Məhkəmə qərarları › İş №2-2(102)-616/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-616/2024

20.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-616/2024 20.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 Bank Olmayan Kredit X13 Cəmiyyətinə, və Cavabdeh4 qarşı ilk, Cavabdeh4 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin mübahisələndirilməsi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlu ndan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər “X3 Mərkəzi” MMC-yə, Cavabdeh2 BOKT ASC-yə, və Cavabdeh4 qarşı “hərracın nəticələrinin etibarsız hesab olunması” barədə ilk, Cavabdeh4 cavabdeh "xxxx" ASC-yə qarşı “qeyri-yaşayış binasının təhvil verilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 22(103)-371/2024 nömrəli 2024-cü il 10 iyul tarixli qətnaməsindən İddiaçı ASC, Cavabdeh4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 dekabr tarixli e-2-2(113)-298/2020 nömrəli qətnaməsi ilə Cavabdeh2 BOKT ASC-nin İddiaçı ASC-yə qarşı iddia tələbi qismən təmin edilərək, İddiaç ı ASC-dən xx.xx.2008-ci il və xx.xx.2008-ci il tarixli kredit müqavilələri üzrə cəmi 366.019,91 manat kredit borcunun tutulması, tələbin likvid qiyməti 320.000 manat müəyyən edilməklə İddiaçı ASC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində istifadədə olan 0,13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567,8 kv.m ümumi, 1056.8 kv.m əsas, 511 kv.m koməkçi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış sahəsinin açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir.

2. Həmin qətnamə 2021-ci il 24 yanvar tarixində icraya yönəldilmiş, Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin 2021-ci il 8 fevral tarixli sifariş məktubu ilə həmin qeyri-yaşayış binasının açıq hərracda satılması “X3 Mərkəzi” MMC-yə (b undan sonrahərrac mərkəzi) sifariş olunmuş, hərrac mərkəzi tərəfindən hərracın keçirilmə vaxtı 2021-ci il 3 mart tarixə, saat 11:00-a təyin edilərək, İcra şöbəsinə, ipoteka saxlayana və ipoteka qoyana məlumat verilməsi barədə 2021-ci il 12 fevral tarixli 409 nömrəli bildiriş tərtib olunmuşdur. Həmin bildiriş "xxxx" ASC-yə çatdırılması üçün 2021-ci il 12 fevral tarixində “Megapostservices” sürətli poçt xidmətinə təqdim edilmiş və həmin xidmət tərəfindən tərtib olunmuş bildirişin geri qaytarılması barədə 026896 və 026898 nömrəli qaimələrdə 2021-ci il 16 fevral tarixində “imtina olunub” qeydi qoyulmuş, qaimələr kuryer tərəfindən imzalanmamışdır. 3. 2021-ci il 3 mart tarixində keçirilmiş hərracda sözügedən qeyri-yaşayış sahəsi Cavabdeh4 464.000 manata satılmış və bu barədə sonuncu ilə hərrac m ərkəzi arasında həmin tarixli hərracın nəticələrinə dair yekun protokol və hərracın yekun nəticələrinə dair əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır.

4. Bundan sonra müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 dekabr tarixli e-2-2(113)-298/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının qanuni qüvvəsini almış 2023-cü il 25 avqust tarixli 2-2(103)-607/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə ipoteka predmetinə tutma yönəldilməsi hissəsində dəyişdirilmiş, tutma yönəldilmiş qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1460,3 kv.m (834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahə) müəyyən edilmişdir.

5. Qətnamədə qeyd olunmuşdur ki, xx.xx.2008-ci il tarixl i ipoteka müqaviləsi bağlanarkən ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1567.8 kv.m olsa da, sonradan həmin sahənin bir hissəsi ipoteka saxlayanın razılığı ilə özgəninkiləşdirilmiş, cavabdehin mülkiyyətində qalmış hissə 1460.3 kv.m təşkil etmiş, bununla əlaqədar olaraq ipotekanın xx.xx.2010-cu il tarixdə əlavə qeydiyyatı aparılmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi işdəki sübutu nəzərə almadan qətnamədə tutma yönəldilmiş və cavabdehin mülkiyyətində olan ipoteka predmetinin ümumi sahəsini 1567.8 kv.m göstərmiş, nəticədə qətnamə icra edilərkən, cavabdehin mülkiyyətində olmayan, digər şəxslərə, o cümlədən X5 məxsus əmlak da cavabdehin kredit borcuna görə tutma yönəldilmişdir.

