Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-613/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 iyul tarixli 2-2(103)-465/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İşin halları 1. 01 noyabr 2016-cı il tarixli, 01 nömrəli müqaviləyə əsasən iddiaçı müqavilənin 1 saylı əlavəsində göstərilən malları alıcıya satmağı, alıcı isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 1-ci bəndində qeyd edilmişdir ki, müqavilənin qiymətinin ödənilməsi tərəflər arasında malın qəbul edilməsinə dair Təhvil-Qəbul aktının və ya X1 imzalanmasından sonra həyata keçirilir. Müqavilənin 2-ci bəndində qeyd edilmişdir ki, malın miqdarı, çeşidi, vahidin qiyməti və spesifikasiyası bu müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilir. 3.
4. İşin mübahisəsiz halıdır ki, cavabdeh tərəfindən iddiaçıdan müxtəlif mallar (dəftərxana ləvazimatları) alınmış və ümumilikdə 23340,29 manat məbləğində ödəniş edilmiş, sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə həyata keçirilmişdir.
4. İddiaçı MMC tə rəfindən Cavabdeh MMC-yə göndərilmiş elektron qaimələr və qaiməfakturalara görə mallar sonuncuya 2017-ci ilin yanvar-may aylarında təhvil verilmişdir.
5. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 24 dekabr 2021-ci il tarixli pretenziya məktubunda iddia ərizəsində qeyd edilmiş borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 13.675,39 manat məbləğində əsas borc, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 1.367,53 manat pulun, ödənilmiş dövlət rüsumu və mediasiya xərcini n tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbini onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2016-cı il 1 noyabr tarixli, 1 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin predmetinə görə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə satıcının bu müqavilənin 1 saylı Əlavəsində göstərilən malları alıcıya satması, alıcının isə əvəzində bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə məbləği ödəməsi müqavilənin predmetini təşkil edir. Həmin müqavilənin 5-ci bəndinə görə alıcı bu müqaviləyə uyğun müddətdə və qaydada ödənişi həyata keçirməlidir. Həmin müqavilənin 6-cı bəndinə görə alıcı malları qaimə ilə təhvil verildiyi gündən 30 bank günü ərzində malın dəyərini ödəyir. Həmin müqavilənin 9-cu bəndinə görə müqavilə müddətsiz bağlanmışdır. Lakin bir ay qabaqcadan qarşılıqlı r əsmi məlumatla pozulana qədər, həmçinin bu müqavilə üzrə bütün öhdəliklərin tam və müvafiq qaydada icrasına qədər qüvvədədir. İddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, malları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh hazırkı müqavilə üzrə yalnız 23.340,29 manat məbləğində ödəniş etmiş, qalıq 13.675,39 manat məbləğində pulu hal-hazıradək ödəməmişdir. Belə ki, 2017-ci il 17 fevral tarixində 1.458,29 manat; 2017-ci il 13 mart tarixində 3.000 manat; 2017-ci il 29 mart tarixində 4.000 manat; 2017-ci il 4 aprel tarixində 3.000 manat; 2017-ci il 7 aprel tarixində 3.000 manat; 2017-ci il 12 aprel tarixində 2.000 manat; 2017-ci il 5 oktyabr tarixində 1.500 manat; 2017-ci il 20 noyabr tarixində 1.000 manat; 2017-ci il 25 dekabr tarixində 1.000 manat; 2018-ci il 2 may ta rixində 2.000 manat və 2019-cu il 18 fevral tarixində 1.382 manat olmaqla, cavabdeh tərəfindən cəmisi 23.340,29 manat ödəniş olunmuşdur. Cavabdeh bu vaxtadək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmış, ödəniş etməmiş, pretenziya məktubuna cavab verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin(bundan sonra-“MM”) 445.7-ci maddəsinə əsasən, 13.675,39 manat üçün illik 5%, yəni 1.367,53 manat (13.675,39 x 5% x 3 il) məbləğində pul vəsaiti də iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır.
8. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 71.1-ci; MM-in 385.1, 386.1, 421, 425.1, 442, 443.1, 445.1, 445.2, 445.7, 448.1-ci; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci; “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddələrinə istinad edilmişdir.
9. Cavabdeh iddia tələbinə qarşı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, tərəflər arasında 2016-cı il 1 noyabr tarixli 1 saylı müqavilə bağlanmışdır. Müqavilənin 3-cü bəndində malın qəbulu qaydası qeyd edilmişdir. Həmin bəndə əsasən tərəflər arasında malın kəmiyyətcə qəbuluna dair təhvil-təslim aktı və ya X2 imzalanmalıdır. İddiaçı tərəfindən isə məhkəməyə qaimələrdə əks olunmuş malların cavabdehə verilməsini, onların təhvil-təslimini təsdiqləyən, malların anbardan çıxmasını təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. Vahid məhkəmə təcrübəsində formalaşmışdır ki, borcun təsdiqi qismində tək elektron qaimənin təqdim edilməsi həmin borcun mövcu d olması üçün kifayət deyildir.
10. Cavabdeh 2022-ci il 14 aprel tarixində iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin ötürüldüyünü bildirmiş və həmin əsasla da iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 may tarixli, e-2-2(113)1181/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 10.975,13 manat məbləğində əsas borc gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan 1.367,53 manat və 200 manat mediasiya xərci olmaqla, cəmi 12.542,66 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim – Z.Axundova).
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olduğu müəyyən edilmişdir. Cavabdeh alqısatqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır.
13. Məhkəmə hesab etmişdir ki, iddia əsas borcun tutulması hissəsində qismən təmin edilməli və cavabdehdən əsas borca görə ƏDV daxil 10975,13 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, cavabdehin nümayəndəsi iddiaçı ilə aralarında 34315,42 manat məbləğində dövriyyənin olduğunu və borcun tam olaraq ödənildiyini bildirmişdir. İddiaçı tərəf həmin rəqəmin 37015,68 manat olduğunu bildirərək, həmin məbləğdən 23340,29 manat məbləğində ödəniş edildiyi, qalıq məbləğin 13675,39 manat təşkil etdiyini bildirmiş, bununla bağlı məhkəməyə elektron qaim ələr, qaimə-fakturalar, elektron vergi hesab-faktura və s. təqdim etmişdir. Həmin sənədlərin bəziləri iddiaçı tərəfindən birtərəfli qaydada imzalanmışdır. Dövriyyənin tam olaraq 37015,68 manat təşkil etməsi ilə bağlı iddiaçı tərəfindən mötəbər sübutların təqdim olunmamasını, cavabdehin nümayəndəsinin 34315,42 manat məbləğində dövriyyənin olduğunu bildirməsini, lakin həmin məbləğin tam olaraq ödənilməsi barədə sübut təqdim etməməsini, eyni zamanda 23340,29 manat məbləğində ödənişin edildiyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdehndən 10975,13 manat (34315,42- 23340,29=10975,13) məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır.
14. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilməyə görə illik 5 (beş) faiz dərəcəsi ilə hesablanan 1367,53 manat məbləğin cavabdehdən t utulması ilə bağlı məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh icranı gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik 5 faizlə hesablanmış məbləğin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və gecikdirilmiş vaxt nəzərə alınaraq, həmin hissədə iddia təmin olunmalı və cavabdehdən 1367,53 manat (min üç yüz altmış yeddi manat əlli üç qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
15. İddia müddətinin ötürülmədiyinə dair mövqeyini məhkəmə belə əsaslandırmışdır ki, tərəflər arasında müqavilə 01 noyabr 2016-cı il tarixdə bağlansa da, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə 1382 manat məbləğində pul vəsaiti iddiaçının hesabına ödənilmiş, bu hal cavabdehin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkət kimi qəbul edilmiş, iddia müddətinin axımının kəsildiyi müəyyən edi lmişdir. Hazırkı tələblə bağlı isə iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyindən iddia müddəti ötürülməmişdir.
16. Məhkəmə gəldiyi nəticəni MM-in 372.1, 373.1, 373.2, 374.1, 374.2, 375.2, 385.1, 386.1, 442, 445.1, 445.2.1, 445.7, 448.1, 567, 598.1, 598.2-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il 28 noyabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
17. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 oktyabr tarixli e-2-2(103)-814/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfind ən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 may tarixli e-2-2(113)-1181/2022 saylı qətnaməsi qismən-iddianın təmin edildiyi hissədə ləğv edilmiş, iddia cavabdehdən iddiaçının xeyrinə 12.542,66 manat pulun tutulması hissəsində rədd edilmişdir (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər V.Məmmədov və R.Qurbanov).
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdeh iddiaçıya təhvil alınmış mallar üzrə 34.000 manatdan artıq ödəniş etdiyini bildirməklə həmin dəyərdə malların cavabdehə təhvil verilməsi faktını dolayısı ilə etiraf etdiyindən, iddiaçı tərəfindən təhvil verilmiş mallarla bağlı məhkəməyə sübut qismində təqdim edilmiş elektron qaimələrə və qaimə fakturalara cavabdeh tərəfindən etiraz bil dirilmədiyindən, tərəflər arasında formalaşmış işgüzar münasibətlər araşdırılarkən dəyəri ödənilmiş mallarla bağlı təhvil-təslim aktı və ya X2 tərtib edildiyi müəyyən edilmədiyindən malların cavabdehə təhvil verildiyinin mötəbər sübutlarla təsdiq edilmədiyinə dair cavabdehin mülahizələri əsassız hesab edilmişdir.
20. Məhkəmə iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamışdır. Belə ki, hazırkı halda iddiaçının məhkəməyə təqdim etdiyi 2016-cı il 1 noyabr tarixli, 1 saylı yazılı müqavilə formasında tərtib edilmiş sənəddə alqı-satqı müqaviləsinin mühüm şərtləri-satılacaq məhsulların nədən ibarət olması, qiyməti, ödəniş qaydası nəzərdə tutulmadığından MM-in 405-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, həmin sənəd yazılı alqı-satqı müqaviləsi deyildir, müqavilənin mühüm şərtlərinin öz əksini tapmadığı ilkin müqavilə hesab edilə bilər.
21. Qeyd edilən ilkin müqavilənin 2-ci bəndində malın miqdarı, çeşidi, vahidin qiyməti və spesifikasiyasının bu müqavilənin 1 saylı əlavəsi ilə müəyyənləşdiriləcəyinəzərdə tutulsa da tərəflərin nümayəndələrinin izahatlarına əsasən, belə bir əlavə tərtib edilməmişdir. İddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında bildirmişdir ki, mallar cavabdeh tərəfindən şifahi olaraq sifariş verilmiş, bütün şərtlər şifahi olaraq razılaşdırılmış, malların qiyməti elektron qaimələrdə qeyd edilmişdir.
22. Məhkəmə işin hallarını nəzərə alaraq hesab etmişdir ki, hazırkı halda tərəflər arasında alqı-satqı müqaviləsinin mühüm şərtlərinin (məhsulun növü, miqdarı, qiyməti) şifahi olaraq hər bir sifariş üzrə ayrıca razılaşdırıldığı müəyyən edildiyindən iddia müddətinin axımı hər bir qaimə üzrə ayrı-ayrılıqda hesablanmalıdır.
23. Tərəflər arasında bağlanmış ilkin müqavilənin 6-cı bəndində tərəflər arasında bağlanacaq alqı-satqı müqavilələri üzrə öhdəliklərin icra müddəti razılaşdırılmış və qeyd edilmişdir ki, malların dəyəri qaimə ilə təhvil verildiyi vaxtdan 30 bank günü ərzində ödənilməlidir. Belə olan halda cavabdehə göndərilmiş elektron qaimələr üzrə malların dəyərinin ödənilməsi ilə bağlı cavabdehin öhdəliyi qaimənin alındığı vaxtdan 30 bank günü ərzində icra edilməli olduğundan iddia müddətinin axımı da bu müddət bitdikdən sonra başlamışdır.
24. Cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərdə təyinat göstərilmədiyindən müəyyən olunm uşdur ki, MM-in 432.3-cü maddəsinin tələbi nəzərə alınaraq iddiaçı tərəfindən ödənilmiş vəsait öhdəliyin yaranma ardıcıllığı üzrə (malların təhvil verilməsi ilə bağlı qaimələrin göndərilmə ardıcıllığı üzrə) borclara silinmiş, sonuncu qaimələr üzrə (əsasən 2017-ci ilin may ayında göndərilmiş) borc ödənilməmişdir. İddia müddətinin axımı hər bir elektron qaimə üzrə ayrıca hesablanmalı olduğu halda birinci instansiya məhkəməsi isə MM-in 377-ci maddəsinin tələbini nəzərə almayaraq hesab etmişdir ki, üç illik iddia müddətinin axımı 2016-cı il 1 noyabr tarixli müqavilə bağlandığı tarixdən başlamış, 2019-cu il 18 fevral tarixində kəsilmişdir.
25. Məhkəmə işin hallarını nəzərə alaraq hesab etmişdir ki, cavabdehə sonuncu elektron qaimələrin 2017-ci il 16 may tarixində göndərildiyi nəzərə alınarsa iddiaçının təqdim etdiyi bütün qaimələr üzrə üç illik iddia müddəti 2020-ci il 16 iyul ayında bitmişdir. İddiaçı hazırkı mübahisə ilə bağlı 2022-ci ilin yanvar ayında mediasiya təşkilatına, fevral ayında isə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Əsas tələb üzrə iddia müddəti keçdiyindən əlavə tələblər üzrə də iddia müddətinin keçdiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia müddəti ötürüldüyü üçün iddiaçının tələbi tam rədd edilməlidir.
26. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 373.2, 375.2, 377.1, 377.2, 380.1, 380.2, 405.1, 405.2, 432.3, 442, 445.1, 445.2.1, 445.7, 448.1, 567, 598.1-ci; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci; MPM-in 106.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
27. İddiaçı tərəfindən həmin qət namədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. c) Kassasiya instansiya məhkəməsində birinci icraat
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023cü il 28 fevral tarixli, 2-2(102)-85/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 27 oktyabr tarixli, 2-2(103)-814/2022 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (məruzəçi hakim İ.Dadaşov, hakimlər B.Qəribov və A.Abbasov).
29. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərdə təyinat göstərilmədiyini qey d etsə də, sonradan bu halı iddiaçının ziyanına qiymətləndirməklə həmçinin öz mövqeyinə zidd nəticəyə gəlmişdir. Belə ki, həmin ödənişlərdə ödənişin təyinatının göstərilməməsi bu ödənişlərin konkret olaraq hansı qaimə faktura üzrə həyata keçirildiyini müəyyən etməyə imkan vermir və belə olan halda da bu ödəniş konkret hər hansı qaimə-faktura üzrə deyil, ümumilikdə borcun bir hissəsinin ödənişinin həyata keçirildiyini təsdiq edir. Məhkəmə kollegiyası hər qaimə faktura üzrə ayrıca ödənişin həyata keçirilməli olduğunu da səhvən vaxtaşırı ödənişlərə aid etməklə MM-in 373.3-cü maddəsinin tətbiqində də səhvə yol verilmişdir. Halbuki, alqı-satqı müqaviləsi üzrə yaranmış vahid borc vaxtaşırı icra edilməli olan öhdəliklərə aid edilə bilməz və bu zaman məhz MM-in 373.2-ci maddəsi tətbiq edilməli idi. Bu isə öz növbəsində həmin norma ilə bərabər MM-in 432.3-cü maddəsinin səhv tətbiqinə, MPM-in isə 88-ci maddəsinin pozulmasına səbəb olmuşdur. İş materiallarından isə kreditorun, borclu tərəfindən öhdəliyin hissə-hissə icrasına razılıq verdiyi görünmür və bu məsələ ümumiyyətlə müzakirə predmeti olmamışdır. Malların dəyərinin, qaimə ilə təhvil verildiyi vaxtdan 30 bank günü ərzində ödənilməli olduğu barədə müqavilədə qeyd edilənlər isə yalnız tərəflərə, öhdəliklərini icra etmədikləri təqdirdə cərimə və s. tətbiq edilməsi, hesablanması üçün əhəmiyyət kəsb edə bilərdi. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən isə tərəflər arasında müqavilə 2016-cı il 1 noyabr tarixində bağlansa da, cavabdeh tərəfindən sonuncu dəfə 2019- cu il 18 fevral tarixində 1.382 manat məbləğ ində pul vəsaiti iddiaçının hesabına ödənilmiş, hazırkı tələblə bağlı isə iddiaçı 2022-ci il 3 fevral tarixində məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında vurğulanmış hüquqi mövqelərə uyğun olaraq borcun qismən ödənilməsi borcun etirafı olaraq dəyərləndirilir, cavabdeh tərəfindən isə qeyd edildiyi kimi, 2019-cu il 18 fevral tarixində iddiaçının hesabına ödənişin edilməsi, cavabdehin borcu etiraf etməsini göstərən və təsdiqləyən, beləliklə də iddia müddətinin axımını kəsən hərəkət kimi qəbul edilməlidir.
30. Məhkəmə gəldiyi nəticəni MM-in 373.2, 375.2, 377.1, 377.2, 380, 405.1, 405.2, 432.3, 442, 445.1, 445.7, 448.1, 567 və 598.1-ci maddələrinə, MPM-in 14.2, 77.1, 88, 416.1, 416.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
31. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 iyul tarixli, 2-2(103)-465/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Sadıqov, hakimlər M.Rüstəmli və A.İsgəndərov).
32. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir.
33. İddiaçı hazırki tələbində yaranmış borc olaraq 13.675,39 manat məbləğində əsas və gecikdirilməyə görə illik 5 faiz dərəcəsi ilə hesablanan 1.367,53 manat məbləğində borcun tutulmasını tələb etmişdir.
34. Məhkəmə iddia tələbini qismən təmin etməklə 10.975,13 manat məbləğində əsas və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan 1.367,53 manat məbləğində pulun tutulması qənaətinə gəlmişdir.
35. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
36. İşin müəyyən edilmiş hallarına əsasən mübahisəsizdir ki, ümumilikdə 23.340,29 manat məbləğində ödəniş edilmişdir.
37. İddiaçı dövriyyənin 37.015,68 manat olduğunu bildirsə də, bu halı təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmiş, cavabdeh isə dövriyyənin 34.315,42 manat olduğunu bildirərək, tam ödənildiyini qeyd etsə də, tam ödəməsini sübuta yetirə bilməmişdir.
38. Məhkəmə də haqlı olaraq dövriyyəni cavabdehin qeyd etdiyi 34.315,42 manat götürməklə, ödənilmiş 23.340,29 manat məbləği həmin məbləğdən çıxmaqla, qalan 10.975,13 manat əsas borcun tutulmalı olması qənaətinə gəlmişdir.
39. Gecikdirməyə görə illik 5 faizlə hesablanan borc məbləğinə aid hissədə isə məhkəmə qeyd etmişdir ki, tutulması müəyyən edilmiş əsas borc 10.975,13 manat olduğundan, gecikdirməyə görə illik 5 faizlə hesablanan borc məbləği 1.646,26 manat təşkil edir (10.975,13x5%x3), iddiaçı isə 1.367,53 manat tələb etdiyindən məhkəmə də haqlı olaraq bu hissədə iddia tələbi həcmində iddianı təmin edərək, illik 5 faizlə hesablanmış borc olaraq 1.367,53 manat tutulması qənaətinə gəlmişdir.
40. İddia müddəti ilə bağlı cavabdehin dəlilini əsassız hesab edən məhkəmə qeyd etmişdir ki, məhkəmə haqlı olaraq iddia müddətinin ötürülməməsi qənaətinə gəlmişd ir.
41. Həyata keçirilmiş ödənişlərdə ödənişin təyinatının göstərilməməsi bu ödənişlərin konkret olaraq hansı qaimə faktura üzrə həyata keçirildiyini müəyyən etməyə imkan vermir və belə olan halda da bu ödəniş konkret hər hansı qaimə-faktura üzrə deyil, ümumilikdə borcun bir hissəsinin ödənişinin həyata keçirildiyini təsdiq edir.
42. Malların dəyərinin, qaimə ilə təhvil verildiyi vaxtdan 30 bank günü ərzində ödənilməli olduğu barədə müqavilədə qeyd edilənlər isə yalnız tərəflərə, öhdəliklərini icra etmədikləri təqdirdə cərimə və s. tətbiq edilməsi, hesablanması üçün əhəmiyyət kəsb edə bilərdi.
43. Tərəflər arasında müqavilə 2016-cı il 1 noyabr tarixdə bağlansa da, cavabdeh tərəfindən sonuncu dəfə 2019-cu il 18 fevral tarixdə 1.382 manat məbləğində pul vəsaiti iddiaçının hesabına ödənilməkl ə iddia müddətinin axımı kəsilmiş və yeni müddətin axımı başlamışdır. Hazırkı tələblə bağlı isə iddiaçı 2022-ci il 3 fevral tarixində məhkəməyə müraciət etmişdir.
44. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə və ləğv edilməsinə əsas vermir.
45. Məhkəmə gəldiyi nəticəni MM-in 373.2, 375.2, 377.1, 377.2, 380.1, 380.2, 405, 442, 445.1, 445.2.1, 445.7, 448.1, 567, 598.1-ci, MPM-in 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
46. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qər ar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
47. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsindən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.3-cü bəndi, həmin Qaydanın 2019-cu il 25 dekabr tarixədək qüvvədə olmuş 4.1-ci bəndi, 4.3-ci bəndləri pozulmuşdur- apellyasiya instansiyası məhkəməsi işi tam araşdırmadan, normativ aktın tələbini nəzərə almadan qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı məhkəmə proseslərində alıcının sifarış məktublarını, malların cavabdehə təhvil verilməsini təsdiq edən təhvil-təslim aktlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçıdan əlavə malların alınmasın ı təsdiq edən sənəd hər hansı bir sənəd mövcud deyildir. İşin materiallardan görünür ki, borcun əsasını təşkil edən qaimələr 14 ədəd olmaqla 2017-ci il 16 may tarixində, bir neçə dəqiqə fərqi ilə arxa-arxaya vurulmuşdur və bu elektron qaimələrdə göstərilən yekun məbləğlərin irihəcmli olması bu məbləğlərin süni şəkildə şişirdilmiş olması ilə bağlı şübhə doğurmaqdadır. 2017-ci il 16 may tarixində vurulan 14 ədəd qaimənin heç biri möhürlənib imzalanmamışdır. Elektron qaimədə malları qəbul edən şəxslər olaraq Əliyev Habil və Əliyev İsmayılın adları qeyd olunsa da, həmin şəxslərin qaimələri imzalamağa, malları təhvil almağa hüquq və səlahiyyətlərinin olub-olmaması, bu barədə etibarnamələrinin olub-olmaması, şirkətlə əlaqələrinin mövcud olub-olmaması barədə heç bir məlumat qeyd edilməmişdir. Bak ı Apellyasiya Məhkəməsi qeyd edilən halları tərəfindən aydınlaşdırılmamışdır. Cavabdeh aldığı mallara görə vurulmuş qaimələri qəbul etmiş və dəyərini ödəmişdir. 2019-cu il 18 fevral tarixində ödənilən 1382 manat məbləğində pul vəsaiti 2017-ci il 28 fevral tarixli, 313998 nömrəli qaimə üzrə qalan borcun ödənişi olmuşdur. Məhkəmənin diqqətini həmin vəsaitin ödənilməsi ərəfəsinə yönəlməsini xahiş edirlər. Belə ki, borcun ödənilməsindən əvvəl hər hansı bir qaimə vurulmamış, cavabdehdən hər hansı digər qaimələr (sonradan uydurduğu qaimələr) üzrə hər hansı bir tələbi olmamışdır. 3 il ərzində necə ola bilərdi ki, iddiaçı bir dəfə də olsun borcu tələb etməmiş, üzləşmə aktının tərtib edilməsini tələb etməmiş, hər hansı bir pretenziya irəli sürməmişdir. 2016-cı il 1 noyabr tarixli müqavilənin 5-ci b əndi ilə tərəflər razılaşdırmışlar ki, “bu müqavilənin şərtlərinə uyğun malı Təhvil-Qəbul Aktları və ya X2 əsasında qəbul edəcək.” Göründüyü kimi: 1. apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında bağlanmış müqavilə şərtlərini nəzərə almaması Mülki Məcəllənin müqavilə azadlığı prinsiplərini pozmuşdur. 2. həmin məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsindən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın tələblərini nəzərə almamış və iddiaçının vergidən yayınması üçün qaydaların tələblərinə əməl etməməsinə hüquqi qiymət verməmişdir. 3. məhkəmə malların təhvil verilməsini təsdiq edən mötəbər sübutlar olmadığı halda malların təhvil verilmiş kimi qəbul edə rək iddianın təmin etməsi yolverilməzdir. 4. məhkəmə iddiaçının 1 gündə 14 ədəd qaimə vurmasına hüquqi qiymət verməmişdir.
48. MPM-nin 77.1, 88.1, 217.4-cü maddələrinin tələbləri pozulmuşdur-iddiaçı iddia tələbini əsaslandıran maddi sübutları məhkəməyə təqdim etməmişdir. Tərəflərin razılaşdığı müqavilə şərtlərinə uyğun təhvil təslim aktları, təhvil verilməsini alıcı tərəfindən təsdiq edən başqa bir sənəd mövcud olmadığı halda cavabdeh tərəfindən təsdiq edilməmiş qaimələri mötəbər sübut kimi qəbul edib iddianın təmin edilməsi prosessual pozuntudur. İddiaçı isə malların cavabdehə təhvil verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Qətnamədə qeyd edilən bəzi sübutlar cavabdeh tərəfin elektron sistemində görülməməkdədir. Məhkəmə qətnaməsində qeyd edilir ki, iddiaçı tərəfindən tə rtib edilərək, cavabdehə ünvanlanmış 2017-ci il 28 fevral tarixli, 313996 nömrəli qaimə-faktura adlı sənəddən görünür ki, cavabdehin iddiaçıya ödəməli olduğu məbləğ ümumilikdə 1.455,85 manat təşkil edir. Halbuki hesab fakturada qeyd edilən məbləğ 991,47 manat təşkil edir. Həmçinin təqdim edilmiş qaimə fakturalardan cavabdehə ünvanlanmış 2017-ci il 3 fevral tarixli, 313969 nömrəli Qaimə- Faktura sistemə əlavə edilmiş qaimə fakturalar arasında görülməməkdədir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
49. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
50. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuni liyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
51. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
52. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üz rə iddia müddəti isə altı ildir....” “Maddə
375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəx s borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;...” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir....”
53. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə ya lnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi 54.Məhkəmə kollegiyası kassasiya şikayətini n dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 55.“Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub- olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı). 56.Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. İşə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən kassa siya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmiş, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir (bax yuxarıda bu qərarın 29, 32-43-cü bəndləri). Ona görə də məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi qiymətləndirmə aparılmasına zərurət görmür. 57.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 58.MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apell yasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 iyul tarixli 22(103)-465/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.M.Məmmədli A.Q.Hüseynov