Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-617/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 iyun tarixli, 2-2(103)-435/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayə tinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Satıcı "xxxx" QSC ilə alıcı Cavabdeh MMC arasında 2019-cu il XX.XX tarixli, x saylı alqı-satqı müqaviləsi (bundan sonra-“Müqavilə”) bağlanmışdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Müqavilənin 1.1-ci bəndinə görə “Satıcı” bu Müqavilə ilə müəyyən edilmiş müddətdə 2.1-ci bəndində göstərilən qiymətlərə uyğun olaraq neft məhsullarını və maye qazı “Alıcı”ya satmağı, “Alıcı” isə həmin neft məhsullarının və maye qazın dəyərini (Əlavə dəyər vergisi ilə birlikdə) əvvəlcədən “Satıcı”ya ödəməyi öz öhdəsinə götürür.
2. Müqavilənin 2.3-cü bəndinə əsasən 2.1-ci bəndində göstərilən Premium və Super markalı neft məhsulları Azərbaycan Respublikasına idxal edildiyindən və həmin neft məhsullarının qiymətləri dövlət tər əfindən sərbəstləşdirildiyindən tədarükündən asılı olaraq qiymətlərə “Satıcı” tərəfindən edilmiş dəyişikliklərin nəzərə alınması “Alıcı” tərəfindən məcburidir. Müqavilənin 2.4-cü bəndinə görə “Satıcı” YDM-dən “Alıcı”ın avtomobillərini yanacaqla təmin etmək üçün ilkin olaraq “Alıcı”nı əvəzsiz olaraq xüsusi şifrələnmiş kartla təmin edir.
3. Müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflərin öhdəliklərinin qanunvericiliklə müəyyən edilmiş qaydada icrası qurtaranadək öz qüvvəsini saxlayır. Müqavilənin 7.2-ci bəndinə görə bu müqavilə tərəflərdən birinin digərinə verdiyi yazılı məlumat əsasında bir ay müddətində ləğv edilə bilər. 4. "xxxx" QSC tərəfindən ümumilikdə (ƏDV daxil) 1.073.818,29 manat olmaqla, o cümlədən 191.038,27 manat dəyərində malların verilməs inə dair 2021-ci il 30 aprel tarixli, EBBB seriyalı, 012080 nömrəli, 27.605,57 manat dəyərində malların verilməsinə dair 2021-ci il 3 may tarixli, EBBB seriyalı, 139205 nömrəli, 159.703,76 manat dəyərində malların verilməsinə dair 2021-ci il 21 sentyabr tarixli, EBBJ seriyalı, 489111 nömrəli, 178.234,35 manat dəyərində malların verilməsinə dair 2021-ci il 30 sentyabr tarixli, EBBK seriyalı, 036223 nömrəli, 16.124,50 manat dəyərində malların verilməsinə dair 2021-ci il 1 oktyabr tarixli, EBBK seriyalı, 078145 nömrəli, 456.440,57 manat dəyərində malların verilməsinə dair 2021-ci il 29 oktyabr tarixli, EBBL seriyalı, 555416 nömrəli və 44.671,27 manat dəyərində malların verilməsinə dair 2021-ci il 2 noyabr tarixli, EBBL seriyalı, 720712 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem va sitəsilə Cavabdeh MMCyə göndərilmişdir. 5. "xxxx" QSC tərəfindən təqdim edilən maliyyə sənədinə (arayışa) əsasən, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-nin hesabına tarixləri 2021-ci il 28 aprel, 2021-ci il 17 sentyabr, 2021-ci il 27 sentyabr və 2021-ci il 15 oktyabr olan hər biri müvafiq olaraq 100.000 manat olmaqla, ümumilikdə 400.000 manat məbləğində yükləmə olmuş, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 2022-ci il 26 sentyabr tarixində 20.000 manat və 2022-ci il 28 sentyabr tarixində 30.000 manat ödəniş edilməklə, 2022-ci il 17 noyabr tarixinə qalıq borc 350.000 manat təşkil etmişdir. 6. "xxxx" QSC Cavabdeh MMC-yə XO-xx-xx-0507-2022 nömrəli, 2022-ci il 23 sentyabr tarixli məktub göndərərək 400.000 manat borc məbləğindən yalnız sentyabr ayı ərzində 50.000 manat ödənilməsini qeyd etmiş və bor cun tam həcmdə ən qısa müddətdə olması şərti ilə hansı tarixdə qaytarılacağı barədə zəmanət verilməsi xahiş edilmişdir.
7. Cavabdeh MMC XF-269-22 nömrəli 2022-ci il 29 sentyabr tarixli məktubla "xxxx" QSC-yə müraciət edərək, sentyabr ayı ərzində qalıq borcdan 50.000 manat məbləğin ödənilməsinin təmin edildiyi, qalıq borcdan 350.000 manat məbləğinin isə, sərbəst qrafik əsasında 2023-cü il 28 fevral tarixinədək ödənilməsinin təmin olunacağını qeyd etmişdir. 8. "xxxx" QSC tərəfindən XO-xx-xx-0559-2022 nömrəli, 2022-ci il 11 oktyabr tarixli məktubla Cavabdeh MMC-yə müraciət olunaraq, 350.000 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə əlaqədar tərəflərindən tərtib edilmiş ödəniş cədvəlinin onlara göndərilməsi xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya mə hkəməsindəki icraat
9. İddiaçı "xxxx" QSC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh müqavilə ödəliklərini lazımı qaydada icra etmədiyindən 2020-ci il xx.xx tarixli, x nömrəli alqı-satqı müqaviləsi üzrə 350.000 manat borcun, mediasiya üçün ödənilmiş 400 manat, iş üzrə dövlət rüsumu olaraq ödənilmiş 240 manat olmaqla, cəmi 350.640 manat pul vəsaitinin tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2019-cu il xx.xx tarixli x nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən 350.000 manat borcu yaranmışdır. Müqavilənin 6.1-ci bəndinə ə sasən tərəflər mübahisəli məsələləri qarşılıqlı razılıqla həll edir. Yaranmış mübahisəli məsələ barədə tərəflər ümumi razılığa gəlməzsə, mübahisəyə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılır. Bununla bağlı tərəflər arasında yaranmış mübahisənin danışıqlar yolu ilə həll olunmasına təşəbbüs göstərilsə də, qarşı tərəf bu təşəbbüsü düzgün dəyərləndirməmişdir. Onların təşəbbüsü ilə 2022-ci il 15 avqust tarixində mediasiya prosesinin tətbiqi barədə təklif verilmiş, 400 manat məbləğində ödəniş edilərək Bakı şəhəri 11 saylı Mediasiya təşkilatının mediatoru tərəfindən ilkin mediasiya sessiyasından sonra proses davam etdirilmədiyindən 2022-ci il 19 sentyabr tarixində MŞB/11- 00861 nömrəli, arayış verilmişdir. Bundan sonra cavabdeh 2022-ci il 19 sentyabr tarixli, XF-264-22 nömrəli məkt ubla müraciət edərək cari ilin sentyabr ayı ərzində 50.000 manat ödənilməsinin təmin ediləcəyi bildirilmişdir. Həmin məktuba cavab olaraq 2022-ci il 23 sentyabr tarixli XO-xx-xx-0507-2022 nömrəli məktubla qalan borcun, yəni 350.000 manatın hansı tarixdə qaytarılması barədə zəmanət verilməsi xahiş edilmişdir. Cavabdeh 2022-ci il 29 sentyabr tarixli, XF-269-22 nömrəli məktubla 350.000 manat məbləğinin sərbəst qrafik əsasında 2023-cü il 28 fevral tarixədək ödənilməsinin təmin ediləcəyini bildirmişdir. Həmin məktuba cavab olaraq 2022-ci il 11 oktyabr tarixli, XO-xx-xx-05592022 nömrəli məktubla ödənilməmiş 350.000 manatın ödəniş cədvəlinin onlara göndərilməsi xahiş olunmuş, lakin bu günədək cavab və ödəniş olmamışdır. Beləliklə, cavabdeh borcunu etiraf etmiş, lakin konkret olaraq hansı tarixdə ödənilməsi ilə bağlı münasibət bildirməkdən bəhanə gətirərək yayınmışdır.
11. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 2.2, 324.4, 405.1, 385.1 və 386.1-ci maddələrinə istinad olunmuşdur.
12. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.
13. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 6 fevral tarixli, e-2-2(113)-393/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim L.Əliyeva).
14. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 2019-cu il xx.xx tarixli, x saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehin avtomobillərini yanacaqla təmin etmək üçün xüsusi şifrələnmiş kartlarla təmin etmişdir. İddiaçı tərəfindən həmin kartlara qabaqcadan cəmi 400.000 manat məbləğində pul yüklənmiş, cavabdeh isə həmin kartlar vasitəsilə iddiaçıdan 400.000 manat məbləğində neft məhsullarını və maye qazı əldə etmişdir. Lakin alınmış 400.000 manat məbləğində neft məhsulları və maye qazının müqabilində cavabdeh tərəfindən iddiaçıya yalnız 2022-ci ilin sentyabr ayında 50.000 manat məbləğində ödəniş edilmişdir. İddiaçı cavabdehin ona 350.000 manat məbləğində borcunun ödənilməmiş qaldığını iddia etmiş və həmin borcun tutulmasını tələb etmişdir. Cavabdeh isə tərəflər arasında bağlanmış müqavilədə alınması nəzərdə tutulmuş yanacağın dəyərinin qabaqcadan ödənilməsi nəzərdə tutulduğu halda iddiaçı tərəfindən 400.000 manat məbləğinin kartlara yüklənməsinin cavabdeh tərəfindən həmin məbləğ ödənilmədən həyata keçiril diyini, yəni həmin yükləmənin müqavilə şərtlərinə uyğun olaraq deyil, şifahi razılaşmaya əsasən edildiyini, tərəflər arasında şifahi razılaşmaya əsasən isə yaranmış 350.000 manat məbləğində borcun yalnız tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə xitam verildiyi halda ödənilməli olduğunu, eləcə də iddiaçının onlara məxsus parkda yanacaq satışını həyata keçirdiyini, bunun müqabilində isə onlara 2.5% bonus, yəni ümumilikdə 240.000 manat ödəniləcəyini vəd etdiyini əsas göstərməklə iddianın rədd olunmasını tələb etmişdir.
15. Cavabdehin nümayəndəsi məhkəmədə verdiyi izahatda iddiaçı tərəfindən onlara 350.000 manat məbləğində neft məhsulları və maye qazının təqdim edilməsi, lakin həmin malların dəyərinin tərəflərindən ödənilməməsi faktlarını etiraf etmişdir. Eynilə göstərilən fakt ca vabdeh tərəfindən iddiaçıya ünvanlanmış XF-269-22 nömrəli 2022-ci il 29 sentyabr tarixli məktubda da təsdiq edilmişdir.
16. Məhkəmə müqavilə şərtlərinə əsasən neft məhsulları və maye qazın qabaqcadan ödəniş edilməklə təqdim edilməli olması, belə olan halda isə 350.000 manat dəyərində mübahisəli neft və maye qaz məhsullarının müqavilə şərtlərinə uyğun qaydada təqdim edilməməsi barədə cavabdehin dəlillərinə münasibətdə qeyd etmişdir ki, alqı-satqı müqaviləsində malların dəyərinin qabaqcadan ödənilməli olması barədə şərtin yer alması qabaqcadan ödəniş edilmədən malları almış alıcını həmin malların dəyərini ödəmək vəzifəsindən azad etmir.
17. Digər tərəfdən tərəflər arasında müqavilədən kənar şifahi razılaşmaya əsasən borcun yalnız alqı-satqı müqaviləsinə xitam verilərkən ödənilməli olması, el əcə də iddiaçının cavabdehə məxsus ərazidən yanacaq alqı-satqısı üçün istifadə etməsi müqabilində cavabdehə bonus ödənilməsini vəd etməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehin göstərilən dəlillərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
18. Beləliklə məhkəmə cavabdehin alqı-satqı müqaviləsinə əsasən iddiaçıdan aldığı malların dəyərini-350.000 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq, iddiaçı "xxxx" QSC cavabdeh "xxxx" MMC-dən 350.000 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlı olması nəticəsinə gəlmişdir.
19. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 448.1 və 567-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 107, 115.0.9, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 iyun tarixli, 2-2(103)-435/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim A.Hüseyn, hakimlər V.Baxışova və R.Qurbanov).
22. Apellyasiya instansiyası məhkəməsi qe yd etmişdir ki, cavabdeh iddiaçı tərəfindən onlara ödənilmiş 400.000 manat məbləğin 2019-cu il xx.xx tarixli müqaviləyə əsasən ödənilməli olan bonus məbləği olduğunu, bu barədə tərəflər arasında şifahi razılaşma olduğunu bildirsə də bu barədə hər hansı sübut təqdim edilmədiyi kimi, cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 2022-ci il 19 sentyabr tarixli, XS-264-2022 saylı və 2022ci il 29 sentyabr tarixli XF-269-22 saylı məktublarda borc məbləği etiraf edilərək ilk öncə sentyabr ərzində 50.000 manat ödənilməsinin təmin ediləcəyi qeyd olunmuş, digər məktubda isə 50.000 manatın ödənildiyi, qalan 350.000 manat vəsaitin isə sərbəst qrafik əsasında 2023-cü il 28 fevral tarixədək ödənilməsinin təmin ediləcəyi göstərilmişdir.
23. Məhkəmə qeyd etmişdir ki, işin materiallarına 50.000 manat ödənişin h əyata keçirilməsi barədə 2022-ci il 26 sentyabr və 2022-ci il 28 sentyabr tarixli ödəniş sənədləri təqdim edilmişdir.
24. Müqavilə şərtlərinə əsasən neft məhsulları və maye qazın qabaqcadan ödəniş edilməklə təqdim edilməli olması, belə olan halda isə 350.000 dəyərində mübahisəli neft və maye qaz məhsullarının müqavilə şərtlərinə uyğun qaydada təqdim edilməməsi barədə cavabdehin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, alqı-satqı müqaviləsində malların dəyərinin qabaqcadan ödənilməli olması barədə şərtin yer alması qabaqcadan ödəniş edilmədən malları almış alıcını həmin malların dəyərini ödəmək vəzifəsindən azad etmir.
25. Digər tərəfdən tərəflər arasında müqavilədənkənar şifahi razılaşmaya əsasən borcun yalnız alqı-satqı müqaviləsinə xitam veril ərkən ödənilməli olması, eləcə də iddiaçının cavabdehə məxsus ərazidən yanacaq alqı-satqısı üçün istifadə etməsi müqabilində cavabdehə bonus ödənilməsini vəd etməsi məsələsinə gəldikdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh göstərilən dəlilləri təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
26. Həmçinin qeyd olunmuşdur ki, ödənilməli məbləğlər üzrə elektron qaimə-fakturalar göndərilmişdir. Həmin elektron qaimələrdə göstərilən məlumatlarla bağlı elektron qaiməyə düzəliş edilməsi və ya ləğv edilməsi halları işby materialları ilə müəyyən olunmur, eyni zamanda cavabdeh tərəfindən bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmin qaimələr cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı il ə təsdiq edilmiş “Elektron qaimə fabkturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir.
27. Beləliklə, birininci instansiya məhkəməsinin cavabdehin alqı-satqı müqaviləsinə əsasən iddiaçıdan aldığı malların dəyərini-350.000 manat məbləğində pul vəsaitiniödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq iddiaçının cavabdehdən 350.000 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlı olmasına dair mövqeyi əsaslı olmuşdur.
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 448.1 və 567-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 1-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3, 3.4 və 3.9-cu bəndlərinə, MPM-in 14.2, 77.1 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
29. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. MM-in 385.1, 442, 448.1-ci maddələri pozulmuşdur-tərəflər arasında 2019-cu il 24 iyun tarixli, xnömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Sonradan iddiaçının təklifinə əsasən yanacaq məhsullarının alqı-satqısına dair ticarət əlaqələrinin uzun müddətli və da vamlı təməl üzərində qurulmasına və inkişaf etdirilməsinə dair razılıqlar əldə olunmuş və bu məqsədlə 2019-cu il 19 noyabr tarixbydə yeni alqı-satqı müqaviləsi bağlanmışdır. Eyni zamanda işgüzar münasibətlər çərçivəsində avtobusların yanacaqla vaxtlı-vaxtında təmin olunması və satış münasibətlərinin asanlaşdırılması məqsədi ilə cavabdehin mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yol 62 ünvanında yerləşən təmir mərkəzində iddiaçı tərəfindən modul tipli yanacaq doldurma məntəqəsi qurulmuşdur. Əldə olunmuş şifahi razılıqlara əsasən cavabdeh müvafiq torpaq sahəsini əvəzsiz olaraq təqdim etmişdir. Bunun müqabilində isə iddiaçı satılan neft məhsullarının həcmindən asılı olaraq bonuslar verməli idi. 2019-cu il xx.xx tarixli ilə müqavilə satış münasibətləri, 2019-cu il xx.xx tarixli müqavilə ilə isə satışla bərabər texniki məsələri, o cümlədən yanacaq doldurma məntəqəsindən istifadə qaydaları müəyyən edilmişdir. Əldə edilmiş razılıqlara əsasən satın alınan yanacağa görə ödənilmiş vəsaitdən (bir litr üçün) 0,025 azn əlavə bonus olaraq yanacaq verilməli idi. Sonradan isə əldə edilmiş razılığa əsasən 9 000 000 litrdən artıq yanacaq alındığı təqdirdə bonus məbləğinində daha artıq ödənilməsi nəzərdə tutulurdu. Bu günədək, iddiaçıdan 9 615 468 litir dizel yanacağı alınmışdır. Bonus ödənilməsinə dair öhdəlik müqavilə şərtində qeyd edilmişdir. Belə ki, 2019-cu il xx.xx tarixli, x nömrəli alqı-satqı müqaviləsinin 8.1-ci bəndinin tələbinə əsasən “Bu müqavilə ilə “Alıcı”nın aldığı neft məhsullarının və maye qazın həcmindən asılı olaraq bonuslar nəzərdə tutula bilər” m üəyyən edilmişdir. Bu maddə ilə əldə edilmiş razılığa əsasən ümumi həcm 9000 000 litrdən artıq dizel yanacağı alınmalıydı. Buna müvafiq olaraq 2021-ci il 28 aprel tarixində 100.000 manat, 2021-ci iİ 17 sentyabr tarixində 100.000 manat, 2021-ci il tarixində 100.000 manat, 2021-ci il 15 oktyabr tarixində 100.000 manat bonus məbləğləri verilmişdir. İddiaçı iddia ərizəsində bu faktı təsdiq edərək göstərmişdir ki, işin faktiki hallarına görə cavabdehlə alqı-satqı müqaviləsi bağlanaraq 2021-ci il 28 aprel tarixində 100.000 manat, 2021-ci il 17 sentyabr tarixində 100.000 manat, 2021-ci il 27 sentyabr tarixində 100.000 manat, 2021-ci il 15 oktyabr tarixində 100.000 manat məbləğində pul vəsaiti əlavə olunmuş, həmin məbləğdən yalnız 50.000 manat geri qaytarılmış, 350.000 manat borc isə qaytarılmamış dır. Bununla bağlı qeyd edilməlidir ki, tərəflər arasında 2019cu il xx.xx tarixli, xsaylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin predmetini neft məhsullarının və maye qazın alqı-satqısı təşkil etmişdir. Həmçinin tərəflər arasında 2019-cu il xx.xx tarixli, 2019 saylı dizel yanacağının alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin 2020-ci ilin dekabr ayının 31-ədək qüvvədə olması müəyyən edilmişdir. Tərəflər arasında 2019-cu il xx.xx tarixli, 2019 saylı dizel yanacağının alqı-satqı müqaviləsi bağlandıqdan sonra onların arasında dizel yanacağının alqı-satqısı ilə bağı bütün münasibətləri sonuncu müqavilə tənzimləmiş və 2019-cu il 24 iyun tarixli, xsaylı alqı-satqı müqaviləsi öz-özlüyündə qüvvədən (sonuncu müqavilənin bağlanması ilə eyni məhsulun alqı-satqısı ilə bağlı iki müqavilənin olması qanunauyğun deyildir) düşmüşdür. Bu hal iddiaçının cavabdehə ünvanladığı 2023-cü il 23 yanvar tarixli pretenziya məktubunun məzmunu ilə də öz təsdiqini tapır. Belə ki, iddiaçı həmin məktubunda yalnız tərəflər arasında bağlanmış 2019-cu il xx.xx tarixli, x saylı müqaviləyə və həmin müqavilənin 2023-cü il 31 dekabr tarixədək qüvvədə olmasına istinad etmişdir. Qeyd olunan məktubda tərəflər arasında alqı-satqı münasibətlərinin 2019-cu il xx.xx tarixli, xsaylı alqı-satqı müqaviləsi ilə tənzimlənməsi öz əksini tapmamışdır. Bununla da iddiaçı tərəf 2019-cu il 19 noyabr tarixindən sonra tərəflər arasında olan alqı-satqı münasibətlərinin tənzimlənməsinin yeganə əsası kimi 2019-cu il xx.xx tarixli, x saylı müqavilə olduğunu qəbul etmişdir. Həmçinin, qeyd olunan müqavilələrin heç birində iddiaçı tərəfindən karta pul vurulması müqabilində yanacağın alınması nəzərdə tutulmamışdır. Eyni zamanda, iddiaçı tərəfindən köçürülmüş 400.000 manat pul vəsaiti tərəflər arasında bağlanmış müqavilənin müddətinin bitməsi, yəni 2020-ci ilin dekabr ayından sonra olmaqla 2021-ci il 28 aprel tarixində, 2021-ci il 17 sentyabr tarixində, 2021-ci il 27 sentyabr tarixində və 2021-ci il 15 oktyabr tarixində əlavə olunmuşdur. Belə olan halda tərəflər arasında alqısatqı münasibətlərinin tənzimləyən və iddiaçının istinad etdiyi 2019-cu il 24 iyun tarixli, xsaylı alqı-satqı müqaviləsinin qüvvədə olmadığı, eləcə də digər müqavilənin 2020-ci ilin dekabr ayının 31-dən sonra qüvvədən düşməsindən sonra 2021-ci il 28 aprel tarixində, 2021-ci il 17 sentyabr tarixində, 2021-ci il 27 sentyabr tarixində və 2021-ci il 15 oktyabr tarixində cavabdehə köçürülmüş cəmi 400.000 manat məbləğində pul vəsaitinin qaytarılmamasını, müqavilə öhdəliyinin pozulması kimi qiymətləndirməsi və məhkəmənin də iddiaçının bu dəlilini qəbul etməsi əsaslı və qanuni deyildir. Lakin, bu hallara məhkəmə kollegiyası münasibət bildirərək hüquqi qiymət verməmişdir. Qeyd olunan maddi hüquq normalarını mübahisəyə tətbiq edən məhkəmə kollegiyası cavabdehin öhdəliyini (mövcud olmayan) pozmasına və lazımınca icra etməməsinə, bununla da öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımasına dair səhv nəticəyə gəlmişdir. Bununla da işə baxmış apellyasiya instansiyası məhkəməsi qeyd olunan halları və xüsusatları nəzərə almamış, MM-in 385.1, 442, 448.1-ci maddələrini mübahisəyə düzgün tətbiq etməmiş və qeyd olunan maddi hüquq n ormalarının mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.
31. MPM-in 2.2-ci maddəsi pozulmuşdur- qanunçuluğun bərqərar edilməsi dedikdə baxılan iş üzrə maddi hüququn işin müəyyən edilmiş hallarına uyğun, düzgün təfsir və tətbiq edilməsi başa düşülür. Cavabdeh hesab edir ki, maddi hüququn tətbiqinə dair dəlilləri – qanunçuluğun bərqərar edilməsi prinsipinə riayət edilməməklə MPM-in 2-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir.
32. MPM-in 372.1-ci maddəsi pozulmuşdur-işə baxan apellyasiya instansiyası məhkəməsi tamhüquqlu məhkəmə kimi qəbul etdiyi qətnamədə şikayətin 5-ci bəndində göstərilən xüsusatlara ümumiyyətlə münasibət bildirib hüquqi qiymət verməmiş, bununla da MPM-in 372.1-ci maddəsinin tələbinin pozulmasına yol vermiş və bu poz untu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir.
33. MPM-in 217, 386 və 387-ci maddələrinin tələbləri pozulmuşdur-apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmadığından, həmçinin, işin həqiqi hallarına münasibət bildirilib hüquqi qiymət verilmədiyindən, eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından MPM-in 217.1-217.3-cü maddələrinin tələbləri pozulmuş və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. Məhkəməmənin iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normalarını düzgün tətbiq etməməsi və maddi hüququn tələblərinin və prosessual hüquq normalarının tələblərinin pozulması ilə cavabdehin hüquqlarının pozulması ilə qətnamə çıxarılması nəticəsində MPM-in 386 v ə 387-ci maddələrinin tələbləri pozulmuşdur. Maddi və prosessual hüquq normasının pozulması ilə qəbul edilən qətnamə isə,“təbii olaraq”, iş üzrə cavabdeh tərəfin mənafeyinin, qanuni maraqlarının, Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnmişdir.
34. MPM-in 97-ci maddəsinin tələbi pozulmuşdur-tərəflər arasında bağlanmış 2019-cu il xx.xx tarixli, xnömrəli alqı-satqı müqaviləsi əsasında alınmış yanacaq məhsullarının dəyəri ilə ödənilmiş pul vəsaiti arasında müəyyən fərqliliklər mövcuddur. Bu səbəbdən, qeyd olunan müqavilə əsasında alınmış yanacaq məhsullarına görə cavabdehin hansı məbləğdə borcunun qalmasının müəyyən edilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən də tərəflər arasında bağlanmış 2019-cu il xx.xx tarixli, x nömrəli alqı-satqı müqaviləsi əsasında alınmış yanacaq məhsullarına görə cavabdehin borcunun müəyyən edilməsi üçün ekspertiza təyin edilməsi barədə vəsatətlə məhkəməyə müraciət olunsa da, həmin vəsatət əsassız olaraq təmin edilməmişdir. Bununla da apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 97-ci maddəsinin tələbinin pozulmasına yol verilmiş və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, mübahisə predmetini təşkil edən tərəflər arasında 2019-cu il xx.xx tarixində bağlanmış x nömrəli neft məhsullarının alqı-satqı müqaviləsi olmuşdur. Cavabdeh tərəfindən həmin müqavilənin şərtləri pozulduğuna görə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımi qaydada icra etmək əvəzinə, hazırkı mübahisəyə aidiyyəti olmayan tərəflər arasında bağlanmış 2019-cu il xx.xx tarixli dizel yanacağının alqı-satqı müqaviləsi üzrə hüquqlarının pozulmasını bildirmişdir. Cavabdeh tərəfindən irəli sürülmüş dəlillər istər birinci instansiya istərsə də apellyasiya instansiyası məhkəməsində tam və hərtərəfli araşdırılaraq hüquqi qiymət verilməsinə baxmayaraq kassasiya şikayətində həmin dəlillər irəli sürülmüşdür. Cavabdehin kassasiya şikayəti onun formal mülahizələri əsasında hazırlanmışdır ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kassasiya baxışının hədləri
36. MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığ ı tam yoxlanılacaqdır.
37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak vermə li, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər b u Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “1. Ümumi müddəalar... 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya m alların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir....” “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-sı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-faktur alara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir;... 3.9. Elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır....”
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. S übut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları..... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir”. “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi) 42. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəmə si işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
43. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına əsasən cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 2022-ci il 19 sentyabr tarixli, XS-264-2022 saylı və 2022-ci il 29 sentyabr tarixli XF-269-22 saylı məktublarda iddia olunan borc məbləği etiraf edilmiş, hazırki məhkəmə mübahisəsindək, iddiaçının müraciəti əsasında tələb oluna n borcun 50.000 manatı ödənilmiş və hazırda iddianın predmetini təşkil edən borcun sərbəst qrafik əsasında 2023-cü il 28 fevral tarixinədək ödənilməsinin təmin ediləcəyi bildirilmişdir.
44. Cavabdeh kassasiya şikayətində iddianın əsaslı olmasına dair məhkəmənin gəldiyi nəticəni mübahisələndirsə də, qeyd olunan etirafı təkzib edən, eləcə də iddia olunan borcun bonus şəklində cavabdehə verildiyini təsdiq edən mötəbər sübutlar işə mahiyyəti üzrə baxılarkən təqdim edilməmişdir.
45. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-nin 14.2, 77.1, 88, 106.3 və 217-ci maddələrinin tələblərinə (bu yuxa rıda bu qərarın 40-cı bəndi) uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişddir.
46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir.
47. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 iyun tarixli 22(103)-435/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.M.Məmmədli Z.B.Babayev