6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfində n Cavabdeh4 hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizəsinə münasibətdə 2021-ci il 16 aprel tarixli məktubda qeyd olunmuşdur ki, mübahisəli əmlak 740,2 kv.m olmaqla daşınmaz əmlakın dövlət reyestrində İddiaçı ASC-nin adına (paylı) qeydiyyata alınmışdır. Lakin hərrac mərkəzinin 2021-ci il 3 mart tarixli YP-85 nömrəli hərracın nəticələrinə dair yekun protokolunda qeyd olunan əmlakın ümumi sahəsi 1567,8 kv.m olaraq göstərilmişdir. Qeyd olunan uyğunsuzluqla əlaqədar, ərizənin icrasından imtina olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı ASC 2021-ci il 27 aprel tarixində “X3 Mərkəzi” MMC-yə, Cavabdeh2 BOKT ASC-yə, Cavabdeh3nə və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəm əsinin 2021-ci il 10 dekabr tarixli icra vərəqəsi üzrə Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinin 2021-ci il 8 fevral tarixli sifariş məktubu əsasında “ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı keçirilmiş hərraca dair hərracın yekunları üzrə 2021-ci il 3 mart tarixli alqı-satqı müqaviləsinin, hərracın nəticələri haqqında YP seriyalı 85 nömrəli yekun protokolun, qeyri-yaşayış sahəsi ilə bağlı edilmiş bütün hərəkətlərin və onların nəticələrinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, hərrac mərkəzi “İpoteka haqqında” Qanunun 42.3-cü maddəsinin tələbini pozmuş, hərrac keçirərkən ipoteka qoyan tərəfə hərracın keçirilməsinə dair bildiriş göndərməmiş, hərracın keçirilməsindən 30 gün qabaq mülkiyyət sah ibi olan "xxxx" ASC-yə xəbər verməməklə qanunvericiliyin tələbini kobud surətdə pozmuşdur. Bununla yanaşı, hərrac mərkəzi hərracın keçirilməsinin vaxtını, yerini müəyyən edən bildirişi MPS Meqa Post Service kuryer xidməti ilə göndərməklə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2016-cı il 6 fevral tarixli 0001 nömrəli qərarı ilə təsdiq olunmuş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” qaydalarını pozmuşdur. Belə ki, həmin qaydaların 9.21-ci bəndində göstərilir ki, hüquqi şəxsə ünvanlanmış qeydiyyatlı poçt göndərişləri (sifarişli poçt göndərişləri istisna olmaqla) etibarnamə əsasında poçt obyektində hüquqi şəxsin səlahiyyətli nümayəndəsinə verilir. Lakin kuryer xidməti sənədi 2021-ci il 12 fevral tarixində qəbul etməsinə baxmayaraq, 2021-ci il 16 fevral tarixində “imtina olundu” yazısı ilə geriyə gətirmişdir. Kuryer sənədin qəbulundan 4 gün sonra göndərilən ünvana gəlmiş və guya həmin ünvanda sənədin qəbul edilməsindən imtina olunmuşdur. Bundan başqa, kuryer xidmətinə aid 026898 qəbzdən görünür ki, həmin qəbzi qəbul edən kuryerin imzası həmin qəbzin üzərində yer almamaqdadır. İmzası olmayan kuryer xidməti işçisinin gətirmiş olduğu məktubun hüquqi-nöqteyi nəzərdən hüquqi qüvvəsi yoxdur. Təhvil verilən qəbzdə öz imzası olmayan kuryer xidməti işçisinin həmin məktubu göndərilən ünvana çatdırılması təbii olaraq şübhə doğurur. Müqayisə üçün bildirilir ki, hərracı barədə bildirişin Cavabdeh2 BOKT ASC-yə çatdırılması barədə 026894 saylı xəbərnamədə xidmət göstərən kuryerin imzası vardır. Digər tərəfdən, məktubun geri qaytarılma tarixi ilə hərracın keçirildiyi 2021-ci il 3 mart tarixi arasında cəmi 18 gün vaxtın olduğu müəyyən edilir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 415.2-ci maddəsinə əsasən təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir.

9. Həmçinin Cavabdeh4 İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında 1 və 2-ci mərtəbədə yerləşən 1.567,8 kv.m ümumi, 1.056,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının ASC-dən alınaraq ona təhvil verilməsini xahiş etmişdir.

10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, hərrac mərkəzi tərəfindən qüvvədə olan qanunvericiliyə əsasən mətbuatda elan dərc olunmuş, həmin elana görə göstərilən obyektin ilkin satış qiyməti 320.000 manat qeyd edilməklə hərrac mərkəzi tərəfindən 2021-ci il 3 mart tar ixli açıq hərrac keçirilməsi təyin olunmuş, hərracın sifarişçisi, borclu şəxs və tələbkara hərracın keçirilməsi yeri və vaxtı barədə bildiriş göndərilmiş, o, hərracda iştirak etmək üçün sifariş vermiş, 2021-ci il 3 mart tarixində keçirilmiş hərracda ipoteka predmeti 464.000 manata ona satılmış, bu barədə həmin tarixdə hərracın nəticələrinə dair yekun protokol tərtib edilmiş, həmin protokol hərracın sifarişçisi, hərrac mərkəzinin direktoru və qalib kimi onun tərəfindən imzalanmışdır. Hərracın keçirilməsi yeri və vaxtı, o cümlədən qanunla tələb olunan digər məsələlər barədə ilk iddiaçıya bildiriş göndərilmiş, lakin o, 2021-ci il 16 fevral tarixində bildirişi almaqdan imtina etmişdir. Bu fakt iddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərlə tam sübut olunur. Həmin qəbzlərdən görünür ki, hərrac mərkəzi 026898 nömrəli qəbzdə göndərən qrafasında öz ştampını vurmuş, ştampda mərkəzin tam adı və ünvanı göstərilmişdir. Məktubun iddiaçı tərəfindən qəsdən alınmamasına və almaqdan imtina edilməsinə görə hərrac etibarsız hesab edilə bilməz. Bundan başqa, İpoteka haqqında Qanunun 42.1-ci maddəsinə müvafiq olaraq bildiriş hərracın keçirilməsinə ən geci 20 gün qalmış verilmişdir. Digər tərəfdən iddiaçı bildirir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydalarının 9.21-ci maddəsinin tələbləri pozulmuşdur. Qaydadan məlum olur ki, sifarişli poçt göndərişləri etibarnamə əsasında hüquqi şəxsin nümayəndəsinə verilmir. Ümumiyyətlə yalnız qeydiyyatlı poçt göndərişləri etibarnamə əsasında hüquqi şəxsin nümayəndəsinə verilə bilər ki, bu da göndərişin poçt obyektində verilməsinə aiddir. Hazırki mübahisədə isə kuryer xidməti bildirişi poçt obyektində deyil, ilk iddiaçının ünvanında ona təqdim etməsinə baxmayaraq, sonuncu bildirişi almaqdan imtina etmişdir. Təcrübədə kuryer xidmətinin işçisinin həftənin beşinci günləri məktubu alarkən növbəti günlər şənbə və bazar günlərinə düşdükdə, növbəti iş günlərində məktubların çatdırılmasına təsadüf olunur. 2021-ci il 12 fevral tarixində - həftənin beşinci günündə məktub qəbul edilmiş, 2021-ci il 16 fevral tarixində - həftənin ikinci günü məktub ilk iddiaçının ünvanına aparılmışdır. Göstərilənlərdən aydın olur ki, hərrac qanuni keçirilmiş və hər hansı qayda pozuntusuna yol verilməmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4462/2023 nömrəli 2023-cü il 30 noyabr tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı keçirilmiş hərracın yekunları üzrə 2021-ci il 3 mart tarixli alqısatqı müqaviləsi və hərracın nəticələri haqqında yekun protokol qeyri-yaşayış sahəsinin 1 və 2-ci mərtəbəsində yerləşən İddiaçı ASC-nin mülkiyyətində olmayan 107,5 kv.m hissədə etibarsız hesab edilmiş, ilk iddia qalan hissədə rədd edilmiş, qarşılıqlı iddia qismən təmin olunaraq, həmin ünvanda 1 və 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 1.460,3 kv.m, 834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının "xxxx" ASC-dən alınaraq, Cavabdeh4 təhvil verilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd olunmuşdur (hakim – Z.Pirverdiyev).

12. Məhkəmə ilkin iddia ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi isti nad etdiyi halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə iş materiallarından aydın olur ki, hərrac MM-nin 415-ci maddəsinin tələblərinə uyğun keçirilmiş, eyni zamanda məhkəmə tədqiqatı zamanı hərracın keçirilməsi qaydasında, o cümlədən hərracın yekunları üzrə alqı-satqı müqaviləsi və hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması üçün ilkin iddia ərizəsində qeyd edilən əsaslar müəyyən edilməmiş, həmin əsaslar müqavilənin və protokolun etibarsızlığı üçün əsas ola bilməz.

13. Məhkəmə iddiaçının hərracın keçirilməsi barədə bildirişlə bağlı gətirdiyi dəlillərə münasibətdə qeyd etmişdir ki, 2021-ci il 16 fevral tarixində İddiaçı ASC hərracın keçirilməsi barədə 2021-ci il 12 f evral tarixli bildirişi almaqdan imtina etmiş, bunu təkzib edən hər hansı mötəbər sübutu iddiaçı məhkəməyə təqdim edə bilməmişdir.

14. Bundan əlavə, iddiaçı əqdin mübahisələndirilməsi ilə bağlı MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini də ötürmüşdür.

15. Eyni zamanda iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 avqust tarixli 2-2(103)-607/2023 nömrəli qətnaməsindən aydın olmuşdur ki, hərrac vasitəsi ilə Cavabdeh4 satılmış ümumi sahəsi 1567,8 kv.m olan qeyri-yaşayış binasının 1460,3 kv.m (834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahə) hissəsi İddiaçı ASC-nin mülkiyyətində olmuş, qalan hissələr digər şəxslərə məxsus olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə mübahisə predmeti olan qeyriyaşayış sahəsi ilə bağlı bağlanmış alqı-satq ı müqaviləsi və yekun protokolun İddiaçı ASCyə məxsus olmamış, lakin Cavabdeh4 satılmış 107,5 kv.m (1567,8 – 1460,3 = 107,5) hissədə etibarsız hesab olunmaqla, ilkin iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir.

16. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, mübahisəli qeyriyaşayış binası hərrac qaydasında Cavabdeh4 tərəfindən alındığından, həmin qeyriyaşayış sahəsi ona təhvil verilməlidir. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qeyri-yaşayış binasının 1460,3 kv.m (834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahə) hissəsinin İddiaçı ASC-yə məxsus olması müəyyən edildiyindən göstərilən sahə Cavabdeh4 təhvil verilməklə, qarşılıqlı iddia qismən təmin olunmalıdır.

17. Məhkəmə gəldiyi nəticəni MM-in 157.2, 157.4, 415.1, 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Azərbayca n Respublikası Qanununun 42.1, 43.1-43.8, 44, 48.1.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 76.1, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

18. İddiaçı ASC həmin apellyasiya şikayəti verərək, qətnamənin ilk iddianın rədd olunduğu hissədə ləğv edilməsini, həmin hissədə ilk iddianın tam təmin edilməsini, qarşılıqlı iddianın isə tam rədd olunmasını xahiş etmişdir.

19. Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın rədd olunmuş hissəsində ləğv edilməsini, qarşılıqlı iddianın tam təmin olunmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti vermək hüququ tanınmış müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 da apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, hərracın yekunları üzrə alqı-satq ı müqaviləsinin və hərracın nəticələri haqqında yekun protokolun qeyri-yaşayış sahəsinin 1 və 2-ci mərtəbəsində yerləşən İddiaçı ASC-nin mülkiyyətində olmayıb, onun mülkiyyətində olan hissədə etibarsız hesab olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-371/2024 nömrəli 2024-cü il 10 iyul tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və Z.Şirinov).

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hərrac mərkəz i tərəfindən hərrac təşkil olunmuş, hərracın keçirilmə vaxtı 2021-ci il 3 mart tarixində saat 11:00-a təyin edilmiş, açıq hərracın keçirilmə yeri və vaxtı barədə sifarişçi İcra şöbəsinə, ipoteka saxlayan (tələbkar) Cavabdeh2 BOKT ASC-yə və ipoteka qoyan (borclu) İddiaçı ASC-yə 2021-ci il 12 fevral tarixində 409 nömrəli bildiriş göndərilmiş, lakin İddiaçı ASC 2021-ci il 16 fevral tarixində bildirişi almaqdan imtina etmişdir. Bildirişlərin göndərilməsini təsdiq edən sürətli poçt xidməti olan “Megapostservices” poçt xidmətinin qaimələrinin saxta olduğu və ya həqiqətə uyğun olmadığı iddiaçı tərəfindən sübut edilməmişdir. Göründüyü kimi, ipoteka qoyana hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərildiyi öz təsdiqini tapdığından, “İpo teka haqqında” Qanunun 42.1-ci maddəsinin pozuntusu müəyyən edilmədiyi üçün ilk iddianın rədd olunduğu hissədə qətnamə qanuni və əsaslı olmuşdur. Həmin bildirişin qəbulundan ipoteka qoyan tərəfindən imtina edilməsi səbəbindən bildirişin çatdırılmaması isə hərracın etibarsız hesab olunması üçün əsas ola bilməz.

23. İddiaçı apellyasiya şikayətində iddia ərizəsində istinad etmədiyi yeni əsasa istinad edərək, hərrac mərkəzinin daimi fəaliyyətinin 5 ildən az olduğundan, “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinin tələbinin pozulduğunu qeyd etmişdir. Kollegiya mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı iddia ərizəsində bu əsasa istinad etmədiyi üçün cavabdeh tərəfin bu dəlillə bağlı öz sübutlarını təqdim etmək imkanı olmadığından, apellyasiya insta nsiyası mərhələsində isə qanuni əsas olmadan yeni sübutların qəbul edilməsi istisna olunduğundan, bu əsas apellyasiya baxışı mərhələsində araşdırma predmeti olaraq qəbul edilə bilməz.

24. Məhkəmə Cavabdeh4 apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-607/2023 nömrəli 2023-cü il 25 avqust tarixli qətnaməsi qanuni qüvvəyə mindiyindən birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, qarşılıqlı iddia X1 hissə çıxılmaqla hərracda əldə etdiyi qeyriyaşayış sahəsinin ümumi sahəsi 1460,3 kv.m-dən ibarət sahənin "xxxx" ASC-dən alınaraq təhvil verilməsi hissəsində təmin edilə bilər. Hərrac zamanı Cavabdeh4 başqa şəxsin mülkiyyətində olan, ipoteka ilə yüklü olmadığı halda səhvən tutma yönəldilmiş 107,5 kv.m sahəyə görə ödədiyi və saitin ona qaytarılması üçün Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 dekabr tarixli e-2-2(113)-298/2020 nömrəli qətnaməsinin icrasında dönüş edilməsi barədə ərizə ilə MPM-in 236-1-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etməli olduğundan, bu məsələ hazırkı icraat çərçivəsində həll oluna bilməz.

25. Məhkəmə üçüncü şəxs F.Mustafayev apellyasiya şikayətinə münasibətdə isə belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiyası mərhələsində müstəqil tələb irəli sürülməklə prosesə qoşulmaq qanunla istisna edildiyindən üçüncü şəxsin apellyasiya şikayətində qeyd olunmuş bu tələbin baxılmaq üçün qəbul edilməsi və hüquqi qiymət verilməsi yolverilməzdir.

26. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinin araşdırılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüq uqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilmiş, sorğuya 2024-cü il 11 iyun tarixli məktubla verilmiş cavaba əsasən müəyyən olunmuşdur ki, ünvan 3 ünvanda yerləşən qeyri yaşayış sahəsinin “A” tikilisində sahəsi 9,6 kv.m olan 23 nömrəli qeyri-yaşayış sahəsi X6; ümumi sahəsi 740,2 kv.m olan hissəsi "xxxx" ASC-nin; “A” tikilisində 258,4 kv.m 52 nömrəli ticarət talvarı, 28,8 kv.m sahəsi olan 20 nömrəli yeməkxana, 62,1 kv.m sahəsi olan 44 nömrəli talvar, 28 kv.m sahəsi olan 42 nömrəli sahə, 18,4 kv.m sahəsi olan anbar, 95,3 kv.m ticarət sahəsi (17, 18, 19, 21, 22, 46, 47, 50, 51) Bakı şəhəri 32 nömrəli notariat kontoru tərəfindən təsdiq olunmuş 2018-ci il 15 dekabr tarixli bağışlama müqaviləsinə əsasən F.Mustafayevin mülkiyyətindədir.

27. Bununla bağlı apellyasiya instansiyası mərhələs ində təqdim olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, 2011-ci il 20 sentyabr tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı ASC-nin mülkiyyətində qalmış 1460,3 kv.m sahəsi olan qeyri yaşayış sahəsində “A” tikilisində yerləşən 196,4 kv.m sahəsi olan 52 nömrəli talvar, 62,1 kv.m sahəsi olan 44 nömrəli talvar, 28 kv.m sahəsi olan 42 nömrəli sahə, 9,7 kv.m sahəsi olan 45 nömrəli anbar, 8,7 kv.m sahəsi olan 43 nömrəli anbar, 7,4 kv.m sahəsi olan 19 nömrəli ticarət sahəsi, 8,4 kv.m sahəsi olan 46 nömrəli ticarət sahəsi, 9,2 kv.m sahəsi olan 47 nömrəli ticarət sahəsi, 9,7 kv.m sahəsi 17 nömrəli ticarət sahəsi və 18 nömrəli ticarət sahəsi "xxxx" ASC-nin razılıq ərizəsinə əsasən ipoteka hüququ qüvvədə qalmaq şərti ilə 80.200 manata X2, bu məbləğin 80.000 manatı "xxxx" ASC-nə 200 manatı İddiaç ı ASC-yə ödənilmişdir.

28. Göründüyü kimi, X9 "xxxx" ASC ilə alqı-satqı müqaviləsi bağlayarkən əldə etdiyi qeyri-yaşayış sahələri üzərində bankın ipoteka hüququ saxlanılmış, 2018-ci il 15 dekabr tarixli bağışlama müqaviləsinə əsasən A.Mustafayeva mülkiyyətində olan qeyri-yaşayış sahələrini F.Mustafayevə bağışlamış, 2018-ci il 19 dekabr tarixində verilmiş çıxarışa əsasən Ə.Yaqubov küçəsi 6 nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 200,8 kv.m sahəsi üzərində F.Mustafayevin mülkiyyət hüququ qeydə alınmışdır.

29. Məhkəmə İddiaçı ASC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ipoteka hüququ qüvvədə qalması şərti ilə özgəninkiləşdirildiyini nəzərə alaraq hesab etmişdir ki, “İpoteka haqqında” Qanunun 30.2-ci maddəsinə əsasən yeni mülkiyyətçi ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanı n bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıdığından üçüncü şəxs mülkiyyətində olan əmlaka tutma yönəldilərək hərrac vasitəsi ilə satışa çıxarılması qanunun tələblərinə zidd olmamışdır.

30. Digər tərəfdən, Ə.Yaqubov küçəsi, 6 nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin üçüncü şəxsin mülkiyyətində olan hissəsinə tutma Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 dekabr tarixli e-2-2(113)-298/2020 nömrəli qətnaməsi əsasında yönəldilmiş, həmin qətnamə iş materiallarına əlavə edilmiş, üçüncü şəxs qeyd olunan qətnaməni hal-hazıradək mübahisələndirməmişdir.

31. İddiaçı ASC kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Cavabdeh4 kassasiya şik ayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Üçüncü şəxs F.Mustafayev də kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) İddiaçı ASC-nin kassasiya şikayətinin dəlilləri 34. “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsi üzrə - həmin maddənin tələblərinə zidd olaraq hərrac mərkəzinin daimi fəaliyyəti 5 ildən azdır. Elektron kabinet vasitəsi ilə birinci instansiya məhkəməsinə Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2023-cü il 13 iyun tarixli 2(103)-2630/2023 nömrəli qətnaməsi təqdim olunmuşdur. Həmin qətnamədə eyni hərrac mərkəzi tərəfindən keçirilmiş 2 021-ci il 28 sentyabr tarixli hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə Nərimanov rayon Məhkəməsinin 2023-cü il 23 yanvar tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qətnamədə hərrac mərkəzinin 2021-ci il 28 sentyabr tarixli hərrac keçirilən ərəfədə daimi fəaliyyətinin 5 ildən az daimi fəaliyyətinin olmasını mötəbər dəlillərlə əsaslandırmışdır. Yəni 2021-ci il 28 sentyabr tarixli hərraca münasibətdə hərrac mərkəzinin 5 ildən az daimi fəaliyyəti olmuşdursa, 2021-ci il 3 mart tarixli hərraca münasibətdə daimi fəaliyyət daha az müddət təşkil edir. Lakin məhkəmə MPM-in 82.3-cü maddəsinin tələbini pozaraq, təqdim olunmuş sübutları nəzərə almamış, bu hala ümumiyyətlə qiymət verməmişdir. Halbuki, həmin qətnamədən əvvəl iş materiallarına sözügedən hərrac təşki latının 5 ildən az daimi fəaliyyətini sübut edən vergi orqanın vəkil sorğusuna verilmiş cavabı da əlavə edilmişdir. 35. “İpoteka haqqında” Qanunun 42.1 və 43.1.1-ci maddələri üzrə-hazırkı vəziyyətdə görünür ki, guya mübahisəli əmlakın satışında azı iki nəfər şəxs iştirak etmiş, əmlak ilkin satış qiymətindən 144.000 manat baha satıldığına görə azı 15 hərrac addımı olmuşdur. İşə baxan məhkəmə hərracda digər şəxslərin iştirak edib-etməməsini, digər iştirakçıların kimlər olduğunu və həmin iştirakçılar tərəfindən behin qoyulub-qoyulmamasını araşdırmamışdır.

36. MPM-nin 76.1, 76.2, 385 və 386-cı maddələri üzrə - iddiaçı tərəfindən məhkəmə proseslərində dəfələrlə hərrac mərkəzinin daimi fəaliyyətinin 5 ildən az olduğu qeyd edilmişdir. Bütün bunlar aparılmış fasiləsiz audio-video yazılardan aydın şəkildə görünür. Apellyasiya məhkəməsi isə şikayətin dəlillərinə tam qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində əsassız olaraq iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü qeyd edilmiş, bu barədə heç bir əsaslandırma olmadığı apellyasiya şikayətində vurğulansa da, məhkəmə bu dəlilə qiymət verməmişdir. b) Cavabdeh4 kassasiya şikayətinin dəlilləri

37. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu və MM-nin 6.1, 6.2, 157.2-ci maddələri üzrə - Cavabdeh4 qanunvericiliklə müəyyən olunmuş qaydada alqısatqı müqaviləsi bağlamış və alqı-satqı zamanı üzərinə düşən öhdəlikləri tam yerinə yetirmiş, ümumi sahəsi 1.567,8 kv.m olan əmlakı tam qanuni əsaslarla əldə etmişdir. Odur ki, qarşılıqlı iddiası tam əsaslı olduğundan, təmin edilməli idi.

38. Məhkəmələr isə qarşılıqlı iddiasını təmin etməməklə Konstitusiyanın 25-ci maddəsi ilə müəyyən olunmuş bərabərlik hüququnu məhdudlaşdırmış, bununla da MPM-in 4.1, 8 və 9-cu maddəsində, eyni zamanda İnsan Hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya ilə ehtiva olunan hüquqlar, yəni ədalətli məhkəmə araşdırması hüququnu özündə təsbit edən 6-cı maddəsinin 1-ci hissəsi, səmərəli hüquqi müdafiə vasitələri hüququnu müəyyən edən 13-cü maddəsi və ayrı-seçkiliyin qadağan olunması ilə bağlı 14-cü maddəsində təsbit olunmuş prinsiplərlə müəyyən olunmuş hüquqları pozulmuşdur. c) Üçüncü şəxs F.Mustafayevin kassasiya şikayətinin dəlilləri

39. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu və MM-in 567, 572-ci maddələri üzrə - ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsas olan qətnamənin qəbul olunduğu digər işdə Bakı Kommersiya Məhkəməsi iş üzrə hərtərəfli, obyektiv araşdırma aparmadan, həmin qeyri-yaşayış sahəsinin 691,8 kv.m hissəsinin üzərində üçüncü şəxs F.Mustafayevin mülkiyyət hüququnun olmasını müəyyən edib, ən azından onu hüquqlarına toxunulan üçüncü şəxs qismində işə cəlb etmədən 2020-ci il 4 dekabr tarixli e-2-2(113)-298/2020 nömrəli qətnaməsi ilə ona məxsus ümumi sahəsi 691,8 kv.m olan qeyri-yaşayış sahələrini də "xxxx" ASC-yə məxsus əmlak hesab edərək, tutma yönəltmişdir. Belə qətnamənin qəbulundan hazırki iş üzrə üçüncü şəxsin məlumatı olmamış, qətnamə onun ünvanına göndərilməmiş, bununla da ona məxsus mülkiyyətin qorunmasına dövlət tərəfindən verilmiş müdafiə təminatı pozulmuşdur. Həmin qətnamədən yaxın günlərdə tərəfindən apellyasiya şikayəti verilməklə pozulmuş mülkiyyət hüququnun bərpası təmin ediləcəkdir. Ona görə də hazırkı iş üzrə məhkəmənin onun apellyasiya şikayətini əsassız hesab edərək, qeyd olunan qətnaməyə əsaslanmaqla, pozulmuş mülkiyyət hüququnu bərpa etməməsi tam əsassız və qanunsuzdur.

40. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, anası Ağca Mustafayeva İddiaçı ASC ilə alqı-satqı müqaviləsi bağlayarkən əldə etdiyi qeyri-yaşayış sahələrinin (691,8 kv.m-ümumi əmlakın təxminən yarısı) dəyərini tam ödədiyi üçün həmin əmlakın ipoteka hüququ saxlanılması şərti ilə özgəninkiləşdirilməsinə əsla razılıq verə bilməzdi. Əgər işin materiallarında belə razılıq ərizəsi varsa, onda həmin ərizə alıcının iradə ifadəsi hesab oluna bilməz və aldadılma yolu ilə imzaladılmışdır, ona görə də məhkəmə tərəfindən əhəmiyyətsiz hesab olunmalı idi. Belə ki, satıcı İddiaçı ASC normaların tələblərini pozaraq üçüncü şəxs ilə alqı-satqı müqaviləsi bağlayarkən, satdığı qeyri-yaşayış sahələrinin dəyərini tam almasına baxmayaraq, sonuncunun mülkiyyətinə hər hansı məhdudiyyəti, yüklülüyü olmayan əmlak verməli olduğu halda bunu etməmiş, həmin əmlakın ipoteka ilə yüklü olmasını sonuncudan gizlətmişdir. Halbuki, üçüncü şəxsin alqı-satqı müqaviləsi bağlananadək satıcı ilə hər hansı iş birliyi olmamışdır.

41. MPM-in 418.1, 418.3 və 418.4.6-cı maddələri üzrə - apellyasiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması nəticəsində işin hallarına uyğun olmayan qətnamə qəbul edildiyindən, həmin qətnamə ləğv edilməlidir. d) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. Kassasiy a baxışının hədləri

43. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində onun qanuniliyi və əsaslılığı kassasiya şikayətlərinə əsasən MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

45. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər....” “Maddə

416. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.” 46. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikasının Qanununun müvafiq “Maddə

30. İpoteka predmetinə sərəncam verilməsi 30.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. 30.2. Bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə keçdikdə ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyır....” “Maddə

41. İpoteka predmetinin satış üsulları... 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir....” “Maddə

42. Hərracın keçirilmə qaydası 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir....” “Maddə

44. Hərracın etibarsız s ayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.”

47. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmaya raq yoxlanılmalıdır.” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər...” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır....” Kassasiya instansiya məhkəməsinin mövqeyi

48. Baxılan işin məhkəmələr tərə findən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 dekabr tarixli qətnaməsi ilə İddiaçı ASC-yə məxsus 1567,8 kv.m ümumi, 1056.8 kv.m əsas, 511 kv.m koməkçi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldilərək, açıq hərracda satılması qət edilmiş, icra məmurunun sifarişi əsasında hərrac mərkəzi tərəfindən hərracın keçirilməsi 2021-ci il 3 mart tarixinə, saat 11:00-a təyin edilmiş, həmin tarixdə keçirilmiş hərracda sözügedən qeyri-yaşayış sahəsi 464.000 manata Cavabdeh4 satılmış, bu barədə sonuncu ilə hərrac mərkəzi arasında həmin tarixli hərracın nəticələrinə dair yekun protokol və hərracın yekun nəticələrinə dair əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Bundan sonra, M.Fərzəliyev həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının qanuni qüvvəsini almış 2023-cü il 25 avqust tarixli qətnaməsi ilə şikayət qismən təmin edilərək, qətnamə ipoteka predmetinə tutma yönəldilməsi hissəsində dəyişdirilmiş, tutma yönəldilmiş qeyri-yaşayış sahəsinin ümumi sahəsi ipoteka saxlayanın razılığı ilə M.Fərzəliyevə satılmış ipoteka ilə yüklü olmayan 107,5 kv.m hissə çıxılmaqla 1460,3 kv.m (834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahə) müəyyən edilmişdir.

49. Hazırda İddiaçı ASC (ipoteka qoyan) 2021-ci il 3 mart tarixində keçirilmiş hərracın yeri və vaxtı barədə məlumatlandırılmadığına, hərracın təşkili ilə bağlı müddətlərə əməl olunmadığına və hərrac mərkəzinin 5 ildən az daimi fəaliyyət göstərdiyinə istinad etməklə, hərracın nəticələrinin etibarsızlığını tələb edir.

50. Hərracın qal ibi olmuş Cavabdeh4 isə ilk iddiaya etiraz edərək, hərracın qanunla müəyyən edilmiş qaydada keçirildiyini bildirməklə, qarşılıqlı iddiasında hərracdan satın aldığı ümumi sahəsi 1567,8 kv.m olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini tələb edir.

51. İşə mahiyyəti üzrə baxmış məhkəmələr ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsi ilə bağlı keçirilmiş hərracın yekunları üzrə 2021-ci il 3 mart tarixli alqı-satqı müqaviləsini və hərracın nəticələri haqqında yekun protokolu qeyri-yaşayış sahəsinin 1 və 2-ci mərtəbəsində yerləşən İddiaçı ASC-nin mülkiyyətində olmayan 107,5 kv.m hissədə etibarsız hesab edərkən mövqelərini belə əsaslandırmışlar ki, hərrac mərkəzi tərəfindən açıq hərracın keçirilmə yeri və vaxtı barədə İcra şöbəsinə, ipoteka saxlayana və ipoteka qoyana 2021-ci il 12 fevra l tarixində 409 nömrəli bildiriş göndərilmiş, lakin İddiaçı ASC 2021-ci il 16 fevral tarixində bildirişi almaqdan imtina etmişdir. Bildirişlərin göndərilməsini təsdiq edən sürətli poçt xidməti olan “Megapostservices” poçt xidmətinin qaimələrinin saxta olduğu və ya həqiqətə uyğun olmadığı iddiaçı tərəfindən sübut edilməmiş, ipoteka qoyana hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərildiyi öz təsdiqini tapmışdır. Həmin bildirişin qəbulundan ipoteka qoyan tərəfindən imtina edilməsi səbəbindən bildirişin çatdırılmaması isə hərracın etibarsız hesab olunması üçün əsas ola bilməz.

52. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətlərinin dəlilləri üzrə aşağıdakı qaydada qiy mətləndirmənin aparılmasını zəruri hesab edir.

53. İlk növbədə qeyd edilməlidir ki, «İpoteka haqqında» Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsinin tələbinə görə, hərrac təşkilatı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir (bax yuxarıda § 46).

54. Göründüyü kimi, ipoteka qoyanın hərrac barədə məlumatlandırılması prosesinə əhəmiyyət verilərək, «İpoteka haqqında» Qanunun istinad olunan maddəsində məlumatlandırmanın forması dəqiq və imperativ qaydada müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, qanunda, hərrac təşkilatının üzərinə hərracın keçirilməsinin yeri və vaxtı barədə ipoteka saxlayanı və ipoteka qoyanı yuxarıda qeyd edilən vasitələrlə məlumatlandırmaq vəzifəsinin qoyulması, mülkiyyətində olan əmlakını ipoteka ilə yüklü edən ipoteka qoyana münasibətdə ipoteka predmeti üzərində mülkiyyət hüququnu saxlamağa şərait yaratmaqla, mülkiyyətçinin hüquqlarının müdafiəsi məqsədini daşıyır.

55. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Qanunla hərracın keçirilməsinin müəyyən edilən qaydasına formal yanaşılması, ipoteka qoyan şəxslərin mülkiyyət hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxardığından, ipoteka qoyanın hərrac barədə məlumatlandırılması ilə bağlı qanunda n əzərdə tutulmuş bütün vasitələrdən müəyyən edilmiş qaydalara uyğun istifadə olunmalıdır.

56. Lakin baxılan işdən hərrac mərkəzi tərəfindən İddiaçı ASC-nin (ipoteka qoyan) məlumatlandırılması ilə bağlı bütün vasitələrdən qanunla müəyyən edilmiş qaydada istifadə olunması müəyyən edilmir. Belə ki, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc edilməsi, sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsi barədə sübutlar işin materiallarına əlavə edilməmişdir.

57. Belə ki, sifarişli poçt göndərişinin anlayışı «Poçt haqqında» Qanunun 1.0.10-cu maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin tələbləri baxımından sifarişli poçt göndərişi-göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Hazırki işdə hərrac mərkəzi tərəfindən ipoteka qoyan iddiaçıya “Megapostservices” kuryer xidmətinə aid qaimə ilə bildirişin göndərilməsi, lakin ünvan sahibinin «imtina etməsinə» dair məlumat əlavə olunmuşdur.

58. Məhkəmə kollegiyası hesab edir ki, həmin qaimə, iddiaçıya hərrac barədə məlumatları təqdim edən sübut kimi qiymətləndirilərkən qanunvericiliyin aşağıdakı tələbləri pozulmuşdur.

59. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 06 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiqlənmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”na əsasən, alıcı onun ünvanına daxil olmuş poçt göndərişini, pul köçürməsini almaqdan imtina etmək hüququna malikdir. Bu halda poçt göndərişinin üzərin də, pul köçürməsi blankında və ya poçt göndərişinin, pul köçürməsinin daxil olması haqqında bildirişdə müvafiq qeyd edilir və qeyd alıcının imzası ilə təsdiqlənir. Hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin imzası həm də hüquqi şəxsin möhürü ilə təsdiqlənir. Ünvançı imza etməkdən imtina etdiyi halda bu iş poçt rabitəsi operatoru tərəfindən yerinə yetirilir. İmtina olunmuş poçt göndərişləri, pul köçürmələri geri ünvana qaytarılır. Ünvançı poçt göndərişini almaqdan imtina etdikdə poçt göndərişləri, pul köçürmələri poçt obyekti tərəfindən göndəriciyə qaytarılır (9.60 və 10.3-cu bəndlər).

60. Göründüyü kimi, alıcı onun ünvanına daxil olmuş poçt göndərişini almaqdan imtina edə bilər, lakin bu hər bir halda rəsmiləşdirilməli, poçt göndərişinin üzərində müvafiq qeyd aparılmalı və qeyd alıcının imz ası ilə təsdiqlənməlidir. Ünvançı imza etməkdən imtina etdiyi halda isə bu iş poçt rabitəsi operatoru tərəfindən yerinə yetirilməlidir.

61. Bu iş üzrə hərracın keçirilməsinə dair 2021-ci il 12 fevral tarixli bildirişin göndərilməsinə dair “Megapostservices” kuryer xidmətinin 026896 və 026898 nömrəli poçt qaimələri nə alıcı nə də kuryer tərəfindən imzalanmamış, həmçinin qaimələrdə kuryerin adı, soyadı, imtina qeydinin kim tərəfindən aparıldığı göstərilməmiş, bildirişin kimə təqdim edildiyi, imtina edən şəxsin kimliyi müəyyən edilmir.

62. Buna baxmayaq, apellyasiya məhkəməsi natamam qaydada rəsmiləşdirilmiş həmin qaimələrin mötəbərliyini qeyd olunan Qaydaların tələblərinə uyğun qiymətləndirmədən, iddiaçının hərracın keçirilməsi barədə lazımi qaydada məlumatlandırıldığı qənaətinə gəlmiş, medi ada və hərrac təşkilatının rəsmi internet saytında məlumatın dərc edilib-edilməməsi barədə qanunvericiliyin imperativ tələbinə əməl olunasına dair sübutların təqdim olunmamasına isə ümumiyyətlə hüquqi qiymət verməmişdir.

63. Nəzərə alınmalıdır ki, MPM-nin 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaş dırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir.

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.

65. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcu dluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

66. İddiaçının tələbini əsaslandırmaq üçün irəli sürdüyü dəlillərdən biri də hərrac mərkəzinin daimi fəaliyyətinin 5 ildən az olması ilə bağlı olmuş, apellyasiya məhkəməsi həmin dəlil üzrə qiymətləndirmə aparmaqdan imtina edərək göstərmişdir ki, iddiaçı iddia ərizəsində bu əsasa istinad etmədiyi üçün cavabdeh tərəfin bu dəlillə bağlı öz sübutlarını təqdim etmək imkanı olmadığından, apellyasiya mərhələsində isə qanuni əsas olmadan yeni sübutların qəbul edilməsi istisna olunduğundan, bu əsas apellyasiya baxışı mərhələsində araşdırma predmeti olaraq qəbul edilə bilməz.

67. Halbuki, Bakı Kommersiya Məhkəməsində keçirilmiş 2023-cü il 30 noyabr tarixli məhkəmə iclasının audio-video yazısından görünür ki, iddiaç ının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, “hərrac mərkəzi ipoteka ilə yüklü edilmiş əmlakı sata bilməzdi, çünki “İpoteka haqqında” və “İcra haqqında” Qanunla müəyyən edilmiş 5 il daimi fəaliyyəti mövcud deyil”.

68. Göründüyü kimi, iddiaçı işə birinci instansiya məhkəməsində baxılarkən həmin dəlili irəli sürmüş, cavabdeh tərəfin bu dəlillə bağlı etirazını bildirmək, sübutlarını təqdim etmək imkanı olmuş, lakin birinci instansiya məhkəməsi bununla bağlı tərəflərlə müzakirə aparmamış, qətnaməsində heç bir hüquqi qiymətləndirmə aparmamışdır. Apellyasiya məhkəməsi isə iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan həmin dəlilin birinci instansiya məhkəməsində irəli sürülmədiyinə istinad edərək, qəbu l etməkdən imtina etmiş, bununla da MPM-nin 372-ci maddəsinin tələblərini pozmuşdur.

69. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, işə yeni apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən irəli sürülən həmin dəlil üzrə də “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinin tələbləri baxımından qiymətləndirmə aparılmalıdır.

70. Həmçinin qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində MM-nin 354.2-ci maddəsinə istinadən "xxxx" ASC tərəfindən hərracın nəticələrinin etibarsızlığı barədə iddia üzrə iddia müddətinin ötürüldüyü qeyd edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərindən biri məhz bununla bağlı olmuş, lakin apellyasiya instansiya məhkəməsi həmin dəlilə də hüquqi qiymət vermədən, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlam ışdır.

71. Halbuki, MPM-nin 392.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini yoxlayan apellyasiya instansiyası məhkəməsi məhkəmə aktını qanuni və əsaslı hesab edərək, dəyişdirilmədən saxlayarsa mütləq şəkildə apellyasiya şikayətinin hüquqi qiymət verilməsi tələb edən dəlillərinə münasibət bildirməli və həmin dəlillərin rədd olunması barədə mövqeyini əsaslandırmalıdır.

72. Məhkəmə kollegiyası Cavabdeh4 kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hərracın nəticələrinin mübahisəli qeyri-yaşayış sahəsinin İddiaçı ASC-nin mülkiyyətində olmayan, M.Fərzəliyevə satılmış ipoteka ilə yüklü olmayan 107,5 kv.m hissədə etibarsız hesab edilməsi və Cavabdeh4 qarşılıqlı iddiasının həmin hissə çıxılmaqla ümumi 146 0,3 kv.m sahəyə münasibətdə təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, Cavabdeh4 həmin hissə ilə bağlı ödədiyi vəsaitin qaytarılması üçün MPMnin 236-1-ci maddəsində nəzərdə tutulmuş qaydada Bakı Kommersiya Məhkəməsinin həmin hissəyə tutma yönəldilməsi barədə 2020-ci il 10 dekabr tarixli qətnaməsinin icrasında dönüş edilməsi barədə ərizə ilə müraciət etməli olması barədə düzgün izah verməmiş, etibarsız əqdin nəticələrinin tətbiqi ilə bağlı Mülki Məcəllənin 337.5-ci maddəsini işə tətbiq etməməklə, həmin normanın tələblərini pozmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı Mülki Məcəllənin 337.5-ci maddəsininin tələbləri baxımından müvafiq hüquqi qiymətləndirmə aparılmalıdır.

73. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

74. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı ASC-nin və Cavabdeh4 kassasiya şikayətləri qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasına ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndə rilməlidir. Yeni apellyasiya baxışı zamanı yuxarıda qeyd olunan nöqsanları aradan qaldırılmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməlidir.

75. Məhkəmə kollegiyası üçüncü şəxs F.Mustafayevin kassasiya şikayətinin dəlilləri ilə bağlı, apellyasiya instansiyası məhkəməsinin mübahisəli qeyri-yaşayış sahəsinin üçüncü şəxsin mülkiyyətində olan hissəsinə tutmanın Bakı Kommersiya Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, e-2-2(113)-298/2020 nömrəli qətnaməsi əsasında yönəldilməsi, həmin qətnamənin sonuncu tərəfindən mübahisələndirməməsinə dair mövqeyi ilə razılaşsa da, hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi yuxarıda qeyd olunan əsaslarla tam ləğv edildiyindən və üçüncü şəxs də kassasiya şikayətində qətnamənin ləğv edilərək, işin yeni apellyasiya baxışına gö ndərilməsini xahiş etdiyindən, onun şikayəti də məhz eyni prosessual nəticə baxımından təmin edilməlidir.

76. MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Üçüncü şəxs X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-371/2024 nömrəli 2024-cü il 10 iyul tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar