Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-612/2021 22.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı2 Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, iddiaçının nümayəndəsi və vəkilinin iştirakı ilə, İddiaçı2-nin Cavabdeh1 qarşı “pul” tələbinə dair kommersiya işi üzrə İddiaçı2 tərəfindən Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 aprel tarixli, 2-2(104)-24/202 1 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Tərəflər arasında bağlanmış 04 yanvar 2018-ci il tarixli, CPSS 268/18 saylı alqısatqı müqaviləsinə görə, satıcı “X6” MMc malları təhvil verməyi, alıcı Cavabdeh1 isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 6.1.3-cü bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş ödəniş şərtlərinə əməl olunmadığı halda hər gecikdirilmiş günə görə 0,1% qədər cərimə ödənilməlidir. 3. 04 dekabr 2018-ci il tarixli üzləşmə aktına görə, Cavabdeh1 iddiaçıya 23.000 manat borclu olduğunu etiraf etmişdir. 4. 23481 nömrəli, 16 oktyabr 2019-cu il tarixli ekspert rəyinə görə, tədqiqata təqdim olunmuş 04.12.2018-ci il tarixli üzləşmə aktında olan bütün əlyazmaların və imzaların rəngləyici maddələ ri kimyəvi tərkiblərinə görə öz aralarında eyni gelli qələmlə icra olunmuşdur. 5. 23313 nömrəli, 24 oktyabr 2019-cu il tarixli ekspert rəyinə görə, Cavabdeh1 adına olan 04.12.2018-ci il tarixli üzləşmə aktında “3.borclu” qrafasındakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı2 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.773 manat məbləğində borcun, 2.438,58 manat məbləğində dəbbə pulunun və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 24.241,58 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04.01.2018-ci il tarixli “alqı-satqı” müqaviləsinin şərtlərinə əsasən satıcı mal (seme nt) verməyi, alıcı isə müqavilə şərtlərinə uyğun olaraq ödəmə aparmağı öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş, nəticədə 21.773 manat borc yaranmışdır. Qeyd edilən borcun ödənilməsi məqsədi ilə cavabdehə 20.05.2019-cu il tarixdə pretenziya göndərilərək yaranmış 21 773 manat borcun ödənilməsi tələb edilmiş, lakin bu günə qədər heç bir ödəniş olunmamışdır. Müqavilənin 6.1.3-cü maddəsinə əsasən alıcı bu müqavilə ilə müəyyən edilmiş ödənişləri satıcıya vaxtında ödəmədikdə hər gecikdirilmiş günə görə ödənilməyən borc məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir.
8. Ağstafa Rayon Məhkəməsinin 2019-cu il 25 noyabr tarixli, 2(015)-767/2019 nömrəli qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə inzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.
9. Gəncə Ko mmersiya Məhkəməsinin 2020-ci il 20 avqust tarixli, 2-2(115)-119/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 21.773 (iyirmi bir min yeddi yüz yetmiş üç) manat əsas borc, 338,58 (üç yüz otuz səkkiz manat əlli səkkiz qəpik) manat dəbbə pulu, ümumilikdə 22.111,58 (iyirmi iki min yüz on bir manat əlli səkkiz qəpik) manat və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, 214 (iki yüz on dörd) manat ekspertiza xərcinin cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim – K.Vəliyev).
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və hazırkı iddia tələbi də, bilavasitə həmin müqavilədən irəli gəlir. Mübahisəli borc məbləği 04 dekabr 2018-ci i l tarixli üzləşmə aktında cavabdehin imzası ilə təsdiqini tapır.
11. Cavabdeh üzləşmə aktını imza etməklə orada yazılan faktları qəbul etdiyini təsdiq etmiş, sonradan mübahisəli məbləğin cavabdeh tərəfindən iddiaçıya ödənilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 385.1, 421.2, 425.1, 448.2, 460.1, 462.1, 463, 467, 567, 598.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
14. Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 aprel tarixli, 2-2(104)-24/2021 saylı qətnaməsi ilə (hakimlər A.H.Hüseynzadə (sədrlik edən), L.S.Süleymanov və Ş.Q.Rzaquliyev) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 20 avqust tarixli, 2-2(115)-119/2020 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilməmiş, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, məhkəmə xərci qismində 214 (iki yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilmişdir.
15. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, 04 yanvar 2018-ci il tarixli, CPSS 268/18 saylı alqı-satqı müqaviləyə əsasən cavabdehə 21.773 manat məbləğində sement məhsulu satdığını iddia etsə də, satd ığı məhsulların cavabdehə verilməsini təsdiq edəcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. 16. 04 yanvar 2018-ci il tarixli, CPSS 268/18 saylı alqı-satqı müqaviləsində də malın alış-satış və təhvil verilməsi qaydası nəzərdə tutulmuşdur. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 3.3-cü bəndinə əsasən Müqavilənin 3.2-ci maddəsində nəzərdə tutulan sonradan ödəmə şərtindən alıcı aldığı malı əldə etdikdən sonra qaiməfaktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödənilməlidir. Malın satılmasına dair satıcı tərəfindən qaimə fakturanın verilməsi nəzərdə tutulsa da, satıcı tərəfindən qaimə-faktura verilməmişdir. İddiaçı bu halı cavabdehin vergi ödəyicisi, yəni fərdi sahibkar olması ilə bağlı məlumatları təqdim etməməsi ilə ə laqələndirərək, 04 yanvar 2018-ci il tarixdə İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış CPS-268-18 saylı alqı-satqı müqaviləsi üzrə alıcının şəxsiyyət vəsiqəsini təqdim etməklə müqavilə imzaladığını qeyd etmişdir. Halbuki, müqavilənin 7.1.4-cü bəndinə və müqavilənin 1 nömrəli Əlavəsinin 3.2-ci bəndinin mahiyyətindən də göründüyü kimi alıcının aldığı malları sonradan sahibkarlıq məqsədi ilə yenidən satışını həyata keçirəcəyi aydın idi. Yəni, iddiaçı fərdi sahibkar olması ilə bağlı məlumatları təqdim etmədiyi halda, iddiaçının müqaviləni bağlamaqdan imtina etmək imkanı olmuşdur. Cavabdeh 11.04.2012- ci il tarixdə fərdi sahibkar qismində vergi ödəyicisi kimi qeydə alınmışdır. Qeyd olunan müqavilə şərtlərinə əməl edilmədən malların satışı baş tutduğu halda isə bu həm iddiaçı, həm də cavabdeh tərəfindən vergi qanunvericiliyinin tələblərinin pozulması kimi qiymətləndirilə bilərdi.
17. Müqavilənin 4.4-cü bəndinə əsasən alıcı daşımaları sutkanın 24 saatı ərzində qəbul edir və X2 imza və möhürlə təsdiq edir. Satılmış malların alıcı tərəfindən qəbul edilməsinin X3 ilə təsdiq edilməli olması razılaşdırılsa da, iddiaçı tərəfindən cavabdeh olan alıcının malları qəbul etməsinə dair hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı malların cavabdehə verilməsini məhkəməyə təqdim etdiyi yükü daşıyan şəxslərin izahatları ilə təsdiq olunduğunu iddia etmişdir ki, qeyd olunan şəxslərin notarial qaydada təsdiq edilmiş izahatları sübut kimi qəbul edilə bilməz. İddiaçı daşıma xidməti göstərən şəxslərlə onlar arasında bağlanmış müqavilələri və daşıyıcı olan şəxslərə cavabdehə çatdırı lması üçün malların təhvil verilməsini təsdiq edən sənədləri, o cümlədən müqavilənin 4.1-ci maddəsinin tələbi üzrə satılmış malların çatdırılmasının həyata keçirilməsinə dair hər hansı bir əlavə razılaşmanı da məhkəməyə təqdim edə bilməmişdir.
18. Müqavilənin 5.1-ci bəndinə əsasən alıcının bütün əməliyyatlara görə “mal alınması üçün sifariş formasını” doldurması ilə bağlı şərt nəzərdə tutulsa da, cavabdeh tərəfindən malların sifariş verilməsinə dair də məhkəməyə qeyd olunan sənədlər təqdim edilməmişdir. 19. 04.12.2018-ci il tarixli üzləşmə aktının mövcudluğu malların cavabdehə verilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Cavabdeh üzləşmə aktındakı imzanın ona məxsus olmamasını israr etməklə yanaşı, həmin üzləşmə aktının hansı şəraitdə və hansı məqsədlə tərtib edilməsi də bir qədər anlaşılan olmamışdır. Üzləşmə aktında satılmış sement məhsulunun satış vaxtları, həcmi və buna müvafiq olaraq da satış məbləğləri qeyd olunmamışdır. Bundan başqa üzləşmə aktına görə, akt həmçinin QSZ MMC-nin (“X4” MMC) nümayəndəsi tərəfindən də imzalanmışdır. Lakin, “X4” MMC-nin 05 aprel 2021-ci il tarixli, 148 nömrəli məktubunda cavabdeh ilə “X4” MMC arasında heç bir mülki-hüquqi münasibətlərin olmadığını bildirilmişdir ki, bununla da pul öhdəliyinin mövcudluğunun təsdiqlənməsində X4 MMC-nin nümayəndəsinin iştirakının hansı məqsədlərə xidmət etməsi anlaşılan olmamışdır. Bundan başqa üzləşmə aktında 23.773 manat pul öhdəliyinin olması qeyd olunsa da, cavabdehdən 21.773 manat tələb edilmişdir ki, cavabdeh tərəfindən 2.000 manat ödənilməsi və ya üzləşmə aktında qeyd olunan məbləğin han sı səbəbdən 2.000 manat artıq yazılması ilə bağlı da məhkəməyə hər hansı bir əsaslı arqument irəli sürülməmişdir. Satılmış malların hesabatına dair cədvəldə göstərilən, malların ümumi məbləğinin cəmi, nə üzləşmə aktında qeyd olunmuş, nə də ki tələb edilən məbləğlə uyğunluq təşkil etmişdir ki, bu da üzləşmə aktının mötəbərsizliyinin digər bir göstəricisi olmuşdur.
20. Beləliklə, üzləşmə aktı ilə pul öhdəliyinin mövcudluğunun müəyyən edilməsi, kreditoru öhdəliyin yaranması əsaslarını sübut etməkdən azad etməməkdədir. 04 yanvar 2018-ci il tarixli, CPSS 268/18 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehə 21.773 manat məbləğində sement məhsulunun təhvil verilməsi, bununla da cavabdehin pul öhdəliyinin yaranması sübut olunmamaqdadır.
21. Məhkəmə bu qənaətini Mülki Məcəlləsinin 567, 600.1-ci ma ddələrinə istinad etməklə əsaslandırmışdır.
22. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin tamamilə ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
23. Birinci instansiya məhkəməsində cavabdehin müqavilədə olan imzası, Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsinə əsasən tədqiqata təqdim olunmuş 04.12.2018-ci il tarixli üzləşmə aktında olan "borclu" qrafasındakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur, o cümlədən notarial qaydada təsdiqlənmiş sürücülərin ərizələri ilə cavabdehin bu aktlara özü imza atması bir daha sübuta yetirilmışdir.
24. Yuxarıda qeyd olunanlara baxmayaraq, apelyasiya in stansiyası məhkəməsi yalnız müqavilədə qeyd edilən 23.773 manat məbləğin olmasına, iddiaçının isə 21.773 manat məbləğ qoymasına istinad etmiş, nəticədə işin hallarına uyğun gəlməyən qətnamə qəbul etmişdir.
25. Həmçinin apelyasiya instansiya məhkəməsinin qətnaməsi 30 aprel 2021-d il tarixdə qəbul edilsə də, onun surəti iddiaçıya çatdırılmadığından, rəsmi qaydada ərizə ilə apelyasiya instansiyası məhkəməsinə müraciət etdikdən sonra, 26 avqust 2021-cü il tarixdə qəbzə imza etməklə əldə etmişdir. Bu isə MPM-nin 134-cü maddəsinin tələblərinin kobud surətdə pozulması kimi qiymətləndirilməlidir.
26. Digər tərəfdən, cavabdeh apelyasiya instansiyası məhkəməsində də üzləşdirmə aktının özü tərəfindən imzalanmasını bildirsə də, məhkəmə qəbul etdiyi qətnamənin " müəyyən etdi hissəsinin" 9-cu abzasında onun etirafını təhrif edilmiş formada aşağıdakı kimi qeyd etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirilmişdir ki, “ekspert rəyi olsa da, cavabdeh üzləşmə aktını imzalamamışdır. Buna görə də ekspert rəyini də qəbul etmir. Müqavilə imzalansa da, sement məhsulları cavabdehə təhvil verilməmişdir”.
27. Bununla bağlı cavabdehin etirafının protokola qeyd edilməsinin tələb edilməsinə baxmayaraq, məhkəmə tərəfindən bu kimi hallar məhkəmə iclasının protokolunda qeyd edilməmişdir.
28. Halbuki, MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir.
29. K assasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3, 407.2, 134.1.5-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
31. İddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
32. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
33. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üz ürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
34. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
36. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuni liyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
38. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır”. “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edi lmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır”.
39. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərk i danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. “Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür”. “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir”. Maddə
882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavi lə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 aprel tarixli, 2-2(104)-24/2021 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılma sı üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, İddiaçı2-nin kassasiya şikayəti qismən təmin edilməlidir.
41. Hazırkı işin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında 04 yanvar 2018-ci il tarixli, CPSS 268/18 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, satıcı “X6” MMC malları təhvil verməyi, alıcı Cavabdeh1 isə aldığı malların dəyərini ödəməyi öhdəsinə götürmüş, müqavilənin 6.1.3-cü bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş ödəniş şərtlərinə əməl olunmadığı halda hər gecikdirilmiş günə görə 0,1% qədər cərimə ödənilməli, 04 dekabr 2018-ci il tarixli üzləşmə aktına görə, Cavabdeh1 iddiaçıya 23.000 manat borclu olduğunu etiraf etmiş və 23313 nömrəli, Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2019-cu il tarixli ekspert rəyinə əsasən, Cavabdeh1 adı na olan 04.12.2018-ci il tarixli üzləşmə aktında “3.borclu” qrafasındakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur.
42. Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, 04 yanvar 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehə 21.773 manat məbləğində sement məhsulu satdığını iddia etsə də, satdığı məhsulların cavabdehə verilməsini təsdiq edəcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, malın satılmasına dair satıcı tərəfindən qaimə fakturanın verilməsi nəzərdə tutulsa da, satıcı tərəfindən qaimə-faktura verilməmişdir. Satılmış malların alıcı tərəfindən qəbul edilməsinin X3 ilə təsdiq edilməli olması razılaşdırılsa da, iddiaçı, cavabdeh olan alıcının malları qəbul etməsinə dair hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmiş, iddiaçı malların cavabdehə verilməsini sübut etmək üçün məhkəməyə təqdim etdiyi yükü daşıyan şəxslərin notarial qaydada təsdiq edilmiş izahatları isə sübut kimi qəbul edilə bilməz. İddiaçı daşıma xidməti göstərən şəxslərlə onlar arasında bağlanmış müqavilələri və daşıyıcı olan şəxslərə cavabdehə çatdırılması üçün malların təhvil verilməsini təsdiq edən sənədləri, o cümlədən müqavilənin 4.1-ci maddəsinin tələbi üzrə satılmış malların çatdırılmasının həyata keçirilməsinə dair hər hansı bir əlavə razılaşmanı da məhkəməyə təqdim edə bilməmiş, 04.12.2018-ci il tarixli üzləşmə aktının mövcudluğu malların cavabdehə verilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Cavabdeh üzləşmə aktındakı imzanın ona məxsus olmamasını israr etməklə yanaşı, həmi n üzləşmə aktının hansı şəraitdə və hansı məqsədlə tərtib edilməsi də bir qədər anlaşılan olmamışdır. Üzləşmə aktında satılmış sement məhsulunun satış vaxtları, həcmi və buna müvafiq olaraq da satış məbləğləri qeyd olunmamışdır. Bundan başqa üzləşmə aktında 23.773 manat pul öhdəliyinin olması qeyd olunsa da, cavabdehdən 21.773 manat tələb edilmişdir ki, cavabdeh tərəfindən 2.000 manat ödənilməsi və ya üzləşmə aktında qeyd olunan məbləğin hansı səbəbdən 2.000 manat artıq yazılması ilə bağlı da məhkəməyə hər hansı bir əsaslı arqument irəli sürülməmişdir.
43. Tərəflər arasında rəsmi alqı-satqı müqaviləsinin bağlanması, sonradan borc məbləğinə dair üzləşmə aktının tərtib olunması və həmin sənədlərin məhz cavabdeh tərəfindən imzalanması işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarıdır və b u halların mötəbərliyi apelyasiya məhkəməsi tərəfindən də şübhə altına alınmamışdır. İşin müəyyən edilməli halları isə dəyərinin ödənilməsi tələb edilən sement məhsullarının həqiqətən cavabdehə verilib-verilməməsidir ki, apelyasiya məhkəməsi də müqavilə üzrə malların təhvil verilməsinin müqavilə şərtlərinə uyğun həyata keçirilməməsi əsası ilə hazırkı iddianı rədd etmişdir. Apelyasiya məhkəməsi müqavilə şərtlərini təfsir edərkən yalnız müqavilədəki söz və ifadələrin hərfi mənasına istinad etmiş, bu zaman tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərini nəzərə almamış, faktiki bu halların mümkünlüyünü istisna etməklə Mülki Məcəllənin 404-cü və 882-ci maddələrinin müddəalarına zidd qətnamə qəbul etmişdir.
44. Mötəbərliyi mübahisələndirilməmiş ekspert rəyi ilə üzləşmə aktındakı imzanın cavabdehə məxsus olduğu, bilavasitə sonuncu tərəfindən icra edildiyi təsdiq edildiyindən və işə baxan apelyasiya məhkəməsi tərəfindən isə ekspert rəyi MPM-nin 88 və 103-cü maddələrinin tələbləri baxımından qiymətləndirilmədən, yalnız cavabdehin özünü müdafiə məqsədi ilə verdiyi izahata əsaslanaraq, faktiki olaraqsa oradakı imzaların Cavabdeh1 tərəfindən icra edilmədiyi qənaətinə gəlmişdir.
45. İddiaçının malların cavabdehə verilməsini sübut etmək üçün məhkəməyə təqdim etdiyi yükü daşıyan şəxslərin notarial qaydada təsdiq edilmiş izahatları ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə də məhkəmə kollegiyası bu ha llarla bağlı hər hansı araşdırma aparılmadığı, həmin şəxslər məhkəmə iclasına dəvət edilib, şahid qismində malların təhvil verilib- verilməməsi barədə müvafiq iltizam alınmaqla dindirilmədikləri, həmçinin bu qənaət MPM-nin 217.4 və 217.5-ci maddələrinin tələblərinə uyğun olmadığı üçün razılaşmır.
46. Belə ki, həmin şəxslərin apelyasiya məhkəməsinə ünvanladıqları və notarial qaydada təsdiq edilmiş ərizələrdə konkret tarixlər və miqdar (sement kisələrinin sayı) dəqiq göstərilməklə həmin məhsulların məhz Cavabdeh1 çatdırılaraq təhvil verildiyi qeyd edilmişdir. 47. “Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədal ətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).” 48. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
49. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna və işdəki sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 aprel tarixli, 2-2(104)24/2021 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməli, İddiaçı2-nin kassasiya şikayəti qismən təmin edilməlidir.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
51. Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 aprel tarixli, 2-2(104)-24/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. İddiaçı2-nin kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.