Məhkəmə qərarları › İş №2-2(102)-618/2021

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-618/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-618/2021 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı ASC-nin Cavabdehə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməməsi 15.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 iyul tarixli 2-2(103)-680/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi I. İŞİN HALLARİ

1. İddiaçı ASC (bundan sonra – “ASC”) Cavabdeh (bundan sonra – “Cavabdeh”) qarşı iddia ərizəsi ilə 2020-ci il 12 oktyabr tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 14.604,54 manat əsas borc və 30 manat dövlət rüsumunun Cava bdeh tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 23 fevral tarixli 2-2(113)-301/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – A.Əliyeva).

3. ASC 2021-ci il 19 aprel tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 iyul tarixli 2-2(103)-680/2021 saylı qətnaməsi ilə ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 23 fevral tarixli 2-2(113)-301/2021 saylı qətnaməs i ləğv edilərək, iddia qismən təmin edilmiş, Cavabdeh 11.834,54 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq ASC-yə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və R.Həsənov).

5. Həmin qətnamə 2021-ci il 3 avqust tarixində proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmiş, həmçinin eyni tarixdə tərəflərə məktubla göndərilmişdir.

6. Cavabdeh 2021-ci il 4 oktyabr tarixində həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında (2021-ci il 1 oktyabr tari xindən qüvvədə olan redaksiyada) aşağıdakılar nəzərdə tutulur: “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı. 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır....” “Maddə

411. Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə ka ssasiya instansiyası məhkəməsinin hakimi qərardad çıxardır.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

8. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti icraata qəbul edilməməlidir.

9. Hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən 2021-ci il 4 oktyabr tarixində verilmiş kassasiya şikayəti MPM ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) (2021-ci il 1 oktyabr tarixindən qüvvədə olan redaksiyada) tərtib edilməmişdir.

10. MPM-in 407.1-ci maddəsində (2021-ci il 1 oktyabr tarixindən qüvvəyə olan redaksiyası) kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir.

11. MPM-in 408.1 və 408.1.1-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin (bax yuxarıda § 7) tələblərinə cavab vermirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

12. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli v ə iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.

13. Şərh olunanları nəzərə alaraq və MPM-in 407, 408 və 416-cı maddələrinə maddələrini rəhbər tutaraq maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 iyul tarixli 2-2(103)-680/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar