənədləşdirilməsinə 180000 manat pul vəsaiti xərcləndiyini, həmin vəsaitin iddiaçıya məxsus olmasını və sairə) təsdiq edən mötəbər və təkzibedilməz sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir.

50. İddia tələblərinin dördüncü hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdeh MTK-nın fəaliyyəti nəticəsində əldə edilmiş gəlirdən payına düşməli olan 41697 manat pulun tutulması tələbini irəli sürsə də, məhkəmə bununla bağlı qeyd etmişdir ki, cavabdeh MTK istehlak kooperativi olmaqla, əsas məqsədi binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsindən ibarətdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun payına düşməli olan məbləğ MTK-nın qanuni təmsilçisi və möhürü ilə təsdiq edilmiş hesabatda öz əksini tapmışdır.

51. Qeyd olunan tələblə bağlı məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri bölüşdürmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olan məsələdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh MTK-nın fəaliyyəti nəticəsində əldə edilmiş gəlirdən iddiaçının payına düşməli olan 41697 manat pulun ödənilməsi ilə bağlı MTK üzvlərinin ümumi yığıncağı tərəfindən hər hansı qərarın qəbul edilməsi halı müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının həmin tələbini də əsassız hesab etmişdir.

52. Məhkəmə qarşılıqlı iddianın birinci hissəsi ilə bağlı qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən MM-in 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtlən dirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər.

53. Həmin Qərarda həmçinin göstərilmişdir ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olubolmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.

54. Qərarda həmçinin qeyd olunmuşdur ki, mübahisə edilən əqdlər baxımından yalnız əla qədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və MM-ə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur.

55. Qarşılıqlı iddia ərizəsində cavabdeh MTK ilə Arzum Əliyev arasında 1, **; ***; ***; ** və * saylı mənzillərlə bağlı bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi xahiş edilmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddiaçılar hazırkı iddianın qaldırılması ilə bağlı müvafiq subyektiv hüquqa malik deyildir. Belə ki, qarşılıqlı iddiaçılar mübahisələndirdikləri alqı-satqı müqavilələrinin tərəfi deyil, müqavilələr üçüncü şəxs kimi onların xeyrinə bağlanmamışdır.

56. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsində mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, qarşılıqlı iddiaçılar həmin müqavilələrin keçmiş tarixə imzalandığını, müqavilələrin nömrəsi olmadığını, yalnız tarixin qeyd edildiyini göstərmişlər.

57. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004cü il 12 aprel tarixli Qərar).

58. Məhkəmə qeyd etmişdir ki, müqavilədə onun nömrəsinin qeyd edilməməsi müqavilənin etibarsızlığı üçün əsas ola bilməz. Bundan əlavə, qarşılıqlı iddiaçılar müqavilənin sonradan, x vəfat etdikdən sonra iddiaçı və Qanuni nümayəndə tərəfindən saxta yolla tərtib edildiyini göstərsələr də, bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər.

59. Qarşılıqlı iddianın ikinci hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında (torpaq sahəsinin mülkiyyətçisi olan Cavabdeh4lə cavabdehlər arasında) qarşılıqlı iddiaçıların qeyd etdiyi kimi torpaq sahəsinin istifadəyə verilməsinə dair müqavilə bağlandığını, cavabdehlərin buna dair iradə ifadəsinin olmasını sübutetmə yükü qarşılıqlı iddiaçıların üzərinə düşür. Qarşılıqlı iddiaçılar tərəflər arasında t orpaq sahəsinin əvəzli istifadəyə verilməsinə dair müqavilə bağlandığını sübut edə bilməmişlər. Halbuki mülki qanunvericiliyin tələblərinə əsasən müqavilənin bağlandığının müəyyənləşdirilməsi üçün ən azı oferta və akseptin mövcudluğu sübut edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir.

60. Məhkəmə gəldiyi nəticəni MM-nin 109.1, 110-2.1-110-2.3, 111.3.4, 135.7, 324.1, 331.1, 337.1-337.5, 340.1, 354.1, 386.1, 389.1, 405.1, 405.2, 5**.1, 568.1. 600.1 və 601.1-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.1-109.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 2 aprel tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli Qərarına, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 8.0.10.1, 11.1, 12.1 və 15.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

61. Həmin məhkəmə tərəfindən eyni tarixli xüsusi qərardad qəbul edilərək, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 44 saylı 1 girişli 19 mərtəbəli yaşayış binasında 6 ədəd, hər birinin sahəsi 118,19 kv.m., ümumi sahəsi 709,14 kv.m. olan - ***** və * saylı mənzillərlə bağlı X7 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşlarının əməllərində cinayət tərkiblərinin əlamətlərinin olması ehtimalı barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilmişdir.

62. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ilkin iddianın təmin olunmaması hissəsində tam və məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin hissəsində qismən, yəni məhkəmə məsrəflə ri olan - 30 (**0- 400) manat dövlət rüsumunun, 400 manat mediyasiya xidmətinə görə ödənilmiş məbləğin və 1000 manat hüquqi xidmət haqqının cavabdehlər-MTK-dan və X4 vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh6 müştərək qaydada tutulmaqla ona ödənilməsi hissəsində ləğv olunmasını və iddia tələbinin həmin hissələrdə də təmin olunmaqla, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.

63. Həmin qətnamədən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, ilkin iddianın tam rədd edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

64. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 iyun tarixli, 2-2(103)-499/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 24 fevral tarixli, e-2-2(113)-337/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir ( sədrlik edən-məruzəçi hakim A.Hüseyn, hakimlər R.Qurbanov və V.Baxışova).

65. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır ( bax yuxarıda bu qərarın 39-60-ci bəndləri).

66. Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iddiaçının ilk iddia tələbinin bütünlüklə təmin edilməməsi, qarşılıqlı iddia tələblərinin tam təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir.

67. Qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin qismən ləğv olunması və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin “gəlir faizi olaraq iddiaçının payına düşməli olan 41697 manat məbləğin tam olaraq cavabdehlər MTK-dan və X4 vərəsələri olan Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh6 müştərək qaydada tutulmaqla iddiaçıya ödənilməsi" hissəsində təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri

68. MM-in 5.3, 16.1, 404.1, 404.2-ci maddələrinin tələbləri pozulmuşdur-ilkin iddianın “Gəlir faizi olaraq iddiaçının payına düşməli olan 41697 manat mə bləğin tam olaraq cavabdehlər MTK-dan və X4 vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh6 müştərək qaydada tutulmaqla ona ödənilməsi” hissəsində əsaslı olduğundan, apellyasiya instansiyası məhkəməsi həmin hissədə iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. Belə ki, işin mübahisəsiz 2 halı ondan ibarətdir ki:

1. İddiaçıya gəlir əvəzi olaraq verilmiş 6 ədəd mənzillərə dair MTK üzvlərinin ümumi iclasının 2019-cu il 23 oktyabr tarixli qərarlarının etibarsızlığı və ya ləğvi, nə X4 vərəsələri tərəfindən, nə də MTK tərəfindən mübahisələndirilmir. Deməli, iddiaçının MTK-nın üzvü olması həm X4 vərəsələri tərəfindən, həm də MTK tərəfindən qəbul edilir.

2. İşin materiallarında, hazırkı məhkəmə mübahisəsinin obyekti olmayan, xin adına və onun şəxsi imzası ilə təsdiqlənm iş 12 ədəd müqavilə mövcuddur. Hazırda məhkəmə mübahisəsi predmetinin obyekti olan 6 ədəd mənzildən başqa, Əliyev Elşənə gəlir əvəzi olaraq verilmiş 7 ədəd, yəni 2020-ci il 5 fevral tarixli müqavilə ilə 70 saylı mənzil; 2020-ci il 15 fevral tarixli müqavilə ilə 75 saylı mənzil; 2020-ci il 15 fevral tarixli müqavilə ilə 86 saylı mənzil; 2020-ci il 15 fevral tarixli müqavilə ilə 88 saylı mənzil; 2020-ci il 15 fevral tarixli müqavilə ilə 35 saylı mənzil; 2020-ci il 15 may tarixli müqavilə ilə 34 saylı mənzil və 2020-ci il 18 avqust tarixli müqavilə ilə 19 saylı mənzil, eləcə də Əliyev Elşənin adına yalan əqdlər əsasında sənədləşdirilmiş 5 ədəd – yəni 2019-cu il 9 dekabr tarixli müqavilə ilə 13 saylı mənzil; 2020-ci il 5 fevral tarixli müqavilə ilə 89 saylı mənzil; 2020-ci il 5 fevral tarixli müqavilə ilə 18 saylı mənzil; 2020-ci il 22 oktyabr tarixli müqavilə ilə 7 saylı mənzil və 2011-ci il 5 noyabr tarixli müqavilə ilə 25 saylı mənzil, toplam 12 mənzil nə iddiaçı, nə də MTK tərəfindən mübahisələndirilmir.

69. MPM-in 2.1, 81, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur- iddiaçıya gəlir əvəzi olaraq 6 ədəd mənzilin verilməsinə dair 2019-cu il 23 oktyabr tarixli qərarların cavabdehlər tərəfindən mübahisələndirilməməsi və bununla da həmin qərarların etibarlı olması onu sübut edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq, MTK-nın üzvü olan iddiaçı ilə bağlanmış 6 ədəd müqavilə etibarlı əqd hesab edilmişdir. Qeyd olunmalıdır ki, Əliyev Elşənin vərəsələri tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində 35 saylı mənzi llə bağlı hər hansı bir dəlil irəli sürülmədikləri halda, kassasiya şikayətində 35 saylı mənzillə bağlı yeni dəlil irəli sürülmüş və həmin mənzilin məhz onlarda olduğunu bəyan etmişlər. Halbuki, hazırkı məhkəmə mübahisəsinin obyekti olmayan, Əliyev Elşənə gəlir əvəzi olaraq verilmiş 7 ədəd (o cümlədən həmin mənzillərdən biri olan 35 saylı mənzil) mənzil, eləcə də Əliyev Elşənin adına yalan əqdlər əsasında sənədləşdirilmiş 5 ədəd mənzil, toplam 12 ədəd mənzil barədə məlumatlarının olmadığını birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində dəfələrlə bildirmişlər. Deməli, kassasiya şikayətində 35 saylı mənzillə bağlı yeni dəlilə görə həmin mənzilin onlarda olması nəzərə alınsa, müəyyən olunur ki, kassatorlar, xtərəfindən gəlir əvəzi olaraq mənzil alınması faktını təsdiqləyir. Bununla yanaşı, Əliyev Elşənin şəxsən özü tərəfindən tərtib edilən, şəxsən öz imzası ilə təsdiqlənmiş və sonra Qanuni nümayəndə imzası ilə və MTK-nın möhürü ilə təsdiq olunmuş MTK-nın nağd pul dövriyyəsini, yəni mədaxilini və məxaricini müəyyən edən maliyyə hesabatlarında da, Əliyev Elşənin adına ümumilikdə sənədləşdirilmiş 18 ədəd mənzillərə görə hən hansı pul vəsaitinin ödənilməsi müəyyən olunmamışdır. b) Cavabdehlərin kassasiya şikayətinin dəlilləri

70. MM-in 337.1-ci maddəsinin tələbləri pozulmuşdur- MTK ilə x arasında alQı-satqı müqaviləsi deyil, mənzillərə dair pay müqaviləsi olmuşdur, yəni x MTK-nın ümumi yığıncağının qərarı ilə payçı kimi üzvlüyə qəbul edilib, 1, 35 (mübahisə edilmir), **, ***, ***, **, * saylı mənzillərlə bağlı pay müqaviləsi bağlanılıb, mənzillərin pay dəyərini t am ödəyib, ona maliyyə arayışı verilib, həmin sənədlər MTK-nın rəhbəri Qanuni nümayəndə tərəfindən təsdiq olunub, bununla da tərəflərin iradə ifadəsi başa çatmışdır. Hazırki işin materiallarına əlavə edilən, iddiaçı tərəfindən təqdim edilən müqavilə nüsxələrində xin imzasının olmaması müqavilənin əhəmiyyətsizliyinə səbəb olmur, tərəflər iradəsini ifadə etmiş, ödənişlər edilib, ümumi yığıncaq xi payçı kimi qəbul edilmişdir. Qanunun tələbindən görünür ki, əhəmiyyətsiz əqd öz-özlüyündə əhəmiyyətsiz olan əqddir, yəni bu cür (məzmun və sairə) əqd bağlamaq olmaz, pay müqaviləsi bağlamaq heç bir vaxt əhəmiyyətsiz əqd deyil. Əksinə, əhəmiyyətsiz əqd İddiaçı adına bağlanmış müqavilədir. Onun müqaviləsində 50 faiz payına uyğun gəlir məbləğində əvəzləşdirmə anlayışı əhəmiyyətsiz anlayışdır, pay müqav iləsi məzmun baxımından, müqavilənin predmeti baxımından belə bağlanılmır, bu səbəbdən iddiaçının müqaviləsi əhəmiyyətsiz əqddir. Əhəmiyyətsiz əqd iddiaçının əqdi olduğu halda, məhkəmə xin müqaviləsini əhəmiyyətsiz əqd hesab etmişdir. Bununla da məhkəmələr MM-in 337-ci maddəsini tətbiq edərkən səhvə yol vermiş, həmin normanı düzgün tətbiq etməmişdir.

71. MM-in 340.1-ci maddəsinin tələbləri pozulmuşdur- apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini təkararlayaraq belə qənaətə gəlmişdir ki, xlə MTK etibarlı alqı-satqı müqavilələri bağlanmamış, mənzillərin dəyəri MTK-ya ödənilmədiyi üçün ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqdlər olduğu müəyyən edilmişdir. Bununla da apellyasiya instansiyası məhkəməsi xlə MTK arasında bağlanmış m üqavilələri uydurma əqd kimi qiymətləndirmiş, səhvə yol vermişdir, xlə MTK arasında möcvud olan müqavilələri həm bağlanmamış, həm də görünüş üçün bağlanması haqqında ikili nəticəyə gəlmişdir. Həmin müqavilələrin görünüş üçün bağlanması motivinin nə olması ilə bağlı məhkəmə heç bir qəaətə gəlməmişdir. Müqavilələr görünüş üçün o zaman bağlanır ki, bunun bir məqsədi olsun. Ancaq məhkəmələr müqavilələrin görünüş üçün bağlandığını yazsa da, onun nə məqsədlə bu cür bağlanmasını əsaslandıra bilməmişlər. Müqavilələr görünüş üçün bağlanmamışdır, onlarda tərəflərin iradə ifadəsi mövcud olmuşdur. Tərəflərin iradə ifadəsini isə maliyyə arayışları, üzvlərin ümumi yığıncağının iclas protokolları, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlar, xin mənzilləri təmir etdirməsi və sair hallar süb ut edir. Məhkəmə əqdlərə uydurma əqd kimi yanaşmaqla MM-nin 340.1-ci maddəsinin tələbini pozmuşdur.

72. MM-in 405.1-ci maddəsinin tələbləri pozulmuşdur-tərəflər müqavilənin obyekti və digər bütün mühüm şərtləri barədə razılığa gəlmişdir, müqavilələr işin materillarında mövcuddur, müqavilənin şərtlərində müqavilənin obyekti, mənzillərin dəyəri, tərəflər haqqında məlumatlar və digər mühüm və zəruri şərtlər vardır. x təklif vermiş, MTK onu qəbul edərək müqavilə bağlanılmış, mənzillərin dəyəri ödənilmişdir. Bununla bağlı maliyyə arayışı verilərək, iclasın ümumi yığıncağı qərar vermiş, çıxarış alınaraq, mənzillər xə təhvil verilmişdir. x tərəfindən 7 mənzil təmir olunmuş, birini x başqa şəxsə kirayəyə vermiş, orada ailə yaşadığı üçün İddiaçı 7-ci mənzili mübahisə predmeti etməmişdir, ona görə ki, digər şəxsin də mübahisədə iştirakı onun üçün çətin olacaqdır. Əgər iradə ifadəsi yoxdursa, təklif və qəbul yoxdursa bu qədər hərəkətlər mövcud olmazdı. Məhkəmə nəticəyə gələrkən MMnin 405.1 və 405.2-ci maddəsinin tələblərini pozaraq işin hallarını düzgün qiymətləndirməmişdir.

73. MPM-in 77.1-ci maddəsinin tələbləri pozulmuşdur-apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MPM-nin 77.1-ci maddəsinin tələbləri baxımından MTK ilə X9 arasında alqı-satqı müqavilələrinin bağlandığını sübut etmək yükü qarşılıqlı iddiaçıların üzərinə düşür. Lakin qarşılıqlı iddiaçılar tərəfindən alqı-satqı müqavilələrinin bağlanması ilə bağlı hər hansı sübut (alqı-satqı müqavilələri, mənzillərin dəyərinin MTK-ya ödənilməsini təsdiq edən ödəniş sənədləri, mənzillərin onlara təhvil verildiyini təsdiq ed ən sübutlar və s.) təqdim edilməmişdir. Qarşılıqlı iddiaçılar 6 mənzillə bağlı alqı-satqı müqavilələrinin bağlanmasını sübut edə bilməmişlər. Məhkəmənin bu cür yanlış mövqeyi ilə bağlı maddi hüquq normalarının pozuntusu ilə bağlı yuxarıda şərh verilmişdir, bir daha qeyd edilməlidir ki, iddiaçı və cavabdeh MTK özləri qeyd etmişdir ki, guya mübahisəli mənzillər 2019-cu ilin oktyabr ayında iddiaçıya verilib, 2020-ci ilin fevral ayında isə xlə MTK müqavilə bağlayıb. Əgər müqavilə bağlanmayıbsa, iddiaçı hansı müqavilələrin etibarsız sayılmasını tələb edir. Onların hər ikisi xlə MTK arasında mübahisəli mənzillərlə bağlı müqavilələrin bağlandığını etiraf etmişdir. İddia tələbi də elə buna görə qurulub. x tərəfindən mənzillərin dəyərinin ödənilməsi şübhəsizdir, ödənişi maliyyə arayışları təsdiq ed ir. Mənzillərin xə təhvil verilməməsi barədə məhkəmənin gəldiyi nəticə də yanlışdır, mənzillər xə təhvil verilib, x ona təhvil verilən 7 mənzildə təmir işləri aparıb, 35 saylı mənzili başqa şəxsin istifadəsinə vermiş, 6 mənzil özündə qalmışdır. Mənzillərin təmir edilməsi faktını iddiaçı da etiraf etmişdir, ona görə də təmir işini aparan X6 da üçüncü şəxs kimi iddiaçı tərəfindən cəlb edilmişdir.

74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelər nəzərə alınmamışdır- apellyasiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddiaçılar MTK ilə iddiaçı arasında bağlanmış müqavilələri mübahisələndirməkdə subyektiv hüquqa malik deyillər. Çünki müqavilənin tərəfi deyillər, müqavilələr 3-cü şəxs kimi onların xeyrinə bağlanmamışdır. İddiaçı MTK arasında bağlanmış Müqavilələrin saxta yolla tərtib edilməsini qarşılıqlı iddiaçılar sübuta yetirə bilməmişlər. Məhkəmə bu hüquqi mövqeyini Konstitusiya Məhkəməsi Plenumunun 04 may 2007-ci il tarixli qərarı ilə əsaslandırmış, lakin, həmin qərarı düzgün tətbiq etməmişdir. Həmin Qərarda qeyd edilir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər; öz hərəkətinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Məhkəmənin mövqeyi yanlışdır, qarşılıqlı iddiaçıların MTK ilə iddiaçı arasında 2022-ci ilin mart-may ayları ərzində 2019-cu ilin oktyabr ayına tərtib etdikləri saxta müqavilələri mübahisələndirməkdə subyektiv hüquqları vardır. İlk növbədə ona görə ki, qarşılıqlı iddiaçılar həmin mənzillər üzrə vərəsə kimi qeydə alınıblar, mənzillər miras qoyan xin adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçib, həmin mənzillərə dair MTK ilə iddiaçı arasında saxta müqavilə bağlanılıb. Həmin müqavilələrin mövcudluğu, vərəsə olduqları mənzillərə dair ikinci müqavilələrin olması qarşılıqlı iddiaçıların maraqlarına toxunur, onların etibarsız hesab edilməsinə dair tələb hüququ yaranır, bu cür vəziyyətdən onların müdafiə hüququ mövcud olur. Apellyasiya məhkəməsi subyektiv hüquqla bağlı Konstitusiya Məhkəməsinin Qərarını səhv tətbiq etmişdir.

75. «Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmələr qeyd etmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi idarəsi tərəfindən Abşeron rayonu “Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 44 saylı, 1 girişli, 19 mərtəbəli yaşayış binasında 6 ədəd – hər birinin sahəsi 118,19 kv.m olan – 1, **, ***, ***, ** və * saylı mənzillərlə bağlı çıxarışlar yalnız maliyyə arayışları, MTK-nın üzvlərinin ümumi iclasının protokollarından çıxarışlar əsasında verilmişdir. Qanun da məhz daşınmaz əmlak üzərində hüquqların reyestrdə qeydiyyatını və ondan çıxarışın verilməsini mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qərardan çıxarış) əsasında verilməsini müəyyən etmişdir. Bu baxımdan Məhkəmələr “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikas ı Qanununun 8.0.6-ci maddəsinin tələbini pozmuşdur. c) Qarşılıqlı iddiaçıların (cavabdehlərin) kassasiya şikayətinə qarşı iddiaçının etirazının dəlilləri

76. İddiaçı tərəfindən cavabdehlərin kassasiya şikayətinə etiraz əsasən iddiaçının kassasiya şikayəti ilə eyni məzmunda (bax yuxarıda bu qərarın 60-***-ci bəndləri) əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, iddia müddətinin ötürülməsi ilə bağlı dəlillər də əsassızdır. İddia ərizəsində qeyd olunduğu kimi, həmin müqavilələrin və digər sənədlərin mövcudluğu 2021-ci ilin noyabr ayında tərtib olunmuş hesabatların müzakirəsi zamanı ortaya çıxmış və uzun sürən danışıqlardan sonra, Cavabdeh2 və Qanuni nümayəndə tərəfindən yaxın vaxt ərzində bütün problemlərin həll olunacağı bidirilsə də, heç bir əməli tədbir görülməmiş; ilkin iddiaçı resp ublikadan kənarda yaşayıb, işlədiyinə görə Azərbaycanda qısa müddətlər ərzində olduğundan mütəmadi olaraq tərəflərlə təmasda ola biməmiş; 2022-ci ilin fevral ayının dördündə isə X9 qəflətən vəfat etmiş və Qanuni nümayəndə yas mərəsimi ilə əlaqədar bir qədər gözləməyini və məsələni mərhumun vərəsələri ilə yaxın vaxt ərzində həll edəcəyini bildirmiş; lakin bu da bir nəticə vermədiyi üçün, 2022-ci ilin mart ayının axırlarında Cavabdeh2 adına olan sənədləri MTK-dan əldə etdikdən sonra, məcbur olub 2022-ci ilin may ayında məhkəməyə müraciət etmiş; sonra 2022-ci ilin oktyabr ayında mediatora müraciət etmiş və 2022-ci il 4 noyabr tarixli arayışla birlikdə yenidən 2022-ci il 5 noyabr tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, qanunla müəyyən edilmiş iddia müddəti ilkin iddiaçı tərəfindən ötürülməmişdir.

77. Bundan başqa, digər cavabdehlər MTK və x kassasiya şikayətlərinin verilməməsi onu müəyyən edir ki, həmin cavabdehlər apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmış və göstərilən 6 ədəd müqavilə üzrə Cavabdeh2 adına aparılmış bütün sənədlərin etibarsızlığını qəbul etmişlər. Bu hal, bir daha sübut edir ki, kassatorlar uydurma əqdlər, eləcə də hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün tərtib olunmuş sənədlər əsasında ilkin iddiaçının 6 ədəd mənzilini qanunsuz yolla ələ keçirmək niyyətlərində olunmuşlar. Kassasiya baxışının hədləri

78. Hər iki tərəf kassasiya şikayəti verdiyindən, MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanı lacaqdır.

79. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

80. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2 Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1 Qanunvericilikdə n əzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər..... “Maddə

109. Kooperativlər haqqında əsas müddəalar 109.1 Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır..... “Maddə 110-2. Kooperativin mənfəəti və onun bölüşdürülməsi 110-2.1 Kooperativin mənfəəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi ödənişlər verildikdən sonra, kooperativin nizamnaməsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativin fondlarına, kreditorlarla hesablaşm aların həyata keçirilməsinə, kooperativin nizamnaməsi ilə müəyyənləşdirilmiş digər məqsədlərə və (və ya) kooperativ ödənişlərinin və dividendlərin ödənilməsinə yönəldilir. 110-2.2. Kooperativin mənfəəti kooperativin üzvləri arasında onların pay (mütləq və əlavə) haqları məbləğinə, habelə kooperativin fəaliyyətində şəxsi əməyi ilə və (və ya) digər formada iştirakına uyğun olaraq bölüşdürülür. 110-2.3. Kooperativ üzvlərinin ümumi yığıncağı ödənilən kooperativ ödənişlərinin və dividendlərin kooperativin mənfəətinin müəyyən miqdarı ilə məhdudlaşdırılmasını müəyyənləşdirə bilər. “Maddə

111. Kooperativdə idarəetmə..... 111.3.4 kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri bölüşdürmək kooperativ üzvlərinin müstəsna səlahiyyətinə aiddir.... “Maddə

135. Əşya hüq uqunun obyektləri.... 135.7 Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar əvəzedilən əşyalar sayılır.... “Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.... “Maddə

331. Yazılı əqd 331.1 Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər t exniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.... “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə ir adə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Madd ə

340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.... “Maddə

351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.... “Maddə 3*. Öhdəlik anlayışı 3*.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəs ində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.... “Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.... “Maddə

405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməs i və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. “Maddə 5**. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir... “Maddə

601. Əşyanın hissə-hissə ödənilməsi 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəz ərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutl ara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...”

82. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

109. Mənzil-tikinti kooperativləri 109.1 Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. 109.2. Mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzi lli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. 109.3. Mənzil-tikinti kooperativləri istehlak kooperativləridir. 109.4. Mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar..... 83. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;... Maddə

11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olma lıdır.... Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir... Maddə

15. Hüquqların dövlət qeyd iyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

84. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 85. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-o lunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

86. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməsini zəruri hesab edir ki, şikayətdə ilkin iddianın təmin olunmayan hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisələndirilsə də, şikayətdə işin faktiki hallarına istinad olunmuş, məhkəmələr tərəfindən yol verilən maddi və prosessual hüquq normalarının konkret pozuntusunun nədən ibarət olması əsaslandırılmamışdır. Bu baxımdan məhkəmə kollegiyası həmin dəlilləri apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir.

87. Qarşılıqlı iddiaçıların (cavabdehlərin) kassasiya şikayətinə gəldikdə məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymət ləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

88. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən mübahisəli mənzillərə dair cavabdeh MTK və mərhum Cavabdeh2 hər ikisinin imzaladıqları müqavilələr mövcud deyildir. Qarşılıqlı iddiaçılar mübahisəli mənzillərin qanuni əsaslarla əldə edildiyini iddia etsələr də, bu barədə mərhum Cavabdeh2 imzaladığı müqavilələri, mənzillərin dəyərinin MTK-ya ödənilməsini təsdiq edən ödəniş sənədlərini, eləcə də mübahisəli mənzillərin əslində mərhum Cavabdeh2 satı lmaması, formal olaraq sənədləşmənin aparılmasına dair cavabdeh MTK-nın dəlillərini (bax yuxarıda bu qərarın 37-ci bəndi) təkzib edən mötəbər sübutları işə mahiyyəti üzrə baxılarkən təqdim edə bilməmişlər.

89. Qeyd olunanlara, eləcə də işin yuxarıda qeyd olunan, məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh MTK ilə mərhum Cavabdeh2 arasında ünvan 11 19 mərtəbəli yaşayış binasında 1, **, ***, ***, ** və * saylı mənzillərin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olumasına dair düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq edilmiş və pozuntuya yol verilməmişdir. Gəlinən nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normalarının tələbləri ilə yanaşı, MPM-nin 14.2, 77.1, 82, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.

90. Qarşılıqlı iddiaçıların sözügedən mənzillərə dair ilkin iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış 2019-cu il 23 oktyabr tarixli müqavilələrin etibarsız hesab edilməsi tələbinə gəldikdə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, müqavilədə onun nömrəsinin qeyd edilməməsi, müqavilənin etibarsızlığı üçün əsas ola bilməz.

91. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyiş dirilməsi üçün əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir.

92. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 iyun tarixli, 22(103)-499/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: E.R.Vəliyeva Ə.M.Xıdırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar